Məhkəmə qərarları › İş №1(011)-470/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-470/2025

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-470/2025 02.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Hərbi Hissə ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs oğlu N saylı hərbi hissədə xidmət aparan əsgər Şahid1 barəsində Qubadlı Hərbi prokurorluğunda cinayət işi başlanılması barədə yalan məlumat verib həmin cinayət işini xitam etdirəcəyi adı ilə Zərərçəkmiş şəxs aldadaraq 10 oktyabr 2024-cü il tarixdə saat 17:17 dəqiqədə Şahid1 adına olan "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 saylı bank kart hesabı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid 5522 0993 6133 5243 saylı bank kart hesab nömrəsinə köçürülmüş 150 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs aldadaraq 11 oktyabr 2024-cü il tarixdə saat 15:14 dəqiqədə Şahid1 adına olan "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 saylı bank kart hesabı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid 5167 5133 3905 5592 saylı bank kart hesab nömrəsinə köçürülmüş 70 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs aldadaraq 11 oktyabr 2024-cü il tarixdə saat 13:45 dəqiqədə Şahid1 adına olan "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 saylı bank kart hesabı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid 5167 5133 3905 5592 saylı bank kart hesab nömrəsinə köçürülmüş 50 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs aldadaraq istintaqla müəyyən edilməyən tarixdə və vaxtda Şahid1 adına olan "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 saylı bank kart hesabı vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdiyi istintaqla müəyyən bank kart hesabına köçürülmüş 30 manat pulunu, daha sonra həmin vədlə yenidən aldadaraq 14 oktyabr 2024-cü il tarixdə saat 17:55 radələrində ünvan 3 ünvanda yerləşən “Al Market”-in içərisində 500 manat məbləğində pulu Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-nə aid 5522 0993 6133 5243 bank kart hesab nömrəsinə ödənilmiş pulunu, 16 oktyabr 2024-cü il tarixdə saat 15:48 radələrində həmin vədlə yenidən Zərərçəkmiş şəxs aldadıb ünvan 3 ünvanda yerləşən “Al Market”in içərisində 1000 manat məbləğində pulu Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-nə aid 5522 0993 6133 5243 bank kart hesab nömrəsinə ödəmək yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 1800 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs tanışı Şahid2 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin 3-cü mərtəbəsinin tikintisinə Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyindən tikintiyə müvafiq rəy alacağı adı ilə aldadıb 23 oktyabr 2024cü il tarixdə saat 18:38 radələrində ünvan 5 ünvanda Zərərçəkmiş şəxs 2000 manat məbləğində pulu "xxxx" ASC-nə aid, nömrəsi 5167 5133 3905 5592 bank kart hesab nömrəsinə köçürmə yolu ilə ödənilmiş pulunu, 29 oktyabr 2024-cü il tarixdə saat 17:18 radələrində həmin vədlə yenidən Zərərçəkmiş şəxs aldadıb ünvan 5 ünvanda 250 manat məbləğində pulu "xxxx" ASC-nə aid, nömrəsi 4169 7388 4726 1926 bank kart hesab nömrəsinə köçürmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 2250 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş və 2000-ci il tarixdə 297 saylı orla məktəbə gedib 2011-ci il tarixdə orta məktəbi bitirmişdir. Orla məktəbi bitirdikdən sonra 2012-ci il tarixdə hərbi xidmətə gedib 2014-cü ildə hərbi xidmətdən qayıtmış, həmin il Gürcüstan Respublikasında ali məktəbə daxil olub 4 il oxuduqdan sonra 2018-ci il tarixdə ali məktəbi bitirmişdir. Ali məktəbi bitirdikdən sonra Bakı şəhərində avtomobil ehtiyatı hissəllərinin satışı üzrə ofisdə işləmiş, 2020-ci ilin axırlarında Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən N saylı hərbi hissəyə MAXE hərbi qulluqçu kimi işə düzəlmiş, orada bir il qulluq etdikdən sonra gizir rütbəsi alıb Sanqaçal qəsəbəsində yerləşən N saylı hərbi hissəyə işə düzəldikdən sonra Laçın rayon ərazisində yerləşən N saylı hərbi hissəyə xidmətə göndərilərək həmin hərbi hissədə baş texnik vəzifəsində xidmət etmişdir. 2023-cü ilin yanvar ayında Laçın rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən vaxtı Şahid1 adlı əskəri tanımış, Rəsul hərbi hissədə əskər kimi xidmət etmişdir. Rəsul xidmət etdiyi vaxtdan təxminən 6-7 ay sonra hərbi hissədə xidmət edən manqa komandiri, kiçik çavuş X1 ilə mübahisələri baş vermiş və Allahverdi Rəsula xəsarət yetirdiyi üçün Rəsul hərbi hissədə manqa komandirindən şikayət etmiş, şikayəti əsasında hərbi hissədə araşdırma aparılmışdır. Eyni zamanda Rəsulun atası Vidadi də Rəsulun manqa komandirinin Rəsula qarşı etdiyi qanunsuz hərəkətlərindən Hərbi prokurorluğa da şikayət ərizəsi yazmış, Rəsul və atası şikayət etdikdən bir neçə gündən sonra Rəsul müalicə almaq üçün MN-nin Bakı şəhərində yerləşən Baş Klinik Hospitalına göndərilərək 45 günə yaxın hospitalda müalicə almışdır. Rəsul Hospitalda müalicə aldığı vaxtları şikayəti əsasında hərbi prokurorluqda araşdırma aparılırmışdır. Rəsul Hospitalda müalicə aldıqdan sonra yenidən hərbi xidmətini davam etdirmək üçün hərbi hissəyə qayıtmış, hərbi xidmətdə olduğu vaxtdan 3-4 ay sonra Rəsulun zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi Füzuli Hərbi Məhkəməsinə göndərilmişdir. 2023-cü ilin axırlarında xidmət etdiyi hərbi hissədə Rəsulla tanış olmuş, həmin vaxtı gizir rütbəsində texniki işlərə baxmışdır. Hərbi hissədə Rəsulla söhbət əsnasında hərbi hissədə manqa komandiri tərəfindən döyülməyi barədə ona danışmış və Rəsula nə lazım olsa kömək edə biləcəyini demişdir. Eyni zamanda Rəsula hər yerdə tanışlarının olduğunu və nə lazım olsa ona müraciət etməyini, bütün köməklikləri ona göstərəcəyini demişdir. 2024-cü ilin fevral ayında hərbi hissədə səhhəti ilə bağlı xidmət edə bilmədiyi üçün hərbi xidmətdən təxris olunmağını xahiş etmiş, lakin hərbi hissə rəhbərliyi onun hərbidə qalıb xidmət etməyini demiş, ancaq özbaşına hərbi hissəni tərk etdiyindən N gündən sonra barəsində cinayət işi başlanıldığından bir daha hərbi hissəyə qayıtmamışdır. Həmin vaxtdan sonra Rəsulu görməmişdir. 2024-cü ilin iyul ayının 07-də Rəsul hərbi xidmətini başa vurub evə gəlmiş və 2024-cü ilin oktyabr ayının əvvəllərindən sonra sosial şəbəkələr vasitəsi ilə Rəsul onunla əlaqə saxlayaraq nə işlə məşğul olduğunu, harada yaşadığını soruşmuş, özü barədə ona məlumat vermiş, Rəsul da demişdir ki, hərbi xidmətdən təxris olunub və heç yerdə işləmir. Rəsula demişdir ki, onun əskərlikdə olan işi nə yerdədir. Rəsul demişdir ki, zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi Füzuli Hərbi Məhkəməsinə göndərilib. Rəsula demişdir ki, hakimin mobil telefon nömrəsini ona versin, danışıb ona məlumat verəcək. Rəsul da atasının mobil telefon nömrəsinə məhkəmə tərəfindən mesaj göndərilmiş Hakimin mobil telefon nömrəsini ona demiş, o da Rəsula demişdir ki, danışıb ona məlumat verəcək. Bir neçə saatdan sonra Rəsulun mobil telefon nömrəsinə zəng edib demişdir ki, 300 manat pul versin. Füzuli Hərbi Məhkəməsində olan cinayət işini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Hərbi Məhkəməyə göndərtdirsin, daha Füzuli rayonuna getməsin yol uzaqdır. Demişdir ki, guya ki, özündən 300 manat pulu Hakimə verəcək ki, Hakim işi Bakı şəhərinə göndərsin. Rəsul demişdir ki, özündən 300 manat pul versin, sonra həmin pulu ona verər. Daha sonra bu barədə Rəsul atası Vidadiyə demiş, atası Vidadi də Rəsula 300 manat pul vermiş, Rəsul həmin 300 manat puldan 270 manatını işlədiyi marketdə olan ödəmə terminalı vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 nömrəli bank kart hesabına ödəmişdir. 10 oktyabr 2024-cü il tarixdə Rəsula zəng edib demişdir ki, 300 manat pulu onun yerinə verib, onun 300 manat pulunu versin. Həmin vaxt Rəsulun mobil telefonuna göndərdiyi "xxxx" bankına aid 5522 0993 6133 5243 nömrəli bank kartının şəkilini çəkib onun mobil telefonuna göndərmişdir ki, həmin kart hesabına 300 manatı göndərsin. Rəsul da həmin günü evdə olduğu vaxt saat 17:17 dəqiqədə özünə məxsus "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 nömrəli bank kart hesabından ona göndərdiyi "xxxx" bankına aid 5522 0993 6133 5243 nömrəli bank kart hesabına 150 manat pulu köçürərək köçürdüyü məbləğin qəbzini onun mobil telefonuna göndərmişdir. 11 oktyabr 2024-cü il tarixdə yenidən Rəsula zəng edib demişdir ki, qalan 150 manat pulu da kart hesabına göndərsin. Rəsul da həmin günü evdə olduğu vaxt saat 13:14 dəqiqədə özünə məxsus "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 nömrəli bank kart hesabından onun maaş kartı olan "xxxx" bankına aid 5167 5133 3905 5592 nömrəli bank kart hesabına 70 manat pulu köçürərək köçürdüyü məbləğin qəbzini onun mobil telefonuna göndərmişdir. Daha sonra 11 oktyabr 2024-cü il tarixdə evdə olduğu vaxt saat 13:45 dəqiqədə Rəsul özünə məxsus "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 nömrəli bank kart hesabından onun maaş kartı olan "xxxx" bankına aid 5167 5133 3905 5592 nömrəli bank kart hesabına 50 manat pulu köçürərək köçürdüyü məbləğin qəbzini onun mobil telefonuna göndərmişdir. Daha sonra 11 oktyabr 2024-cü il tarixdə saat təxminən 17-18 radələrində Rəsul yaşadığı ünvana yaxın yerdə hazırda xatırlamadığı mağazadan onun maaş karlı olan "xxxx" bankına aid 5167 5133 3905 5592 nömrəli bank kart hesabına 30 manat pul ödəyərək zəng edib demişdir ki, 30 manat pulu da kartına göndərmişdir. Beləliklə də Rəsul onun plastik bank kart hesabına 300 manat pul ödəmişdir. Bundan sonra yəni 14 oktyabr 2024-cü il tarixdə günorta vaxtlarında Rəsulun atası Vidadinin ***-***-**-** saylı mobil telefon nömrəsinə başqa səslə gizli nömrədən zong edib demişdir ki, Hərbi prokurorluqdandır, guya ki, Rəsul hərbi xidmətdə xidmət etdiyi vaxt pəncərədən özünü atmaq istəyib, buna görə barəsində cinayət işi başlanılıb, Rəsula 2 ildən 5 ilə qədər iş düşür və telefonda Vidadi ilə başqa heç nə danışmamışdır. Rəsulun atası Vidadi də dərhal Rəsula zəng edib bu barədə ondan soruşduqda Rəsul atasına deyib ki, o hərbi xidmətdə olduğu vaxt səhhətində müəyyən problemlər olduğuna görə axşam vaxtı kazarmanın 3-cü mərtəbəsində pəncərəyə yaxınlaşmış, ancaq özünü pəncərədən atmaq istəməmişdir. Vidadi də qorxuduğu üçün onun mobil telefon nömrəsini oğlu Rəsuldan alıb ona zəng edib kömək istəmiş, Vidadiyə demişdir ki, guya ki, Rəsulun barəsində Hərbi prokurorluqda cinayət işi başlayıblar, Rəsulu 2 ildən, 5 ilə qədər həbs gözləyir. Vidadiyə demişdir ki, 5000 manat pul versə Rəsulun barəsində Hərbi prokurorluqda başlanılmış cinayət işini xitam etdirəcək. Vidadi də bu barədə oğlu Rəsula demişdir ki, ondan oğlu Rəsulun işinin bağalınması üçün 5000 manat pul istəmişdir. Rəsul da qorxduğu üçün atası Vidadiyə deyib ki, onunla danışsın onun işini bağlatdırsın Sonra Vidadiyə demişdir ki, guya ki, cinayət işinin xitam olunmasım 1500 manata danışıb, həmin məbləği versə Rəsulun barəsində başlanılmış cinayət işini xitam etdirəcəkdir. Vidadi də onun sözlərinə inanıb 1500 manata razı olub birinci dəfə 14 oktyabr 2024-cü il tarixdə saat 17:55 dəqiqədə Xətai rayonu, M.Hadi küçəsi 7 saylı ünvanda yerləşən və Rəsulun işlədiyi «Al Marketin» içərisində quraşdırılan mpay ödəmə terminalı vasitəsi ilə göndərdiyi 5522 0993 6133 5243 nömrəli bank kart hesabına 500 manat pul ödəmiş və ödəniş qəbzinin surətini onun mobil telefonuna göndərmişdir. Daha sonra Vidadiyə zəng edib ondan qalan 1000 mant pulu da göndərməsini demiş, Vidadi də 16 oktyabr 2024-cü il tarixdə saat 15:48 dəqiqədə Xətai rayonu, M.Hadi küçəsi 7 saylı ünvanda yerləşən və Rəsulun işlədiyi «Al Marketin» içərisində quraşdırılan mpay ödəmə terminalı vasitəsi ilə göndərdiyi 5522 0993 6133 5243 nömrəli bank kart hesabına 1000 manat pul ödəyib ödəniş qəbzinin surətini mobil telefonuna göndərmişdir. Beləliklə də iki dəfəyə Vidadini aldadıb ondan 1500 manat pul almış, onlara zəng edib demişdir ki, narahat olmasınlar cinayət işini xitam etdirib, Rəsulu heç yerə çağırmayacaqlar. 2024-cü ilin təxminən noyabr ayının əvvəllərində Vidadi dostu Rasimin Nizami rayonu ərazisində yerləşən fərdi yaşayış evinin 3-cü mərtəbəsinin tikintisinə görə ona 2 dəfəyə 2250 manat pul da vermiş, lakin heç bir sənəd düzəltməyib onları aldatmış və həmin pulu da ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etmişdir. Rəsul bunu bilən kimi zəng edib evin sənədi ilə bağlı soruşduqda hər dəfə müxtəlif bəhanələr gətirərək sənədi düzəldəcəyini deyib vaxtı uzatmışdır. Daha sonra Rəsulun zərərçəkmiş şəxs qismində tanındığı Füzuli Hərbi Məhkəməisndə olan cinayət işi yekunlaşmış, orada Vidadi gilə məlum olmuşdur ki, onları aldadıb bu adla 1800 manat pul almışdır. Bunu biləndən sonra Vidadi zəng edib demişdir ki, onu aldadıb aldığı 1800 manat pulu və sənədə görə aldığı 2250 manat pulu qaytarsın, yoxsa ondan polisə şikayət edəcək. O, da yalandan müxtəlif bəhanələr gətirərək demişdir ki, evin sənədi düzələcək, düzəlməsə pulu qaytaracaq. Lakin sonradan onların telefon zənglərinə cavab verməyərək gizlənməyə başlamış, bunu biləndən sonra Vidadi 2025-ci ilin yanvar ayında ondan Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə şikayət ərizəsi yazmış, Vidadinin şikayətindən sonra polis şöbəsindən ona zəng edilərək polisə çağırılsa da qorxduğu üçün çağırışa getməmişdir. Vidadinin şikayətindən sonra Vidadiyə zəng edib ona demişdir ki, gedib şikayətini geri götürsün onun pulunu verəcək. Ancaq Vidadi demişdir ki, pulu versin şikayətini götürəcək. Atası Rafiq zərərçəkmiş şəxs Vidadiyə məxsus 4050 manat pulu qaytarmışdır. Hazırda tutuduğu əmələ görə peşmançılıq çəkir və söz verir ki, bir daha cinayət əməli törətməyəcək. Həmçinin o, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, himayəsində azyaşlı övladının olmasını qeyd edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Rəsul 07 yanvar 2023-cü il tarixdən, 07 iyul 2024-cü il tarixədək Laçın rayonu ərazisində yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, 07 iyul 2024-cü il tarixdə hərbi xidmətdən ləxris olunaraq evə qayıtmışdır. Rəsul hərbi hissədə xidmətdə olduğu vaxtdan təxminən 8-9 ay sonra, yəni 2023-cü ilin təxminən sentyabroktyabr aylarında oğlu Rəsula qarşı hərbi hissədə xidmət edən hərbiçi tərəfindən qanunsuzluqlar edilməyə başlanılmış, bunu bilən kimi Hərbi prokurorluğa şikayət ərizəsi yazmışdır. Yazdığı ərizədən sonra Qubadlı Hərbi prokurorluğu tərəfindən oğlunun xidmət etdiyi hərbi hissədə xidmət edən hərbiçinin barəsində araşdırma aparılanıq həmin hərbiçinin barəsində cinayət işi başlanılmış və sonradan cinayət işi aidiyyəti üzrə Füzuli Hərbi Məhkəməsinə göndərilmişdir. Araşdırma dövründə oğlu Rəsul 41 gün hərbi hospitalda müalicə aldıqdan sonra yenidən öz xidmət etdiyi hərbi hissəyə qayıtmış, həmin dövrdə oğlunun xidmət etdiyi hərbi hissədə Təqsirləndirilən şəxs adlı gizir xidmət etmiş, Ayxan həmin hərbi hissədə xidmət etdiyindən oğlu Rəsula qarşı edilmiş qanunsuzluqlardan xəbəri olmuşdur. Sonradan eşitmişdir ki, Ayxan hərbi xidmətdən təxris olunmuşdur. 10 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı nar nömrədən oğlu Rəsula məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib Qubadlı Hərbi prokurorluğunda oğlu Rəsulun barəsində cinayət işi başlanıldığını bildirib həmin cinayət işinin xitam etdirəcəyini deyərək bu adla oğlunu aldadıb oğlundan 300 manat pul istəmiş, oğlu Rəsulda bunu ona demiş, evdə olduğu vaxt Ayxan istifadəsində olan ***-***-**-** saylı mobil telefon vasitəsi ilə oğlu Rəsula məxsus ***-***-**- ** saylı mobil telefon nömrəsinə kart nömrəsi göndərərək həmin 300 manat pulu kart hesabına göndərməsini demişdir. Oğlu Rəsul da bu barədə ona demiş, o da Ayxanın sözünə inanıb qorxaraq razılıq verdikdən sonra özünə məxsus olan 300 manat pulu oğlu Rəsula pul vermişdir ki, Təqsirləndirilən şəxs göndərdiyi "xxxx" ASC-yə aid 5522 0993 6133 5243 saylı bank kart nömrəsinə göndərsin. Oğlu Rəsul da ona verdiyi 300 manat pulu özünə məxsus 5239 1517 1651 0469 saylı "xxxx" ASC-yə aid Bir Kart hesabına ödəniş terminalı vasitəsi ilə ödədikdən sonra Ayxanın ona göndərdiyi "xxxx" ASC-yə aid 5522 0993 6133 5243 saylı bank kart nömrəsinə 10 oktyabr 2024-cü il tarixdə saat 17:17 dəqiqədə birinci dəfə 150 manat pul göndərmiş, daha sonra yenidən 11 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs oğlu Rəsula göndərdiyi 5167 5133 3905 5592 saylı bank kart nömrəsinə 11 oktyabr 2024-cü il tarixdə saat 13:14 dəqiqədə 70 manat pul, daha sonra yenidən 11 oktyabr 2024-cü il tarixdə Ayxanın oğlu Rəsula göndərdiyi 5167 5133 3905 5592 saylı bank kart nömrəsinə 11 oktyabr 2024-cü il tarixdə saat 13:45 dəqiqədə 50 manat pul, dəqiq tarix yadında qalmayan vaxtda isə oğlu Rəsul Ayxanın hansısa bank kartına əlavə 30 manat pul, ümumilikdə 300 manat pul göndərmişdir. Beləliklə də oğlu Rəsul bir neçə dəfə Ayxana bank kart vasitəsi ilə 300 manat pul göndərmişdir. Bundan sonra 14 oktyabr 2024-cü il tarixdə günorta saatlarında ona məxsus mobil telefonuna əvvəllər tanımadığı bir nəfər şəxs yadında qalmayan mobil telefon nömrəsindən zəng edib demişdir ki, guya ki, oğlu Rəsul hərbi hissədə xidmət etdiyi vaxt özünü pəncərədən atmaq istəyib, buna görə də oğluna Qubadlı Hərbi prokurorluğunda cinayət işi başlayıblar, oğluna 2 ildən 5 ilə kimi iş düşür. Həmin tanımadığı şəxs ona telefonda demişdir ki, bunu ona məlumat verir ki, məlumatı olsun. Həmin zəngdən bir neçə dəqiqə sonra Ayxan ona ***- ***-**-** saylı mobil telefon nömrəsindən zəng edib demişdir ki, guya ki, oğlu Rəsul hərbi hissədə xidmət etdiyi vaxt özünü pəncərədən atıb öldürmək istədiyinə görə oğlunun barəsində cinayət işi başlayıblar, həmin cinayət işinin xitam olunmasına görə əlavə 5000 manat pul lazımdır, həmin məbləği ona versə oğlunun barəsində başlanmış cinayət işini bağlatdıracaqdır. Lakin Ayxana 5000 manat deyil, 1500 manat pul versə ona hörmət edib 1500 manat müqabilində həmin cinayət işini xitam etdirəcəkdir. Ayxanın sözünə inanıb fikirləşmişdir ki, yəqin oğlunun barəsində də Qubadlı Hərbi prokurorluğunda cinayət işi başlanıb və qorxduğu üçün ona demişdir ki, razıdır, təki oğluna heç nə olmasın və 1500 manat pulun Ayxana verilməsinə razı olmuşdur. 14 oktyabr 2024-cü il tarixdə saat 17:55 dəqiqədə yaşadığı Xətai rayonu, M.Hadi küçəsi 7 saylı ünvanda yerləşən «Al Marketin» içərisində yerləşən mpay ödəmə terminalı vasitəsi ilə Ayxanın onun mobil telefon nömrəsinə göndərdiyi "xxxx" ASC-yə məxsus 5522 0993 6133 5243 saylı bank kart nömrəsinə özünə məxsus olan 500 manat pul göndərmişdir. 16 oktyabr 2024-cü il tarixdə saat 15:48 dəqiqədə yenidən yaşadığı Xətai rayonu, M.Hadi küçəsi 7 saylı ünvanda yerləşən «Al Marketin» içərisində yerləşən mpay ödəmə terminalı vasitəsi ilə Ayxanın onun mobil telefon nömrəsinə göndərdiyi "xxxx" ASC-yə məxsus 5522 0993 6133 5243 saylı bank kart nömrəsinə özünə məxsus olan 1000 manat pul göndərib zəng edib Ayxana demişdir ki, 1500 manat pulu göndərib. Ayxan demişdir ki, 1500 manat pul onun kart hesabına köçüb, narahat olmasın, oğlu Rəsulun işi artıq həll olunub, oğlunu heç kim, heç yerə çağırmayacaqdır. Rəsulun işinin həll olunması üçün Ayxana ümumilikdə 1800 manat pul vermişdir. Həmin vaxt oğlu Rəsulun xidmət etdiyi hərbi hissədə xidmət edən hərbiçilərdən soruşduqda, onlar demişlər ki, heç vaxt oğlunun barəsində cinayət işi olmayıb, əslində oğlu həmin işdə zərərçəkmiş şəxsdir, demişlər ki, Ayxan onu aldadır, dələduz adamdır, gedib pulunu Ayxandan tələb edib geri alsın. Bunu bilən kimi Ayxana zəng edib demişdir ki, onu nə üçün aldadıb, oğlu zərərçəkmişdir, oğlunun barəsində heç vaxt cinayət işi olmayıb, nə səbəbə görə onu aldadıb 1800 manat pul alır. Ayxan da telefonda demişdir ki, nə danışır, o, olmasaydı oğlu Rəsulu həbs edəcəkdilər, onun barəsində Qubadlı Hərbi prokurorluğunda cinayət işi başlanmışdı, onun işini xitam etdirmişdir. Ayxana demişdir ki, öyrənib, oğlu Rəsul zərərçəkmiş şəxs olub, oğlunun barəsində heç vaxt cinayət işi olmayıb, onun 1800 manat pulunu qaytarsın, əgər oğlunun barəsində cinayət işi olubsa ona sənəd təqdim etsin, lakin Ayxan heç bir sənəd təqdim edə bilməmiş və demişdir ki, oğlu Rəsulun işini bağlatdırıb. 23 oktyabr 2024-cü il tarixdə oğlu Şahid1, Təqsirləndirilən şəxsla söhbət zamanı Ayxana demişdir ki, tanışı olan Şahid2 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə aid sənədləşmə işində problem var, həmin problemin həll edilməsinə köməklik etsin. Ayxan da oğlu Rəsula demişdir ki, həmin tikilinin sənədləşməsi onun üçün asan məsələdir, həmin işin həll olunmasına 2000 manat pul lazımdır. Oğlu da bu barədə ona deyəndə, o, da bu barədə dostu Rasimə demiş, Rasim onun yaxın dostudur, ona demişdir ki, Ayxan adlı adam var, evin sənədləşməsinə kömək edə bilər. Dostu Rasimə məxsus həmin ünvanda yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin tikintisində problem var, yəni Rasimin qonşusu evin 3-cü mərtəbəsinin tikilməsinə razılıq vermir, her yerə şikayət edir, deyir ki guya ki, həmin ev onun həyətinə uçacaq. O, da bu barədə Rasimə demiş, Rasim demişdir ki, əgər Ayxan ona məxsus evin sənədləşməsinə kömək edə bilirsə 2000 manat pulu verməyə razıdır. O, da bu barədə Ayxana demişdir ki, əgər Rasimə məxsus fərdi yaşayış evinin sənədləşməsinə kömək edə bilirsə, yəni evin 3-cü mərtəbəsinin tikintisinə icazə ala bilirsə Rasim həmin pulu verir. Ayxan da demişdir ki, narahat olmasın, onun hər yerdə tanışları var, 2000 manat pulu versin, 2 həftəyə sənədləşmə işini həll edəcəkdir. Daha sonra Ayxan demişdir ki, onun "xxxx" ASC-yə aid 5167 5133 3905 5592 saylı bank kart nömrəsinə 2000 manat pulu göndərsinlər. Bu barədə Rasimə demiş. Rasim demişdir ki, hazırda onun 2000 manat pulu yoxdur, onun yerinə Ayxana 2000 manat pulu versin, Ayxan sənədləşmə işini həll etdikdən sonra Rasim onun yerinə Ayxana verdiyi 2000 manat pulu ona verəcəkdir. O, da Ayxanın göndərdiyi "xxxx" ASC-yə aid 5167 5133 3905 5592 saylı bank kart nömrəsinə yaşadığı evdə olan zaman mobil telefon vasitəsi ilə 23 oktyabr 2024-cü il tarixdə saat 18:38 dəqiqədə 2000 manat pulu Ayxanın "xxxx" ASC-yə aid 5167 5133 3905 5592 saylı bank kart nömrəsinə göndərmişdir. Həmin vaxt Rasimə məxsus fərdi yaşayış evinin sənədlərinin şəklini də çəkib Ayxanın mobil telefon nömrəsinə göndərmişdir. Bundan sonra 29 oktyabr 2024-cü il tarixdə Ayxan yenidən zəng edib demişdir ki, Rasimin evinin sənədləşmə işini Fövqəladə Hallar Nazirliyində kiminləsə danışıb, əlavə 250 manat pul lazımdır, guya FİNdə işləyən Zeynəb adlı qadına verməlidir ki, Zeynəb adlı qadın sənədləri dəftərxanadan götürüb tikintiyə nəzarət edən idarəyə göndərəcəkdir ki, həmin idarədən əməkdaşlar gəlib Rasimin evinə baxıb rəy verəcəklər və bundan sonra Rasim tikintiyə başlayacaqdır. Bu barədə Rasimə demiş və Rasim də ona demişdir ki, həmin 250 manat pulu Ayxanın kart hesabına göndərsin, iş düzəldəndən sonra onun 2250 mr.aat pulunu qaytaracaqdır. O, da həmin tarixdə 250 manat pulu yaşadığı evdə olan zaman özünə məxsus "xxxx" ASC-yə aid Bank Kart nömrəsindən 29 oktyabr 2024-cü il tarixdə saat 17:18 dəqiqədə Ayxanın göndərdiyi "xxxx" ASC-yə aid 4169 7388 4726 1926 saylı bank kart hesabına 250 manat pulu köçürmüş, evin sənədləşmə işinə görə Ayxana ümumilikdə 2250 manat pul göndərmişdir. Lakin Ayxan dediyi vaxtda heç bir iş görməmiş, dediyi vaxtda ona zəng edib işin nə yerdə olması barədə soruşduqda, onlara müxtəlif bəhanələr gətirərək yayınaraq onları aldatmışdır. Bundan sonra Ayxan zəng edib evin sənədləşmə işinin düzəlməsi üçün ondan əlavə 400-500 manat pullar tələb etmiş, demişdir ki, əlavə pul lazımdır. Ayxana hər dəfə zəng edib iş barədə soruşanda o, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmış, daha sonra isə ümumiyyətlə telefon zənglərinə cavab verməyərək ondan gizlənmişdir. Bundan sonra 2024-cü ilin dekabr ayında oğlu Rəsulun zərərçəkmış şəxs qismində tanındığı cinayət işi üzrə məhkəmə yekunlaşmış, tam əmin olmuşdur ki, oğlu Rəsul həmin işdə zərərçəkmişdir, özü Füzuli Hərbi Məhkəməsində də iştirak elməklə ərizə yazaraq heç kimdən şikayətçi olmadıqlarını bildirmişlər. Ayxana zəng edib ondan pulunu tələb etdikdə gah telefona cavab vermiş, gah da cavab verməmişdir. Daha sonra isə ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. Belə olan halda başa düşmüşdür ki, Ayxan onu aldadır, məqsədi iş düzəltmək deyil onun pullarını ələ keçirməkdən ibarətdir. Təqsirləndirilən şəxs bu vaxta kimi 4050 manat pulunu ala bilməmişdir. Sonradan görmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadır və ondan gizlənir 2025-ci ilin yanvar ayının 17-də Xətai RPİ-nin 34-cü PŞ-nə gedib Təqsirləndirilən şəxs şikayət ərizəsi yazmış, ərizəsi əsasında polis şöbəsində aparılan araşdırma zamanı təhqiqatçı Rahib Abdullayev dəfələrlə Ayxana məxsus mobil telefon nömrəsinə zəng edib onu təhqiqata gəlməsini tələb etsə də Ayxan hər dəfə müxtəlif bəhanələr gətirib təhqiqatçının çağırışlarına gəlməmişdir. Bu vaxta kimi Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə ələ keçirdiyi 4050 manat pulunu qaytarmamışdır. Həmçinin o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin yanvar ayının 07-də həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmətini Laçın rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirmişdir. Xidmət etdiyi vaxtdan təxminən 6-7 ay sonra hərbi hissədə xidmət edən manqa komandiri, kiçik çavuş X1 ilə mübahisələri baş vermiş, kiçik çavuş ona xəsarət yetirdiyi üçün hərbi hissədə manqa komandirindən şikayət etmiş, şikayəti əsasında hərbi hissədə araşdırma aparılmışdır. Eyni zamanda atası Vidadi də onun manqa komandirinin ona qarşı etdiyi qanunsuz hərəkətlərindən Hərbi prokurorluğa da şikayət ərizəsi yazmış, o və atası Vidadi şikayət etdikdən bir neçə gündən sonra müalicə almaq üçün MN-nin Bakı şəhərində yerləşən Baş Klinik Hospitalına göndərilmiş və 45 günə yaxın hospitalda müalicə almışdır. Hospitalda müalicə aldığı vaxtlar şikayəti əsasında Qubadlı Hərbi prokurorluğunda araşdırma aparılmış, Hospitalda müalicə aldıqdan sonra yenidən hərbi xidmətini davam etdirmək üçün hərbi hissəyə qayıtmışdır. Hərbi xidmətdə olduğu vaxtdan 3-4 ay sonra zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi Füzuli Hərbi Məhkəməsinə göndərilmiş, 2023-cü ilin axırlarında xidmət etdiyi hərbi hissəyə gizir vəzifəsində xidmət etmək üçün göndərilmiş Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, Ayxan həmin vaxtı gizir rütbəsində texniki işlərə baxmışdır. Hərbi hissədə onunla söhbət əsnasında hərbi hissədə manqa komandiri tərəfindən döyülməyi barədə Ayxana danışmış və Ayxan ona nə lazım olsa kömək edə biləcəyini demiş, eyni zamanda Ayxan ona özünü imkanlı şəxs kimi, eyni zamanda hər yerdə tanışlarının olduğunu və nə lazım olsa ona müraciət etməyini, bütün köməklikləri göstərəcəyini demişdir. 2024-cü ilin fevral ayında hərbi hissədə əskər arasında danışıqdan başa düşmüşdür ki, Ayxan hərbi hissəni öz başına tərk etdiyi üçün barəsində cinayət işi başlanılmış və bir daha hərbi hissəyə qayıtmamışdır. Həmin vaxtdan sonra hərbi hissədə Ayxanı görməmiş, 2024-cü ilin iyul ayının 07-də hərbi xidmətini başa vurub evə gəlmiş və 2024-cü ilin oktyabr ayının əvvəllərindən sonra sosial şəbəkələr vasitəsi ilə Ayxan onunla əlaqə saxlayaraq nə işlə məşğul olduğunu, harada yaşadığını soruşmuş, özü barədə ona məlumat verərək demişdir ki, hərbi xidmətdən təxris olunub və heç yerdə işləmir. Ayxan demişdir ki, onun əskərlikdə olan işi nə yerdədir, ona demişdir ki, zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi Füzuli Hərbi Məhkəməsinə göndərilib. Ayxan demişdir ki, hakimin mobil telefon nömrəsini ona desin, danışıb ona məlumat verəcək. Atasının mobil telefon nömrəsinə məhkəmə tərəfindən mesaj göndərilmiş hakimin mobil telefon nömrəsini Ayxana demiş, Ayxan demişdir ki, danışıb ona məlumat verəcəkdir. Bir neçə saatdan sonra Ayxan mobil telefon nömrəsinə zəng edib demişdir ki, xəbəri var ki, onun da barəsində Qubadlı Hərbi prokurorluğunda cinayət işi başlayıblar, 300 manat pul versin həmin cinayət işini xitam etdirsin. Ayxan demişdir ki, guya ki, özündən 300 manat pulu cinayət işinin xitam olunması üçün ilkin olaraq işə başlamaq üçün hansısa tanışına verəcəkdir. Ayxana demişdir ki, özündən 300 manat pulu versin, sonra ona həmin pulu qaytarar. Daha sonra bu barədə atasına demiş, atası da Ayxanın sözünə inanıb 300 manat pulu ona vermiş, o, həmin 300 manat puldan 270 manatını işlədiyi marketdə olan ödəmə terminalı vasitəsi ilə özünə məxsus "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 nömrəli bank kart hesabına ödəmiş, 30 manat pulu isə özündə saxlamışdır. 10 oktyabr 2024-cü il tarixdə Ayxan zəng edib demişdir ki, 300 manat pulu onun yerinə verib, onun 300 manat pulunu versin. Ayxan həmin vaxt mobil telefonuna göndərdiyi "xxxx" bankına aid 5522 0993 6133 5243 nömrəli bank karlının şəkilini çəkib onun mobil telefonuna göndərmişdir ki, həmin kart hesabına 300 manatı göndərsin. Həmin günü evdə olduğu vaxt saat 17:17 dəqiqədə özünə məxsus "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 nömrəli bank kart hesabından Ayxanın ona göndərdiyi "xxxx" bankına aid 5522 0993 6133 5243 nömrəli bank kart hesabına 150 manat pulu köçürərək köçürdüyü məbləğin qəbzini Ayxanın mobil telefonuna göndərmişdir. 11 oktyabr 2024-cü il tarixdə Ayxan zəng edib demişdir ki, qalan 150 manat pulu da kart hesabına göndərsin, həmin günü evdə olduğu vaxt saat 13:14 dəqiqədə özünə məxsus "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 nömrəli bank kart hesabından Ayxanın maaş kartı olan "xxxx" bankına aid 5167 5133 3905 5592 nömrəli bank kart hesabına 70 manat pulu köçürərək köçürdüyü məbləğin qəbzini Ayxanın mobil telefonuna göndərmişdir. Daha sonra 11 oktyabr 2024-cü il evdə olduğu vaxt saat 13:45 dəqiqədə özünə məxsus "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 nömrəli bank kart hesabından Ayxanın maaş kartı olan "xxxx" bankına aid 5167 5133 3905 5592 nömrəli bank kart hesabına 50 manat pulu köçürərək köçürdüyü məbləğin qəbzini Ayxanın mobil telefonuna göndərmişdir. Daha sonra 11 oktyabr 2024-cü il tarixdə saat təxminən 17-18 radələrində yaşadığı ünvana yaxın yerdə hazırda xatırlamadığı mağazadan Ayxanın maaş kartı olan "xxxx" bankına aid 5167 5133 3905 5592 nömrcli bank kart hesabına 30 manat pul ödəmiş və Ayxana zəng edib ona demişdir ki, 30 manat pulu da karlına göndərib. Ayxan demişdir ki, 30 manat pul da kart hesabına köçmüşdür. Beləliklə də Ayxanm kart hesabına 300 manat pul ödəmişdir. Bundan sonra yəni 14 oktyabr 2024-cü il tarixdə günorta vaxtlarında atasının ***-***-**-** saylı mobil telefon nömrəsinə əvvəllər tanımadıqları bir nəfər şəxs gizli nömrədən zəng edib demişdir ki, Hərbi prokurorluqdandır, guya ki, o, hərbi xidmətdə xidmət etdiyi vaxt pəncərədən özünü atmaq istəmiş, buna görə barəsində cinayət işi başlanılıb, ona 2 ildən 5 ilə qədər iş düşür və telefonda atası ilə başqa heç nə danışmamışdır. Atası da dərhal ona zəng edib bu barədə ondan soruşduqda alasına demişdir ki, hərbi xidmətdə olduğu vaxt səhhətində müəyyən problemlər olduğuna görə axşam vaxtı kazarmanın 3-cü mərtəbəsində pəncərəyə yaxınlaşmış, ancaq özünü pəncərədən atmaq istəməmişdir. Atası da demişdir ki, ona naməlum nömrədən zəng edib belə deyiblər. Qorxduğu üçün Ayxanın mobil telefon nömrəsini atasına vermişdir ki, Ayxana zəng etsin, Ayxan da ona kömək etsin. Sonra atası ilə Ayxan özləri onun xəbəri olmadan danışıblar, Ayxan da atasına deyib ki, guya ki, onun barəsində Qubadlı Hərbi prokurorluğunda cinayət işi başlayıblar, onu 2 ildən, 5 ilə qədər həbs gözləyir. Ayxan atası Vidadiyə deyib ki, 5000 manat pul versə onun barəsində Hərbi prokurorluqda başlanılmış cinayət işini xitam etdirəcəkdir. Atası da bu barədə ona demişdir ki, Ayxan ondan işinin bağlanılması üçün 5000 manat pul istəyib. Qorxduğu üçün atasına demişdir ki, Ayxanla danışıb onun işini bağlatdırsın. Sonra Ayxan atasına deyib ki, guya ki, cinayət işinin xitam olunmasını 1500 manata danışıb, həmin məbləği atası Vidadi ona versə onun barəsində başlanılmış cinayət işini xitam etdirəcəkdir. Atası da Ayxanın sözlərinə inanıb 1500 manat pula razı olaraq birinci dəfə 14 oktyabr 2024-cü il tarixdə saat 17:55 dəqiqədə Xətai rayonu, M.Hadi küçəsi 7 saylı ünvanda yerləşən və onun işlədiyi «Al Marketin» içərisində quraşdırılan mpay ödəmə terminalı vasitəsi ilə Ayxanın göndərdiyi 5522 0993 6133 5243 nömrəli bank kart hesabına 500 manat pul ödəyərək ödəniş qəbzinin surətini Ayxanın mobil telefonuna göndərmiş, daha sonra Ayxan atasına zəng edib ondan qalan 1000 mant pulu da göndərməsini demiş, atası da 16 oktyabr 2024-cü il tarixdə saat 15:48 dəqiqədə Xətai rayonu, M.Hadi küçəsi 7 saylı ünvanda yerləşən və onun işlədiyi «Al Marketin» içərisində quraşdırılan mpay ödəmə terminalı vasitəsi ilə Ayxanın göndərdiyi 5522 0993 6133 5243 nömrəli bank kart hesabına 1000 manat pul ödəyərək ödəniş qəbzinin surətini Ayxanın mobil telefonuna göndərmişdir. Beləliklə də iki dəfəyə Ayxan atası Vidadini aldadıb ondan əlavə 1500 manat pul alaraq ona və atası Vidadiyə zəng edib demişdir ki, narahat olmasınlar cinayət işini xitam etdirmişdir və onu heç yerə çağırmayacaqlar. 2024-cü ilin təxminən noyabr ayının əvvəllərində evdə olan vaxtı atası demişdir ki, dostu Rasimin Nizami rayonu ərazisində yerləşən fərdi yaşayış evinin 3-cü mərtəbəsinin tikintisinə görə Ayxana 2 dəfəyə 2250 manat pul da verib, lakin Ayxan heç bir sənəd düzəltmir onları aldadır. Bunu bilən kimi Ayxana zəng etsə də onun mobil telefon nömrəsinə zəng çatmamış və onu tapa bilməmişlər. Bir neçə gündən sonra Ayxanı tapıb ondan evin sənədi ilə bağlı soruşduqda hər dəfə müxtəlif bəhanələr gətirərək sənədi düzəldəcəyini deyərək vaxtı uzatmış, daha sonra onun zərərçəkmiş şəxs qismində tanındığı Füzuli Hərbi Məhkəməsində olan cinayət işi yekunlaşmış, orada məlum olmuşdur ki, Ayxan onları aldadıb onlardan cinayət işini xitam etdirmək adı ilə ümumilikdə 1800 manat pul almışdır. Bunu biləndən sonra atası Vidadi Ayxana zəng edib demişdir ki, aldadıb aldığı 1800 manat pulu və sənədə görə aldığı 2250 manat pulu qaytarsın yoxsa ondan polisə şikayət edəcək. Ayxan da yalandan müxtəlif bəhanələr gətirərək demişdir ki, evin sənədi düzələcək, düzəlməsə pulu qaytaracaqdır. Lakin sonradan Ayxan telefon zənglərinə cavab verməyərək onlardan gizlənməyə başlamış, bunu biləndən sonra atası 2025-ci ilin yanvar ayında Ayxandan Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə şikayət ərizəsi yazmış, şikayətdən sonra polis şöbəsindən Ayxana zəng edilərək polisə çağırılmış, lakin Ayxan çağırışa gəlməmişdir. Şikayətdən sonra Ayxan atasına zəng edib ona demişdir ki, gedib şikayətini geri götürsün, pulu verəcək. Ancaq atası deyib ki, pulu versin şikayətini geri götürəcək. Bu vaxta kimi Ayxan atası Vidadiyə məxsus 4050 manat pulu qaytarmamışdır. Ayxanın dələduzluq yolu ilə ələ keçirdiyi 4050 manat pulun hamısı atası Vidadiyə məxsusdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ünvan 6 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evi ona məxsusdur. Həmin evin çıxarışı olmasa da evin yerləşdiyi torpaq sahəsinin çıxarışı var və evi 0,3 ha torpaq sahəsində tikmişdir. Həmin evə çıxarış almaq üçün FHN-nin Tikintiyə Nəzarət Agentliyindən tikintiyə rəy almaq istəmişdir ki, evin 3-cü mərtəbəsini tiksin. Bunun üçün tanışı Zərərçəkmiş şəxs bu barədə demiş, Vidadi bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı var, onun da oğlunun hərbidə olan probleminin həll olunmasına köməklik göstərir. Ayxanla danışmasını, razı olarsa ona məlumat verməsini bildirmişdir. Vidadi danışdıqdan sonra demişdir ki, Ayxan bu işin düzəlməsi üçün 2250 manat pul istəyir. Vidadidən xahiş etmişdir ki, 2250 manat pulu özündən Təqsirləndirilən şəxs versin, iş düzələndən sonra Vidadinin Təqsirləndirilən şəxs ödədiyi 2250 manat pulunu qaytarar. 23 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs özündən Ayxanın kart hesabına 2000 manat, daha sonra 29 oktyabr 2024-cü il tarixdə 250 manat pul köçürmüşdür. Ayxan pulu aldıqdan sonra söz vermişdir ki, 2 həftəyə işi düzəldəcəkdir. Lakin Ayxan dediyi vaxtda işi düzəltməmiş və Vidadinin 2250 manat pulunu ələ keçirmiş, hər dəfə söz vermişdir ki, tikintiyə rəy alacaq, ancaq hər dəfə onları aldadaraq vaxtı uzatmışdır. Belə olan halda Zərərçəkmiş şəxs Xətai RPİ-nin 34-cü PŞ-nə Ayxanın barəsində şikayət ərizəsi yazmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadıb oğlu Rəsulun barəsində guya Hərbi prokurorluqda cinayət işi başlanıldığını, həmin cinayət işini xitam etdirəcəyi adı ilə aldadıb ilkin olaraq 300 manat, daha osnra 1500 manat, ümumilikdə 1800 manat pul almış, lakin heç bir iş görməyərək Vidadinin 1800 manat pulunu ələ keçirmişdir. Ayxana 2250 manat pul verilməmişdən bir gün qabaq Vidadi ilə birlikdə N.Nərimanov metrosunun yanında yerləşən parkda Təqsirləndirilən şəxsla birlikdə görüşüb söhbət etmişlər. Söhbət zamanı Ayxan bildirmişdir ki, Agentlikdə guya hansısa tanışı var və həmin şəxsin vasitəsi ilə tikintiyə rəy alacaq. Lakin sonradan başa düşmüşlər ki, Ayxan yalan danışır, onun məqsədi Vidadini aldadıb pulunu ələ keçirməkdən ibarətdir. Ayxanın dələduzluq yolu ilə ələ keçirdiyi 4050 manat pul Vidadiyə məxsusdur. Yəni Zərərçəkmiş şəxsdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); “mpay” ödəniş portalından əldə olunmuş qəbzlərdən görünür ki, 10 oktyabr 2024-cü il tarixdə saat 17:17 dəqiqədə Şahid1 adına olan "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 saylı bank kart hesabı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid 5522 0993 6133 5243 saylı bank kart hesab nömrəsinə 150 manat, 11 oktyabr 2024-cü il tarixdə saat 15:14 dəqiqədə Şahid1 adına olan "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 saylı bank kart hesabı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid 5167 5133 3905 5592 saylı bank kart hesab nömrəsinə 70 manat, 11 oktyabr 2024-cü il tarixdə saat 13:45 dəqiqədə Şahid1 adına olan "xxxx" ASC-yə aid 5239 1517 1651 0469 saylı bank kart hesabı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid 5167 5133 3905 5592 saylı bank kart hesab nömrəsinə 50 manat, 14 oktyabr 2024-cü il tarixdə saat 17:55 radələrində Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-nə aid 5522 0993 6133 5243 bank kart hesab nömrəsinə 500 manat, 16 oktyabr 2024-cü il tarixdə saat 15:48 radələrində Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid 5522 0993 6133 5243 saylı bank kart hesab nömrəsinə 1000 manat, 23 oktyabr 2024-cü il tarixdə saat 18:38 radələrində 2000 manat, 29 oktyabr 2024-cü il tarixdə saat 17:18 radələrində 250 manat məbləğində pul vəsaiti köçürülmüşdür (i.v. 7-8); cinayət işinin icraata qəbul edilməsi haqqında 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 23-24); zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 26); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 300 saat ictimai işlər cəzasına məhkum edilmişdir; Yasamal RPİ-də CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işinin icraatına CPM-nin 40.3-cü maddəsinə və CM-nin 72.2-ci maddəsinə əsasən xitam verilmişdir; barəsində Xətai RPİ-nin İŞ-də CM-nin 178.1-ci maddəsi ilə başlanmış cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir; axtarışda olan şəxsin tutulması haqqında 23 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:40-da könüllü surətdə Xətai RPİ-nin İŞ-nə gəlmişdir (i.v. 128); cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilərək Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 146-147); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 149-150); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 12 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 184-193); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-470/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, xx.xx.2026-cı il tarixdə Təqsirləndirilən şəxs Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2026-cı il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X4 vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar