Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-47/2024 26.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1989-cu ildə Şamaxı rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli. Xəzər rayon məhkəməsinin 10 avqust 2023cü il tarixli hökmün ilə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşməhkumluğu ödənilməmiş, işləməyən, Xətai rayonu, Əbilov küçəsi, ev 18/15-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33- cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan tanışı Şahid etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz” markalı ** LN *** qeydiyyat nişanlı avtomobili sonuncunun razılığı ilə 28 noyabr 2022-ci il tarixdə saat 18.50-də Bakı şəhəri. Xətai rayonu. Zığ yolu küçəsi ilə 8 noyabr prospekti istiqamətində 30 km/saat sürətlə idarə edərkən Zığ yolu küçəsi 2 ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub təhlükə yaranan anda nəqliyyat vasitəsini dayandırmağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyib əks tərəfdən gələn Zərərçəkmiş şəxs idarə etdiyi 49 kub/sm «Moped»i, avtomobilin sol yan güzgüsü ilə vuraraq toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol ayağının İV-V daraq sümüklərinin qapalı sınıqlarından ibarət dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaqla yol-nəqliyyat hadisəsi törədərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən qaçmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə yerindən qaçmamışdır. İnzibati xəta törətdiyinə görə Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə sürücülük hüququ məhdudlaşdırılmışdır. Lakin sürücülük vəsiqəsini DYPİ-nə təqdim etmədiyinə görə icraya yönəldilməmişdir. Bu səbəbdən də avtombil idarə etməyə səlahiyyəti olmamışdır. Tanışı Bağırov X4 markalı ** LN *** qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə sahibi olan X5 taksi fəailiyyəti ilə məşğul olmaq üçün müvvəqti etibarnamə alıb idarə edirmiş. 28 noyabr 2023-cü il tarixdə, təxminən sual 18 radələrində Bəhramla görüşmüş. Bəhram həmin avtomobili idarə etmiş və birlikdə 8 noyabr prospektindən Zığ yoluna dönərək dəniz kənarında yerləşən Xətai rayon Mühafizə İdarəsinin yaxınlığına getmişlər. Orada işlərini qurtardıqdan sonra getmək istədikdə Bəhramdan xahiş etmişdir ki, icazə versin avtomobili o idarə etsin. Bəhramın onun sürücülük vəsiqəsinin olmasını bildiyini göstərmişdir. Bəhram etiraz elməmiş, o, avtomobilin sükanı arxasında. Bəhram isə arxa sağ oturacaqda əyləşmişdir. Saat 18.50 radələrində avtomobili təxminən saatda 30 km sürətlə hərəkət etdirərək dəniz kənarı tərəfdən Zığ yolu ilə gəlib 8 noyabr prospektinə çatdıqda sürəti azaltmaq istəmişdir ki. prospektə çıxıb getsinlər. Bu vaxtı prospektdən əks tərəfdən moped Zığ yoluna dönərək yollarına çıxmışdır. Avtomobili dayandırmaq istədikdə həmin Mopedin sürücüsü Mopedi avtomobilin sol yan güzgüsünə vurub yerə yıxılmışdır. O. avtomobili saxlayıb yerə düşmüş və sonradan tanıdığı Mopedin sürücüsü Zərərçəkmiş şəxs günahın onda olmasım demiş və sonuncu xəsarət almadığından oradan getmişdir. Lakin Bəhramın avtomobildən yerə düşmədiyini göstərmişdir. Sonradan bilmişdir kı. Ramisin 2 barmağı zədələnmişdir. yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə baxışında təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki. 28 noyabr 2022-ci il tarixdə, saat 18.50 radələrində özünə məxsus 49 cm 3 kubluq Mopedi ilə Xətai rayonu, 8 noyabr prospektində yerləşən «Baku Oil» yanacaq doldurma məntəqəsindən çıxaraq prospektdə hərəkət istiqamətinin əks istiqamətindən daxil olub Zığ şossesi 2 ünvanından qarşı tərəfdən gələn avtomobillərin yolu ilə dənizə tərəfə düşdükdə öz yolu ilə gələn Mercedes markalı, ** LN *** qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilin sürücüsü avtomobili saxlayıb yerə düşmüşdür. Həmin vaxtı avtomobilin arxa oturacağında kimsə olmuşdur. Lakin həmin şəxs yerə düşməmişdir. Belə ki, sonradan tanıdığı sürücü Təqsirləndirilən şəxs günahın ondan olduğunu bildirib ona heç bir köməklik göstərmədən avtomobilə minib sürərək çıxıb getmişdir. Özü barədə heç bir məlumat o cümlədən telefon nömrəsi verməmişdir. Həmin vaxtı özünü pis hiss etdiyindən 40-45 dəqiqə sonra DİN-in 102 zəng xidmətinə zəng etmişdir. Sonradan isə sol ayağının 2 barmağının sınması məlum olmuşdur. 3 gün sonra maşın sahibi gəlmişdir. Demişdir ki, hadisəni o törədib, zərərçəkən inkar edib sürücünün başqa adam olduğunu bildirmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki. “Mercedes E200” markalı ** LN *** qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə sahibi olan X5 taksi fəailiyyəti ilə məşğul olmaq üçün müvəqqəti etibarnamə alıb idarə edirmiş. Xətai rayonu, Əbilov küçəsi ev 18/15-də yaşayan Təqsirləndirilən şəxs dostudur. 28 noyabr 2023-cü il tarixdə, təxminən saat 18 radələrində o həmin avtomobili idarə etmiş və Elçinlə birlikdə 8 noyabr prospektindən Zığ yoluna dönərək dəniz kənarında yerləşən Xətai rayon Mühafizə İdarəsinin yaxınlığım, getmişlər. Orada işlərini qurtardıqdan sonra getmək istədikdə Elçin demişdir ki, icazə versin avtomobil o idarə elsin. Belə ki. Elçinin sürücülük vəsiqəsi olmasım bilirmiş. O etiraz etməmiş və Elçin avtomobilin sükanı arxasında, özü isə arxa sağ oturacaqda əyləşmişdir. Saat 18.50 radələrində Elçin avtomobili təxminən saatda 30 krn sürətlə hərəkət etdirərək dəniz kənarı tərəfdən Zığ yolu ilə gəlib 8 noyabr prospektinə çadıqda sürəti azaltmaq istəmişdir ki, prospektə çıxıb getsinlər. Bu vaxtı prospektdən əks tərəfdən moped Zığ yoluna dönərək yollarına çıxmışdır. Elçin avtomobili dayandırmaq istədikdə həmin Mopedin sürücüsü Mopedi avtomobilin sol yan güzgüsünə vurub yerə yıxılmışdır. Elçin avtomobili saxlayıb yerə düşmüş və Mopedin sürücüsü Zərərçəkmiş şəxs günahın onda olmasını demiş və xəsarət almadığından oradan getmişlər. Lakin o avtomobildən yerə düşməmişdir. Lakin sonradan bilmişlər ki. Ramisin 2 barmağı zədələnmişdir. O Elçinin sürücülük hüququndan məhrum olmasını bilməmişdir. Lakin ona avtomobili idarə etməyə vermək səlahiyyəti olmadığından bu hərəkəti ilə səhv etdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 01 may 2023-ü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01) “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 28 noyabr 2022-ci ii tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu. Zığ yolu küçəsi, 2 saylı evin qarşısında yerləşir. (i.v. 6-11) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Mopeddə hər hansı bir zədə müəyyən olunmamışdır. (i.v. 14-15) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 02 dekabr 2022-ci il tarixli protokoldan görünür ki. Mercedes E200 markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobili qabaq bamperi çıxarılmış və sol yan güzgüsü isə qırılmışdır. (i.v. 24-25) “Videogörüntüyə baxış keçirilməsi haqqında” 05 yanvar 2023-cü il tarixli protokoldan və həmin video görüntülərə məhkəmə baxışı zamanı baxışdan müəyyən olunmuşdur ki, DİN-in X7 etmə xidmətindən alınmış Təhlükəsiz Şəhər Xidmətinin TŞ 5-077 nömrəli kamerası tərəfindən qeydə alınmış Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsinin müşahidəsinin aparıldığı müəyyən edilir. Həmin videogörüntüyə baxış zamanı 15-ci dəqiqə 46-el saniyəsində müəyyən edilir ki, Zərərçəkmiş şəxs idarə etdiyi Mopedlə Xətai rayonu. 8 noyabr prospekti ilə Zığ yol istiqamətində hərəkət edərək «Baku Oilw yanacaq doldurma məntəqəsinə daxil olur, 16 saniyə sonra, yəni videogörüntünün 16-cı dəqiqə 02-ci saniyəsində isə Zərərçəkmiş şəxs idarə etdiyi Mopedlə “Baku Oil” yanacaq doldurma məntəqəsindən çxllb Xətai rayonu, 8 noyabr prospektinə daxil olaraq nəqliyyat vasitələri axınına qarşı yolun hərəkət istiqamətinin əksinə hərəkətini davam etdirir və videogörüntünün 16-cı dəqiqə 05-ci saniyəsində nəqliyyat vasitələri axınına qarşı yolun hərəkət istiqamətinin əksinə hərəkətini davanı etdirib Bakı şəhəri. Xətai rayonu, Zığ yolu küçəsinə daxil olur və videogörüntünün 16- cı dəqiqə 08-ci saniyəsində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi ilə 8 Noyabr prospekti istiqamətində hərəkətdə olan «Mercedes E200» markalı, 1O-LN-58O qeydiyyat nişanlı avtomobilin so. gügüsünə toxunmaqla toqquşmuşdur. “Video görüntüyə baxış keçirilməsi haqqında” 05 yanvar 2023-cü il tarixli protokoldan və həmin video görüntülərə məhkəmə baxışı zamanı baxışdan müəyyən olunmuşdur ki, DİN-in X3 mərkəzindən alınmış videogörüntülərdən görünür ki. ‘'Baku Oil” yanacaq doldurma məntəqəsinin qarşısında quraşdıılmış müşahidə kameraları tərəfindən Bakı şəhəri. Xətai rayonu. 8 Noyabr küçəsinin müşahidəsinin aparıldığı müəyyən edilir. Həmin videogörüntüyə baxış zamanı 15-ci dəqiqə 50-ci saniyəsində müəyyən edilir ki, Zərərçəkmiş şəxs idarə etdiyi Mopedlə Xətai rayonu, 8 noyabr prospekti ilə Zığ yol istiqamətində hərəkət edərək «Baku Oilw yanacaq doldurma məntəqəsinin qarşısında dayanıb, geriyə dönərək Xətai rayonu, 8 noyabr prospektinə daxıl olaraq nəqliyyat vasitələri axınına qarşı yolun hərəkət istiqamətinin əksinə hərəkətini davam etdirib videogörüntünün 16-cı dəqiqə 05-ci saniyəsində nəqliyyat vasitələri axınına qarşı yolun hərəkət istiqamətinin əksinə hərəkətini davam etdirib Bakı şəhəri. Xətai rayonu. Zığ yolu küçəsinə daxil olur və videogörüntünün 16-cı dəqiqə 08-ci saniyəsində Bakı şəhəri. Xətai rayonu. Zığ yolu küçəsi ilə 8 Noyabr prospekti istiqamətində hərəkətdə olan wMcrcedes E200» markalı, **-LN-*** qeydiyyat nişanlı avtomobilin sol güzgüsünə toxunmaqla toqquşmuşdur. Məhkəmə-tibb ekspertizasının 20 dekabr 2022-ci il tarixli 1448 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol ayağın İV-V daraq sümüklərinin qapalı sınıqları müəyyən edilmiş, xəsarətlər bərk-küt əşa (lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə YNH zamanı törənə bilərdilər, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. (i.v. 51-52) Əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 31 avqust 2023-cü il tarixli 8/2624 saylı rəyindən görünür ki. Mercedes Bcnz E280 markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yoİ hərəkəti haqqındaw Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqındaw Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 149-153) Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2023-cü il tarixli 3-13-16/2- 4815/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (18.11,2027-ci il tarixədək etibarlı olan) AF 013456 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakın onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2018-ci il tarixdə Xətai rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixədək məhdudlaşdırılsa da sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə .Azərbaycan Respublikası İXMnin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaqdır. (i.v. 45, ) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Nəsimi rayon məhkəməsinin 17 may 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.l-ci maddəsi ilə təqsirli bilinib 1 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılınası cəzasına məhkum olunmuşdur. Xəzər rayon məhkəməsinin 10 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən şəxs hesab edilir. (i.v. 46-47, 67-74, 109-115) İş üzrə maddi sübut yol-nəqliyyat hadisəsini özündə əks etdirən 2 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş və “Mercedes Benz E280” markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə ilə sahibi X1. 08 iyul 2023-cü il tarixdə ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-53.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin xəstəliyi ilə əlaqədar dayandırılmış və 22 avqust 2023-cü il tarixdə təzələnib istintaq davam etdirilmişdir. (i.v. 107, 116) 02 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikas: CMnin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan edilməklə barəsində 23 avqust 2023-cü il tarixdə seçilmiş «başqa yerə getməmək haqqında iltizama qətimkan tədbiri seçilmişdir. (i.v.138-139) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-94/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixə çəkilməmiş qalan 01 il 02 ay 09 gün hissəsi AR CM-nin 67.1-ci maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il taixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət AR CM-nin 69.3-cü maddəsinə əsasən 01 günə 02 gün hesablanmaqla ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinin 29 noyabr 2024-cü il tarixli, 315481-21-1/324131-18 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Xəzər Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixə çəkilməmiş qalan 01 il 02 ay 09 gün hissəsi AR CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il taixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət AR CM-nin 69.3-cü maddəsinə əsasən 01 günə 02 gün hesablanmaqla ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 94/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı və onun icrası barədə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli göstərişi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-94/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi onun tərəfindən çəkilməmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər. Bununla yanaşı, Cinayət Məcəlləsinin 263- 1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarına əsasən şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33- cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan tanışı Şahid etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Mercedes Benz markalı ** LN *** qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub təhlükə yaranan anda nəqliyyat vasitəsini dayandırmağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyib əks tərəfdən gələn Zərərçəkmiş şəxs idarə etdiyi «Moped»i, avtomobilin sol yan güzgüsü ilə vuraraq toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaqla yol-nəqliyyat hadisəsi törədərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən qaçması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi məsələsinə, məhkəmə hər əmələ görə ayrılıqda münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs bu əmələ görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir və Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirən və həmin Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cinayətin obyektini yol hərəkəti və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.. Həmin Məcəllənin 264-cü maddəsinin sanksiyasından da aydın olur ki, həmin əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aiddir. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Eyni zamanda ibtidai istintaq dövründə ********* saylı cinayət işinin istintaqı 08 iyul 2023-cü il tarixdə dayandırılmış və 22 avqust 2023 il tarixdə iş üzrə icraat təzələnmişdir. İş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, dayandırılmaya səbəb təqsirləndirilən şəxsin xəstəliyi olmuşdur. (i.v. 107) Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair xx.xx.2006-cı il tarixli Qərarında bildirilir ki, müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni tətbiq etmək üçün həmçinin, CPM-in 39-cu maddəsində istisna hal kimi göstərilən CM-in 75.3-cü maddəsi ilə müəyyən edilən müddətin axımının dayanması mühüm əhəmiyyətə malikdir. Belə ki, sonuncu maddəyə müvafiq olaraq cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Qeyd olunan Məcəllənin 75.3-cü maddəsinə görə cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 264-cü maddəsində göstərilən əməli törətməkdə təqsirli bilməklə ona cəza təyin etməməklə ittiham hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 94/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 28-29 dekabr 2022-ci il tarixlərdə tutulduğu müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.20 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı və və “Mercedes Benz E280” markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə ilə sahibi X6 verilməsi nəzərə alınmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 256 (iki yüz əlli altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 41 (qırx bir) iş saatına görə 246 (iki yüz qırx altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 44, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 44.2.1-ci maddələrinə əsasən cəza təyin edilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 94/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 28-29 dekabr 2022-ci il tarixlərdə tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın və “Mercedes Benz E280” markalı 10LN580 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6 verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 256 (iki yüz əlli altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-47/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-47/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver