Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-485/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda qanunsuz olaraq “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxil olan 06 kapsuldan ibarət təsiredici maddəsinin ümumi miqdarı 1,8 qram təşkil edən preqabalin tərkibli dərman preparatını, 10 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 2,25 qram təşkil edən tramadol hidroxlorid tərkibli dərman preparatını, 09 ədəd kapsuldan ibarət təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edən preqabalin tərkibli dərman preparatını əldə edib həmin dərman preparatlarından 02 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 0,45 qram təşkil edən tramadol hidroxlorid tərkibli dərman preparatını 8 manat pul müqabilində 14 iyul 2022-ci il tarixdə işlədiyi ünvan 3 ünvanında fəaliyyət göstərən 406 saylı aptekdə Şahid1 8 manat pul müqabilində qanunsuz olaraq satmış, 14 iyul 2022-ci il tarixdə həmin aptekə keçirilmiş baxış zamanı aptekin satış piştaxtasının altından “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxil olan 06 kapsuldan ibarət təsiredici maddəsinin ümumi miqdarı 1,8 qram təşkil edən preqabalin tərkibli dərman preparatını, 8 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 1.8 qram təşkil edən tramadol hidroxlorid tərkibli dərman preparatını, 09 ədəd kapsuldan ibarət təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edən preqabalin tərkibli dərman preparatları aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, əczaçılıq sahəsində təhsil almışdır. 2001-ci ildən əczaçılıq sahəsində çalışır, təxminən 2020-ci il tarixdən qeyd olunan ünvan 3 ünvanında yerləşən apteki icarəyə götürüb işlətmişdir. Həmin aptek üzrə məsul şəxs yalnız özü olmuşdur. "xxxx" MMC şirkəti ilə müqavilə bağlayaraq dərman vasitələrini oradan götürüb satışını icra etmişdir. 2022-ci ilin may ayının axırlarında özü işlədiyi aptekdə olan zaman müştəri aptekə gələrək onunla ümumi mövzularda söhbət aparmış və sonradan söhbət əsnasında ona bildirmişdir ki, onda müəyyən qədər “Tramadol” və “Pregabalin” dərmanı var və ona bildirmişdir ki, lazım olsa o həmin dərmanı ona sata bilər. 2022-ci ilin iyul ayının əvvəllərində günorta radələrində həmin şəxs onun işlədiyi aptekə gəlmiş və ona 1 ədəd konvalyut kəsiyində 10 ədəd “Tramadol Hidroxlorid 225 mg” dərmanı hər bir həb 3 manat olmaqla ümumilikdə 30 manata, 1 ədəd konvalyut kəsiyində 9 ədəd “Alyse 150 mg” dərmanın hər bir kapsul 5 manat olmaqla, ümumilikdə 45 manata və 1 ədəd konvalyut kəsiyində 6 ədəd “Preqabalin Krka 300mg” olan dərmanı hər bir kapsul 5 manat olmaqla, ümumilikdə 30 manata satmışdır. O həmin dərman preparatlarını alan zaman həmin dərman preparatlarının güclü təsiredici maddə olmasını bilmişdir. Həmin dərman preparatlarını alıb, bir ədəd “Griphot” dərmanın qutusuna yığaraq kassanın altına qoymuşdur. Bir neçə dəfə onun işlədiyi aptekə tanımadığı müştərilər gəlmiş və ondan “Tramadol” dərmanı satmağı istəmişlər, lakin o, həmin müştəriləri tanımadığından və xüsusi resept olmadığından həmin dərman vasitələrin satmamışdır. 14 iyul 2022-ci il tarixdə saat 14:50 radələrində Rövşən adlı əvvəllər resept əsasında dərman alan şəxs onun işlədiyi aptekə gəlmiş və ona bildirmişdir ki, onun bədənində müxtəlif ağrılar var və ondan xahiş etmişdi ki, ona “Tramadol” dərmanı satsın. O, Rövşənə bildirmişdir ki, o, həmin dərmanı yalnız həkim tərəfindən verilmiş resept əsasında sata bilər, Rövşən isə reseptinin olmadığını və təcili olaraq həmin dərmanın lazım olduğunu bildirmişdir. Onun həmin şəxsə yazığı gəldiyindən 2 ədəd “Tramadol Hidroxlorid 225 mg” dərmanın 1 ədəd konvalyut kəsiyində hər bir həb 4 manata olmaqla, ümumilikdə 8 manata satmışdır. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, mərhəmətindən bu addımı atdığını, bir daha belə əməl törətməyəcəyini, birinin yetkinlik yaşına çatmayan olmaqla 3 uşağının olmasını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özü Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır, polis kapitanı rütbəsindədir. 14 iyul 2022-ci il tarixdə Xətai RPİ-nin NBM-nə “Rövşən” adlı şəxsin qanunsuz olaraq, satış məqsədi ilə güclü təsir edən maddələr əldə etməsi, saxlanması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında rəhbərliyə müraciət edilmiş və zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə özü və Xətai RPİ-nin NMB-nin rəisi, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 14 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanına getmişdi. Orada “Rövşən” adlı şəxsə bənzəyən şəxsin gəldiyini görüb həmin şəxsə yaxınlaşmışlar, onu polis idarəsinin inzibati binasına dəvət etmişlər. İdarədə hal şahidlərinin iştirakı ilə Rövşənin üzərinə baxış keçirilmiş, əynində olan şalvarın cibində 2 ədəd “Tramadol” dərmanı və 2 ədəd də adını xatırlamadığı adi dərmanları təqdim etmişdir. Şahid1 bildirmişdir ki, həmin dərman preparatını öz istifadəsi üçün 14 iyul 2022-ci il tarixdə saat 14:50 radələrində ünvan 3 ünvanında yerləşən aptekdən almışdır. Həmin 2 ədəd ağ rəngli konvalyut kəsiyində olan həblər hərəkət iştirakçılarının iştirakı ilə zərfə qablaşdırılmış, özü və digər hərəkət iştirakçıları həmin zərfi imzalamışdıralr. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və heç bir irad daxil olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 telefonoqram vasitəsilə artıq Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin rəisi vəzifəsinə təyin olunduğunu, əməliyyat tədbirləri ilə bağlı ezam olunduğunu bu səbəbdən məhkəmə baxış iclasına gələ bilməyəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilərək tədqiq edilmiş, ifadəsi şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar olmuşdur. Bundan başqa bildirmişdir ki, özü, müstəntiq Namiq Mirzəbəyli və sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs və ona təyin olunmuş vəkil Sənan Əsədov Bakı şəhəri, Gəncə prospekti 50 ünvanında yerləşən aptekə getmişlər. Orada videoçəkilişlə Təqsirləndirilən şəxs aptekdə dövriyyəsi qadağan olunmuş dərman preparatların olmasını bildirərək piştaxtın arxasına keçib və kassa aparatının altından 1 ədəd üzərində “Griphot” yazısı olan kağız qutunu təqdim etmişdir. Həmin qutunun içərisinə baxış keçirilən zaman orada 1 ədəd üzərində “Pregebalin Krka 300 MG” yazısı olan konvalyut kəsiyində 6 ədəd bir tərəfi ağ rəngli digər tərəfi isə tünd qırmızı rəngli kapsullar, 1 ədəd üzərində “Alyse 150 mg” yazısı olan konvalyut kəsiyində 8 ədəd ağ rəngli kapsul, 1 ədəd ağ rəngli konvalyut kəsiyində üzərində “Tramadol Hydrochloride 225 mg” sözləri yazılmış 8 ədəd həb aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin dərman preparatların güclü təsiredici maddələr olduğunu bildirmiş və 14 iyul 2022-ci il tarixdə həmin dərmandan 2 ədəd “Tramadol” dərmanın adın bilmədiyi müştəriyə satdığını bildirmişdir. Daha sonra müstəntiq həmin aptekə baxış keçirmiş, lakin qanunveriliklə dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iş üzrə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilərək tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, bədənində müxtəlif ağrılar olduğundan mütəmadi olaraq “Tramadol” adlı dərmanı alıb qəbul edir. Həmin dərmanın xüsusi reseptlə satıldığını bilir və ona görə də çox vaxt “İnstagram” sosial şəbəkə vasitəsi ilə tanış olduğu, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxslərdən həmin dərmanı alır və ya Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən apteklərdən həmin dərmanları alır. 14 iyul 2022-ci il tarixdə saat 15 radələrində Gəncə prospekti 50 ünvanında yerləşən adını xatırlamadığı aptek görüb, həmin aptekə daxil olmuşdur və orada işləyən qadından ona “Tramadol” dərmanın satmağını xahiş etmişdir. Həmin qadın ona bildirmişdir ki, həmin dərman xüsusi resept ilə satılır və ona həmin dərmanı sata bilməyəcək. Özü həmin qadına yalandan bildirmişdir ki, guya o mütəmadi olaraq oradan dərman alır, əslində özü həmin aptekə birinci dəfə idi gəlirdi. Orada olan qadın ona inanıb ona həmin dərmanı satmağa razılaşmışdı və heç bir resept olmadan oradan 2 ədəd “Tramadol” dərmanını hər biri 4 manata olmaqla 8 manat verib almışdı. Özü həmin aptekdən təxminən 15 metr kənarlaşdıqda 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olmalarını bildirmişlər və ondan özünün şəxsiyyəti bardə maraqlanmışlar. Özü həmin polis əməkdaşlarına ad soyad və digər anket məlumatlarını bildirdikdə, onlar onu polis idarəsinə keçməyə dəvət etmişlər. Xətai rayon Polis İdarəsində otaqların birində onun güclü təsiredici vasitələri satmaqda şübhəli bilindiyindən üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdirlər. Orada ona hüquq və vəzifələri izah edilmiş, habelə ona vəkil Məhəmməd Nemətov təqdim edilmişdir. Sonra iki nəfər tanımadığı şəxs gəlmiş və onların iştirakı ilə ona bildirmişdirlər ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya və ya maddə varsa özü onu təqdim etsin. O razılaşaraq əynində olan şalvarın sol yan cibindən 2 ədəd “Tramadol” dərmanını təqdim etmişdir və bildirmişdir ki, həmin maddə “Tramadol” dərmanıdır, özü həmin dərmanı 14 iyul 2022-ci il tarixdə saat 15 radələrində Xətai rayonu, Gəncə prospekti ev 50 ünvanında yerləşən aptekdən öz istifadəsi üçün almışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heçnə aşkar olunmadığından həmin həblər zərfə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan “Baxış və götürülmə haqqında” 14 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hal şahidləri və vəkilin iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən 2 ədəd üzərində “Tramadol Hidrochloride” sözləri yazılmış konvalyut kəsiyində 2 ədəd həb aşkar olunaraq götürülmüşdür. Şahid1 bildirmişdir ki, həmin həblər Tramadol dərman preparatı həbləridi və onları 14 iyul 2022-ci il tarixdə saat 14:50 radələrində ünvan 3 ünvanında yerləşən 406 saylı aptekdən almışdır. “Baxış və götürülmə haqqında” 14 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən 406 saylı aptekdə Təqsirləndirilən şəxs aptekin piştaxtasının altından üzərində “Griphot” sözü yazılmış kağız qututunun içərisindən üzərində “Alyse 150 mg” yazısı olan konvalyut kəsiyində 9 ədəd ağ rəngli kapsul, üzərində “Tramadol Hidrochloride 225 mg” yazısı olan konvalyut kəsiyində 8 ədəd həb və üzərində “Preqabalin Krka 300 mg” yazısı olan konvalyut kəsiyində 6 ədəd bir tərəfi tünd qəhvəyi rəngli digər tərəfi isə ağ rəngli kapsulları təqdim edərək bildirmişdir ki həmin dərman preparatlarını daha öncə tanımadığı şəxsdən satışını təşkil etmək məqsədi ilə almışdır. Baxış zamanı götürülmüş üzərində “Alyse 150 mg” yazısı olan konvalyut kəsiyində 9 ədəd ağ rəngli kapsul, üzərində “Tramadol Hidrochloride 225 mg” yazısı olan konvalyut kəsiyində 8 ədəd həb və üzərində “Preqabalin Krka 300 mg” yazısı olan konvalyut kəsiyində 6 ədəd bir tərəfi tünd qəhvəyi rəngli digər tərəfi isə ağ rəngli kapsullar proses iştirakçılarının iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. “Elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında” 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 1 ədəd CD-R formatlı diskə iş üzrə Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakı ilə 18 iyul 2022-ci il tarixdə saat 17:00-da Xətai RPİ-nin İnzibati binasında, xidməti otağda baxış keçirilmiş, videogörüntünün Bakı şəhəri, Xətai rayonu, Gəncə pörospekti 50 ünvanında yerləşən 406 saylı aptekə baxış keçirilmə və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı çəkilmiş videogörüntü olması aşkar olunmuşdu. Həmin görüntüdə qeyd olunan aptekə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, onun işlədiyi aptekdə qanunla dövriyyəsi məhdudlaşdırılmış dərman preparatları var və piştaxtanın altından 1 ədəd üzərində “Griphot” yazısı olan karton qutunu təqdim etmiş və həmin qutu açılaraq içərisindən 1 ədəd üzərində “Tramadol Hidrochloride 225 mg” yazısı olan konvalyut kəsiyində 8 ədəd həb, 1 ədəd üzərində “Alyse 150 mg” yazısı olan konvalyut kəsiyində 9 ədəd kapsul və 1 ədəd üzərində “Preqabalin Krka 300 mg” yazısı olan konvalyut kəsiyində 6 ədəd kapsulun aşkar olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin videogörüntüdə bildirmişdir ki həmin dərmanların satışını təşkil etmək məqsədi ilə almışdır və aptekdə saxlamışdır. Təqsirləndirilən şəxs həmin videogörüntüyə baxdıqdan sonra bildirmişdir ki, həmin videogörüntüdə olan şəxs özüdür, həmin videogörüntü onun işlədiyi ünvan 3 ünvanında yerləşən 406 saylı aptekə baxış keçirilən zaman qeydiyyata alınmışdır, həmin videogörüntünün həqiqiliyi heç bir şübhə doğurmur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2022-ci il tarixli 6/3846 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N155”-li dairəvi möhür əksi, “Şahid1 üzərindən aşkar edilərək götürülmüş...” yazısı və imzalar olan zərfədki, üzərində “Royal 225” markalanma göstəricisi olan 2 ədəd kəsilmiş konvalyutda, üzərində “225” yazısı həkk olunmuş 2 (iki) ədəd qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 2 ədəd həbdə tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 0,45 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0.225 qram tramadol hidroxlorid olmaqla). Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N155”-li dairəvi möhür əksi, “Xətai rayonu, Gəncə prospekti ev 50 ünvanında yerləşən 406 saylı aptekə baxış keçirilən zaman götürülmüş 15 ədəd kapsul, 8 ədəd həb” yazısı və imzalar olan zərfdəki, - üzərində “Royal 225 X3.” markalanma göstəricisi olan konvalyutda 8 ədəd üzərində “225” yazısı həkk olunmuş qırmızı rəngli, dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 8 ədəd həbdə tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 1,8 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0.225 qram tramadol hidroxlorid olmaqla), - üzərində “Alyse 150 preqabalin” markalanma göstəricisi olan konvalyutda 9 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 9 ədəd kapsuldan ibarət preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 1,35 qr təşkil edir (bir kapsulda 0,15 qr. Preqabalin olmaqla), üzərində “Preqabalin KRKA 300 mq” markalanma göstəricisi olan konvalyutda üzərində “P 300” yazısı olan 6 ədəd ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 6 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,8 qr təşkil edir. (bir kapsulda 0.3 qr preqabalin olmaqla). Preqabalinin ümumi miqdarı 3,15 qramdır və preqabalin tərkibli kapsulla xarici əlamətlərinə və tərkiblərindəki təsiredici maddəsinin miqdarına görə fərqlidirlər. Tramadol Hidroxloridin ümumi miqdarı 2,25 qramdır və tramadol hidroxlorid tərkibli həblər xarici əlamətlərinə və tərkiblərindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Tramadol hidroxlorid və preqabalin 16 mart 2018-ci il tarixli Azərbaycan Resublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildirlər. Tədqiqatdan sonra qalıq: tramadol həblər – 7 həb və 1 həb; preqabilin – 8 həb və 5 həb. 10 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 8 ədəd tramadol tərkibli və 13 ədəd preqabilin tərkibli dərman preparatı, habelə ünvan 3 ünvanında yerləşən 406 saylı aptekdə baxış və götürülmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd “CD-R" disk iş üzrə maddi sübut qismində tanınmış, dərman preparatları saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlancına təhvil verilmiş, 01 ədəd disk isə cinayət işinə əlavə olunmuşdur. 16 yanvar 2012-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, “İcarəçi”, Aptek 243, X1 və “İcarəyə verən” "xxxx" MMC, direktor Cəfərov S.Z. arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti (50 saylı binanın qarşısında) yerləşən 20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 16 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və əvvəli 14 iyul 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 194041 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci il təvəlüdlü Surxay Şıxıyev, xx.xx.2003-cü il təvəllüdlü Kənan Şıxıyev və xx.xx.2004-cü il təvəllüdlü Fidan Şıxıyeva adlı biri yetkinlik yaşına çatmayan olmaqla 3 uşağı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxsnun törətdiyi cinayət, yəni Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz saxlaması və bu maddələri qanunsuz satması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, baxış və götürməni əsk etdirən videogörüntü ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsin yetkinlik yaşına çatmayan uşağının olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 04 (dörd) ay 29 (iyirmi doqquz) gün ev dustaqlığında saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, ona sınaq müddəti təyin edilməlidir. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs üzərində nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməli, sınaq müddəti ərzində probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Maddi sübut kimi tanınmış və Xətai RPİ-nin maddi sübutların saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 8 ədəd “Royal 225 X3.” markalanma göstəricisi olan tramadol hidroxlorid tərkibli dərman preparatı, 8 ədəd “Alyse 150 preqabalin” markalanma göstəricisi olan və 5 ədəd “Preqabalin KRKA 300 mq” markalanma göstəricisi olan preqabalin tərkibli dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ev dustaqlığında saxlandığı 04 (dörd) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona 02 (iki) il sınaq müddəti müəyyən edilməklə hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş bir ədəd disk iş materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış və Xətai RPİ-nin maddi sübutların saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 8 ədəd “Royal 225 X3.” markalanma göstəricisi olan tramadol hidroxlorid tərkibli dərman preparatı, 8 ədəd “Alyse 150 preqabalin” markalanma göstəricisi olan və 5 ədəd “Preqabalin KRKA 300 mq” markalanma göstəricisi olan preqabalin tərkibli dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-485/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-485/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver