Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-48/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Şahbuz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 28 mart 2022-ci il tarixdə saat 15 radələrində ünvan 4 ünvanında yerləşən 24 saylı dövlət notariat ofisində Zərərçəkmiş şəxs7 məxsus “Mercedes Benz E220 CDİ” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 17200 manata Zərərçəkmiş şəxs7 almaq barədə razılığa gəldikdən sonra avtomobilin pulunu istifadəsində olan mobil bank tətbiqi vasitəsilə Türkiyə Respublikasının vətəndaşı Hakan Altuna məxsus blok edilmiş Türkiyə Respublikasında fəaliyyət göstərən “YapıKredi” bankda olan hesabdan Zərərçəkmiş şəxs7 bank hesabına köçürməklə ödəyəcəyinə dair Zərərçəkmiş şəxs7 yalan vəd verib aldadaraq onun xahişi ilə 24 saylı dövlət notariat ofisində Zərərçəkmiş şəxs7 adından “Mercedes Benz E220 CDİ” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün özünün adına təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni Zərərçəkmiş şəxs7 əldə etdikdən sonra “Mercedes Benz E220 CDİ” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirərək həmin avtomobili dəyərindən ucuz qiymətə, yəni 11000 manat müqabilində Şahid7 Zərərçəkmiş şəxs7 məlumat vermədən sataraq verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs7 17200 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifdə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “Turbo.az” internet saytında Zərərçəkmiş şəxs4 məxsus olan 2013-cü il buraxılışlı, ağ rəngli “Changan SG 7151F” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışa çıxarılması barədə məlumat əldə etdikdən sonra 02 aprel 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası DİNnin BDYPİ-nin həyətində Zərərçəkmiş şəxs4lə görüşüb həmin avtomobili 9750 manata alacağına dair sonuncu ilə razılıq əldə etdikdən sonra avtomobilə görə Zərərçəkmiş şəxs4 3000 manat ödəyib pulun 6750 manat hissəsini isə daha sonra Zərərçəkmiş şəxs4 bank hesabına ödəyəcəyinə dair yalan vəd verib aldadaraq “Changan SG 7151F” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs4 məlumat vermədən dəyərindən ucuz qiymətə, yəni Şahid7 11000 manata sataraq verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 6750 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifdə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “Turbo.az” internet saytında X6 mülkiyyətində olan 2007- ci il buraxılışlı, tünd boz metallik rəngli “Toyota Corolla” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs3 tərəfindən satışa çıxarılması barədə məlumat əldə etdikdən sonra 11 aprel 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi 4 ünvanında yerləşən BDYPİ-nin həyətində Zərərçəkmiş şəxs3la görüşüb həmin avtomobili 13200 manata alacağına dair sonuncu ilə razılıq əldə etdikdən sonra avtomobilə görə Zərərçəkmiş şəxs3 7000 manat ödəyib pulun 6200 manat hissəsini isə daha sonra Zərərçəkmiş şəxs3 ödəyəcəyinə dair yalan vəd verib aldadaraq “Toyota Corolla” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs3 məlumat vermədən dəyərindən ucuz qiymətə, yəni Şahid9 10000 manata sataraq verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 6200 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifdə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “Turbo.az” internet saytında Zərərçəkmiş şəxs2 məxsus 2014-cü il buraxılışlı, qırmızı metallik rəngli, “Kia” markalı “Pride” modelli, sedan tipli **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satışa çıxarılması barədə məlumat əldə etdikdən sonra 16 aprel 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin həyətində Zərərçəkmiş şəxs2la görüşüb həmin avtomobili 15300 manata alacağına dair sonuncu ilə razılıq əldə etdikdən sonra həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları pulu Zərərçəkmiş şəxs2 avtomobilə görə beh olaraq ödəyib pulun 11900 manat hissəsini isə Türkiyə Respublikasının vətəndaşı Hakan Altuna məxsus blok edilmiş Türkiyə Respublikasında fəaliyyət göstərən “YapıKredi” bankda olan hesabdan özünə məxsus olan "xxxx" ASC tərəfindən verilmiş **********575981 nömrəli bank hesabına köçürüldükdən sonra Zərərçəkmiş şəxs2 ödəyəcəyinə dair yalan vəd verib aldadaraq “Kia” markalı “Pride” modelli, sedan tipli **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Zərərçəkmiş şəxs2 məlumat vermədən dəyərindən ucuz qiymətə, yəni Şahid9 9500 manata sataraq verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 11900 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Tap.az” internet saytında Zərərçəkmiş şəxs8 məxsus “İphone 13 Pro Max” markalı mobil telefon aparatının 2500 manata satılması barədə məlumat əldə etdikdən sonra Zərərçəkmiş şəxs8 istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinə özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən zəng edib Zərərçəkmiş şəxs8 mobil telefon aparatını almaq üçün onunla görüşmək istədiyini dedikdən sonra 25 may 2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs8 dediyi ünvana, yəni Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyinin giriş hissədinə gələrək Zərərçəkmiş şəxs8 mobil telefon aparatını ondan 2500 manata alacağına, lakin nağd şəkildə pulu olmadığı üçün həmin məbləğdə pulu Zərərçəkmiş şəxs8 "xxxx" ASC-yə aid 4169 7414 3525 2547 nömrəli kart hesabına Türkiyə Respublikasının vətəndaşı Hakan Altuna məxsus blok edilmiş Türkiyə Respublikasında fəaliyyət göstərən “YapıKredi” bankda olan hesabdan özünün istifadəsində olan mobil telefon aparatına yüklədiyi mobil bank tətbiqi vasitəsilə köçürəcəyi barədə Zərərçəkmiş şəxs8 yalan vəd verib aldadaraq verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs8 məxsus olan 2500 manat dəyərində “İphone 13 Pro Max” markalı mobil telefonu ələ keçirərək Zərərçəkmiş şəxs8 2500 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “Turbo.az” internet saytında Zərərçəkmiş şəxs1 məxsus “Mercedez Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışa çıxarılması barədə məlumat əldə etdikdən sonra 30 may 2022-ci il tarixdə Oğuz şəhərinə gedərək Zərərçəkmiş şəxs1la görüşmüş və Zərərçəkmiş şəxs1 məxsus “Mercedez Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs1 11800 manata alacağına dair sonuncu ilə razılaşdıqdan sonra 31 may 2022-ci il tarixdə Oğuz şəhərində yerləşən "xxxx" ASC-nin Oğuz rayon filialının özündə olan Türkiyə Respublikasının vətəndaşı Hakan Altuna məxsus blok edilmiş Türkiyə Respublikasında fəaliyyət göstərən “YapıKredi” bankda olan hesabdan özünün istifadəsində olan mobil telefon aparatına yüklədiyi mobil bank tətbiqi vasitəsilə 11865 manat pul vəsaiti köçürülmədiyi halda həmin məbləğdə pul vəsaitinin "xxxx" ASC-də Zərərçəkmiş şəxs1 tanışı X12 adına olan bank hesabına köçürülməsi barədə bank əməliyyatının aparılmasını təsdiq edən mobil telefon aparatındakı ismarıcı Zərərçəkmiş şəxs1 göstərib 11800 manat pul vəsaitinin gün ərzində Sahil Əmrahovun bank hesabına köçürüləcəyi barədə Zərərçəkmiş şəxs1 yalan vəd verib aldadaraq onun xahişi ilə ünvan 8 ünvanda yerləşən Oğuz rayonu notariat ofisinə gedərək Zərərçəkmiş şəxs1 adından “Mercedez Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün özünün adına təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni Zərərçəkmiş şəxs1 əldə etdikdən sonra “Mercedez Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili əiə keçirərək Bakı şəhərinə idarə edərək gətirmiş, Zərərçəkmiş şəxs1 məlumat vermədən 01 iyun 2022-ci il tarixdə öz adından avtomobil üçün mobil notariat tətbiqi vasitəsilə onlayn olaraq X13 adına təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni verdikdən sonra avtomobili tanışı Şahid1 vasitəsilə Musa Musazadəyə 8800 manata sataraq verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 11800 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “Turbo.az” internet saytında Zərərçəkmiş şəxs6 məxsus “Mercedes E 220 CDİ” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışa çıxarılması barədə məlumat əldə etdikdən sonra Saatlı rayonuna gedərək Zərərçəkmiş şəxs6la görüşmüş, həmin avtomobili Zərərçəkmiş şəxs6 17000 manata alacağına dair sonuncu ilə razılaşdıqdan sonra 09 iyun 2022-ci il tarixdə saat 17 radələrində Saatlı şəhərində yerləşən "xxxx" ASC-nin Saatlı rayon filialına gedərək özündə olan Türkiyə Respublikasının vətəndaşı Hakan Altuna məxsus blok edilmiş Türkiyə Respublikasında fəaliyyət göstərən “YapıKredi” bankda olan hesabdan özünün istifadəsində olan mobil telefon aparatına yüklədiyi mobil bank tətbiqi vasitəsilə 17000 manat pul vəsaiti köçürülmədiyi halda həmin məbləğdə pul vəsaitinin Zərərçəkmiş şəxs6 "xxxx" ASC-də olan bank hesabına köçürülməsi barədə bank əməliyyatının aparılmasını təsdiq edən mobil telefon aparatındakı ismarıcı Zərərçəkmiş şəxs6 göstərib 17000 manat pul vəsaitinin 10 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 bank hesabına köçürüləcəyi barədə Zərərçəkmiş şəxs6 yalan vəd verib aldadaraq onun xahişi ilə Saatlı şəhəri, Heydər Əliyev prospekti 137 ünvanda yerləşən dövlət notariat ofisinə gedərək Zərərçəkmiş şəxs6 adından “Mercedes E 220 CDİ” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün özünün adına təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni Zərərçəkmiş şəxs1 əldə etdikdən sonra “Mercedes E 220 CDİ” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirərək Bakı şəhərinə idarə edərək gətirmiş, Zərərçəkmiş şəxs6 məlumat vermədən 11 iyun 2022-ci il tarixdə öz adından avtomobil üçün mobil notariat tətbiqi vasitəsilə onlayn olaraq X19 adına təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni verdikdən sonra avtomobili tanışı X14 vasitəsilə Ramin İmanovun qardaşı Zərərçəkmiş şəxs5 11000 manata sataraq verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs6 17000 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 10 iyun 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 29 ünvanında yerləşən “№-1 Cars” avtomobil salonunda isləyən Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs6 məxsus “Mercedes E 220 CDİ” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq adı ilə yalandan vəd verib aldadaraq həmin avtomobili cinayət yolu ilə əldə etməsi barədə Zərərçəkmiş şəxs5 məlumat verməyib Zərərçəkmiş şəxs5 inandırmaq üçün sonuncunun qardaşı X19 adına həmin avtomobil üçün öz adından təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni verdikdən sonra tanışı X14 vasitəsi ilə Zərərçəkmiş şəxs5 ona göndərmiş olduğu 11000 manat pul vəsaitini ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 11000 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən 2021-ci ilədək Türkiyəyə işləmək üçün getmiş və orada yaşamışdır. 2021-ci ilin aprel ayının sonlarında Azərbaycan Respublikasına qayıtmışdır. Türkiyə Cumhurriyətindən Azərbaycan Respublikasına satmaq üçün kondisioner qazı gətizdirmiş və həmin mal gömrükdə qaldığına görə rüsum ödənilməsi üçün pula ehtiyyacı olmuşdur. Avtomobil alqısatqısı ilə məşğul olaraq pul əldə etmək qərarına gəlmişdir. Avtomobilləri internet saytında verilmiş satış elanları vasitəsi ilə tapıb almışdır. 2022-ci ilin mart ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən maşın bazarında Zərərçəkmiş şəxs7 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs7 özünə məxsus olan “Mercedes Benz E220 CDİ” markalı, **-GJ-*** qeydiyyat nişanlı avtomobili aralarında olan razılaşmaya görə 17200 manata ona satmışdır. Babaya avtomobilin pulunu bir-neçə gün ərzində onun “Kapital” bankda olan hesabına köçürəcəyini dedikdə Baba da onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ünvan 4 ünvanında yerləşən 24 saylı notariat kontorunda Zərərçəkmiş şəxs7 onun adına etibarnamə vermişdir. Daha sonra həmin avtomobili o, tanışı Şahid7 adına keçirməsi üçün Babadan xahiş etdikdə Baba onunla razılaşıb Vəfadarın adına etibarnamə vermişdir. Vəfadara 11000 manat borcu olduğu üçün avtomobili Vəfadara borcunun əvəzinə vermişdir, lakin Babanın bundan xəbəri olmamışdır. Bundan başqa 2022-ci ilin aprel ayının əvvəlində “Turbo.az” saytında maşın elanlarına baxarkən elanlar arasında “Changan” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı maşını görmüşdür. Həmin maşını Cavid adlı şəxs 10.200 manata satışa qoymuşdur. Cavidə zəng etmiş və maşına baxmaq üçün həmin şəxslə razılaşmışdır. Cavidin yaşadığı evin qarşısında, 7-ci mikrorayon, ev 15 ünvanının qarşısında maşına baxıb bəyəndiyini bildirmişdir. Avtomobilin qiymətini 9750 manata razılaşmışlar və həmin günü, yəni 02 aprel 2022-ci il tarixdə maşını alqı-satqı etmək üçün Binəqədi rayonu, Binəqədi şossesi 4-də yerləşən BDYPİ-nin inzibati binasına getmişlər. Orada olarkən maşın alverçisi kimi tanıdığı Şahid9 zəng vurub əlində ucuz maşın olduğunu bildirib əgər almaq istəyirsə BDYPİ-nin həyətinə gəlməsini demişdir. Orxan maşına baxmaq istədiyini bildirib həmin yerə gəlmişdir. Orxana başqa işlərinin olduğunu və ona görə də bu maşını dəyərindən aşağı qiymətə verdiyini demişdir. Orxan maşına baxıb maşını ondan 7500 manata alacağını bildirib onunla razılaşmışdır. Maşını ucuz qiymətə satmasının səbəbi kimi Orxana demişdir ki, onun Türkiyədə malları var və onları çıxarmaq üçün nağd pul lazımdır, ona görə belə edir. Orxan 7500 manatı ona verdikdən sonra, həmin puldan 3000 manatı beh kimi Cavidə verib yerdə qalan 6750 manatı bir saat içində onun kart hesabına atacağını bildirmiş, maşını yalandan dayısı kimi təqdim etdiyi Orxanın dediyi Vəfadar adlı bir şəxsin adına keçirtmiş, alqı-satqı etdikdən sonra isə Orxan maşını götürüb getmişdir. Cavidə isə kart hesabında problem olduğunu bildirib bir gün ərzində onun pulunu verəcəyinə yalandan vəd verərək Cavidi aldatmış və pulu Cavidin kart hesabına köçürtməmişdir. Cavidin maşınını satdıqdan sonra əldə etdiyi pulun qalan hissəsini öz işlərinə xərcləmişdir. Bundan başqa 10 aprel 2022-ci il tarixdə eyni üsulla “Turbo.az” saytında “Toyota Corolla” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı maşın tapmış və həmin maşının sahibi Elnur adlı şəxs elanda maşına 13600 manat qiymət qoymuşdur. Elanda olan nömrə ilə özünə məxsus olan ***-***-**-** nömrəsindən zəng vurub maşına baxmaq üçün Elnurla danışmış və onlar maşına baxmaq üçün Yeni Yasamal ərazisində görüşmüşlər. Orada maşına baxıb bəyəndiyini Elnura bildirmişdir. Elnurla maşının qiymətini 13200 manata razılaşmış və səhərisi günü, yəni 11 aprel 2022ci il tarixdə maşını alqı-satqı etmək üçün Xırdalan şəhəri ərazisində yerləşən BDYPİ-nin inzibati binasına getmişlər. Orada olarkən əvvəllər maşın alverçisi kimi tanıdığı Şahid9 zəng vurub Orxana yenə əlində ucuz maşın olduğunu və əgər baxmaq istəyirsə BDYPİnin həyətinə gəlməyini dedikdə Orxan onunla razılaşmış və maşına baxmaq üçün BDYPİnin həyətinə gəlmişdir. Orxan maşına baxmış və ondan maşını 10000 manata alacağına razılaşmışdır. Orxandan maşının pulunu, yəni 10000 manatı alıb həmin puldan 7000 manatını Elnura vermiş, yerdə qalan 6200 manatı da BDYPİ-nin həyətindən çıxan kimi kartına atacağını Elnura yalandan demişdir. Bundan sonra maşını 48 saylı notariusda Orxanın adına keçirtmiş və Orxan maşını götürüb getmişdir. Elnur ondan pulunu istədikdə demişdir ki, kartında problem var, 2- 3 günə pul onun kart hesabına oturacaq. Elnur isə ona inanmadığını deyib onu məcbur etmişdir ki, onunla borc müqaviləsi bağlasın. Elnurla razılaşmış və elə BDYP-nin həyətində olan 48 nömrəli notariusda 6200 manata borc müqaviləsi bağlamış və bundan sonra çıxıb getmişdir. Həmin puldan əldə etdiyi 3000 manatı isə öz şəxsi işlərinə xərcləmişdir. Elnuru isə müxtəlif bəhanələrlə aldadaraq onun qalan pulunu verməmişdir. Bundan başqa 15 aprel 2022-ci il tarixdə eyni üsulla “Turbo.az” saytında elanların birində “Kia Rio” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı maşını tapmış və həmin maşının sahibi Xəqani adlı şəxs maşına 15300 manat qiymət qoymuşdur. Elanda olan telefon nömrəsi ilə özünə məxsus olan ***-***-**-** mobil nömrəsindən zəng vurub maşına baxmaq üçün həmin şəxslə danışmış və Xəqani adlı şəxslə Xırdalan şəhərində yerləşən BDYPİ-nin həyətində görüşmüşlər. Maşına baxıb maşını bəyəndiyini Elnura bildirmiş, maşının qiymətini 15300 manata Xəqani ilə razılaşmış və orada əvvəllər maşın alverçisi kimi tanıdığı Şahid9 zəng vurub əlində yenə də ucuz maşın olduğunu, əgər almaq istəyirsə BDYPİ-nin həyətinə gəlməsini dedikdə Orxan maşına baxmaq istədiyini ona bildirib həmin yerə gəlmişdir. Orxan maşına baxmış və ondan maşını 9500 manata alacağına razılaşmışdır. Xəqaniyə BDYPİ-nin həyətində beh kimi 3400 manat hesabı ilə 2000 ABŞ dolları vermiş, yerdə qalan 11900 manatı da oradan çıxan kimi kart hesabına vuracağını bildirmişdir. Orada maşını Orxanın tanışının adına keçirtmiş, sonra Orxan maşını götürüb getmişdir. Sonra Xəqani ilə birlikdə Nərimanov rayonunda yerləşən “Kapital” banka getmiş, bankda üzərində olan Hakan Altuna məxsus “YapıKredi” banka və özünə məxsus “Kapital” banka aid pul kartlarını Xəqaniyə göstərib köçürmədə problem olduğunu dedikdə Xəqani ona inanmadığı üçün həmin vaxt Xəqani yanında olan qardaşına onun hesab nömrəsini dedikdə bank işçiləri hesaba baxıb pulun köçürülməsində problem olduğunu bildirdikdən sonra Xəqani ona inanmışdır. Ona məxsus olan “BMW” markalı maşınının texniki pasportunu, şəxsiyyət vəsiqəsini və bank kartını Xəqani götürdükdən sonra o, çıxıb getmişdir. Xəqaninin maşınını satıb əldə etdiyi pulun yerdə qalan hissəsini öz işlərinə xərcləmişdir. Xəqani ona zəng vurub pulunu ondan istədikdə Xəqanini də müxtəlif bəhanələrlə aldadıb Xəqaniyə qalan pulu verməmişdir. Bundan başqa 2022-ci ilin ortalarında özü üçün telefon almaq istəmişdir. Həmin ərəfədə “tap.az” internet saytında telefon satışı elanları ilə maraqlanmış və elanda sonradan adını bildiyi Zərərçəkmiş şəxs8 yerləşdirdiyi elan onun diqqətini cəlb etmişdir. Həmin elanda qızılı rəngli daxili yaddaşı 256 gb olan “İphone 13 Pro Max” markalı mobil telefon yerləşdirilmişdir. Bir qədər telefon elanları ilə maraqlansa da, həmin telefonu almaq qərarına gəlmişdir. 22 may 2022-ci il tarixdə saat 17 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrə ilə ***-***-**-** saylı nömrəyə zəng etmiş və özünü Vüsal kimi təqdim edən şəxslə elanda yerləşdirdiyi telefonun vəziyyəti ilə bağlı məlumatları soruşduqdan sonra 2500 manata razılaşaraq telefonu ondan almaq istədiyini, bunun üçün harada görüşməli olduqlarını soruşanda Vüsal da ondan özünün yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyinə gəlməyini xahiş etmişdir. Vüsala həmin yer barədə məlumatı “Whatsapp” proqramı ilə ona göndərməsini xahiş etdikdə Vüsal da olduğu yer barədə məlumatı ona göndərmiş və o, həmin ünvana getmişdir. Həmin günü saat 21 radələrində Vüsala zəng edərək Zəngilan şəhərciyinin giriş hissəsində onu gözlədiyini bildirmiş və Vüsal da bir neçə dəqiqə keçdikdən sonra gəlmişdir. Onlar Zəngilan şəhərciyinin giriş hissəsində görüşmüşlər. Vüsalın satdığı “İphone 13 Pro Max” markalı mobil telefona baxdıqdan sonra həmin telefonu almaq qərarına gəlmişdir. Vüsala nağd pulunun olmadığını, kart hesabı varsa həmin hesaba 2500 manat pulu köçürə biləcəyini deyəndə Vüsal da onunla razılaşmışdır. Bundan sonra Vüsal özünə məxsus "xxxx"a aid 4169-7414-3525-2547 nömrəli kart hesabını ona bildirmişdir. O, isə özündə olan “Yapı Kredi” bankına aid kartla telefonundakı mobil tətbiqlə 2500 manat pulu Vüsalın yanında onun kart hesabına göndərmişdir. Elektron qəbzin status hissəsində “gözləyir” deyə qeyd yazılmışdır. Vüsala narahat olmamağmı, həmin gün bazar günü olduğu üçün bank hesabları arasında köçürmələrin gün ərzində həyata keçiriləcəyini demişdir. Bundan sonra Vüsal onun şəxsiyyət vəsiqəsinin şəklini də çəkmiş və sonra telefonun qutusunu ona təqdim etmiş, daha sonra Vüsalla sağollaşıb ayrılmışdır. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Vüsal ona zəng edərək göndərdiyi pulun onun kart hesabına köçmədiyini bildirmişdir. Vüsala bankla əlaqə saxladığını, bir neçə saat ərzində həmin pulun onun hesabına köçəcəyini demişdir. Bununla da Vüsalı aldadıb onun bank hesabına pulu köçürməmişdir. Mobil telefonu isə tanımadığı adama 1000 manata satıb pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa Bakı şəhərində Elman Qarayev vasitəsi ilə onun oğlanları Nəbi və İmranla tanış olmuş və o, bir müddət onların evlərində də qalmışdır. Yenə həmin saytda “Mercedes Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı verilmiş elanda qeyd edilən ***-***-**-** saylı telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb həmin avtomobili almaq istədiyini bildirdikdə telefonla onunla danışan şəxs ona adının Orxan olduğunu, avtomobilin dostu Anar adlı şəxsə məxsus olduğunu və avtomobilə Oğuz rayonuna gəlib baxa biləcəyini ona bildirmişdir. Həmçinin maşının sahibi Anar adlı şəxs də onunla danışdıqda Anara demişdir ki, avtomobilə baxmaq üçün Oğuz rayonuna gələcək. Həmin vaxt onun Nəbiyə 1500 manat borcu olduğundan Nəbi pulunu ondan istədiyi üçün Nəbiyə avtomobil alıb satanda pulunu ödəyəcəyinə söz vermişdir. Anara məxsus avtomobili almaq üçün Oğuz rayonuna gələndə Nəbiyə onunla birlikdə getməsini təklif etmiş və Nəbi də onunla razılaşdığı üçün onlar birlikdə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində avtomobilə baxmaq üçün Oğuza getmişlər. Onları Oğuz rayonunda Anarın dostları qarşılamış və onlar mərkəzi küçədə adını bilmədiyi bir çay evində oturmuşlar. Bir qədər sonra Anar özünə məxsus “Mercedes Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəlmişdir. Anar “Turbo.az” saytında avtomobili 12300 manata satması barədə elan vermişdir, onun özü avtomobilə baxdıqdan sonra avtomobilin qiymətini aşağı etməsi üçün Anarla söhbət etmiş, Anara avtomobili almaq üçün 11600 manat nəzərdə tutduğunu bildirdikdə Anar isə həmin məbləğin az olduğunu desə də, nəticədə Anar avtomobili ona 11800 manata satmağa razılaşmışdır. Həmin vaxt gec olduğu üçün Anar ona etibarnamə verə bilməmişdir. Buna görə də onlar Oğuz rayonunda qalmalı olmuşlar. Anar və dostu Orxan avtomobillə onu və Nəbini Oğuz şəhərinin yuxarı hissəsində yerləşən “LT” adlı otelə gətirmişlər. Səhər, yəni xx.xx.2022-ci il tarixdə onlar Nəbi ilə onu oteldən götürmüşlər. Anara avtomobilin pulunu telefonunda olan xüsusi proqram vasitəsi ilə öz hesabından onun hesabına köçürəcəyini bildirib Anardan hesab nömrəsini soruşmuşdur. Anarın hesab nömrəsi olmadığı üçün onlar “Beynəlxalq Bankın” Oğuz rayon filialına getmişlər. Anarın üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün Anar dostu Orxanın qardaşının adına cari hesab açdırmışdır. Onlar hesab açdırarkən o, onlarla birlikdə olsa da Nəbi onları avtomobildə gözləmişdir. Hesab açdırdıqdan sonra o, telefonundan həmin hesaba 11865 manat pul köçürmək üçün əməliyyat etmiş, sms vasitəsi ilə telefona gəlmiş kodu təsdiq etdikdə onun telefonunda əməliyyatın icra olunduğu görsənmişdir. Belə ki, onun Türkiyədə bloklanmış hesab nömrəsi var idi, o, həmin hesabdan hər hansı başqa hesaba pul köçürülməsi ilə bağlı əməliyyat etdikdə əməliyyat icra olunur kimi görsənsə də, sonradan imtina gəldiyini onun özü bilsə də, buna baxmayaraq Anara demişdir ki, əməliyyat 1-2 saata icra olunacaq. Pul hesaba köçənə qədər Anar birlikdə nahar etməyi təklif etdikdə onlar “Ellisium” adlı restorana getmişlər. Anar həmin yerə adlarını xatırlamadığı başqa dostlarını da dəvət etmişdir. Onlar nahar edib qurtardıqdan sonra Anar dostu Orxanın qardaşı ilə əlaqə saxlamış, lakin Orxanın qardaşı hesaba pulun köçmədiyini Anara bildirmişdir. Buna baxmayaraq o, Anara bildirmişdir ki, həmin məbləğ gün ərzində mütləq onun hesabına köçəcək və onun özü isə mütləq Bakı şəhərinə qayıtmalıdır. Onlar sonra ünvan 8-də yerləşən Oğuz rayonu notariat ofisinin qarşısına gəlmişlər, orada Anar onun adına baş etibarnamə vermiş və sonra o, Nəbi ilə birlikdə avtomobili götürüb getmişdir. Avtomobili onun özü idarə edib aparmışdır. Onlar Bakıya çatmışlar və həmin gün o, Nəbigildə qalmışdır. Səhəri gün, yəni 01 iyun 2022-ci il tarixdə o, Nəbiyə avtomobili Sumqayıt şəhərinə aparıb 8-ci mikrorayonda yerləşən avtosalona təhvil verməsini və sonra pulu ona çatdırmağını Nəbidən xahiş etdikdə, Nəbi də həmin günü qardaşı İmranla Sumqayıt şəhərinə onun dediyi avtosalona getmişlər, salonda işləyən X25 onunla telefonla danışmış və o, X13 adına Hacıqabul şəhəri, H.Həmidov küçəsi 115-də yerləşən Hacıqabul rayon notariat ofisindən onlayn qaydada etibarnamə vermişdir. Sonra Nəbi Bakı şəhərinə gəlib Yasamal rayonu ərazisində yerləşən “Günəş Petrol” adlı yanacaq doldurma məntəqəsinin yanında 8800 manat pulu ona vermişdir. O, Nəbiyə ona olan 1500 manat borcunu sonra qaytaracağını dedikdə Nəbi onunla razılaşmışdır. Bundan sonra Anarın şikayəti əsasında aparılan araşdırma ilə əlaqədar Nəbi polislər tərəfindən saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə, oradan isə Oğuz Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra Nəbinin qardaşı və atası onunla əlaqə saxlayaraq Anarın avtomobilinin pulunu onun verməli olduğunu ona deyəndə o, onlara pulu özünün Anara verəcəyini demişdir. Cinayət işi üzrə vermiş olduğu ifadələrində Anara məxsus avtomobilin Nəbi tərəfindən satılması, pulun da Nəbidə olması və Nəbinin həmin avtomobilə görə ona pul vermədiyi barədə dedikləri həqiqətə uyğun deyildir. Anara məxsus avtomobilin satışından əldə edilmiş 6600 manat pulu Nəbi ona vermişdir. Nəbinin, onun qardaşının və X30 məxsus avtomobili Anarı aldadaraq ələ keçirməyindən xəbərləri olmamış və Anarı aldadacağı barədə qabaqcadan onların heç birinə məlumat verməmişdir. Bundan başqa eyni üsulla “Turbo.az” saytında elanların birində “Mercedes” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı maşını görüb bəyənmiş və maşının Saatlı rayonunda olduğunu bilmişdir. 06 iyun 2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə sonradan adını bildiyi Hümmət adlı şəxsə zəng vurub avtomaşını almaq istədiyini və pulunu isə kart vasitəsi ilə ödəyəcəyini demişdir. Ona görə də Hümmət özünə bankda hesab açmışdır. 09 iyun 2022-ci il tarixdə Hümmətə zəng edib tanımadığı yol maşını ilə 110 manata Tovuz rayonundan Saatlı rayonuna, daha doğrusu Sabirabad rayonu Qalağın dairəsinə getdiyini demişdir. Hümmətə zəng etmiş və Hümmət yanında qohumu olan cavan oğlanla onun olduğu yerə gəlmiş, onlar birlikdə çayxanada əyləşib maşının alqı-satqısı ilə bağlı söhbət etmişlər və qiymətini 17000 manata razılaşmışlar. O, çayxanadan çöldə olan maşına baxmış, sonra onlarla birlikdə Hümmətin avtomobilinə əyləşib Saatlı şəhərində yerləşən Kapital Bankın əsas filialına getmişlər, taksi sürücüsü isə Sabirabad şəhərində qalıb onu gözləmişdir. Saatlı şəhərində öz mobil telefonunda olan, daha doğrusu Türkiyə vətəndaşı olan Hakan adlı şəxsin hesabından Hümmətin açdığı bank hesabına 17000 manat pulu “YapıKredi Bank” hesabından göndərmişdir. Bunu orada olan “Kapital” bankın işçisi də görmüş və onun özü də bunu təsdiqləmişdir. Bundan sonra həmin pulun yəni 17136 manat pulun Hümmətin hesabına mədaxil olunacağına görə Hümmət onunla razılaşmışdır. O, Hümmətə əlbəəl pul verməmişdir. Razılaşdıqları kimi Hümmət Saatlı şəhəri, Heydər Əliyev prospekti 137 ünvanda yerləşən notariusda onun adına etibarnamə vermiş və o, avtomobili də alıb Hümmət və onun yanında olan şəxsi öz evlərində düşürmüş, sonra oradan Bakı şəhərinə gəlmişdir. Hümmətə demişdir ki, əgər hesaba göndərdiyi pul köçməsə, onun oğluna Türkiyə Respublikasında əlbəəl pul verdirəcək. Səhərisi gün, yəni 10 iyun 2022-ci il tarixdə Hümmət ona zəng edib pulun mədaxil olunmadığını dediyi üçün buna görə də o, maşını satmaq qərarına gəlmiş və maşını Nəbinin qardaşı İmrana vermişdir ki, satsın. Çünki o, Binəqədi rayon Polis İdarəsi tərəfindən axtarışda olduğu üçün şəhərə çıxa bilməmişdir. İmran onunla əlaqə saxlayaraq maşını Babək prospektindəki avtosalonlarin birinə 11000 manata satdığını bildirmişdir. Həmin avtomobili Bakı şəhərində Xətai rayonu ərazisində yerləşən avtomobil salonuna onun X19 adına vermiş olduğu onlayn etibarnamə ilə satmışdır. Sonra tanışı İmran yaşadığı evə gəlmiş və 11000 manatı ona vermişdir. Həmin puldan 1000 manatını ev kirayəsi üçün vermiş, 100 manatını isə özü üçün xərcləməyə götürmüşdür, 9900 manatı isə özündə saxlamışdır. İmranın gəlişindən bir qədər keçmiş polis işçiləri onun yaşadığı evə gəlib onu Binəqədi RPİ-nə gətirmişlər. Həmin 9900 manat isə ondan götürülmüşdür. Özünü imkanlı şəxs kimi göstərmək üçün etibarnamə əsasında idarə etdiyi “BMW” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yuxarıda sadaladığı maşınlara baxmağa getmiş, həmin maşını isə pul lazım olduğu üçün əl krediti götürmək üçün başqa şəxsin adına keçirmiş və krediti verə bilmədiyi ücün maşını şirkət onun əlindən almışdır. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs6 ilə barışdığını, sonuncunun ona şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanı ödədiyini və tezliklə digər zərərçəkmiş şəxslərə də vurulmuş ziyanı ödəyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, “Mercedes Benz 240 markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Pul lazım olduğu üçün ehtiyacı həmin avtomobili satmaq üçün “Turbo.az” saytına yerləşdirmişdir. Həmin elanı əvvəl bir dəfə də yerləşdirdiyi üçün öz telefon nömrəsini elanda paylaşa bilmədiyindən elana dostu Şahid2 ***-***-**-** saylı mobil telefon nömrəsini qoymuşdur. Avtomobilin satılması ilə əlaqədar sosial şəbəkədə elan yerləşdirdikdən sonra ***-***-**-** mobil telefon nömrəsindən Orxana məxsus olan ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” vasitəsi ilə yazıb maşını almaq istədiklərini bildirdikdə Orxan ona bu barədə məlumat vermiş və onun özü həmin şəxslə telefonla danışmışdır. Onunla danışan şəxs Oğuza gəlib maşına baxacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə həmin telefon nömrəsindən Orxana zəng gəlmiş və Orxanla danışan şəxs avtomobilə baxmaq üçün Oğuza gəldiklərini Orxana bildirmişdir. Həmin gün saat 20 radələrində onun dostları Şahid2 və Şahid4 maşına baxmaq üçün gələn şəxsləri Oğuz şəhəri Heydər Əliyev prospektində yerləşən “Senator” adlı çay evində qarşılamışlar. Orxan ona zəng edərək maşına baxmaq üçün gələn şəxslərin çatdığını bildirdikdə o, özünə məxsus “Mercedes Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə getmişdir. Bu barədə onun digər dostu Şahid3 da məlumatı olduğundan həmin vaxt dostu Elmir də onların yanına gəlmişdir. Avtomobili almaq üçün gələn, yəni əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs və onun yanında gələn Şahid1 olmuşdur. O, avtomobili elanda 12300 manata satdığını göstərmişdir. Təqsirləndirilən şəxs isə avtomobilə baxdıqdan sonra avtomobilin qiymətini aşağı etməyi üçün onunla təklikdə söhbət edərkən Təqsirləndirilən şəxs ilə birlikdə gələn Nəbi adlı şəxs isə kənarda dayanmışdır. Mirheydər Seydili ilə söhbət edərkən onun yanında dostu Orxan olmuşdur. Təqsirləndirilən şəxs avtomobili ondan almaq üçün 11600 manat nəzərdə tutduğunu ona bildirdikdə həmin məbləğin az olduğunu Təqsirləndirilən şəxs demiş, nəticədə Təqsirləndirilən şəxs avtomobili 11800 manata satmağa razılaşmışdır. Həmin vaxt gec olduğu üçün o, Təqsirləndirilən şəxs etibarnamə verə bilmədiyi üçün onlar Oğuz rayonunda qalmalı olmuşlar. O və Orxan birlikdə ona məxsus avtomobillə Mirheydər və Nəbi adlı şəxsləri Oğuz şəhərinin yuxarı hissəsində yerləşən “LT” adlı otelə aparmışlar. Səhər, yəni xx.xx.2022-ci il tarixdə dostu Orxanla birlikdə gedib onları oteldən götürmüşlər. Mirheydər ona avtomobilin pulunu telefonunda olan xüsusi proqram vasitəsi ilə öz hesabından onun hesabına köçürəcəyini bildirərək ondan hesab nömrəsini soruşmuş, onun hesab nömrəsi olmadığı üçün onlar X31 rayon filialına getmişlər. Onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün dostu Orxanın qardaşı Sahil Əmrahovun adına cari hesab açdırmışdır. Onlar hesab açdırarkən Təqsirləndirilən şəxs onlarla birlikdə olsa da Nəbi adlı şəxs avtomobildə olmuşdur. Hesab açdırdıqdan sonra Mirheydər telefonundan həmin hesaba 11865 manat pul köçürmək üçün əməliyyat etmiş, SMS vasitəsi ilə onun telefonuna gəlmiş kodu təsdiq etmiş və onun telefonunda əməliyyatın icra olunduğu görsənmişdir. Mirheydər onlara demişdir ki, əməliyyat 1-2 saata icra olunacaq və ona görə də birlikdə nahar etməyi onlara təklif etmiş və birlikdə Oğuz rayonu Calut kəndi ərazisində yerləşən “Ellisium” adlı restorana getmişlər. Oraya o, dostları Elmir və Ayazı da dəvət etmiş və orada oturub nahar etmişlər. Həmin vaxt orada birlikdə fotoşəkil də çəkdirmişlər. Orxanın qardaşı Sahil öz telefonunda pulun köçübköçmədiyinə baxıb onlara məlumat verməli idi, lakin Təqsirləndirilən şəxs orada ona narahat olmamağını, başqa avtomobilləri də alarkən pulunu köçürmə yolu ilə etdiyini, gün ərzində köçürdüyü məbləğin hesaba oturacağını bildirdikdə o, Təqsirləndirilən şəxs inanmış və notariusa girərək Təqsirləndirilən şəxs adına baş etibarnamə verdikdən sonra Mirheydər və Nəbi onun avtomobilini götürüb getmişlər və avtomobili də Mirheydər özü idarə edib aparmışdır. Gün ərzində hesaba pul köçmədiyindən o, səhəri gün Mirheydərlə əlaqə saxlayıb Mirheydərə pulun köçmədiyini bildirdikdə Mirheydər ona onların hesabında problem olduğunu bildirərək pulu gətirib gələcəyini demişdir. Bu formada Mirheydər onları bir neçə gün aldatmışdır. Mirheydərin pul vermək fikrinin olmadığını görüb Şəki Asan xidmətində fəaliyyət göstərən notariusa gedərək Təqsirləndirilən şəxs verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Həmin vaxt Mirheydər X1 adına verdiyi etibarnamə də ləğv olunmuşdur. Bundan sonra o, Şəki rayonundan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bununla əlaqədar Oğuz rayon Polis Şöbəsindən onunla əlaqə saxlayıb onu Oğuz RPŞ-nə dəvət etdiklərinə görə o, Oğuz RPŞ-nə gəlib izahat vermiş, həmçinin şikayət ərizəsi yazmışdır. Bundan sonra həm Mirheydərlə, həm də Mirheydərin yanında olan Nəbi adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayıb onlardan şikayət etdiklərini və etibarnaməni ləğv etdirdiklərini onlara bildirmişlər. Mirheydərin yanında olan Nəbi adlı şəxsin telefon nömrəsini onun dostu Orxan Nəbinin özündən götürmüşdür. Mirheydər onlarla görüşə gəlməmək üçün bəhanələr gətirsə də, Nəbi onlarla görüşməyə razılıq vermiş və 05 iyun 2022-ci il tarixdə o, dostları Orxan və Elmirlə birlikdə Sumqayıt şəhərinə gedib onun avtomobilinin satıldığı X20 yaşadığı evdə tapmışlar və Musa Musazadəyə “Mercedes Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı gəldiklərini, həmin avtomobili ondan alan şəxsin avtomobilin pulunu ödəmədiyini, ona görə də verdiyi etibarnaməni ləğv etdirdiyini bildirmişdir. Həmin şəxs isə ona pulunu verib maşını aldığını deyib etibarnaməni ləğv etdirdiyinə görə ona narazılığını bildirib onlarla mübahisə etmişdir. Onun özü təkrarən DİN-nin 102 xidmətinə müraciət etdikdən sonra onları Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 1-ci Polis Bölməsinə dəvət etmişlər və orada hadisə barədə polisə məlumat vermişlər. Onlara Musanın yanındakı şəxs mobil telefonunda olan avtosalonun videogörüntülərini göstərib bildirmişdir ki, onun avtomobilini pulunu verərək alıb və həmin vaxt Mirheyder Seyidli tərəfindən Musa Musazadənin adına baş etibarnamə verilmişdir. Həmin videogörüntülərə baxanda görmüşdür ki, avtomobilini satıb pul alan şəxs Şahid1dir və onun yanında başqa bir nəfər də olmuşdur. Videogörüntüləri onlara göstərən şəxs demişdir ki, Nəbinin yanındakı Nəbinin qardaşıdır. Lakin həmin şəxslərin bir-birilərini əvvəlcədən tanıyıbtanımadıqlarını o, bilməmişdir. Bundan sonra dostu Orxan Nəbi ilə telefonla danışıb Nəbini Bakı şəhərində 20 Yanvar metrosunun yanına çağırıb onunla görüşmək istədiyini bildirdikdə Nəbi də Orxanla razılaşmışdır. Orxan polis əməkdaşları ilə Bakı şəhərinə 20 Yanvar metrosunun qarşısına getmiş, onun özü və Elmir isə polis bölməsinin yanında dayanmışdır. Nəbi gəlib Orxanla görüşəndə polis əməkdaşları Nəbini saxlayıb polis bölməsinə gətirmişlər. Polis bölməsində Nəbi onun avtomobilinin pulunu özünün ödəyəcəyinə ona söz vermişdir. Buna görə də o, təkrarən Musa Musazadənin adına baş etibarnamə vermiş və sonra onlar Oğuz rayonuna qayıtmışlar. Sonradan Nəbi də izahatının alınması üçün Oğuz rayon Polis Şöbəsinə gətirilmişdir. Orada da Nəbi ilə olan görüş zamanı maşının pulunu Nəbi özünün ödəyəcəyinə söz versə də dediyi vaxtda ona ödəniş edilməmişdir. Bundan əlavə o məhkəməyə mülki iddia və mülki iddiaya dəqiqləşdirmə ərizələri vermiş, məhkəmə iclasında ərizələrində yazdıqlarını təsdiq etmiş və yekun olaraq məhkəmədən ərizələrinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, özünə məxsus olan “Kia Rio” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini satmaq üçün «Turbo.az» saytına elan yerləşdirib avtomobilin satış qiymətinin 15.300 manat olduğunu qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ***-***-**-** mobil nömrəsindən onun ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş, zəng edən şəxs Mirheydər olmuş, Mirhyedər ona saytda gördüyü avtomobili bəyəndiyini və avtomobilə baxmaq istədiyini deyərək onunla görüşmək istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə 10 radələrində Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin həyətində görüşmüş, Təqsirləndirilən şəxs ilə avtomobilə baxdıqdan sonra Mirheydər avtomobili yenidən bəyəndiyini bildirmiş, avtomobili Mirheydərə 15.300 manata satacağına razılaşmış, həmin vaxt Mirheydər ona avtomobilin pulundan ilkin olaraq 2000 (iki min) ABŞ dolları, yəni həmin günün məzənnəsi ilə 3400 manat beh verərək alqı-satqı edəndən sonra yerdə qalan pulun da Türkiyədən köçürüləcəyini, onun iştirakı ilə bankdan çıxardıb ona verəcəyini bildirdikdə Mirheydərin dedikləri ilə razılaşmışdır. Bundan sonra həmin gün, təxminən saat 11 radələrində BDYPİ-də ona məxsus “Kia Rio” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini alqı-satqı yolu ilə rəsmiləşdirərək Mirheydərin yanında olan tanımadığı şəxsin adına keçirtmiş, daha sonra Mirheydərlə birlikdə yerdə qalan pulu götürmək üçün Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "xxxx"a getmişdir. Bankda olarkən X36 adlı şəxsə məxsus “Yapı Kredit”dən əldə edilmiş, həmçinin özünə məxsus "xxxx"a aid plastik kartları ona göstərək həmin kartlara Türkiyədən pul köçürüləcəyini, həmin puldan avtomobilin yerdə qalan pulunu ona verəcəyini bildirdikdə Mirheydər onun ona inanmadığını görüb həmin plastik kartları, özünə məxsus şəxsiyyət vəsiqəsini və idarə etdiyi “BMW” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini könüllü olaraq ona verərək onu inandırmışdır. Daha sonra Mirheydər pulun onun kart hesabına köçürüləcəyini bildirib xx.xx.2022-ci il tarixədək gözləməsini ondan xahiş etmiş, o da razılaşmışdır. xx.xx.2022ci il tarixdə saat 11 radələrində Mirheydərin mobil nömrəsinə zəng edib, avtomobilin yerdə qalan pulunu istədikdə Mirheydər müxtəlif bəhanələr gətirərək, pulun gah bir saat ərzində köçürüləcəyini, gah da gömrükdə mallarının qaldığını bildirərək həmin bəhanələrlə pulu ona verməkdən yayınmış, bununla da Təqsirləndirilən şəxs onu aldadaraq ona qarşı dələduzluq etmiş, pulunu verməmişdir. Həmin vaxt onun qardaşı Səbuhi və dostu Kamil onun yanında olmuşlar. Mirheydərə inamağının səbəbi həmin gün anasının ildönümü olması olmuşdur. Bundan əlavə o məhkəməyə mülki iddia ərizəsi vermiş, məhkəmə iclasında ərizəsində yazdıqlarını təsdiq etmiş və yekun olaraq məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2022-ci ilin aprel ayında özünə məxsus “Toyota Corolla” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq qərarına gəlmiş, ona görə də «Turbo.az» saytında elan yerləşdirmiş, elanda avtomobilin qiymətini 13.600 manat kimi qeyd etmişdir. 10 aprel 2022-ci il tarixdə saat 17:30 radələrində istifadəsinə olan ***-***-**-** nömrəli mobil nömrəsinə ***-***-**-** nömrəli mobil telefondan zəng edilmiş və özünü Mirheydər kimi təqdim edən şəxs ona məxsus avtomobilini elanda gördüyünü, avtomobildən xoşu gəldiyini və onunla görüşüb avtomobilə baxmaq istədiyini bildirdikdən sonra Mirheydər onunla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal rayonu ərazisində görüşmüş, Mirheydər avtomobilə baxıb bəyəndiyini bildirmiş, söhbət əsnasında avtomobilin qiymətini 13.200 manata razılaşmışlar. Avtomobilin alqı-satqısını rəsmiləşdirmək məqsədi ilə səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin həyətində görüşməklərinə razılaşmışlar və xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs ilə görüşmüş, Mirheydər avtomobili tanışı Vüqar adlı şəxsə almaq istədiyini bildirdiyi üçün onun gəlməsini gözləməli olmuşlar və saat 16 radələrində Vüqar adlı şəxs gəlmiş, həmin vaxt Orxan adlı şəxs də Mirheydərin yanında olmuşdur. Mirheydərin tanışı Vüqar onun avtomobilinə baxıb bəyəndiyini bildirmiş, ona görə də saat 17 radələrində ona məxsus 2007-ci il buraxılışlı “Toyota Corolla” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilini 13.200 manata Orxan adlı şəxsin adına alqı-satqı edərək rəsmiləşdirmişdir. Mirheydər ona avtomobilin pulunun 7000 manatını nağd, qalan hissəsini isə bir saat ərzində karta köçürərək verəcəyini bildirdikdə o, gündəlik işləri ilə bağlı hesaba köçürmələrlə işlədiyindən onunla razılaşmışdır. Pul ona köçürələnədək Mirheydərə kredit müqaviləsi bağlamağını təklif etdikdə Mirheydər razılaşmışdır. Mirheydər hazırkı dövrədək ona verməli olduğu pulu qaytarmamışdır. Mirheydərdən pulunu istədikdə Mirheydər hər dəfə onu aldatmaqla müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyini anladığı üçün Mirheydərin barəsində polis orqanına şikayət etmişdir. Həmçinin, həmin vaxt onun üzərində şəxsiyyət vəsiqəsi olmadığından “Toyota Corolla” markalı avtomobili arvadı X6 adına almışdır. Həmin avtomobillə bağlı və həmçinin digər mülkiyyətləri ilə arvadı Aytən Rüstəmova tərəfindən onun adına etibarnamə verilmişdir. Avtomobili alan zaman avtomobilin dəyəri onun tərəfindən tam olaraq ödənilməklə öz pulu ilə alınmışdır və avtomobil onun özünə məxsusdur. Bundan əlavə o məhkəməyə mülki iddia və mülki iddiaya dəqiqləşdirmə ərizələri vermiş, məhkəmə iclasında ərizələrində yazdıqlarını təsdiq etmiş və yekun olaraq məhkəmədən ərizələrinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2022-ci ilin aprel ayında özünə məxsus 2013-cü il buraxılışlı “Changan” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq qərarına gəlmiş, ona görə də «Turbo.az» sayıtında avtomobilin şəklini qoyaraq elan yerləşdirmiş və elanda avtomobilin qiymətini 10.200 manat miqdarında göstərmişdir. 02 aprel 2022-ci il tarixdə təxminən saat 11:00 radələrində onun istifadəsində olan ***-***- **-** nömrəli mobil nömrəsinə ***-***-**-** nömrəli mobil telefondan zəng edilmiş və özünü Mirheydər kimi təqdim edən şəxs ona məxsus avtomobilini elanda gördüyünü, avtomobildən xoşu gəldiyini və onunla görüşüb avtomobilə baxmaq istədiyini bildirdikdən sonra Mirhedyərlə onun yaşadığı evin həyətində görüşməyə razılaşmış və həmin gün Mirheydərlə yaşadıqları 7-ci mikrorayonda yerləşən evinin həyətində görüşmüşdür. Mirheydər maşına baxdıqdan və bir qədər sürdükdən sonra başqa bir şəxs üçün almaq istədiyini bildirmişdir. Daha sonra Mirheydər sənədləri götürmək üçün ona məxsus olan avtomobil vasitəsini götürmək üçün Nobel prospektində yerləşən cərimə meydançasına getməli olduğunu və ona da ora onunla birlikdə getməyini demişdir. Onlar avtomobilin qiymətini 9750 manat miqdarında müəyyənləşdirib, razılaşmışlar. Avtomobilin alqısatqısını rəsmiləşdirmək məqsədi ilə həmin günü, yəni 02 aprel 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin həyətində görüşməyə razılaşmışlar və Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs ilə görüşmüş və Mirheydər ona məxsus 2013-cü il buraxılışlı “Changan” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili dayısı kimi təqdim etdiyi Vəfadar adlı şəxsin adına alqı-satqı edərək rəsmiləşdirmişdir. Mirheydər ona avtomobilin pulunun 3000 manatını nağd, qalan hissəsini isə kart hesabına köçürəcəyini bildirdikdə o, Mirheydərlə razılaşmışdır. Mirheydər ona 3.000 manat versə də lakin yerdə qalan 6750 manatı isə onun kart hesabına köçürməyərək bu minvalla onu aldadaraq hal-hazıradək onun avtomobilinin yerdə qalan 6750 manatını verməmişdir. Mirheydərdən pulunu istədikdə Mirheydər hər dəfə onu aldatmaqla müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, onun azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edir. Bundan əlavə o məhkəməyə mülki iddia və mülki iddiaya dəqiqləşdirmə ərizələri vermiş, məhkəmə iclasında ərizələrində yazdıqlarını təsdiq etmiş və yekun olaraq məhkəmədən ərizələrinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, 28 mart 2022-ci il tarixində özünə məxsus olan avtomobil vasitəsini satmaq məqsədi ilə maşın bazarına getmişdir. Avtomobil vasitəsini 18000 manat məbləğindəki pula satmaq istəyirdi. Orada olarkən təqsirləndirilən şəxs ona yaxınlaşaraq, avtomobil vasitəsini bəyəndiyini və almaq istədiyini bildirmişdir. Eləcə də onun “Odlar Yurdu Universitetinin” yaxınlığında yerləşən maşınların tuninq olunması ilə məşğul olan obyekt işlətdiyini bildirmişdir. Daha sonra maşının qiymətini 17200 manata razılaşdırmışlar və maşın bazarından Yasamal rayonu ərazisinə getmişlər. Orada təqsirləndirilən şəxs ona onunla kafedə əyləşib yemək yeməyi təklif etmişdir. Daha sonra təqsirləndirlən şəxsə avtomobil vasitəsini idarə etmək üçün onlayn etibarnamə vermişdir. Elə orada olarkən, təqsirləndirilən şəxs bir neçə ay öncə 20000 dollar məbləğindəki pul vəsaitini itirdiyini və bu səbəbdən də hesabdan hesaba pul köçürə biləcəyini demişdir. O da əvvəl kartdan karta köçürəcəyini düşünmüşdür. Sonra isə ondan İBAN nömrəsini istədikdə, onun hesaba köçürmə edəcəyini başa düşmüş və onunla razılaşmışdır. Daha sonra təqsirləndirilən şəxs mobil tətbiqdən özünə məxsus olduğunu dediyi “Yapı Kredi” Bankdakı 140000 olan hesabını göstərmişdir. Mobil tətbiqdə köçürmə statusu olaraq “gözləmə” qeyd olunmuş və təqsirləndirilən şəxs ona köçürülən pulun məbləği böyük olduğundan gec köçdüyünü demişdir. Həmin vaxt ərzində ona Hövsan ərazisində ona məxsus kimyəvi təmizləmə obyektlərinin olduğunu bildirmiş və ona pul hesaba köçənə qədər onunla birlikdə ora getməyi təklif etmişdir. “Fəhlə prospektini” keçdikdən sonra Mirheydər bayramda içkili vəziyyətdə avtomobil vasitəsini idarə etdiyindən ona məxsus maşının cərimə meydançasında olduğunu və maşından bəzi əşyaları götürmək üçün ora getməli olduğunu bildirmişdir. Onlar ora çatan zaman “BMW F10” markalı avtomobil vasitəsinə yaxınlaşmış və içindən əşyalarını götürmüşdür. Bütün bunları görünüş və onu inandırmaq üçün etdiyini düşünür. Ona məxsus olduğunu dediyi obyektə getdikdə, o, pulun köçmədiyini deyəndə, Mirheydər “Yapı Kredi” Bankın çağrı mərkəzinə *444 nömrəsinə zəng etmişdir. Bankın operatoru ölkədaxili köçürmələrin 2 iş günü ərzində həyata keçiriləcəyini bildirmişdir. O da bunu eşitmiş və Mirheydərlə razılaşaraq evə yollanmışdır. Həmin gecə Mirheydər ona zəng vuraraq səhərə kimi pulun hesaba köçəcəyini demişdir. Səhər saat 09:00 radələrində onunla əlaqə saxladıqda, onun harada olduğunu soruşmuş və onunla birlikdə "xxxx"-a gedib bu məsələni həll edəcəklərini demişdir. O, yolüstü notariusa girib, onun adına etibarnamə verməyini də istəmişdir. O da inanmış və onunla razılaşmışdır. Daha sonra onunla birlikdə getdikləri "xxxx"-da öz adına dollar hesabı açdırmışdır. Mirheydər telefonla Türkiyədə yaşayan Murat adlı bir şəxslə danışmış və sonuncu ona hesaba pul göndərməsi barədə invoys göndərmişdir. Mirheydər pulun maksimum 30-40 dəqiqə ərzində köçəcəyini demişdir. Bundan sonra o, ondan ayrılmışdır. Həmin ərəfədə Mirheydərin borclu olduğu Vəfadar adlı şəxs onu gözləyirmiş və onlar birlikdə notariusa gedərək alqı-satqı müqaviləsi bağlamışlar və avtomobili vasitəsini birbaşa Vəfadarın adına keçirmişlər. O, pulun hesaba köçürülmədiyini görüb, tanışlarına bu barədə dedikdə və Mirheydərin şəklini göstərdikdə, ona bu şəxsin onlara qarşı da dələduzluq etdiyini və 15000 manata qədər ziyan vurduğunu demişlər. O, Mirheydərə zəng vuraraq onun pulunun olmadığını başa düşdüyünü bildirmiş və onun maşınını qaytarmasını istəmişdir. Mirheydər isə onu öncədən oturduqları Yasamal rayonu ərazisində yerləşən kafeyə çağırmışdır. O, ora Mirheydərin ziyan vurduğu tanışları ilə birlikdə getmişdir. Həmin kafeyə getmişlər və Mirheydərdən maşının harada olduğunu soruşmuşlar. O, maşının servisdə olduğunu bildirmişdir. Babək prospekti ərazisində yerləşən bütün servislərə getsələr də, avtomobil vasitəsini tapa bilməmişlər. Mirheydər avtomobil vasitəsini dayısı adlandırdığı Şahid7 adına keçirdiyini bildirmişdir. Şahid7 gözdən əlil olduğundan, onun yanında hərəkət etməsinə köməklik göstərən Qismət adlı şəxs gəzir. Həmin şəxsə zəng vurduqda, o, Mirheydərə Sumqayıt şəhərinə gəlməsini və bu məsələni orada həll edə biləcəyini demişdir. Onlar axşam saat 20:30 radələrində Sumqayıt şəhərinə Qismət adlı şəxslə görüşməyə getmişlər. Oraya çatdıqda Qismət onlara Vəfadarla əlaqə saxlamaqlarını demişdir. Vəfadar ona avtomobil vasitəsinin qarajda olduğunu, özünün isə Füzuli rayonunda olduğunu bildirmişdir. Onlar Vəfadardan qarajın harada yerləşdiyini öyrənməyə çalışmışlar, o isə müxtəlif bəhanələr gətirərək, qarajın yerini deməmişdir. Maşını götürmək üçün ikinci gün yaxınlaşmaqlarını demişdir. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çalışan dostuna zəng vurmuş və ondan onun yanına gəlməsini istəmişdir. Daha sonra həmin dostu ilə birlikdə Mirheydəri polis bölməsinə təhvil vermişlər. Təqsirləndirilən şəxs tərəfindən ona hər hansı bir ödəniş edilməmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs ona 17200 manat məbləğində ziyan vurmuşdur. Onlar Təqsirləndirilən şəxs polis bölməsinə təhvil verdikləri gün Şahid7 avtomobil vasitəsini başqa şəxsə satmışdır. Bundan əlavə o məhkəməyə mülki iddia və mülki iddiaya dəqiqləşdirmə ərizələri vermiş, məhkəmə iclasında ərizələrində yazdıqlarını təsdiq etmiş və yekun olaraq məhkəmədən ərizələrinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, 2022-ci ilin yanvar ayında özü üçün 2600 manata qızılı rəngli daxili yaddaşı 256 gb olan “13 Pro Max” markalı mobil telefon almış və həmin telefonu elə də istifadə etməmişdir. 20 may 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün həmin telefonu satmaq qərarına gəlmiş və “tap.az” internet saytında satış üçün elan yerləşdirmiş və elanda mobil telefonun satış qiymətini 2500 manat olaraq qeyd etmişdir. 22 may 2022-ci il tarixdə saat 17 radələrində onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən zəng gəlmiş və özünü ona Mirheydər kimi təqdim edən şəxs onun elanda yerləşdirdiyi telefonun vəziyyəti ilə bağlı ondan məlumatlar aldıqdan sonra telefonu 2500 manata almağa razılaşmış və ona harada görüşmələrini soruşduqda o, Mirheydərə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyinə gəlməsini demiş və bundan başqa “Whatsapp” proqramı vasitəsilə yaşadığı ünvanın lokasiyasını Mirheydərə göndərmişdir. Aradan bir qədər keçdikdən sonra saat 21 radələrində Mirheydər ona zəng edərək Zəngilan şəhərciyinin giriş hissəsində onu gözlədiyini dediyi üçün o da mobil telefonu qutusu ilə birlikdə götürüb Mirheydərin yanına getmiş və Zəngilan şəhərciyinin girişində görüşmüşlər. Mirheydər onun satdığı “13 Pro Max” markalı mobil telefona baxıb telefonu ondan almaq qərarına gəldiyini, lakin nağd pulunun olmadığını bildirib onun kart hesabına pul köçürmək istədiyini dedikdə o, Mirheydərlə razılaşmış və özünə məxsus “Kapital Banka” aid 4169 7414 3525 2547 nömrəli kart hesabını Mirheydərə bildirmişdir. Mirheydər də özündə olan “Yapı Kredi” banka aid kartla telefonunda olan mobil tətbiq vasitəsilə 2500 manat pulu onu bank kart hesabına göndərmişdir. Lakin elektron qəbzin status hissəsində “gözləyir” deyə qeyd yazılmışdır. Mirheydər ona narahat olmamağı, bazar günü olduğundan bank hesabları arasında köçürmələrin gün ərzində köçürüləcəyini dedikdə o, Mirheydərə inanıb heç bir söz deməmişdir. Həmçinin Meiheydərin telefonuna pulun köçməsi ilə bağlı bildiriş də gəlmiş və həmin bildirişdə də ödənişin gözlənildiyi yazılmışdır. O, həmin bildirişin şəklini öz telefonu ilə çəkmiş və satdığı telefonun qutusunu da Mirheydərə təqdim etmişdir. Bundan başqa o, Mirheydərin şəxsiyyət vəsiqəsinin də şəklini çəkmişdir. Mirheydərə inandığı üçün ondan ayrılıb evinə getmişdir. Həmin gün ona ödənişlə bağlı heç bir bildiriş gəlməmişdir. 23 may 2022-ei il tarixdə gün ərzində pulun onun hesabına köçmədiyini görüb Mirheydərlə əlaqə saxlamış və ona pulun hesaba köçmədiyini dedikdə Mirheydər ona bankla əlaqə saxladığını və pulun 72 saat ərzində hesabına köçəcəyini ona demişdir. Lakin nə növbəti gün, nə də sonrakı günlər ərzində hesabına bir manat da olsa pul köçürülməmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək, 2500 manat məbləğində satdığı telefonunu mənimsəyib dələduzluq edərək onu aldatmışdır. Daha sonra isə o, artıq aldadıldığını baş düşdükdən sonra hüquq-mühafizə orqanına müraciət etməli olmuşdur. Bundan əlavə o məhkəməyə mülki iddia ərizəsi vermiş, məhkəmə iclasında ərizəsində yazdıqlarını təsdiq etmiş və yekun olaraq məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, ona məxsus olan “Mercedes E 220 CDİ” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtmobili var və həmin avtomobili satmaq qərarına gəldiyi üçün avtomobillə bağlı “Turbo.az” internet saytında elan yerləşdirmiş və avtomobilin qiymətini 18000 manat yazmışdır. 06 iyun 2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən tanımadığı şəxs zəng edərək onun avtomobilinə internet saytında baxdığını, xoşu gəldiyini və almaq istədiyini ona dedikdə o, həmin şəxslə razılaşmışdır. Həmin şəxs ona rayonda yerləşən banklarda kart hesabı açdırmasını və ona pulu kart hesabına göndərəcəyini bildirdikdə o, həmin şəxsdən pulu onun kart hesabına necə atacağını soruşduqda ona demişdir ki, Türkiyə Respublikasında sənədi olmadığına görə deportasiya olunub, Antalya şəhərində işləyib və belə işləri çox bilir. 09 iyun 2022-ci il tarixdə sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs təxminən saat 16:30 radələrində ona zəng edib Sabirabad rayonu, Qalağayın dairəsinə gəldiyini və ona da ora gəlməsini dedikdə o, qardaşı oğlu X9 ilə birlikdə idarə etdiyi avtomobilə əyləşib Sabirabad rayonu, Qalağayın dairəsinə getmişdir. Orada Mirheydəri görmüş və Mirheydər həmin yerə “Mercedes” markalı, sonu 616 nömrəsi ilə bitən avtomobillə gəlmişdir. Mirheydər avtomobildən düşüb özünü ona təqdim etmişdir. Daha sonra o, Mirheydər və Rəsul orada olan kafedə əyləşmişlər, Mirheydərin gəldiyi avtomobilin sürücüsü isə onlarla gəlməmişdir. Kafedə Mirheydər ondan harada işlədiyini soruşduqda o, Mirheydərə fərdi əməklə məşğul olduğunu, Mirheydər isə özünün Bakı şəhərində Gənclikdə avtosalonda işlədiyini, onun avtomobilinin nə xərci varsa özünün edəcəyini ona desə də Mirheydər avtomobilə baxmamışdır. Avtomobilini Mirheydərə 17000 manata satacağına razılıq verdikdən sonra idarə etdiyi avtomobillə Mirheydərlə birlikdə Saatlı şəhərində yerləşən “Kapital Bankın” əsas filialına getsələr də Mirheydərin gəldiyi avtomobilin sürücüsü avtomobilində qalıb onlarla gəlməmişdir. O, Mirheydərlə birlikdə “Kapital Banka” daxil olsalar da heç bir bank əməliyyatı aparmamışlar. Bankda gözləmə yerində Mirheydər onun istifadəsində olan mobil telefon nömrəsinin “Whatsapp” proqramına PDF formatında “X49” hesabından onun adına “Kapital Bankda” olan hesabına “17136 manat status gözləyir” sözlərini atmış və o, bundan sonra Mirheydərlə razılaşmışdır. Mirheydər pulun onun bank hesabına 10 iyun 2022-ci il tarixdə köçürüləcəyini dedikdə o, Mirheydərə inanmış, pulun hesaba mədaxil olacağına arxayın olub Mirheydərlə birlikdə Bankdan çıxmışlar və həmin avtomobilə görə notariusa gedib Mirheydərin adına etibarnamə vermişdir. Daha sonra avtomobili Mirheydər idarə etmiş, Mirheydər onu və onun qardaşı Rəsulu Saatlı rayonu, Qazanbatan kəndinə aparmış və ona məxsus avtomobili idarə edib çıxıb getmişdir. 10 iyun 2022-ci il tarixdə ona məxsus "xxxx" hesabına mədaxil olmadığından Mirheydərə zəng edib bu barədə məlumat verdikdə Mirheydər pulun günün ikinci yarısında onun hesabına mədaxil olacağını demişdir. Lakin Mirheydərin dediyi vaxtda onun bank hesabına pul mədaxil olmamışdır. Buna görə də o, 11 iyun 2022-ci il tarixdə Mirheydərin istifadəsində olan mobil telefon nömrəsinə zəng etsə də Mirheydərin mobil telefon nömrəsinə zəng çatmadığı üçün o, bundan narahat olmuş və Sabirabad rayonunda yerləşən “Asan” xidmətə gedib Təqsirləndirilən şəxs vermiş olduğu etibarnaməni ləğv etdirmiş və həmin vaxt Mirheydərin onun avtomobilinə görə X19 adına etibarnamə verdiyi ona “Asan” xidmətdə məlum olmuşdur. Avtomobilin mülkiyyətçisi onun özü olduğuna görə X18 adına vermiş olduğu etibarnaməni də ləğv etdirmişdir. Lakin hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “№ 1 Cars” adlı məntəqədə avtomobillərin alışı və satışı ilə məşğul olur. 10 iyun 2022-ci il tarixdə təxminən saat 15-16 radələrində əvvəldən tanımadığı, özünü İmran kimi təqdim edən şəxs onun yanına gəlmiş və ona təcili pul lazım olduğundan özü ilə idarə edib gətirdiyi “Mercedes E 220 CDİ” markalı, yaş asfalt rəngli **-HK-*** dovlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini demişdir. O, maşına baxmış və İmran ona həmin maşının qiymətini əvvəlcə 13500 manat desə də, lakin sonradan 11500 manata razılaşmışlar. İmran adlı şəxslə oturub söhbət edərkən 2 nəfər ona yaxınlaşaraq Binəqədi RPİ-nin əməliyyatçıları olduqlarını bildirib ondan xahiş etmişlər ki, dövlət tədbirində onlara köməklik göstərsin. O, onların həqiqətən polis əməkdaşı olduqlarını bilib və Azərbaycan Respublikasının vətəndaşı kimi polisə kömək etmək üçün avtomobili İmrandan 11500 manata almışdır. İmrana avtosalonun ofisində əlbəəl hamısı 100 manatlıq əskinaslar olmaqla 11000 manat pul vermiş və 500 manat maşının cərimələrinə görə çıxmışdır. İmrandan baş etibarnamə istədikdə etibarnamənin polis tərəfindən axtarışda olan Təqsirləndirilən şəxs adına olduğu ona məlum olmuşdur. İmranın vasitəsi ilə polis əməkdaşlarının iştirakı ilə Mirheydərdən onlayn baş etibarnaməni qardaşı X19 adına almışdır. Dəfələrlə polis əməkdaşı Emin adlı əməliyyatçıdan bu maşına dair hər hansı bir problem yaşamayacağını soruşduqda onlar da heç bir problem olmayacağına söz vermişlər. “Mercedes E 220 CDİ” markalı, yaş asfalt rəngli **-HK-*** dövlət qeydiyyat nişanlı maşını pul verib aldığı üçün onda qalmışdır. İmran adlı şəxs isə ondan 11000 manat pulu götürüb polis əməkdaşları ilə birgə çıxıb getmiş və onun daha sonra heç nədən xəbəri olmamışdır. Həmin günün səhəri, yəni 11 iyun 2022-ci il tarixdə Respublika DYP-nə gedib maşını adına rəsmiləşdirmək istəyərkən ona məlum olmuşdur ki, ona verilən baş etibarnamə ləğv olunmuşdur. O, da dərhal bu barədə 102 xidmətinə zəng edib şikayətini bildirmişdir. Maşın Keşlə qəsəbəsində dostu Elçinin həyətindədir, nə o, nə də kimsə maşını idarə etmir, maşının heç bir detalına əl dəyilməyib və işin nəticəsini gözləyir. Mirheydərin hazırda həbsdə olduğunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Namiq oğlu ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun dostudur. Anar özünə məxsus “Mercedes Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədilə “Turbo.az” saytında elan yerləşdirmişdir. Anar həmin elanı əvvəl bir dəfə də yerləşdirdiyi üçün özünün mobil telefon nömrəsini elanda paylaşa bilmədiyinə görə də elana onun ***-***-**- ** saylı mobil telefon nömrəsini qoymuşdur. Anar avtomobilin satılması ilə əlaqədar sosial şəbəkədə elan yerləşdirdikdən sonra ***-***-**-** mobil telefon nömrəsindən ona məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Whatsapp” vasitəsi ilə yazıb maşını almaq istədiklərini bildirdikdə o, bu barədə Anara məlumat verdikdən sonra Anar özü də həmin şəxslə telefonla danışmış və həmin şəxs Oğuza gəlib maşına baxacağını bildirmişdir. Təxminən 2-3 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə günortadan sonra həmin telefon nömrəsindən ona zəng gəlmiş və avtomobilə baxmaq üçün Oğuza gəldiklərini bildirmişlər. Həmin gün saat 20 radələrində Anar şəxsi işi olması ilə əlaqədar maşına baxmağa gələn şəxsi qarşılamağını ondan xahiş etmiş, daha sonra avtomobili özünün gətirib göstərəcəyini demişdir. Onun özü və digər dostu Şahid4 maşına baxmaq üçün gələn şəxsləri Oğuz şəhəri Heydər Əliyev prospektində yerləşən “Senator” adlı çay evində qarşılamışlar. Həmin şəxslərin gəlib çatmaları barədə telefon vasitəsi ilə Anara demiş və bir müddət sonra Anar özünə məxsus “Mercedes Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlar olan yerə gəlmişdir. Həmçinin onların yanına digər dostu Şahid3 da gəlmişdir. Avtomobili almaq üçün gələn, yəni əvvəlcədən tanımadığı X7 olmuşdur və Mirheydərin yanında isə əvvəlcədən tanımadığı Şahid1 var idi. Anar avtomobili elanda 12300 manata satdığını göstərmişdir. Təqsirləndirilən şəxs isə avtomobilə baxdıqdan sonra maşının qiymətini aşağı etməsi üçün Anarla söhbət edərkən Mirheydərlə birlikdə gələn Nəbi adlı şəxs isə kənarda dayanmışdır. Anar və Mirheydər maşının qiyməti ilə bağlı söhbət edərkən onun özü də onların yanında olmuşdur. Mirheydər Anara avtomobili almaq üçün 11600 manat nəzərdə tutduğunu bildirdikdə Anar isə həmin məbləğin az olduğunu demiş, nəticədə isə Təqsirləndirilən şəxs avtomobili 11800 manata satmağa razılaşmışdır. Həmin vaxt gec olduğu üçün Anar Təqsirləndirilən şəxs etibarnamə verə bilmədiyindən onlar Oğuz rayonunda qalmalı olmuşlar. O və Anar birlikdə Anara məxsus avtomobillə Mirheydər və Nəbi adlı şəxsləri Oğuz şəhərinin yuxarı hissəsində yerləşən “LT” adlı otelə aparmışlar. Səhər, yəni xx.xx.2022-ci il tarixdə yenə birlikdə gedib onları oteldən götürmüşlər. Mirheydər Anara avtomobilin pulunu telefonunda olan xüsusi proqram vasitəsi ilə öz hesabından Anarın hesabına köçürəcəyini bildirərək Anardan hesab nömrəsini soruşmuşdur. Anarın hesab nömrəsi olmadığı üçün onlar X31 rayon filialına getmişlər. Anarın üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün onun qardaşı Sahil Əmrahovu banka çağırıb Sahilin adına cari hesab açdırmışlar. Hesab açdırarkən Təqsirləndirilən şəxs onlarla birlikdə olsa da Nəbi adlı şəxs avtomobildə olmuşdur. Hesab açdırdıqdan sonra Mirheydər telefonundan həmin hesaba 11865 manat pul köçürmək üçün əməliyyat etmiş, sms vasitəsi ilə telefonuna gəlmiş kodu təsdiq etmiş və telefonunda görsənmişdir ki, əməliyyat icra olunur. Mirheydər onlara demişdir ki, əməliyyat 1-2 saata icra olunacaqdır. Onlar ona görə birlikdə nahar etməyi təklif etmişlər və Oğuz rayonu Calut kəndi ərazisində yerləşən “Ellisium” adlı restorana getmişlər. Oraya dostları Elmir və Ayazı da dəvət etmişlər, orada oturub birlikdə nahar etmişlər. Sahil öz telefonunda pulun köçüb-köçmədiyinə baxıb onlara məlumat verəcək idi. Lakin həmin müddət ərzində pul hesaba köçməmişdir. Onlar Oğuz şəhərinə notariusun qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs orada Anara narahat olmamağını, başqa avtomobillər də alarkən pulunu köçürmə yolu ilə etdiyini, gün ərzində köçürdüyü məbləğin hesaba oturacağını bildirdikdə onlar da Mirheydərə inanmışlar və Anar notariusa girərək Təqsirləndirilən şəxs adına baş etibarnamə vermişdir. Bundan sonra Mirheydər və Nəbi Anarın avtomobilini götürüb getmişlər. Avtomobili də Mirheydər özü idarə edib aparmışdır. Gün ərzində hesaba pul köçmədiyindən səhəri gün Anar telefon vasitəsi ilə Mirheydərə pulun köçmədiyini bildirdikdə Mirheydər isə onların hesabında problem olduğunu bildirərək pulu gətirib gələcəyini demişdir. Bu formada Mirheydər Anarı bir neçə gün aldatmışdır. X32 pul vermək fikrinin olmadığını görüb Şəki-Asan xidmətində fəaliyyət göstərən notariusa gedərək Təqsirləndirilən şəxs verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Həmin vaxt Mirheydər X1 adına verdiyi etibarnamə də ləğv olunmuşdur. Bundan sonra X47 Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bununla əlaqədar Oğuz rayonu Polis Şöbəsindən Anarla əlaqə saxlanılmış və Anar Oğuz RPŞ-nə dəvət edilmişdir. Anar Oğuz RPŞ-nə gəlib izahat vermiş, həmçinin şikayət ərizəsi yazmışdır. Bundan sonra onlar həm Mirheydərlə, həm də Mirheydərin yanında olan Nəbi adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayıb onlara onlardan şikayət etdiklərini və etibarnaməni ləğv etdirdiklərini bildirmişlər. Mirheydərin yanında olan Nəbi adlı şəxsin telefon nömrəsini o, Nəbinin özündən götürmüşdür. Mirheydər onlarla görüşə gəlməmək üçün bəhanələr gətirsə də Nəbi onlarla görüşməyə razılıq vermişdir. 05 iyun 2022-ci il tarixdə onun özü, Anar və Elmir birlikdə Sumqayıt şəhərinə gedib avtomobilin satıldığı X20 yaşadığı evdə tapmışlar və Musaya “Mercedes Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı gəldiklərini, həmin avtomobili Anardan alan şəxsin pulunu ödəmədiyini, ona görə də Anarın verdiyi etibarnaməni ləğv etdirdiyini bildirdikdə Musa adlı şəxs pulunu verib maşını aldığını və etibarnaməni ləğv etdirdiyinə görə Anara narazılığını bildirib onlarla mübahisə etmişdir. Anar təkrarən DİN-in 102 xidmətinə müraciət etdikdən sonra onları Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən 1-ci polis bölməsinə dəvət etmişlər. Orada hadisə barədə polisə məlumat vermişlər. Musanın yanındakı şəxs onlara mobil telefonunda olan avtosalonun videogörüntülərini göstərib bildirmişdir ki, Anarın avtomobilini pulunu verərək alıblar və həmin vaxt Təqsirləndirilən şəxs tərəfindən Musa Musazadənin adına baş etibarnamə verilmişdir. Həmin videogörüntülərə baxanda görmüşlər ki, avtomobili satıb pul alan şəxs Şahid1dir və Nəbinin yanında başqa bir nəfər də vardır. Videogörüntüləri onlara göstərən şəxs demişdir ki, Nəbinin yanındakı Nəbinin qardaşıdır. Lakin həmin şəxslərin bir-birilərini əvvəlcədən tanıyıb-tanımadıqlarını bilməmişlər. Bundan sonra o, Nəbi ilə telefonla danışıb Nəbini Bakı şəhərinə 20 Yanvar metrosunun yanına çağırıb onunla görüşmək istədiyini bildirdikdə Nəbi də razılaşmışdır. O, polis əməkdaşları ilə Bakı şəhərinə 20 Yanvar metrosunun qarşısına getmiş, Anar və Elmir isə polis bölməsinin yanında dayanmışlar. Nəbi gəlib onunla görüşəndə polis əməkdaşları Nəbini saxlayıb polis bölməsinə gətirmişlər. Polis bölməsində Nəbi Anarın avtomobilinin pulunu özünün ödəyəcəyinə söz vermişdir. Buna görə də Anar təkrarən Musa Musazadənin adına baş etibarnamə vermiş və onlar sonra Oğuz rayonuna qayıtmışlar. Sonradan Nəbi də izahatının alınması üçün Oğuz rayonu Polis Şöbəsinə gətirilmişdir. Orada da Nəbi ilə olan görüş zamanı maşının pulunu Anara özünün ödəyəcəyinə Nəbi söz versə də Nəbinin dediyi vaxtda avtomobilin pulu ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun kiçik qardaşıdır. Qardaşı Xəqani özünə məxsus olan “Kia Rio” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini satmaq üçün «Turbo.az» saytına elan yerləşdirib avtomobilin satış qiymətinin 15.300 manat olduğunu yazmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində ***-***-**-** mobil nömrəsindən qardaşının istifadəsində olan ***-***-**-** mobil nömrəsinə özünü Mirheydər kimi təqdim edən şəxs saytda gördüyü həmin avtomobili bəyəndiyini və avtomobilə baxmaq istədiyini deyərək Xəqani ilə görüşmək istədiyini bildirdiyi üçün xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində atası, onun özü, qardaşı Xəqani və Xəqanin dostu Kamillə birlikdə Təqsirləndirilən şəxs ilə əvvəlcədən razılaşdıqları yerdə, yəni Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin həyətində görüşmüşlər. Təqsirləndirilən şəxs avtomobilə baxdıqdan sonra Mirheydər yenidən avtomobili bəyəndiyini bildirib onun qardaşı Xəqanidən avtomobili 15.300 manata almağına razılaşmışdır. Həmin vaxt Mirheydər onun qardışı Xəqaniyə avtomobilin pulundan ilkin olaraq 2000 (iki min) ABŞ dolları, yəni həmin günün məzənnəsi ilə 3400 manat beh verib alqı-satqı edəndən sonra yerdə qalan pulun da Türkiyədən köçürüləcəyini və bankdan çıxardıb ona verəcəyini bildirdikdə Xəqani Mirheydərin dedikləri ilə könüllü olaraq razılaşmışdır. Bundan sonra həmin gün, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində BDYPİ-də qardaşı Xəqaniyə məxsus “Kia Rio" markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini alqı-satqı yolu ilə rəsmiləşdirərək Mirheydərin yanında olan tanımadığı şəxsin adına keçirtmişlər. Daha sonra Mirheydərlə birlikdə yerdə qalan pulu götürmək üçün Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Kapital Banka getmişlər. Bankda olarkən X36 adlı şəxsə məxsus “Yapı Kredit”dən əldə edilmiş, həmçinin özünə məxsus “Kapital Banka” aid plastik kartları göstərək bildirmişdir ki, bu kartlara Türkiyədən pul köçürüləcək və o da həmin puldan avtomobilin yerdə qalan pulunu Xəqaniyə verəcək. Mirheydər onun qardaşı Xəqaninin ona inanmadığını görüb həmin plastik kartları, özünə məxsus şəxsiyyət vəsiqəsini və idarə etdiyi “BMW” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini könüllü olaraq Xəqaniyə vermişdir. Daha sonra Mirheydər bildirmişdir ki, pul onun qardaşı Xəqaninin kart hesabına köçürüləcək və həftənin birinci gününə kimi, yəni xx.xx.2022-ci il tarixədək onu gözləməsini Mirheydər qardaşı Xəqanidən xahiş etdikdə qardaşı Xəqani də Mirheydərlə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində qardaşı Xəqani avtomobilin pulunu almaq məqsədi ilə Mirheydərin mobil nömrəsinə zəng etmiş və Mirheydər isə müxtəlif bəhanələr gətirərək Xəqanini aldatmışdır. Belə ki, onun özü də Mirheydərin mobil telefonuna zəng etmiş və Mirheydərin danışığından başa düşmüşdür ki, Mirheydərin dedikləri yalandır və müxtəlif bəhanələrlə qardaşı Xəqaninin pulunu verməkdən yayınır. Qardaşı Zərərçəkmiş şəxs2 Mirheydərin pulu vermədiyinə görə məcbur olub polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində şahid qismində dindirilmiş Şahid5 göstərdiyi xüsusatları bir daha təsdiqləyərək əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi hadisə baş verməmişdən 1 gün öncə tanımışdır. Dostu Xəqani ona maşınını satmaq istəyirdi. Təqsirləndirilən şəxs də həmin gün Montin ərazisinə gələrək maşına baxmış və almaq istədiyini bildirmişdir. Maşının qiymətini 15500 manat olaraq razılaşdırmışlar. Sonrakı gün Bakı şəhəri Baş Polis İdarəsinə getmişlər. Oraya Orxan adlı şəxs də gəlmişdir. Mirheydər 2000 ABŞ dolları məbləğindəki pulu nağd verəcəyini, pulun qalan hissəsini isə karta köçürəcəyini bildirmişdir. Daha sonra karta köçürmə etmələri üçün Mirheydər Xəqaninin qardaşı ilə birlikdə banka getmişdir. Lakin həmin məbləğ karta köçürülməmişdir. Sonrakı gün Mirheydər Gənclik ərazisinə gəlmiş və maşın bazarına gedərək oradan kart götürmüşdür. Həmin kartı Nərimanov rayonu ərazisində yerləşən bankomata salacağını və oradan pul çıxaracağını demişdir. Sonra isə ondan pulu ala bilmədiklərindən, Mirheydərin dələduzluq etdiyini başa düşmüşlər. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış və həmin şəxslə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs isə 1 ilə yaxındır ki, tanıyır və həmin şəxslə tanışlıq münasibəti vardır. Mirheydəri Bakı şəhərində avtoyuma məntəqəsində işlədiyi üçün həmin məntəqədə o, avtomobil yudurdarkən tanımışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində olarkən Mirheydər ona bildirmişdir ki, bir xeyir işlə bağlı Oğuz rayonuna getməlidir və ona yol yoldaşlığı eləməyini ondan istədikdə onun da heç bir işi olmadığından Mirheydərlə birlikdə getməyə razılaşmışdır. Mirheydər taksi danışmış və axşam üstü Bakı şəhərindən yola çıxmışlar. Onlar Oğuz rayonuna gəlib onun əvvəlcədən tanımadığı şəxslərlə görüşmüşdür. Həmin şəxslər pivə içsələr də onun özü dinlə məşğul olduğu üçün onların masasına əyləşməmişdir. Mirheydər həmin şəxslərlə söhbət edib qurtarandan sonra onlar Mirheydərlə onu otelə aparmışlar və həmin gecəni Mirheydərlə oteldə qalmışdır. Növbəti gün günorta onlar yenidən Mirheydərin əvvəlki gün görüşdüyü, əvvəlcədən tanımadığı, adlarının sonradan Anar, Orxan və Elmir olduğunu öyrəndiyi şəxslərlə görüşmüşlər. Həmin şəxslər Mirheydərlə onu nahara dəvət etmişlər. Orada o, bilmişdir ki, Mirheydər Anar adlı şəxsə məxsus “Mercedes” markalı, **- RT-*** nömrəli minik avtomobili 11800 manata satın almaq barədə razılaşmışdır. Lakin onun özü həmin proseslərdə iştirak etməmişdir. Onlar yemək yeyəndən sonra Oğuz şəhərində notariusa getmişlər və orada Anar Mirheydərin adına etibarnamə vermiş, sonra o və Mirheydər həmin avtomobillə Bakı şəhərinə getmişdir. Sonradan isə nə baş verməsi barədə onun məlumatı olmamışdır. O, polislər tərəfindən saxlanıldıqdan sonra bilmişdir ki, Mirheydər avtomobili alarkən pulunu ödəməyib və sonradan Mirheydər avtomobili başqa şəxsə satıb. Lakin Anar və yanında olan şəxslər avtomobili almaq üçün onun da Mirheydərlə birlikdə gəldiyini əsas gətirərək avtomobilin pulunu ondan istəmişlər. Buna görə də izahatında avtomobili özünün aldığını, pulunu da özünün ödəyəcəyini bildirmişdir. Lakin o, tutulacağını gözləməmişdir, ona görə də hal-hazırda hər şeyi olduğu kimi etiraf etmişdir. Həmçinin, Bakı şəhərinə çatandan sonra Mirheydər ona hüzürlərinin olduğunu bildirib avtomobili Sumqayıt şəhərinə aparıb 8-ci mikrorayonda yerləşən avtosalona təhvil verməyini və sonra pulu ona çatdırmağını ondan xahiş etdikdə o, həmin vaxt qardaşı İmranla Sumqayıt şəhərinə Mirheydərin dediyi avtosalona getmiş, orada bir nəfər adını bilmədiyi şəxs avtomobilə baxıb Mirheydərlə telefon vasitəsi ilə əlaqə saxlamış və Mirheydər də onlayn qaydada etibarnamə vermişdir. Mirheydərlə danışan şəxsi o, tanımamış və həmin şəxslə heç bir ünsiyyəti olmamışdır. Həmin şəxs etibarnamə verildikdən sonra ona 8800 manat pul vermişdir. Sonra isə Mirheydərin xahişi ilə Bakı şəhərinə gedib Yasamal rayonu ərazisində yerləşən “Günəş Petrol” adlı yanacaq doldurma məntəqəsinin yanında 8800 manat pulun hamısını Mirheydərə vermişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun dostudur. Anar özünə məxsus “Mercedes Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədilə “Turbo.az” saytında elan yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o, Anarla əlaqə saxlayarkən maşına baxmaq üçün Bakı şəhərindən alıcı gəldiyini, həmin şəxslərin Oğuz şəhəri H.Əliyev prospektində yerləşən “Senator” adlı çay evində Orxanla birlikdə olduqlarını, özünün də onların yanına getdiyini bildirmişdir. Belə olan halda o da həmin yerə getmişdir. Orada Orxan və tanışı Şahid4 Bakı şəhərindən avtomobili almaq üçün gəlmiş iki nəfər şəxslə olduqlarını görmüşdür. Avtomobili almaq üçün gələn, yəni əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs idi. Onun yanında isə əvvəlcədən tanımadığı Şahid1 var idi. Həmin vaxt Anar özünə məxsus “Mercedes Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlar olan yerə gəlmişdir. Anar avtomobili elanda 12300 manata satdığını göstərmişdir. Təqsirləndirilən şəxs isə avtomobilə baxdıqdan sonra onun qiymətini aşağı etməsi üçün Anarla söhbət etmiş, onunla birlikdə gələn Nəbi adlı şəxs isə kənarda dayanmışdır. Anar və Mirheydər maşının qiyməti ilə bağlı söhbət edərkən Orxan da onların yanında idi. Anar Mirheydərə avtomobili 11800 manata satmağa razılaşmışdır. Həmin vaxt gec olduğu üçün etibarnamə verə bilməmişdir. Buna görə də Mirheydər və Nəbi rayonda qalmalı olmuşlar. Anar, Orxan birlikdə özünə məxsus avtomobillə Mirheydər və Nəbi adlı şəxsləri otelə aparmışdır. O isə getdikdən sonra öz evinə getmişdir. Səhəri gün, yəni xx.xx.2022ci il tarixdə günorta saatlarında o, Anarla əlaqə saxlayarkən ona avtomobili alan şəxsin, yəni Mirheydərin pulu hesaba köçürmək istədiyini, buna görə də Bankda hesab açdırmaq üçün X48 rayon filialına getdiklərini bildirmişdir. O, bundan sonra onların yanına getmişdir. Orada Anar öz adına hesab açdıra bilməmişdir. Onlar Orxanın qardaşı ilə danışıb onun adına açdırmasını xahiş etmişlər və belə olub Anar, Orxan və Mirheydər Orxanın qardaşını banka gətirmək üçün Anarın avtomobili ilə getmişlər. O isə Nəbi adlı şəxslə Bankın yanında dayanmışdır. Onlar Orxanın qardaşı Sahil Əmrahovu banka gətirib onun adına cari hesab açdırmışlar. Hesab açdırdıqdan sonra Mirheydər telefonundan həmin hesaba 11865 manat pul köçürmək üçün əməliyyat etmiş, sms vasitəsi ilə telefonuna gəlmiş kodu təsdiq etmiş və telefonunda görsənmişdir ki, əməliyyat icra olunur. Mirheydər əməliyyatın 1-2 saata icra olunacağını bildirmişdir. Onlar birlikdə nahar etmək qərarına gəlmişlər və hesaba pul köçdükdən sonra Anar Mirheydərə etibarnamə verməli idi. Belə olub Oğuz rayonu Calut kəndi ərazisində yerləşən “Ellisium” adlı restorana getmişlər. Ora Ayazı da dəvət etmişlər və həmin yerdə birlikdə nahar etmişlər. Sahil öz telefonunda pulun köçüb-köçmədiyinə baxıb onlara məlumat verəcək idi. Lakin həmin müddət ərzində pul hesaba köçməmişdir. X37 Bakıya qayıtmalı olduğunu, pulun hesabına köçməsi ilə bağlı narahat olmamasını, həmişə avtomobili alarkən pulu köçürmə yolu ilə etdiyini, gün ərzində pulun hesabına köçəcəyini bildirmişdir. Anar onlarla məsləhətləşmiş və qərara gəlmişlər ki, əgər nəsə başqa bir problem yaranarsa Anar etibarnaməni ləğv etdirə bilər. Bundan sonra Ayaz çıxıb getsə də, onlar Oğuz şəhərinə Notariusun qarşısına gəlmişlər və Anar notariusa girərək Təqsirləndirilən şəxs adına baş etibarnamə vermişdir. Bundan sonra Mirheydər və Nəbi Anarın avtomobilini götürüb getmişlər. Avtomobili də Mirheydər özü idarə edib aparmışdır. Gün ərzində hesaba pul köçməmişdir. Səhəri gün Anar telefon vasitəsi ilə Mirheydərə pulun köçmədiyini, o isə onların hesabda problem olduğunu bildirərək pulu gətirib gələcəyini demişdir. Bu formada Mirheydər Anarı bir neçə gün aldatmışdır. X32 pul vermək fikri olmadığını görüb Şəki Asan xidmətində fəaliyyət göstərən notariusa gedərək Təqsirləndirilən şəxs verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Həmin vaxt Mirheydər X1 adına verdiyi etibarnamə də ləğv olunmuşdur. Bundan sonra X47 Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bununla əlaqədar Oğuz rayonu Polis Şöbəsindən onunla əlaqə saxlanılmış və Oğuz RPŞ-nə dəvət edilmişdir. Anar Oğuz RPŞnə gəlib izahat vermiş, həmçinin şikayət ərizəsi yazmışdır. Bundan sonra onlar həm Mirheydərlə, həm də onun yanında olan Nəbi adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlasalar da onlardan şikayət etdiklərini, etibarnaməni ləğv etdirdiklərini bildirməmişlər. Mirheydərin yanında olan Nəbi adlı şəxsin telefon nömrəsini Orxan onun özündən götürmüşdür. Mirheydər onlarla görüşə gəlməmək üçün bəhanələr gətirsə də, Nəbi onlarla görüşməyə razılıq vermişdir. 05 iyun 2022-ci il tarixdə o, Anar və Orxan birlikdə Sumqayıt şəhərinə gedib avtomobilin satıldığı X20 yaşadığı evdə tapmışlar. Ona “Mercedes Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı gəldiklərini, həmin avtomobili Anardan alan şəxsin pulunu ödəmədiyini, ona görə də Anarın verdiyi etibarnaməni ləğv etdirdiyini bildirmişdir. Xasay adlı şəxs pulunu verib maşını aldığını bildirmiş, etibarnaməni ləğv etdirdiyinə görə Anara narazılığını bildirmiş və onlarla mübahisə etmişdir. Belə olan halda Anar təkrarən DİN-in 102 xidmətinə müraciət etmiş və onlar Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən 1-ci polis bölməsinə dəvət edilmişlər. Orada hadisə barədə polisə məlumat vermişlər. Onlara Musanın yanındakı şəxs mobil telefonunda avtosalonun videogörüntülərini göstərmiş və o, bildirmişdir ki, onun avtomobilini pulunu verərək alıbdır və həmin vaxt Mirheyder Seyidli tərəfindən Musa Musazadənin adına baş etibarnamə verilmişdir. Həmin video görüntülərə baxanda görmüşlər ki, avtomobili satıb pul alan şəxs Şahid1dir. Onun yanında başqa bir nəfər də var idi. Video görüntüləri onlara göstərən şəxs demişdir ki, Nəbinin yanındakı onun qardaşıdır. Lakin həmin şəxslərin bir-birilərini əvvəlcədən tanıyıb-tanımadıqlarını bilməmişlər. Bundan sonra o, Nəbi ilə telefonla danışıb onu Bakı şəhərinə 20 Yanvar metrosunun yanına çağırıb görüşmək istədiyini bildirmişdir. Nəbi də bununla razılaşmışdır. Orxan polis əməkdaşları ilə Bakı şəhərinə, 20 Yanvar metrosunun qarşısına getmişdir. O və Anar isə polis bölməsinin yanında dayanmışlar. Bir müddət sonra polis əməkdaşları Nəbini Polis İdarəsinə gətirmişlər. Polis bölməsində Nəbi Anarın avtomobilinin pulunu özünün ödəyəcəyinə söz vermişdir. Buna görə də Anar təkrardan Musa Musazadənin adına baş etibarnamə vermiş və onlar Oğuz rayonuna qayıtmışlar. Sonradan Nəbi də izahatının alınması üçün Oğuz rayon Polis Şöbəsinə gətirilmişdir. Orada da onunla olan görüş zamanı maşının pulunu Anara özünün ödəyəcəyinə söz versə də dediyi vaxtda avtomobilin pulunu ödəməmiş və hal-hazıradək də ödənilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun dostudur. Anarın özünə məxsus “Mercedes Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədilə “Turbo.az” saytında elan yerləşdirməsi barədə məlumatı var idi. xx.xx.2022-ci il tarixdə axşam üstü o, dostu Şahid2la birlikdə dim. O, ona Anarın maşınına baxmaq üçün Bakıdan kiminsə gəldiyini demişdir. Həmin gün saat 20 radələrində Orxanla birlikdə Oğuz şəhəri Heydər Əliyev prospektində yerləşən “Senator” adlı çay evində olmuşlar. Maşına baxmaq üçün gələn şəxslər Anar elanda Orxanın telefon nömrəsini qoyduğu üçün ona zəng edib onların yanlarına gəlmişlər və Orxan onları qarşılamışdır. Həmin şəxslərin gəlib çatmaları barədə Orxan telefon vasitəsi Anara məlumat vermiş və bir müddət sonra Anar özünə məxsus “Mercedes Benz 240” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlar olan yerə gəlmişdir. Həmçinin onların yanına digər dostları Şahid3 da gəlmişdir. Avtomobili almaq üçün gələn, yəni əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs idi. Onun yanında isə əvvəlcədən tanımadığı Şahid1 var idi. Təqsirləndirilən şəxs avtomobilə baxdıqdan sonra Anarla söhbət etmiş, onunla birlikdə gələn Nəbi adlı şəxs isə kənarda dayanmışdır. Anar və Mirheydər maşının qiyməti ilə bağlı söhbət edərkən Orxan da onların yanında idi. Anar orada Mirheydərə avtomobili 11800 manata satmağa razılaşmışdır. Həmin vaxt gec olduğu üçün Anar etibarnamə verə bilməmişdir. Buna görə də Mirheydər və Nəbi rayonda qalmalı olmuşlar. Orxan Anarla birlikdə ona məxsus avtomobillə Mirheydər və Nəbi adlı şəxsləri otelə aparmışlar. O və Elmir də onlar getdikdən sonra öz evlərinə getmişlər. Sonra baş verən proseslərdə o, iştirak etməmişdir. Lakin məlumatı var ki, Mirheydər telefonunda olan proqram vasitəsi ilə avtomobilin pulunu Anargilin Orxanın qardaşının adına açdıqları hesaba köçürməsi görüntüsü yaratmış və pulun 1-2 saata həmin hesaba köçəcəyini bildirmişdir. Bundan sonra onlar Oğuz rayonu Calut kəndi ərazisində yerləşən “Ellisium” adlı restorana nahar etmək üçün getmişlər ki, həmin müddətdə pul hesaba köçsün. Onlar nahar edərkən onu və Elmiri də dəvət etmişlər və onlar da birlikdə nahar etmişlər. Onlar nahar etdikləri müddətdə Orxanın qardaşı ilə əlaqə saxlayıb pulun hesaba köçdüyü maraqlansalar da o, onlara hesaba pul keçmədiyini bildirmişdir. Lakin Mirheydər pulun hesaba gün ərzində keçəcəyini demişdir. Bundan sonra Anar, Orxan, Mirheydər və Nəbi birlikdə notariusa getmişlər. Həmin vaxt o, onlarla birlikdə getməmişdir. Ümumiyyətlə o, restorandan onlardan əvvəl durub getmişdir. Sonradan ona məlum olmuşdur ki, Anar Mirheydərin adına baş etibarnamə verib, Mirheydər Nəbi adlı şəxslə birlikdə Anarın maşınını götürüb gedib həmin maşını Sumqayıt şəhərində başqa şəxsə satıblar, lakin Anara maşının pulunu ödəməyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs alqı-satqıya qədər tanımamışdır. Dostları ilə oturan zaman avtomobil alqı-satqısından söz düşmüşdür. O, həmişə avtomobil alanda onu rəsmiləşdirmişdir. Sonra maşından başı çıxan adamlarla birlikdə DYPİ-nin ərazisinə getmiş, orada maşına texniki baxış keçirilmiş, orada maşının problemsiz olması, yəni motorunun və sənədlərinin qaydasında olması müəyyən olunduqdan sonra o, dövlət rüsumunuda özü ödəmək şərti ilə avtomobili 10800 manata almışdır. Sonra o, Təqsirləndirilən şəxs xahiş etmişdir ki, maşını Sumqayıt şəhəri, 14-cü məhəllə ünvanına aparıb saxlasın və sonuncuda həmin maşını oraya apardıqdan sonra 10800 manatı sayıb ona vermişdir. Bir neçə gün keçəndən sonra Şahid8la olan zaman yenidən maşın satılmasından xəbəri olmuş və bildirmişdir ki, maşını ala bilər. DYPİ-nin ərazisinə getdikdə özlərini dost kimi təqdim edən Cavid və Mirheydər adlı şəxslərlə rastlaşmışlar və o, sonuncunu səsindən tanımışdır. O, həmçinin bildirmişdir ki, maşın müayinədən keçməmiş ala bilməz. Sonra o, Cavidlə bərabər 9-cu inspektor otağına keçərək alqı-satqı etmişlər, sənədləri imzalamışlar və tərəfindən 6800 manat məbləğində pul ödənilmişdir. O, texniki baxış şöbəsinin qarşısında pulu vermişdir Qismətə və o da öz növbəsində pulu sayıb Cavid və Mirheydərə vermişdir. Əgər o, avtomobilin pulunu ödəməsiydi o zaman necə aralarında alqı-satqı müqaviləsi bağlana bilərdi. Hətta o, öz nömrəsinidə Cavidə vermişdir. Həmin vaxtı uşağı xəstə olduğundan o, Bakıya getməli olmuş və yenidən maşın Sumqayıt şəhəri ərazisinə aparılmışdır, bundan sonra onun həmin şəxslərlə heç bir əlaqəsi olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs7 axşam saatlarında ona zəng edərək görüşmək üçün Sumqayıt şəhərinə gəlmək istədiklərini dedikdə o, həmin şəxsin Mirheydərlə aralarında mübahisə olduğunu hiss etmişdir. Lakin o, atasının xəstəliyi ilə əlaqədar Beyləqan rayonunda olduğundan onlara hal-hazırda Sumqayıtda olmadığını və həftənin 2-ci günü qayıdacağını bildirmişdir. Baba adlı şəxs ondan Mirheydərin maşını ona borc müqabilində verib-vermədiyini soruşmuş və o, öz növbəsində maşının ona borc müqabilində verilmədiyini, maşının pulunun tərəfindən ödənildiyini bildirmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, özü Mirheydərə bütün səlahiyyətləri verən baş etibarnamə vermişdir və sonuncuda onun əsasında avtomobili satmışdır, aralarında olan məsələni ya özləri həll etsinlər, ya da ki o, həftənin 2-ci günü gələcək birlikdə danışarlar. Daha sonra aralarında olan danışıqlar zamanı o, Babaya ödədiyi pulun ona qaytarılması müqabilində maşını qaytaracağını bildirmişdir. Bundan əlavə mülki iddialarla bağlı ikinci dəfə şahid qismində dindirilmiş Şahid7 o qeyd etmişdir ki, avtomobilləri Təqsirləndirilən şəxs almışdır, həmin maşınların mülkiyyətçiləri başqa şəxslər olmuşdur. Təqsirləndirilən şəxs baş etibarnaməsi olmuşdur. BDYPİ-nin ərazisində avtomobillərə baxış keçirmişdir. Gözləri görmədiyi üçün Mirheydər ona kömək etmiş və bir yerdə BDYPİ-də bütün otaqlardan keçmişlər. Mülki iddaya etiraz etmiş, vicdanlı alıcı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, Şahid7 2009-cu il tarixdən tanıyır. Belə ki, həmin vaxtlarda o, ailə üzvləri ilə birlikdə Şahid7 qardaşına məxsus Sumqayıt şəhəri, 26-cı məhəllədə olan evində təxminən 1 ilə yaxın hər ayı 150 manat pula kirayədə qalmışdır. Həmin ərəfələrdə o, hər ay 150 manat pulu Şahid7 vermişdir. Bununla yanaşı olaraq Şahid7 ilə həmin ərəfələrdə onun yaxın münasibətləri yaranmışdır. Şahid7 hər iki gözlərindən 1 qrup əlil olduğundan ara-sıra o, ona köməklik edir. Belə ki, onun Şahid7 ilə yaxşı münasibətləri olduğundan o, onunla Sumqayıt şəhərində nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olur. Bununla yanaşı olaraq Şahid7 ona bildirmişdir ki, yaxşı vəziyyətdə nəqliyyat vasitəsi olarsa özünə almaq istəyir. Şahid7 almaq istədiyi nəqliyyat vasitəsinin “Mersedes” markalı olmasını və təxminən əlində real olaraq 11000 manat pulunun olduğunu bildirmişdir. O, Şahid7 bildirmişdir ki, yaxşı nəqliyyat vasitəsi olarsa bu barədə bildirəcək. xx.xx.2022-ci il tarixdə o, Şahid7 bildirmişdir ki, tanışı və Sumqayıt şəhərindən olan Ramin Namazov ona bildirir ki, qaynı Təqsirləndirilən şəxs 11000 manat pul müqabilində “Mercedes-Benz E220 CDİ” markalı Az **-GJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi vardır. Bundan sonra o, Şahid7 bildirmişdir ki, “Mersedes-Benz E220 CDİ” markalı Az **-GJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxsın əgər yaxşıdırsa həmin nəqliyyat vasitəsini alsınlar. Daha sonra o, Şahid7 bildirmişdir ki, nəqliyyat vasitəsinə baxıb və almaq üçün real olaraq yararlıdır. Beləliklə də xx.xx.2022-ci il tarixdə Şahid7 ilə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinə gedərək “Mersedes-Benz E220 CDİ” markalı Az **-GJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs alaraq Şahid7 adına keçirməklə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini almışdır. Bundan sonra onun vacib işi olduğundan getmişdir. Şahid7 isə Ramin Namazov və Təqsirləndirilən şəxs ilə birlikdə “Mersedes- Benz E 220 CDİ” markalı Az **-GJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhərinə gəlmişdir. Bundan sonra Şahid7, Ramin Namazov və Təqsirləndirilən şəxs ilə bılrikdə Sumqayıt şəhərində olan Monalit çay evində əyləşərək çay içmişdirlər. Həmin zaman Şahid7 11000 manat pulu çıxararaq ona vermiş və o da öz növbəsində həmin pulu qəbul edərək Təqsirləndirilən şəxs vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə Şahid7 halallaşaraq öz yoluna davam etnişdir. O isə “Mersedes-Benz E 220 CDİ” markalı Az **-GJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərək Şahid7 yaşadığı mənzilə aparmış və həmin ünvandan da yaşadığı mənzilə getmişdir. xx.xx.2022-ci il tarixdə Şahid7 Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda ona baş etibarnamə vermişdir ki, gələcəkdə onun adından hərəkət etmək səlahiyyəti olsun. Həmçinin həmin ərəfədə X26 onlara qonaq gəlmiş və söhbət əsnasında həyətdə Şahid7 məxsus “Mersedes-Benz E220 CDİ” markalı Az **-GJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini görərək bildirmişdir ki, həmin nəqliyyat vasitəsi əvvəllər onda olub. Bununla yanaşı olaraq X26 ona bildirmişdir ki, dayısı Hüseyn “Mersedes” markalı nəqliyyat vasitəsi axtarır və əgər həmin nəqliyyat vasitəsi Şahid7 tərəfindən satılarsa dayısı Hüseyn üçün alar və ondan xahiş etmişdir ki, bu barədə Şahid7 bildirsin. Bundan sonra o, X15 xahişini Şahid7 bildirmiş və o da öz növbəsində “Mersedes-Benz E220 CDİ” markalı Az **-GJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 13000 manat pula satdığını demişdir. Beləliklə də Şahid7 X21 “Mersedes-Benz E220 CDİ” markalı Az **-GJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 13000 manat pula satmışdır. Həmin vaxtı o, X21 baş etibarnamə vermişdir ki, nəqliyyat vasitəsini alan şəxsin həmin avtomobil üzərində səlahiyyəti olsun. Təxminən bir neçə gün sonra o, Şahid7 bildirmişdir ki, X15 dayısı Hüseyn “Mersedes- Benz E220 CDİ” markalı Az **-GJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini bəyənməmişdir. Səbəb isə avtomobildə bəzi qüsurlar olması olmuşdur. Beləliklə də o, bu barədə Şahid7 bildirmiş və oda ona demişdir ki, hazırda qardaşı oğlu X8 məxsus “Mersedes” markalı nəqliyyat vasitəsi ilə İmişli və Fizuli rayonlarına getdiyindən və Sumqayıt şəhərində olmadığından, həmin nəqliyyat vasitəsini saxlancda saxlasın. Şahid7 Sumqayıt şəhərinə qayıtdıqdan sonra X21 telefon zəngi edərək onunla görüşmək istədiyini bildirmişdir. Lakin hazır ki, vaxta qədər Şahid7 X26 ilə görüşməmişdir və “Mersedes-Benz E220 CDİ” markalı Az **-GJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılması ilə bağlı aldığı 13000 manat pulu geri ala bilməmişdir. Təqsirləndirilən şəxs izahatında yalan göstərmişdir Novruzov əfadar Aydın oğlu ona 11000 manat borca pul verməmişdir. Şahid7 onun vasitəsi ilə 11000 manat pul ödəyərək “Mersedes-Benz E220 CDİ” markalı Az **-GJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini almışdır. “Mersedes-Benz E220 CDİ” markalı Az **-GJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Şahid7 mülkiyyətindədir və o, X21 verdiyi etibarnaməni ləğv etdirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şahid9 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Həmçinin onun barəsində məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə qərarı qəbul edilmiş, lakin Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda Şahid9 yerinin müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, fərdi qayda da maşın alveri ilə məşğul olur. Bu alverdə heç kimlə şərikliyi yoxdur. Mirheydər Seyidov adlı şəxsi BDYPİ-nin həyətində olan çayxanada görüb tanımışdır. Mirheydər onunla söhbət edərkən onun maşın alveri ilə məşğul olduğunu bildiyindən Mirheydərin “BMW F10” markalı maşınının olduğunu və həmin maşını əl krediti ilə satmaqda ona köməklik etməyini Mirheydər ondan xahiş etmişdir. Mirheydərin xahişini nəzərə alıb Mirheydərə həmin maşını satmaqda köməklik etmişdir. Bundan bir müddət sonra, yəni 11 aprel 2022-ci il tarixdə Mirheydər onun mobil telefonuna zəng edərək ondan harada olduğunu soruşduqda Mirheydərə BDYPİ-nin həyətində çayxanada çay içdiyini bildirmişdir. Mirheydər telefonda ona 2007-ci il buraxılışlı “Toyota Corolla” markalı avtomobilinin olduğunu və həmin avtomobili 10500 manata satdığını və alıb-almaq istəmədiyini ondan soruşduqda Mirheydərə avtomobili gətirib baxacağını, əgər xoşu gəlsə razılaşıb alacağını demişdir. Mirheydər tanımadığı bir nəfər oğlanla onun olduğu yerə, yəni Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən BDYPİ-nin həyətinə həmin “Toyota Corolla” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Söhbət zamanı o, Mirheydərin yanında olan oğlanın avtomobilin sahibi olduğunu başa düşmüşdür. Həmin avtomobilə baxıb bəyənmiş, Mirheydərlə olan danışığa görə 10000 manata razılaşmışlar. Mirheydər ona 7000 manatı avtomobilin sahibinə verməsini və yerdə qalan 3000 manatı isə özünə verməli olduğunu dedikdə Mirheydərlə razılaşmışdır. Mirheydər avtomobilin sahibi sonradan adını bildiyi Elnur adlı şəxsə demişdir ki, 7000 manatı ona verəcək, Elnur razılıq verdiyi üçün o, da 7000 manatı Elnura vermişdir. Avtomobili sənədləşdirdikdən sonra BDYPİ-nin həyətindən çölə çıxıb 3000 manatı Mirheydərə vermiş və orada aldığı həmin avtomobilə oturub çıxıb getmişdir. Sonradan eşitmişdir ki, Mirheydər avtomobilin sahibinin pulunu verməyib və 6200 manat borcu qalıb. Mirheydərlə avtomobilin sahibi Elnurun arasında olan danışıqlardan onun heç bir xəbəri olmamışdır. O, pulunu verib həmin avtomobili almış və **-FX-*** dövlət qeydiyyat nişanlı həmin avtomobili xx.xx.2022-ci il tarixdə bir nəfərə satmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində qeyd etmişdir ki, “Toyota Corolla” markalı avtomobil hal hazırda məndədir. Avtomobilin nömrəsi **-CD- ***-dır. Avtomobili “Turbo.az” saytından tapmışdır. Elanı Vüqar adlı şəxs yerləşdirmişdir. Vüqarın həmin avtomobilin mülkiyyətçisi və ya etibarnamə ilə idarə etməsi barədə heç bir məlumatı yoxdur.. Vüqar bildirmişdir ki, avtomobil onundur, bununla əlaqədar olaraq BDYPİ-nə getmişlər, lakin avtomobilin qeydiyyat şəhadətnaməsinin onun adına olubolmamasına fikir verməmişdir. Vüqara ilə alqı-satqı edərəl avtomobili almışdır. Avtomobili 12.000 manata almışdır. Hal hazırda Vüqarla heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid11 ifadəsində qeyd etmişdir ki, avtomobilin hazırkı nömrəsi **-CM-***, markası “KİA Pride”-dir. Avtomobili Zöhrab adlı şəxsdən almışdır. Zöhrabın anket məlumatlarını bilmir, adi alverçi kimi tanımışdır. Avtomobilə Zöhrab tərəfindən baş etibarnamə verilmişdir. Avtomobilin pulun yoldaşı vermişdir və həmin gün avtomobili onun adına almışlar. Avtomobili 06.07 tarixdə almışdır. Avtomobili alarkən Zöhrabdan avtomobili niyə etibarnamə əsasında satdığını soruşmamışlar, çünki düşünmüşlər ki bu normal bir haldır. Mülki iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 04 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Oğuz rayonu, Ş.İ.Xətai küçəsində yerləşən notariat binasının qarşısına baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, lakin texniki problemlərə görə fotoşəkillər protokola əlavə olunmamışdır (cild 1, i.v. 8-10); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 14 may 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (cild 1, i.v. 97); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 98); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-681/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 ay 04 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 99-103, 273-277; cild 3, i.v. 247-249); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, i.v. 116-117); cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş və eyni icraatda birləşdirilmiş cinayət işi ********* nömrəsi altında Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılmışdır (cild 1, i.v. 148-151); hadisə yerinə baxış keçirilməsi haqqında 19 aprel 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən BDYPİ-nin həyətinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur (cild 1, i.v. 168-170); Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış kredit müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək 6200 manat məbləğində pulu geri qaytarmağı öz öhdəliyinə götürmüşdür (cild 1, i.v. 187); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 201); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 211); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 17 may 2022-ci il tarixli qərardan görünür ki, X16 cinayət işi üzrə Zərərçəkmiş şəxs3 nümayəndəsi qismində tanınmışdır (cild 1, i.v. 212-213); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 223); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir (cild 1, i.v. 237; cild 3, i.v. 210-211); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 238); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 1, i.v. 239-240); axtarışda olan şəxsin tutulması haqqında 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Binəqədi RPİ-nə gətirilmiş, üzərinə baxış keçirilmiş, əynindəki şalvarının sağ cibindən 9900 manat pul yüz manatlıq əskinazlarla və şalvarının sol cibindən “İphone X” markalı mobil telefon aşkar edilərək götürülmüşdür (cild 1, 245); Zərərçəkmiş şəxs6 Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisində verdiyi **********413 saylı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs verdiyi və reyestrdə 7E-6960 nömrəsi ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir (cild 2, i.v. 23); “YapıKredi Bank” Azərbaycandan əldə olunmuş çıxarışın ekran görütüsündən görünür ki, Zərərçəkmiş şəxs6 hesabına köçürülməli olan 17136 manat məbləğində pulun gözləmə statusunda olması qeyd olunmuşdur (cild 2, i.v. 27); Saatlı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X27 tərəfindən tərtib edilmiş diskə baxış haqqında 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı Zərərçəkmiş şəxs6 məxsus 2007-ci il buraxılışlı, “Mercedes E220” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınmasına görə Elmin X3 11000 manat pul vəsaiti verməsi müəyyən olunmuşdur (cild 2, i.v. 47-48); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 20 iyun 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, “Mercedes E220” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur (cild 2, i.v. 51-60); hadisə yerinə baxış keçirilməsi haqqında 11 iyun 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 29 ünvanında yerləşən “№1 Cars” avtosalonunun qarşısına baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur (cild 2, i.v. 78-79); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 93); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-1628/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs4 məxsus “Changan” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur (cild 2, i.v. 119- 122); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-1629/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X17 məxsus “Kia Pride” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur (cild 2, i.v. 123-126); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-1627/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X5 məxsus “Toyota Corolla” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur (cild 2, i.v. 127-129); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 2, i.v. 131-133); xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs6 “Mercedes E220” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müstəntiq Həsənbəy Şərifovdan təhvil almışdır (cild 2, i.v. 156); xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə ona dəymiş 9900 manatını müstəntiq Həsənbəy Şərifovdan təhvil almışdır (cild 2, i.v. 157); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 192); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (cild 2, i.v. 221-224); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-422/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 gün olmaqla, 11 sentyabr 2022-ci il tarixədək uzadılmışdır (cild 2, i.v. 257- 262); cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilməklə ********* nömrəsi altında ibtidai istintaqı aparılmışdır (cild 3, i.v. 1-3); cinayət işinin başlanılması haqqında 24 may 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün cinayət işi Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir (cild 3, i.v. 7-8); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 04 aprel 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, “Mercedes Benz” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur (cild 3, i.v. 21-25); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, i.v. 68); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 3, i.v. 111-112); ibtidai istintaq müddətinin uzadılması haqqında 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla, 05 ayadək, yəni 11 noyabr 2022-ci il tarixədək uzadılmışdır (cild 3, i.v. 139-141); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1006/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay 29 gün olmaqla, 10 noyabr 2022-ci il tarixədək uzadılmışdır (cild 3, i.v. 149-154); cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında 07 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* və ********* saylı cinayət işləri bir icraatda birləşdirilməklə icraata qəbul olunmuşlar və cinayət işinin ibtidai istintaqı ********* nömrəsi altında aparılmışdır (cild 3, i.v. 165-167); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (cild 3, i.v. 171); hadisə yerinə baxış keçirilməsi haqqında 28 may 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs8 məxsus telefonun ələ keçirildiyi Abşeron rayonu, Masazır kəndi, Zəngilan şəhərciyinin qarşısına baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur (cild 3, i.v. 181-183); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, i.v. 199); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 3, i.v. 214-215); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 3, i.v. 217); təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması nəzərə alınmışdır (cild 4, i.v. 25-26); sübutların qiymətləndirilməsi haqqında 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi, Şahid1, X14, X13, Şahid7, Şahid9, X19 və Zərərçəkmiş şəxs5 barəsində Azərbaycan Respublikası CM-nin 178, 194 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən X11 məxsus “Opel Vectra” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ələ keçirilməsi faktı ilə ağlı material ayrılmış və Qax RPŞ-nin İQ-na göndərilmişdir, Zərərçəkmiş şəxs5 qarşı edilən dələduzluq epizodu ilə bağlı Təqsirləndirilən şəxs əməli təkrarlıq əlaməti ilə tövsif olunmuş, Zərərçəkmiş şəxs2 götürülmüş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, "xxxx" ASC tərəfindən verilmiş **********575981 nömrəli elektron bank hesabı kartı, Hakan Altuna məxsus “Yapı Kredi” bank tərəfindən verilmiş ********* nömrəli elektron hesab kartı və “BMW” markalı, “528İ” modelli, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid BA164853 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi cinayət işi üzrə maddi sübut kimi tanınmış, sənədlər və bank kartları iş materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxslərin dindirmə protokolları, şahidlərin dindirmə protokolları, Təqsirləndirilən şəxs adına verilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamələr cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişlər, Zərərçəkmiş şəxs4 məxsus “Changan” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin, X17 məxsus “Kia Pride” markalı **-CL-*** (köhnə dövlət qeydiyyat nişanı **-BP-***) dövlət qeydiyyat nişanlı minik avtomobilinin, X5 məxsus “Toyota Corolla” markalı **-CT-*** (köhnə dövlət qeydiyyat nişanı **-FX-***) dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması nəzərə alınmışdır (cild 4, i.v. 77-115); təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan olunması haqqında 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 4, i.v. 124-129); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1261/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün olmaqla, 30 noyabr 2022-ci il tarixədək uzadılmışdır (cild 4, i.v. 216-224); Zərərçəkmiş şəxs6 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir, iş üzrə yüngül cəza təyin edilməsini xahiş edir. Şəki rayon məhkəməsinin 03 mart 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsindən görünür ki, ona vurulmuş 11.800 manat zərərin və dövlət rüsumuna görə ödədiyi 126 manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavədən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia ərizəsinə dəqiqləşmə verərək ona məxsus “Mercedes Benz 240” markalı, 10RT499 dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh Təqsirləndirilən şəxs (və ya onun satdığı digər şəxslərdən) alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddia ərizəsindən görünür ki, ona vurulmuş 6750 manat zərərin və dövlət rüsumuna görə ödədiyi 88 manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Changan SG7151F markalı, ** OE *** dövlət qeydiyyat nişanlı ona məxsus olan avtomobil dələduzluq yolu ilə cinayət törədilərkən əldə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq ona məxsus avtomobillərin ona geri qaytarılmasını xahiş edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddia ərizəsindən görünür ki, ona vurulmuş 6200 manat zərərin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Toyota Carolla markalı ** FX *** dövlət qeydiyyat nişanlı ona məxsus olan avtomobil dələduzluq yolu ilə cinayət törədilərkən əldə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq ona məxsus avtomobillərin ona geri qaytarılmasını xahiş edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 mülki iddia ərizəsindən görünür ki, ona vurulmuş maddi zərərə görə 2500 manat, mənəvi zərərə görə 500 manat və dövlət rüsumuna görə ödədiyi 45 manat, cəmi 3045 manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 mülki iddia ərizəsindən görünür ki, ona vurulmuş maddi zərərə görə 17200 manat, mənəvi zərərə görə 5000 manat cəmi 22200 manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 ərizəsindən görünür ki, X46 CDİ markalı ** GJ *** dövlət qeydiyyat nişanlı ona məxsus olan avtomobil dələduzluq yolu ilə cinayət törədilərkən əldə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq ona məxsus avtomobillərin ona geri qaytarılmasını xahiş edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsindən görünür ki, 15000 manat maddi zərərin və ya ** BP *** dövlət qeydiyyat nişanlı KİA Pride markalı maşının geri qaytarılmasına göstəriş verilməsini xahiş edir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(001)-1627/2022 saylı qərarından görünür ki, ********** nömrəli cinayət işi üzrə X2 olduğu Toyota Corolla markalı ** CT *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuş, əmlak üzərinə həbs qoyulması haqqında qərarın cinayət işi mahiyyəti üzrə həll olunanadək qüvvədə olması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(001)-1628/2022 saylı qərarından görünür ki, ********** nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 sahib olduğu Changan markalı ** OE *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuş, əmlak üzərinə həbs qoyulması haqqında qərarın cinayət işi mahiyyəti üzrə həll olunanadək qüvvədə olması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə tətbiq olunmuş 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının müddəti hazırki cinayət işi üzrə həbs etmənin əvvəlinin hesablandığı xx.xx.2016-cı il tarixədək müddətə cəzasının müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Şəki rayon məhkəməsi tərəfindən Naxçıvan MR Daxili İşlər Nazirliyinin DYPİ-nə xx.xx.2015-ci il tarixdə göndərilmiş və hal hazırda xx.xx.2015-ci il tarixli, 1(075)-25/2015 saylı hökmünün surəti və vət. Təqsirləndirilən şəxs məxsus B kateqoriyalı AE855581 nömrəli sürücülük vəsiqəsi Naxçıvan MR DİN-nin DYPİ-nin Qeydiyyat-imtahan və texniki baxış şöbəsində saxlanılır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarına əsasən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş vəsatət təmin edilərək cinayət işi üzrə Şahid7 mülkiyyətində olan Mercedes Benz E220 CDİ markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarına əsasən zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş vəsatət təmin edilərək cinayət işi üzrə Şahid10 mülkiyyətində olan Mercedes Benz 240 markalı, ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Zərərçəkmiş şəxs6 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmiş, nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, KİA Pride markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki dövlət qeydiyyat nişanı ** CL ***, “Mercedes Benz 240” markalı, 10RT499 dövlət qeydiyyat nişanlı avtomobilin hazırda dövlət qeydiyyat nişanı ** EB *** olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini(CM-59.1.14), ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Şəki rayon məhkəməsinin 03 mart 2015-ci il tarixli hökmü ehtiyatsızlıqdan törədilmiş cinayət olduğundan, eyni zamanda ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması cəzalarının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, onlara dəymiş ziyanıın ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 10 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 66-cı bəndinə əsasən cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin, CPM-in 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, CPM-in 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. CPM-in 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət Məcəlləsinin 99-3-cü maddəsində də xüsusi müsadirə məsələsi həll olunarkən müsadirə edilmiş əmlak hesabına ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsi imperativ qaydada təsbit edilmişdir. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübuta yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Həmin Qərarın 80-ci bəndinə əsasən xüsusi müsadirə üzrə məsələlər həll edilərkən cinayətin törədilməsində alət və vasitə kimi istifadə olunmuş, lakin qanuni sahibinə qaytarılmalı olan əmlakın, eləcə də cinayət yolu ilə əldə olunsa da (həmin əmlak hesabına əldə edilmiş gəlir olsa da), qanuni sahibinə qaytarılmalı olan əmlakın müsadirəsini istisna edən müvafiq olaraq CM-in 99-1.1.1 və 99-1.1.2-ci maddələrinin müddəaları nəzərdən qaçırılmamalıdır. Həmin Qərarın 81-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsinin tələbinə görə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş, özgəninkiləşdirilməklə və yaxud hər hansı başqa əsasla digər şəxsin (şəxslərin) mülkiyyətinə keçmiş əmlak, əgər bu şəxs (o cümlədən əmlakı hədiyyə kimi və yaxud öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə əldə edən) vicdanlı əldə edəndirsə müsadirə edilə bilməz. Qeyd olunan müddəalar təfsir edilərkən onu nəzərə almaq lazımdır ki, CM-in 99- 1.3-cü maddəsində həmin Məcəllənin 99-1.1-ci maddəsinə istinad olunmuş, bu maddədə isə xüsusi müsadirəyə məruz qoyula bilən əmlak sırasından, o cümlədən müsadirə edilməli olan cinayət yolu ilə edilmiş pul və əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər dairəsindən qanuni sahiblərinə qaytarılmalı olan pul vəsaitləri və digər əmlak istisna edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.2-ci maddəsində də təsbit edilmişdir ki, daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər hərracda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Bu o deməkdir ki, özgəninkiləşdirilmiş əmlakın vicdanlı alıcıda qalmasını ehtiva edən CM-in 99-1.3-cü maddəsi qanuni sahiblərlərinə qaytarılmalı olan daşınar əmlakı nəzərdə tutmur. Odur ki, zərərçəkmiş şəxsin cinayətin törədilməsi nəticəsində məhrum olunduğu daşınar əmlakı (məsələn oğurlanmış əşyalar) kimdə, o cümlədən onu əldə etmiş hər hansı şəxsdə aşkarlanmasından asılı olmayaraq qanuni sahibinə qaytarılmalıdır (hərracda özgəninkiləşdirilmiş əşyalar istisna olmaqla). Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə CMnin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Belə ki, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddia ərizələri və onlara əlavə təqdim edərək məhkəmədən onlara dəymiş ziyanın ödənilməsini və ya cinayət yolu ilə onların qanuni sahibliklərindən çıxmış avtomobillərin onlara qaytarılmasını xahiş etmişlər. Eyni zamanda zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 mülki iddia ərizəsi verərək ona vurulmuş maddi zərərə görə 2500 manat, mənəvi zərərə görə 500 manat və dövlət rüsumuna görə ödədiyi 45 manat, cəmi 3045 manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, avtomobillərin mülkiyyətçiləri olmuş zərərçəkmiş şəxslərin iradəsinin ziddinə olaraq həmin avtomobillər onların sahibliyindən çıxdığından zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddia ərizələri təmin edilməli, “Mercedes Benz 240” markalı, 10RT499( hazırda ** EB ***) dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 qaytarılmalı, dövlət rüsumuna görə ödədiyi 126 manat Təqsirləndirilən şəxs tutularaq ona ödənilməlidir. Changan SG7151F markalı, ** OE *** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 qaytarılmalı, dövlət rüsumuna görə ödədiyi 88 manatın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməlidir. Toyota Carolla markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 qaytarılmalı, X46 CDİ markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 qaytarılmalı, KİA Pride markalı 77BP894 (hazırda ** CL ***) dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Bundan başqa, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 mülki iddia ərizəsi verərək ona vurulmuş maddi zərərə görə 2500 manat, mənəvi zərərə görə 500 manat və dövlət rüsumuna görə ödədiyi 45 manat, cəmi 3045 manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 71-ci bəndinə əsasən məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 mülki iddia ərizəsi qismən təmin edilərək vurulmuş maddi zərərə görə 2500 manat, mənəvi zərərə görə 100 manat və dövlət rüsumuna görə ödədiyi 45 manat, cəmi 2645 manat Təqsirləndirilən şəxs tutularaq ona ödənilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 73-cü bəndinə əsasən mülki iddianı təmin etmək üçün təqsirləndirilən şəxsin və yaxud onun törətdiyi cinayətə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsin əmlakı üzərinə həbs qoyulmuşsa, məhkəmə hökmün nəticəvi hissəsində təmin olunmuş tələblər üzrə ödənilməli olan pul məbləğınə uyğun olan dəyərdə üzərinə qoyulmuş həbsin saxlanıldığı əmlakı göstərməlidir. Nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunun 185, 248, 301.2.5, 354.2-ci maddələrinin mənasına görə məhkəməyədək icraatda mülki iddianın təmin edilməsi üzrə tədbirlər görülməmişsə, məhkəmə müvafiq vəsatət əsasında və yaxud öz təşəbbüsü ilə həmin tədbirləri həm hazırlıq iclasında, həm də mülki iddia təmin edildiyi halda məhkəmə baxışının nəticələrinə görə görmək hüququna malikdir. Belə tədbirlərin görülməsi ilə əlaqədar təqsirləndirilən şəxsin və yaxud onun törətdiyi cinayətə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsin əmlakı üzərinə həbs qoyulursa, müvafiq qərar hökmün nəticəvi hissəsində və yaxud hazırlıq iclasının qərarında göstərilməlidir. Odur ki, hazırki iş üzrə KİA Pride markalı 77BP894(hazırda ** CL ***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı, “Mercedes Benz 240” markalı, ** RT *** ( hazırda ** EB ***) dövlət qeydiyyat nişanlı, Changan SG7151F markalı, ** OE *** dövlət qeydiyyat nişanlı, Toyota Carolla markalı ** FX *** dövlət qeydiyyat nişanlı, X46 CDİ markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar- 9900 manat pul vəsaitinin Zərərçəkmiş şəxs5 qaytarılması, Zərərçəkmiş şəxs2 götürülmüş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, Mirheydər Seydiliyə məxsus "xxxx" ASC tərəfindən verilmiş **********575981 nömrəli elektron bank hesab kartı, Hakan Altuna məxsus ”YapıKredi” bank tərəfindən verilmiş ********* nömrəli elektron hesab kartı və “BMW” markalı, “5281” modelli, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə aid BAİ64853 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin cinayət işinin materiallarında saxlanması, “Mercedes E 220” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Zərərçəkmiş şəxs6 qaytarılması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 10 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi təmin edilsin, “Mercedes Benz 240” markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 qaytarılsın, dövlət rüsumuna görə ödədiyi 126 manat Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddia ərizəsi təmin edilsin, “Changan SG7151F markalı, ** OE *** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 qaytarılsın, dövlət rüsumuna görə ödədiyi 88 manat Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddia ərizəsi təmin edilsin, “Mercedes Benz 240” markalı, ** RT ***( hazırda ** EB ***) dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 qaytarılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 mülki iddia ərizəsi təmin edilsin, X46 CDİ markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 qaytarılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi təmin edilsin, KİA Pride markalı ** BP *** (hazırda ** CL ***) dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 qaytarılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 mülki iddia ərizəsi qismən təmin edilsin, 2645 manat Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs8 ödənilsin. İş üzrə KİA Pride markalı 77BP894(hazırda ** CL ***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun, “Mercedes Benz 240” markalı, ** RT *** ( hazırda ** EB ***) dövlət qeydiyyat nişanlı, Changan SG7151F markalı, ** OE *** dövlət qeydiyyat nişanlı, Toyota Carolla markalı ** FX *** dövlət qeydiyyat nişanlı, X46 CDİ markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması nəzərə alınsın. İş üzrə maddi sübutlar- 9900 manat pul vəsaitinin Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs2 götürülmüş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, Mirheydər Seydiliyə məxsus "xxxx" ASC tərəfindən verilmiş **********575981 nömrəli elektron bank hesab kartı, Hakan Altuna məxsus ”YapıKredi” bank tərəfindən verilmiş ********* nömrəli elektron hesab kartı və “BMW” markalı, “5281” modelli, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə aid BAİ64853 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. “Mercedes E 220” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Zərərçəkmiş şəxs6 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-48/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-48/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver