Məhkəmə qərarları › İş №1(011)-485/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-485/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-485/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, müdafiəçisi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, müdafiəçisi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3, müdafiəçisi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.2001-ci ildə Samux rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, avtomobil ustası olaraq işləyən, Samux rayonu, Kolayır kəndi nömrəsiz fərdi evdə qeydiyyatda olan və ünvan 1 ünvanda kirayə yaşayan, iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1997-ci ildə Lənkəran rayonunda anadan olmuş, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, avtomobil ustası olaraq işləyən, Lənkəran rayonu, Kərgəlan kəndi nömrəsiz fərdi evdə qeydiyyatda olan və ünvan 2 ünvanda kirayə yaşayan, iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.2003-cü ildə Şəki rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, taksi sürücüsü işləyən, Şəki rayonu, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ev 2/2-də qeydiyyatda olan və ünvan 10-də kirayə yaşayan, iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 idarə etdiyi “Toyota” markalı “Prius” modelli **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 27 may 2024-cü il tarixdə saat 04:22-də ünvan 3 ünvanın qarşısına gəlib əvvəlcədən aralarında rolların bölgüsünə əsasən sonuncu idarə etdiyi avtomobili kənarda saxlamış, Təqsirləndirilən şəxs2 isə gələn olarsa bu barədə məlumat vermək üçün ətrafa nəzarət etmiş, o özü ilə götürdüyü təkər açan açarla orada park edilmiş Zərərçəkmiş şəxs məxsus ağ rəngli “Hyundai” markalı, “Elantra” modelli **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər birinin dəyəri 150 manat, cəmi dəyəri 600 manat olan 04 ədəd R18 ölçülü “Eurosport SS001 Konig” model diskləri, disklərin üzərindəki hər birinin dəyəri 60 manat, cəmi dəyəri 240 manat olan 04 ədəd 225/40/R18 ölçüdə “Rapid P609” мodel şinləri və hər birinin dəyəri 1 manat, cəmi dəyəri 20 manat olan 20 ədəd təkər boltlarını açaraq gizli olaraq talayıb ələ keçirdikləri avtomobil hissələrini Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilə yükləyib hadisə yerindən qaçıb gizlənməklə Zərərçəkmiş şəxs ümumilikdə 860 manat (səkkiz yüz altmış ) miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 idarə etdiyi “Toyota” markalı “Prius” modelli **-FJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə 27 may 2024-cü il tarixdə saat 04:22-də ünvan 3 ünvanın qarşısına gəlib əvvəlcədən aralarında rolların bölgüsünə əsasən sonuncu idarə etdiyi avtomobili kənarda saxlamış, o gələn olarsa bu barədə məlumat vermək üçün ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə özü ilə götürdüyü təkər açan açarla orada park edilmiş Zərərçəkmiş şəxs məxsus ağ rəngli “Hyundai” markalı, “Elantra” modelli **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər birinin dəyəri 150 manat, cəmi dəyəri 600 manat olan 04 ədəd R18 ölçülü “Eurosport SS001 Konig” model diskləri, disklərin üzərindəki hər birinin dəyəri 60 manat, cəmi dəyəri 240 manat olan 04 ədəd 225/40/R18 ölçüdə “Rapid P609” мodel şinləri və hər birinin dəyəri 1 manat, cəmi dəyəri 20 manat olan 20 ədəd təkər boltlarını açaraq gizli olaraq talayıb ələ keçirdikləri avtomobil hissələrini Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilə yükləyib hadisə yerindən qaçıb gizlənməklə Zərərçəkmiş şəxs ümumilikdə 860 manat (səkkiz yüz altmış ) miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında idarə etdiyi “Toyota” markalı “Prius” modelli avtomobillə 27 may 2024-cü il tarixdə saat 04:22-də ünvan 3 ünvanın qarşısına gəlib əvvəlcədən aralarında rolların bölgüsünə əsasən idarə etdiyi avtomobili kənarda saxlamış, Təqsirləndirilən şəxs2 gələn olarsa bu barədə məlumat vermək üçün ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə özü ilə götürdüyü təkər açan açarla orada park edilmiş Zərərçəkmiş şəxs məxsus ağ rəngli “Hyundai” markalı, “Elantra” modelli **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər birinin dəyəri 150 manat, cəmi dəyəri 600 manat olan 04 ədəd R18 ölçülü “Eurosport SS001 Konig” model diskləri, disklərin üzərindəki hər birinin dəyəri 60 manat, cəmi dəyəri 240 manat olan 04 ədəd 225/40/R18 ölçüdə “Rapid P609” мodel şinləri və hər birinin dəyəri 1 manat, cəmi dəyəri 20 manat olan 20 ədəd təkər boltlarını açaraq gizli olaraq talayıb ələ keçirdikləri avtomobil hissələrini idarə etdiyi avtomobilə yükləyib hadisə yerindən qaçıb gizlənməklə Zərərçəkmiş şəxs ümumilikdə 860 manat (səkkiz yüz altmış ) miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq edir, törətdiyi əməldən peşmandır. Özü İİ Qarabağ müharibəsi iştirakçısıdır. Hal-hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənilmişdir, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və X1 onun təhriki ilə halhazırda ittiham olunduqları cinayət əməlini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq edir, törətdiyi əməldən peşmandır. Özü İİ Qarabağ müharibəsi iştirakçısıdır. Hal-hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənilmişdir, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq edir, törətdiyi əməldən peşmandır. Halhazırda zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənilmişdir, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, diskləri oğurlanmış “Hyundai” markalı “Elantra” modelli **-VM-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil öz mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində işdən evə gələrək avtmobilini yaşadığı ünvan 4 ünvanın qarşısında küçədə saxlayıb evə qalxmışdır. Növbəti gün yenidən işə getmək üçün evdən çıxıb avtomobilinə yaxınlaşdıqda avtomobilin üzərində olan dörd ədəd disklərin şinləri ilə birlikdə yerində olmadığını görmüş oğrulandığını başa düşüb saat 09:07-də 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və avtomobilə baxış keçirib şəkillərini çəkib buna dair protokol tərtib etmişlər. Avtomobilin üzərində olan disklər R18 ölçülü “Eurosport SS01 Konig” model olmaqla dörd ədədi ümumilikdə 2.000 manat, üzərində olan şinlər isə 225/40/R18 ölçüdə “Rapid P609” model olmaqla ümumilikdə 800 manat, hər bir diskin üzərində olan beş ədəd təkər boltları isə ümumilikdə 20 ədəd olmaqla cəmi 200 manat dəyərindədir. Hadisə nəticəsində ona 3.000 manat maddi ziyan dəymişdir. Hazırda iş üzrə ekspert rəyində qeyd edilən qiymətlərlə razıdır, oğurlanmış hissləri yeni dəyəri ilə hesabladığı üçün maddi ziyanı 3.000 manat olaraq qeyd etmişdir. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsiriləndirilən şəxslərə qarşı heç bir şikayət tələbi yoxdur, barışmışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CМ-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri iş üzrə toplanmış istintaq sübutları: təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, götürmə və baxış protokolları, nəqliyyat vasitəsinin müayinəsi və götürmə protokolu, diskə baxış protokolları, maddi sübutlar və iş materialları ilə sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 may 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublkası CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1); Zərərçəkmiş şəxs Xətai RPİ-nin 35-ci Polis Bölməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən 20:40 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobili həmişə olduğu kimi yaşadığı ünvan 6 ünvanının yaxınlığında saxlayıb, evə getmiş, xx.xx.2024-cü il tarixdə təxminən saat 09:00 radələrində avtomobilə yaxınlaşarkən avtomobilin üzərində olan 04 ədəd disk təkərlə birlikdə yerindən çıxarılaraq oğurlandığını aşkar etmiş, DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, qanuni tədbir görülməsini xahiş etmişdir (i.v. 8); 27 may 2024-cü il tarixli nəqliyyat vasitəsinin müayinəsi və götürmə haqqında protokolundan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, 27 may 2024-cü il tarixdə ünvan 4 ünvanın qarşısında park edilmiş Zərərçəkmiş şəxs məxsus ağ rəngli “Hyundai” markalı, “Elantra” modelli **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 04 ədəd diskləri üzərində olan şinlərlə birlikdə gizli olaraq talanmışdır, avtomobilin altına kubik daşları ilə dayaq verilmişdir, avtomobildə başqa əzik və dağıntı aşkar edilməmişdir, hadisə yeri ilə üzbə-üzdə yerləşən yaşayış binasının təhlükəsizlik kamerasından hadisəyə dair bir ədəd videogörüntü götürülmüşdür. (i.v 11-13) 27 may 2024-cü il tarixli maddi sübuta baxış keçirilməsi və götürülməsi haqqında protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında 27 may 2024-cü il tarixdə saat 04:22-də Zərərçəkmiş şəxs məxsus ağ rəngli “Hyundai” markalı, “Elantra” modelli **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 04 ədəd R18 ölçülü “Eurosport SS001 Konig” model disklər və disklərin üzərindəki 04 ədəd 225/40/R18 ölçüdə “Rapid P609” мodel şinlər iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür.(i.v 16-18) şübhəli şəxsin tutulması haqqında 28 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə saat 15:50-də Xətai RPİ-nin inzibati binasında tutulmuş, tutulmanın əvvəli 28 may 2024-cü il tarixdən, saat 15:50dən hesablanmışdır (i.v. 34); şübhəli şəxsin tutulması haqqında 28 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə saat 16:55-də Xətai RPİ-nin inzibati binasında tutulmuşdur. (i.v. 53); şübhəli şəxsin tutulması haqqında 28 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə saat 18:00 Xətai RPİnin inzibati binasında tutulmuş, tutulmanın əvvəli 28 may 2024-cü il tarixdən, saat 16:55-dən hesablanmışdır (i.v. 72); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 82-83); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir.(i.v 93-94) 597024 nömrəli və 860621 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 adlı övladları vardır. ( i.v 109) təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir.(i.v 115) təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir.(i.v 133-134) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-412/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunması və dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır.(AZEMİS elektron məhkəmə sisteminin məlumatına əsasən qərar 17:40-da elan edilmişdir) ( i.v 166-171) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-413/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunması və dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. .(AZEMİS elektron məhkəmə sisteminin məlumatına əsasən qərar 17:50-də elan edilmişdir) ( i.v 172-177) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-411/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunması və dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. .(AZEMİS elektron məhkəmə sisteminin məlumatına əsasən qərar 17:30-da elan edilmişdir) ( i.v 178-183) 29 may 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ( i.v 184-185) 29 may 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ( i.v 187-188) 29 may 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ( i.v 190-191) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.(i.v.196) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır.(i.v.197) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır.(i.v.198) 29 may 2024-cü il tarixli diskə baxış keçirilməsinə dair protokollardan görünür ki, diskin içərisində 01 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin videogörüntüdən müəyyən edilir ki, 27 may 2024-cü il tarixdə saat 04:22 radələridir. Küçədə dayanmış vəziyyətdə bir neçə avtomobil vardır. Sağ tərəfdə ağacların nisbətən görüntünü məhdudlaşdırdığı yerdə ağ rəngli avtomobilin yanında kiminsə hərəkət etməsi görünür. Həmin vaxt qarşıtərəfdə yolda qırmızı rəngli sağ tərəfində “Bolt” taksi şirkətinin logosu yapışdırılmış avtomobil qəza dayanma işıq siqnalı yandırılmış vəziyyətdə geriyə doğru hərəkət edir və dayanaraq işıqlarını söndürərək dayanır. Təxminən bir dəqiqə sonra protokolda qeyd edilən avtomobil yenidən hərəkət edərək yolun sağ kənarında dayanır. Həmin avtomobildən bir nəfər şəxs düşərək avtomobilin arxa yük yerinin qapısını açır. Həmin vaxt iki nəfər şəxs növbəli şəkildə həmin avtomobilin yük yerinə yaxınlaşıb oraya əllərində olan əşyanı yerləşdirir. Bundan sonra həmin şəxslər qeyd edilən qırzmızı rəngli avtomobilə əyləşib oranı tərk edirlər, Təqsirləndirilən şəxs1 videogörüntüdəki qırmızı rəngli sağ kənarında “Bolt” taksi şirkətinin logosu əks olunan avtomobilin Təqsirləndirilən şəxs3 idarə etdiyi “Toyota” markalı “Prius” modelli **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını, Nihadın hadisə zamanı avtomobili orada saxlayaraq avtomobilin yük yerinin qapısını açdığını, həmin vaxt kənardan avtmobillərin dayandığı yerdən növbəli şəkildə yük yerinə əşya yerləşdirib daha sonra həmin avtomobillə oradan uzaqlaşan iki nəfər şəxsin isə özü və Təqsirləndirilən şəxs2 olduğunu dedi. Avtomobilə yerləşdirdikləri əşyların “Hyundai” markalı “Elantra” modelli **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən oğurladıqları disk, təkərlər olmasını dedi. Törətdiyi əməldən peşman olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 videogörüntüdəki qırmızı rəngli sağ kənarında “Bolt” taksi şirkətinin logosu əks olunan avtomobilin Təqsirləndirilən şəxs3 idarə etdiyi “Toyota” markalı “Prius” modelli **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını, Nihadın hadisə zamanı avtomobili orada saxlayaraq avtomobilin yük yerinin qapısını açdığını, həmin vaxt kənardan avtmobillərin dayandığı yerdən növbəli şəkildə yük yerinə əşya yerləşdirib daha sonra həmin avtomobillə oradan uzaqlaşan iki nəfər şəxsin isə özü və Təqsirləndirilən şəxs1 olduğunu dedi. Avtomobilə yerləşdirdikləri əşyların “Hyundai” markalı “Elantra” modelli **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən oğurladıqları disk, təkərlər olmasını dedi. Törətdiyi əməldən peşiman olduğunu bildirmiş Təqsirləndirilən şəxs3 videogörüntüdəki qırmızı rəngli sağ kənarında “Bolt” taksi şirkətinin logosu əks olunan avtomobilin müqavilə üzrə idarə etdiyi “Toyota” markalı “Prius” modelli **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını, hadisə zamanı avtomobili orada saxlayaraq avtomobilin yük yerinin qapısını açdığını, həmin vaxt kənardan avtmobillərin dayandığı yerdən növbəli şəkildə yük yerinə əşya yerləşdirib daha sonra həmin avtomobillə oradan uzaqlaşan iki nəfər şəxsin isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu dedi. Avtomobilə yerləşdirdikləri əşyların “Hyundai” markalı “Elantra” modelli **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən oğurladıqları disk, təkərlər olmasını dedi. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. ( i.v 199-201) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/4674 saylı məhkəmə - əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən əşyaların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə dəyəri təxminən 840,00 manat müəyyən olunmuşdur. - 04 ədəd istifadədə olmuş, R18 ölçülü “ Eurosport SS001 Konig” model avtomobil diski- 600,00 manat ( 4 ədəd x 150,00 manat) - 04 ədəd istifadədə olmuş 225/40/R18 ölçüdə “Rapid P609” мodel avtomobil şini 240,00 manat (4 ədəd x 60,00 manat) Ekspertiza təyini haqqında qərarda qeyd edilən 20 ədəd təkər boltlarının 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 20,00 manat (20 ədəd x 1,00 manat ) müəyyən olunmuşdur.( i.v 208-210) ( ekspertiza xərci 50 manat) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli, 2130 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 halhazırda “yüngül ifadə olunmuş postkommosion sindrom” müəyyən edilir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə “yüngül ifadə olunmuş postkommosion sindrom” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 aşkar edilən “üzvi emosional-labil (astenik) pozuntu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. ( i.v 212-214) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli, 1842 saylı rəyindən görünürki Təqsirləndirilən şəxs2 hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə “üzvi emosional-labil (astenik) pozuntu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs2 aşkar edilən “üzvi emosional-labil (astenik) pozuntu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.( i.v 215-217) xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə maddi sübutlar 04 ədəd istifadədə olmuş, R 18 ölçülü “Eurosort SS001 Konig” model avtomobil diskini və 04 ədəd istifadədə olmuş 225/40/R18 ölçüdə “Rapid P 609” model avtomobil şinini Xətai RPİ-nin İstintaq Şöbəsindən məhkəməyədək saxlanılmasından ötrü təhvil almışdır. ( i.v 222) xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Xətai rayon Polis idarəsində araşdırılması aparılan ********* nömrəli cinayət işi üzrə ona dəyən maddi ziyan tam şəkildə ödənmişdir. Şikayət və əlavə tələbi yoxdur. ( i.v 223) 05 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 180-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən barələrində həmn maddələr ilə cinayət təqibinin başlanması rədd edilməsi və bubarədə olan sənədlərin surəti saxlanılması üçün Xətai rayon prokurorluğunun dəftərxanasına göndərilməsi, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 götürülmüş 04 ədəd istifadədə olmuş, R18 ölçülü “Eurosport SS001 Konig” model avtomobil diski və 04 ədəd istifadədə olmuş 225/40/R18 ölçüdə “Rapid P609” model avtomobil şini maddi sübut kimi tanınması, məhkəməyədək saxlanılması üçün qəbzlə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınması, iş üzrə videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1n Firuq oğlu və Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş psixiatrik ekspert rəylərinə əsasən Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə uyğun olaraq cinayətin anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsinin yüngülləşdirici hal olaraq müəyyən edilməsinin nəzərə alınması,iş üzrə təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, nəqliyyat vasitəsininmüayinəsi və götürmə keçirilməsi haqqında protokol və baxış və götürmə haqqında protokol, ekspert rəyləri işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır.(i.v 224-232) 06 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. ( i.v 235-236) 06 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır.(i.v 248-249) 06 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır.( i.v 262-263) İ-78530 və İ-8510 nömrəli medalların surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı və Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. 16 oktyabr 2024-cü il tarixli kirayə müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 10 ünvanında kirayə yaşayır. Məhkəmə iclasında diskə baxış keçirilmiş, diskə baxış protokolundan işə baxılaraq təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.9, 59.1.12 və 59.1.13, 59.2-ci maddələrinə uyğun olaraq, cinayət törətmiş şəxsin himayəsində xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 adında azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi və cinayət nəticəsində dəymiş 860 (səkkiz yüz altmış) manat maddi ziyanın könüllü olaraq tamamilə ödənilməsi, İİ Qarabağ müharibəsi iştirakçısı olması Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.9, 59.1.12 və 59.1.13, 59.2-ci maddələrinə uyğun olaraq, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi və cinayət nəticəsində dəymiş 860 (səkkiz yüz altmış) manat maddi ziyanın könüllü olaraq tamamilə ödənilməsi, İİ Qarabağ iştirakçısı olması Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs3 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə uyğun olaraq, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş 860 (səkkiz yüz altmış) manat maddi ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs3 məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər tutulub saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmağa ona təyin edilmiş cəzadan çıxılmalı və qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut 04 ədəd R18 ölçülü " Eurosport SS001 Konig" model avtomobil diski və 04 ədəd istifadədə olmuş 225/40/R18 ölçüdə "Rapid P609" model avtomobil şininin sahibinə təhvil verilməsi nəzərə alınmalı və onun istifadəsində saxlanılmalı, 01 ədəd DVD disk cinayət işi materillarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər tutulub saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmağa ona təyin edilmiş cəzadan çıxılmalı və qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər tutulub saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmağa ona təyin edilmiş cəzadan çıxılmalı və qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Faiq oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 8 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 Faiq oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 Faiq oğluna elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 Faiq oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 Faiq oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 115 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 10 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180(yüz səksən) manat, Təqsirləndirilən şəxs2 hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180(yüz səksən) manat və Təqsirləndirilən şəxs3 hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180(yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09(doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər tutulub saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət ona təyin olunmuş 01 (bir) il 09(doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində 01 (bir) il 08(səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı)ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər tutulub saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət ona təyin olunmuş 01(bir) il 06(altı)ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində 01 (bir) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 115 ünvanını hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı)ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər tutulub saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət ona təyin olunmuş 01(bir) il 06(altı)ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində 01 (bir) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 10 ünvanını hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Maddi sübut - 04 ədəd istifadədə olmuş, R 18 ölçülü “Eurosort SS001 Konig” model avtomobil diskini və 04 ədəd istifadədə olmuş 225/40/R18 ölçüdə “Rapid P 609” model avtomobil şininin Zərərçəkmiş şəxs qaytarılması nəzər alınsın və hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsində saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180(yüz səksən) manat, Təqsirləndirilən şəxs2 hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180(yüz səksən) manat və Təqsirləndirilən şəxs3 hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180(yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar