Məhkəmə qərarları › İş №1(011)-473/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-473/2023

27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-473/2023 27.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Saxban oğlunun, təqsirləndirilən şəxs Lətifov(Ağayev) Ramin Rafiq oğlunun iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Məhəmmədəli kəndində yeni yaşayış massivində həyət evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan – X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lətifov(Ağayev) Ramin Rafiq oğlu satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,700 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 36-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 10 aprel 2023cü il tarixdə saat 17:00 dəqiqədə ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4zibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları, müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rengli cins şalvarın sağ cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,700 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop madde metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Lətifov(Ağayev) Ramin Rafiq oğlunun törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X13 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, bir neçə gündür ki, psixotrop maddənin "şüşə kimi tanıdığı metamfetamin növündən istifadə edir. Belə ki, psixotrop maddə aslılığında olduğu üçün bədənində ağrılar olur və buna dözə bilir, ağrıların qarşısını almaq üçün də psixotrop maddə əldə etdikdən sonra doldurma yolu ilə qəbul edir ki, əhval-ruhiyyəsi yaxşı olsun. Psixotrop maddəni Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında üzdən tanıdığı şəxsdən pul müqabilində alır. 10 aprel 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdən çıxaraq psixotrop maddə əldə etmək üçün "Həzi Aslanov" metrostansiyası digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. yaxınlığına gəlmiş və metronun yaxınlığında bir neçə dəfə psixotrop maddə aldığı şəxsi görmüş və ona yaxınlaşdır. Həmin şəxsdən istifadə etmək üçün psixotrop maddə istəmişdir. Həmin şəxs də ona üzərində bir ədəd sellofan bükümdə psixotrop maddə olmasını demiş və sellofanın içərisinə baxdıqda göründüyü üçün "şüşə" olmasını görmüşdür. Həmin şəxsə 20 manat pul verib bükümü alıb cibinə qoyub oradan uzaqlaşır. Saat təxminən 17 radələrində M.Hadi küçəsi ilə piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib şəxsiyyəti barədə onu-sorğu sual edib 36-cı PB-nə dəvət etmişlər. Öz növbəsində heç bir etiraz etməmiş və onu polis bölməsinə aparmışlar. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Ona təhqiqatçı tərəfindən üzərində qanunsuz əşya olubolmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyini təklif edilmişdir. Bundan sonra o, əynimdə olan qara rəngli cins şalvarımın sağ cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş, sellofan bükümün içərisindən ağ rəngli kristallardan ibarət maddə aşkar olunmuşdur. Ona həmin maddənin nə olması və haradan əldə etməyi barədə sual verildikdə bildirmişdir ki, həmin maddə psixotrop maddə metamfetamindir, psixotrop maddəni həmin günü günorta saatlarında Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,90 qram müəyyən edilmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərimdən aşkar edilmiş psixotrop maddə polis Əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tertib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu özü və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. X1 əlavə olaraq bildirmişdir ki, əməlindən səmimi peşmandır. Bir daha narkotik vasitədən istifadə etməyəcək. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ildən DİO-da, 2023-cü ildən isə tutduğu vəzifədə xidmət göstərir. Hazırda polis leytenantı rütbəsindədir İşin mahiyyəti üzrə bildirmişdir ki, xidmət etdiyi bölməyə etimad doğuran, qərəzsiz mənbədən xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş. əvvəllər Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, həmin gün tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 17:00-da X13 ünvan 5 ünvanın qarşısında saxlanılaraq ərazi aidiyyəti üzrə Xətai RPİ-nin 36-cı PB-nə gətirərək təhvil vermişlər və həmin şəxslə bağlı zəruri tədbirlər görülməsi üçün bölmə rəhbərliyinə raportla məruzə etmişlər. Raportla məruzə etdikdən sonra tərəflərindən polis bölməsinə gətirilmiş Ramin Lətifov öz nəzarətlərində olmuşdur. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 48, mənzil 42-də qeydiyyatda olan X8 qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlaması və satışı barədə daxil olmuş məlumata əsasən, həmin şəxsin ifşa olunması məqsədilə xx.xx.2023-cü il tarixdə PB-nin əməliyyat müvəkkili müdafiə edilməsi üçün ona dövlət hesabına vəkil təyin etdikdən sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmuşdur. Ramin Lətifov şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı tərəfindən və video görüntü ilə onun üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olub olmaması barədə sual, olduğu halda könüllü sürətdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Ramin Lətifov əynində olan tünd rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş. kristal şəkilli psixotrop maddəyə bənzər maddəni təqdim etmişdir. Ramin Lətifovun təqdim etdiyi 01 ədəd şəffaf sellofanın içərisində olan maddənin nə olduğu ondan təhqiqatçı tərəfindən soruşulduqda o, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, metafetamini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu H.Aslanov metrostansiyası yaxınlığından əvvəllər ondan bir neçə dəfə psixotrop maddə aldığı adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat pulun müqabilində aldığını bildirdi. Bundan sonra aşkar edilərək götürülmüş maddə təhqiqatçı tərəfindən elektron tərəzi ilə ölçülən zaman həmin maddənin 0.90 qram olması müəyyən edildikdən sonra qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuş və video çəkilişin qeydə alındığı CD disk protokola əlavə edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər Şahid2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsi elan edilmiş, həmin ifadəsində o, Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 aprel 2023-cü il tarixli cinayət işinin başlamaq və icraata götürmək haqqında qərardan görünür ki, X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və istintaq aparılması üçün icraata götürülməsi qərara alınmışdır.(i.v 1) Şübhəli şəxsin tutulması haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, X13 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 10 aprel 2023-cü il tarixdə, saat 17:45-də Xətai RPİ 36-cı PŞ-də tutulmuş, tutulmanın əvvəli, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdən saat 17:00-dan hesablanmışdır ( i.v. 22); Şəxsi axtarış və götürmə aparılması haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili Şahid2, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin əməiyyat müvəkkili Şahid1, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs X8, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X11 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, X13 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd salafana bükülmüş bükümü masanın üzərinə qoyub həmin bağlamanın içərisindəki qəhvəyi rəngli qoxuya malik maddənin psixotrop maddə “Metamfetamin” olduğunu, bu maddəni 10 aprel 2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metro stansiyası yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən kişidən 20 manata alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra X8 üzərinə tərəfimdən baxış keçirildi, lakin üzərindən başqa heç bir əşya aşkar edilmədi. Götürülmüş kütlə elektron tərəzi vasitəsi ilə çəkildi və bir bükümdə olan ağ rəngli kağıza bükülmüş, ağ rəngli, kristal şəklində kütlənin çəkisi 0,90 qram müəyyən olunmuşdur. (i.v. 31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2023cü il tarixli, 6/2112 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş”..... imza Lətifov...tərtib etdi A.Xəlilov .....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,700 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 39-42); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, X13 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 52-53); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X13 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi Ceyhun Əsgərovun xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiəsindən imtina olunmuş və X2 Xətai RPİ-nin MSY-dən dərhal azad olunmuşdur.(i.v 66-67) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, X8 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir ( i.v. 68-69); DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X13 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur(i.v 78-79) Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli hökmündən görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin xx.xx.2015-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması hökm olunmuşdur(i.v 80-86) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X4 xx.xx.2023-cü il tarixli, 3865 nömrəli rəyindən görünür ki, X9 OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( i.v. 109-110); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, X8 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( i.v. 112-113); Sübutların qiymətləndirilməsi haqqında 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, iş üzrə maddi subut əhəmiyyəti kəsb edən 01 ədəd bükümdə təmiz çəkisi 0,700 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut hesab edilməsi və qalıq qalmış 0, 650 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlancına verilməsi, X8 üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə təqsirləndirilən şəxs X7 aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,700 qram psixotrop maddə metamfetaminin mənbəyi barədə material ayrılaraq, aidiyyəti üzrə araşdırılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə göndərilməsi, iş üzrə təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alınmasını, iş üzrə təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halların müəyyən edilmədiyi nəzərə alınmasını, cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında təqsirləndirilən şəxs X8 barəsində Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndi X12 tətbiq edilməsin və o, cinayət məsuliyyətindən azad edilməsin, iş üzrə təqsirləndirilən şəxs X8 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin əsas miqdarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2112 saylı rəyinin nəticə hissəsində qeyd edilən 0,700 qram hesab edilməsi, cinayət işi üzrə rədd edilmiş xüsusatlara dair materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. (i.v. 117-123). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qərarından görünür ki, X8 axtarışı elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 18 sentyabr 2023-cü il tarixli, 3-16-17/38/2-6387/2023 nömrəli məktubundan görünür ki, X13 Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. “AZEMİS” elktron məhkəmə sistemindən görünür ki, təqsirləndirilən şəxs X3 “Ağayev” kimi qeyd edilmişdir. Bu səbəbdən iş materillarında təqsirləndirilən şəxsin soyadının Lətifov(Ağayev) kimi qeyd edilməsi nəzərə alınmalıdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə X8 barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, X13 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli bükümdə qəhvəyi rəngli, kristal şəkilli, psixotrop maddəyə bənzər maddəni çıxararaq təqdim etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X13 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X8 törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Lətifov(Ağayev) Ramin Rafiq oğlunun əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Lətifov(Ağayev) Ramin Rafiq oğlu cəzasını çəkib qurtardığı xx.xx.2019-cu il tarixdən 02 il müddət keçdiyindən onun əməlində cinayətin residivi müəyyən edilməmişdir. Lətifov(Ağayev) Ramin Rafiq oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X12 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X13 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Lətifov(Ağayev) Ramin Rafiq oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonu, Məhəmmədəli kəndində yeni yaşayış massivində yerləşən həyət evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Lətifov(Ağayev) Ramin Rafiq oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Lətifov(Ağayev) Ramin Rafiq oğluna elektron nəzarət vasitəsi tətbiq edilməli, Lətifov(Ağayev) Ramin Rafiq oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Lətifov(Ağayev) Ramin Rafiq oğluə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Lətifov(Ağayev) Ramin Rafiq oğlunun məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Lətifov(Ağayev) Ramin Rafiq oğlu Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Lətifov(Ağayev) Ramin Rafiq oğlunun tutulub saxlanıldığı 02 (iki) gün müddət və həbsdə olduğu 01 ay 11 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 ay 26 gün ona təyin olunmuş 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Lətifov(Ağayev) Ramin Rafiq oğlunun üzərində 02 (iki) il 09 (doqquz) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Lətifov(Ağayev) Ramin Rafiq oğlu yaşadığı Abşeron rayonu, Məhəmmədəli kəndində yeni yaşayış massivində yerləşən həyət evində axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Lətifov(Ağayev) Ramin Rafiq oğlunun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Lətifov(Ağayev) Ramin Rafiq oğlunun yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Lətifov(Ağayev) Ramin Rafiq oğlunun cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Lətifov(Ağayev) Ramin Rafiq oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,650 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Lətifov(Ağayev) Ramin Rafiq oğlu Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Lətifov(Ağayev) Ramin Rafiq oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Lətifov(Ağayev) Ramin Rafiq oğlunun məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar