Məhkəmə qərarları › İş №1(011)-474/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-474/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-474/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1995-ci ildə Biləsuvar rayonu, 1¹-li Çadır şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Cəbrayıl rayonu, Sarıcalı Ə/D, Məzrə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, nömrəsiz evdə kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 04 iyul 2025-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/99 ünvanında “Dədəmin avtoservisi”nin sahəsində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Kharaj” avtomobil ehtiyyat hissələrinin satışı mağazasının dəmir örtüklü qapısının kilidini servisin ərazisindən tapdığı dəmir parçası ilə sındırmaqla qanunsuz mağazaya daxil olub stolun üzərindən 1.000 manat dəyərində “Asus” markalı İntel (R) Core(TM) İ7-7700HQ CPU @ 2.80GHz (8 CPUs) - 2.8GHz 16384MB Ram notbuku (adaptoru ilə birlikdə), 2 manat dəyərində usb kabeli, 5 manat dəyərində yaddaş kartını, 30 manat dəyərində İP kameranı və dolabdakı 9.799 manat nağd pul vəsaitini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 10.836 (on min səkkiz yüz otuz altı) manat xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə Şəmkir Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2025-ci il tarixdə azadlığa buraxılmışdır. Həbs edilməmişdən əvvəl Keşlə qəsəbəsində kirayə qaldığına görə həmin ərazini yaxşı tanıyırmış. Pulu olmadığından xx.xx.2025-ci il tarixdə gecə saatlarında küçəyə çıxaraq oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə saat 03 radələrində Xətai rayonu, Babək prospekti 21/99 ünvanında yerləşən “Dədəmin avtoservisi”nin həyətinə daxil olub orada “Kharaj” adlı avto ehtiyyat hissələri satılan mağazanı görmüşdür. Ətrafa baxıb heç kimin onu görməməsini dəqiqləşdirdikdən sonra, yerdən tapdığı dəmir parçası ilə mağazanın qapısını sındırıb içəri daxil olmuşdur. İçəridə masanın üzərində olan adaptoru ilə birlikdə “Asus” markalı notbuku, göy rəngli usb kabelləri, yaddaş kartını və divara qoşulmuş İP kameranı oğurlayıb hadisə yerindən uzaqlaşmışdır. Həmin notbuku işlətmək üçün özündə saxlamışdır. xx.xx.2025-ci il tarixdə törətdiyi əməldən peşman olduğu üçün oğurladığı əşyaları geri qaytarmaq qərarına gəlmişdir. Həmin əşyaları sellofana qoyub oğurladığı dükana tərəf gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq 37-ci PŞ-nə aparılmışdır. Orada törətdiyi oğurluq hadisəsini könüllü etiraf etmişdir. Oğurluq etdiyi zaman mağazadan nağd pul vəsaiti götürməmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisə yerindən pul götürməmişdir. Noutbuku könüllü gətirən zaman tutulmuşdur. O, həmin obyektə heç kimnən baxışa getməmişdir. Saat 02-03 radələrində obyektə getmiş və oradan kompyuterlə kameranı oğurlamışdır. İçəri qıfılı sındırıb daxil olmuşdur, əvvəl orada yaxınlıqda yaşamışdır. Maddi imkanı pis olduğundan oğurluq etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Xətai rayonu, Babək prospekti 21/99 ünvanında yerləşən “Dədəmin avtoservisi” adlı avtotəmir sexinin ərazisində yerləşən “Kharaj” adlı avto ehtiyyat hissələrinin satışı mağazasını icarə əsasında işlədir. xx.xx.2025-ci il tarixdə avto ehtiyyat hissələrini almaq üçün 9799 manat pulu mağazanın içərisindəki masanın dolabına qoymuşdur. Axşam saat 18 radələrində mağazanın qapısını bağlayıb evinə getmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 10 radələrində mağazanı açarkən qapının sındırılaraq açıq vəziyyətdə olmasını görmüşdür. İçəri daxil olarkən masanın üzərində olan özünə məxsus “Asus” markalı notbukun (adaptoru ilə birlikdə), usb kabellərinin, yaddaş kartının, divara bərkidilmiş İP kameranın və dolabda olan 9.799 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə bağlı o, DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 10.836 manat maddi ziyan dəymişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisədən əvvəl həmin şəxsi görübgörməməyi yadında deyil. Dükanı icarəyə götürərək Elcanla şərik kimi işlədir. Həmin pulu kredit kartından çıxarmışdır və “Kapital Bank”a məxsus kartdan kredit kimi götürmüşdür. Ona dəymiş ziyandan yalnız kompyuter qaytarılmışdır. Giriş qapısı açarla açılır, plastmasdır. Kamerada görüntülər qalmayıb, çünki həmin vaxt söndürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş ifadəsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, uşaqlıqdan onunla qonşu məhəllədə yaşayan Zərərçəkmiş şəxs tanıyır, dostluq münasibətləri vardır. Raul Xətai rayonu, Babək prospekti 21/99 ünvanında yerləşən “Kharaj” adlı avto ehtiyyat hissələrinin satışı dükanını işlədirmiş. xx.xx.2025-ci il tarixdə onlar axşam saatlarında 9594 manat pulu nağlaşdırmışlar. Pul mağazada olmuşdur. xx.xx.2025-ci il tarixdə Raul ona zəng edərək gecə saatlarında mağazanın qapısı sındırılaraq oradan “Asus” markalı noutbuk, kamera və onun verdiyi pulla birlikdə 9799 manat nağd pulunun oğurlanmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 iyul 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 04 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/99 ünvanında “Dədəmin avtoservisi”nin sahəsində yerləşən “Kharaj” avtomobil ehtiyyat hissələrinin satışı mağazasına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 6-11); könüllü təqdim olunan əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Rəhim oğlunun təqdim etdiyi 01 ədəd “ASUS” markalı noutbuk, 01 ədəd kamera, 01 ədəd yaddaş kartı, 01 ədəd noutbuk adaptoru və 01 ədəd göy rəngli usb kabeli iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (i.v. 17- 18); şübhəli şəxsin tutulması haqqında 07 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 31); zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 44-45); əşyanın tanınması haqqında 08 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilən əşyalar arasından “3” ilə işarələnmiş noutbuku, həmçinin usb kabeli, yaddaş kartını və İP kameranı göstərərək ona məxsus olduğunu bildirmişdir (i.v. 54); ifadənin yerində yoxlanılması haqqında 08 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmişdir (i.v. 55-56); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 57-58); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-379/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 74-79); 09 iyul 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 80-82); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 228.1, 323.1 və 331.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 62 və 66.3-cü maddələri tətbiq edilməklə 300 manat məbləğində cərimə cəzası təyin edilməklə 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir; Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarına əsasən 02 il 06 müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir; Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 02 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır (i.v. 89-91); "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, UNİ/İ-94-424/2025 saylı ekspert rəyindən görünür ki, daşınar əmlakın mövcud vəziyyəti, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, siyahı üzrə təqdim edilən 01 ədəd “Asus” markalı noutbukun (adaptoru ilə birlikdə), 01 ədəd İP kameranın, 01 ədəd “Asus” markalı yaddaş kartının və 01 ədəd usb kabelinin dəyəri 1037 manat təşkil edir (i.v. 115- 128); sübutların qiymətləndirilməsi haqqında 16 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılmış, 01 ədəd “Asus” markalı İntel (R) Core(TM) İ7-7700HQ CPU @ 2.80GHz (8 CPUs) - 2.8GHz 16384MB Ram noutbuk, usb kabel, yaddaş kartı və İP kamera maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmış, 01 ədəd dəmir parçası maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının mütəxəssis rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 131-133); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (i.v. 139-140); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verimiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmişdir, onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsinə və oğurluq hadisəsi nəticəsində həmin obyektdən pul oğurlamaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə yerindən pul götürməmişdir. Noutbuku könüllü gətirən zaman tutulmuşdur. O, həmin obyektə heç kimnən baxışa getməmişdir. Saat 02-03 radələrində obyektə getmiş və oradan kompyuterlə kameranı oğurlamışdır. İçəri qıfılı sındırıb daxil olmuşdur, əvvəl orada yaxınlıqda yaşamışdır. Maddi imkanı pis olduğundan oğurluq etmişdir. Həmçinin, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Xətai rayonu, Babək prospekti 21/99 ünvanında yerləşən “Dədəmin avtoservisi” adlı avtotəmir sexinin ərazisində yerləşən “Kharaj” adlı avto ehtiyyat hissələrinin satışı mağazasını icarə əsasında işlədir. xx.xx.2025-ci il tarixdə avto ehtiyyat hissələrini almaq üçün 9799 manat pulu mağazanın içərisindəki masanın dolabına qoymuşdur. Axşam saat 18 radələrində mağazanın qapısını bağlayıb evinə getmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 10 radələrində mağazanı açarkən qapının sındırılaraq açıq vəziyyətdə olmasını görmüşdür. İçəri daxil olarkən masanın üzərində olan özünə məxsus “Asus” markalı notbukun (adaptoru ilə birlikdə), usb kabellərinin, yaddaş kartının, divara bərkidilmiş İP kameranın və dolabda olan 9.799 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə bağlı o, DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 10.836 manat maddi ziyan dəymişdir. Hadisədən əvvəl həmin şəxsi görüb-görməməyi yadında deyil. Dükanı icarəyə götürərək Elcanla şərik kimi işlədir. Həmin pulu kredit kartından çıxarmışdır və “Kapital Bank”a məxsus kartdan kredit kimi götürmüşdür. Ona dəymiş ziyandan yalnız kompyuter qaytarılmışdır. Giriş qapısı açarla açılır, plastmasdır. Kamerada görüntülər qalmayıb, çünki həmin vaxt söndürülmüşdür. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə Zərərçəkmiş şəxs istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadəni iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs yazılı vəsatətlə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş müddəalara əsasən xeyli miqdarda ziyan vurmadığını, ona elan olunan qərəzli ittiham aktında göstərilən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin müddəalarını əks etdirən cinayət əməlinin cinayət işindən çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs əməli cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq olunduğundan vəsatət təmin edilməməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, həmçinin xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda bu cinayətin təhlükəli residivi hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, cəza çəkdiyi yer üzrə müsbət xarakterizə olunduğunu nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmləri üzrə olan məhkumluqları bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 02 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 04 iyul 2025-ci il tarixdə yenidən cinayət törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalı (CM-65.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzasının əvvəli 07 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 01 ədəd “Asus” markalı İntel (R) Core(TM) İ7-7700HQ CPU @ 2.80GHz (8 CPUs) - 2.8GHz 16384MB Ram noutbuk, usb kabel, yaddaş kartı və İP kamera sahibinə qaytarılmalı və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalı, Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM- 132), 150 (yüz əlli) manat məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd “Asus” markalı İntel (R) Core(TM) İ7- 7700HQ CPU @ 2.80GHz (8 CPUs) - 2.8GHz 16384MB Ram noutbuk, usb kabel, yaddaş kartı və İP kamera sahibinə qaytarılsın və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar