Məhkəmə qərarları › İş №1(011)-482/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-482/2025

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-482/2025 03.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1990-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,748 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə ilə psixotrop maddənin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 35-ci PB- nin əməkdaşları tərəfindən 09 avqust 2025-ci il tarixdə saat 12:56-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,748 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 ildən çoxdur müxtəlif ünvanlarda tanımadığı şəxslərdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb istifadə edir. 09 avqust 2025-ci il tarixdə saat 10:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində olduğu zaman anket məlumatlarını bilmədiyi və tanımadığı şəxsdən şəxsi istifasi üçün 20 (iyirimi) manat pul müqabilində "patı" adı ilə tanıdığı psixotrop maddə metamfetamin alıb əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoyub dostu X12 ilə görüşmək üçün Bakı şəhəri, Xətai rayonu, metronun "Əhmədli" stansiyası yaxınlığına gəlmişdir. Mətin Cəlilovla görüşdükdən sonra piyada ünvan 4 ünvanın yaxınlığında saat 12:55 radələrində olduqları zaman mülki geyimdə olan üç nəfər şəxs videoçəkilişlə onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib qanunsuz narkotik vasitələrin dövriyəsində şübhəli olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərilərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməklərini bildirdikdə Mətin Cəlilov üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olmadığını bildirmişdir. Özü sağ yan cibində "Patı" adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğuna görə, onsuz da polis əməkdaşları üzərində axtarış aparıb tapacaqları üçün könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində "patı" adı ilə tanıdığı psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd cib dəsmalını, sol yan cibindən bir ədəd "Samsung Galaxy A 40" modelli mobil telefon aparatını, bir ədəd kibrit qutusnu, bir ədəd kilid açarını və 4 manat 40 qəpik pulu təqdim etmişdir. Qeyd olunanlardan başqa üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi içərisində "patı" adı ilə tanıdığı psixotrop maddə olan bir ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkildikdə 0.88 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənməklə imzalanıb götürülmüşdür. Bundan sonra polis əməkdaşları ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB- nə dəvət edərək xidməti otaqların birinə aparıb təhqiqatçıya üzərindən aşkar edilmiş əşyalarla birlikdə təqdim etmişlər. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən videogörüntüyə bir ədəd diskə kompüterdə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Videoçəkiliş bitdikdən sonra polis şöbəsinə hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmağı barədə protokol tərtib olunub saxlanılması üçün Xətai RPİ-nin X11 təhvil verilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə dəvət edilən zaman hər hansı bir fiziki zər və tətbiq edilməmişdir. Narkotik vasitə və psixotrop maddə istifadə etsədə, heç vaxt narkotik vasitə və ya psixotrop maddəni heç kəsə satmamış və heç kəsə pay olaraq verməmişdir. Üzərində ***-***-**-** nömrə olan "Samsung Galaxy A40" markalı mobil telefon istifadə edir. Adına rəsmiləşdirilmiş hal hazırda işləməyən ***- ***-**-** mobil nömrənin aqibəti barədə məlumatsızdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman əynində olan qara rəngli şalvarın cibində psixotrop maddə olmasından dostu Mətin Cəlilovun məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsinə aparılan zaman ona hər hansı bir formada təzyiq göstərilməmişdir. Eyni zamanda, əməlindən səmimi peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini qeyd etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş məlumatla əlaqədar 09 avqust 2025-ci il tarixdə saat 12:56-da Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkilləri polis leytenantı Şahid2 və polis leytenantı Şahid3 ilə birlikdə ünvan 8 ünvanın yaxınlığında iki nəfər şəxsin hərəkətdə olduqlarını görüb videoçəkilişlə onları saxlayıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Verilmiş suallara cavab olaraq həmin şəxslər özlərini təqdim edərək X12 və Təqsirləndirilən şəxs olduqlarını bildirmişlər. Həmin şəxslərə saxlanma səbəblərini, hüquq və vəzilərini izah edib üzərlərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa onuda təqdim etmələrini bildirmişlər. Mətin Cəlilovun əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd "Nokia" markalı mobil telefonu, sol yan cibindən bir ədəd diabet xəstələrinin istifadə etdiyi bir ədəd şpris, iki manat pul götürülmüşdür. Mətin Cəlilovun üzərində keçirilən şəxsi axtarış zamanı qanunsuz heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən "Maştağa" qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığı içərisində "patı" kimi tanıdığı bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Şalvarın sağ yan cibindən bir ədəd cib dəsmalını, sol yan cibindən "Nokia" kimi təqdim etsədə bir ədəd üzərində ***-***-**-** nömrə olan "Samsung A40" markalı mobil telefonu, bir ədəd kibrit qutusunu, 40 qəpik pulu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində "patı" adı ilə tanıdığı psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə 0.88 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiqlənib digər əşyalarla birlikdə götürdülmüşdür. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs və X15 RPi-nin 35-ci PB-nə dəvət olunaraq gətirilmişlər. Mətin Cəlilovu bölmənin növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalarla bilrikdə bölmənin təhqiqatçısı polis polkovnik-leytenantı X5 təqdim etmişlər. X7 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümə baxış keçirilərək yenidən həmin zərfdə qablaşdırılıb möhürlənmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılması və Üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən bir ədəd videogörüntüyə DVD diskdə baxış keçirilikdə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs onunla birlikdə dostu X1, üzərində psixotrop maddə metamfetaminə bənzər büküm olmasından Mətin Cəlilovun məlumatı olmamışdır. X7 tərəfindən saxalnılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul, ev açarı, kibrit qutusu, cib yaylığı özünə qaytarılmışdır. Videoçəkiliş yekunlaşdıqdan sonra hüquqlarının müdafiə olunması üçün polis bölməsinə dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs saxlanılarkən, barəsində şəxsi axtarış və götürmə keçirilərkən, bölməyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən büküldüyü şəffaf sellafon ilə birlikdə kütlənin 0.88 qram olduğu müəyyən edilmişdir. Lakin müvafiq tədqiqat zamanı həmin maddənin təmiz çəkisinin, yəni büküldüyü sellafon olmadan çəkisinin 0,748 qram olduğu aydın olmuşdur. Təqsirləndirilən şəxsla birlikdə saxlanılmış X8 barəsində Xətai rayon məhkəməsi tərəfindən 09 avqust 2025-ci il tarixdən hesablanmaqla 15 gün həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı digər Şahid1 ilə eyni məzmunda ifadə verərək onun bildirdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid3 məhkəmə iclasına gəlməmiş, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadədə Şahid3 məhkəmə iclas zalında ifadə vermiş Şahid2 və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); 09 avqust 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanıldı. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl X12 və Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. M.Cəlilovun üzərində qanunla qadağan olunan maddə və ya əşya aşkar olunmadı. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kütləni təqdim etdi. Həmin maddənin nə olması soruşulduqda bildirdi ki, onun «Patı» kimi tanıdığı Metamfetamin olduğunu və Maştağa qəsəbəsindən özü üçün istifadə etmək məqsədi ilə 20 manata aldığını bildirdi. Sonra həmin cibindən 1 ədəd dəsmal, sol yan cibindən 1 qutu kibrit, 1 ədəd üzərində ***-***-**-** nömrə olan Samsung Qalaxy A 40 markalı mobil telefon, 4 manat 40 qəpik və açar aşkar olundu. Sonra onun üzərinə baxış keçirildi və qanunla qadağan olunan maddə və ya əşya aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkildi və çəkisinin 0,88 qram olması müəyyən edildi. Daha sonra həmin kütlə qablaşdırıldı, həmin qablaşdırmanın üzəri saxlanılan şəxs və tərəfimizdən imzalanaraq götürüldü. Üstünü yoxlama ünvan 9 ünvanın yaxınlığında keçirildi. 01 ədəd CD-R disk protokola əlavə edilmişdir (i.v. 10-12); 09 avqust 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış zamanı 01 ədəd zərfdə sellofan bükümə bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olundu. Sonra həmin zərf yenidən qablaşdırılıb möhürləndi və 01 ədəd üzərində ***-***-**-** nömrə olan Samsung Galaxy A 40 markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürüldü. Ona məxsus dəsmal, kibrit, 4 manat 40 qəpik və açar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. Həmçinin 1 ədəd diskə baxış keçirilərkən ondan psixotrop maddə olan metamfetaminə bənzər kütlənin götürülməsi öz təsdini tapır və o həmin maddənin "patı" olduğunu və özü üçün istifadə etmək üçün üzərində saxladığını bildirir. Protokola 01 ədəd DVD formatlı disk əlavə edilmişdir (i.v 18-20); 09 avqust 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2025-ci il tarixdə, saat 12:56-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 12:56-dan hesablanmışdır (i.v. 29-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 avqust 2025-ci tarixli 6/2727 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №154"- li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza) " yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,748 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (ekspertiza xərci 114 manat) (i.v 43-46); 10 avqust 2025-ci il tarixli DVD-R disk üzrə vieoyazı məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim olunmuş CD-R formatlı diskdə bir faylın olması öz əksini tapmışdır. Həmin fayla əks edilmiş görüntülər 09 avqust 2025-ci il tarixdə saat 12:56-da Xətai rayonu N.Tusi küçəsi 22 ünvanın yaxınlığında qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, polis əməkdaşları Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1dur, polis leytenantı Şahid2dir və videoçəkilisi aparan polis leytenantı Şahid3dir. Əynində qara rəngli şalvar və qara rəngli qısa qol köynək olan şəxs Təqsirləndirilən şəxsdur. Əməliyyat müvəkkili Şahid1 saxlanılan şəxs Mirsahib Əliyevə hüquqlarını izah etdikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa onu təqdim etməsini təklif edir. Bundan sonra Mirsahib Əliyev əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffəf sellofan bükümü təqdim edərək içərisində “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olması və həmin bükümü şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata almasını bildirir. Mirsahib Əliyevin üzərində şəxsi axtarış keçirildikdə qeyd olunandan başqa qanunsuz heç bir əşya aşkar edilmir. Mirsahib Əliyevin təqdim etdiyi bir ədəd büküm elektron tərəzidə çəkildikdə 0.88 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırlıb möhürlənib üzəri imzalanır. Faylda videçəkiliş ümumi olaraq 06 dəqiqə 50 saniyə davam etdi (i.v 52); 10 avqust 2025-ci il tarixli DVD-R disk üzrə vieoyazı məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, olunmuş CD-R formatlı diskdə bir faylın olması öz əksini tapmışdır. Həmin fayla əks edilmiş görüntülər 09 avqust 2025-ci il tarixdə saat 12:56-da ünvan 10 ünvanın yaxınlığında qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, polis əməkdaşları Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1dur, polis leytenantı Şahid2dir və videoçəkilisi aparan polis leytenantı Şahid3dir. Baxış zamanı məlum olmuşdur ki, həmin CD-R formatlı diskdə əks edilmiş videoçəkiliş 09 avqust 2025-ci il tarixdə ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasının dəhlizində qeydə alınır. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı polis polkovnik-leytenantı X4 olduğu xidməti otağa gətirilib təhqiqatçıya təqdim edilir. Əməliyyat müvəkkili Şahid1, Mirsahib Əliyevin 09 avqust 2025-ci il tarixdə saat 12:56-da Xətai rayonu N.Tusi küçəsi 22 ünvanın yaxınlığında saxlanılmasını bildirib üzərindən aşkar edilib qablaşdırılmış bükümü X7a təqdim edir (i.v 53); 11 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v 58-59); 11 avqust 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxsin Xətai RPİ MSYdən azad edilməsi qərara alınmışdır (i.v 91-92); 11 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 94-96); 11 avqust 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində üzərində bir ədəd Azərfon MMC-ə məxsus ***-***-**-** mobil nömrə olan "Samsung Galaxy A40" markalı mobil telefona baxış zamanı telefonda iş üçün sübut əhəmiyyətinə malik heç bir məlumat aşkar edilməmişdir (i.v 99- 100); 11 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş əlyazma qəbzdən görünür ki, "Samsung Galaxy A40" markalı mobil telefon saz və işlək vəziyyətdə ona geri qaytarılmışdır (i.v 101); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3cü maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2500 manat cərimə cəzası 01 il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir (i.v 120-121); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(008)-200/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 03 (üç) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)- 281/2019 saylı, 02 may 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 01 il, 05 ay, 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 ay, 28 gün hissəsi 04 ay, 14 gün hesablanmış, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilmiş və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcının «15» fevral 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir (i.v 123- 132); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 549 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(008)-200/2020 saylı hökmü ilə ona təyin edilmiş cəzasını xx.xx.2023-cü il tarixdə cəza müddətinin sonra çatması ilə əlaqədar azad edilmişdir (i.v 122); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsi Ambulator X3 27 avqust 2025-ci il tarixli 5275 saylı ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin, Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür ( i.v.137-138); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli 2988 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək qabiliyyəti və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır (i.v 139-142); 22 sentyabr 2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin məktuba əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilmiş, CD disk açıldıqda "Mushteri zenglerinin detallashmasi_MSİSDN_707170331", "SMS detallashması_MSİSDN_707170331" tarixcheleri_MSİSDN_707170331" adlarda olan fayıllara keçirilən baxış zamanı iş üçün "Zenglerin mexsusluq sübut əhəməti aşkar edilmədi. CD diskdə olan "Mushteri zenglerinin detallashmasi_MSİSDN_707170331" adlı fayıla keçirilən baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:31:35-də "ünvan 12 ünvanında yerləşən Dərya çay evi", xx.xx.2025-ci il tarixdə saat 13:20:50- də "Xətai rayonu Sadıxcan küçəsi VAZ-QAZ ehtiyyat hissələri", xx.xx.2025-ci il tarixdə saat 14:53:31-də "Xətai rayonu, Şıxlınski küçəsi 79, General Şıxlinski küçəsi 39, Əliağa Şıxlınski küçəsi 48 saylı məktəb yanı", xx.xx.2025-ci il tarixdə saat 17:07:18-də "Xətai rayonu, Sadıxcan küçəsi, Elita Palace yaxınlığında, VAZ-QAZ ehtiyyat hissələri", xx.xx.2025-ci il tarixdə saat 17:10:12-dən xx.xx.2025-ci il tarixdə saat 23:10:12-dək "ünvan 14 ünvanlarında olması müəyyən edilmişdir (i.v 144, 147-157); 22 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 avqust 2025-ci il tarixli 3-16-16/2- 6/2727/2025 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilsin və istintaq materiallarına əlavə edilmiş, məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2025-ci il tarixli 5275 nömrəli rəyi üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilsin və istintaq materiallarına əlavə edilmiş, kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının 10 sentyabr 2025-ci il tarixli 4145 nömrəli rəyi üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin təmiz çəkisi 0,748 qram hesab edilmiş və maddi sübut kimi tanınmış, iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,698 qram psixotrop maddə metamfetamin saxlanması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan iki ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınsın və istintaq materiallarına əlavə edilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd "Samsung Galaxy A40" markalı mobil telefonun özünə qaytarılması nəzərə alınmışdır (i.v.158-163); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında protokol və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokollarda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən psixotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(008)-200/2020 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardığı gündən 02 il müddət keçmədən yenidən cinayət törətdiyindən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal-cinayətin residivi (CM61.1.1) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olması (CM 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – şəxsi axtarış və baxış keçirilməsi görüntülərini özündə əks etdirən 02 (iki) ədəd disklər iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosu tərəfindən vəkil Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 avqust 2025-ci il tarixdən 11 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 03 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İsmayılov X2 Xidmətinin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0.698 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 30 (otuz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar