Məhkəmə qərarları › İş №1(011)-47/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-47/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-47/2023 16.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs12, zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs15, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2003-cü ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsili olmayan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı 220470016-saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 iyui 2021-ci il tarixdə saat 07 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus tikintisi başa çatmamış fərdi yaşayış evinin pəncərəsini üzərində olan vintaçan vasitəsi ilə açaraq qanunsuz içəri daxil olub oradan ümumilikdə 20 ədəd sarğıda 500 manat dəyərində elektrik naqilləri, 06 ədəd 1.100 manat dəyərində su kranlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1.600 (min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı "Nurağa” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 15 sentyabr 2021-ci il tarixdə saat 06 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 tərəfindən icarə əsasında işlədilən siqaret köşkünün giriş qapısını üzərində olan vintaçan vasitəsi ilə açaraq qanunsuz içəri daxil olub oradan Zərərçəkmiş şəxs8 məxsus ümumilikdə 254 manat dəyərində telefon danışıq kartları və 280 manat məbləğində nağd pul vəsaiti, həmçinin Zərərçəkmiş şəxs9 məxsus 01 ədəd 60 manat dəyərində “İphone 5 S" markalı mobil telefon və içərisində 05 manat dəyərində mobil telefon kartı olan 01 ədəd 100 manat dəyərində “Xiomi Not 5 A” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 534 (beş yüz otuz dörd) manat və Zərərçəkmiş şəxs9 ümumilikdə 165 (yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı Tural Abdullayev adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 20 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, R.Bağırov küçəsi 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 tərəfindən icarə əsasında işlədən “Musa” adlı mağazanın giriş qapısını üzərində olan vintaçan vasitəsi ilə açaraq qanunsuz içəri daxil olub oradan bir ədədinin qiyməti 04 manat olan 150 ədəd “Sobranie” markalı, bir ədədinin qiyməti 3 manat 80 qəpik olan 100 ədəd “Kent” markalı, bir ədədinin qiyməti 3 manat 30 qəpik olan 50 ədəd “Winston” markalı, bir ədədinin qiyməti 2 manat 20 qəpik olan 40 ədəd “Pallmall” markalı, bir ədədinin qiyməti 3 manat 30 qəpik olan 70 ədəd “Davidoff” markalı siqaret qutuları, həmçinin bir ədədinin qiyməti 33 manat olan 12 ədəd bir litr həcmli şüşə qablarda olan “Bulbas”, bir ədədinin qiyməti 35 manat olan 10 ədəd bir litr həcmli şüşə qablarda olan “Jack Daniels”, bir ədədinin qiyməti 43 manat olan 05 ədəd bir litr həcmli şüşə qablarda olan “Chivas” markalı spirtii içkiləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2.425 (iki min dörd yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 oktyabr 2021-ci il tarixdə saat 19:21-də Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 194 A ünvanında yerləşən Zərərçəkmiş şəxs11 tərəfindən icarə əsasında işlədilən "Xəzər” adlı mağazanın giriş qapısını üzərində olan vintaçan vasitəsi ilə açaraq qanunsuz içəri daxil olub oradan 498 manat məbləğində nağd pul vəsaiti, bir ədədinin qiyməti 3 manat 40 qəpik olan 15 ədəd “Winston XS Silver”, bir ədədinin qiyməti 3 manat 40 qəpik olan 12 ədəd “Winston XS Style Silver”, bir ədədinin qiyməti 3 manat 60 qəpik olan 14 ədəd “Kent HD 8 Futura”, bir ədədinin qiyməti 3 manat 60 qəpik olan 16 ədəd “Kent 4 Nano", bir ədədinin qiyməti 3 manat 90 qəpik olan 10 ədəd “X15" və bir ədədinin qiyməti 3 manat 90 qəpik olan 15 ədəd “X14” markalı siqaret qutularını gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 ümumilikdə 795 (yeddi yüz doxsan beş) manat 30 (otuz) qəpik məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 tərəfindən icarə əsasında işlədilən “Elay” adlı fotostudiyanın qapısını küçədə tapdığı dəmir alət vasitəsi ilə açaraq qanunsuz içəri daxil olub oradan 01 ədəd 350 manat dəyərində “Seiko” markalı və 01 ədəd 300 manat dəyərində markası istintaqa məlum olmayan qol saatları, 01 ədəd 300 manat dəyərində “hard disc” tipli elektron məlumat daşıyıcısı, 07 ədəd ümumilikdə 300 manat dəyərində “flashcart” tipli elektron məlumat daşıyıcıları, 01 ədəd 700 manat dəyərində “Toshiba” markalı noutbuk, 03 ədəd ümumilikdə 100 manat dəyərində fotoaparat kartları, 01 ədəd 170 manat dəyərində mühafizə forması və 01 ədəd 350 manat dəyərində dairəvi formalı suvenir əşyanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 2.570 (iki min beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 oktyabr 2021-ci il tarixdə saat 01:30 radələrində ünvan 5 ünvanında yeriəşən Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs16 tərəfindən icarə əsasında işlədilən “Hayal-Et" adlı restoranın qapısını küçədə tapdığı dəmir alət vasitəsi ilə açaraq qanunsuz içəri daxil olub oradan 01 ədəd 300 manat dəyərində “HB” markalı noutbuk, hər biri 1.100 manat dəyərində olan ümumilikdə 2.200 manat dəyərində 02 ədəd “Apple" markalı böyük həcmli planşetlər, 01 ədəd 400 manat dəyərində “Apple” markalı balaca həcmli planşet, 01 ədəd 800 manat dəyərində “Lenovo” markalı planşet, 01 ədəd 100 manat dəyərində bir litr həcmli, 02 ədəd ümumilikdə 140 manat dəyərində 0.7 litr həcmli və 02 ədəd ümumilikdə 120 manat dəyərində 0.5 litr həcmli şüşə qablarda olan "Jack Daniels” markalı spirtli içkiləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs16 ümumilikdə 4.060 (dörd min altmış) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 noyabr 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 106 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 tərəfindən icarə əsasında işlədilən "Toxuma İpləri” adlı mağazanın qapısını üzərində olan vintaçan vasitəsi ilə açaraq qanunsuz içəri daxil olub oradakı masanın üzərindən içərisində 10 manat dəyərində mobil telefon kartı olan 01 ədəd 800 manat dəyərində "İphone” markalı “11” modelli mobil telefon aparatını və içərisində 450 manat məbləğində pul vəsaiti olan 300 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1.560 (min beş yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 noyabr 2021-ci il tarixdə saat 05:53-də ünvan 7 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus aptekin giriş qapısını üzərində olan vintaçan vasitəsi ilə açaraq qanunsuz içəri daxil olub oradan 1.697 manat məbləğində nağd pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 1.697 (min altı yüz doxsan yeddi) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 dekabr 2021-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 138 ünvanında yerləşən Zərərçəkmiş şəxs10 Əsəd qızı tərəfindən icarə əsasında işlədilən aptekin giriş qapısını üzərində olan vintaçan vasitəsi ilə açaraq qanunsuz içəri daxil olub orada olan otaqdakı seyfdən 4.000 manat məbləğində nağd pul vəsaiti, həmçinin dərman rəflərindən hər biri 3 manat 50 qəpik dəyərində olan 09 ədəd “Rexona” markalı fərdi gigiyena vasitələri, hər biri 50 manat dəyərində oian 02 ədəd “Sila İmperator” və 01 ədəd 50 manat dəyərində “Viaqra” markalı dərman preparatları, 01 ədəd 70 manat dəyərində tonometr adlanan tibb aparatı, 01 ədəd 70 manat dəyərində saturasiya aparatı, hər biri 25 manat dəyərində olan 03 ədəd və 35 manat dəyərində 01 ədəd qadın ətirləri, hər biri 14 manat 78 qəpik dəyərində olan 02 ədəd "Arbidol” adlı dərman preparatları, hər biri 10 manat 20 qəpik dəyərində olan 02 ədəd “BC” adlı dərman preparatları, 01 ədəd 35 manat dəyərində "Covid 19" infeksiyasının yoxlanılması üçün nəzərdə tutulmuş test aparatı və aptekin kassasında olan 6 manat məbləğində nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 4522 (dörd min beş yüz iyirmi iki) manat 46 (qırx altı) qəpik məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 dekabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 tərəfindən icarə əsasında işlədilən siqaret köşkünün pəncərəsini üzərində olan vintaçan vasitəsi ilə açaraq qanunsuz içəri daxil olub oradan kassada olan 170 manat məbləğində nağd pul vəsaiti və 150 manat dəyərində telefon danışıq kartları, siqaret rəflərində olan ümumilikdə 120 manat dəyərində 30 ədəd “Sobranie” ağ kompakt, ümumilikdə 56 manat dəyərində 14 ədəd “Sobranie” ağ qalın, ümumilikdə 48 manat dəyərində 4 ədəd “Sobranie" göy kompakt, ümumilikdə 40 manat dəyərində 10 ədəd “Sobranie” ağ kompakt sadə, ümumilikdə 28 manat dəyərində 07 ədəd “Sobranie” qara kompakt, ümumilikdə 108 manat dəyərində 27 ədəd “Sobranie" göy nazik, ümumilikdə 128 manat dəyərində 21 ədəd “Sobranie” ağ nazik, ümumilikdə 20 manat dəyərində 5 ədəd “Sobranie” qara qalın, ümumilikdə 48 manat dəyərində 12 ədəd “Sobranie" göy qalın, ümumilikdə 44 manat dəyərində 11 ədəd “Sobranie” nazik kaster, ümumilikdə 32 manat dəyərində 08 ədəd “Sobranie” qara nazik, ümumilikdə 37 manat 40 qəpik dəyərində 11 ədəd “Winston dua”, ümumilikdə 81 manat 60 qəpik dəyərində 24 ədəd “Winston” boz kompakt, ümumilikdə 23 manat 80 qəpik dəyərində 07 ədəd “Winston” göy kompakt, ümumilikdə 13 manat 60 qəpik dəyərində 4 ədəd “Winston” göy qalın, ümumilikdə 47 manat 60 qəpik dəyərində "Winston” boz nazik, ümumilikdə 34 manat dəyərində 10 ədəd “Winston” göy nazik, ümumilikdə 13 manat 60 qepik deyərində 4 ədəd "Winston” ağ nazik, ümumilikdə 34 manat dəyərində 10 ədəd “Winston” kompakt caster, ümumilikdə 85 manat 10 qəpik dəyərində 23 ədəd “Kent 4", ümumilikdə 29 manat 60 qəpik dəyərində 08 ədəd “Kent 1”, ümumilikdə 25 manat 90 qəpik dəyərində 07 ədəd “Kent mentol”, ümumilikdə 22 manat 20 qəpik dəyərində 6 ədəd “Kent 4” qalın, ümumilikdə 44 manat 40 qəpik dəyərində 12 ədəd "Kent Mentol” sarı və ümumilikdə 39 manat 60 qəpik dəyərində 11 ədəd “Kent Neo" markalı siqaret qutularını gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1.524 (min beş yüz iyirmi dörd) manat 40 (qırx) qəpik məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 dekabr 2021-ci il tarixdə saat 06:05-də ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs12 məxsus siqaret köşkünün qapısını üzərində olan vintaçan vasitəsi ilə açaraq qanunsuz içəri daxil olub orada olan masanın siyirtməsindən 2.470 manat və qəpik şəklində yığılmış 15 manat məbləğində nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 ümumilikdə 2.485 (iki min dörd yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı “Nurağa” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 03 yanvar 2021-ci il tarixdə saat 03 radələrində ünvan 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 tərəfindən icarə əsasında işlədilən "Oyal" adlı kitab mağazasının qapısını üzərində olan vintaçan vasitəsi ilə açaraq qanunsuz içəri daxil olub orada olan kassadan 200 manat məbləğində nağd pul vəsaiti, kassanın yerləşdiyi masanın üzərindəki içərisində 20 manat dəyərində mobil telefon danışıq kartı olan 01 ədəd 150 manat dəyərində “Samsung” markalı planşet və kitab rəflərində yerləşdirilmiş 200 manat dəyərində kitab və qələmləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 570 (beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs13 tərəfindən icarə əsasında işlədilən siqaret köşkünün qapısını üzərində olan vintaçan vasitəsi ilə açaraq qanunsuz içəri daxil olub oradan bir ədədinin qiyməti 4 manat olan 04 ədəd “Sobranie” ağ nazik, bir ədədinin qiyməti 4 manat olan 02 ədəd “Sobranie” qara nazik, bir ədədinin qiyməti 4 manat olan 04 ədəd “Sobranie” göy nazik, bir ədədinin qiyməti 4 manat olan 04 ədəd “Sobranie” ağ qalın, bir ədədinin qiyməti 4 manat olan 04 ədəd “Sobranie" ağ kompakt, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan 03 ədəd “Kent 4” qara nazik, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan 04 ədəd "Kent 4” qalın, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan 04 ədəd “Kent 8” qalın, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan 04 ədəd “Kent 1” nazik, bir ədədinin qiyməti 3 manat 50 qəpik olan 03 ədəd “Winston compact”, bir ədədinin qiyməti 3 manat 50 qəpik olan 03 ədəd “Winston” nazik, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan 04 ədəd “Palmall” boz, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan 03 ədəd “Palmall” ağ, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan 04 ədəd "Palmall mentol”, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan 07 ədəd “Rotmans” boz, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan 04 ədəd “Wincestr” boz, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan 02 ədəd “Wincestr” boz compact, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan 04 ədəd "Wincestr” göy nazik, bir ədədinin qiyməti 2 manat 10 qəpik olan 12 ədəd “Maqnum” ağ, bir ədədinin qiyməti 2 manat 10 qəpik olan 08 ədəd “Maqnum” boz və bir ədədinin qiyməti 2 manat 40 qəpik olan 06 ədəd “Want” qırmızı markalı siqaret qutularını, həmçinin bir ədədinin qiyməti 02 manat olan 03 ədəd “Bakcell” şirkətinə aid, bir ədədinin qiyməti 02 manat olan 03 ədəd “Azercell” şirkətinə aid və bir ədədinin qiyməti 02 manat olan 03 ədəd “Nar mobile” şirkətinə aid mobil telefon danışıq kartları, bir ədədinin qiyməti 4 manat olan 04 ədəd 0,250 litr həcmli dəmir qablarda olan “Red Bull" markalı enerji içkilərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 311 (üç yüz on bir) manat 70 (yetmiş) qəpik məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 yanvar 2022-ci il tarixdə saat 02:30 radələrində Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs14 tərəfindən icarə əsasında işlədilən ərzaq məhsulları satılan adsız mağazanın qapısının üzərində olan vintaçan vasitəsi ilə açıb qanunsuz içəri daxil olaraq orada olan bir ədədinin qiyməti 4 manat olan 65 ədəd “Sobranie”, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan 44 ədəd "Kent 4" nazik, bir ədədinin qiyməti 3 manat 50 qəpik olan 35 ədəd “Winston", bir ədədinin qiyməti 1 manat 90 qəpik olan 20 ədəd "Kingston”, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan 16 ədəd "Rotmans” və bir ədədinin qiyməti 2 manat 10 qəpik olan 09 ədəd "Viceroy” markalı siqaret qutularını, həmçinin 170 manat məbləğində nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs14 ümumilikdə 813 (səkkiz yüz on üç) manat 80 (səksən) qəpik məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 yanvar 2022-ci il tarixdə saat 03 radələrində Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs7 tərəfindən icarə əsasında işlədilən ərzaq məhsulları satılan adsız mağazanın qapısını üzərində olan vintaçan vasitəsi ilə açıb qanunsuz içəri daxil olaraq oradan hər birinin qiyməti 5 manat olan 03 ədəd 10 milliqram həcmli “Elay" markalı və hər birinin qiyməti 6 manat olan 14 ədəd 10 milliqram həcmli “Elay" markalı ətirlər, bir ədədinin qiyməti 3 manat 60 qəpik olan 40 ədəd “Winston" boz kompakt, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan 20 ədəd “Kent 4" nazik markalı siqaret qutuları, hər birinin qiyməti 10 manat olan 04 ədəd "Bakcell” şirkətinə aid, hər birinin qiyməti 5 manat oian 25 ədəd “Bakcell” şirkətinə aid, hər birinin qiyməti 03 manat olan 08 ədəd “Bakcell" şirkətinə aid, hər birinin qiyməti 02 manat olan 25 ədəd "Bakcell" şirkətinə aid, hər birinin qiyməti 01 manat olan 25 ədəd “Bakcell" şirkətinə aid, hər birinin qiyməti 10 manat olan 05 ədəd “Azercell” şirkətinə aid, hər birinin qiyməti 05 manat olan 25 ədəd "Azercell” şirkətinə aid, hər birinin qiyməti 03 manat olan 20 ədəd “Azercell” şirkətinə aid, hər birinin qiyməti 02 manat olan 30 ədəd “Azercell” şirkətinə aid, hər birinin qiyməti 01 manat olan 30 ədəd "Azercell” şirkətinə aid, hər birinin qiyməti 10 manat olan 03 ədəd “Nar” şirkətinə aid, hər birinin qiyməti 05 manat olan 05 ədəd "Nar” şirkətinə aid və hər birinin qiyməti 02 manat olan 08 ədəd “Nar” şirkətinə aid mobil telefon danışıq kartları, həmçinin 415 manat məbləğində nağd pul vəsaiti və 1.000 manat dəyərində 01 ədəd “Paşa bank”a aid terminal aparatını gizli olaraq talayıb zərərçəkmiş şəxs X5 ümumilikdə 2.392 (iki min üç yüz doxsan iki) manat məbləğində maddi ziyan vurmaqia təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü tam təqsirli bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, oğurluqların bir neçəsini tanışı Nurağa və Turalla törətmişdir.Törətdikləri bütün oğurluq hadisələrinin yerlərini istintaq zamanı göstərmişdir. Daha sonra əməllərindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə çarpaz dindirmə zaman bir daha törətdikləri oğurluq epizodlarını səmimi etiraf etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, bir neçə il bundan əvvəl ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evini alıb orada tikinti işlərini həyata keçirırdi. Hazırda həmin sahəni artıq satmışdır. Orada tikinti işlərinin aparılması üçün çox sayda materiallar yığmışdır. Ustalar orada adətən səhər saatlarından saat 18 radələrinədək işləyirdilər. O, hər gün özü onları evə buraxıb axşamlar yola salırdı. Oğurluq olmazdan əvvəl 29 iyul 2021-ci il tarixdə axırıncı dəfə orada olmuşdur. Həmin günün səhəri 30 iyul 2021-ci il tarixdə saat 13 radələrində evə gələndə görmüşdür ki, evin pəncərəsi əyilərək qırılmış vəziyyətdədir. Evə daxil olduqda oradan oğurluq edildiyini başa düşmüşdür. Belə ki, evin birinci mərtəbəsində 15 sarğı hər sarğıda 100 metr uzunluğunda olan 6, 4 və 2,5 mm-lik diametrli elektrik kabellər oğurlanmışdır. Daha sonra evin ikinci mərtəbəsinə baxdıqda orada divarda 03 ədəd otaqlarda artıq çəkilmiş vəziyyətdə olan eyni ölçülərdə 05 ədəd sarğıda elektrik naqillərin və 6 ədəd su kranının (smestitel) oğurlandığını aşkar etmişdir. Bundan sonra isə hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Evə polis əməkdaşları yaxınlaşaraq oraya baxış keçirtmişdirlər. Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Xətai rayonu, Gəncə prospekti, Vunqtau küçəsində yerləşən Rəşad adlı şəxsə məxsus köşkdə satıcı işləyir. Həmin köşk 24 saat ofmaqla işləyir. Köşkdə ondan başqa Cahandar adlı şəxs də növbəli şəkildə satıcı işfəyir. xx.xx.2021-ci il tarixdən saat 21:00-dan xx.xx.2021-ci il tarixdə saat 09:00-a kimi növbədə idi. xx.xx.2021ci il tarixdə təxminən saat 16:40 radələrində köşkün qapısını bağlayaraq oradan çıxmışdır. Təxminən 15 dəqiqə sonra köşkə qayıtdıqda qapısının açıq olduğunu görmüşdür. İçəriyə baxdıqda köşkdən oğurluq olduğunu bilmişdir. Dərhal köşkün sahibinə zəng vuraraq oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra Rəşad oraya gəlmiş və hadisə barədə polisə məlumat vermişdir. Onlar mağazaya baxdıqda müəyyən etmişdirlər ki, mağazadan rəfin üstündən Rəşada məxsus 254 manatlıq kontur və 580 manat pul oğurlanmışdır. Həmçinin ona məxsus 01 ədəd qiyməti 60 manat olan “İphone 5 S” və içərisində 5 manat qiymətində GSM kartı olan 01 ədəd qiyməti 100 manat olan “Xiomi Not 5 A" markalı mobil telefon oğurlanmışdır. Ümumilikdə ona 165 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ilə barışmadığını, ziyanın ödənilməməsini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, Xətai rayonu, Gəncə prospekti, Vunqtau küçəsində yerləşən siqaret köşkünü icarə əsasında işlədir. Həmin köşk 24 saat olmaqla işləyir. Köşkdə Vəlixan və Cahandar adlı şəxslər növbəli şəkildə satıcı işləyirlər. xx.xx.2021-ci il tarixdə Vəlixan təxminən saat 07 radələrində ona zəng edərək köşkün arxa qapısının sındırıldığını və içəridən oğurluq olması barədə ona bildirmişdir. O, dərhal köşkə getmiş və köşkdən oğurluq olmasını aşkarlamışdır. Vəlixan ona köşkü bağlayıb ayaq yoluna getdiyini və geri qayıdarkən köşkün arxa qapısının açıq olduğunu bildirmişdir. O, dərhal hadisə barədə polisə xəbər vermişdir. Bundan sonra mağazaya baxış keçirmiş və müəyyən etmişdir ki, mağazadan rəfin üstündən ona məxsus 254 manat dəyərində kontur və 580 manat məbləğində pul vəsaiti oğurlanmışdır. Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ildən ünvan 12 ünvanda yerləşən “Musa" adlı mağazanı icarəyə götürmüşdür. Mağazada ərzaq, tərəvəz, siqaretlər və içkilər satılır. Onun mağazanın sahibi ilə müqaviləsi vardır, eyni zamanda VÖEN-i olmaqla dövlətə vergi də ödəyir. Mağazada 4 nəfər satıcı işləyir və hər biri əmək müqaviləsi əsasında işləyir. Mağazanın gözətçisi vardır, eyni zamanda mağazanın hər bir tərəfində müşahidə kameraları olmaqla 24 saat ərzində kamera nəzarəti altındadır. Özü hər gün mağazada olur, görülən işiərə nəzarət edir. Mağaza hər gün saat 07:30 dəqiqədə açılır, axşam saat 00:30 dəqiqədə bağlanır. Mağazanı hər gün orada işləyən şəxslər bağlayır və onlar da açır. Mağazanın qapısında dəmir barmaqlığı yoxdur, lakin pəncərələri dəmir barmaqlıqla əhatə olunur. Eyni zamanda mağazaya siqnalizasiya sistemi də quraşdırılmışdır. 20 sentyabr 2021-ci il tarixdə səhər saatlarında mağazada işləyən satıcı ona zəng edərək bildirmişdır ki, oradan oğurluq olmuşdur. Bundan sonra o, dərhal oraya getmişdir. Yolda gələn zaman DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Mağazaya baxış keçirdikdə aşkar etmişdir ki, mağazada olan bütün müxtəlif markalı siqaretlər və müxtəlif növ spirtli içkilər oğurlanmışdır. Oraya polis əməkdaşları gəlmiş və o, ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirib fotoşəkillərini çəkmişdirlər. Mağazada olan müşahidə kameralarına baxdıqda görmüşdür ki, iki nəfər başı maskalı şəxs mağazanın qapısını açaraq içəri daxil olur, lakin mağazanın siqnalizasiyası səs çıxarmır. Həmin şəxslərin birinin əlində alət vardır, həmin şəxslər 15 dəqiqə ərzində mağazanın içərisində olur, mağazada olan siqaret və içkiləri sellofanlara qoyaraq oradan getmişdirlər. Mağazadan müxtəlif markalı siqaretlər oğurlanmışdır, həmçinin araqlar, viskilər oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə təxminən 2425 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ilə barışmadığını, ziyanın ödənilməməsini nəzərə alaraq məhkəmədən onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, icarə əsasında ünvan 13 ünvanında yerləşən "Xəzər” marketi işlədir. xx.xx.2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Salyan rayonu, A.Kürkənd kəndinə getmişdir. İcarə əsasında işlətdiyi “Xəzər” marketə nəzarəti marketə bitişik bərbərxanada saç ustası işləyən dayısı Hafisə tapşırmışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 20 radələrində dayısı Hafis ona zəng edərək naməlum şəxsin “Xəzər” marketin içərisinə daxil olub oradakı kassadan pulları və rəflərdən siqaretləri oğurlaması barədə məlumat vermişdir. O, rayonda olduğu üçün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə zəng vuraraq icarə əsasında işlətdiyi ərzaq mağazasmdan 500 manat pulun və siqaretlərin oğurlanması barədə məlumat vermişdir. Onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə verdiyi məlumatdan sonra icarə əsasında işlətdiyi marketə polis əməkdaşları gələrək oraya baxış keçirmişdirlər. O, xx.xx.2021-ci il tarixdə işlədiyi marketə gəlib baxış keçirən zaman müəyyən etmişdir ki, marketdən müxtəlif markalı siqaretlər oğurlanmışdır. Təqsirləndirilən şəxs ilə barışdığını, nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, təxminən 3 il olar ki ünvan 5 ünvanında yerləşən “Hayal-Et” restoranını icarəyə götürərək işlədir. 18 oktyabr 2021-ci il tarixdə axşam saat 23:30 radələrində restoranı bağlayaraq evə getmişdir. 19 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində restoranı açmağa gələn zaman qapını açıb içəri keçmiş və kassaya yaxınlaşan zaman orada olan planşetlərin və noutbukun olmadığını görmüşdür. O, kassadan çıxaraq qapıya tərəf gedən zaman görmüşdür ki, restoranın girəcəyində sağ tərəfdə olan içkilərin qoyulduğu vitrində “Jack Daniels” markalı viskilər də yoxdur. Bu zaman başa düşmüşdür ki, restorandan oğurluq olmuşdur. Buna görə də o, restoranı gəzməyə başlamış və yuxarı ikinci mərtəbəyə çıxmışdır ki, oğrunun restorana haradan daxil olduğunu öyrənsin. Lakin tapa bilmədiyi üçün restoranın kamerasına baxmışdır. Kameraya baxanda ona aydın olmuşdur ki, bir nəfər tanımadığı şəxs əlində olan dəmir parçası ilə restoranın şüşədən olan çöl qapısını açaraq içəri daxil olmuş və bir ədəd 300 manat dəyərində “HB” markalı notbuk, iki ədəd hər birisi 1.100 manat dəyərində olan ümumilikdə 2.200 manat dəyərində “Apple” markah böyük həcmli planşetlər, bir ədəd 400 manat dəyərində “Apple” markalı balaca həcmli olan planşet, bir ədəd 800 manat dəyərində "Lenovo” markalı planşet, bir ədəd 100 manat dəyərində 01 litrlik, iki ədəd hər birisi 70 manat olmaqla ümumilikdə 140 manat dəyərində 7 qramlıq, iki ədəd hər birisi 60 manat olmaqla ümumilikdə 120 manat dəyərində 0.5 qramlıq “Jack Daniels” viskilərini vitrindən oğurlayaraq təkrar qapıdan çıxıb getmişdir. Ümumilikdə isə ona oğurlanan əşyalara görə 4060 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ilə barışmadığını, ziyanın ödənilməməsini nəzərə alaraq onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində xəzinədar vəzifəsində işləyir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus apteklərdən biri ünvan 7 ünvanında yerləşən 39 saylı aptekdir. 25 noyabr 2021-ci il tarixdə saat 09:30-da o, aptekə gəlmiş və aptekə yaxınlaşan zaman giriş qapısının açıq olduğunu görmüşdür. O, bundan sonra aptekin içərisinə baxmış və aptekin içərisində işçilərdən heç kimin olmadığının şahidi olmuşdur. Əmin olmuşdur ki, aptekdən oğurluq olmuşdur. Bundan sonra istifadəsində olan mobil nömrə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək oraya baxış keçirtmişdirlər. Müəyyən edilmişdir ki, aptekdən 1697 manat məbləğində pul vəsaiti oğurlanmışdır. Təqsirləndirilən şəxs ilə barışmadığını, ziyanın ödənilməməsini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, ünvan 15 ünvanda yerləşən apteki icarəyə götürərək işlədir. Aptekin iş vaxtı səhər saat 09:00-dan axşam saat 22:00-dəkdir. xx.xx.2021-ci il tarixdə axşam saat 21 radələrində o, apteki bağlayaraq evə getməli olmuşdur. 21 dekabr 2021-ci il tarixdə səhər saat 09 radələrində iş yerinə gəlib aptekin qapısını açıb içəri daxil olmaq istədiyi zaman giriş qapısının açıq olmasını aşkar etmişdir. O, qapının açıq olduğunu görüb oradan oğurluq edildiyini zənn edib dərhal DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onlar içəridə olan müdir otağına daxil olduqda orada olan masanın altında seyfin içərisinə yığılan 2-3 ay əvvəl şirkətiərin pulunu ödəmək üçün yığılmış 4.000 manat pulun yerində olmaması aşkar edilmişdir. Bundan sonra aptekin dərman rəflərindən dezodarant, dərman preparatları, tibb avadanlığı, qadın ətri və s. və kassadan 6 manat hər biri 1 manatlıq əskinazlı olmaqla pul vəsaitinin naməlum şəxs tərəfindən oğurlanması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ilə barışmadığını, ziyanın ödənilməməsini nəzərə alaraq onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 4 ilə yaxındır ki, ünvan 16 ünvanda yerləşən tütün məmulatlarının satışı köşkünü icarəyə götürərək İşlədir. Həmin köşk hər gün saat 08.00dan 02.00-dək fəaliyyət göstərir. Köşkün onun tərəfindən işlədilməsinə baxmayaraq orada özündən başqa iş yoldaşı Şahid2 da satıcı kimi işləyir. Belə ki, xx.xx.2021-ci il tarixdə səhər saat 08.00-da köşkü açaraq işə başlamış və xx.xx.2021-ci il tarixdə gecə saat 02.00-da oranı bağlayaraq evə getmişdir. Səhər saat 08.00-da iş yoldaşı Nazim işə gələrək köşkü açaraq işə başlayıb və o, həmin gün axşam saat 18.30 radələrində iş yerinə gələrək orada vitrinlərdə olan malların olmadığını görmüşdür. Bundan sonra Nazimdən malların harda olmasını soruşanda sonuncu dedi ki, səhər işə gələndə kassada pul, kontur və siqaretlərin olmadığını görüb düşünmüşdür ki, yəqin o, gecə malları satmışdır. Lakin o, cavabında bu qədər mal satmadığını və evə gedəndə kassada 170 manat nağd pul, 150 manatlıq konturların olduğunu blldirmişdir. Bundan sonra o, köşkdən oğurluq edildiyini başa düşmüşdür. Belə ki, oradan “Nar”, "Bakcell”, “Azercell” danışıq kartları, kassadan isə ümumilikdə 170 manat məbləğində nağd pul vəsaiti, vitrindən müxtəlif markalı tütün məmulatları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1524 manat 40 qəpik məbləğində maddi ziyan vurulmuşdur.Bu səbəbdən təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Abduİİayev Əhmədxan Məmmədxan oğlu ifadəsində göstərmişdir ki, o, ünvan 17 ünvanda yerləşən özünə məxsus siqaret köşkünü işlədir. 21 dekabr 2021-ci il tarixdə saat 01 radələrində o, köşkü bağlayaraq evə getmişdir. Səhər saat 6:20-də iş yerinə gələn zaman köşkün qapısının açıq olduğunu aşkar etmişdir. İçəri daxil olduqda orada olan siyirtmənin açıq olmasını və içərisində saxladığı 2.470 manat məbləğində nağd pul vəsaiti, həmçinin 15 manat məbləğində qəpik pulun oğurlandığını aşkar etmişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bundan sonra təhlükəsizlik kameralarının görüntülərinə baxdıqda isə saat 05:50-də bir nəfər cavan oğlanın köşkün qapısını açaraq içəri daxil olub oradan oğurluq etdiyini görmüşdür. Təqsirləndirilən şəxs ilə barışmadığını, ziyanın ödənilməməsini nəzərə alaraq onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ziyanın ödənilməməsini, istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında onun istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, rəsmi olaraq 2014-cü ilin avqust ayının 1-dən etibarən icarə əsasında ünvan 18 ünvanında yerləşən "ELAY" adlı fotostudiyasını işlədir. xx.xx.2021-ci il tarixdə təxminən saat 11:00 radələrində işlədiyi “ELAY” adlı fotostudiyasına gələn zaman giriş qapısının naməlum şəxs tərəfindən sındırılaraq açıq vəziyyətdə olduğunu görüb içəri daxil olmuşdur. Bu zaman o, studiyanın otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüş va masanın üzərinə qoyduğu özünə məxsus biri “Seiko” markalı 350 manat dəyərində, digəri isə markasını xatırlamadığı 300 manat dəyərində kişi qol saatları, 01 ədəd 300 manat dəyərində “hard disk”, 07 ədəd ümumilikdə 300 manat dəyərində fleşkartlar, 01 ədəd 700 manat dəyərində “Toshiba” markalı masaüstü kompüter, həmçinin masanın siyirtməsində olan 03 ədəd 100 manat dəyərində fotoaparat kartı, 01 ədəd 170 manat dəyərində mühafizə forması və 01 ədəd 350 manat dəyərində suvenirin oğurlandığını aşkar etmişdir. Bu səbəbdən təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ziyanın ödənilməməsini, istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında onun istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, ifadəsində göstərmişdir ki, ünvan 19 ünvanda yerləşən "Toxunma İplər” mağazasını icarə əsasında işlədir. xx.xx.2021-ci il tarixdə təxminən saat 20:50 radələrində ünvan 19 ünvanda yerləşən "Toxunma İplər” mağazasında olan zaman həmin mağazanın yanında icarəyə götürdüyü digər mağazada gedən təmir işlərinə baxmaq üçün “Toxunma İplər" dükanının qapısını bağlayaraq təmir işləri aparılan mağazaya getmişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra "Toxunma İplər” mağazasına geri dönən zaman görmüşdür ki, oranın qapısı açıqdır. O, içəri keçmiş və dərhal masanın üzərinə qoyduğu 1000 manat dəyərində “İphone 11” markalı, **********26311 ve **********41258 imei kodlu mobii telefonunun, içində 10 manat dəyərində ***-***-**-** mobil nömrəsi olmuş mobil telefonunun, həmçinin içərisində sürücülük vəsiqəsi, "Express" və “Yello” banklara aid bank kartları və 450 manat nağd pul olan 300 manat dəyərində pul kisəsinin olmadığını aşkar etmişdir. Həmin vaxt başa düşmüşdür ki, orada oğurluq hadisəsi baş vermişdir. Mağazada olan kamera görüntüsünə baxan zaman bir nəfər şəxsin oraya daxil olub mobil telefonunu və pul kisəsini masanın üzərindən oğurladığını görmüşdür. Buna görə də həmin vaxt DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. “Yello” banka aid bank kartında pul yox idi, “Express” banka aid bank kartında isə təxminən 100 manat məbləğində pul var idi. Kartların oğurlandığını görüb dərhal, yəni 15 noyabr 2021-ci il tarixdə həmin bank kartlarını bloklamış və təxminən bir ay sonra yeni bank kartlarını götürmüşdür. Yeni bank kartını aldıqda köhnə kartda qalan 100 manat pul vəsaiti yenisinə köçürülmüşdür. Oğurlanan bank kartlarından pul götürülməmişdir. Həmçinin bir müddət sonra o, yeni sürücülük vəsiqəsini almışdır. Oğurlanan bank kartlarının nömrələrini bilmir. Ümumilikdə ona təxminən 1,560 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışmadığını, ziyanın ödənilməməsini, istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında onun istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında yerləşən “Oyal’’ adlı kitab evini icarə əsasında işlədir. 02 yanvar 2022-ci il tarixdə o, həmişə olduğu kimi səhər kitab evinə işə gəlmişdir. Həmin gün kitab evi təxminən saat 22 radələrinədək işləmişdir. Təxminən 22 radələrində özü mağazanı bağlayıb evinə getmişdir. Növbəti gün, yəni 03 yanvar 2022-ci il tarixdə saat təxminən 09 radələrində işə gəldikdə isə mağazanın plastikdən olan qapısına müdaxilə edildiyini və açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Qapının özünə zərər dəyməyib sadəcə olaraq hansısa alət vasitəsi ilə müdaxilə edilərək açılmışdır. Həmin vaxt içəri daxil olmuş və dərhal mağazanın kassasına baxmışdır. Həmin vaxt açıq vəziyyətdə saxlanılan kassadan 200 manat pulun oğurlandığını görmüşdür. Həmçinin həmin zaman o, kassanın yerləşdiyi masanın üzərində olan 01 ədəd “Samsung” markalı içində 20 manat dəyərində telefon danışıq kartı olan təxminən 150 manat dəyərində planşetin oğurlandığını görmüşdür. Həmçinin kitabların yerləşdiyi rəflər səliqəsiz vəziyyətdə idi, yerə çox sayda kitablar atılmışdır. Diqqətlə kitab rəflərinə baxdıqda dəqiq sayı bilmədiyi bir neçə kitabların və qələmlərin oğurlandığını aşkar etmişdir. Həmin kitabların və qələmlərin ümumi dəyəri 200 manat təşkil edirdi. Bundan sonra isə o, hadisə barədə DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlib oraya baxış keçirtmişdirlər. Həmin gün o, mağazada quraşdırılmış videomüşahidə cihazına baxdıqda 03 yanvar 2022-ci il tarixdə gecə saatlarında iki nəfər tanımadığı şəxslərin mağazaya daxil olaraq oradan oğurluq etdiklərini aşkar etmişdir. Zərərçəkmiş şəxs13 məhkəməyə telefonoqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ziyanın ödənilməməsini, istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, Goranboy rayonunda yaşaması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında onun istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, Goranboy rayonu, Goran qəsəbəsində icarə əsasında ərzaq məhsulları və telefon aksesuarları satıldığı köşkü işlədir. İşinin icrası ilə bağlı hər gün səhər saat 08:30 radələrində Goranboy rayonu, Goran qəsəbəsində yerləşən köşkə gəlib işə başlayır və axşam saat 21 radələrinə qədər köşkdə işdə olur. 18 yanvar 2022-ci il tarixdə axşam saat 21 radələrinə qədər Goranboy rayonu, Goran qəsəbəsində yerləşən köşkdə işdə olmuşdur. Həmin gün saat 18 radələrində köşkü bağladıqdan sonra yaşadığı evə getmişdir. Növbəti gün, yəni 19 yanvar 2022-ci il tarixdə səhər saat 08:30 radələrində Goranboy rayonu Goran qəsəbəsində yerləşən köşkə gəlməmişdən öncə Goran qəsəbəsində yerləşən digər mağazasına getmişdir. Həmin mağazada olan zaman eşitmişdir ki, Goran qəsəbəsində Zirəddin və İbrahim adlı şəxslərin mağazalarından oğurluq edilmişdir. Odur ki, mağazadan çıxıb işlətdiyi köşkə getmiş və köşkün qarşısına çatdıqda görmüşdür ki, plastik materialdan olan qapısı açıq vəziyyətdədir. Həmin vaxt köşkdən oğurluq edilməsindən şübhə etdiyi üçün köşkün qapısının kənarından əli ilə itələyib içəriyə girmiş və oradan bir ədədinin qiyməti 4 manat olan “Sobranie” markalı ağ nazik siqaretlərdən 4 ədədinin, bir ədədinin qiyməti 4 manat olan “Sobranie" markalı qara nazik siqaretlərdən 2 ədədinin, bir ədədinin qiyməti 4 manat olan “Sobranie” markalı göy nazik siqaretlərdən 4 ədədinin, bir ədədinin qiyməti 4 manat olan “Sobranie” markalı ağ qalın siqaretlərdən 4 ədədinin, bir ədədinin qiyməti 4 manat olan “Sobranie” markalı ağ kompakt siqaretlərdən 4 ədədinin, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan “Kent 4” markalı qara nazik siqaretlərdən 3 ədədinin, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan “Kent 4” markalı qalın markalı siqaretlərdən 4 ədədinin, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan “Kent 8” markalı qalın siqaretlərdən 4 ədədinin, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan “Kent 1” markalı nazik siqaretlərdən 4 ədədinin, bir ədədinin qiyməti 3 manat 50 qəpik olan “Winston” kompakt markalı siqaretlərdən 3 ədədinin, bir ədədinin qiyməti 3 manat 50 qəpik olan "Winston” markalı nazik siqaretlərdən 3 ədədinin, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan “Palmall” markalı boz siqaretlərdən 4 ədədinin, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan “Palmall” markalı ağ siqaretlərdən 3 ədədinin, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan “Palmall” mentol markalı siqaretlərdən 4 ədədinin, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan “Rotmans” markalı boz siqaretlərdən 7 ədədinin, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan “Wincestr” markalı boz nazik siqaretlərdən 4 ədədinin, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan “Wincestr” boz kompakt markalı siqaretlərdən 2 ədədinin, bir ədədinin qiyməti 2 manat 60 qəpil oian “Wincestr” göy nazik markalı siqaretlərdən 4 ədədinin, bir ədədinin qiyməti 2 manat 10 qəpik olan “Maqnum” markalı ağ siqaretlərdən 12 ədədinin və bir ədədinin qiyməti 2 manat 10 qəpik oian “Maqnum” markalı boz siqaretlərdən 8 ədədinin, bir ədədinin qiyməti 2 manat 40 qəpik olan “Want” qırmızı markalı siqaretlərdən 6 ədədinin, “Bakcell” şirkətinə məxsus 2 manat dəyərində kağız şifrələrdən 3 ədədini, “Azercell” şirkətinə məxsus 2 manat dəyərində kağız şifrələrdən 3 ədədini, “Nar” şirkətinə məxsus 2 rnanat dəyərində kağız şifrələrdən 3 ədədini və bir ədədinin qiyməti 4 manat olan 250 qram həcmli “Red Bull” enerji içkisindən 4 ədədinin oğurlandığını müəyyən etmişdir. Baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 məhkəməyə telefonoqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışmadığını, ziyanın ödənilməməsini, istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, Goranboy rayonunda yaşaması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında onun istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, o, Goranboy rayonu, Goran qəsəbəsində icarə əsasında ərzaq məhsullarının satıldığı mağazanı işlədir. İşinin icrası ilə bağlı hər gün səhər saat 07:30 radələrində Goranboy rayonu, Goran qəsəbəsində yerləşən mağazaya gəiib işə başfayır və axşam saat 18 radələrinə qədər mağazada işdə olur. 18 yanvar 2022-ci il tarixdə axşam saat 18 radələrinə qədər Goranboy rayonu, Goran qəsəbəsində yerləşən mağazasında işdə olmuşdur. Həmin gün saat 18 radələrində mağazanı bağladıqdan sonra yaşadığı evə getmişdir. Növbəti gün, yəni 19 yanvar 2022-ci il tarixdə səhər saat 07:30 radələrində Goranboy rayonu, Goran qəsəbəsində yerləşən mağazasına gəldikdə görmüşdür ki, oranın plastik materialdan olan şüşəli qapısı açıq vəziyyətdədir. Həmin vaxt mağazadan oğurluq edilməsindən şübhə etdiyi üçün mağazanın qapısının kənarından əli ilə itələyib içəri daxil olmuş və mağazanın içərisində olan zaman əyləşdiyi yerdə olan dolabın birinci siyirtməsinin açıq vəziyyətdə olduğunu və həmin siyirtmənin içərisindəki 170 manat məbiəğində pul vəsaitinin yerində olmadığını aşkar etmişdir. Həmçinin mağazanın içərisində əyləşdiyi yerin arxa tərəfində olan siqaretlərin yerində olmadığını aşkar etmişdir. Mağazada oğurluq baş verdiyini anladığı üçün polisə müraciət etmişdir. Həmin vaxt isə eşitmişdir ki, onun mağazasından başqa Goran qəsəbəsində yerləşən İbrahim və Fərid adlı şəxslərin mağazalarından oğurluq edilmişdir. Odur ki, bir az sonra Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlib onun və digər oğurluq edilmiş iki mağazaya baxış keçirmişdirlər. Polis əməkdaşları mağazaya baxış keçirdikdən sonra o, oğurlanmış məmulatları müəyyən etmək üçün siyahıya alma aparmış və müəyyən etmişdir ki, 18 yanvar 2022-ci il tarixdən 19 yanvar 2022-cİ il tarixə keçən gecə naməlum şəxs(lər) ona məxsus mağazanın qapısını açmaqla içəri daxil olub oradan bir ədədinin qiyməti 4 manat olan “Sobranie” markalı siqaretlərdən 65 ədədini, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan nazik “Kent 4” markalı siqaretlərdən 44 ədədini, bir ədədinin qiyməti 3 manat 50 qəpik olan “Winston" markalı siqaretlərdən 35 ədədini, bir ədədinin qiyməti isə 1 manat 90 qəpik olan “Kinqston” markalı siqaretlərdən 20 ədədini, bir ədədinin qiyməti 2 manat 60 qəpik olan "Rotmans” markalı siqaretlərdən 16 ədədini və 1 ədədinin qiyməti 2 manat 10 qəpik olan '‘Viceroy’’ markalı siqaretlərdən 9 ədədini və ona məxsus 170 manat pulu oğurlamışdır. Odur ki, ümumilikdə mağazada baş vermiş oğurluq nəticəsində ona 813 manat 80 qəpik məbləğində maddi zərər vurulmuşdur. Zərərçəkmiş şəxs7 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışmadığını, ziyanın ödənilməməsini, istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, Goranboy rayonunda yaşaması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında onun istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən icarə əsasında ərzaq məhsullarının satıldığı mağazanı işlədir. İşinin icrası ilə bağlı hər gün səhər saat 08:30 radələrində Goranboy rayonu Goran qəsəbəsində yerləşən mağazaya gəlib işə başlayır və axşam saat 20 radələrinə qədər mağazada işdə olur. 18 yanvar 2022ci il tarixdə axşam saat 20 radələrinə qədər Goranboy rayonu, Goran qəsəbəsində yerləşən mağazada işdə olmuşdur. Həmin gün saat 20 radələrində mağazanı bağladıqdan sonra yaşadığı evə getmişdir. Növbəti gün, yəni 19 yanvar 2022-ci il tarixdə səhər saat 08:30 radələrində Goranboy rayonu, Goran qəsəbəsində yerləşən mağazaya gəldikdə görmüşdür ki, plastik materialdan olan şüşəli qapısı açıq vəziyyətdədir. Həmin vaxt mağazadan oğurluq edilməsindən şübhə etdiyi üçün mağazanın qapısının kənarından əli ilə itələyib içəri daxil olmuş və orada olan zaman mağazada əyləşdiyi yerdə olan dolabın birinci siyirtməsinin açıq vəziyyətdə olduğunu və həmin siyirtmənin içərisindəki 415 manat pulunun yerində olmadığını aşkar etmişdir. Həmçinin mağazanın içərisində əyləşdiyi yerin arxa tərəfində olan siqaretlərin, əyləşdiyi yerin qarşısında olan vitrində isə konturların və ətirlərin yerində olmadığını aşkar etmişdir. O, həmin məmulatların oğurlandığını başa düşüb polisə müraciət etmişdir. Həmin vaxt isə eşitmişdir ki, onun mağazasından başqa Goran qəsəbəsində yerləşən Zirəddin və Fərid adlı şəxslərin də mağazalarından oğurluq edilmişdir. Polis əməkdaşları mağazaya baxış keçirdikdən sonra o, oğurlanmış məmulatları müəyyən etmək üçün siyahıya alma aparmış və müəyyən etmişdir ki, 18 yanvar 2022-ci il tarixdən 19 yanvar 2022-ci il tarixə keçən gecə naməlum şəxs(lər) ona məxsus mağazanın qapısını açmaqla içəriyə daxil olub mağazadan hər birinin qiyməti 5 manat olan 10 milliqramlıq “Elay” markalı ətirlərdən 3 ədədini, hər birinin qiyməti 6 manat 10 milliqramlıq “Elay" markalı xrustal ətirlərdən 14 ədədini, bir ədədinin qiyməti 3 manat 60 qəpik olan "Winston’' boz kompakt markalı siqaretlərdən 40 ədədini, bir ədədinin qiyməti 3 manat 70 qəpik olan nazik “Kent 4” markalı siqaretlərdən 20 ədədini, “Bakcell” şirkətinə məxsus 10 manat dəyərində kağız şifrələrdən 4 ədədini, “Bakcell” şirkətinə məxsus 5 manat dəyərində kağız şifrələrdən 25 ədədini, “Bakcell" şirkətinə məxsus 3 manat dəyərində kağız şifrələrdən 8 ədədini, “Bakcell” şirkətinə məxsus 2 manat dəyərində kağız şifrələrdən 25 ədədini, "Bakcell” şirkətinə məxsus 1 manat dəyərində kağız şifrələrdən 25 ədədini, “Azercell” şirkətinə məxsus 10 manat dəyərində kağız şifrələrdən 5 ədədini, “Azercell” şirkətinə məxsus 5 manat dəyərində kağız şifrələrdən 25 ədədini, “Azercell" şirkətinə məxsus 3 manat dəyərində kağız şifrələrdən 20 ədədini, “Azercell" şirkətinə məxsus 2 manat dəyərində kağız şifrələrdən 30 ədədini, “Azercell” şirkətinə məxsus 1 manat dəyərində kağız şifrələrdən 30 ədədini, “Nar” şirkətinə məxsus 10 manat dəyərində kağız şifrələrdən 3 ədədini, “Nar” şirkətinə məxsus 5 manat dəyərində kağız şifrələrdən 5 ədədini və ”Nar” şirkətinə məxsus 2 manat dəyərində kağız şifrələrdən 8 ədədini, 415 manat məbləğində nağd pul vəsaiti və 1.000 dəyərində olan 1 ədəd “Paşa bank”dan alınan terminal aparatını oğurlamışdır. Odur ki, ümumilikdə mağazada baş vermiş oğurluq nəticəsində ona 2.392 manat dəyərində maddi zərər vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən metal qəbulu məntəqəsində işləyirdi. 2021-ci ilin iyul ayının sonlarında işdə olduğu zaman bir nəfər qara sifətli, təxminən 15-17 yaşlarında olan orta boylu bir oğlan məntəqəyə yaxınlaşaraq mis və su kranları satdığını bildirmişdir. Həmin şəxs təklif etdiyi malların özünə məxsus olduğunu və evində lazım olmadıqları üçün satdığını bildirmişdir. İlkin olaraq o, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədini tələb etmiş, lakin sonuncu sənədinin üzərində olmadığını, adının X6 olmasını bildirmişdir. Elzamin yanmış halda olan misləri və kranları ona göstərdi. Elzaminin təqdim etdiyi misləri tərəzidə çəkdikdə çəkisinin 4 kiloqram olduğunu müəyyən etmişdir. Son olaraq o mis və kranlara görə Elzaminə xatırladığı qədəri ilə 40-60 manat civarında pul vermişdir. Bir neçə gün sonra isə aldığı həmin malları tanımadığı şəxslərə bir az daha baha qiymətə satmışdır. Daha sonra 2022-ci ilin yanvar ayında həmin hadisə ilə bağlı o, Xətai Rayon Polis İdarəsinə çağıralaraq ifadə vermişdir. Ona həmin gün almış olduğu malların oğurluq yolu ilə əldə edildiyi barədə bildirilmişdir. İş üzrə Şahid2 məhkəməyə ərizə ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında onun istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, Zərərçəkmiş şəxs5 ifadəsinə oxşar ifadə vermişdir. İş üzrə Şahid3 məhkəməyə ərizə ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında onun istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, Zərərçəkmiş şəxs11 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan məhkəmə-genetik ekspertizasının 01 mart 2022-ci il tarixli 22/185 R saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə Cavanşir küçəsi 24-də yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 01 (bir) ədəd “Winston” ticarət markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materialların (tüpürcək nümünəsi) X4 məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla) (İİİ cild, i.v. 114-117). xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 15 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində yerləşən köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar müşahidə cihazından götürülmüş videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, görüntülərdə iki nəfər şəxsin 15 sentyabr 2021-ci il tarixdə saat 06 radələrində Xətai rayonu, Vunqtau küçəsində yerləşən köşkün ətrafında gəzmələri, daha sonra köşkün arxasına keçərək birinin oraya daxil olması, digərinin isə köşkün qarşısında gözləməsi və sonradan hər ikisinin oradan uzaqlaşmaları müəyyən edilmişdir. Baxış zaman Təqsirləndirilən şəxs həmin videogörüntülərdəki əks olunan iki nəfər şəxslərdən birinin özünün olması, digərinin isə tanışı Nurağa adlı şəxs olması barədə bildirmişdir (İİ cild, i.v. 261). xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 20 sentyabr 2021-ci il tarixdə ünvan 20 ünvanında yerləşən "Musa” adlı marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə keçirilən baxış zamanı marketdə quraşdırılmış müşahidə cihazından götürülmüş videogörüntüyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, görüntülərdə iki nəfər şəxsin 20 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində “Musa” adlı mağazanın içərisində kassa aparatında pul axtarmaları müəyyən olunmuşdur. Baxış zaman Təqsirləndirilən şəxs Einur oğlu həmin videogörüntülərdəki əks olunan iki nəfər şəxsdən birinin özünün olması, digərinin isə tanışı X7 olması barədə bildirmişdir (İİİ cild, i.v. 60). xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 10 oktyabr 2021-ci il tarixdə ünvan 21 ünvanında yerləşən “Xəzər” adlı marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə keçirilən baxış zamanı marketdə quraşdırılmış müşahidə cihazından götürülmüş videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, videogörüntüdə bir nəfər başında papaq, əynində qırmızı rəngli köynək, üzündə tibbi maska ofan şəxsin 10 oktyabr 2021-ci il tarixdə saat 19:21-də içəridə heç kimin olmadığı vaxt mağazaya daxil olub oradakı kassadan pul vəsaiti oğurlaması müşahidə edilir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdə qeydə alınan şəxs onun özüdür (Vİ cild, i.v. 63). xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 15 oktyabr 2021-ci il tarixdə ünvan 18 ünvanında yerləşən “Elay" adlı fotostudiyada baş vermiş oğurluq faktı ilə müşahidə cihazından götürülmüş videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, fotostudiyanın yerləşdiyi yeni tikili binanın çöl tərəfində olan müşahidə kamera görüntülərində orta boylu, qara saçlı, əynində qara rəngli şalvarı və ağ rəngli qısa qol köynək olan cavan bir oğlanın oraya yaxınlaşması, studiyaya daxil olaraq oradan oğurladıqları əşyaları əlindəki sellofan torbalar ilə çölə çıxardaraq təkrar olaraq həmin fotostudiyaya qayıtması görünmüşdür. Baxış zaman Təqsirləndirilən şəxs həmin videogörüntülərdəki əks olunan şəxsin özünün olması barədə bildirmişdir (İV cild, i.v. 48). xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Zərərçəkmiş şəxs8 küçəsi 60 ünvanında yerləşən “Hayal-Et” adlı restoranda quraşdırılmış müşahidə cihazından götürülmüş videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, kamera görüntülərində orta boylu, başında papaq, üzündə tibbi maska olan cavan bir oğlanın restoranın içərisində kassa aparatı olan piştaxtanın arxasında və mətbəx otağında gəzməsi, oradan oğurluq etməsi müəyyən edilmişdir. Baxış zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin videogörüntülərdəki əks olunan şəxs onun özüdür (İV cild, i.v. 47). xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 106 ünvanında yerləşən “Toxuma İplər” adlı mağazada quraşdırılmış müşahidə cihazından götürülmüş videogörüntülərə təqsirləndiriiən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, həmin mağazanın çölündə və içərisində olan kamera görüntülərində orta boylu, qara saçlı, əynində qara rəngli şalvar və qara rəngli gödəkçə olan cavan bir oğlanın mağazaya yaxınlaşması, oranın qapısını əlində olan alətlə açaraq içəri daxil olması, oradakı masanın üzərindən pul kisəsi və mobil telefon oğurlaması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin videogörüntülərdəki əks olunan şəxs onun özüdür (İV cild, i.v. 49). xx.xx.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 7 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus aptekdə quraşdırılmış müşahidə cihazından götürülmüş videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, videogörüntülərdə başında papaq, əynində qara rəngli dəri gödəkçə, qara rəngli şalvar, ayaqyalın və üzündə maska olan şəxsin aptekin dərmanları yerləşdiyi hissəsinin qapısını açaraq içəri daxil olması, aptekin girişində ətrafa baxaraq yenidən oraya yaxınlaşması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə qeydə alınan şəxs onun özüdür (İV cild, i.v. 225). xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 21 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 138 ünvanında yerləşən aptekdə quraşdırılmış müşahidə cihazından götürülmüş videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, videogörüntülərdə 21 dekabr 2021-ci il tarixdə saat 05 radələrində əlində sellofan paket olan bir nəfər şəxsin su içərək aptekin qarşısından keçməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə qeydə alınan şəxs onun özüdür (İV cild, i.v. 40). xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 21 dekabr 2021-ci il tarıxdə ünvan 8 ünvanında yerləşən siqaret köşkündə quraşdırılmış müşahidə cihazından götürülərək elektron məlumat daşıyıcısına köçürülmüş videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, təqsirləndirilən şəxs videogörüntülərdə hərəkət edən şəxsin özünün olduğunu biidirmişdir (İ cild, i.v. 238). xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 21 dekabr 2021-ci il tarixdə ünvan 9 ünvanında yerləşən siqaret köşkündə quraşdırılmış müşahidə cihazından götürülərək elektron məlumat daşıyıcısına köçürülmüş videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, videogörüntülərdə 21 dekabr 2021-ci il tarixdə saat 05:20-də bir nəfər şəxsin siqaret köşkünün içərisində axtarış aparması, daha sonra kassadan pulları götürməsi müəyyən edilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs videogörüntülərdə olan şəxsin özünün olması barədə biidirmişdir (İ cild, i.v. 182). xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 10 ünvanında yerləşən "Oyal” adlı kitab evində quraşdırılmış videomüşahidə cihazından götürülmüş videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, videogörüntüdə xx-xx-2021-ci il tarixin görsənməsi müşahidə edilmişdir. Baxış zamanı iki nəfər gödəkçə və papaq geyinmiş şəxslərin videomüşahidə cihazının quraşdırıldığı kitab evində olan əşyaları torbalara yığması, orada olan masanın üzərində və kassada axtarış aparmaları müşahidə edilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs X8 bildirmişdir ki, görüntüdə qeydə alınan şəxslərdən biri onun özü, digəri isə tanışı “Nurağa” adlı şəxsdir. Videogörüntülərdə olduğu kimi onlar birlikdə Binəqədi rayonu ərazisində yerləşən “Oyal” adlı kitab evinə daxil olaraq oradan oğurluq etmişdirlər (Vİ cild, i.v. 232). xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən ərzaq məhsulları mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar təqdim edilmiş videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, videogörüntüdə xx-xx-2021-ci il tarixdə saat 03:59-da baş verən hadisənin görüntülərinin əks olunduğu müşahidə edilmişdir. Baxış zamanı bir nəfər əlində sellofan bağlama olan şəxsin ərzaq məhsulları satılan mağazaya yaxınlaşaraq içəri daxil olmaq üçün qapıya müdaxilə etməsi müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdə qeydə alınan şəxs onun özüdür (Vİ cild, i.v. 142). xx.xx.2021-ci il tarixli mobil telefonun götürülməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə oğurladığı bir ədəd “İphone 11” markalı mobil telefonu könüllü olaraq təqdim etmiş və həmin mobil telefon Nəsimi RPİnin 20-ci Polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Tuqay Mehtiyev tərəfindən götürülmüşdür (İİİ cild, i.v. 238). xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, 01 ədəd "İphone 11” markalı mobil telefon zərərçəkmiş şaxs Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs4 1-dən 4-ə kimi nömrə altında nişanlanmış mobil telefonlardan “3” nömrəsi altında nişanlanmış mobil telefonu rənginə və markasına görə tanımışdır (İİİ cild, i.v. 257). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 mart 2022-ci il tarixii 9/974 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “İphone" markalı, “11” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 800,00 manat müəyyən olunur (İV cild, i.v. 14-16). Məhkəmə-daktiloskopik ekspertizasının 20 iyul 2022-ci il tarixli 22/499R nömrəli rəyinə əsasən 19 yanvar 2022-ci il tarixdə Goranboy rayonu, Məşədiqaralar kənd sakini, Zərərçəkmiş şəxs7 məxsus, Goranboy rayonu, Goran qəsəbəsi ərazisində yerləşən mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 07 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 03 ədəd əl-barmaq izi xx.xx.2006 (xx.xx.2007)-ci ildə Mingəçevir (Bakı) şəhərində anadan olmuş X1 əlinin böyük və orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izi ilə ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri arasında eynilik aşkar olunmadı (Vİ cild, i.v. 111-119). İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (İİ cild, i.v. 56). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablanmışdır (İİ cild, i.v. 91-94). İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (İİ cild, i.v. 95-98). İş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 12 ədəd disk, əl-barmaq izləri və “Winston” markalı siqaret kötüyü maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, 1 ədəd “İphone 11” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs4 verilmişdir (Vİİ cild, i.v. 7-39). İş materiallarında olan AZ-İV 741241 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs soyadı “Yusifov” kimi, doğum tarixi “xx.xx.2023-cü il” kimi qeyd olunmuşdur (Vİ cild, i.v. 102). İş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işinin materiallarında olan bəzi sənədlərdə Təqsirləndirilən şəxs soyadı “Mustafayev” kimi göstərilsə də, şəxsiyyət vəsiqəsinə əsasən soyadının “Yusifov”, anadan olduğu xx.xx.2003-cü il, anadan olduğu yer kimi Yevlax rayonu kimi oxunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ziyanın ödənilməməsini nəzərə almağı məhkəmədən xahiş etmişdirlər. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs9 və zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs15 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmadıqlarını, ziyanın ödənilməməsini nəzərə almağı məhkəmədən xahiş etmişdirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə, diskə baxış keçirilməsi haqqında protokollar, ekspert rəyi, əl-barmaq izləri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, gənc olmasını, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi 25 yanvar 2022-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs4 verilmiş 1 ədəd “İphone 11” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 12 ədəd disk, əl-barmaq izləri və “Winston” markalı siqaret kötüyü cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs4 verilmiş 1 ədəd “İphone 11” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 12 ədəd disk, əl-barmaq izləri və “Winston” markalı siqaret kötüyü cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar