Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-477/2022 26.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X8, X5 və X9, müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri X4 və X2 iştirakları ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8, X5 və X9 cinayət əməlinin ifşa edilməsi və onların cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X8, X5 və X9 cinayət əməlinin ifşa edilməsi və onların cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. X10 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində bacısı X7 baş çəkmək üçün ailə üzvləri ilə birgə yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 29/42-də yaşayn evlərinə getmişdir. Binaya qalxarkən bacısıgilin evlərinin yerləşdiyi mərtəbəsində, yəni blokun dəhliz hissəsində qonşuları X14, anası X12 və həyat yoldaşı X15 onun ailə üzvlərinin masa açdıqlarını, bütün bloku onların səsküylərinin bürüdüyünü və bundan başqa blokdan içki və tütün maddələrinin qoxusunun gəldiyinə şahid olmuşdur. X6rın niyə belə qanunsuzluq etdiklərini soruşduqda isə bacısı onların bu hərəkətlərini hər gün etdiklərini və onlardan bir qonşu kimi şikayətçi və narazı olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixində axşam saatlarında yanında oğlu ilə bacısıgilin evlərindən çıxarkən həmin vaxt X14 ailə üzvləri ilə blokun dəhlizində olmuş və onlara baxaraq əsassız yerə təhqiredici sözlər işlətməyə başlamışlar. Bundan sonra aralarında münaqişənin böyüyəcəyini anladığı üçün o, həmin anlarına video görüntüyə almaq qərarına gəlmişdir. Həmin videogörüntülərdə Eminin, onun anasının və həyat yoldaşının necə onun üstünə gəldiklərini, bütün mənəvi və əxlaqı həddləri aşaraq onu necə təhqir etdiklərini, övladının yanında onu necə başı aşağı etdikləri görsənir. Şikayətçi olduğu şəxs, anası və yoldaşı əsassız yerə onun üstünə gələrək ona əl-qol atmış, sağ və sol qolunu cızmışlar. Bu hadisələr övladı X11 gözü qabağında baş vermiş və bu övladına ciddi psixoloji təsir etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir şəxs əmlakı barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Şikayətçi olduğu şəxs və ailə üzvləri isə dəfələrlə irad bildirməklərinə baxmayaraq gecə saatlarına qədər blokun dəhlizində səs-küy salmış, mahnı qoymuş, müxtəlif tütün maddələrindən istifadə etmişdir. Barəsində şikayət etdiyi X14 və digərləri faktiki olaraq onun həyatına qəsd etmiş, bütün qonşuların yanında onu alçaltmış, barəsində təhqiredici sözlər yaymış və əsassız olaraq ona böhtanlar atmışlar. Şikayətçi olduğu şəxslər yetkinlik yaşına çatmayan oğlunun yanında bütün mənəvi, əxlaqi həddləri və cinayət qanunvericiliyini aşaraq barəsində təhqiredici, insanın şərəf və ləyaqətini alçaldan böhtan xarakterli təhqirlər etmişdir. Orada bütün qonşular var idi və bununla da onu faktiki olaraq rüsvay etmişlər. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə dövlət tərəfindən qorunur. Vətəndaşların şərəf, ləyaqəti və nüfuzu mülki və cinayət qanunvericiliyi ilə qorunur. Əliyev Emin, Əliyeva Tamella və Şamilova Dilarə qəsdən, heç bir əsas olmadan onun şərəf və ləyaqətini alçaltmış, nüfuzdan salmış bütün hərəkətləri etmişlər. Onlar yaydığı məlumatların yalan olduğunu bilə-bilə qonşuların və səs-küyə gəlmiş digər insanların yanında onu rüsvay etmişdir. X14, X15 və X12 onun barəsində şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymaqla cinayət əməlini başa çatdırmışlar. İşin faktiki halları və hazırki şikayətinə əlavə etdiyi sübutlar X8, X9 və X5 yuxarıda göstərilən cinayət əməlini törətmələrini sübuta yetirir. Aşağıda göstərilənlərə görə hesab edir ki, X8, X9 və X5 cinayət əməlinin ifşa edilməli və onların cinayət məsuliyyətinə cəlb edilməlidirlər. X14, X15 və X12 onun ailə üzvlərinin, bütün qonşuların və səs-küyə gələn insanların yanında barəsində şərəf, ləyaqətini və nüfuzunu alçaldan hərəkətlərə yol vermiş, ona əl-qol ataraq qolunu cızmışlar. Həmin hərəkətlər AR cinayət qanunvericiliyi ilə nəzərdə tutulan qanun pozuntusudur. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 onun şərəf və ləyaqətini alçaldılmasını təsdiq edən binanın blokunda çəkdiyi videogörüntü təqdim etməsini, qonşuların şahid olmasını bildirmiş, şikayətinin icraata götürülərək baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X14, X12 və X15 hər biri şikayətin uydurma olduğunu qeyd edərək məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 4 8 -ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, X14, X12 və X15 tərəfindən X1 çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında təhqir edilməsinə dair iş materiallarına sonuncu tərəfindən hər hansı bir mötəbər sübut əlavə edilməmişdir. Həmçinin məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 ona qarşı edilmiş təhqirin və böhtanın kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında edilmədiyini etiraf etmişdir. Bundan başqa şikayət ərizəsində X8, X5 və X9 cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X3 xahişinin konkret olaraq nədən ibarət olması öz əksini tapmamışdır. Göründüyü kimi şikayət vermiş şəxsin dəlillərini , yəni təhqirin və böhtanın kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında baş verməsini təsdiq edən heç bir sübut iş üzrə mövcud deyil. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X8, X5 və X9 cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında verilmiş şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.1.7 , 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X8, X5 və X9 cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında verilmiş şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-477/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-477/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver