Məhkəmə qərarları › İş №1(011)-476/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-476/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-476/2024 18.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əmiraslanova Tamella Mürşüd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1995-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəh., Xətai ray., Y.Səfərov küçəsi, ev 8, m.7-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdə saat 12:00-da ünvan 1 ünvanında qonşusu Şahid2 ilə münaqişə etdiyi zaman ictimai qaydanın pozulmasının qarşısını almaq və münaqişə edən şəxsləri ayırmaq istəyən Zərərçəkmiş şəxs guya onu arxadan vurmasını və ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan ictimai qaydam kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən həmçinin şəxslər üzərində zor təbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək üzərində gəzdirdiyi silah qismində istifadə olunan istintaqla müəyyən edilməyən beşbarmaq və yumruqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə üç dəfə zərbə vuraraq sonuncuya haymor cibinin pnevmotizasiyasının pozulması ilə müşayiət edilən sol əng sümüyünün qəlpəli basılmış sınığı, sol gözaltı nahiyəsinin əzilmiş yarası, alt çənədə soldan İ, İİ sağdan İ, İİ dişlərin travmatİk düşməsi, alt çənə nahiyəsinin sıyrıqlan, alt dodağın və sol yanağın iç səthlərinin qansızmaları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvuran xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Lakin Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsində göstərilən cinayətin tərkib əlamətləri müəyyən olunmur. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, əslində özünü müdafiə etmişdir. Özünü günahkar və peşman onda bilir ki, yaşlı adama əl qaldırmışdır. Əsəbi və gərgin olmuşdur. Bu onun tərbiyəsinə uyğun olmayan bir işdir. Videodan da görünür ki, iki nəfər Ramizi saxlaya bilmir, onun üstünə gəlir. İbtidai istintaq zamanı üç üzük demişdir, lakin iki qeyd olunub. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında elan olunmuş təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 31 may 2024-cü il tarixdə Lənkəran şəhərindən yaşadığı ünvana gəlmişdir. Təxminən axşam saatlarında **-DU-*** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtomaşınının işlədiyi dərzi atelyesinin qarşısında sağ arxa qapısının cızılmasını və atelyenin qapısının üzərində cızıq olmasını görmüşdür. Məhəllədə maraqlandıqda ona məlum olmuşdur ki, 2 nəfər məhəllədə yaşayan şəxs may ayının sonlarında mübahisə zamanı əvvəlcə binanın qarşısında qoyulan şlaqbaumu qırmış və sonra ona məxsus avtomaşını və işlədiyi yerin qapısını zədələmişdirlər. Lakin həmin gün bu hadisənin kimlər tərəfindən edildiyini bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 10-da işlədiyi dərzi sexini açaraq fəaliyyətə başlamışdır. Məhlədə tanıdığı şəxslərlə söhbət zamanı həmin mübahisə edən şəxslərdən birinin adının Səid olduğunu bilmişdir. Günorta saat 12 radələrində həmin Səid adlı şəxs onun işlədiyi yerin qarşısından keçərkən dayanıb onunla danışmağa başlamış və söhbət zamanı ona qəflətən sual vermişdir ki. «sakitləşmisən ya yox». O da Səidə cavab olaraq sakit olduğunu bildirmişdir. Səid ondan özbaşına hərəkətlər etməməyi tələb etmişdir. O da Səidə özbaşına heç bir hərəkət etmədiyini demiş və əksinə Səidin özbaşınalıq edərək məhəllənin şlaqbaumunu qırdıqlarını demişdir. Səid isə şlaqbaumu qırmadığını, onunla mübahisə edən adını demədiyi şəxsin şlaqbaumu sındırdığını, onun maşınını da həmin şəxsin cızdığım bildirmişdir. O da həmin şəxsi tanımadığını deyib,onu başqaları ilə üzləşdirməməyi. Səidi tanıdığını və etdikləri özbaşınalıqlar nəticəsində vurduqları ziyanı düzəltməyi Səiddən tələb etmişdir. Səid isə heç bir şey etməyəcəyini demişdir. O da təkidlə Səidin ziyanı aradan qaldıracağını demişdir. Bu zaman Səid səs-küy salmağa başlamışdır. O isə Səiddən sakit danışmağı tələb etmişdir. Səid isə əvəzində ona bildirmişdir ki, ondan güclü olduğu üçün qardaşını onun üstünə çağıracaq. Bundan sonra Səid telefonla danışaraq qardaşım yanına çağırmışdır. Qardaşı onların yanına çatan kimi Səid yumruqla onun üzündən bir dəfə vurmuşdur, həmin vaxt bir qadın da onlara yaxınlaşmış və səs-küy saldığı üçün Səidə cavab zərbəsi vurmamışdır. Sonra Səidin böyük qardaşı ona nə üçün Səidlə mübahisə etdiyini irad tutduğu zaman bildirmişdir ki, Səidi vurmamış əksinə Səid onu qardaşının yanında vurmuşdur. Həmin vaxt orada olan qadın səs küy salaraq Ramiz adh şəxsi çağırmış və qəflətən arxa tərəfdən kimsə yumruqla onun üz nahiyəsindən vurduqda geriyə çevrilmiş və görmüşdür ki, ondan təxminən 20 metr arahda nərd oynayan nisbətən yaşlı şəxslərdən biri sonradan adını bildiyi Ramiz vurmuşdur.O həmin şəxsin yaşlı bir adam olduğunu görüb əvvəlcə təəcüblənmiş və fikirləşmişdir ki. ola bilsin başqa bir şəxs onu vurmuşdur. Lakin Ramiz, yenə də onun üstünə gələrək söyüş söyməyə davam etmişdir. 0 isə Ramizin yaşlı olduğunu görüb arxaya doğru gedərək ona cavab verməməyə çalışmışdır. Lakin o, arxaya getdikcə Ramiz söyüşlərinə davam edib yenə də üzərinə gəlmişdir. Ətrafda olan şəxslər onunla ilkin mübahisə edən şəxsləri kənarlaşdırsalar da, həmin Ramiz heç kimə məhəl qoymadan üzərinə gələrək onu vurmaq istəmişdir. O yenə də Ramizdən uzaqlaşmaq istəyərkən Ramiz onun anasının ünvanına nalayiq söyüş söymüşdür. Bu səbəbdən o özünü saxlaya bilməyib sağ əli ilə bir dəfə Ramizin üz nahiyəsindən zərbə vurmuşdur.Zərbədən sonra onları ətrafda olan şəxslər ayırmışdır. Sonra Səidlə yenidən sözlə mübahisə etməyə başlamışdır.Həmin vaxt Ramiz yenə də sol tərəfindən ona yaxınlaşaraq vurmaq istəsə də o. Ramizin onu vurmaq istədiyini görüb əyilmiş və nəticədə Ramiz müvazinətini saxlaya bilməyib üzü üstə yerə yıxılmışdır. Bundan sonra ətrafda olan şəxslər Ramizi ayağa qaldırmış və o da artıq vəziyyətin gərginləşməsini görüb oradan uzaqlaşmışdır. Baş vermiş münaqişəni məhəllədə yaşayan şəxslər görmüş, təxminən 5 dəqiqə davam etmişdir. Hadisə zamanı onu Səid bir dəfə yumruqla üzündən vurmuş, həmçinin Ramiz də üz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Lakin üzündə heç bir xəsarət yoxdur. Onun əlində heç bir kənar əşya olmamış, Zərərçəkmiş şəxs yalnız bir dəfə zərbə vurmuşdur. Ola bilsin ki, əlində üzüklər və qolbağ olduğundan Ramiz elə bilmişdir ki, onu beşbarmaqla vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində o evə çörək almaq üçün piyada getdiyi vaxt görmüşdür ki, Əliəkbər bir nəfər cavan oğlanla həmin məhəllədə yaşayan sonradan adını bildiyi Səid adlı şəxs mübahisə edirlər. Qonşuluqda yaşayan Aybəniz adlı qadının səs-küy salmasını eşidib nə baş verdiyini öyrənmək üçün həmin yerə yaxınlaşmışdır. O yaxınlaşan vaxt ilk olaraq Səid yumruqla Əliəkbəri başından vurmuşdur. Arxa tərəfdən yəni blok tərəfdən Səidin adını bilmədiyi qardaşı gələrək o da Əliəkbəri söyərək vurmuşdur. Sonra isə Əliəkbərin Nemət adlı dostu gələrək Səidin qardaşının üstünə getmişdir. O həmin şəxslərin yüksək səslə söyüş söydüklərini görüb araya girərək onları ayırmaq istəmişdir. Həmin vaxt onun qəflətən üz nahiyəsindən yumruq dəymişdir. O həmin vaxtı “ə heyvan oğlu heyvan məni neyçün vurursan” demişdir. Əliəkbər isə əvəzində ona sual vermişdir ki, bəs o niyə onu söymüşdür. O yenə də Əliəkbərə tərəf gedərək niyə onu vurduğunu bir neçə dəfə soruşmuşdur. Əliəkbər isə arxaya gedərək bir neçə addım atdıqdan sonra qəflətən yenə də 2 dəfə ardıcıl vurmuşdur. Əlində xatırlamır üzük idi yoxsa qolbağ. Nəsə parıltılı şey var idi. Üzük yoxsa biləyində sep olduğunu görmüşdür. Həmin vaxt onun başı gicəlləndiyi üçün arxası üstə yerə yıxılmışdır. Ayıldıqda isə Ələikbər artıq çıxıb getmişdi. Sonra isə o birtəhər ayağa qalxaraq qonşuların köməkliyi ilə evə getmiş və sonradan evə təcili tibbi yardım gəlmişdir. Əliəkbərin yaxşı ailədən olduğunu sonradan bilmişdir. Hazırda barışmışlar, ona qarşı şikayəti yoxdur. Təqsirləndirilən şəxslə barışmasının, ona qarşı heç bir şikayət və tələbinin olmamasının qərar qəbul edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir belə ki, Əliəkbərlə bir yerdə işləyir, 01 iyun 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu Afiəyəddin Cəlilov 5 ünvanında yerləşən iş yerinə yəni «EVO Baku» dərzi sexinə taksi ilə gəldiyi zaman məhəllə adamlarının blokun qarşısında toplaşdığını və Əliəkbərin Səid və Faiqlə mübahisə eldiyini görmüşdür. Sonra Aybəniz xanım düşdü aşağı qışqırdı ki, uşaqları qoymayın dalaşmağa. Ramiz adlı yaşlı şəxs arxa tərəfdən Əliəkbərə yaxınlaşaraq « it oğlu it» deyib arxadan ona yumruq atmışdır. Əliəkbər isə arxaya çönərək ona atasının ünvanına söyüş söyməməyi tələb etmişdir. Sonra Əliəkbər arxaya tərəf yəni obyekt tərəfə gəlmişdir. Sonra isə Ramiz yenidən Əliəkbərin üstünə gələrək ona yumruq atdığı zaman əli boşa çıxmış və müvazinətini itirərək yerə yıxılmışdır. O isə həmin vaxt Əliəkbərin qolundan tutaraq onu kənara çəkmişdir. Məhəllədə yaşayan şəxslər Ramizin yerə yıxıldığım görüb onu əvvəlcə ayağa qaldırmış sonra İsə daha da sərt şəkildə onların üstünəə gəlmişdirlər. Həmin vaxt Ramiz ayağa qalxdıqdan sonra Əliəkbərin ünvanına ana söyüşü söymüş və eyni vaxtda onun üstünə doğru gəlməyə başlamışdır. Həmin söyüşü eşitdikdən sonra Əliəkbər bir dəfə yumruqla Ramizin sifətinə zərbə vurmuşdur. Lakin Ramiz sakitləşəməyərək yenə də Əliəkbərin üstünə hücum etməyə davam etmişdir. Sonra məhəllədə yaşayan şəxslər onları ayırdıqdan sonra o Əliəkbərlə birlikdə avtomaşınla həmin yerdən uzaqlaşmışdır. əlavə olaraq bildirmişdir ki, Əliəkbərin əlində həmin vaxt heç bir əşya olmamışdır. Ramiz Əliəkbərə nalayiq söyüş söydüyü üçün Əliəkbər bir dəfə Ramizin üz nahiyəsinə zərbə vurmuşdur. O yalnız Əliəkbəri Ramizdən ayırmışdır. Heç kimi vurmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 01 iyun 2024-cü il tarixdə oğlu Faiq çörək almağa gedirdi. Yaşadığı evin eyvanında olduğu zaman məhəllənin aşağısında Səidlə Əliəkbərin danışdıqlaarını daha sonra sözlə mübahisə etməsini və oğlu Faiqin onları ayırmağa cəhd etdiyini görmüşdür. Bu səbəbdən əvvəlcə eyvandan Faiqi səsləyərək davadan uzaq durmasını tələb etmişdir. Sonra Səid gilə getmişdir. Qapını Səidin qardaşı açmışdır, anası evə olmamışdır. Özü aşağı düşmüşdür ki, qoymasın dalaşsınlar. Bir qədər sonra Ramizin üst başının qan içində olmasını və üz nahiyəsinin qan olmasını görmüşdür. Ramizi kim və necə vurduğunu görməmişdir. Polisdə də ondan soruşanda demişdir ki, kim vurduğunu görməyib. Əliəkbər gil əvvəl normal danışırdılar, sonra başladılar mübahisə etməyə. “Ramiz sizə Əliəkbər onu əlində nəsə var idi onunla vurdu” deyibmi sualına cavab vermişdir ki, Ramiz mənə elə söz deməyib. O elə kişi deyil ki, qadınla nəsə müzakirə etsin. Kiminsə söydüyünü də eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Səid və Əliəkbər onun məhəllə uşaqlarıdır. 01 iyun 2024-cü il tarixdə yaşadığı evdən çıxıb çörək alaraq yaxınlıqda yaşayan nənəsigilə apardığı zaman Səidlə Əliəkbərin arasında yüngül problem yarandığını görmüşdür. Əliəkbər Səiddən maşınını əzdiyi üçün pulunu verməyi tələb etmişdir. Səid isə Əliəkbərin maşınını əzmədiyini və pulu onun maşının əzən şəxsdən yəni Mikadan almağı bildirmişdir. Həmin vaxt Əliəkbərin iş yoldaşı Nemət də yanlarında olmuşdur. Mübahisə yaranmaması üçün ora yaxınlaşmışdır ki, onları aralasın. Anası bunu görmüş və narahat olduğu üçün o, da aşağı düşmüş və tələb etmişdir ki, o qarışmasın. Həmin vaxt Səidin qardaşı Nizam da həyətə düşərək yanlarına yaxınlaşmışdır. Bir az sonra Ramiz əmi də yaxınlaşmışdır. O kənarda olduğu zaman nisbətən uzaqdan Əliəkbərin yumruqla Ramizi bir neçə dəfə vurmasını və zərbədən Ramiz dayının yerə yıxılmasını görmüşdür. Sonra Ramiz dayını məhəllədə yaşayan adamlar yaşadığı evə aparmışdırlar. Əliəkbər isə avtomaşına əyləşib oradan çıxıb getmişdir. Əliəkbərin əlində həmin vaxt hər hansı əşyanın olduğunu görməmişdir, lakin o bir neçə dəfə əlini belində kəmərinə atmışdır. “Əliəkbərin əlində nəsə olsa idi onu görərdinizmi” sualına cavab vermişdir ki, bəli əlində nəsə silah olsa görərdim. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Əliəkbər onların evinin altında işləyirdi, onu tanıyırdı, aralarında əvvəllər ədavət olmamışdır. 2024-cü ilin may ayının ortalarında məhəllədə yaşayan spirtli içki mütəmadi qəbul edən Mika kimi tanıdığı Mikayıl ona yaxınlaşaraq içkili vəziyyətdə onunla mübahisə etməyə başlamışdır. Mikayılı əli ilə özündən kənara çəkmişdir, həmin vaxt Mikayıl içkili olduğundan səhv etmirsə ayağı daşa dəyərək Əliəkbərin köhnə BMV-sinin yanına yıxılmışdır. Sonra isə o Mikayılın sakitləşdiyini görüb çıxıb evə getmişdir. Təxminən bir həftə sonra məhəllənin yaxınlığında şlaqbaumun yanında dayandığı vaxt dərzi sexin yaxınlığında kiminsə onun ünvanına nalayiq ifadə işlətdiyini görüb həmin yerə gəlmişdir. Əliəkbər həmin vaxt orada olmuş və bildirmişdir ki, Mikayıl ilə mübahisə etdiyi gün o guya Əliəkbərin avtomaşınını əzmişdir. O da Əliəkbərə avtomaşını əzmədiyini demiş və əlavə etmişdir ki. Mikayıl həmin gün içkili vəziyyətdə olmuş, yəqin ki. yıxılanda maşını əzib və zərəri də Mikayıl verməlidir. Əliəkbər isə Mikayılın pis gündə olduğunu deyib maşını onun düzəldirəcəyini tələblə demiş və ona bir həftə ərzində maşını düzəldirməyəcəyi təqdirdə çənəsini sındırmaqla hədələmişdir. O da Əliəkbərə təkrarən maşını düzəltməyəcəyini demiş və çıxıb getmişdir. 01 iyun 2024-cü il tarixdə yaşadığı evdən çıxıb işə getdiyi vaxt dərzi sexinin qarşısında Əliəkbəri görüb əl ilə salamlaşmışdır. Əliəkbər əlini sərt sıxaraq ona əsəbi halda baxmaqla ondan maşının pulunu ödəmədiyini demişdir. O isə Əliəkbərə yenə də maşını əzmədiyini və bu səbəbdən ona heç bir borcunun olmadığını demişdir. Həmin vaxt Əliəkbər əli ilə onun sinəsindən vuraraq itələmişdir. Bu səbəbdən də o sağ əli ilə Əliəkbərin üzündən şapalaq vurmuşdur. Həmin vaxt qonşuluqda yaşayan şəxslər əvvəlcə ətraflarına yığılaraq onları ayırmağa çalışmışdırlar. Həmin vaxt Əliəkbərlə birlikdə işləyən adını bilmədiyi şəxs də onun üstünə hücum etmişdir. Qardaşı da səs-küyü eşidib evdən çıxıb onların olduğu yerə gəlmişdir. Qardaşı da onu müdafiə etmək üçün onlara yaxınlaşmaq istəyəndə əli ilə qardaşını kənara çəkmişdir ki, birdən qardaşını da vurarlar. Həmin vaxt Ramiz dayı gil besedkada oturmuşdular o, da gələrək onları ayırmağa çalışmışdır. Məhəllədə yaşayan şəxslər onu və qardaşını kənara çəkərək sakitləşdirdikləri vaxt uzaqdan Ramiz dayının yıxılmağını görmüşdür. Sonra Ramiz dayını məhəllədə yaşayan adamlar yaşadığı evə aparmışdırlar. Əliəkbər isə avtomaşına əyləşib oradan çıxıb getmişdir. Hadisəni məhəllədə yaşayan şəxslər görmüş, təxminən 5 dəqiqə davam etmişdir. Əliəkbərin əlində hər hansı əşyanın olduğunu görməmişdir, lakin bir neçə dəfə əlini belinə kəmərinə alaraq onu kənara söhbətə dəvət etmişdir. Əliəkbər ucadan nalayiq söyüşlərlə onu və yanımda olan şəxsləri söymüş və ona əli ilə sinəsindən və başından zərbələr vurmuşdur. “Əliəkbərin əlində nəsə olsa idi onu görərdinizmi” sualına cavab vermişdir ki, bəli əlində nəsə silah olsa görərdim. Ramizin Əliəkbəri vurmağını görməmişəm. Ramiz dayı “it oğlu niyə söyüş söyürsünüz” demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün yay vaxtı imiş, evdə oturubmuş. Aybəniz adlı qonşu qapını döymüş, demişdir ki, “anan evdədirmi?”. Cavab vermişdir ki, yox evdə deyil. Təxminən 3-4 dəqiqə sonra həyətdən səs-küy eşitmiş və bu səbəbdən də çölə çıxmışdır. Çölə çıxdığı zaman blokdan təxminən 5 metr aralıqda sağda və solda məhəllə adamlarının toplaşdığını, xeyli insanların bir-birini ayırdığını görmüşdür. Mübahisə edən şəxsləri yəni Əlİəkbər və onunla birlikdə işləyən şəxsin qardaşı Səid və Faiqlə mübahisə etdiyini görmüşdür. Yaxınlaşıb Səidi götürüb kənara çəkmişdir. İbtidai istintaq zamanı yazılmış ifadəsində onun demədiyi sözlər var. Beləki o, Ramiz kişinin vurulduğunu görməmişdir, yıxıldığını görmüşdür. Əliəkbər əvvəlcə söyüş söymürdü. Əvvəlcə kişilər söyüş söydü, Əliəkbər sonradan söydü. Əliəkbərin şalvarı tez-tez düşdüyünə görə şalvarın kəmərindən tutub çəkirdi yuxarı. Biləyində qolbağı var idi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə vermədən öncə şahidin andını oxumaq təklif edilmiş, şahid yazıb-oxuya bilmədiyini qeyd etmiş səkkiz illik məktəbi bitirdikdən sonra fəhlə işlədiyini və tikintidə yuxarı mərtəbədən yıxılaraq kəllə-beyin travması aldığını və İİİ qrup əlil olduğunu bildirmişdir. İbtidai istintaq zamanı latın qrafalı hərflərlə yazıb oxumağı bacardığınızı bildirərərk ifadə vermisiniz, bu belədirmi ? sualına cavab vermişdir ki, ümumiyyətlə yazıb oxumağı bacarmır. İbtidai istintaq zamanı ifadə vermiş şahidlərdən yalnız siz Əliəkbərin beşbarmaq çıxardıb Ramizi vurmağını görmüşünüz sualına cavab vermişdir ki, xeyir o, yalan danışa bilməz, elə şey görməmişdir, Əliəkbərin vurduğunu görməmişdir. O gələndə hadisə baş vermişdi, yalnız onu görmüşdür ki, Ramizi vurublar. Gəlib vəziyyətini soruşmuşdur və Ramizi evə aparmağa kömək etmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsi tanısa da dostluqları olmamışdır. Həmin gün gül almağa gəlmişdir. Sifarişini gözləyərkən cavan oğlanların mübahisə etməsini görmüş, yaxınlıqda heç kimin olmadığını görmüş və düşünmüşdür ki, Hər ikisi cavandırlar birdən dalaşarlar. Həmin vaxt bir nəfər də ora gəlmişdir. Onların ikisinin, Əliəkbərin isə tək olduğunu və onların Əliəkbərə əl atdıqlarını görmüşdür. O, da aralaşdırmağa çalışmışdır. Lakin tək olduğu üçün bunun öhdəsindən gələ bilmədiyini hiss edib köməyə çağırmışdır ki, kimlər sə gəlib onları dalaşmağa qoymasın. Bir qadın gəlmiş daha sonra həmin kişi (zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs nəzərdə tutur) gəlmişdir. Kişilər bir qədər aralı besedka adlanan yerdə oturublarmış. Həmin kişi ilk gəlişində ümumi şəkilədə həm Səidə həm də Əliəkbərə qışqırmışdır. Bildirmişdir ki, gördüyümüz videoda kişi xəsarət almamışdı. Kişi Əliəkbərin üstünə gedirdi və söyüş söyürdü, valideyin söyüşü. Sonradan Əliəkbər məhlənin ortasına durmuşdu. Kişi gəldi orada bir də vurdu Əliəkbəri. Əliəkbər də onu əvvəl itələdi kişi yerə dəydi, kişi ayaqlar altında qaldı, sonra kişi söydü, pis söydü Əliəkbər onu vurdu. Xəsarəti həmin vaxt almışdır. Əliəkbəri bütün bu hadisələr baş verən zaman aydın şəkildə görmüşdür, onun əlində bıçaq, beşbarmaq və s. görməmişdir. Əgər belə bir şey olsa görərdi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş məhkəmə-tibbi eksperti X3 ifadəsində göstərdi ki, onun tərəfindən verilmiş 04 iyun 20254-cü il tarixli, 588 saylı ekspert rəyinə əsasən müəyyən edilmiş xəsarətlər sağlamlığa az ağır zərərvurma aid edilmişdir. Rəy bilavasitə özünün gördüyü xəsarətlər və əlavə tibbi müayinə sənədləri əsasında verilmişdir. Vizual baxışda xəsarətin nə ilə vurulduğunu bilmək olarmı sualına ekspert cavab vermişdir ki, bəzi xəsarətlərdə məsələn bıçaq zərbəsi və s. bilmək olur. Həmin halda xarakterik xəsarətlərin olması zəruridir. Hazırki rəydə zərərçəkmiş şəxs desə idi üzüyü var idi onda ona uyğun münasibət bildirilərdi. Rəydəki “beşbarmaqla törənə bilərdi” ifadəsi konkret olaraq beşbarmaqla vurulduğunu deyil, belə ehtimalın olması demək olduğunu bildirmişdir. Xəsarətlər xarakterik xəsarətlər hesab edilmir. Dəqiq cavab üçün xarakterik xəsarətlər olmalıdır, ancaq hazırkı halda belə deyil. Yumruqla vurulma məsələsinə münasibət bildirərək qeyd etmişdir ki, vuran şəxsin fiziki göstəricilərindən asılı olaraq hazırki xəsarətlər yumruqla da yetirilə bilərdi. Yəni həm yumruq həm də beşbarmaq ehtimalı var. İşlə bağlı komission ekspertiza da keçirilə bilinər, ancaq başqa nəticə olmayacaq. Təqsirləndirilən şəxsin idmançı olması zərbənin yumruqla vurulma ehtimalını artırır. İş materiallarında olan: - 03 iyun 2024-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata götürülmüş və istintaqı aparılmışdır; (i.v.1) - 03 iyun 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 4 ünvanının yaxınlığıdır. Hadisə yerini müşahidə edən videokamera aşkar olunmuş və videogörüntü protokol ilə götürülərək materiala əlavə edilmişdir; (i.v.15-16) - 03 iyun 2024-cü il tarixli diskin yaddaşına baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı diskin yaddaşında 3 ədəd video fayl olması müəyyən edilmişdir. 1 və 2-ci video görüntüdə bir qrup şəxsin dava-dalaş etməsi müşahidə olunur. Digər 0:03 saniyədən ibarət olan görüntüdə ünvan 5 ünvanında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurması müşahidə olunmuşdur; (i.v.20) - 03 iyun 2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.24) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 04 iyun 2024-cü il tarixli 588№li ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs üst çənə sümüyünün yerdəyişmiş sınığı, sol gözaltı nahiyəsinin əzilmiş yarası, alt çənədə soldan İ, İİ, sağdan İ,İİ dişlərin travmatik düşməsi, alt çənə nahiyəsinin sıyrıqları. alt dodağın və sol yanağın iç səthlərinin qansızmaları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın təsirindən törənmişlər, xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən «beşbarmaqla» törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir; (i.v.55-56) - 05 iyun 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif olunması barədə qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin məcəllənin 221.3 və 127.2.3-cü maddələrinə tövsif edilmişdir; (i.v.57) - 05 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; (i.v.63-64) - 05 iyun 2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə 5 ədəd videofayl var. Videofayllar müvafiq olaraq 1:46 san, 1.31 san, 1.03 san, 2.44 san və 0,03 saniyə müddəti əhatə edir. 1,03 saniyə davam edən və 0,03 saniyə davam edən videofaylların üzərində xx.xx.2024-cu il saat 13 radələrinin olması göstərilir. 1,03 saniyə davam edən videofaylda münaqişə müşahidə olunmur. 1:46 san,1.31 san və 2.44 san davam edən videofayllarda bir qrup şəxsin münaqişə etməsi bir nəfər qara köynək göy rəngli cins şalvar geyinmiş şəxsin əl qol hərəkətləri etməsi sağ əlini şalvarının kəmər hissəsinə atması sonradan bir nəfər qara köynəkli və ağ köynəkli şəxslərlə mübahisə etməsi ətrafda olan şəxslərin onları ayıraraq kənara çəkməkləri, qara köynək göy rəngli cins şalvar geyinmiş şəxsin 1 nəfər şəxsə hücüm edərək ona dalbadal bir neçə zərbə vurması həmin şəxsin yıxılması sonra ətrafda olan şəxslərin onları ayırması görünür. 0,03 saniyə davam edən videofaylda isə qara qısaqol köynək göy rəngli cins şalvar geyinmiş şəxsin arxaya hərəkət etməsi və əynində göy-ağ rəngli xətli qısaqol köynək olan nisbətən yaşlı şəxsin onun üzərinə gəldiyi zaman onu bir dəfə əli ilə üz nahiyəsindən vurması görünür. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdə olan qara qısaqol köynək, göy rəngli cins şalvarlı şəxsi göstərərək həmin şəxsin özü olduğunu, bir nəfər qara köynəkli şəxsin Səid və ağ köynəkli hündürboylu şəxsin Səidin qardaşının olmasını, əvvəlcə həmin iki qardaşla mübahisə etməsini, hadisə zamanı əynində göy-ağ rəngli xətli qısaqol köynək olan nisbətən yaşlı şəxsin Ramiz olmasını, Ramizin sonradan həmin yerə gəlməsini, Ramizin onun üzərinə hücum etməsini və özünü müdafiə etmək üçün əli ilə Ramiz adlı şəxsə bir dəfə üz nahiyəsindən zərbə vurmasını bildirmişdir; (i.v.75) - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 4(011)-428/2024 saylı qərarından görünür ki, vəsatət və təqdimat təmin edilməmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “ev dustaqlığı” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, ev dustaqlığının müddəti 03 (üç) ay həddində müəyyən edilməsi və əvvəli 03 iyun 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs ev dustaqlığını ünvan 6 ünvanında çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək və yaşayış yerini dəyişməmək vəzifələri qoyulması qərara alınmışdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin riayət edilməsinə nəzarət yaşadığı ərazi üzrə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilmişdir; (i.v.84-91) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 21 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; (i.v.108- 109) - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 4(103)-628/2024 saylı qərarından görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən verilmiş apellyasiya protesti təmin olunmuş, iş üzrə vəsatət və təqdimatın təmin edilməməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli,4(011)- 428/2024 saylı qərarı ləğv edilmiş, Bakı şəhəri Xətai Rayon Rolis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********** saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü, 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatəttəqdimat təmin edilmiş, xx xxxx 1995-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, dərzi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü, 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsə alınmış və həbsdə saxlama müddəti 03 sentyabr 2024-cü il tarixədək müəyyən edilmiş, həbsə almanın əvvəli 14 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v.118-124) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 16 iyul 2024-cü il tarixli T 431/2024 №li ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs haymor cibinin pnevmotizasiyasının pozulması ilə müşayiət edilən sol əng sümüyünün qəlpəli basılmış sınığı, sol gözaltı nahiyəsinin əzilmiş yarası, alı çənədə soldan İ, sağdan İ, İİ dişlərin travmatik düşməsi, alt çənədə soldan İİ dişin travmatik sınığı, alt cənə nahiyəsinin sıyrıqları, alt dodağın və sol yanağın iç səthlərinin qansızmaları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda yəni xx.xx.2024-cü ildə yarana bilərdilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Xəsarətlərin xarakteri və lokalizasiyası onların öz boyu hündürlüyündən yıxılaraq alınmasını inkar edir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakteri və lokalizasiyası onların Təqsirləndirilən şəxs hadisə zamanı əlində olan və ekspertizaya təqdim olunmuş 2 ədəd üzük və qolbaqla vurulması nəticəsində alınmasına uyğun gəlmir; (i.v.126-128) - 31 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə barədə qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir; (i.v.151-152) - Zərərçəkmiş şəxs 11 sentyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi olmayacaq, ərizə öz sözləri ilə tərtib edilmiş, öz imzası ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Lənkəran Uşaq və Gəclər İdaman Məktəbi tərəfindən verilmiş təsnifat kitabçasından görünür ki, Təqsirləndirilən şəxs boks üzrə İİ dərəcəli idmançıdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İttiham aktında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hərəkətləri AR Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silah qismində istifadə olunan beşbarmaqdan istifadə edib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunması kimi ifadə olunur. Bundan əlavə, Təqsirləndirilən şəxs ittiham olunduğu AR Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hərəkətlərinin hüquqi tövsifi ilə əlaqədar bu şəkildə ibtidai araşdırma orqanının gəldiyi nəticə Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyaları ilə şərtləndirildiyindən, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, onun təqsirli bilinməsində və əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. 5-ci bəndinə əsasən xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən az ağır zərər vurma cinayətindən fərqləndirərkən nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. 9-cu bəndinə əsasən xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib- edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndinə görə də ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmin Məcəllənin 127.2.3-cü maddəsinin dispozisiyasına görə isə həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici, yəni cinayət tərkibinin zəruri əlaməti kimi xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərərin vurulması çıxış edir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlər olmamış, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Belə ki, hadisə zamanı istifadə edildiyi güman edilən beşbarmaq da istintaq orqanı tərəfindən hadisə yerində müəyyən edilməmiş, onun mövcudluğunu göstərən digər sübutlar məhkəməyə təqdim olunmamış, lakin buna baxmayaraq ehtimallara əsaslanaraq təqsirləndirilən şəxsin silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmişə xəsarət yetirməsi əsas gətirilərək ona məhz Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Həmçinin məhkəmə qeyd etməlidir ki, Zərərçəkmiş şəxs özü də ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etməyərək, hadisə baş verən zaman təqsirləndirilən şəxsin əlində beşbarmağın olmasını və onunla vurmasını dəqiq deyə bilməmişdir. Bundan əlavə məhkəmə iclasında hadisənin bilavasitə şahidi olmuş şəxslər də öz ifadələrində Təqsirləndirilən şəxs əlində hər hansı bir silah qismində istifadə oluna biləcək əşyanın olmadığını, sadəcə mütəmadi şalvarını çəkmək üçün şalvarının kəməmərindən tutmasını bildirmişlər. İbtidai istintaq zamanı beşbarmağın olmasını gördüyünü bildirən yeganə Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində ibtidai istintaqa o məzmunda ifadə vermədiyini bildirmiş, zərərçəkmiş şəxsin vurulmasını ümumiyyətlə görmədiyini demişdir. Hadisə yerinə gəldiyi zaman Zərərçəkmiş şəxs artıq xəsarət almış olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenumunun qərarlarına uyğun olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə cinayət törətməsində təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Bununla belə onun hərəkətlərində Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibi vardır və xuliqanlıq niyyətilə qəsdən az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə əhatə olunmadığından əlavə olaraq Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs ilə Şahid2 arasında olan mübahisə istintaq orqanı tərəfindən ictimai qaydanın hər hansı formada pozulması kimi qiymətləndirilmədiyindən təqsirləndirilən şəxsin əməli ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya vətəndaşlıq borcunu yerinə yetirməyə çalışan digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq kimi qiymətləndirilməməlidir. Bundan əlavə Zərərçəkmiş şəxs mübahisə edən şəxslərə yaxınlaşarkən kobud ifadələr işlətməsi və onların üzərinə getməsi şəxsin vətəndaşlıq borcunu yerinə yetirməsi kimi hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir (138.1-ci maddə); Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür (138.2-ci maddə); Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə); Məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3-cü maddə); Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə (42.1-ci maddə); Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır (349.5.1-ci maddə). “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan anoloji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin barədə CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: - tutulduğu və həbsdə saxlanıldığı müddət; - ev dustaqlığında saxlanıldığı müddət; - məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; - Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci və 127.3.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 03 iyun 2024-cü il tarixdən həbsdə və ev dustaqlığında olduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 8 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 04 (dörd) ay 15 (on beş) gün həbsdə saxlama müddəti 09 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut kimi tanınan - 01 ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar