Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-486/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1977-ci ildə Ağdaş rayonu Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdaş şəhəri, Maşad küçəsi nömrəsiz fərdi tikilmiş evdə qeydiyyatda olmaqla yaşayan və barəsində "başqa yerə getməmək haqqında iltizam” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqla müəyyən edilməmiş vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 465 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən 24 may 2024-cü il tarixdə saat 01:40-da keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində yerləşən “Al markefin yaxınlığında saxlanılıb ünvan 1 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi-axtarış və götürmə zamanı sol əlində saxladığı qara rəngli sellofan torbanın içərisində qara rəngli və şəffaf sellofan bükümdə təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, uzun illərdir narkotik vasitə qurudulmuş marixuana istifadə edir. 2000-ci ildə törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2007-ci ildə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Təxminən bir ay öncə Ağdaş rayonunda olduğu zaman tanışlarından marixuana lazım olduğunu bildiridiyi üçün ona “Nicat" adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrə verilmişdir. Həmin mobil nömrə ilə whatsapp ani mesajlaşma sistemindən zəng edərək marixuana lazım olduğunu bildirdikdə sonuncu ona vermiş olduğu bank hesab nömrəsinə pul köçürməsini, ondan sonra narkotik vasitə verəcəyini bildirmişdir. 21 may 2024-cü il tarixdə “Nicat" adlı şəxsin vermiş olduğu hesab nömrəsinə Bakı şəhəri Nizami rayonu ərazisində olan ödəmə terminalı vasitəsi ilə 900 manat pul köçürmüşdür. 24 may 2024-cü il tarixdə “Nicat” adlı şəxsin ona whatsapp ani mesajlaşma sistemindən zəng edərək Bakı şəhərinə gəlməyini və gün ərzində narkotik vasitənin olduğu yerin şəklini və xəritəsini göndərəcəyini bildirmişdir. 24 may 2024-cü il tarixdə bakı şəhərində olan zaman “Nicat” adlı şəxs ona narkotik vasitənin olduğu yerin şəklini və xəritəsini göndərmişdir. Bundan sonra göndərilən xəritəyə uyğun Xətai rayonu ərazisinə gəlmiş və həmin yerdə gedib orada olan bir ədəd qara rəngli sellofan torbanı götürüb oradan uzaqlaşmışdır. 24 may 2024-cü İİ tarixdə saat 01:40-da Xətai rayonu P.Həşimov küçəsində yerləşən “Al market”in yaxınlığında piyada hərəkət edən zaman iki nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxslər onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib Xətai RPİ-nin 35-ci PB-nə dəvət edərək gətirmişlər. Polis bölməsində olan zaman hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkil gəldikdən sonra üzərinə videoçəkilişdən istifadə etməklə baxış keçirilmiş və sol əlində saxladığı bir ədəd sellofan bağlamanı masanın üzərinə qoymuşdur. Həmin bağlama açıldıqda içərisində digər qara rəngli sellofan bağlamanın içərisində isə şəffaf sellofan bağlama aşkar edilmişdir. Həmin bağlama açıldıqda orada qurudulmuş marixuana aşkar olunmuşdur. Üzərində şəxsi axtarış və götürmə keçirilən zaman şalvarının sağ yan cibindən bir cüt qulaqcıq, Kapital banka məxsus **********558787 və **********944263 hesab nömrəli iki ədəd bank kartı, 01 ədəd alışqan, 6 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, şalvarın sol yan cibindən üzərində ***-***-**-** mobil nömrə olan “Samsung" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra təqdim etdiyi büküm elektron tərəzi vasitəsi ilə çəkildikdə çəkisinin 510 qram olması müəyyən edilmişdir. Hazırda əməlindən peşmandır və himayəsində yetkinlik yaşına çatmayan övladının olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Ağdaş şəhəri, Maşad küçəsi nömrəsiz fərdi tikilmiş evdə qeydiyyatda olmaqla yaşayan vətəndaş X2 qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq 24 may 2024-cü il tarixdə saat 01:40-da DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid2 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu, P.Həşimov küçəsində yerləşən “Al marketin yaxınlığında X1 özlərini təqdim etməklə saxlama səbəbini izah edib ünvan 1 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə dəvət edərək gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə dəvət olunmuş müdafiəçinin, onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol əlində saxladığı qara rəngli sellofan torbanı masanın üzərinə qoyaraq içərisində narkotik vasitə marixuana olduğunu və həmin torbanı üzdən tanımadığı telefonla əlaqə saxladığı “Nicat" adlı şəxsin verdiyi hesab nömrəsinə 500 manat pul köçürərək xəritə ilə qoyulmuş yerdən götürdüyünü bildirmişdir. Təqdim olunmuş bir ədəd qara rəngli sellofan torba açıldıqda içərisində bir ədəd şəffaf sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqdim edilmiş büküm elektron tərəzidə çəkildikdə sellofan büküm ilə birlikdə 510 qram olması müəyyən edilmişdir. Bundan başqa təhqiqatçı Nicat Osmanov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirərkən əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 cüt simsiz qulaqcıq, Kapitan banka məxsus **********558787 və **********944263 hesab nömrəli 02 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi, 01 ədəd alışqan, 6 manat pul, şlavraının sol yan cibindən üzərində Azərfon MMC-ə aid ***-***-**-** mobil nömrə olan 01 ədəd “Samsung" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Qeyd olunanlardan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq məhkəmə iclasında iştirakı mümkün olmayan şahid DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq olunmuşdur. Onun ifadəsi Şahid1 ifadəsinə uyğun olmuş, heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir; (i.v.1) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 23 may 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, xx.xx.1977-ci ildə Ağdaş rayonu Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdaş şəhəri Maşad küçəsi nömrəsiz fərdi tikilmiş evdə qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlaması, istifadə etməsi və gəzdirməsi barədə ehtimal doğuran, məlum və qərəzsiz mənbədan məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri - Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid2; qrupun üzvü - Baş Narkotiklərlə Mübarizə İdarəsinin xmiü baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 ibarət olmuşdur; (i.v.6) - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 23 may 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1977-ci ildə Ağdaş rayonu Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdaş şəhəri Maşad küçəsi nömrəsiz fərdi tikilmiş evdə qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlaması və gəzdirilməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədan məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsülları vasitəsilə qeyri-mümkünlüyünü nəzərə alaraq Ağdaş şəhəri Maşad küçəsi nömrəsiz fərdi tikilmiş evdə qeydiyyatda olmaqla yaşayan, X3 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmışdır; (i.v.7,8) - şübhəli şəxsin tutulması haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə saat 01:40 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.20) - şəxsi axtarış və götürmə aparılması haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlindəki 01 ədəd qara rəngli rəngli sellofan bağlamanı təqdim etmişdir. Həmin bağlamanın içərisindən şəffaf rəngi sellofan bağlama, onun içərisindən isə spesifik iyə malik, açıq yaşılımtıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “Nicat” kimi tanıdığı şəxsin vasitəsilə Xətai rayonu ərazisində qoydurduğu yerdən götürdüyünü, həmin narkotik vasitəyə görə Nicata 500 manat pul ödədiyini, narkotik vasitəni istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 01 (bir) cüt simsiz qulaqcıq, 02 (iki) ədəd bank kartı, 01 (bir) ədəd alışqan, 06 (altı) manat məbləğində pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, sol yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Onun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və onun çəkisi 510 (beş yüz on) qram olduğu müəyyən olunmuşdur. Həmin maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. - istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə olunmuşdur; (i.v.29-31) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/820 nömrəli 24 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Şübhəli şəxs Təqsirləndirilən şəxs... " yazısı və imzalar olan polietilen bağlamadakı 01 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 465 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 465 qram, tədqiqata sərf edildi – 0.2 qram, qalıq – 464.8 qram; (i.v.41,42) - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; (i.v.50,51) - video diskə baxış keçirilməsi barədə 25 may 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nicat Osmanov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs sol əlində saxladığı qara sellofan torbanı masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanadır. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilərək çəkisinin 510 qram olması müəyyən edilir və bu barədə müvafiq qeydlər aparılır. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 01 (bir) cüt simsiz qulaqcıq, 02 (iki) ədəd bank kartı, 01 (bir) ədəd alışqan, 06 (altı) manat məbləğində pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, sol yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Onun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. (i.v.79,80) -mobil telefona baxış keçirilməsi haqqında 25 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs telefonunda fotoşəkillərə baxış zamanı yaşıl rəngli oxla işarələnmiş yerlərin şəkilləri olması müəyyən edilmişdir. Yazışmalaraa baxış keçirən zaman Nicat Taza adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs **********664899 bank hesab nömrəsi, yeri bildirən məkan xəritəsi, 02 ədəd yaşıl rəngli oxla işarələnmiş yerlərin şəkilləri və yazışmalar müəyyən olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6in 29 may 2024-cü il tarixli 6789 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Respublika Psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur.(i.v.114) - vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə 25 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə - xx.xx.1977-ci ildə Ağdaş rayonu Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdaş şəhəri Maşad küçəsi nömrəsiz fərdi tikilmiş evdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, Xətai RPİ-nin MSY-dən azad olunmuşdur; (i.v.73,74) -qətimkan tədbirinin seçilməsi haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 iyun 2024-cü il tarixli tələbnaməsindən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir; (i.v.117,118) -Kapital Bank ASC 416973******4899 nömrəli ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 900.00 manat məbləğində ödəniş olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 06 iyun 2024-cü il tarixli 4022 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.174,175) - sübutların qiymətləndirilməsi haqqında 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış və axtarış aparılmasının görüntüsü olan 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Tədqiqatdan sonra qalıq qalmış 464.8 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınmış və “Samsung” markalı mobil telefonla birlikdə Xətai RPİ saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla (köhnə redaksiya) təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 465 qram olan narkotik vasitə marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.2- 1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini, yetkinlik yaşına çatmayan övladının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 24-25 may 2024-cü il tarixlərdə həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, o, məhkəmə iclasından dərhal həbsə alınmalıdır, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 464.8 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) iş saatına görə 126 (yüz iyirmi altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 02 (iki) gün həbsdə saxlama müddəti 02 (iki) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 464,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan – iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın, Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd “Samsung” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 21 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 126 (yüz iyirmi altı) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-486/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-486/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver