Məhkəmə qərarları › İş №1(011)-475/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-475/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-475/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxsin nümayəndəsi – Abşeron Vəkil Bürosunun vəkili X5, müdafiəçi – Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 88, mənzil 55 ünvanında qediyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 29 aprel 2022-ci il tarixdə saat 21 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq "A" kateqoriyalı sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Şahid4 məxsus "Hanju Sport» markalı, 99-A-281 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə üzü “Ukrayna dairəsi” istiqamətində saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə qanunun bu tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, mümkün olan heç bir tədbir görməmiş, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin qarşısına hərəkətdə olduğu yolu soldan sağa doğru adi yerişlə keçən piyada 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs motosikletin qabaq hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona açıq kəllə beyin travması, alın sümüyünün yerdəyişmiş sınığı, pnevmosefaliya, əng və üz skleti sümüklərinin çoxsaylı sınıqları ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib göstərmişdir ki, onun xx.xx.2019-cu il tarixli AD 206759 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi vardır. Lakin "A" kateqoriyalı sürücülük vəsiqəsi yoxdur. Əvvəllər 49 kub mühərrik həcmi olan moped idarə edərək kuryerlik fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2021-ci ildə Bakı şəhəri, Nizami rayonu NZS qəsəbəsi ərazisində moped ilə hərəkətdə olarkən "Qazel" markalı avtomobil ilə toqquşaraq xəsarət almışdır. O vaxtdan hadisə olan günədək heç bir nəqliyyat vasitəsi idarə etməmişdir. Lakin Bakı şəhəri, Nizami rayonunda yerləşən "Bol" marketin yaxınlığında yerləşən "Moto maks" servisində moped va motosikletlərin təmiri ilə məşğul olmuşdur. Onunla eyni servisdə Şahid3 da usta kimi işləmişdir. 29 aprel 2022-ci il tarixdə saat 21 radələrində işdən çıxarkən Vahidlə belə razılaşmışdır ki, işdən sonra Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən kafelərin birində görüşüb çay içsinlər. O, müdiriyyətin avtomobili ilə Vahid isə öz idarə etdiyi "Hanju Sport” markalı 99-A-281 dövlət qeydiyyat nişanlı motosikletlə qeyd olunan yerə getmişdir. O, Vahid ila görüşən zaman tanışı tərəfindən ona zəng gəldiyi üçün sonuncudan xahiş etmişdir ki, "Hanju Sport» markalı, 99- A-281 dövlət qeydiyyat nişanlı motosikleti 10-15 dəqiqəlik ona versin. Vahid həmin motosikleti ona verdikdən sonra o, H.Aslanov metrostansiyasının qarşısından üzü Ukrayna dairəsinə doğru saatda 50-60 km sürət həddi ilə avtomobil yolunun 2-ci zolağı ilə hərəkət etmişdir. Onun qarşısında iki yol ayrıcı olan səkinin yaxınlığı ilə birinci dərəcəli yolda dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli sərnişin avtobusu hərəkət etmişdir. O, həmin sərnişin avtobusunun sağ tərəfindən keçərək ötmə əməliyyatı aparan zaman həmin avtobusun qarşısından təxminən 4-5 metr məsafə qalmış bir qadının qarşısına çıxdığını görmüşdür. O, dərhal ayağını əylǝcə basıb sükanı sağa tərəf çəkmək istədikdə qadın üstünə gəlmişdir. O, sükanı saxlaya bilməyərək motosikletin sol tərəfi olan sükanı ilə qadının sağ tərəfindən vurmuşdur. O, piyadanı idarə etdiyi motosiklet ilə ehtiyatsızlıqdan vurduqdan sonra, özü də sol ayaq nahiyəsindən xəsarət aldığına görə həyəcanlı vəziyyətdə hadisə yerində oturub qalmışdır. Ayağının o vəziyyətdə olmasına baxmayaraq piyadaya yaxınlaşaraq sonuncunun vəziyyəti ilə maraqlanmışdır. Ətrafa yığılan tanımadığı şəxslər onlara yardım etmişlər. Hər ikisini yaxınlıqda yerləşən Respublikası Neyrocərrahiyyə xəstəxanasına aparmışlar. O, həmin vaxtı əmisi Şahid2 bildirmişdir ki, bu cür yol nəqliyyat hadisəsi törətmişdir. Əmisi və atası bir başa xəstəxanaya gəlmişlər. Orada ona məlum olmuşdur ki, xəsarət alan şəxs İradə adlı qadındır. Bundan sonra Zərərçəkmiş şəxs 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Orada müayinə olunduqdan sonra sonuncunun valideynləri ilə onun valideynləri İradəni Tibb universitetinin tədris cərrahiyə korpusuna aparmışlar. Zərərçəkmiş şəxs əməliyyat olunduqdan sonra valideynləri İradǝyǝ 10.000 manata yaxın müalicə xərcləri çəkmişlər. Onun həmin motosikleti sürməyə nə kateqoriyası nə də ki, etibanaməsi olmuşdur. Hadisə vaxtı idarə etdiyi motosikletdə sərnişin olmamışdır. Yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün har-hansı bir qabaqlayıcı tədbir görməyinə imkanı olmamışdır. Yalnız piyadanı 4-5 metr məsafədə gördükdən sonra motosikletin əylǝcini sıxaraq sağ tərəfə çəkmişdir. O, həmin piyadanı uzaqdan görməmişdir. Onun sol tərəfindən hərəkətdə olan avtobus qarşısından çıxarkən 4-5 metr məsafədə görmüşdür. Həmin yolda avtomobillər çox olduğu üçün ola bilsin ki, həmin avtomobillərin arası ilə keçdikləri üçün o, piyadanı görə bilməmişdir. Motosikletin texniki vəziyyəti hadisədən əvvəl tam saz vəziyyətdə olmuşdur. Son olaraq əməlindən peşmanlıq çəkməsini, zərərçəkmiş şəxsin əməliyyat və müalicə xərclərini ödəyib mümkün maddi və mənəvi yardım göstərdiyini, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini qeyd edib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, gündəlik olaraq qızının evinə gedərək orada nəvələrinə baxmışdır. 29 aprel 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxaraq qızının evinə getmişdir. Qızının evində saat 21 radələrinədək olduqdan sonra qızı evinə gəldiyi üçün o, mənzilindən çıxaraq öz evinə getmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının üzərində olan dayanacağa piyada getmişdir. O, avtomobil yoluna çatarkən üzü Ukrayna dairəsinə doğru 57 saylı sərnişin avtobusunu gördükdə həmin avtobusa minmək məqsədi ilə Ukrayna dairəsi istiqamətindən metro istiqamətinə gələn avtomobillərin qarşısından iti addımlarla keçərək iki yol ayrıcı olan səkidə 57 saylı sərnişin avtobusuna ǝl edərək saxlamasını bildirmişdir. O, avtobusun qarşısından yolun kənarına doğru piyada keçən zaman avtobusun sağ hissəsindən onu hansısa bir nəqliyyat vasitəsi vurmuşdur. Onu vurduqdan sonra o, yerə yıxılaraq huşunu itirmişdir. O, 7 gün Azərbaycan Tibb Universitetinin X1 komada qaldıqdan sonra ayılarkən xəstəxanada olduğunu bilmişdir. Hadisə zamanı hava qaranlıq, yol örtüyü quru asfaltdan ibarət olmuşdur. Avtobusun sağ tərəfindən çıxan motosikleti o görməmişdir. Sonradan video görüntüyə baxarkən motosikletin olduğunu görmüşdür. Hadisə zamanı o, tək olmuşdur. O, hadisə zamanı huşunu itirdiyi üçün motosikletin sürücüsünü xatırlamamışdır. Onun xəstəxana xərclərini ödəmişlər. Lakin bundan sonrada onun müalicəsi üçün pul vəsaitinə ehtiyacı olmuşdur, gözü ilə bağlı çəkilmiş xərcləri ödəməkdən yayınmışlar. Onun gözü ilə bağlı sonrakı xərclər üçün 3000 manat pul lazım olduğunu, təqsirləndirilən şəxs və onun qohumları tərəfindən həmin məbləğ ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X5 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs və onun yaxın qohumları tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xəstəxana xərcləri qarşılansa da, lakin onun gözü ilə bağlı xərclər qarşılanmadığından təqsirləndirilən şəxsdən şikayətçidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. 29 aprel 2022-ci il tarixda saat 22 radələrində Elmin Rahimov xəstəxanada olarkən ona zəng edərək bildirmişdir ki, yol nəqliyyat hadisəsi törətmişdir. O, bu barədə Elminin atası Elmana malumat verdikdə dərhal sonra birlikdə xəstəxanaya getmişlər. Xəstəxanada olan zaman onlara məlumat verilmişdir ki, xəsarət alan şəxsin beynində ciddi travma olmadığına görə sonuncunu 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Lakin Elmin ağır dərəcəli xəsarət aldığına görə Elmini Respublika Neyrocərrahiyyə xəstəxanasında müayinə etmişlər. Onlar həmin təcili tibbi yardım avtomobilinin arxasınca 3 saylı Sabunçu xəstəxanasına getmişlər. Xəstəxanada ümumi müayinə olunduqdan sonra səhəri günü Elminin atası Elmanın təşəbbüsü ilə həmin qadın özəl xəstəxanaya aparılmışdır. Həmin özəl xəstəxanada sonradan adı onlara məlum olan Zərərçəkmiş şəxs cərrahi əməliyyat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Emin avvəllər 49 kub mühərrik həcmi olan moped ilə kuryerlik fəaliyyəti ilə məşğul olmuşdur. Elmin xx.xx.2021-ci ildə Bakı şəhəri, Nizami rayonu NZS qəsəbəsi ərazisində moped ila hərəkətdə olarkən "Qazel" markalı avtomobil ila toqquşaraq xəsarət almışdır. Həmin vaxtdan hadisə olan günədək heç vaxt nəqliyyat vasitəsi idarə etməmişdir. Lakin Bakı şəhəri, Nizami rayonunda yerləşən "Bol" marketin yaxınlığında yerləşən "Moto maks" servizində moped va motosikletlərin təmiri ilə məşğul olmuşdur. Eminlə eyni servisdə Şahid3 da usta kimi işləmişdir. Elmin 29 aprel 2022-ci il tarixda saat 21 radələrində işdən çıxarkən Vahid adlı iş yoldaşı ilə razılaşmışlar ki, işdən sonra Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən kafelərin birində görüşüb çay içsinlər. Elmin müdiriyyətinin avtomobili ilə Vahid isə öz idarə etdiyi "Hanju Sport” markalı, 99-A-281 dövlət qeydiyyat nişanlı motosikletlə qeyd olunan yerə getmişlər. Elmin Vahid ilə görüşən zaman tanışı tərəfindən oğluna zəng gəldiyi üçün Vahiddən xahiş etmişdir ki, "Hanju Sport» markalı, 99- A-281 dövlət qeydiyyat nişanlı motosikletin 10-15 dəqiqəlik ona versin. Vahid həmin motosikleti Elminə verdikdə oğlu üzü H.Aslanov metrostansiyasının qarşısından Ukrayna dairəsinə doğru saatda 50-60 km sürət həddi ilə avtomobil yolunun 2-ci zolağı ilə hərəkət edərkən qarşısında iki yol ayrıcı olan səkinin yaxınlığı ilə birinci dərəcəli yolda ağ rəngli sərnişin avtobusu hərəkət etmişdir. Elmin həmin sərnişin avtobusunun sağ tərəfindən keçərək ötmə əməliyyatı aparan zaman həmin avtobusun qarşısından təxminən 4-5 metr məsafə qalmış bir qadının qarşısına çıxdığını görmüşdür. Elmin ayağını əyləcə basıb sükanı sağa taraf çəkmək istədikdə qadın üstünə getmişdir. Elmin sükanı saxlaya bilməyərək sonuncunu motosikletin sol tərəfi ilə qadının sağ tərəfindən ehtiyatsızlıqdan vurmuşdur. Həmin an oğlu yerə yıxılaraq xəsarət almışdır. Ətrafa yığılan tanımadıqları şəxslər onlara yardım etmişlər. Təcili tibbi yardım ilə zərər çəkmişi, oğlunu isə şəxsi avtomobil ila tanımadığı şəxslər yaxınlıqda yerləşən Respublikası Neyrocərrahiyyə xəstəxanasına aparmışlar. Oğlu Elmin xəstəxanada olarkən qohumları Şahid2a zəng edərək bildirmişdir ki, Emin yol nəqliyyat hadisəsi törətmişdir. Tərlan ona bu barədə məlumat verdikdə o, dərhal Tərlan ilə birlikdə qeyd olunan xəstəxanaya getmişlər. Xəstəxanada olan zaman onlara məlumat verilmişdir ki, xəsarət alan şəxsin beynində ciddi travma olmadığına görə sonuncunu 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Lakin Elmin ağır dərəcəli xəsarət aldığına görə sonuncunu Respublikası Neyrocərrahiyyə xəstəxanasında müayinə etmişlər. Onlar həmin təcili tibbi yardım avtomobilinin arxasınca 3 saylı Sabunçu Xəstəxanasına getmişlər. Xəstəxanada ümumi müayinə olunduqdan sonra səhəri günü onun təşəbbüsü ilə həmin qadını özəl xəstəxanaya aparmışlar. Həmin xəstəxanada Zərərçəkmiş şəxs cərrahi əməliyyat etmişlər. O, İradənin xəsarət aldığı gündən sonuncunun bütün maddi və mənəvi xərclərini ödəmişlər. Zərərçəkmiş şəxs 10.000 manata qədər xərc çəkmişdir. 10.000 manat məbləğdən əlavə 1.500 manatda zərər çəkmiş şəxsin müalicə xərclərinə çəkmişdir. Zərərçəkmiş şəxs yaxınları sonuncunun şikayətçi olmadığını ona bildirərək söz vermişlər. Hətta özü də şikayətçi olmadığını bildirmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs ondan əlavə olaraq xərclədiyi qədər pul tələb etdiyi üçün sonuncuya pul ödəməyə imkanı olmadığını bildirmişdir. Bu səbəbdən da İradə oğlundan şikayətçidir. İş üzrə digər Şahid3 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid3 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən "Bol" marketin yaxınlığında yerləşən "Moto maks" servizində moped va motosikletlərin təmiri ilə məşğul olmuşdur. Onunla eyni servizdə Təqsirləndirilən şəxs usta kimi işləmişdir. 29 aprel 2022-ci il tarixdə saat 21 radələrində işdən çıxarkən Elminlə belə razılaşmışlar ki, işdən sonra Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən kafelərin birində görüşüb çay içsinlər. Elmin müdiriyyətin avtomobili ilə, o isə idarə etdiyi özünə məxsus "Hanju Sport» markalı, 99-A-281 dövlət qeydiyyat nişanlı motosikletlə qeyd olunan yerə getmişlər. Elmin ilə görüşən zaman sonuncuya zəng gəldiyi üçün ondan xahiş etmişdir ki, "Hanju Sport» markalı, 99-A-281 dövlət qeydiyyat nişanlı motosikleti 10-15 dəqiqəlik versin. O, həmin motosikleti Elminə verdikdən sonra sonuncu üzü H.Aslanov metrostansiyasına tərəf sürüb getmişdir. Təxminən 6-7 dəqiqədən sonra Elmin ona zəng edərək təcili H.Aslanov metrosunun çıxışına gəlməyini bildirmişdir. O, yaxınlaşdıqda Elminin motosikleti ilə bir nəfər piyada qadını ehtiyatsızlıqdan vurduğunu görmüşdür. O, Elmindən nə baş verdiyini soruşduqda sonuncu ona bildirmişdir ki, həmin qadın avtobusun qarşısından çıxaraq idarə etdiyi motosiklet ilə toqquşmuşdur. Həmin qadını təcili tibbi yardım, Elmini isə o, tanımadığı taksi ilə yaxınlıqda yerləşən Respublikası Neyrocərrahiyyə Xəstǝxanasına aparmışdır. Orada Elminə ilkin tibbi yardım etdikdən sonra evə buraxmışlar. "Hanju Sport» markalı, 99-A-281 dövlət qeydiyyat nişanlı motosiklet ona məxsusdur, bununla bağlı heç bir şikayəti olmamışdır. O, həmin motosikleti Şahid4 öz aralarında razılaşaraq daxili kredit kimi aylıq ödǝyǝrǝk almışdır ki, pulunu tam ödədikdən sonra Fərhadla alqı satqıya gedərək onun adına rəsimləşdirilsin. Bu səbəbdən də sənəd Şahid4 adında qalmışdır.(i.v.91-92) İş üzrə digər Şahid4 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid4 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2014-cü il buraxılışlı, göy rəngli "Hanju Sport» markalı, 99-A-281 dövlət qeydiyyat nişanlı motosikleti Bakı şəhərində mağazaların birindən rəsmi olaraq öz adına qeydiyyat şəhadətnaməsi ilə almışdır. Həmin motosikleti tanıdığı usta kimi işləyən Şahid3 mühərrik hissəsi nasaz olduğuna görə ucuz qiymətə öz aralarında daxili kreditlə aylıq ödəniş etməklə satmışdır. Şahid3 hər ay ona ödəniş etmişdir. Buna görə də qeyri rəsmi də olsa motosiklet Vahidə məxsus olmuşdur. Hadisə baş verdikdən sonra ona məlum olmuşdur ki, həmin motosiklet ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində piydanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Onun hazırda motosikletə dəymiş ziyanla bağlı heç bir şikayət və tələbi olmamışdır. Motosiklet rəsmi olaraq ona məxsus olsa da, qeyri rəsmi olaraq Şahid3 satmışdır. Bununla bağlı heç bir şikayəti olmamışdır.(i.v. 94-95) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 29 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün aidiyyatı üzrə Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır (i.v. 1); Təqsirləndirilən şəxs məxsus AD206759 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək etibarlıdır.(i.v 16) Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin tibbi sənəd əsasında canlı şəxsin ekspertizasının 26 may 2022-ci il tarixli, 46/2022 nömrəli rəyindən görünür ki, vǝt. Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, alın sümüyünün yerdəyişmiş sınığı, pnevmosefaliya, əng və üz skleti sümüklərinin çoxsaylı sınıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. (i.v. 33-35); Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin 17 iyun 2022-ci il tarixli, 42/2022 saylı rəyindən görünür ki, vət.Təqsirləndirilən şəxs adına Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim radioloqu tərəfindən verilmiş Kranil KT müayinəsinin nəticəsində müəyyən edilmiş "Alın nahiyəsindəki əməliyyatdan sonrakı metal lövhə" barəsində açıqlanma, yəni həmin metal lövhənin baş vermiş hadisə ilə əlaqədar olub-olmaması barədə məlumat verildikdən sonra, digər nə kimi xəsarətlərin olması, almış olduğu xəsarətlərin xarakteri, törənmə müddəti və sağlamlığa zərər vurması dərəcədə fikir bildiriləcəkdir. (i.v. 38-39); Azərbacan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 7 iyul 2022-ci il tarixli, 8/1496 saylı ekspert rəyindən görünür ki, tədqiqat tərəfindən verilən məlumatlara əsasən 1,2. Hanju Sport markalı, 99A281 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 40-43); cinayət işinin icraata qəbul edilməsi haqqında 03 avqust 2022ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Cahid Musayevin icraatına qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (i.v. 44); Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. (i.v. 49); İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs və onun qohumları tərəfindən zərərçəkmiş şəxsin müalicə xərcləri üçün 8.400 (səkkiz min dörd yüz) manat xərclənmişdir (i.v 57-58); Azərbaycan Respublikası DİN-in BDYPİ-dən alınmış xx.xx.2022-ci il tarixli, 016- 111748-1222 saylı məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi idarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1997ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AD 206759 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. "Hanju Sport" markalı 99A281 dövlət qeydiyyat nişanlı motosiklet xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, ev 15-də qeydiyyatda olan Şahid4 adına qeydiyyata alınmış, etibarnamə ilə Bakı şəhəri, Nizami rayonu, 8-ci mkr., y/s, Ə.Kürçaylı küçəsi, ev 5b, mənzil 71-də qeydiyyatda olan X3 istifadəsinə verilməsi barədə mərkəzi informasiya sistemində məlumat qeydə alınmışdır. (i.v. 72); Azərbaycan Respublikası DİN-in BDYPİ-dən alınmış xx.xx.2022-ci il tarixli, 016- 112299-1222 saylı məktubdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Elmar oğluna xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək etibarlı olan AD 206759 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat qeydə alınmamışdır. Bununla yanaşı, «Hanju Sport» markalı, 99-A-281 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin mülkiyyətçisi xx.xx.1992ci il tarixdə Bakı şəhərində anadan olmuş Şahid4 olmaqla, qeyd olunan nəqliyyat vasitəsinin idarə olunması üçün vətəndaş Təqsirləndirilən şəxs etibarnaməsinin mövcud olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində yol hərəkəti qayda pozuntuları törədilməsinə görə tətbiq edilmiş inzibati tənbeh tədbirləri barədə məlumatlar göndərilmişdir. Həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda inzibati xətalar törətdiyi üçün barəsində inzibati tənbeh tədbirləri barədə qərarlar qəbul edilmişdir (i.v. 74-75); Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 27 saylı Mənzil Kommunal İstimar Sahəsinin xx.xx.2022-ci il tarixli, 626 saylı arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, 27 saylı MKİS-nin ərazisində yerləşən M.Hadi küçəsi, ev 88, mənzil 55-də qeydiyyatdadır. Qonşuları və dostları ilə səmimi münasibətdədir. Yaşadığı müddət ərzində onun barəsində 27 saylı MKİS-nə qonşular və inzibati orqanlar tərəfindən heç bir şikayət daxil olmamışdır(i.v 82-83) Bakı şəhəri Xətai RPİ 36-cı polis şöbəsinin 07 sentyabr 2022-ci il tarixli, 104-3173- 1222 saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin qarşısında baş vermiş yol-nəqliyyat hadisəsini törətmiş "Hanju Sport» markalı, 99-A-281 dövlət qeydiyyat nişanlı motosiklet sürücüsünün xx.xx.1997-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir.(i.v 84). DVD diskə baxış keçirilməsi haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 29 may 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsinin Ukrayna dairəsi istiqamətində hərəkətdə olan avtomobildən çəkilmiş video görüntüsünün olması aşkar olundu. Həmin görüntüyə baxış keçirilən zaman Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə üzü Ukrayna dairəsi istiqamətində hərəkətdə olan ağ rəngli sərnişin avtobusunun arxası ilə hərəkətdə olan motosikletin hərəkətdə olduğu yolu keçmək istəyən piyadanı vurması, zərbənin təsirindən piyadanın və motosikletin sürücüsünün yerə yıxılması müşahidə olunmuşdur.(i.v 86-87); İfadənin yerində yoxlanılması haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. Fotoşəkillər iş materialarına əlavə edilmişdir (i.v 88) "Hanju Sport” markalı, 99-A-281 dövlət qeydiyyat nişanlı motosikletin mülkiyyətçisi Şahid4 10 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, "Hanju Sport” markalı, 99-A- 281 dövlət qeydiyyat nişanlı motosikletinə dəymiş maddi ziyanla bağlı heç bir şikayət və tələbi yoxdur (i.v 96) Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin 10 sentyabr 2022-ci il tarixli, 1002 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər - başın alın ve sol almacıq nahiyələrindəki çapıq toxumaları əzilmiş yaraların izləri olub, küt aşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən va tibbi sənədlərdə qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə yəni, sürücü texanası bilərdilər, ümumilikdə və ayrı- ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa qismində idarə etdiyi motosikletlə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ an oğlu müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. «Respublika Neyrocərrahiyyə Xəstəxanası» PHŞ-in Həkim - Radioloqu tərəfindən E. Rəhimovun adına verilmiş xx.xx.2022-ci il tarixli Kranial KT müsinəsindən görünür: Alın və sol almacıq nahiyəsində travma zamanı yumşaq toxumaların əzilməsi olmuşdur. Alın nahiyəsində isə metal lövhə köhnə Xestan əməliyyat zamanı bərkidilmişdir. RNCX PHŞ-in 486 saylı Xəstənin stasionar Rehimov tibbi kartadan çıxarış (Epikriz) görünür ki, vət. Təqsirləndirilən şəxs xx.xx.2021 tarixdə «Basılmış sümük qəlpələrin xaric olunması, sümük defektin titanla plastikası" cərrahi əməliyyatı icra olunmuşdur. (i.v. 97-99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 20 sentyabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. (i.v. 100); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqına 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 101-102); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham olunmuşdur (i.v. 110); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 129-130); Sübutların qiymətləndirilməsi haqqında 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş "polisin nəzarəti atlina vermə" qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 46/2021 nömrəli, 10 sentyabr 2022-ci il tarixli 1002 nömrəli, məhkəmə-yol nəqliyyat ekspertizasının 07 iyul 2022-ci il tarixli, 8/1496 nömrəli rəyləri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, iş üzrə təqsirləndirilən şəxs Şahid1 idarə etdiyi "Hanju Sport" markalı, 99A281 dövlət qeydiyyat nişanlı motosikletin maddi sübut kimi tanınması və sahibinə qaytarılmasının nəzərə alınması, cinayət işi üzrə Azərbaycan Respublikası DİN-in BDYPİ-in Qeydiyyat-İmtahan Şöbəsindən alınmış xx.xx.2021-ci il tarixli, 016-81789-1221 saylı məktub iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materialarına əlavə edilməsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi və Azərbaycan Respublikası Baş Prokurorunun 01 dekabr 2006-cı il tarixli 09/84 №li "Cinayət təqibi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında” əmrin 19-cu maddəsinin tələbinə əsasən bu barədə material ayrılıb, rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilməsi, iş üzrə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüsü olan 01 ədəd "CD" formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Şahid3 və Şahid4 barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün qəbul edilmiş qərarın surətinin Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi "Hanju Sport” markalı, 99-A-281 dövlət qeydiyyat nişanlı motosikletdən yerə yıxılan zaman xəsarət alması xüsusatı üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmıdır (i.v. 138-149). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-59.1.11), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. (CM-59.1.14), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), maddi sübut kimi tanınmış Hanju Sport» markalı, 99-A-281 dövlət qeydiyyat nişanlı motosikletin sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "Hanju Sport” markalı, 99-A-281 dövlət qeydiyyat nişanlı motosikletin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar