Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-476/2025 12.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Mustafayev İlkin Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan,barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,391 qram psixotorop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış və 30 iyun 2025-ci il tarixdə saat 20:23-də Xətai RPİ-nin 34-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 2 ünvanında saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki ağ rəngli şalvarın sol arxa cibində saxladığı qara rəngli pul qabının içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,391 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı, şahid ifadələri, üzərinə şəxsi-axtarış və götürmə zamanı əldə olunmuş maddi sübut və disklərə baxış protokolu, məhkəmə narkoloji və məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 gündür psixotrop maddə olan metamfetamindən istifadə edir. 26 iyun 2025-ci il tarixdə ünvan 3 ünvanını dəqiq bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat verib bir büküm metamfetamin almış və istifadə etməyərək əynindəki ağ rəngli şalvarının sol arxa cibində olan qara rəngli pul qabının içinə qoyub üzərində saxlamış, 30 iyun 2025-ci il tarixdə saat 20:23-də ünvan 4 ünvanında piyada hərəkət edən zaman üç nəfər mülki geyimdə polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün barəsində əməliyyat-axtarış tədbirləri keçirildiyi bildirilərək hüquq və vəzifələri izah olunmuş və videoçəkilişlə üstünə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları üzərində olan qanunsuz əşyaları çıxarıb könüllü olaraq təqdim etməsini təklif etmiş, bundan sonra şəxsi istifadəsi üçün 10 manata aldığı bir ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş, sonra həmin bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 1,15 qram olması müəyyən edilmiş, sorğu zamanı metamfetamini ünvan 4 ünvanında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata almasını bildirmiş, sonra polis əməkdaşları üstünə baxış keçirmiş, lakin başqa bir qanunsuz əşya aşkar edilməmişdir. Əməliyyat tədbiri başa çatdıqdan sonra polis əməkdaşları Xətai RPİ-nin 34-cı PŞ-nə aparmış, üstünə baxış keçirilərkən əynindəki ağ rəngli şalvarının sol arxa cibindən aşkar edilərək götürülmüş qara rəngli pul qabının içində saxladığı iki ədəd gümüşü kağız bükümdə psixotrop maddə metamfetamini 10 manata almış və hər iki bükümdə psixotrop maddə olmasını düşünmüş, həmçinin üzərinə baxış keçirilən zaman üstündən psixotrop maddə metamfetaminlə bərabər 01 ədəd şüşə boru aşkar edilmiş və həmin boru təzə vəziyyətdə olmuş, borudan psixotrop maddəni çəkmək üçün istifadə etmək istəmiş, lakin saxlanıldığı üçün istifadə edə bilməmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Ona yüngül cəz verilməsinin xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı Şəhər Xətai Rayon Polis İdraəsinin Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmət etdiyi şöbəyə etimad doğuran, məlum və qərəzsiz mənbədən Bakı şəhəri, Xətai rayonu E.Süleymanov küçəsi ev 14 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar rəhbərliyi ilə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4 iştirakı ilə əməliyyat qrupu yaradılmış, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədirləri zamanı 30 iyun 2025-ci il tarixdə saat 20:23-də ünvan 4 ünvanında Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmış, videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs özlərini təqdim edib saxlanma səbəbini izah etmiş və üzərində qanunla qadağan olunmuş əşyalar vardırsa çıxarıb təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarın sol arxa cibindən bir ədəd qara rəngli pul qabını çıxarıb təqdim etmiş, həmin pul qabının içərisinə baxış keçirilən zaman iki ədəd gümüşü rəngli kağız büküm və bir ədəd narkotik vasitə və ya psixotrop maddə istifadə etmək üçün boru aşkar edilmiş, verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş gümüşü rəngli kağız bükümün içərisindəki maddənin "patı" kimi tanıdığı psixotrop maddə olmasını, həmin maddəni şəxsi istifadəsi üçün 10 manata almasını, psixotrop maddədən təxminən iki-üç gün öncə istifadə etməyə başlamasını bildirmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman şalvarının sağ arxa cibindən üzərində mobil nömrəsi olmayan bir ədəd "Huawei" markalı mobil telefon, "Keno" markalı siqaret qutusu, bir ədəd alışqan, şalvarın sağ yan cibindən isə 85 qəpik pul, bir ədəd alışqan, sol yan cibindən fıstıq ləpəsi, şalvarın sağ yan tərəfindən asılmış açar aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 85 qəpik pul və açarlar özünə qaytarılmış, qara rəngli pul qabından aşkar edilmiş iki ədəd gümüşü rəngli kağız büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə 0,33 qram və ikinci büküm 0,92 qram, iki büküm birlikdə çəkildikdə isə 1,15 qram olması müəyyən edilmiş, sonra həmin bükümlər bir ədəd kağız zərdə qablaşdırılıb möhürlənərək üzəri imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılma əməliyyat şəraiti nəzərə alınmaqla axtarışda aşkar edilmiş bükümlərə tez bir zamanda baxış keçirilərək tərəzidə çəkilib qablaşdırılmış, bundan sonra qablaşdırılmış bükümlərə müdaxilə edilməmiş, həmin bükümlərin birində az miqdarda hər hansı kütlə olmuş və ya olmamış, ekspertə bir ədəd zərfdə iki büküm təqdim edilmiş, tərəflərindən ekspert rəyi əsas götürülmüş və Təqsirləndirilən şəxs aşkar edilmş psixotrop maddənin təmiz çəkisi 0,391 qram qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman psixotrop maddə metamfetaminlə bərabər 01 ədəd şüşə boru aşkar edilsə də həmin boru təzə olması və səthində hər hansı bir qalıq müşahidə edilmədiyindən prokola əlavə edilməmiş və ekspertizaya təqdim olunmamış, əhəmiyyət kəsb etmədiyindən atılmışdır. Məhkəmə iclasında ifadə vermiş şahid Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü PB-nin əməliyyat müvvəkili Şahid2 həmin şöbənin əməliyyat müvvəkili Şahid1 ifadəsində göstərdiklərinə uyğun ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v.01); 30 iyun 2025-ci il tarixli “şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, 30 iyun 2025-ci il tarixdə saat 20:23 radələrində ünvan 5 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq video çəkilişdən istifadə edilməklə üzəri yoxlanılan zaman sonuncunun əynində olan ağ rəngli şalvarın sol arxa cibinən çıxan qara rəngli pul qabının içərisindən çıxan 2 (iki) ədəd gümüşü rəngli kağızın içərisindən çıxan ağ rəngli, kristal şəkilli kütləni təqdim etdi. Sonra narkotik vasitəyə bənzəyən gümüşü rəngli kağızın içərisindən çıxan ağ rəngli, kristal şəkilli kütlənin çəkisi 1.15 qram olması müəyyən edilir həmin maddə tərəfimizdən qablaşdırıldı, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandı və götürüldü. Daha sonra şəxsin üzəri yoxlanıldı bir ədəd "Huawei" markalı mobil elefon, 2 ədəd alışqan, 1 ədəd siqaret qutusu, 1 ədəd pul qabı, 2 ədəd açar, götürülmüşdür, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitə hesab edilən maddəni tanımadığı şəxsdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir.(i.v 15-16) 30 iyun 2025-cü il tarixli "təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında" protokoldan görünür ki, 30 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd gümüşü rəngli kağız bükümdə olan maddə elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1,15 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. (i.v 19) Şübhəli şəxsin tutulması haqqında 30 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 30 iyun 2025-ci il tarixdə, saat 21:20-də Xətai RPİ 36-ci PB-də tutulmuş, tutulmanın əvvəli, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 30 iyun 2025-ci il tarixdən saat 20:23-dən hesablanmışdır (i.v. 31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 iyul 2025-ci il tarixli 3-16-16/2-6/2334/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №152” dairəvi möhür əksi olan “Q.Azad (imza)” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,391 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,391 qram, tədqiqata sərf edilmişdir 0,05 qram, qalıq 0,341 qram..(i.v 44-46) (ekspertiza xərci 65 manat) 02 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 62-63) 02 iyul 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və onun dərhal saxlandığı Xətai RPİ MSY-dən azad edilməsi qərara alınmışdır.(i.v 80-81) 02 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 82-83) X1 izahatından görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs (imza)..» sözləri olan zərfdə 02 (iki) ədəd büküm olsa da həmin bükümlərin birinin içərisi boş olmuş, digər bükümdə isə təmiz çəkisi 0,391 qram olan kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin olması müəyyən edilmişdir, həmin psixotrop maddə metamfetamindən tədqiqata 0,05 qram sərf edildiyindən 0,341 qram psixotrop maddə metamfetamin qalıq qalmışdır. (i.v105-106) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v 107) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 03 iyul 2025-ci il tarixli 3925 nömrəli rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. ( i.v.124-125); 10 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs 02 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,391 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin mənbəyi barədə material aynılaraq, aidiyyəti üzrə araşdırılması üçün Xətai RPİ-nin 34-cü PŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,391 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınsın və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.341 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilməsi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərfindən saxlanılmasını və üzərində axtarış aparılmasını əks etdirən 02 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs barəsində statistik əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar olunmadığı nəzərə alınması, Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallanın müəyyən edilmədiyi nəzərə alınması, Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yüngülləşdirən halların müəyyən edilmədiyi nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234 2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş «Huawei» markalı mobil telefon aparatı sübut əhəmiyyəti kəsb etmədiyindən istifadəsinə qaytarılması nəzərə alınması, Azərbaycan Respublikası CM-in 234-cu maddəsinin qeydinin 1-ci bendi Təqsirləndirilən şəxs tətbiq edilməməsi, iş üzrə psixotrop maddə metamfetaminin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,391 qram olması hesab edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, əməliyyat tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılaraq baxış keçirilməsi, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması protokolu, eləcə də həmin prosesi aks etdirən videodiskə baxış keçirilməsi protokollu işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır.(i.v 127-135) Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə cinayət işi materiallarında olan protokollarda göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən psixotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə olunmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicəyə təyin edilməli və ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu E.Süleymanov küçəsi ev 14 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyun 2025-ci il tarixdən 02 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrumetmə növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il (11) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşadığı Bakı şəhəri, Xətai rayonu E.Süleymanov küçəsi ev 14 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,341 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış baxış və götürməni əks etdirən 02 (iki) ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs 30 (otuz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-476/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-476/2025
12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver