Məhkəmə qərarları › İş №1(011)-480/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-480/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-480/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçiləri X6 və Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Bərdə rayonunda anadan olmuş, orta ixtisas təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, 3 azyaşlı uşağı olan, X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətində inşaat mühəndisi vəzifəsində işləyən, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 14, mənzil 32-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə vergi uçotuna qeydiyyata alınıb fiziki şəxs kimi fəaliyyət göstərərək ünvan 1 ünvanında yerləşən ünvan 2ən 8.3 metr hündürlükdə yerləşən iş meydançasında təmir-bərpa işlərinin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması nəticəsində, yəni həmin məktəbin damının üzlüyünün dəyişilməsi ilə əlaqədar təmir-tikinti işlərinin aparılmasına dair "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə xx.xx.2022-ci il tarixdə bağladığı 07-01/001 nömrəli sub-podrat müqaviləsində göstərilən işlərin icrası zamanı iş sahəsində yanğından mühafizə, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi qaydaları əsasında (işin xarakterinə uyğun) davranışı təmin etməsinə dair 3.5-ci maddəsinin, icra etdiyi işlərdə işçinin sağlamlığı və təhlükəsizliyinə görə cavabdeh olmaqla qüvvədə olan qanunlara uyğun olaraq bütün tədbirləri görməsinə dair 3.6-cı maddəsinin və baş verəcək ölüm və ya yaralanma kimi zərərlərə görə birbaşa olaraq məsuliyyət daşıması barədə götürdüyü öhdəliyə riayət etməsinə dair 3.7-ci maddəsinin tələblərini, habelə hündürlükdə görülən işləri ixtisar etmək mümkün olmadıqda işəgötürən taxta inventarların, körpülərin, ayaqaltı qurğu və vasitələrin, qaldırıcıların, tikinti fasad qaldırıcılarının, asma taxta konstruksiyaların, maşın və mexanizmlərin, eləcə də kollektiv və fərdi mühafizə vasitələrinin tətbiqinin təmin edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 20/01-005 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 3.1-ci bəndinin tələblərini pozaraq şifahi razılaşmaya əsasən işə cəlb etdiyi şəxslər tərəfindən iş meydançasında təmir-bərpa işlərinin təhlükəsiz aparılması üçün zəruri tədbirləri görməməsi nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən ünvan 3dən 8.3 metr hündürlükdə yerləşən iş meydançasından yıxılaraq ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid müştərək travma, açıq kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, burun sümüyünün xətti sınığı, pnevmosefaliya, sol saidin hər iki sümüyünün aşağı 1/3-nin açıq, sağ saidin hər iki sümüyünün aşağı 1/3-nin qapalı, çox qəlpəli yerdəyişən sınıqları, sol saidin aşağı 1/3-nin ön səthinin açıq yaraları və sol qalça sümüyünün xətti sınığı, sağ mil sümüyünün tipik yerdən qəlpəli, oynaqdaxili yerdəyişən sınığı, hər iki mil və dirsək sümüklərin distal diafizinin, metaepifizinin oynaqdaxili çoxqəlpəli yerdəyişmiş qapalı sınığı xəsarətləri almasına səbəb olmaqla, tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, fərdi yaşayış evlərinin, müxtəlif təşkilatların binalarının dam örtüyünün vurulması ustasıdır və VÖEN-i var, ona görə də müqavilə imzalayarkən fiziki şəxs kimi fərdi sahibkarlıqla da məşğul olur, ümumilikdə dost tanış hansı işi xahiş edirsə gedib həmin işi işləyir. Tikinti işləri apardığı zaman tanış olduğu Nadir adlı prorab 2022-ci ilin mart ayının əvvəllərində ona Bakı şəhəri, Xətai rayonunda 249 nömrəli məktəb olduğunu, həmin məktəbin 460 kvadrat metr sahəsində dam örtüyü vurmaq lazım olduğunu demiş, o, Nadir ilə gedib həmin yerə baxmış, iş görülməli olan yer iki məktəb korpusunun arasında olan keçid korpusu olmuş, həmin məktəbin damının üstü qır olmuş, dam örtüyü, yəni şifer örtüyü olmamış, həmin damın üstünə şifer örtüyü vurmaq lazım olmuşdur. O, Nadir ilə razılaşmışdır və adətən belə işləri uzaq qohumu Şahid1 ilə birlikdə götürüb işləyir, Pərviz ilə kirvədir. Nadirin müdiri Ramin Cəfərov olduğu üçün sənədləşmə Ramin ilə aparılmış, həmin məktəbin dam örtüyünün vurulmasına görə 460 kvadrat metr sahəyə hər kvadrat metrə görə 4 manat olmaqla 1840 manat pulu Ramin ona nəğd olaraq əlbə-əl vermiş, o da həmin puldan 200-300 manat özünə götürmüş, qalan pulu isə əlbə-əl Pərvizə vermişdir. O, görülməli olan işi və yeri Pərvizə göstərmiş, öz usta-fəhlələrini yığıb həmin işi görməsini demişdir. O, hər günə 25 manat ödəməklə fəhlələri işə cəlb edir və bir yerdə işləyib götürdükləri işi başa çatdırırlar. 249 nömrəli məktəbin dam örtüyünün vurulması üçün Pərviz tanışları olan və çox vaxtı bir yerdə işlədikləri Rövşən ilə Əlirzanı çağırmış və onlar həmin işi görməyə başlamış, işin görülməsini Pərvizə tapşırdığından həmin məktəbə sonradan getməmiş, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Lənbəran kəndində olarkən Pərviz ona zəng etmiş və işin görülməsi üçün özləri ilə rayondan dəvət etdikləri Vüsal adlı kəndçilərinin məktəbin damından yıxılaraq əlinin sındığını demişdir. O, dərhal rayondan Bakı şəhərinə gəlmiş, Vüsalın yerləşdirildiyi 3 saylı şəhər kliniki xəstəxanasına getmiş, həmin vaxt Novruz bayramına qədər işi yekunlaşdırmaq üçün Vüsalı həmin işin görülməsinə Rövşənin cəlb etdiyini öyrənmişdir. Vüsal həmin işə xx.xx.2022-ci ildə başlamış, elə həmin gün də yıxılmışdır. Vüsalın yıxılmağına səbəb öz səhlənkarlığı olmuşdur. Belə ki, Vüsal direlin kabelini yığmaqdan ötrü kənardan deyil, şiferin üstü ilə gedirmiş və sürüşərək ikinci mərtəbədən yerə yıxılmışdır. İşə başlayarkən Pərviz, Rövşən, Vüsal və Əlirzaya texniki təhlükəsizlik qaydalarına dair heç bir təlimat keçirilməmiş, fərdi geyim və mühafizə vasitələri, yəni dəbilqə, təhlükəsizlik kəməri və sair verilməmiş, hadisə zamanı onlardan istifadə edilməmiş, habelə həmin məktəbin dam örtüyünün vurulması işinə başlamazdan əvvəl iş görülən sahənin ətrafında təhlükəsizlik məhəccəri vurulmamışdır. O, qaydaları bilmədiyindən iş yerində təhlükəsizlik tədbirləri görməmişdir. Vüsalın sağalması üçün ona 8000 manatdan çox pul ödənilmişdir. Əməlindən peşman olduğunu, 3 azyaşlı uşağının olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Elçinlə kirvədirlər. Onunla eyni kənddən olan Şahid1 xx.xx.2022-ci ildə ona Bakı şəhəri, Xətai rayonunda məktəb olduğunu, tanışlarının orada dam vurduğunu, Novruz bayramına qədər işi bitirməli və kəndə qayıtmalı olduqları üçün gedib onlara dam vurma işində köməklik etmək lazım olduğunu, həmişəki kimi ona 25 manat pul verəcəyini demiş, o da razılaşmışdır. Onlar xx.xx.2022-ci il tarixdə səhər vaxtı 249 nömrəli məktəbin həyətinə gəlmiş, orada Pərviz, Rövşən və Əlirzanın dam örtüyü vuracağını, onun isə şifer, taxta, mismar gətirməli olduğunu demişdir. Axşam saat 17-18 radələrində iş vaxtı bitdiyindən məktəbin damında şiferin üstü ilə gedib avadanlıqları yığarkən iki mərtəbəli məktəbin damının şiferinin üstündə sürüşmüş, şiferin üstü ilə sürüşü-sürüşə gələrək məktəbin damının kənarına çatmış, oradan ikinci mərtəbədən birbaşa yerə asfaltın üstünə çırpılmışdır. O, işə başlayarkən texniki təhlükəsizlik qaydalarına dair heç bir təlimat keçirilməmiş, ona fərdi geyim və mühafizə vasitələri, yəni dəbilqə və təhlükəsizlik kəməri verilməmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının əvvəlində tanışı və kirvəsi olan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən 249 nömrəli orta məktəbdə dam örtüyü vurmaq lazımdır, Elçin ilə razılaşmış və bir gün sonra həmin məktəbdə dam örtüyü vurmağa başlamışlar. O, bu işə əvvəldən tanıdığı Əlirza və Rövşəni cəlb etmiş, Əlirza və Rövşənin hər gününə görə hər birinə 25 manat pul vermişdir. xx.xx.2022-ci il tarixində onlar Vüsal onlarla işləməyə başlamış və həmin vaxtı işdə o, Rövşən, Əlirza və Vüsal olmuşdur. Həmin gün saat 17:00 radələrində işi yekunlaşdırıb evə getməyə hazırlaşdıqları vaxt işlədikləri avadanlıqları götürüb damdan aşağı düşmüşlər, damdan aşağı düşmək üçün onlar binanın ikinci mərtəbəsindən dama açılan pəncərəsindən istifadə etmiş, bunun üçün də yerə taxtalar düzülmüş, Vüsal da həmin taxtaların əvəzinə şifer örtüyün üstü ilə getdiyindən ayağı sürüşərək yerə yıxılmışdır. Onlar dərhal aşağı düşərək Vüsalı yerdən götürüb kənarda rahat bir yerdə uzatmış və təcili tibbi yardım həkimləri gələrək Vüsalı 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. İşə başlayarkən onlara dəbilqə və təhlükəsizlik kəməri verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının əvvəlində qohumu Pərviz Bakı şəhəri, Xətai rayonunda yerləşən 249 nömrəli orta məktəbdə dam örtüyü vurulmalı olduğunu demiş, o, Pərviz və Rövşən işə başlamışlar. İşə görə ona hər gün üçün 25 manat pul verilmişdir. İşlərini Novruz bayramına qədər bitirmək üçün əlavə işçi lazım olduğuna görə xx.xx.2022-ci il tarixdə Rövşən özü ilə Vüsalı da çağırmışdır. xx.xx.2022-ci il tarixində səhər 10:00 radələrində işə başlamış, həmin gün axşam saat 17:00 radələrində işi yekunlaşdırıb evə getməyə hazırlaşdıqları vaxt damdan aşağı düşmüşlər, damdan aşağı düşmək üçün onlar binanın ikinci mərtəbəsindən dama açılan pəncərəsindən istifadə etmiş, bunun üçün də yerə taxtalar düzülmüş, Vüsal da həmin taxtaların əvəzinə şifer örtüyün üstü ilə getdiyindən ayağı sürüşərək yerə yıxılmış, onlar dərhal aşağı düşərək Vüsala yardım etmişlər. İşə başlayarkən ona fərdi geyim və mühafizə vasitələri, yəni dəbilqə və təhlükəsizlik kəməri verilməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsi elan olunaraq tədqiq edilmişdir, onun ifadəsi məhkəmə iclasında dindirilmiş digər şahidlərin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən 249 nömrəli tam orta məktəbin korpusudur. Baxış zamanı hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığı, aparılan tikintitəmir işlərinin artıq başa çatdığı görünür. Baxışda iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yıxıldığı yeri göstərmiş, həmin hissə yer səviyyəsindən 8.3 metr hündürlükdə olmuşdur. Bildirmişdir ki,xx.xx.2022-ci il tarixdə məktəbin damında işlərin görülməsini həyata keçirmiş, həmin işin görülməsini həyata keçirərkən damın enişindən aşağı düşərkən yıxılmış və həmin hündürlükdən asfalt döşəmə üzərinə düşmüşdür, hadisə ərəfəsində iş sahəsinin, yəni məktəbin dam hissəsinin ətrafı məhəccərlə bağlanmamış, açıq vəziyyətdə olmuş, o işə buraxılarkən fərdi mühafizə vasitələri, o cümlədən qoruyucu kəmərlə təmin edilməmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin “MTE və PA” X11 Şəxsinin 432 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – müştərək travma, açıq kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, burun sümüyünün xətti sınığı, pnevmosefaliya, sol saidin hər iki sümüyünün aşağı 1/3-nin açıq, sağ saidin hər iki sümüyünün aşağı 1/3-nin qapalı, çox qəlpəli yerdəyişən sınıqları, sol saidin aşağı 1/3-nin ön səthinin açıq yaraları və sol qalça sümüyünün xətti sınığı, sağ mil sümüyünün tipik yerdən qəlpəli, oynaqdaxili yerdəyişən sınığı, hər iki mil və dirsək sümüklərin distal diafizinin, metaepifizinin oynaqdaxili çoxqəlpəli yerdəyişmiş qapalı sınığı və burun nahiyəsində sıyrıqlar bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixlərinin kserosürətlərində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə yəni ikinci mərtəbənin damından yıxılması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli № 090-T/21 nömrəli təhsil müəssisələrinin əsaslı təmir işlərinə dair satınalma müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 249 nömrəli tam orta məktəbin təmir-tikinti işlərinin aparılması Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi X8 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 tapşırılmışdır. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli 07-01/001 nömrəli sub-podrat müqaviləsindən görünür ki, müqavilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X5 (İ TƏRƏF) ilə fərdi sahibkar Təqsirləndirilən şəxs (İİ TƏRƏF) arasında bağlanmışdır. Müqaviləyə əsasən “İİ TƏRƏF” verilən texniki şərtə uyğun olaraq, “İ TƏRƏF”in təqdim etdiyi ünvanlarda təmir-tikinti işlərini görəcək, “İ TƏRƏF” isə bunun qarşılığında razılaşdırılmış xidmət haqqını “İİ TƏRƏF”ə ödəyəcək. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən “İİ TƏRƏF” işlərin icrası zamanı iş sahəsində yanğından mühafizə, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi qaydaları əsasında (işin xarakterinə uyğun) davranışı təmin edəcək. Müqavilənin 3.6-cı maddəsinə əsasən “İİ TƏRƏF” ərazidə icra etdiyi işlərdə işçinin sağlamlığı və təhlükəsizliyinə görə cavabdehdir və Azərbaycanda qüvvədə olan qanunlara uyğun olaraq bütün tədbirləri alma öhdəliyi vardır, 3.7-ci maddəsinə əsasən “İİ TƏRƏF” baş verəcək ölüm və ya yaralanma kimi zərərlərə görə birbaşa olaraq məsuliyyət daşıyır. Bu cəhətlərlə bağlı olaraq meydana çıxacaq hər cür haqq tələbinə, prosesə, təzminata, haqq, xərc və məsrəfə görə “İİ TƏRƏF” məsuliyyət daşıyır. Hər hansı bir iş qəzası baş verdiyi halda “İİ TƏRƏF” öz işçisinə ödəniş etsə belə, bunu “İ TƏRƏF”dən istəyə bilməz, “İİ TƏRƏF” öz işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/2745 nömrəli xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, yer səthindən 8.3 metr hündürlükdə yerləşən iş meydançasında işlərin təhlükəsiz aparılması üçün zəruri tədbirlər görülmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin bilavasitə texniki səbəbi olmuşdur. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau 14 ünvanında yerləşən 249 nömrəli orta məktəbin damında, yer səthindən 8.3 metr hündürlükdə yerləşən iş meydançasında təmir-bərpa işlərinin təhlükəsiz aparılması üçün zəruri tədbirlərin görülməsini təmin etmədiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1 bəndinin tələbləri iş materiallarında olan xx.xx.2022-ci il tarixli 07-01/001 nömrəli “Sub-podrat” müqaviləsinin tələblərinə əsasən həmin işlərin təhlükəsiz aparılmasını üzərinə götürmüş Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Yer səthindən 8.3 metr hündürlükdə yerləşən iş sahəsində işlərin təhlükəsiz görülməsi üçün texniki tədbirlərin təmin edilmədiyini nəzərə alaraq, zərərçəkmiş tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməyə əsasən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə vergi uçotuna qeydiyyata alınaraq fiziki şəxs kimi onun adına ********** nömrəli VÖEN hesabı açılmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməyən şəxsdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur, onunla barışmışdır. AZ-İİ 602687 nömrəli, AZ-İİ 690196 nömrəli və AZ-İİİ 696912 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2009cu il təvəllüdlü X7, 25 iyul 2011-ci il təvəllüdlü X9, 01 noyabr 2015-ci il təvəllüdlü X10 adlı 3 azyaşlı uşağı var. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, kənd əhalisi arasında dərin hörmətə malikdir. İctimai işlərdə və təşkilatı tədbirlərdə fəal iştirak etmişdir. Kənddə yaşadığı müddətdə ailədə və məişətdə özünü nizam intizamlı aparmışdır. Ərazidə yaşadığı müddətdə onunla bağlı İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 20/01- 005 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 3.1-ci maddəsinə əsasən işəgötürən təhlükəsizliyi təmin etmək üçün mümkün olduğu qədər işçilər tərəfindən hündürlükdə yerinə yetirilən işləri ixtisar etməlidir. Hündürlükdə görülən işləri ixtisar etmək mümkün olmadıqda işəgötürən taxta inventarlarıın, körpülərin, ayaqaltı qurğu və vasitələrin, qaldırıcıların, tikinti fasad qaldırıcılarının, asma taxta konstruksiyaların, maşın və mexanizmlərin, eləcə də kollektiv və fərdi mühafizə vasitələrinin tətbiqini təmin etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müqavilələr, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənilməsini, evli olmasını və himayəsində 3 azyaşlı uşağının olmasını barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 222.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsilə təqsirli bilinib qazancından 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar