Məhkəmə qərarları › İş №1(011)-471/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-471/2022

05.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-471/2022 05.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində ünvan 3 ünvanında blokun qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus qara rəngli “Tufan” markalı “M50” modelli mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs 900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da faktiki olaraq ailəsi ilə birlikdə ünvan 2vanında yaşayır. O qeyd etmişdir ki, heç yerdə işləmir. Bir neçə müddətdir ki, işləmək üçün iş yeri axtarsalar da özlərinə iş tapa bilməmişlər və bu səbəbdən maddi cəhətdən sıxıntıları olmuşdur. xx.xx.2022-ci il tarixdə qardaşı Fərid ilə birlikdə şəhərdə gəzmişlər, gəzə -gəzə onlar Xətai metro stansiyası tərəfə gəlmişlər ki, oradan keçən avtobuslara əyləşərək evlərinə getsinlər. ünvan 4 ünvanın qarşısından keçən zaman orada yerləşən binanın axırıncı blokunun qarşısında moped görmüşdür. O, Fəridə təklif etmişdir ki, həmin mopedi oğurlasınlar. Lakin Fərid onunla razılaşmayaraq mopedi oğurlamaqdan imtina etmişdir. Bundan sonra o, Fəridə bildirmişdir ki, mopedi oğurlayacaq. Fərid isə etirazını bildirərək onun yanından uzaqlaşmışdır. Mopedi oğurlamaqda niyyəti kuryer kimi fəaliyyət göstərmək istəməsi olmuşdur, çünki həmin vaxt pula ehtiyacı olmuşdur. O bir az gözləmişdir ki mopedi oğurlayarkən ətrafda onu görən heç kim olmasın. Saat 23 radələrində ətrafda heç kimin olmamasından istifadə edərək mopedə yaxınlaşmış, mopedin naqillərini kəsərək mopedi işə salmışdır. Onun əvəllər də mopedi olduğu üçün mopedi necə işə salacağını bilmişdir. O, mopedi işə salaraq onu idarə etməyə başlamışdır. Mopedi qardaşı Fəridin getdiyi istiqamətdə idarə etmişdir. Bir müddət sonra Fəridin qarşıda piyada 8 noyabr prospekti istiqamətində getdiyini görmüşdür. Fəridə yaxınlaşaraq mopedə əyləşməsini istəmiş, Fərid etiraz etmiş, o isə Fəridi məcbur mopedə əyləşdirmişdir. O, Fəridlə birlikdə yaşadıqları ünvana gəlmişdir. Mopedi yaşadıqları ünvanın qarşısında saxladıqdan sonra evə qalxmışlar. Evə daxil olandan sonra valideynlərinə Füzuli rayonuna işləməyə gedəcəklərini bildirmişlər. Fərid oğurluq mopedlə rayona getmək istəmədiyini demiş, o, isə Fəridə bildirmişdir ki, üzərlərində rayona getməyə pulları yoxdur ona görə də Fərid məcbur olmuşdur ki, onunla birlikdə mopedlə rayona getsin. Bundan sonra evdən çıxaraq mopedə əyləşmişlər. Saat 01 radələrində mopedi işə salıb Füzuli rayonuna getmişlər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Füzuli rayonunda olan zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları mopedi haradan aldıqlarını soruşduqda o, oğurluq əməlini polis əməkdaşlarına etiraf etmiş və polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-nə getmişlər. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, onunla barışdığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən xx.xx.2021-ci il tarixdə tanımadığı “Tufan M50” markalı mopedi almışdır. O həmin mopedlə kuryer kimi fəaliyyət göstərmişdir. Hər gün səhər saatlarında yaşadığı evdən çıxmış və kuryer kimi işlədikdən sonra axşam saatlarında yaşadığı mənzilə qayıtmışdır. Mopedlə yaşadığı binanın qarşısına çatanda yaşadığı blokun qarşısında mopedi saxlamış və mopedi açarla işıq dirəyinə bağlamışdır. xx.xx.2022-ci il tarixdə hər gün olduğu kimi səhər saatlarında yaşadığı evdən çıxmışdır. Şəhərin müxtəlif hissələrinə çatdırlma etdikdən sonra axşam saat 23:30 radələrində yaşadığı binanın qarşısına gəlmişdir. Mopedi binanın qarşısında saxlayaraq mənzilə qalxmıdşır. Mopedi həmin gün açarla işıq dirəyinə bağlamamışdır, çünki evə qalxdıqdan bir neçə dəqiqə sonra dostuyla görüşmək üçün çıxmaq fikri olmuşdur. Evdə qalxdıqdan sonra yatıb qalmış və dostuyla görüşə bilməmişdir. Saat 09 radələrində yuxudan durmuş, işə getmək üçün həyətə düşmüşdür. Həyətə düşən vaxtı mopedin yerində olmadığını görmüş və başa düşmüşdür ki, ona məxsus mopedi oğurlamışlar. Bundan sonra baş vermiş oğurluq hadisəsi ilə əlaqədar polisə zəng edərək məlumat vermişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, ona oğurluq nəticəsində dəymiş ziyan tam olaraq ödənilmişdir və o təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şahid məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir Аvrоpа İnsаn Hüquqlаrı Məhkəməsinin “Аndаndоnskinin - Rusiyаyа qаrşı” işi üzrə xx.xx.2006-cı il tаriхli, həmçinin, “Sаidinin-Frаnsаyа qаrşı” işi üzrə xx.xx.1993-cü il tаriхli qərаrlаrındа izаh еdilir ki, “sübutlаrın mümkünlüyü” dахili (milli) qаnunvеriciliklə tənzimlənməsi nəzərə аlınmаqlа, müdаfiə hüququnа əməl еdilməklə, ibtidаi аrаşdırmа mərhələsində əldə еdilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul еdilmiş şаhid ifаdələri də, məhkəmə bахışındа sübut qismində istifаdə оlunа bilər. Bunlаr Kоnvеnsiyаnın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yаrımbəndindəki müddəаlаrın tələbələrinə uyğunsuzluq kimi qəbul еdilə bilməz. Avropa Məhkəməsinin “Matisinanın Rusiyaya qarşı iş” üzrə xx.xx.2014-cu il tarixli və “Əfəndiyevin Azərbaycana qarşı iş” üzrə xx.xx.2014-cü il tarxili qərarları da eyni məsələyə həsr olunmuşdur. Məhkəmə, Аvrоpа İnsаn Hüquqlаrı Məhkəməsinin bu və digər prеsedеntlərinin şərhləri bахımındаn ibtidаi аrаşdırmа mərhələsində dindirilmiş, məhkəmə istintаqındа isə ifаdəsi tədqiq еdilmiş şahid ifadəsini də iş üzrə sübut növü kimi qəbul еdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Qardaşı Mirbaba və o, heç bir yerdə işləmirlər. Bir neçə müddətdir ki, işləmək üçün iş yeri axtarsalar da özlərinə iş tapa bilməmişlər və bu səbəbdən də maddi cəhətdən sıxıntıları olmuşdur. xx.xx.2022-ci il tarixdə qardaşı Mirbaba ilə birlikdə şəhərdə bir az gəzdikdən sonra piyada olaraq Xətai metro stansiyası tərəfə gəlmişlər ki, oradan keçən avtomobillərə əyləşərək yaşadıqları ünvana gəlsinlər. ünvan 5 ünvanın axırıncı blokunun qarşısında saxlanılmış moped qardaşı Mirbabanın diqqətini çəkmişdir. Qardaşı təklif etmişdir ki, həmin mopedi oğurlasınlar. Lakin o, Mirbaba ilə razılaşmayaraq mopedi oğurlamaqdan imtina etmişdir. Əlavə olaraq o, qeyd etmişdir ki, bir neçə gün əvvəl dostu Elgün onunla əlaqə saxlayaraq onu Füzuli rayonuna kuryer işləməyə dəvət etmişdir. Mirbaba ona bildirmişdir ki, mopedi oğurlasınlar və həmin mopedlə Füzuli rayonuna gedərək orada kuryer işləsinlər. O, yenə də Mirbaba ilə razılaşmamış, lakin Mirbaba ona bildirmişdir ki, mopedi oğurlayacaq. O, Mirbabaya bir daha etirazını bildirərək Mirbabanın yanından uzaqlaşmış və piyada olaraq 8 noyabr prospekti istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən 3-4 dəqiqədən sonra qardaşı Mirbaba mopedi idarə edərək onun yanına gəlmişdir. Ona yaxınlaşaraq mopedə əyləşməsini istəmiş, o, ilk öncə etiraz etsə də sonradan piyada getməmək üçün məcbur mopedə əyləşmişdir. Mirbaba mopedi idarə edərək birlikdə yaşadıqları ünvana gəlmişlər. Mopedi yaşadıqları ünvanın qarşısında saxladıqdan sonra birlikdə yaşadıqları ünvana qalxmışlar. Evə daxil olandan sonra valideynlərinə Füzuli rayonuna işləməyə gedəcəklərini bildirmişlər. O, oğurluq mopedlə rayona getmək istəmədiyini, polis tərəfindən tutulmaqdan qorxduğunu demişdir. Mirbaba isə ona bildirmişdir ki, üzərlərində rayona getməyə pulları yoxdur ona görə də o, məcbur olmuşdur ki, Mirbaba ilə birlikdə mopedlə rayona getsin. Bundan sonra pltarlarını dəyişərək evdən çıxmışlar və mopedə əyləşmişlər. Valideynləri mopedlə Füzuli rayonuna gedəcəklərini bilməmişlər, valideynlərinə yol maşınları ilə Füzuli rayonuna gedəcəklərini demişlər. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində mopedi işə salaraq Füzuli rayonuna getmişlər. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Füzuli rayonunda olan zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları mopedi haradan aldıqlarını soruşduqda onlar artıq hər şeyin polis əməkdaşlarına məlum olduğunu bildiklərindən Mirbaba oğurluq əməlini polis əməkdaşlarına səmimi olaraq etiraf etmiş və onlar polis əməkdaşlarının dəvəti ilə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-nə gəlmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs və Şahid barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 01 iyun 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci girişinin qarşısına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-10); əşyaya baxış keçirilməsi və götürülməsi haqqında 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində “Tufan M50” markalı mopedlə birlikdə saxlanılmış və Xətai RPİ-nin 37-ci PŞ-də həmin mopedi 8 noyabr prospektində oğurladığını etiraf etmişdir (i.v. 15); şübhəli şəxsin tutulması haqqında 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 radələrində Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 28-29); zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 67-68); əşyanın tanınmaya təqdim edilməsi haqqında 03 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan “Tufan M50” markalı mopedin ona məxsus olmasını və həmin mopedi arxa hissəsində olan tormozlanma işıqlarının sınıq olmasından tanıdığını qeyd etmişdir (i.v. 75); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 76-77); vəsatətin müdafiə edilməsindən imtina edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın ləğv edilməsi və əməlin tövsif edilməsi haqqında 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsindən CM-nin 177.1-ci maddəsinə tövsif edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (i.v. 115-117); qətimkan tədbirinin seçilməsi haqqında 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 118-120); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 134); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 02 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutulduqda Xətai RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v. 141-142); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4476 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara rəngli, 2020-ci il buraxılışlı, Tufan markalı, M50 model, 31378 km məsafə qət etmiş mopedin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 900 manat müəyyən edilir (i.v. 149-151); axtarışda olan şəxsin tutulması haqqında 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 radələrində ünvan 7 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır (i.v. 164); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (i.v. 169-170); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 28 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 185-187); sübutların qiymətləndirilməsi haqqında 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, xx.xx.2022-ci il tarixli 9/4476 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə götürülmüş 01 ədəd “Tufan M50” markalı moped maddi sübut kimi tanınmış və qəbzlə zərərçəkmiş şəxslərə təhvil vrilməsi qərara alınmışdır (i.v. 191-196); 08 sentyabr 2022-ci il tarixli qəbzlərdən görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Zərərçəkmiş şəxs özünə məxus “Tufan M50” markalı mopedin məhkəmə hökmü qanuni qüvvəyə minənədək və maddi sübutun talehi həll olunanadək arvadı X1 verilməsinə etiraz etməmiş və sonuncu tərəfindən “Tufan M50” markalı moped Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elşən Həsənovdan təhvil alınmışdır (i.v. 204-205); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-829/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Zərərçəkmiş şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM- 59.1.13), törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 02 iyun 2022-ci il tarixdən 04 iyun 2022-ci il tarixədək, 26 avqust 2022-ci il tarixdən 28 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – “Tufan M50” markalı mopedin zərərçəkmiş şəxsin arvadına geri qaytarılması nəzərə alınmalı, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2vanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdən 04 iyun 2022-ci il tarixədək, 26 avqust 2022-ci il tarixdən 28 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2vanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən “Tufan M50” markalı mopedin zərərçəkmiş şəxsin arvadına geri qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar