Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-485/2021 06.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi –Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 7 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel küçəsi, ev 40 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə və xx xxxxxx 1990-cı ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmuş, Naxçıvan MR, Şərur rayonu, Şahtaxtı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 2A, mənzil 68 ünvanında kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs tərkibində 28 aprel 2021-ci il tarixdə saat 16:00 radələrində ictimai yer olan ünvan 4 ünvanda yerləşən “Wood House” kafenin qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib, yumruq və təpik zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurub ona sol əlin sıyrıqları ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarət yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs tərkibində 28 aprel 2021-ci il tarixdə saat 16:00 radələrində ictimai yer olan ünvan 5 ünvanda yerləşən “Wood House” kafenin qarşısında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 dalaşdıqdan sonra onları ayırdıqları üçün Zərərçəkmiş şəxs nalayiq söyüş söyməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib təpik zərbəsi ilə sonuncunun qarın nahiyəsinə vurub ona fiziki ağrı yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs tərkibində 28 aprel 2021-ci il tarixdə saat 16:00 radələrində ictimai yer olan ünvan 5 ünvanda yerləşən “Wood House’' adlı kafenin qarşısında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 dalaşdıqdan sonra onları ayırdıqları üçün Zərərçəkmiş şəxs nalayiq söyüş söyməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək xuliqanlıq niyyəti ilə sonuncunu təpiklə vuraraq ona Vİİİ, İX, X qabırğaların xətti sınığı ilə nəticələnən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Çinar Trans” MMC-də sürücü kimi işə başlamış və şirkətə məxsus 40 nömrəli sərnişin avtobusunu idarə etmişdir. Şirkət tərəfindən ona verilmiş yol vərəqəsi əsasında şirkətə məxsus avtobusları idarə etmişdir. Zərərçəkmiş şəxs təxminən 3 il olar ki, tanımış və Elmar da onun kimi "xxxx" MMC-yə məxsus 40 nömrəli sərnişin avtobusunda sürücü işləmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da "xxxx" MMC-yə məxsus 40 nömrəli sərnişin avtobusunda sürücü işləmişlər. 28 aprel 2021ci il tarixdə saat 14 radələrində sürücü yoldaşı Ruslan və Elminlə birlikdə “Wood House” kafesində masa arxasında əyləşib çay içmişdir. Həmin vaxt Elmar kafeyə daxil olaraq yaxınlaşıb onlarla görüşmüşdür. O, Elmardan nə üçün əvəz etdiyi sürücünün yerinə işə çıxan zaman az pul verdiyini soruşmuşdur. Elmar da ona kobud şəkildə cavab verərək məsələnin ona aidiyyəti olmadığını bildirmişdir. Həmin vaxt onların arasında sözlə mübahisə baş vermişdir. Həmin vaxt o, Elmara bu barədə çölə çıxan zaman söhbət edəcəklərini bildirmiş və Elmar kafedən çölə çıxmışdır. Buna baxmayaraq onlar Elmarın arxasınca çölə çıxmayaraq kafedə domino oynamağa başlamışlar. Saat təxminən 17 radələrində onlar kafedən çölə çıxan zaman Elmarın kafenin yanında Şahlara məxsus “Saipa” markalı avtomobilin qabaq sağ tərəfində sükan arxasında əyləşdiyini görmüşdür. Elmar onunla söhbət etmək istədiyini bildirib onu avtomobilə çağırdığı üçün o, Şahlara məxsus “Saipa” markalı avtomobilin arxa oturacağına əyləşmişdir. Həmin vaxt avtomobildə yenidən onların arasında mübahisə baş vermişdir. Həmin vaxt o, bir dəfə şillə ilə Elmarın boyun nahiyəsindən vurmuşdur. Sonra Elmar avtomobilin sürücü tərəfdən əyləşdiyi hissəsindən yerə düşərək arxa sol qapını açıb onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Elmar gözləmədiyi halda bir dəfə şillə ilə onun sifət nahiyəsindən vurmuş və aralarında olan mübahisə əlbəyaxaya dava dalaşa çevrilmişdir. Avtomobildən yerə düşmək istəsə də, Elmar onu vurmağa davam etdiyi üçün yerə düşə bilməmişdir. Ruslan tez yaxınlaşıb mübahisənin qarşısını almaq üçün Elmarı qucaqlayıb kənara çəkmişdir. O, avtomobilin salonundan çıxaraq Elmarın üzərinə getmiş və onlar əlbəyaxa olaraq dalaşmağa başlamışlar. Həmin vaxt orada olan şəxslər onları ayırıb kənara çəksələr də, Elmar nalayiq ifadələr işlətdiyi üçün o, əynində olan gödəkcəni çıxarıb yenidən Elmarın üzərinə gedərək sonuncunu vurmağa başlamışdır. Onlar yaxalaşıb bir birilərinə vura-vura kənarda dayanmış ‘'Mercedes-Benz” avtomobilin yan hissəsinə getmişlər. Həmin vaxt Elmar yerə yıxılmışdır. Elmar yıxılan zaman onun paltarından tutduğu üçün o da sonuncunun üzərinə yıxılmışdır. Orada olan şəxslər onları ayırıb kənara çəkmişlər. Elmar isə yerdən qalxaraq Şahların idarə etdiyi “Saipa” markalı avtomobilə tərəf getmişdir. O isə kənara çəkilib üst başını təmizləməyə başlamış, Elmar isə avtomobilin yanında dayanıb mübahisə zamanı onu ayıran şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Ruslan bunu eşidib Elmarın üzərinə doğru gedərək Elmarı vurmuş, o da onların yanına gedərək Elmarı vurmağa başlamışdır. Həmin vaxt Elmin də gələrək təpik zərbəsi ilə Elmarın qarın nahiyəsindən vurmuşdur. Sonra orada olan şəxslər onları sakitləşdirib ayırmışlar. Daha sonra ona məlum olmuşdur ki, Elmar Xətai RPİ-nin 35-ci PBnə baş vermiş hadisə barədə müraciət etmişdir. Mübahisə zamanı onun bildiyinə görə Elmin Elmarı vurandan sonra Elmarın qabırğası sınmışdır. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də sürücü kimi işə başlamış və şirkətə məxsus 40 nömrəli sərnişin avtobusunu idarə etmişdir. Zərərçəkmiş şəxs 2-3 il olar ki, tanıyır və Elmar da onun kimi "xxxx" MMC-yə məxsus 40 nömrəli sərnişin avtobusunda sürücü işləmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 da "xxxx" MMC-yə məxsus 40 nömrəli sərnişin avtobusunda sürücü işləmişdir. O, bir gündən bir saat 06 radələrində "xxxx" MMC-də məxsus yol vərəqəsi ilə ona təhkim olunmuş 40 nömrəli sərnişin avtobuslarından birində sürücü kimi işə başlamış və həmin gün saat 23 radələrində iş vaxtı bitdiyi üçün idarə etdiyi avtobusu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən '‘Çinar Trans” MMC-yə məxsus qaraja aparıb təhvil verərək yaşadığı ünvana getmişdir. 28 aprel 2021-ci il tarixdə saat 14 radələrində sürücü yoldaşı Zaur və Elminlə birlikdə “Wood House” kafesində masa arxasında əyləşib çay içmişdir. Həmin vaxt Elmar kafeyə daxil olaraq yaxınlaşıb onlarla görüşmüşdür. Həmin vaxt Zaur ondan nə üçün əvəz etdiyi sürücünün yerinə işə çıxan zaman az pul verdiyini soruşmuşdur. Elmar da Zaura kobud şəkildə cavab verərək məsələnin ona aidiyyəti olmadığını bildirmişdir. Həmin vaxt Zaurla Elmarın arasında sözlə mübahisə baş vermişdir. Həmin vaxt Elmar Zaura çölə çıxan zaman söhbət edəcəyini bildirib kafedən çıxmışdır. Buna baxmayaraq onlar Elmarın arxasınca çölə çıxmayaraq kafedə domino oynamağa başlamışlar. Saat təxminən 17 radələrində onlar kafedən çölə çıxan zaman Elmarın kafenin yanında Şahlara məxsus “Saipa” markalı avtomobilin qabaq sağ tərəfində sükan arxasında əyləşdiyini görmüşlər. Elmar Zaurla söhbət etmək istədiyini bildirib avtomobilə çağırdığı üçün Zaur Şahlara məxsus “Saipa” markalı avtomobilin arxa oturacağına əyləşmişdir. Həmin vaxt avtomobildə Zaurla Elmarın arasında mübahisə baş vermişdir. Bundan sonra Elmar avtomobilin sürücü tərəfdən əyləşdiyi hissəsindən yerə düşərək arxa sol qapını açıb Zaurla mübahisə etməyə başlamışdır. Zaurla Elmar bir-birilərinə şillə vurduqları üçün onların arasında olan mübahisə əlbəyaxaya dava dalaşa çevrilmişdir. O, tez yaxınlaşıb mübahisənin qarşısını almaq üçün Elmarı qucaqlayıb kənara çəkmək istəmişdir. Həmin vaxt Zaurda avtomobilin salonundan çıxaraq Elmarın üzərinə hücum etmiş və Zaurla Elmar əlbəyaxa olmuşdur. Həmin vaxt o və orada olan şəxslər onları ayırıb kənara çəksələr də, Elmar nalayiq ifadələr işlətdiyi üçün Zaur əynində olan gödəkçəni çıxarıb yenidən Elmarın üzərinə gedərək vurmağa başlamışdır. Zaurla Elmar yaxalaşıb bir birilərini vura-vura kənarda dayanmış “Mercedes-Benz” avtomobilin yan hissəsinə getmişlər. Həmin vaxt Elmar yerə yıxılmışdır. Elmar yıxılan zaman Zaurun paltarından tutduğu üçün Zaur da Elmarın üzərinə yıxılmışdır. Bundan sonra o və orada olan şəxslər Zaurla Elmarı ayırıb kənara çəkmişlər. Elmar isə yerdən qalxaraq Şahların idarə etdiyi “Saipa” markalı avtomobilə tərəf getmişdir. Həmin vaxt Elmar avtomobilin yanından mübahisə zamanı onu ayıran şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. O da əsəbləşərək qaçıb Elmarın üzərinə gedərək sonuncunu təpiklə vurmuşdur. Bundan sonra Zaur da Elmarın üzərinə gedərək sonuncunu vurmağa başlamışdır. Həmin vaxt Elmin də gələrək təpik zərbəsi ilə Elmarın qarın nahiyəsindən vurmuşdur. Bundan sonra orada olan şəxslər onları sakitləşdirib ayırmışlar. Elmar sol qabırğa nahiyəsini tutaraq ağrıdığını bildirdiyi üçün onlar sonuncunu sınıqçıya aparmışlar. Sınıqçı onlara Elmarı həkimə aparıb rentgen etmək lazım olduğunu bildirsə də, Elmar həkimə getməkdən imtina etmişdir. Daha sonra ona məlum olmuşdur ki, Elmar Xətai RPİnin 35-ci PB-nə baş vermiş hadisə barədə müraciət etmişdir. Baş vermiş mübahisə zamanı ilk olaraq Elmar Zaurun baş nahiyəsinə şillə vurmuş, bundan sonra Zaur Elmarı yumruqla vurmuşdur. Elmar nalayiq ifadələr işlətdiyi üçün o, ayağı ilə Elmarı vurmuşdur. Həmin vaxt Elmin də təpiklə Elmarın qabırğa nahiyəsindən vurmuşdur. Həmin vaxt orada o, Zaur, Elmar, Emin, Şahlar, Elşad, Tural və tanımadığı şəxslər olmuşdur. Hadisə təxminən 5-7 dəqiqə davam etmişdir. Mübahisə zamanı onun biliyinə görə Elmin Elmarı vurandan sonra Elmarın qabırğası sınmışdır. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də sürücü kimi işə başlamış və şirkətə məxsus “Karsan Atak” markalı 40 nömrəli sərnişin avtobusunu idarə etmişdir. Zərərçəkmiş şəxs təxminən 4 il olar ki, tanımış və Elmar da onun kimi "xxxx" MMC-yə məxsus 40 nömrəli sərnişin avtobusunda sürücü işləmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da "xxxx" MMC-yə məxsus 40 nömrəli sərnişin avtobusunda sürücü işləmişlər. O, əvvəllər "xxxx" MMC-yə məxsus 40 nömrəli sərnişin avtobuslarına nəzarət edərək dispetçer kimi işləsə də, sonradan şirkətə məxsus avtobusda sürücü kimi işə başlamışdır. 28 aprel 2021-ci il tarixdə saat 14 radələrində sürücü yoldaşı Ruslan və Zaurla birlikdə “Wood House” kafesində masa arxasında əyləşib pivə içmişdir. Ruslan dindar olduğu üçün spirtli içki qəbul etməyərək çay içmişdir. Həmin vaxt Elmar kafeyə daxil olub yaxınlaşıb onlarla görüşmüşdür. Zaur Elmardan nə üçün əvəz etdiyi sürücünün yerinə işə çıxan zaman az pul verdiyini soruşmuşdur. Elmar Zaura məsələnin ona aidiyyəti olmadığını bildirmiş və aralarında sözlə mübahisə baş vermişdir. Həmin vaxt onları sakitləşdirsələr də, Elmar Zaura çölə çıxan zaman söhbət edəcəyini bildirib kafedən çıxmışdır. Buna baxmayaraq onlar Elmarın arxasınca çölə çıxmayaraq kafedə domino oynamağa başlamışlar. Saat təxminən 17 radələrində onlar kafedən çölə çıxan zaman Elmarın kafenin yanında Şahlara məxsus “Saipa” markalı avtomobilin qabaq sağ tərəfində sükan arxasında əyləşdiyini görmüşdür. Elmar Zaura söhbət etmək üçün avtomobilə çağırdığı üçün Zaur Şahlara məxsus “Saipa” markalı avtomobilin arxa oturacağına əyləşmişdir. Həmin vaxt avtomobildə Zaurla Elmarın arasında mübahisə baş vermişdir. Bundan sonra Elmar avtomobilin sürücü tərəfdən əyləşdiyi hissəsindən yerə düşərək arxa sol qapını açıb Zaurla mübahisə etməyə başlamışdır. Zaurla Elmar bir-birilərinə şillə vurduqları üçün Zaurla mübahisə əlbəyaxaya dava dalaşa çevrilmişdir. Ruslan tez yaxınlaşıb mübahisənin qarşısını almaq üçün Elmarı qucaqlayıb kənara çəkmək istəyən zaman Zaurda avtomobilin salonundan çıxaraq Elmarın üzərinə hücum etmiş və Zaurla Elmar əlbəyaxa olaraq dalaşmağa başlamışlar. Orada olan Şahlar, Ruslan, X18 ayırıb kənara çəksələr də, Zaur əynində olan gödəkcəni çıxarıb yenidən Elmarın üzərinə gedərək Elmarı vurmağa başlamış və əlbəyaxa olub hasarın kənarında dayanmış “Mercedes-Benz” avtomobilinin yan hissəsinə keçən zaman Elmar yerə yıxılmışdır. Zaur isə Elmarın üzərində oturub yumruqla Elmarı vurmağa başlamışdır. Elmar ucadan qışqırıb nəfəs ala bilmirəm deməyə başlamışdır. Həmin vaxt Elşad yaxınlaşaraq Zauru Elmarın üzərindən qaldırmış və Elmar yerdən qalxaraq əli ilə qarın nahiyəsini tutaraq Şahların idarə etdiyi “Saipa” markalı avtomobilə tərəf getmişdir. O və orada olan digər şəxslərdə Zauru kənara çəkib sakitləşdirməyə başlamışlar. Həmin vaxt Elmar avtomobilin yanından mübahisə zamanı ayıran şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Ruslan bunu eşidib əsəbiləşərək qaçıb Elmarın üzərinə gedərək Elmarı təpiklə vurmuşdur. Daha sonra ona məlum oldu ki, Elmar Xətai RPİ-nin 35-ci PB-nə baş vermiş hadisə barədə müraciət etmişdir. Baş vermiş mübahisə zamanı ilk olaraq Zaur Elmarı vurmuş, Elmar yerə yıxıldıqdan sonra Zaur Elmarın üzərində oturub yumruqla sonuncunu vurmuşdur. Sonra Elmar nalayiq ifadələr işlətdiyi üçün Ruslan ayağı ilə Elmarı vurmuşdur. O da mübahisənin qarşısını almaq üçün bir dəfə Elmarı təpiklə vurmuşdur. Həmin vaxt orada o, Zaur, Elmar, Ruslan, Şahlar, Elşad və tanımadığı şəxslər olmuşdur. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2014-cü ildən "xxxx" MMC-də sürücü kimi işə başlamış və hazırda şirkətə məxsus “Karsan Atak” markalı 40 nömrəli sərnişin avtobusunu idarə edir. Şirkət tərəfindən ona verilmiş yol vərəqəsi əsasında şirkətə məxsus “Karsan Atak” markalı, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** və başqa dövlət qeydiyyat nişanlı sərnişin avtobuslarını idarə etmişdir. İşlədiyi 40 nömrəli sərnişin avtobusunun marşrut xətti Sabunçu rayonu dəmir yolu vağzalından başlayaraq ünvan 6 ünvanında yerləşən “Wood House” kafenin qarşısında başa çatmışdır. Təqsirləndirilən şəxs2 təxminən 6 ildir ki, tanımış və Ruslan da onun kimi "xxxx" MMC-yə məxsus 40 nömrəli sərnişin avtobusunda sürücü işləmişdir. Təqsirləndirilən şəxs1 1 il olar ki, tanımışdır. O da "xxxx" MMC-yə məxsus 40 nömrəli sərnişin avtobusunda sürücü işləmişdir. Təqsirləndirilən şəxs3 isə 2 il olar ki, tanıyır. Elmin də işlədiyi "xxxx" MMC-yə məxsus 40 nömrəli sərnişin avtobuslarına nəzarət edərək dispetçer kimi işləmişdir. O, bir gündən bir saat 06 radələrində "xxxx" MMC-yə məxsus yol vərəqəsi ilə ona təhkim olunmuş "Karsan Atak” markalı 40 nömrəli sərnişin avtobuslarından birində sürücü kimi işə başlamış və həmin gün saat 23 radələrində iş vaxtı bitdiyi üçün idarə etdiyi avtobusu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən "Çinar Trans” MMC-yə məxsus qaraja aparıb təhvil verərək yaşadığı ünvana getmişdir. Həmçinin o, boş vaxtlarında sürücü yoldaşlarından kiminsə işi olarsa əvəz etmək üçün 2-3 reys sürücü kimi işə çıxıb 40 nömrəli sərnişin avtobusunu idarə etmişdir. 40 saylı sərnişin avtobusunda sürücü işləyən iş yoldaşı Hüseyn onu əvəz etməyini xahiş etdiyi üçün 28 aprel 2021-ci il tarixdə saat 11 radələrində ünvan 7 ünvanında yerləşən 40 saylı sərnişin avtobusunun son dayanacağına gedib MMC-yə məxsus avtobusu ondan təhvil alaraq işə başlamış və sərnişin avtobusunda 3 dövrə vuraraq son dayanacağa getmişdir. Həmin vaxt o, Hüseynlə təhvil təslim edərək topladığı pulu və idarə etdiyi 40 nömrəli sərnişin avtobusunu Hüseynə təhvil vermişdir. 40 nömrəli sərnişin avtobusunda işləyən sürücülər ünvan 7 ünvanında yerləşən “Wood House” kafesində əyləşmişlər. O, Hüseynlə təhvil-təslim etmişdir. Təxminən saat 16 radələrində “Wood House” kafesinə daxil olan zaman Ruslan, Elmin və Zaurun masa arxasında əyləşib pivə içdiklərini görmüşdür. Zaur ona Hüseynin yerinə əvəz edici sürücü kimi işə çıxan zaman nə üçün az pul verdiyini bildirən zaman o, bu məsələnin Zaura aidiyyəti olmadığını bildirmişdir. Həmin vaxt onların arasında sözlə mübahisə baş vermiş və mübahisə zamanı Zaur ona kafedən çölə çıxan zaman söhbət edəcəyini bildirmişdir. O, çölə çıxıb kafenin yanında saxlanılmış sürücü yoldaşı Şahlara məxsus “Saipa” markalı avtomobilin qabaq sağ tərəfində sükan arxasında əyləşərək Şahlarla söhbət etməyə başlamışdır. Şahlar isə avtomobilin qabaq sol tərəfində öndə əyləşmişdir. Onlar bir qədər söhbət etdikdən sonra Zaur da gələrək Şahlara məxsus avtomobilin arxa oturacağına əyləşərək onunla mübahisə edərək əli ilə onu avtomobilin salonunda vurmağa başlamışdır. O, avtomobilin sükanı arxasından yerə düşərək arxa qapını açıb əyilərək Zaurla söhbət edən zaman Zaur yenidən onu vurduğu üçün aralarında olan mübahisə dava daşlaşa çevrildiyi üçün o da qarşılıq verərək avtomobilin salonunda Zauru bir neçə dəfə sillə ilə bədəninin müxtəlif nahiyəsindən vurmuşdur. Həmin vaxt Ruslan yaxınlaşıb onu arxadan tutaraq qucaqlayıb geri çəkən zaman Zaur avtomobilin salonundan çölə çıxaraq onun üzərinə hücum edib yumruqla bədəninin müxtəlif nahiyəsindən vurmağa başlamışdır. Həmin vaxt Şahlar, Ruslan, Elşad Zauru ondan ayırıb kənara çəksələr də, Zaur əynində olan gödəkcəni çıxarıb yenidən onun üzərinə hücum edərək onu vurmağa başlamış və onlar əlbəyaxa olub hasarın kənarında dayanmış “Mercedes-Benz” avtomobilin yan hissəsinə keçən zaman o, yerə yıxılmışdır. Buna baxmayaraq Zaur onun üzərində oturub yumruqla baş nahiyəsindən vurmağa başlamış və o, yerə yıxılan zaman sol qolundan xəsarət almışdır. Həmin vaxt Elşad yaxınlaşaraq Zauru onun üzərindən qaldırmış və o, yerdən qalxaraq yenidən Şahların idarə etdiyi “Saipa” markalı avtomobilin arxa sol tərəfinin qapısını açıb oturmaq istəyən zaman Ruslan qaçaraq onun üzərinə gəlib diz nahiyəsi ilə sol qabırğa hissəsindən zərbə ilə vurmuşdur. Bundan sonra Zaur və Elmin də qaçaraq onun üzərinə hücum çəkmişlər. Həmin vaxt Zaur onu yumruqla kürək nahiyəsindən, Elmin isə təpiklə qabırğa nahiyəsindən vurmuş və o, zərbənin təsirindən avtomobilin arxa oturacağının üzərinə yıxılmışdır. Sonra orada olan şəxslər Zauru, Ruslan və Elmini ondan aralayıb kənara çəkmişlər. Sonra baş vermiş hadisə barədə işlədiyi "xxxx" MMC-in rəhbərliyinə məlumat verilmişdir. Hadisənin ilk günləri ciddi xəsarət aldığını düşünmədiyi üçün bu barədə polisə məlumat verməmişdir. Bir neçə gün sonra bədənində ağrılar olduğu üçün bu barədə Zaur, Elmin və Ruslana bildirsə də, sonuncular onu xəstəxanaya aparmaqdan imtina etmişlər. Buna görə də o, 12.05.2021-ci il tarixdə Xətai RPİ-nin 35-ci PB-nə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət edərək izahat vermişdir. Baş vermiş mübahisə zamanı ilk olaraq Zaur onu avtomobilin salonunda onu şillə ilə sifət nahiyəsindən vurduqdan sonra onu yerə yıxıb üzərində oturub baş və kürək nahiyəsindən yumruqla, Ruslan isə dizi ilə onun sol qabırğa nahiyəsindən, Elmin isə təpiklə sol qabırğa nahiyəsindən vurmuşdur. Həmin vaxt orada o, Zaur, Elmin, Ruslan, Şahlar, Elşad və tanımadığı şəxslər olmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə zamanı Zaur onu vurduğu üçün o da qarşılıq verərək Zauru şillə ilə vurmuşdur. Beləliklə o, hal-hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barələrində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 12.05.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanında yerləşən “Wood House” kafesinin qarşısına baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 11-13); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X16 18 may 2021-ci il tarixli 397 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs soldan Xİİİ, İX, X qabırğaları xətti sınıqla, sol əlin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 17.05.2021-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir (i.v. 21-22); "xxxx" MMC tərəfindən verilmiş yol vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs “Karsan Atak” markalı, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **- JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-TH-***, **-JX-***, **-JX-*** dövlət qeydiyyat nişanlı 40 saylı sərnişin marşrutunu idarə etmişdir (i.v. 27); zərərçəkmiş şəxs qismində tanınma haqqında 30 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 28); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 22.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Qazax Hərbi Məhkəməsinin 22.01.2010-cu il tarixli hökmü ilə CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsinə əsasən 06 (altı) ay şərti sınaq müddəti tətbiq olunmaqla 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir (i.v. 52-53); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 21.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Heydərov X6 Rayon Məhkəməsinin 15.05.2014-cü il tarixli hökmü ilə CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzanın qalan hissəsindən 11.07.2016-cı il tarixdə azad edilmişdir (i.v. 55-56); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 21.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X7 MR Hərbi Məhkəməsinin 18.07.2008-ci il tarixli hökmü ilə CM-nin 332.1, 70-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay şərti sınaq müddəti tətbiq olunmaqla 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 29.12.2012-ci il tarixli hökmü ilə CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin 07.05.2013-cü il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzanın qalan hissəsindən 07.06.2013-cü il tarixdə azad edilmişdir (i.v. 58-59); cinayət işinin tövsif edilməsi haqqında 01 avqust 2021-ci il tarixli qərardan görünür ki, ********* cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən CMnin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir (i.v. 64); ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında 01 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuşdur (i.v. 66-67); ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında 01 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunmuşdur (i.v. 69-70); axtarışda olan şəxsin tutulması haqqında 16 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 avqust 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilmişdir (i.v. 77); axtarışda olan şəxsin tutulması haqqında 16 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 avqust 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilmişdir (i.v. 78); 17.08.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 122-125); 17.08.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 126-129); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 130-131); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 dərhal tutmadan azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 147-149); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 151-152); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 dərhal tutmadan azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 168-170); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 180-181); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 197-199); təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuşdur (i.v. 208-209); ifadənin yerində yoxlanılması haqqında 26.10.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ünvan 7 ünvanında yerləşən “Wood House” kafesinin qarşısında baş vermiş mübahisə ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 220- 222); sübutların qiymətləndirilməsi haqqında 26 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham və barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə-tibbi ekspertizasının 17.05.2021-ci il tarixli 397 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində CM-nin 127.2.3-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, hadisənin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v. 223-237); 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 082002 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və X2 arasında 26.09.2015-ci il tarixdə nikah bağlanmış və 398 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir; 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 807215 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 22.06.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası isə X1r; 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 142277 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 19.06.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası isə X1r; Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş AZ-İ seriyalı 881199 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 və X10 arasında 24.07.2015ci il tarixdə nikah bağlanmış və 311 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir; Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 12055040 nömrəli Şəxsiyyət Vəsiqəsindən görünür ki, X14 26.01.2012-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs3, anası isə X5r; Azərbaycan Respublikası vətəndaşının AA0438334 seriyalı Şəxsiyyət Vəsiqəsindən məlum olur ki, X15 18.12.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs3dur; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı “DVD” formatlı diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, 28.04.2021-ci il tarixdə saat 17:38:57-də “Wood House” kafenin qarşı hissəsində yolun sağ kənarında dayanmış vəziyyətdə olan ağ rəngli “Saipa” markalı avtomobilin sükanı arxasından əynində qara rəngli gödəkcə və başında kepka olan Zərərçəkmiş şəxs yerə düşüb avtomobilin sol arxa qapısını açaraq əyilib kiminləsə söhbət edir, həmin şəxs avtomobilin salonunda söhbət etdiyi şəxsi vurmağa başlayır, bu zaman Təqsirləndirilən şəxs2 qaçaraq arxa hissədən həmin şəxsə yaxınlaşıb arxaya doğru çəkir, Təqsirləndirilən şəxs1 avtomobildən düşüb Zərərçəkmiş şəxs üzərinə hücum edir və əlbəyaxa olaraq dalaşırlar, ətrafda olan şəxslər yaxınlaşaraq onları ayırıb kənara çəkirlər, buna baxmayaraq Təqsirləndirilən şəxs1 əynində olan gödəkcəni çıxarıb yenidən Zərərçəkmiş şəxs üzərinə hücum edərək əlbəyaxa olurlar, onlar əlbəyaxa olan zaman hasarın kənarında dayanmış vəziyyətdə olan “Mercedes-Benz” avtomobilin yan hissəsinə keçən zaman yerə yıxılırlar, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vurur, orada olan şəxslər yaxınlaşıb onları ayırıb yerdən qaldıraraq kənara çəkirlər, Zərərçəkmiş şəxs yenidən “Saipa” markalı avtomobilə tərəf gedib avtomobilin sol arxa qapısını açaraq dayanır, Təqsirləndirilən şəxs1 isə digər tərəfdə üst başını səliqəyə salır, bu zaman Təqsirləndirilən şəxs2 qaçaraq “Saipa” markalı avtomobilin yanında dayanmış Zərərçəkmiş şəxs üzərinə hücum edib diz nahiyəsi ilə həmin şəxsə zərbə endirir, həmin şəxslər əlbəyaxa olan zaman orada olan şəxslər onları ayırırlar, bu zaman Təqsirləndirilən şəxs1 qaçaraq Zərərçəkmiş şəxs üzərinə hücum edib vurur, arxa hissəsində “BNA” yazısı yazılmış gödəkcə geyinmiş Təqsirləndirilən şəxs3 də həmin şəxslərə yaxınlaşıb Zərərçəkmiş şəxs təpiklə vurub avtomobilin içərisinə doğru itələyir, daha sonra orada olan şəxslərin yenidən onları ayırması ilə mübahisənin başa çatması müşahidə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl CM-nin 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 törətdiyi əməl CMnin 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 törətdiyi əməl isə CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-59.1.12), ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində olan Qazax Hərbi Məhkəməsinin 22.01.2010-cu il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.1-ci maddəsinə əsasən ödənildiyindən hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində olan Binəqədi Rayon Məhkəməsinin 15.05.2014-cü il tarixli hökmü üzrə olan əməli ehtiyatsızlıqdan törədildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində 2 azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 barəsində olan Naxçıvan MR Hərbi Məhkəməsinin 18.07.2008ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.1-ci maddəsinə əsasən ödənildiyindən, Xaçmaz Rayon Məhkəməsinin 29.12.2012-ci il tarixli hökmü üzrə olan əməli ehtiyatsızlıqdan törədildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs3 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin islah olunmaları onları cəmiyyətdən təcrid etmədən mümkün olduğuna görə onlara müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs1 16.08.2021-ci il tarixdən 17.08.2021-ci il tarixədək tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 7 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs2 16.08.2021-ci il tarixdən 17.08.2021-ci il tarixədək tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel küçəsi, ev 40 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 2A, mənzil 68 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut – 01 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 16.08.2021-ci il tarixdən 17.08.2021-ci tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 16.08.2021-ci il tarixdən 17.08.2021-ci tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 3 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 oğlunun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-485/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-485/2021
06.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver