Məhkəmə qərarları › İş №1(011)-47/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-47/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-47/2025 07.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi “Qanunçuluq” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, 23 avqust 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-137/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CMnin 66.5-ci maddəsi tətbiq edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)- 734/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gününü çəkməkdən azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə, halhazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində cəzaçəkən atası Şahid2 cəzasının azaldılmasına köməklik göstərilməsi üçün 2024-cü ilin aprel ayında özünə müraciəti ilə əlaqədar, həmin tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi arasında aparılan telefon danışığı zamanı özünün guya Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yüksək vəzifədə işləyən tanışı olduğunu, həmin şəxs vasitəsilə Şahid2 adını əfv komissiyasına təqdim edərək əfv ediləcək şəxslərin siyahısına əlavə edilib qalan 6 il cəzasının yarı hissəsini azaldacağına köməklik göstərə biləcəyini Zərərçəkmiş şəxs yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra qeyd edilən məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə Şahid2 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşərək, həmin adla 28 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Ukranya” dairəsi yaxınlığında yerləşən “Heydər Əliyev” adına parkın qarşısında Zərərçəkmiş şəxs 50.000 manat pul vəsaitini alıb, öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 50.000 (əlli min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid2 ilə 2021-ci ilin may ayında Bakı İstintaq Təcridxanasının Tibbi sanitar hissəsində cəza çəkərkən tanış olmuş, onunla normal münasibətləri yaranmışdır. 2023-cü ilin sonlarında özünün cəzasının bitməsinə təxminən bir il qalmış, cinayət qanunvericiliyinə görə cəzasının dörddə üçünü çəkdikdən sonra məhkəmənin qərarı ilə şərti olaraq azadlığa buraxıla biləcəyindən bununla bağlı rəsmi olaraq məhkəməyə müraciət etmək istəmiş və bu barədə Şahid2lə dəfələrlə söhbətləri olmuşdur. Şahid2 onun da cəzasının azaldılması və ya azadlığa buraxılması ilə əlaqədar köməklik göstərə bilib-bilməyəcəyi ilə maraqlanmış, o isə 2024-cü ilin may ayının 28-də əfv elan olunacağını düşündüyündən, Şahid2 həmin əfv zamanı müxtəlif tanışları vasitəsilə köməklik edə biləcəyini bildirmişdir. Öz işi ilə bağlı məhkəməyə müraciət etdikdən sonra 2023-cü ilin dekabr ayının sonlarında şərti olaraq azadlığa buraxılmışdır. Ondan sonra da Şahid2lə telefon vasitəsilə mütəmadi olaraq danışmış, söhbət zamanı Azad Şahid2lığa buraxılması və ya cəzasının azaldılması ilə bağlı yollar axtardığını dəfələrlə ona bildirmiş, ona köməklik edə bilib-bilməyəcəyini soruşub bu işlə maraqlanmağını xahiş etmişdir. O da tanışları ilə maraqlanmış, Şahid2 yaşının 65-dən yuxarı olduğunu düşünərək onun adının əfv qərarına salına biləcəyini düşünmüşdür. Faktiki olaraq bu məsələnin həll edilməsi ilə bağlı heç bir vəzifəli şəxslə danışıb razılaşmamağına baxmayaraq, Şahid2 təyin edilmiş 11 il azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 6 ilinin 3 il azaldılmasına köməklik göstərəcəyini sonuncuya bildirmişdir. Bir müddət sonra Şahid2lə yenə telefonla danışarkən sonuncu məsələ ilə bağlı oğlu Zərərçəkmiş şəxslə danışdığını, Aqilin onunla görüşəcəyini, məsələni Aqilin həll edəcəyini bildirmiş və o da razılıq vermişdir. Aqillə görüşməmişdən öncə onunla bir neçə dəfə telefonla əlaqə saxlamış və sonuncunu özünə inandıraraq məsələni həll edəcəyi barədə söz vermişdir. Belə ki, Şahid2 təyin edilmiş 11 il azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 6 ilinin 3 il azaldılmasına köməklik göstərəcəyini vəd edərək Aqildən bunun müqabilində 50.000 manat tələb etmişdir. Lakin bu məsələni adını konkret olaraq bildirmədiyi başqa bir şəxslə danışıb razılaşdırdığını, pulu da həmin şəxsə verəcəyini Aqilə bildirmişdir. Lakin faktiki olaraq belə bir şəxs və ya razılaşma olmamış, pulu da özü istəmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdə Ukrayna dairəsi yaxınlığında Zərərçəkmiş şəxslə görüşmüş, həmin görüşdə sonuncunun qardaşı Şahid1 də iştirak etmişdir. Aqilə məxsus “Hyundai Sonata” markalı “**-FS-***” dövlət nömrə nişanlı avtomobilinə oturmuş, orada söhbət edərkən də, Şahid2 əfv komissiyasının qərarı ilə cəzasının çəkilməmiş 6 ilinin 3 ilə endiriləcəyini vəd edib bunun müqabilində onlardan tələb etdiyi 50.000 manatı şəxsən əlbəəl Aqildən almışdır. Şahid2 qalan cəzasını 3 il azaltdıracağını vəd edərək Zərərçəkmiş şəxs 50.000 manat aldıqdan sonra verdiyi vədi yerinə yetirməyi üçün faktiki olaraq heç bir iş görməmiş, pulu alarkən də verdiyi vədi yerinə yetirmək iqtidarında olmadığını tam şəkildə dərk etmiş, lakin maddi vəziyyəti çox pis olduğundan 50.000 manatı alaraq, şəxsi problemlərini həll etmək və şəxsi ehtiyaclarına sərf etməyi əvvəldən düşünmüş və pulu aldıqdan sonra da belə edərək həmin məbləği yalnız şəxsi ehtiyaclarına sərf etmişdir. Sonra Aqil onunla danışıb iş barəsində maraqlananda Aqilin məsələnin alınmayacağından şübhələnməsini hiss etmiş və vaxt qazanmaq üçün əgər əlavə 50.000 manat da verərsə, Şahid2 əfv komissiyasının qərarı ilə azadlığa buraxdıra biləcəyini, atasını birdəfəlik cəzadan azad etdirəcəyini dedikdə Aqil bu barədə görüşən zaman ətraflı danışacaqlarını bildirmişdir. Bir neçə gün sonra, xx.xx.2024-cü il tarixdə Aqil və qardaşı Emillə birikdə Ukrayna dairəsi yaxınlığında görüşmüş və yuxarıda göstərdiyi avtomobildə əyləşmişlər. Söhbət zamanı Aqil razı olmayaraq əlavə 50000 manatı tapa bilmədiyini bildirmişdir. Özünün Aqildən əlavə 50000 manat almaq fikri omamış, sadəcə olaraq Aqil şübhələnməsin deyə, vaxt daraldıqca əlavə söz deyib vaxtı uzatmaq istəmişdir. Bundan sonra Aqil bəlkə bu məsələni yekunlaşdırmağını, pulu tam şəkildə qaytarmağını xahiş etdikdə o, razılaşdıqları ilk məsələdə heç bir problemin olmadığını, yuxarıda göstərdiyi vədinə əməl edə biləcəyini və atasının cəzasının 3 il azaldılacağı təqdirdə Aqildən əlavə 20.000 manat alacağını bildirmişdir. Həmin vaxt 20000 manatı şərti olaraq demiş, ondan əlavə 20000 manat almaq istəməmiş, aldığı 50000 manata məsələni həll edəcəyinə inandırmaq üçün, həmin vaxt məsələ həll olunarsa əlavə də 20000 manat özü üçün şirinlik kimi Aqilə pul verəcəyini demişdir ki, sonuncu ona inansın. Aqil də atasının cəzasının azaldılacağı təqdirdə, ona həmin pulu verəcəyini bildirmiş, bu danışıqları Aqil telefonu vasitəsilə səs yazısı və video çəkilişlə qeydə almış və çəkiliş zamanı da yuxarıda göstərdiyi xüsusatları özü etiraf etmişdir. Bundan bir neçə gün sonra, xx.xx.2024-cü il tarixdə Əfv sərəncamı çıxmış, Aqillə telefonla əlaqə saxlayaraq, az adamın əfvə düşdüyünü, atasının adının siyahıda çıxmadığını bildirərək, xx.xx.2024-cü il tarixdə görüşmələrini, görüş zamanı pulunu tam şəkildə qaytaracağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Sahil metrostansiyasının yanında olan Sahil parkının yanında Aqillə görüşmüş, görüş zamanı sonuncunun dostu Şahid3 da onların yanında olmuşdur. Özü yenə də Aqilin avtomaşınında oturmuş və söhbət zamanı pulu yaxın günlərdə qaytaracağını bildirsə də, pulu tam şəkildə qaytara bilməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Aqilə həmin puldan 6000 manat, daha sonra 2500, 1500 və 2000 manat olmaqla əlavə 6000 manatda qaytarmışdır. Ümumi olaraq Aqilə 12000 manat qaytarmışdır və qalan 38000 manat məbləği də yaxın müddət ərzində qaytaracaqdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödədiyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, atası Şahid2 uzun müddət çoxmərtəbəli çoxmənzilli binaların tikintisi ilə məşğul olmaqla "xxxx" MTK və "xxxx" MTK-nın təsisçisi olmuşdur. Atası Şahid2 cinayət işi üzrə CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə məsuliyyətə cəlb edilmiş, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən atasının 12 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmışdır. Sonradan tərəflərindən edilən müraciət nəticəsində Bakı Apellyasiya Məhkəməsi atasının cəzasını 9 ilə endirmişdir. Ondan bir müddət sonra, yəni 2021 -ci ildə atasının "xxxx" MTK-dakı fəaliyyəti ilə bağlı əlavə şikayətlər əsasında KQMBİ-də başqa cinayət işi başlanılmış, həmin iş də baxılması üçün 2021-ci ilin mart ayında Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işə baxaraq atasının barəsində əvvəlki məhkəmənin qəbul etdiyi cəza nəzərə alınmaqla, nəticədə atasının 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdır. Beləliklə, atası xx.xx.2019-cu ildən istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində saxlanılır, cəzasının 5 ilini çəkmiş, 6 ili isə hələ də qalmaqdadır. Atası ilə 2023-cü ilin əvvəllərində cəzaçəkmə müəssisəsində görüşdüyü zaman atası ona Təqsirləndirilən şəxs adlı şəxsin onunla birlikdə cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyini, Azərin yaxın zamanlarda azadlığa buraxılacağını, Azərin atasının azadlığa buraxılmasına da köməklik göstərə biləcəyini demişdir. Ondan sonra bir müddət bu barədə söhbətləri olmamışdır. 2024-cü ilin əvvəllərində atası ilə cəzaçəkmə müəssisəsində görüşdüyü zaman atası Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti azad edildiyini, onunla görüşərək sonuncunun atasının cəzadan azad edilməsinə nə kimi köməklik göstərə biləcəyi və bunun müqabilində hansı məbləğdə pul tələb etdiyi ilə maraqlanmağını tapşırmışdır. O da Təqsirləndirilən şəxsla telefonla bir neçə dəfə danışmış, telefon danışığı zamanı Təqsirləndirilən şəxs 50.000 manat müqabilində atasının adını əfv komissiyasına təqdim edərək əfv ediləcək şəxslərin siyahısına əlavə etdirəcəyini və əfv komissiyasının qərarı ilə atasının yerdə qalan cəzasının, yəni 6 ilin yarısını əfvə saldıracağını, 3 il azaldılacağını vəd etmiş və danışığından sonuncunun iş görəcək bir şəxs olduğuna inanmışdır. Özü bu barədə atası ilə də telefonla danışdıqdan sonra atası da razı olduğunu, Azərə 50000 manat verə biləcəyini, ona inandığını demişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdə Ukranya dairəsi yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüş, həmin görüşdə qardaşı Şahid1 də iştirak etmişdir. Təqsirləndirilən şəxs ona məxsus “Hyundai Sonata” markalı “77- FS-683” dövlət nömrə nişanlı avtomobilində oturmuş, qardaşı Emilin yanında özünə məxsus 50.000 manatı yuxarıda göstərilən vədləri ilə əlaqədar Təqsirləndirilən şəxs vermiş və sonuncuda avtomobildə pulu sayaraq götürmüşdür. Bundan bir həftə sonra Azərlə telefonla “Whatsap” proqramı vasitəsilə əlaqə saxlayaraq atasının işi barədə maraqlandıqda Azər əlavə də pul verdiyi halda atasının birdəfəlik cəzadan tam azad olunacağını bildirmiş, özü isə Azərin bu hərəkətindən şübhələnmiş və ona razılıq verməyib görüşəndə bu barədə danışmaqlarını bildirmişdir. İlk verdiyi vədə əməl etmədən özünün Azərə ikinci məbləği vermək fikri olmamış, buna baxmayaraq Azərdən şübhələndiyi üçün bu barədə maraqlandıqda atasının məsələsi ilə bağlı əfv komissiyasına ərizə ilə müraciət olunmadığını öyrənmiş və Azərin onları aldatdığına əmin olmuşdur. Bir neçə gün sonra, yəni xx.xx.2024-cü il tarixdə qardaşı Emillə birlikdə Ukranya dairəsi yaxınlığında Azərlə görüşmüş, yuxarıda göstərdiyi avtomobilində əyləşmişlər. Söhbət zamanı Azər atasının adının may ayında qəbul olunması nəzərdə tutulmuş Əfv qərarına salınacağını və əlavə 50000 manat verəcəyi halda həmin qərarla atasının tam olaraq cəzadan azad olunacağını dedikdə, o, razılaşmayıb, pulu toparlaya bilmədiyini, əlavə 50000 manatı verə bilməyəcəyini deyib artıq aldadıldığına əmin olduğu üçün bəlkə bu məsələni yekunlaşdırmasını, pulu tam şəkildə qaytarmasını Azərə bildirmişdir. Bundan bir neçə gün sonra xx.xx.2024-cü il tarixdə əfv sərəncamı çıxmış, Təqsirləndirilən şəxs onunla telefonla əlaqə saxlayaraq, az adamın əfvə düşdüyünü, atasının adının siyahıda çıxmadığını bildirərək, xx.xx.2024-cü il tarixdə görüşmələrini, görüş zamanı pulunu tam şəkildə qaytaracağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Sahil metrostansiyasının yanında olan Sahil parkının yanında Azərlə görüşmüş, görüş zamanı dostu Şahid3 da onunla olmuşdur. Azər yenə də onun avtomaşınında oturmuş və onlar söhbət etmişlər. Söhbət zamanı Azər müxtəlif bəhanələr deməklə vaxt qazanmağa çalışmış və sonda pulu yaxın günlərdə qaytaracağını bildirmişdir. Həmçinin o, məhkəməyə mülki iddia ərizəsi təqdim edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona 50000 manat ziyan vurmuşdur. Həmin məbləğdən 12000 manat ödəmiş, 38000 manat isə ödənilməmişdir. Beləliklə o, təqsirləndirilən şəxs ilə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini bildirərək Təqsirləndirilən şəxs 38000 manat məbləğində pulun onun xeyrinə tutulmasını və barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin əvvəlində səhhəti ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə etap olunmuş, orada olan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Azəri ilk dəfə həmin vaxt məhkum yoldaşı kimi görüb tanımış, onu əvvəllər tanımamış, onunla əvvəldən əlaqəsi olmamışdır. Müalicə müəssisəsində bir yerdə olan zaman münasibətləri yaxşı olmuş, zaman keçdikcə sıx ünsiyyətdə olmuşlar, Azər ona dayı deyə müraciət etmiş, özünün də ona çoxlu hörmətləri olmuşdur. Aralarında olan çoxlu sayda söhbətlər əsasında Azərin jurnalist kimi fəaliyyət göstərdiyini, əlaqələrinin geniş olduğunu bilmişdir. Belə ki, hər zaman Azər söhbət əsnasında özünün geniş əlaqələrindən danışmışdır. Danışıqların birində Azər yaxın zamanlarda azadlığa çıxacağını bildirmiş, 2023-cü ilin dekabr ayının sonlarında Azər şərti cəza ilə azadlığa buraxılmışdır. Buraxıldıqdan sonra özü onunla danışan zaman Azər onunda işində köməklik edə biləcəyini, qalan cəzasını yarıya endirə biləcəyini, cəzasını yüngülləşdirəcəyini bildirmişdir. Özüdə Azərin ona olan münasibətinə görə onun söz ərinə inanmış, ona güvənmiş, Azərin onun işini öz işi kimi həll edəcəyini düşünmüş və həm də Azərin azadlığa çıxması onun inamını daha da artırmışdır. Bundan sonra bu barədə böyük oğlu Aqilə deyib Azərlə görüşməsini bildirmişdir. Aqil Azərlə bir neçə dəfə görüşdükdən sonra ona bu barədə bildirmiş və sonuncu dəfə onunla danışan zaman Aqil onun işinə görə Azərin 50000 manat pul istədiyini bildirdikdə özüdə razılaşıb Aqilə pulu tapıb Azərə verməsini demişdir. 2024-cü ilin aprel ayının sonunda övladları Aqil və Emil Azərlə görüşərək 50000 manat pulu ona vermişlər və Azər onun adını Əfv komissiyasının siyahısına saldıraraq onunda əfvə düşərək çəkilməyən cəzasının azaldılacağını demişdir. xx.xx.2024-cü il tarixdə Əfv sərəncamı çıxsa da, onun adı siyahıda olmamış, bundan sonra o, özü də Azərlə və Aqillə əlaqə saxlayaraq telefonla danışmışdır. Azər verdiyi vədə əməl etməmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək onun işini həll etməmiş, oğlu Aqilə məxsus pulu ondan alıb geri qaytarmamışdır və bundan sonra oğlu Aqil də, Azər barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. X2 verilən puldan 12000 manat qaytardığını, qalan pulu hələ də qaytarmadığını bilir. Azər konkret olaraq ad çəkməsə də, yüksək vəzifəli şəxslər vasitəsilə məsələni həll edəcəyini demişdir. Müvafiq məbləği Azərin başqa şəxsə verib-verməməsi barədə isə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 4); cinayət işinin icraata qəbul edilməsi haqqında 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır (cild 1, i.v. 5); cinayət işinin icraata qəbul edilməsi haqqında 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işi icraata qəbul edilmişdir (cild 1, i.v. 29); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 43-44); baxış keçirilməsi haqqında 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, "Elektron yaddaş daşıyıcısında" səs yazısı, video görüntü və fotoşəkil faylları vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi kimi həmin səs yazısının Təqsirləndirilən şəxsla onun arasında olduğunu, həmin səs yazısının məhkum atası Şahid2 cəzasının azaldılması məsələsi ilə bağlı aralarında olan danışıqlardan ibarət olduğunu, video görüntünün də müvafiq məsələ ilə bağlı olduğunu, bir ədəd şəkil faylındakı şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Fayllara daxil olub ilk olaraq səs yazısı faylına baxdıqda səs yazısının 30 dəqiqə 55 saniyədən ibarət olduğu müəyyən olunur. Səs yazısı faylında Zərərçəkmiş şəxs hal-hazırda Təqsirləndirilən şəxs yanına getdiklərini bildirir, Zərərçəkmiş şəxs öz adını, qardaşı Şahid1 isə öz adını səsləndirir. Səs yazısına əsasən onların avtomobil ilə hərəkət etdikləri və avtomobildə ikisinin olduğu müşahidə olunur. Zərərçəkmiş şəxs “recorder”i (səs yazanı) qoşduğunu qeyd edir. Yolda olan zaman onlar digər bir mobil nömrə ilə Təqsirləndirilən şəxsla əlaqə saxlayırlar və yolda olduqlarını, gəldiklərini, Bravo marketin qarşısında olduqlarını bildirirlər, Azər isə keçən dəfə görüşmüş olduqları yerdə, Ukrayna dairəsi yaxınlığında, parkın qarşısında dayandığını bildirir. Sonra onlar görüşürlər, Azər avtomobilə əyləşir, onlar salamlaşdıqdan sonra Azər, dayının, yəni Şahid2 bugün yığmadığını bildirir. Zərərçəkmiş şəxs atalarının onlarla da danışmadığını deyir. Danışıq zamanı Azər ikinci məsələnin nə yerdə olduğunu soruşduqda Zərərçəkmiş şəxs həmin məsələyə görə deyilən məbləği toparlaya bilmədiklərini deyir. Təqsirləndirilən şəxs son söz sahibi özünün olmadığını, özünündə kimlərəsə dediyini, prokurorluğun razılığının çox çətinliklə alındığını deyərək "alınmırsa-alınmır, köhnə qüvvəsində qalacaq" bildirir. Azər ikinci məsələ alınmasa da əvvəlki danışığın qüvvədə qaldığını dedikdə Aqil ilk məsələnidə ləğv edə biləcəklərini soruşub hər iki məsələni ümumi olaraq ləğv etmək istədiyini bildirir. Azər oyun oynamadığını, özünün məsələni başqa şəxsə dediyini, işi özünün həll etmədiyini deyir. Aqil və Emil isə özlərinin maraqlandığını əfv olunması ilə bağlı ataları Şahid2 ərizəsinin əfv komissiyasına təqdim olunmadığını deyirlər. Bu zaman Təqsirləndirilən şəxs əgər belə yaxın adamları var idisə, maraqlana bilirdilərsə, elə həmin şəxslə atalarının işini vaxtında həll etmələrini, əgər edə bilmirlərsə onun işinə müdaxilə etməmələrini, onun müvafiq məsələni kimin vasitəsilə həll etdiyini bilmədiklərini, artıq 4 dəfə iclas olaraq əfv siyahısı hazırlandığını, 400 nəfərin adı olduğunu növbəti iclas olduqlan sonra isə çıxdaş edib müəyyən qismə əfv verəcəklərini, Şahid2 də adının həmin siyahıda olacağını bildirir. Danışıqlar zamanı Təqsirləndirilən şəxs Aqilin niyə onu ittiham edərcəsinə danışdığına etiraz etdikdə Aqil Azərdən niyə əsəbləşdiyini, onu ittiham etmədiyini, məsələni ətraflı soruşduğunu qeyd edir. Təqsirləndirilən şəxs Şahid2 azad olmasını ən çox istəyən şəxslərdən birinin özü olduğunu bildirərək, özünün uşaq olmadığını, bəlkə də onun səsini yazdıqlarını Aqilə və Emilə bildirərək Şahid2 cəzasının yarı hissəsinin azaldılması üçün adının əfv siyahısına salınmasına görə onlardan 50000 manat pul aldığını açıq şəkildə deyir. Bundan sonra Zərərçəkmiş şəxs video çəkiliş aparmaq istədiyini bildirdikdə də, Təqsirləndirilən şəxs etiraz etmir. Aqil Emil və Azərin iştirakı ilə çəkiliş aparır, Təqsirləndirilən şəxs bir daha Şahid2 qalan 6 il cəzasının yarısının, yəni 3 ilinin azaldılması müqabilində onlardan 50000 manat pul aldığını etiraf edir və Zərərçəkmiş şəxs ona inanmadığına görə məsələni müsbət həll etdikdən sonra Zərərçəkmiş şəxs ona əlavə 20000 manatda pul verəcəyini bildirir və Aqildə onunla razılaşır. Video çəkiliş yekunlaşdıqdan sonra Azər həmin videonu ona da göndərməsini Aqilə bildirir. Danışıqlar zamanı Təqsirləndirilən şəxs yenə öz vədində qalaraq məsələni həll edəcəyini bildirir və sonda onlar Azəri müvafiq ünvanda düşürdürlər və onlar sağollaşıb ayrılırlar. Bundan sonra yaddaş daşıyıcısında olan video görüntü faylına daxil olduqda isə həmin faylda 1:51 saniyəlik video görüntü olduğu müəyyən olunur. Baxış zamanı həmin video görüntünün avtomobil içərisində çəkildiyi, görüntüdə olan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Video görüntü və oradakı danışıqlara əsasən görüntünün Zərərçəkmiş şəxs tərəfindən çəkildiyi, avtomobildə sonuncunun qardaşı Şahid1 də olduğu müəyyən olunmuşdur. İlk olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs salamlayaraq özünü təqdim etməsini bildirir, avtomobilin arxa oturacağında əyləşmiş şəxs isə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 50000 manat pul verdiyini, sonuncunun isə söz verərək atası Şahid2 2024-cü ilin əfv siyahısına saldıraraq cəzasını azaldacağını bildirir. Təqsirləndirilən şəxs Aqilin sözünü təsdiqləyərək Şahid2 qalan 6 il cəzasının 3 il azaltdıracağına dair söz verdiyini və bunun müqabilində 28 aprel 2024-cü il tarixdə 50000 manat pulu Zərərçəkmiş şəxs qardaşı Şahid1 də iştirakı ilə aldığını bildirir. Bundan sonra Aqil qardaşı, avtomobilin sağ ön oturacağında əyləşmiş Şahid1, sonra özünü çəkib yenidən Azəri çəkir. Azər Şahid2 hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində Azərbaycan Respublikası CM-nın 178.3.2 və 308.2-ci maddələri ilə cəza çəkdiyini bildirir. Zərərçəkmiş şəxs Azərdən video çəkməsinə hər hansı bir problem olmadığını soruşduqda Azər video çəkməsinə etirazı olmadığını bildirib əlavə olaraq video çəkilişdə qeydə alınmasını istəyərək Zərərçəkmiş şəxslə şərt kəsərək əgər Şahid2 əfvə düşsə özünün Zərərçəkmiş şəxs 20.000 manat pul alacağını deyir. Zərərçəkmiş şəxs 10000 manat verəcəyini dedikdə, Təqsirləndirilən şəxs razılaşmayaraq verdiyi vədi yerinə gətirdiyi halda, yəni Şahid2 əfvə düşərək qalan 6 il cəzasından 3 ilin götürüləcəyi halda Zərərçəkmiş şəxs 20000 manat alacağı barədə şərt kəsir, bunu Emilədə bildirib Aqilin razı olub-olmadığını soruşduqda Aqildə dediyi vədə əməl edərsə razı olduğunu bildirir və onlar sağollaşırlar. Bundan əlavə foto-şəkil faylına daxil olduqda Təqsirləndirilən şəxs məxsus bir ədəd şəklin olduğu, şəklin yuxarı hissəsində “Azər jurnalist” yazıldığı müəyyən olunmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs tərəfindən araşdırmaya təqdim olunan, Təqsirləndirilən şəxsla aralarında “Whatsapp” proqramı vasitəsi ilə aparılmış yazışma mətnlərinə keçirilmiş baxış zamanı yazan nömrə sahibinin ad yerində “Azər jurnalist” adının qeyd olunduğu müəyyən olunmuşdur. 26 aprel 2024-cü il tarixli yazışmada bu məsələni nə zamana planladıqlarını Aqildən soruşub ona fikir demələrini, son günə saxlamamalarını, özünün bu məsələ barədə danışdığını, komissiyaya əvvəldən demək lazım olduğunu bildirir, Aqil isə yarısının hazır olduğunu, hazırda 2-3 nəfərlədə görüşəcəklərini qeyd edir. Bunun ardınca Azər, Azad dayının problem olmadığını, onun danışmasını, özünün hazır olduğunu dediyini, indi isə başqa cür alındığını, artıq onun sadəcə qiymət öyrəndiyini başa düşdüklərini (guya müvafiq şəxslərin) qeyd edir. Aqil isə cavab olaraq Azad dayının dediyi kimi olmasına çalışdığını bildirir. 28 aprel 2024-cü il tarixli yazışmada Aqil saat 6 üçün harada görüşəcəklərini Azərdən soruşduqda Azər saat 6-nın gec olduğunu, özünün bəs camaatla nə vaxt görüşəcəyini deyir, Aqil ondan hansı tərəfdə qaldığını soruşduqda o, Əhmədlidə qaldığını qeyd etdikdə Aqil saat 5 üçün onu yığacağını bildirir. Azər isə gəlməmişdən yarım saat qabaq ona xəbər etməsini həmin gün saat 15:53-də Aqilə yazır və Aqil “ok” yazaraq təsdiq verir. Həmin gün saat 17:42-də Aqil 4 saniyəlik səs atdıqda Azərdə ona saat 17:48-də 7 saniyəlik səslə cavab verdikdən sonra Azər saat 18:07-də “mən burdayam” deyə Aqilə mesaj göndərir. 4 iyun 2024-cü il tarixli yazışmada isə Azər məsələni danışdığı şəxslərin hər həftənin 4-cü günü yuxarıda olan adamı görə bildiklərini ona dediklərini bildirir, Aqil isə onu borc verən şəxslərin sıxışdırdığını yazır. Azər isə müvafiq şəxslərin 1 həftədən və bir də 2 həftədən sonra ona dediklərini, həmin tarixində ayın 6-sı və 20-nə düşdüyünü, narahat olmamağını, 4-cü axşam görüşəcəklərini bildirir. 10 iyun 2024-cü il tarixli yazışmada Azər Aqilə yazaraq sabah saat 4-də götürəcəyi barədə kimlərinsə indi ona dediyini, səhərdən şəhərdə onların zəngini gözlədiyini bildirir. Aqil ondan gecikdirməyin səbəbini soruşduqda o, səbəbini ona dediyini, nə qədər geciksə də, ayın 20-dən o tərəfə keçməyəcəyini, özünün öz taleyini düşündüyünü, yəni bu məsələ geciksə onu nə gözlədiyini özünün yaxşı bildiyini, konkret danışıqlar apardığını və sonuncu vaxtın 20-si olduğunu dədiyini bildirir. Aqil ondan sabah “dəqiqdir” deyə soruşduqda Azər “İnşallah, dəqiqdir" deyə cavab verir. 11 iyun 2024-cü il tarixli yazışmada isə Azər Aqilə yazaraq bunların ümumiləşdirib ayın 20-də verəcəklərini, başqa adamında ona arxayın olmasını, 20-nə kimi verəcəklərini bildirdiyini qeyd edir və Aqilə müraciət edərək, ona son sözünün iyun ayının 20-də axşam saat 7-ə kimi onunla tam hesablaşacağını, əgər hesablaşmasa “artıq günah səndən çıxıb” deyərək ona qarşı istədiyi zəruri addımları ata biləcəyini, ancaq nə olursa olsun özünün ayın 20-nə kimi məsələni yoluna qoyacağını bildirir və Aqilə özü zəng etmədiyini, fakt kimi qalsın deyə mesaj yazdığını qeyd edir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs yazışmalarda olan aprel ayı danışıqlarında Azərə ilkin 50000 manat verdiyi mərhələ, iyun ayı danışıqlarında isə pulunun geri qaytarılması barədə danışıqlar olduğunu bildirib səs yazısı və video görüntünün isə qardaşı Emil ilə birlikdə xx.xx.2024-cü il tarixdə Ukrayna dairəsi yaxınlığında Azərlə olan görüşlərində qeydə almış olduğu görüntü və səs yazısı olduğunu bildirərək ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir (cild 1, i.v. 77-80); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-137/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(011)-22/2021 saylı hökmü ilə sonuncuya təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq, ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin 28 sentyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir (cild 2, i.v. 13-20); Bakı Apellyasiya Məhkəməsinin 1(103)-61/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-137/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (cild 2, i.v. 21-25); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-734/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 2, i.v. 26-29); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 06 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəzası 02 il 11 ay 27 günə endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2017-ci ildə cəzasının vaxtı başa çatmışdır; barəsində Nəsimi RPİ-də CM-nin 178.1-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına xx.xx.2019-cu ildə Azərbaycan Respublikası CPM-nin 40.3 və CM-nin 72.2-ci maddəsinə əsasən xitam verilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir (cild 2, i.v. 33); sübutların qiymətləndirilməsi haqqında 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxsla aralarında aparılan danışığın səs yazısı, video görüntüsü və sonuncuya məxsus fotoşəklin yükləndiyi bir ədəd elektron yaddaş daşıyıcısı və aralarında “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılmaqla fotoşəkil halında olan yazışma mətnləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış və istintaq hərəkətlərinə dair protokollar iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (cild 2, i.v. 34-52); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, i.v. 53-55); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 83-84); 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı Mənzil-X1 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, i.v. 88); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-47/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir və barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-nin 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin 28 sentyabr 2020-ci il tarixdən hesablanması hökm edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Lakin Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən xx.xx.2023-cü il tarixdə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi halda xx.xx.2024-cü il tarixdə hazırki cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq yenidən qəsdən cinayət törətməsini nəzərə alır və cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Bundan əlavə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tətbiq olunan şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.3cü maddəsinə əsasən ləğv edilməli və ona CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarı üzrə çəkilməmiş qalan 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxsla aralarında aparılan danışığın səs yazısı, video görüntüsü və sonuncuya məxsus fotoşəklin yükləndiyi bir ədəd elektron yaddaş daşıyıcısı və aralarında “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılmaqla fotoşəkil halında olan yazışma mətnləri iş materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs 38000 (otuz səkkiz min) manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməklə sonuncuya 50000 manat məbləğində maddi ziyan vurması və həmin maddi ziyandan yalnız 12000 manat məbləğində ödəniş etməsi müəyyən edildiyindən, təqsirləndirilən şəxs də əməlini etiraf etdiyindən, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 38000 (otuz səkkiz min) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azebaycan Respublikası Ali Məhkəməsinin internet səhifəsində olan dövlət rüsumunun hesablanması üçün nəzərdə tutulmuş kalkulyatorun göstəricisinə əsasən 38000 (otuz səkkiz min) manat məbləğində pul tələbi üzrə dövlət rüsumu 204 (iki yüz dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, mülki iddiaçının iddia tələbinin təmin olunması nəzərə alınaraq ödənilmiş dövlət rüsumunu əvəzi olan 204 (iki yüz dörd) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə ödənilmiş dövlət rüsumun məbləği 206 manat təşkil edir. Belə olan halda artıq ödənilmiş 2 (iki) manat məbləğində dövlət rüsumu mülki iddiaçının özünə aid edilməlidir. Cinayət mühakimə icraatı üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarı üzrə çəkilməmiş qalan 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 38000 (otuz səkkiz min) manat və dövlət rüsumuna görə 204 (iki yüz dörd) manat, ümumilikdə 38204 (otuz səkkiz min iki yüz dörd) manat pul vəsaiti tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin, artıq ödənilmiş 2 (iki) manat məbləğində dövlət rüsumu zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs özünə aid edilsin. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxsla aralarında aparılan danışığın səs yazısı, video görüntüsü və sonuncuya məxsus fotoşəklin yükləndiyi bir ədəd elektron yaddaş daşıyıcısının və aralarında “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılmaqla fotoşəkil halında olan yazışma mətnlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar