Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-488/2021 08.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Gürcüstan Respublikası, Marneuli rayonu, Baytallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-texniki təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanda yerləşən evlərinin qarşısında qonşusu Zərərçəkmiş şəxs tərəfindən azyaşlı qızı X2 evlərinin qarşısında skuter sürməsini irad bildirdiyinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlləri və pol ağacı ilə baş nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona baş beyin silkələnməsi və başın sol gicgah nahiyəsinin məhdud sahəsinin tüksüzləşməsi, başın alın nahiyəsinin yumşaq toxumasının hematoması, başın təpə və ənsə nahiyəsinin, burunun, boyunun sol yan səthinin və sağ budun qançırları, sağ yanağın, sağ bazunun, qarının ön səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli etiraf edərək, Zərərçəkmiş şəxs və onun anası ilə barışdığını qeyd etmiş, barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini qeyd etmiş və iş üzrə icraata hazırlıq iclasında xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi haqqında 29.06.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanda yerləşən evin qarşısına baş vermiş mübahisə ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 7-8); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və X1 02 iyul 2021-ci il tarixli 595 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Tanrıverdi qızında baş beyin silkələnməsi və başın sol gicgah nahiyəsinin məhdud sahəsinin tüksüzləşməsi, başın alın nahiyəsinin yumşaq toxumasının hematoması, başın təpə və ənsə nahiyəsinin, burunun, boyunun sol yan səthinin və sağ budun qançırları, sağ yanağın, sağ bazunun, qarının ön səthinin sıyrıqları müəyyən olunmuşdur. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 29.06.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir (i.v. 24-26); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və X1 02 iyul 2021-ci il tarixli 596 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs baş beyin silkələnməsi, başın təpə nahiyəsinin sağ yan səthinin yumşaq toxumasının hematoması, sol yanağı, sol gözaltı nahiyənin qançırları, döş qəfəsinin ön səthinin qançır və sıyrığı, sağ və sol bazunun, sol əlin arxa səthinin qançırları və sıyrıqları müəyyən olunmuşdur. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 29.06.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir (i.v. 27-29); cinayət işinin icraata qəbul edilməsi haqqında 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi həmin tarixdə icraata qəbul edilmişdir (i.v. 32); zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs Tanrıverdi qızı zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 36); 11 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Tanrıverdi qızı və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və bir daha birbirilərinin iştirakı ilə istintaq zamanı verdikləri ifadələrini təsdiq etmişlər (i.v. 68-69); sübutların qiymətləndirilməsi haqqında 27 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, 595 və 596 nömrəli 10 iyul 2021-ci il tarixli ekspert rəyləri sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs Tanrıverdi qızının barəsində CM-nin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayəti işi ayrıca icraata ayrılmış, Zərərçəkmiş şəxs Tanrıverdi qızı və anası Şahid5 barəsində CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, hadisə görüntüsünü özündə əks etdirən videoçəkilişlər cinayət işinin materiallarında saxlanılmışdır ( i.v. 80-88); təqsirləndirilən şəxs qismində cəlb etmə barərə 27 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 107); cinayət təqibi üzrə ayrıca cinayət işinin ayrılması haqqında 27 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan ********** nömrəli cinayət işindən CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ayrılmışdır (i.v. 90-96); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 05.11.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat aşkar olunmamışdır (i.v. 121). Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi 08.12.2021-ci il tarixli ərizəsindən görünür ki, o, özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilir və barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikasının Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının: 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 10 və 11-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 9.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “8 Noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli qərarının 9.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 40, 305, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-488/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-488/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver