Məhkəmə qərarları › İş №1(011)-474/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-474/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-474/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim: Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi Məhkəmə iclasının katibi: X6 Xüsusi ittiham qaydasında şikayət X1 vermiş şəxs: Xüsusi ittiham qaydasında şikayət “Alyans” Vəkil Bürosunun vəkili vermiş şəxsin nümayəndəsi: Nümayəndə1 Barəsində xüsusi ittiham qaydasında X4 şikayət verilmiş şəxs: iştirakları ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında məhkəməyə şikayətlə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Barəsində şikayət olunan şəxs, X9 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ondan maddi zərərin əvəzi olaraq ümumilikdə 89.760 (səksən doqquz min yeddi yüz altmış) manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Rayon məhkəməsinin qətnaməsi ilə Ə.Abbasovun iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan Ə.Abbasov apellyasiya şikayəti versə də, şikayəti təmin edilməmiş və rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirir ki, Ə.Abbasov ona böhtan ataraq ona 89.760 (səksən doqquz min yeddi yüz altmış) manat pul borclu olduğumu iddia etməklə yanaşı, dəfələrlə kütləvi nümayiş etdirilən informasiya telekanalında və internet informasiya ehtiyatı vasitəsilə onu dəfələrlə təhqir etmişdir. Məlumat üçün qeyd etmək istəyir ki, Ə.Abbasovala qohumluq əlaqələri olduğundan daha əvvəllər də aralarında pul haqq-hesabı olmuşdur. Ehtiyac olduqda o ona, o isə ona müəyyən müddətə qaytarmaq şərti ilə pul vermişlər. Ə.Abbasovun iddia etdiyi məbləği o, ona Ağcabədi rayonunda Market açmaq üçün, bundan başqa 2012-2014cü illərdə onun yoldaşı Esmira Abbasovanın onkoloji xəstəlikdən müalicəsi üçün müxtəlif vaxtlarda verdiyi borcun bir hissəsi kimi ondan geri almışdır. Əslində Ə.Abbasovun bu günki gün ona borcu var. Sadəcə qohumluq münasibətlərini korlamamaq üçün onun heç vaxt Əbülfəzə qarşı məhkəmədə heç bir iddiası olmamışdır. Ə.Abbasov ona olan borcunun bir hissəsini geri qaytardıqdan uzun müddət sonra, o pulu ondan geri istəməyə başlamış və pulu ona borc kimi verdiyini bildirmişdir. O isə Əbülfəzə ona olan borcunun bir hissəsinin verdiyini və hələdə ona borclu qaldığını bildirsədə, Əbülfəz, ondan və onun ailə üzvlərindən əl çəkməmiş və dəfələrlə onun və ailə üzvlərinin ünvanına gedərək onları təhdid etməyə başlamışdır. Uzun sürən təhdidlərdən sonra kürəkəni ondan xəbərsiz (iş məhkəməyə verildikdən sonra xəbər tutmuşdur), Ə.Abbasovun bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə özünə məxsus "Tayota Prado" markalı avtomobilini ona verərək öz aralarında belə bir razılığa gəlmişlər ki, Ə.Abbasov bir daha onları narahat etməyəcəkdir. Lakin, bu danışıqlardan xeyli müddət sonra Ə.Abbasov yenə də öz əməllərindən əl çəkməmiş və təkrar onu və ailə üzvlərini narahat etməyə başlamışdır. Qısacası, onun Ə.Abbasova heç bir borcu yoxdur. Əbülfəz onun ailə üzvlərindən pul qopartmağın rahat yolunu tapdığını, bunan sonra da böhtan atmaqla, onun və ailə üzvlərinin şərəf və ləyaqətini alçaldaraq nüfuzdan salmaqla əsassız varlanacağını düşünür davamlı olaraq kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən informasiya vasitəsində (TV kanal) və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında (Tik-Tok) şəxsiyyətinin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Onun sabiq polis rəisi işlədiyi, onun şərəf və ləyaqətini nalayiq formada alçatmaq, şəxsiyyətinə mənfi qiymət verməklə, əhatəsində olan dostlarının, qohumlarının, tanışlarının gözündə nüfuzdan salmaq məqsədi ilə barəsində şikayət etdiyi şəxs X9 "Kanal-S" TV kanalında yayımlanan "Çıxış Yolu" proqramında, habelə internet informasiya ehtiyatı olan "Tik-Tok"da çıxış edərək, ona borclu olduğunu deməklə ona böhtan atmış, eyni zamanda şəxsiyyətini alçaldaraq təhqir etmişdir. Belə ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il vǝ xx.xx.2023-cü il tarixlərdə "Kanal-S" TVnin efirində yayımlanan "Çıxış Yolu" verlişində Ə.Abbasov onun ünvanıma nəlayiq ifadələr işlətməklə - "dələduz", "hiyləgər", "bic", "yalançı", "tamahkar" və s. ifadələrini, habelə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı olan "Tik-Tok"-da "dələduz", "camaat bu dələduzu hər yerdə paylaşın ki, hamı bilsin, aldanmasın", "eşşək", "eşşək oğlu, eşşak", "itin oğlu, it", "dələduz oğlu, dələduz", "şərəfsiz", "vicdansız", "şaxsiyyətsiz", "mənim pulumu yemisən, balalarıvın, nəvələrivin, ailəvin kəfəninə qismət olsun" və s. ifadələri işlətməklə kütləvi nümayiş etdirilən çıxışlarında məni təhqir etmişdir. Ə.Abbasovun efirdə və "Tik-Tok" internet portalında, onun ondan 52.800 ABŞ dolları vasaiti almaqda ittiham etməklə onu "dələduz" adlandırması CM-nin 178-ci maddəsinin ağırlaşdırıcı halları ilə böhtan atmasımı ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi Hissəsində talama cinayətləri fəslində 50.000 manatdan yuxarı hədd külli miqdarda dələduzluq etmə cinayət əməlini nəzərdə tutur. Hansı ki, həmin əmələ görə cinayətlərin təsnifatı üzrə ağır cinayətin törədilməsi hesab edilir. Ə.Abbasovun ona qarşı efirdə və "Tik-Tok"da işlətdiyi belə ifadələr qərəzli münasibətdir, ondan əsassız pul alınması üçün söylənilmiş fikirlərdir. Göstərilənlərə əsasən X7 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə cinayət məsuliyyətinə cəlb olunmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək bildirmişdir ki, Abbasov Əvəz ünvan 1 ünvanında yaşayır. Bu səbəbdən hesab edir ki, xüsusi ittiham qaydasında şikayəti icraata götürülməli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi X5 bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 hüquqlarını təmsil etdiyi X2 “Kanal-S” TV kanalında yayımlanan “Çıxış Yolu” proqramında, daha sonra isə “Tik-Tok” sosial şəbəkəsində təhqir etmişdir. “Tik-Tok” sosial şəbəkəsində çıxışlarında bildirmişdir ki, “səni televizora çıxartdım yenə xeyri olmadı”, başqa “Tik-Tok” videosunda isə “Çıxış Yolu” proqramında çıxış elədim, yenə vermədi pulumu” kimi işlətiyi ifadələr ona dəlalət edir ki, sonuncu dəfə “Tik-Tok” sosial şəbəkəsində təhqir etmiş və yaşadığı yer ünvan 1 ünvanında yaşadığı üçün xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 şikayətə etiraz edərək bildirdi ki, X1 ona pul borcu vardır. Pulunu verməkdən imtina edir. Əlavə olaraq bildirmişdir ki, o Ağcabədi şəhəri, Nəriman Nərimanov küçəsi, ev 74a ünvanında qeydiyyatda olmaqla daimi olaraq yaşayır. Səhhəti ilə əlaqədar olaraq Bakı şəhərinə gəldikdə müvəqqəti olaraq fərqli ünvanlarda yaşayır. Bakı şəhəri Xətai Rayon Prokurorluğunda verdiyi izahatında ünvan 1 ünvanında yaşamasını qeyd etsə də, izahatı alınan anda həmin ünvanda müvəqqəti olmuşdur. Daimi yaşamır. Barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətə aidiyyatı üzrə Ağcabədi Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirib, habelə proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmədə müəyyən olunur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Məhərrəmov Ağalar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 tərəfindən şikayətdə göstərilən təhqir və böhtan xarakertli məlumatları sonuncu dəfə “Tik- Tok” sosial şəbəkəsində yaymışdır. X4 yaşayış ünvanı ünvan 5 əlavə edilmiş flaşkartda olan görüntülərdən görsənir ki, törədilməsi ehtimal olunan sonuncu əməl “Tik-tok” sosial şəbəkəsində yayımlanmış və bu şəbəkənin də qeydiyyat ünvanı internetdən əldə olunmuş məlumata görə Çin Xalq Respublikasıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına müvafiq olaraq xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Cinayət Prosessual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Həmin Qərarda qeyd edilir ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır (12-ci bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşın yaşadığı yer barədə məlumat şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilir. Qanunvericiliyin tələblərinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın aparılması insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəlmişdir. Belə ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli Qərarı). Göründüyü kimi, qanunverici hər hansı bir şəxsin yaşayış yeri və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsi bu məqsədə yönəlmişdir. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Bu Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Bu Məcəllənin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Qeyd olunan Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68, 75 və və 300-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən, Hakim Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar