Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-480/2025 24.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1997-ci ildə Zəngilan rayonu, Zəngilan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Zəngilan rayonu, Zərnəli Ərazi Dairəsi, Zərnəli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 04 iyun 2025-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanına hasardan keçmək yolu ilə qanunsuz daxil olub, plastik pəncərənin açıq olmasından istifadə edib evə daxil olub yataq otağındakı dolabın içərisindən 01 ədəd 700 manat dəyərində qız bürcü formalı kloun olan 583 əyyarlı qızıl boyunbağını, 01 ədəd 2000 manat dəyərində üzərində ərəb dilində “Allah” sözü yazılan kloun olan 750 əyyarlı qızıl boyunbağını, 01 cüt 400 manat dəyərində 583 əyyarlı ulduz formalı qızıl sırğanı, 01 ədəd 300 manat dəyərində olan 583 əyyarlı komplekt sapfir daşlı üzüyü, 01 ədəd 500 manat dəyərində üzərində xırda qaşlar olan 585 əyyarlı qadın nişan üzüyünü, 01 ədəd 100 manat dəyərində “8” rəqəmi formalı olan gümüş və sırğa dəstini, hər biri 50 manat dəyərində olmaqla 100 manat dəyərində üzərində ağ sadə qaşlar olan 02 ədəd gümüş qadın boyunbağını, 01 ədəd 500 manat dəyərində üzərində brilyant qaşları olan tək qaş qadın üzüyünü, 01 ədəd 150 manat dəyərində mirvari boyunbağını, 01 ədəd 200 manat dəyərində üzərində “Aqat” daşları olan qadın boyunbağısını, 01 ədəd 100 manat dəyərində üzərində “Nifrit” daşlar olan qadın boyunbağısını, 56 manat dəyərində olan 01 cüt sırğanı, sarı rəngli metaldan olan 01 ədəd klounu, üzərində göy qaşları olan 01 cüt sırğanı, 02 ədəd qədimi pul əsginasını, 01 ədəd mirvaridən olan sırğa tayını, 01 ədəd üzərində “Allah” sözü yazılmış klonu, 03 ədəd gümüş boyunbağını, 01 ədəd sarı rəngli orta hissəsində kürə halında muncuq olan qolbağı, 01 ədəd reys halında olan qolbağı, 01 ədəd üzərində ərəb hərfləri yazılmış dördbucaq formalı klonu, 113 manat dəyərində müxtəlif bijuteriya əşyalarını və 850 nağd pulu, evin həyətindən “Mersedes-Benz” markalı avtomobilə məxsus 01 ədəd 1100 manat dəyərində 5.5 həcmli mühərrikin başlığını, 01 ədəd 500 manat dəyerində mühərrikin yağ nasosu, List yastıq və qapaqlarını, 01 ədəd 300 manat dəyərində iki ədəd mühərrikin karterini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 7969 (yeddi min doqquz yüz altmış doqquz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 12 iyul 2025-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən “Vinil Galeriya” adlı mobil telefon mağazasının giriş qapısının üzərində olan vintaçan alətin vasitəsi ilə güc tətbiq elməklə kilidini sındırıb qapını açaraq mağazaya qanunsuz daxil olub, satış üçün nəzərdə tutulmuş kassa hissəsində olan dolabın saxlan yeri hesab edilən siyirməsindən 01 ədəd 60 manat dəyərində “İphone 6” markalı, 01 ədəd 140 manat dəyərində “Huawei Nova 9SE” markalı və 01 ədəd 180 manat dəyərində “Redmi 13v” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 380 (üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra müxtəlif ünvanlarda fəhlə kimi işləmişdir. Maddi vəziyyəti pis olduğuna görə 04 iyun 2025-ci il tarixdə Xətai rayonu, İ.Məmmədov küçəsinə gələrək oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Həmin gün təxminən saat 11 radələrində Xətai rayonu, H.Aslanov qəsəbəsi, İ.Məmmədov küçəsi, ev 23 ünvanının hasarından həyətə boylanan zaman evin pəncərəsinin açıq olmasını və evdə heç kimin olmadığını görüb və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin həyətinə hasardan tullanmaqla keçmişdir. Həyətə düşdükdən sonra pəncərədən evə daxil olaraq axtarış aparmağa başlamış və axtarış zamanı yataq otağındakı paltar dolabının içərisindən sayını bilmədiyi qızıl zinət və bijuteriya əşyalarını və xırda məbləğdə pulu taparaq götürmüşdür. Sonra həyətdən avtomobil ehtiyat hissəsini də götürüb hasardan tullanmaqla həyətdən qaçıb getmişdir. Qızıl boyunbağını “Tap.az” saytına yerləşdirib tanımadığı şəxsə 420 manata satmışdır. Metalı isə səyyar formada metal qəbul edən şəxsə 30 manata satmışdır. Bijuteriyalar isə özündə qalmışdır. Bundan başqa, xx.xx.2025-ci il tarixdə saat 04 radələrində Xudu Məmmədov küçəsi 192 H ünvanında yerləşən telefon mağazasının qarşı hissəsinə getmişdir. Həmin vaxt mağazanın şüşədən olan giriş qapısına yaxınlaşıb içəri baxan zaman içəridə vitrində mobil telefonların olduğunu görmüşdür. Bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra telefon mağazasının giriş qapısına yaxınlaşmışdır. Həmin vaxt üzərində olan vintaçan aləti qapının arasına salaraq güc tətbiq edərək qapını açmağa çalışsa da, aça bilməmişdir. Buna görə də, vintaçan alətin vasitəsi ilə qapının kilidini qırıb güc tətbiq edərək qapını açıb telefon mağazasına daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra satış üçün nəzərdə tutulmuş kassa hissəsində olan masanın siyirməsini açaraq axtarış aparmağa başlamışdır. Masanın siyirməsindən 01 ədəd “İphone 6” markalı, 01 ədəd “Huawei Nova 9SE” markalı, 01 ədəd “Redmi 13” markalı mobil telefonu götürüb cibinə qoyaraq mağazanı tərk edərək oradan uzaqlaşaraq yaşadığı ünvana getmişdir. Oğurladığı mobil telefonları da yaşadığı ünvan 3 ünvanına aparıb gizlətmişdir ki, bir neçə gün sonra satıb pul əldə etsin. 14 iyul 2025-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 70 ünvanın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşaraq onu 37-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində artıq polis əməkdaşlarının oğurluq etməsi barədə məlumatlı olduqlarını görüb törətmiş olduğu əməli səmimi olaraq etiraf etmişdir. Zərərçəkmiş şəxs2 tanımış, bir məhəllədə yaşamışlar, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs2 məxsus evdən qızıl-ziynət və bijuteriya əşyalarını, 30 manat pulu, aliminium materialdan olan bir neçə ədəd avtomobil ehtiyyat hisəsini oğurlamışdır. Başqa heç bir əşyaları götürməmişdir. Ona heç kim köməklik etməmişdir. O, qeyd olunan cinayət hadisəsini tək törətmişdir. 04 iyun 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvandan oğurluq etsə də, oğurladığı əşyalar Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi qədər olmamışdır. O, həyətdən düraliminiumdan olan avtomobil ehtiyat hissəsini götürüb tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib satmışdır. Oğurladığı qızıl-zinət əşyalarından yalnız birini tanımadığı şəxsə satmışdır. Qalan əşyaları istintaqa təqdim etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, evdən qızıl sep, 30 manat pul və digər qızıl olmayan bijuteriyaları götürmüşdür. Zərərçəkmiş şəxs2 qeyd etdiyi digər əşyaları götürməmişdir. Telefon mağazasından götürdüyü telefonları qaytarmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 03 iyun 2025-ci il tarixdə, saat 06 radələrində arvadı Namidəni “Bakı Beynəlxalq avtovağzalın”dan İlisu suya yola salmaq üçün yaşadığı evdən çıxmışlar. Həmin gün təxminən saat 22 radələrində evə qayıtmış və evdə hər şey qaydasında olmuşdur. 04 iyun 2025-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 5 ünvanından çıxıb oğlu Pərvizin yanına getmişdir. Daha sonra isə həmin gün saat təxminən 17 radələrində dostu Söhbətli ilə görüşüb pivə içməyə getmişlər. Həmin gün saat 20 radələrində qızı Nurizə ona “ata niyə mənim dolabımı dağıtmısan“ məzmunda mesaj yazmışdır. O da dolaba dəymədiyini bildirmiş və qızı dolabda axtarış aparıldığını bildirmişdir. O, bundan şübhələnib tez yaşadığı ünvan 5 ünvanına geri qayıtmışdır. Evə daxil olan zaman yataq otağında olan paltar dolabında olan paltarların döşəmənin üzərində olduğunu, evdə axtarış aparıldığını görüb oğurluq hadisəsi baş verdiyini başa düşmüşdür, tez pul və qızılları saxladıqları dolaba baxan zaman yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Buna görə də, saat 21 radələrində DİN-ni 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Daha sonra yaşadığı evin həyətin arxasına keçərək orda orada olan avtomobil ehtiyat hissələrinə baxan zaman oradan avtomobilinin qalovkasının, 02 ədəd karter və başqa alminium ehtiyat hissələrinin oğurlandığını aşkar etmişdir. Bir qədər sonra polis əməkdaşları yaşadığı ünvana gələrək baxış keçirmişlər. Baş vermiş oğurluq hadisəsi zamanı yaşadığı ünvandan 01 ədəd 700 manat dəyərində qadın üçün üzərində qızıl bürcü klon olan 583 əyyarlı qızıl boyunbağı, 01 ədəd 2000 manat dəyərində üzərində ərəb dilində “Allah” sözü yazılmış klon olan 750 əyyarlı qızıl boyunbağı, 01 cüt 400 manat dəyərində ulduz fiqurlu 583 əyyarlı sırğa, 01 ədəd 300 manat dəyərində 583 əyyarlı komplekt sapfir daşlı üzük, 01 ədəd 500 manat dəyərində üzərində xırda daşlar olan 585 əyyarlı qadın nişan üzüyü, 01 ədəd 100 manat dəyərində 8 rəqəmi formalı gümüş və sırğa dəsti, hər biri 50 manat olmaqla 100 manat dəyərində üzərində ağ sadə qaşlar olan 02 ədəd gümüş qadın boyunbağısı, 01 ədəd 500 manat dəyərində üzərində brilyant daşı olan tək qaş gümüş qadın üzüyü, 01 ədəd 150 manat dəyərində mirvari qadın boyunbağısı, 01 ədəd 200 manat dəyərində aqat daşları olan qadın boyunbağısı, 01 ədəd 100 manat dəyərində “Nifrit” daşlar olan qadın boyunbağısı, ümumi dəyəri 200 manat təşkil edən müxtəlif bijuteriya bəzək əşyaları, 850 manat nağd pul, evin həyətindən “Mercedes-Benz” markalı 5.5 həcmli 1100 qiyməti olan mühərrikin başlığı, 500 manat dəyərində olan mühərrikin yağ nasosu, üst yastıqlar, mühərrikin üst qapaqları, 300 manat dəyərində olan iki ədəd mühərrikin karteri oğurlanmışdır. Həmçinin, yaşadığı ünvandan oğurlanmış və istintaq zamanı aşkar edilmiş sarı rəngli 01 cüt sırğanı 10 manata, sarı rəngli metaldan olan 01 ədəd klonu 10 manata, üzərində göy qaşları olan 01 cüt sırğanı 4 manat, 02 ədəd qədimi pul əsginasını 10 manat, 01 ədəd mirvaridən olan sırğa tayını 4 manat, 01 ədəd üzərində “Allah” sözü yazılmış klonu 8 manata, 03 ədəd gümüş boyunbağıdan birini 8 manat, digər ikisinin hər biri 10 manat olmaqla 20 manata, 01 ədəd sarı rəngli orta hissəsində kürə halında muncuq olan 01 ədəd qolbağı 3 manata, 01 ədəd reys halında olan qolbağı 5 manata, 01 ədəd sarı rəngli kvadrat formalı üzərində allah sözü yazılmış klonu 5 manata almışdır. Həmin əşyaların ümumi dəyəri 87 manat təşkil etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı yaşadığı ünvandan oğurlanmış 200 manat dəyərində müxtəlif bijuteriya bəzək əşyalarından 87 manat dəyərində olan hissəsi tapılsa da, qalan 113 manat dəyərində bijuteriya bəzək əşyaları tapılmamışdır. "xxxx" MMC-dən alınmış 28 iyul 2025-ci il tarixli UNİ/İ-89-419/2025 nömrəli “Daşınar Əmlakın Qiymətləndirilməsi X8” ilə tanış olmuşdur. Aşkar edilmiş bijuteriya bəzək əşyalarını almış olduğu qiymətlərlə dəyərini göstərmiş və həmin əşyaların istifadə edilməsini nəzərə alsa hazırki dəyərlərinin mütəxəssis rəyində göstərilən kimi, yəni 56 manat dəyərində qiymətləndirilməsinə etiraz etməmişdir. Oğurlanmış digər əşyalarla birlikdə ona ümumilikdə 7969 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs iləbarışmamışdır, ondan şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi olaraq ünvan 6 ünvanında yerləşən “Vinil Qalereya” adlı telefon mağazasını icarəyə götürüb mobil telefon və hissələrinin satışını həyata keçirir. Mağazanı hər gün saat 09 radələrində açaraq işə başlamış və həmin gün saat 23 radələrində bağlayaraq yaşadığı ünvana getmişdir. Mağazanın içərisində nəzarət etmək üçün müşahidə kamerası quraşdırılmışdır. 12 iyul 2025-ci il tarixdə saat 00 radələrində icarə əsasında işlətdiyi ünvan 6 ünvanında yerləşən “Vinil Qalereya” adlı telefon mağazasına gələn zaman mağazanın şüşədən olan giriş qapısının kilidinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. O, mağazada oğurluq hadisəsi baş verməsindən şübhələnib tez içəri daxil olub nələrin oğurlandığına baxan zaman masanın siyirməsindən işlənmiş vəziyyətdə olan 01 ədəd 120 manat dəyərində “İphone 6” markalı mobil telefonun, 01 ədəd 240 manat dəyərində “Huawei Nova 9SE” markalı və 01 ədəd 240 manal dəyərində “Redmi 13” markalı mobil telefonların oğurlandığını aşkar etmişdir. Sonra mağazada quraşdırılmış müşahidə kamerasına baxan zaman xx.xx.2025-ci il tarixdə saat 04:15 radələrində bir nəfər kişi cinsli şəxsin mağazanın şüşədən olan giriş qapısına yaxınlaşaraq əlində olan əşya ilə mağazanın qapısına güc tətbiq edərək açmağa çalışmasını, həmin şəxsin əlində olan əşya ilə mağazanın qapısının kilidini qıraraq qapını açıb içəri daxil olaraq satış üçün nəzərdə tutulmuş masanın siyirməsində olan 01 ədəd “İphone 6” markalı, 01 ədəd “Huawei Nova 9SF7” markalı və 01 ədəd “Redmi 13” markalı mobil telefonları oğurlayaraq mağazanı tərk etməsini aşkar etmiş və bu barədə ərizə ilə Xətai RPİ-nin 36-cı PŞ-nə müraciət etmişdir. Daha sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər və hadisənin görüntüsünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin hadisə nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında 04 iyun 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 8-16); zərərçəkmiş şəxs qismində tanınma haqqında 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 25); şübhəli şəxsin tutulması haqqında 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 58-59); hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında 13 iyul 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən “Vinil Galeriya” adlı mobil telefon mağazasına baş vermiş oğurluq hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 77-79); diskə baxış keçirilməsi haqqında 13 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd “DVD-R” diskə baxış zamanı müəyyən olmuşdur ki, bir nəfər şəxs Xətai rayonu, Xudu Məmmədov 192H ünvanında yerləşən telefon aksesuarları mağazasına gecə saat 04:15 radələrində mağazanın şüşə qapısının açar yerini sındırmaq yolu ilə daxil olmuş, içəridən oğurluq etmiş və daha sonra oradan uzaqlaşmışdır (i.v. 83); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 87); ifadənin yerində yoxlanılması haqqında 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 96-101); təqdim etmə və götürmə haqqında 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə edərək yaşadığı ünvan 3 ünvanında saxladığı 01 ədəd üzərində çoxsaylı qaş olan boyunbağı, 01 cüt aypara formalı sırğa və klonu, 01 ədəd üzərində ərəb hərfləri yazılmış üçbucaq klonu, 01 ədəd üzərində ərəb hərfləri yazılmış dördbucaq klonu, 02 ədəd gümüşü rəngli boyunbağını, 01 ədəd ortasında üçbucaq boşluq olan qolbağı, 01 ədəd nazik mirvarilərdən ibarət sırğanı, 01 cüt üzərində qaşları olan sırğanı, 01 ədəd dəmir qolbağı və çoxsaylı istifadəyə yararsız bijuteriya hissələrini, 01 ədəd “İphone 6” markalı, 01 ədəd “Huawei Nova 9SE” markalı və 01 ədəd “Redmi 13” markalı telefonu istintaqa təqdim etmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 107- 111); əşyanın tanınmaya təqdim edilməsi haqqında 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “Redmi 13” markalı mobil telefon Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs1 həmin mobil telefonu rəngindən, markasından, işlənmə dərəcəsindən tanıdığını bildirmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 112-113); əşyanın tanınmaya təqdim edilməsi haqqında 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “İphone 6” markalı mobil telefon Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs1 həmin mobil telefonu rəngindən, markasından, işlənmə dərəcəsindən tanıdığını bildirmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 114-115); əşyanın tanınmaya təqdim edilməsi haqqında 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “Huawei Nova 9SE” markalı mobil telefon Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs1 həmin mobil telefonu rəngindən, markasından, işlənmə dərəcəsindən tanıdığını bildirmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 116-117); əşyanın tanınmaya təqdim edilməsi haqqında 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş bəzək əşyaları zərərçəkmiş şəxs X6 tanınmaya təqdim edilmiş və tanınma zamanı X3 rəngli 01 cüt sırğanın, sarı rəngli metaldan olan 01 ədəd klonun, üzərində göy qaşları olan 01 cüt sırğanın, 02 ədəd qədimi pul əsginasının, 01 ədəd mirvaridən olan sırğa tayının, 01 ədəd üzərində “Allah” sözü yazılmış klonun, 03 ədəd gümüş boyunbağının, 01 ədəd sarı rəngli orta hissəsində kürə halında muncuq olan qolbağın, 01 ədəd reys halında olan qolbağın, 01 ədəd üzərində ərəb hərfləri yazılmış dördbucaq formalı klonun ona məxsus evdən oğurlanmış bijuteriya bəzək əşyaları olduğunu bildirib həmin əşyaları rəngindən, işlənmə dərəcəsindən, ölçüsündən tanıdığını bildirmişdir (i.v. 118-122); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 123-124); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 126-128); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-389/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 08 (səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 153-159); diskə baxış keçirilməsi haqqında 16 iyul 2025-ci il tarixli protokoldan görünür ki, diskdə olan 01 ədəd “WhatsApp Video 2025-07-14 at 17.28.42 (1)” adlı video fayl açıldıqda ekranda xx.xx.2025-ci il tarixdə saat 04:38 radələrində ünvan 2 ünvanında yerləşən “Vinil Galeriya” adlı mobil telefon mağazasının çöl hissədən giriş qapısının ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman əynində göy rəngli cins şalvar və qısaqol köynək olan bir nəfər kişi cinsli şəxsin telefonla danışa-danışa mağazanın giriş qapısına yaxınlaşıb içəri doğru boylanması, həmin şəxsin bir qədər kənara çəkilərək ətrafa göz gəzdirdikdən sonra mağazanın 04:42-də mağazanın giriş qapısına doğru yaxınlaşaraq üzərində olan aləti çıxarıb mağazanın şüşədən olan qapısının arasına salaraq güc tətbiq edərək qapını açmağa çalışması, daha sonra həmin şəxsin əlində olan alətlə qapının kilidini sındırıb güc tətbiq edərək qapını özünə doğru dartaraq qapını açaraq içəri daxil olması müşahidə olunmuşdur. İkinci 01 ədəd “WhatsApp Video 2025-07-14 at 17.28.42”adlı video fäyl açıldıqda ekranda xx.xx.2025-ci il tarixdə saat 04:43-də ünvan 2 ünvanında yerləşən “Vinil Galeriya” adlı mobil telefon mağazasının içəri hissədən ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman əynində göy rəngli cins şalvar və qısaqol köynək olan bir nəfər kişi cinsli şəxsin mağazaya daxil olduqdan sonra tələsik satış üçün nəzərdə tutulmuş masaya yaxınlaşaraq masanın siyirməsini açaraq orada axtarış aparması, həmin şəxsin siyirmədə olan mobil telefonları götürdükdən sonra mağazanı tərk edərək çıxıb getməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 04:41 radələrində ünvan 2 ünvanında yerləşən “Vinil Galeriya” adlı mobil telefon mağazasına qapısını açmaq yolu ilə daxil olan əynində göy rəngli cins şalvar və qısaqol köynək olan şəxsin özü olmasını, masanm siyirməsində olan mobil telefonları götürdükdən sonra mağazanı tərk edərək çıxıb getdiyini bildirmişdir (i.v. 160-161); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən qəti olaraq 03 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 03 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır (i.v. 178-180); "xxxx" MMC-dən alınmış 28 iyul 2025-ci il tarixli, UNİ/İ-89-419/2025 nömrəli “Daşınar Əmlakın Qiymətləndirilməsi X8n”dən görünür ki, daşınar əmlakın mövcud vəziyyəti, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, siyahı üzrə təqdim edilən - 01 ədəd “İphone 6” markalı, 01 ədəd “Huavei Nova 9SE” markalı və 01 ədəd “Redmi 13" markalı mobil telefon və 14 ədəd bijuteryanın dəyəri 436,0 (dörd yüz otuz altı) (mobil telefonlar -380 manat, bijuteriya – 56 manat) manat təşkil edir (i.v. 192-207); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/1379 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl əksləri müqayisəli tədqiqat üçün yararlıdır. xx.xx.2025-cil tarixdə ünvan 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 04 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.1997-ci ildə Zəngilan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin adsız və sol əlinin böyük barmaqlarının, 01 ədədi xx.xx.1977-ci ildə Zəngilan rayonunda anadan olmuş X2 əlinin böyük barmağının, 01 ədədi xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş X1 əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etmişdir (i.v. 209-218); sübutların qiymətləndirilməsi haqqında 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, iş üzrə "xxxx" MMC-dən alınmış 28 iyul 2025-ci il tarixli, UNİ/İ-89-419/2025 nömrəli “Daşınar Əmlakın Qiymətləndirilməsi X8” və məhkəmədaktiloskopik ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/1379 nömrəli ekspert rəyi sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs2 məxsus sarı rəngli 01 cüt sırğa, sarı rəngli metaldan olan 01 ədəd klon, üzərində göy qaşları olan 01 cüt sırğa, 02 ədəd qədimi pul əsginası, 01 ədəd mirvaridən olan sırğa tayı, 01 ədəd üzərində “Allah” sözü yazılmış klon, 03 ədəd gümüş boyunbağı, 01 ədəd sarı rəngli orta hissəsində kürə halında muncuq olan qolbaq, 01 ədəd reys halında olan qolbaq, 01 ədəd üzərində ərəb həriləri yazılmış dördbucaq klon maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmış, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “İphone 6” markalı, 01 ədəd “Huawei Nova 9SE” markalı və 01 ədəd “Redmi 13” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmış, 12 iyul 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Vinil Galeriya” adlı mobil telefon mağazasında baş vermiş oğurluq hadisəsinin görüntüsü olan 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 228-240); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 06 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (i.v. 243-245); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-500/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün olmaqla, ümumilikdə 02 ay 28 gün müddətinə, yəni 12 oktyabr 2025-ci il tarixədək uzadılmışdır; Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında 01 ədəd “DVD-R” formatlı diskdə olan videogörüntüyə baxış keçirilmiş və həmin görüntü diskə baxış keçirilməsi haqqında 16 iyul 2025-ci il tarixli protokolun məzmununa uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsinə və oğurluq hadisəsi nəticəsində oğurladığı əşyaların Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi qədər olmamasına və həmin əşyaların əksəriyyətinin bijuteriya olması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, evdən qızıl sep, 30 manat pul və digər qızıl olmayan bijuteriyaları götürmüşdür. Zərərçəkmiş şəxs2 qeyd etdiyi digər əşyaları götürməmişdir. Həmçinin, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi zamanı yaşadığı ünvandan 01 ədəd 700 manat dəyərində qadın üçün üzərində qızıl bürcü klon olan 583 əyyarlı qızıl boyunbağı, 01 ədəd 2000 manat dəyərində üzərində ərəb dilində “Allah” sözü yazılmış klon olan 750 əyyarlı qızıl boyunbağı, 01 cüt 400 manat dəyərində ulduz fiqurlu 583 əyyarlı sırğa, 01 ədəd 300 manat dəyərində 583 əyyarlı komplekt sapfir daşlı üzük, 01 ədəd 500 manat dəyərində üzərində xırda daşlar olan 585 əyyarlı qadın nişan üzüyü, 01 ədəd 100 manat dəyərində 8 rəqəmi formalı gümüş və sırğa dəsti, hər biri 50 manat olmaqla 100 manat dəyərində üzərində ağ sadə qaşlar olan 02 ədəd gümüş qadın boyunbağısı, 01 ədəd 500 manat dəyərində üzərində brilyant daşı olan tək qaş gümüş qadın üzüyü, 01 ədəd 150 manat dəyərində mirvari qadın boyunbağısı, 01 ədəd 200 manat dəyərində aqat daşları olan qadın boyunbağısı, 01 ədəd 100 manat dəyərində “Nifrit” daşlar olan qadın boyunbağısı, ümumi dəyəri 200 manat təşkil edən müxtəlif bijuteriya bəzək əşyaları, 850 manat nağd pul, evin həyətindən “Mercedes-Benz” markalı 5.5 həcmli 1100 qiyməti olan mühərrikin başlığı, 500 manat dəyərində olan mühərrikin yağ nasosu, üst yastıqlar, mühərrikin üst qapaqları, 300 manat dəyərində olan iki ədəd mühərrikin karteri oğurlanmışdır. Həmçinin, yaşadığı ünvandan oğurlanmış və istintaq zamanı aşkar edilmiş sarı rəngli 01 cüt sırğanı 10 manata, sarı rəngli metaldan olan 01 ədəd klonu 10 manata, üzərində göy qaşları olan 01 cüt sırğanı 4 manat, 02 ədəd qədimi pul əsginasını 10 manat, 01 ədəd mirvaridən olan sırğa tayını 4 manat, 01 ədəd üzərində “Allah” sözü yazılmış klonu 8 manata, 03 ədəd gümüş boyunbağıdan birini 8 manat, digər ikisinin hər biri 10 manat olmaqla 20 manata, 01 ədəd sarı rəngli orta hissəsində kürə halında muncuq olan 01 ədəd qolbağı 3 manata, 01 ədəd reys halında olan qolbağı 5 manata, 01 ədəd sarı rəngli kvadrat formalı üzərində allah sözü yazılmış klonu 5 manata almışdır. Həmin əşyaların ümumi dəyəri 87 manat təşkil etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı yaşadığı ünvandan oğurlanmış 200 manat dəyərində müxtəlif bijuteriya bəzək əşyalarından 87 manat dəyərində olan hissəsi tapılsa da, qalan 113 manat dəyərində bijuteriya bəzək əşyaları tapılmamışdır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə Zərərçəkmiş şəxs2 istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadəni iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışmasını və ona dəymiş ziyanı ödəməsini, əməlini qismən etiraf etməsini Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 04 iyun 2025-ci il və 12 iyul 2025-ci il tarixlərdə yenidən cinayət törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməməsini və ona dəymiş ziyanı ödəməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzasının əvvəli 14 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs2 məxsus sarı rəngli 01 cüt sırğa, sarı rəngli metaldan olan 01 ədəd klon, üzərində göy qaşları olan 01 cüt sırğa, 02 ədəd qədimi pul əsginası, 01 ədəd mirvaridən olan sırğa tayı, 01 ədəd üzərində “Allah” sözü yazılmış klon, 03 ədəd gümüş boyunbağı, 01 ədəd sarı rəngli orta hissəsində kürə halında muncuq olan qolbaq, 01 ədəd reys halında olan qolbaq, 01 ədəd üzərində ərəb həriləri yazılmış dördbucaq klon sahibinə geri qaytarılmalı və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınmalı, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “İphone 6” markalı, 01 ədəd “Huawei Nova 9SE” markalı və 01 ədəd “Redmi 13” markalı mobil telefon aparatı sahibinə geri qaytarılmalı və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 geri qaytarılması nəzərə alınmalı, 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM – 132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 14 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs2 məxsus sarı rəngli 01 cüt sırğa, sarı rəngli metaldan olan 01 ədəd klon, üzərində göy qaşları olan 01 cüt sırğa, 02 ədəd qədimi pul əsginası, 01 ədəd mirvaridən olan sırğa tayı, 01 ədəd üzərində “Allah” sözü yazılmış klon, 03 ədəd gümüş boyunbağı, 01 ədəd sarı rəngli orta hissəsində kürə halında muncuq olan qolbaq, 01 ədəd reys halında olan qolbaq, 01 ədəd üzərində ərəb həriləri yazılmış dördbucaq klon sahibinə geri qaytarılsın və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 saxlanması üçün verilməsi nəzərə alınsın, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “İphone 6” markalı, 01 ədəd “Huawei Nova 9SE” markalı və 01 ədəd “Redmi 13” markalı mobil telefon aparatı sahibinə geri qaytarılsın və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 saxlanması üçün verilməsi nəzərə alınsın, 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-480/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-480/2025
24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver