Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-484/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 2001-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 18 iyun 2022-ci il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanının yaxınlığında, tanışı Şahid2 ilə aralarında sonuncunun tanışı olan, İbrahim adlı şəxsin ünvanına “qul” deməsi səbəbindən, mübahisə etdikdən dərhal sonra, həmin ünvanda Şahid2 dayısı oğlu Zərərçəkmiş şəxs bu mübahisəyə görə ona irad bildirməsi səbəbindən, aralarında yaranmış münaqişə zamanı, sonuncunun ona “bıçaqla xəsarət yetirə bilmərsən” sözlərindən sonra, üzərində saxladığı mətbəx bıçağı ilə bir dəfə Zərərçəkmiş şəxs vuraraq, ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilən, döş qəfəsinin boşluğuna nüfuz etməyən, deşilmiş-kəsilmiş yarası və sol said nahiyəsinin deşilmişkəsilmiş yaralarından ibarət xəsarətlər yetirməklə, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ailəsini dolandırmaq üçün, “Uber” və “Bolt” şirkətlərində kuryer kimi fəaliyyət göstərir. 18 iyun 2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı Xətai rayonu, D.Səfərov küçəsində, qonşuluqda yaşayan Şahid2 ilə birlikdə dayanıb söhbət edərkən, bir-biri ilə zarafatlaşırmışlar. Orxan onunla kobud zarafatlar etdiyinə görə, iradını bildirmişdir. Bundan sonra, aralarında mübahisələri yaranmış və həmin vaxt onların səslərinə Orxanın qohumu Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Bundan sonra, Asif Orxanı müdafiə etmək məqsədi ilə, onunla yüksək səslə mübahisə etməyə başlamışdır. O, Asifə Orxanla aralarında olan mübahisənin səbəbini başa salmağa çalışsa da, Asif onun sözlərinə əhəmiyyət verməyərək, onu təhqir etməyə başlamışdır. Mübahisə zamanı, Asif onun sözlərinə məhəl qoymayaraq, dava-dalaş etməyə başlamışdır. Həmin zaman o, əsəbli olduğundan, cibində olan bıçaqla Asifin ayaq nahiyəsinə vurmaq istədikdə, sonuncu əyilmişdir. Asif əyilərkən, bıçaq onun ilk öncə sol qoluna, daha sonra sürtərək sol döş qəfəsinin alt hissəsinə dəymişdir. O, Asifə tibbi yardım etmək üçün, evinə dəvət etdikdə, sonuncu buna etiraz etmiş və bundan sonra, Orxan Asifi hadisə yerindən uzaqlaşdırıb, xəstəxanaya aparmışdır. Sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş hadisə ilə bağlı zərərçəkmiş Zərərçəkmiş şəxs ilə hazırda barışdığını, onu vurduğuna görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 18 iyun 2022-ci il tarixdə, saat 23 radələrində yaşadıqları Xətai rayonu, D.Səfərov küçəsində yerləşən marketdən çıxan zaman, dayısı oğlu Şahid2la qonşuluqda yaşayan Təqsirləndirilən şəxs sözlə mübahisə etdiklərini görmüşdür. O, yaxınlaşıb mübahisənin səbəbini öyrənmək istədikdə, Nicat onun müdaxilə etdiyinə görə, onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı, Nicat cibində olan mətbəx bıçağı ilə onun sol qoluna xəsarət yetirdikdən sonra, bıçaq sürüşərək sol döş qəfəsinin alt hissəsinə dəymişdir. Bundan sonra, Nicat kənara çəkilmiş və onun qışqırıq səsinə kənarda dayanan Şahid2 yaxınlaşmışdır. Orxan onun xəsarət aldığını görüb, onu ilk öncə bacısının yaşadığı ünvana aparmış, sonradan isə aldığı xəsarətlə bağlı xəstəxanaya müraciət etmişdir. Hazırda isə Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 25 iyun 2022-ci il tarixli, 694 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində aşkar olunan xəsarətlər - döş qəfəsinin boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası və sol said nahiyəsinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişlər, yetirilmə müddəti 18 iyun 2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin məlumatından görünür ki, ünvan 2 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən mətbəx bıçağı ilə xəsarət yetirməsi ilə bağlı keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs həmin bıçağı yaxınlıqda olan zibil qutusuna atdığı müəyyən edilmişdir. Bu səbəbdən də, hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirilən mətbəx bıçağının yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, 23 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda, həmin Məcəllənin 299.3.4-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 20 oktyabr 2017-ci il tarixli Qanunla əlavə edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-484/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-484/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver