Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-477/2025 18.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozu ünvanında qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində xx.xx.2025-ci il tarixdə “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə Abbasova Səyyarə Məmiş qızının etibarından sui-istifadə edərək sonuncunun Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsi ünvanında yerləşən nömrəsiz fərdi evinə guya qaz sayğacı quraşdırılmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zərərçəkmiş şəxs nəvəsi Şahid1 verdiyi və sonuncu tərəfindən 02 fevral 2025-ci il tarixdə saat 18:11 -də ünvan 4 ünvanında “Araz” minimarketdə “Milliön” terminalından onun həyat yoldaşı Şahid2 məxsus **********113285 nömrəli “Kapital Bank” kart hesabına köçürülmüş 900 manat, 06 fevral 2025-ci il tarixdə saat 19:57-də ünvan 5 ünvanında “Dost Mart” marketdə “Expresspay” terminalından onun **********588660 nömrəli “Leo Bank” karl hesabına köçürülmüş 100 manat və 12 fevral 2025-ci il tarixdə saat 15:00-da ünvan 5 ünvanında “Dost Mart” marketdə “Milliön” terminalından onun **********588660 nömrəli “Leo Bank” kart hesabına köçürülmüş 100 manat, cəmi 1.100 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 1.100 (min yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 il bundan əvvəl 1 il müddətində “Azəriqaz” İdarəsində çilingir vəzifəsində işləyib müxtəlif ünvanlara qaz sayğacları quraşdırılması işi ilə də məşğul olmuşdur. İşlədiyi dövrdə dəqiq tarixini xatırlmadığı müddətdə Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yolun kənarında Zəfəran Sovxozuna getməsinə kömək göstərə biləcək adam axtararkən dövlət qeydiyyat nişanını xatırlamadığı “Kamaz’ markalı avtomobilin sürücüsü yolun kənarında tək »olduğunu görüb hərəkətini dayandıraraq hara getdiyini soruşmuş, getmək istədiyi ünvanı dedikdə sürücü onu həmin ünvanın yaxınlığına apara biləcəyini bildirmişdir. Birlikdə hərəkətdə olan zaman söhbət əsnasında onun Elnur adlı şəxs olduğunu öyrənmiş və “Azəriqaz” idarəsində işlədiyini söyləmiş, Elnur gələcəkdə hər hansı bir ehtiyac yaranarsa, kömək edə bilməsi üçün mobil nömrəsini öyrənib şəxsi mobil telefonuna qeyd etmişdir. Elnur yaşadığı ünvanın yaxınlığında onu avtomobildən endirdikdən sonra xeyli müddət əlaqələri olmamışdır. Cari ilin fevral ayınm əvvəllərində Elnur zəng edərək qohumu Səyyarə adlı qadının Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən fərdi evinə qaz sayğacının quraşdırılmasına ehtiyac olduğunu, bu səbəbdən mobil nömrəsini həmin şəxsə verdiyini söyləyib köməklik göstərməsini xahiş etmiş, o, artıq qaz. idarəsində işləmədiyini, lakin keçmiş iş yoldaşları ilə əlaqəsi olduğunu, köməklik göstərə biləcəyini vəd etmişdir. Bir müddət sonra tanımadığı mobil nömrədən zəng gəlmiş, zəng edən şəxs özünü Elçin olaraq təqdim edib mobil nömrəni Elnurdan aldığını bildirərək qaz sayğacı quraşdırılmasına köməklik göstərib-göstərə bilməyəcəyini soruşmuş, o, köməklik göstərə biləcəyini, bunun üçün 1.000 (min) manat məbləğində ödəniş etməli olduğunu demişdir. 02 fevral 2025-ci il tarixdə Elçinlə əlaqə saxlayıb ödəniş etməsi üçün istifadəsində olan həyat yoldaşı Şahid2 məxsus 5239 1517 0311 3285 nömrəli “Kapital Bank” bank kartının 16 rəqəmini təqdim etmiş, Elçin həmin tarixdə sonuncu bank hesabına 900 (doqquz yüz) manat məbləğində pul köçürməsi etmişdir. Bir neçə gün sonra yenidən Elçinlə əlaqə saxlayıb əlavə olaraq 100 (yüz) manat pul göndərməsini tələb edərək özünə məxsus 5411 2498 0258 8660 nömrəli “LeoBank” bank kartının son 8 rəqəmini təqdim etmiş, Elçin 06 fevral 2025-ci il tarixdə həmin hesaba 100 (yüz) manat pul köçürmüşdür. 12 fevral 2025-ci il tarixdə Elçinə zəng edib əlavə 100 (yüz) manat da ödəniş etməsini tələb etdiyi üçün sonuncu 5411 2498 0258 8660 nömrəli “LeoBank” hesabıma 100 (yüz) manat pul köçürməsi etmiş, pul köçürmələri edilən zaman ödənişlərinin hər birinin qəbzlərinin fotoşəkillərini göndərmişdir. Ümumilikdə 1.100 (min yüz) manat pul aldıqdan sonra Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən fərdi evin neft ərazisi olduğunu öyrənmiş, bu səbəbdən həmin ünvana qaz. sayğacı çəkilməsi üçün yuxarı məbləğdə məvacib tələb olunmuş, lakin bu barədə Elçinə məlumat verməmişdir. Ailəsinin maddi vəziyyətinin aşağı olması, o cümlədən anasnın səhhəti ilə əlaqədar olan problemləri aradan qaldırmaq üçün almış olduğu 1.100 manat pul məbləğini xərcləmiş, pulu xərclədikdən sonra Elçinə zəng edib vəd etdiyi işi görə bilmədiyini, pulu xərclədiyini, lakin yaxın müddət ərzində hissə-hissə olmaqla geri ödəyəcəyini söyləmiş, Elçin isə pulu tam şəkildə verməsini tələb edib, əks təqdirdə barəsində şikayət ərizəsi yazacağını bildirmişdir. Bir müddət sonra barəsində şikayət ərizəsi yazıldığını öyrənsə də, bugünkü günə qədər maddi vəziyyətinin aşağı olması səbəbindən pulu geri qaytara bilməmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, himayəsində iki azyaşlı övladının olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyandan 800 manat ödəniş ödədiyini bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 3 il müddətdir ünvan 6 ünvanında yerləşən fərdi evi vardır.. Həmin evdə istilik olmadığından evə köçə bilməmiş, bu səbəbdən evə qaz xətli çəkdirmək qərarına gəlmişdir. Cari ilin fevral ayının əvvəlində bu barədə bacısının oğlu X2 xəbər tutduqda əlaqə saxlayıb sonradan anket məlumatını öyrəndiyi Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, qaz xətti çəkə biləcəyini, bu barədə köməklik göstərə biləcəyini söyləmiş və Qasımla əlaqə saxlayaraq belə bir iş görüb-görə bilməyəcəyini soruşmuş, sonuncu razılıq verdikdən sonra o, nəvəsi Şahid1 Balaxanı qəsəbəsində yerləşən fərdi evə qaz çəkdirmək üçün ödəniş etmək lazım olduğunu bildirmiş, Elçin Qasıma məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Qasımla danışıq əsnasında Qasım işin görülməsi üçün 900 (doqquz yüz) manat pul lazım olduğunu söyləmiş, o, həmin məbləğdə pulu Elçinə vermiş, qaz xəttinin çəkilməsi üçün Elçin Qasımın təqdim etdiyi 5239 1517 0311 3285 nömrəli “Kapital Bank5' kartına xx.xx.2025-ci il tarixdə Xətai rayonu, G.Şıxlinski küçəsi ünvanında yerləşən “Araz” marketdə olan ödəmə terminalı vasitəsilə 900 (doqquz yüz) manat ödəniş etmiş, bir müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə Qasım Elçinlə əlaqə saxlayaraq işin həll olunması üçün əlavə 100 (yüz) manat pula da ehtiyac olduğunu bildirmiş, Elçin səbəb soruşduğu zaman isə vəziyyətin dəyişdiyini, əlavə ödəniş olmazsa, işi görə bilməyəcəyini söyləmişdir. Elçin də xx.xx.2025-ei il tarixdə ünvan 7 ünvanında yerləşən “Dost Mart”-da olan ödəmə terminalı vasitəsilə Qasımın təqdim etdiyi son 8 rəqəmi 02588660 nömrəli “LeoBank” kartına 100 (yüz) manat pul köçürməsini həyata keçirmiş, bir müddət keçdikdən sonra Qasım yenidən Elçinlə əlaqə saxlayıb işi həll edə bilmədiyini, pula ehtiyacı olduğunu bildirmiş, Elçin ilkin olaraq narazılığını bildirsə də, sonda Qasımla razılığa gələrək xx.xx.2025-ci il tarixdə sonuncu qeyd olunan kart hesabına yenidən Xətai rayonu, G.Şıxlinski küçəsi ünvanında yerləşən “Dost Mart”-da olan ödəmə terminalı vasitəsilə 100 (yüz) manat pul köçürmüşdür. Bunun ardınca mütəmadi olaraq. Qasımla əlaqə saxlayıb iş barədə məlumat almağa çalışmış, sonuncu isə hər danışıq zamanı müxtəlif bəhanələr irəli sürmüşdür. Sonuncu dəfə mart ayının ortalarında Qasım yenidən Elçinlə əlaqə saxlayıb yol puluna ehtiyacı olduğunu söyləmiş, Elçin artıq Qasımın aldatdığım düşünərək ödədiyi pulu geri tələb elməyə başlamış, Qasım müxtəlif bəhanələr gətirərək işi həll edəcəyini, edə bilməzsə pulu geri qaytaracağını bildirmiş, lakin bugünkü günə qədər Qasım nə vəd verdiyi işi görmüş, nə də almış olduğu pulu geri qaytarmışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hal-hazırda ona dəymiş ziyandan 800 manat ödənilmişdir, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 3 il müddətdir ünvan 6 ünvanında yerləşən fərdi evləri vardır. Həmin evdə istilik olmadığından evə köçə bilməmiş, bu səbəbdən nənəsi Zərərçəkmiş şəxs evə qaz xətti çəkdirmək qərarına gəlmişdir. Cari ilin fevral ayının əvvəlində nənəsinin bacısının oğlu X2 bu barədə xəbər tutduqda əlaqə saxlayıb sonradan anket məlumatlarını öyrəndiyi Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, qaz xətti çəkə biləcəyini, bu barədə köməklik göstərə biləcəyini söyləmiş və Qasımla əlaqə saxlayaraq belə bir iş görüb-görə bilməyəcəyini soruşmuşdur. Qasım razılıq verdikdən sonra nənəsi Balaxanı qəsəbəsində yerləşən fərdi evə qaz. çəkdirmək üçün ödəniş etmək lazım olduğunu bildirmiş, o, Qasıma məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Danışıq əsnasında Qasım işin görülməsi üçün 900 (doqquz yüz) manat pul lazım olduğunu bildirmiş, nənəsi həmin məbləğdə pulu vermiş, o, qaz xəttinin çəkilməsi üçün Qasımın təqdim etdiyi 5239 1517 0311 3285 nömrəli “Kapital Bank” kartına xx.xx.2025-ci il tarixdə Xətai rayonu, G.Şıxlinski küçəsi ünvanında yerləşən Araz marketdə olan ödəmə terminalı vasitəsilə 900 (doqquz yüz) manat ödəniş etmişdir. Bir müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə Qasım əlaqə saxlayaraq işin həll olunması üçün əlavə 100 (yüz) manat pula da ehtiyac olduğunu bildirmiş, səbəb soruşduğu zaman isə Qasım vəziyyətin dəyişdiyini, əlavə ödəniş olmazsa, işi görə bilməyəcəyini söyləmişdir. xx.xx.2025-ci il tarixdə Xətai rayonu, G.Şıxlinski küçəsi ünvanında yerləşən “Dost Mart”-da olan ödəmə terminalı vasitəsilə Qasımın təqdim etdiyi son 8 rəqəmi 02588660 nömrəli “LcoBank” kartına 100 (yüz) manat pul köçürməsini həyata keçirmiş, bir müddət keçdikdən sonra Qasım yenidən əlaqə saxlayıb işi həll edə bilmədiyini, pula ehtiyacı olduğunu bildirmiş, bu barədə narazılığını bildirsə də, sonda Qasımla razılığa gələrək xx.xx.2025-ci il tarixdə sonuncu qeyd olunan kart hesabına yenidən Xətai rayonu, G.Şıxlinski küçəsi ünvanında yerləşən “Dost Mart”-da olan ödəmə terminalı vasitəsilə 100 (yüz) manat pul köçürməsi etmişdir. Bunun ardınca mütəmadi olaraq, Qasımla əlaqə saxlayıb iş barədə məlumat almağa çalışmış, Qasım isə hər danışıq zamanı müxtəlif bəhanələr irəli sürmüşdür. Sonuncu dəfə mart ayının ortalarında Qasım yenidən əlaqə saxlayıb yol puluna ehtiyacı olduğunu söyləmiş, o, artıq Qasımın aldatdığını düşünərək ödədiyi pulu geri tələb etməyə başlamış, Qasım müxtəlif bəhanələr gətirərək işi həll edəcəyini, edə bilməzsə pulu geri qaytaracağını bildirmiş, lakin bugünkü günə qədər Qasım nə vəd verdiyi işi görmüş, nə də almış olduğu pulu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 6 ilə yaxın müddətdir Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, bu evlilikdən 2 azyaşlı övladları olmuşdur. Təxminən 4 il bundan əvvəl adıma rəsmiləşdirilmiş olan 5239 1517 031 1 3285 nömrəli “Kapital Bank” kartını əldə etmiş, bank kartım bir müddətdir Qasımın istifadəsində olmuşdur, bəzən ehtiyac olduqda kartı Qasımdan alıb istifadə etmişdir. Cari ilin fevral ayının əvvəllərində Qasım qeyd olunan bank kartını yenidən verməsini istəmiş, o, nə üçün lazım olduğunu soruşduqda isə Qasım ehtiyacı olduğunu, bank hesabına pul köçürüləcəyini bildirmişdir. Həmin gündən sonra bank kartı Qasımın istifadəsində qalmışdır. Bank hesabına hansı məqsədlə pul köçürülməsi, Qasımın köçürülən pulu hansı məqsədlə alması və hansı məqsədlə də istifadə etmiş olması barədə heç bir məlumatı olmamışdır. Bir neçə ay bundan əvvəl Qasımın barəsində kim olduğunu bilmədiyi şəxs tərəfindən şikayət ərizəsi yazıldığı zaman Qasımın qaz sayğacı quraşdırmaq adı ilə pul alıb müxtəlif məqsədlərə xərclədiyini öyrənmiş, lakin maddi vəziyyətləri aşağı olduğundan Qasım həmin məbləği ödəyə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞdə toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün aidiyyəti üzrə RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); cinayət işinin icraata qəbul edilməsi barədə 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (i.v. 23); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 27-28); götürmə aparılması haqqında 27 iyun 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 900 (doqquz yüz) manat, xx.xx.2025-ci il tarixdə 100 (yüz) manat və xx.xx.2025-ci il tarixdə 100 (yüz) manat pulun göndərilməsi əks olunmuş 03 ədəd qəbzi istintaqa təqdim etmişdir (i.v. 41); “Milliön” ödəniş portalından əldə olunmuş qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə 900 (doqquz yüz) manat, xx.xx.2025ci il tarixdə 100 (yüz) manat və xx.xx.2025-ci il tarixdə 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (i.v. 44-46); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 52); məcburi gətirilmə haqqında 03 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Bakı şəhəri Xətai RPİ-nin İŞ-nə gətirilməsi qərara alınmışdır (i.v. 54); ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə hadisəni törətməkdə şübhəli bilinən şəxs Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş və onun tutularaq Xətai RPİ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır (i.v. 56); cinayət işi üzrə icraatın dayandırılması barədə 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 57); axtarışda olan şəxsin könüllü gəlməsi haqqında 30 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00-da könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin inzibati binasına gəlmişdir və saxlanılması üçün MSY-ə təhvil verilmişdir (i.v. 67A); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 30 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 68); 5 saylı Bakı “ASAN xidmət mərkəzi”nin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 905666 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17 mart 2023-cü il atrixdə Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası Şahid2dır (i.v. 90); 5 saylı Bakı “ASAN xidmət mərkəzi”nin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 266843 nömrəli doğum haqqında şəhadətnamənin surətindən və AA7105054 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 15 fevral 2020-ci il atrixdə Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası Şahid2dır (i.v. 91-92); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 98-99); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 114-116); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur (i.v. 119); sübutların qiymətləndirilməsi haqqında 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilməsinə zərurət olmadığından qüvvəsində saxlanılması və barəsində seçilmiş "başqa yerə getməmə haqqında iltizam" qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs və Şahid2 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, cinayət işi üzrə ilkin araşdırma materialları, zərərçəkmiş şəxsin dindirilməsi protokolu, təqsirləndirilən şəxsin və şahidin dindirilməsi haqqında protokollar sübut növü kimi qiymətləndirilməsi, cinayət işi üzrə Şahid1 təqdim etdiyi pul köçürmələrini əks etdirən 03 ədəd qəbz maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs övladları xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 olması, həmçinin Təqsirləndirilən şəxs istintaq müddəti ərzində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla əlaqədar olaraq 500 manat məbləğində qismən ödəniş etməsi Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.1.14-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan maddəsinə Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsinin nəzərə alınması qərara alınmışdır (i.v. 123- 130); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-477/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə BİT-ə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi (CM-59.1.14), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun 30 avqust 2025-ci il tarixdən 01 sentyabr 2025-ci il tarixədək və 26 noyabr 2025-ci il tarixdən 18 dekabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, 01 (bir) ay 18 (on səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut hesab edilən ümumilikdə 1100 manat məbləğində pul vəsaitlərinin köçürülməsinə dair 03 ədəd qəbzin sürətinin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozu ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazilərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 avqust 2025-ci il tarixdən 01 sentyabr 2025-ci il tarixədək, 26 noyabr 2025-ci il tarixdən 18 dekabr 2025-ci il tarixədək 24 (iyirmi dörd) gün həbsdə saxlanıldığı müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozu ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən ümumilikdə 1100 manat məbləğində pul vəsaitlərinin köçürülməsinə dair 03 ədəd qəbzin sürətinin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-477/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-477/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver