Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-489/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, xx.xx.2019-cu il tarixindən satış təmsilçisi işlədiyi “Office Lines“ Məhdud Məsuliyyətli Cəmiyyətində öz qulluq mövqeyindən istifadə edərək xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində mənimsəməyə yönələn və vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməllərini həyata keçirərək şirkətin “1C" proqramı vasitəsi ilə şirkətin elektron sisteminə müştərilərinin adından saxta sifarişlər daxil edərək anbardan xx.xx.2021-ci il tarixdə 18931 nömrəli təhvil-təslim aktı ilə 480 (dörd yüz səksən) manatlıq, xx.xx.2021-ci il tarixdə 7140 nömrəli təhvil-təslim aktı ilə 183.40 (yüz səksən üç manat 40 qəpik) manatlıq, xx.xx.2021ci il tarixdə OL-18174 nömrəli təhvil-təslim aktı ilə 1.600 (min altı yüz) manatlıq, xx.xx.2021-ci il tarixdə OL-18296 nömrəli təhvil-təslim aktı ilə 192 (yüz doxsan iki) manatlıq, xx.xx.2020-ci il tarixdə 9630 nömrəli təhvil-təslim aktı ilə 460 (dörd yüz altmış) manatlıq, xx.xx.2020-ci il tarixdə 13520 nömrəli təhvil-təslim aktı ilə 418 (dörd yüz on səkkiz) manatlıq, xx.xx.2020-ci il tarixdə 14074 nömrəli təhvil-təslim aktı ilə 11.70 (on bir manat 70 qəpik) manatlıq, xx.xx.2020-ci il tarixdə 30669 nömrəli nömrəli təhvil-təslim aktı ilə 360 (üç yüz altmış) manatlıq, xx.xx.2020-ci il tarixdə 30661 nömrəli təhvil-təslim aktı ilə 180 (yüz səksən) manatlıq, xx.xx.2021-ci il tarixdə isə OL-12973 nömrəli təhvil-təslim aktı ilə 80 (səksən) manatlıq ofis ləvazimatlarını çıxarıb ayrı-ayrı şəxslərə sataraq əldə etdiyi 3965.10 (üç min doqquz yüz altmış beş manat on qəpik) manat məbləğində pulu MMC-nin Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11, 1130- cu məhəllədə yerləşən kassasına mədaxil etməyib şəxsi məqsədləri üçün xərcləyərək əmlak sahibi “Office Lines" MMC-yə maddi ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC şirkətində əmək müqaviləsi bağlayaraq satış meneceri vəzifəsində işləmişdir. Şirkətin təyinatı ofis ləvazimatlarının korporativ satışının təşkilindən ibarət olmuşdur. Belə ki, şirkətin əsas təyinatı korporativ satış olmuşdur. Yəni digər şirkətlərdən sifarişlər alaraq həmin sifariş olunan malları həmin şirkətlərə çatdırmış və onlardan ödənişlər almışdır. Gündəlik vəzifə öhdəliklərinin arasında müştərilərin tapılması, onlarla müqavilələrin bağlanılması və satışın həyata keçirilməsi olmuşdur. Şirkətlə əlaqədar heç bir mülki öhdəliyim mövcud olmamışdır. Şirkətdə bir neçə satış meneceri olmuşdur, onlardan biri də o olmuşdur. İşlədiyi müddətdə ailə daxilində yaranmış maddi çətinlik səbəbindən, satışdan əldə etdiyi 3900 manat məbləğində olan pul vəsaitini götürmüş, daha sonra işdən ayrıldığı zaman, şirkətin rəhbərliyinə bu barədə məlumatı özü bildirmişdir. 2021-ci ilin yay aylarında şirkətin direktoru olan Elşad müəllim də ona şirkətdə kəsrlərin olduğunu və bu kəsrləri onun yaratdığını bildirmişdir. Rəhbərlik ona bildirmişdir ki, şirkətdən təxminən 49.000 manat dəyərində malları mənimsənilmişdir. O etiraz etmiş və bildirmişdir ki, gəlsinlər bütün hesabları və sənədləri açsınlar və müqayisəli araşdırma aparaq müəyyən etsinlər ki, onun şirkətə olan borcu nə qədərdir. Onlar da razılaşmışlar. Onlar bir neçə dəfə hesablamalar apardıqdan sonra müəyyən olunmuşdur ki, şirkətə olan borcu təxminən 14.000 manat civarında çıxmışdır. Lakin o bildirmişdir ki, onun şirkətə olan kəsri təxminən 3.000-4.000 manat aralığındadır. Elşadgil bu günə qədər bildirirlər ki, onun şirkətə olan borcu 40.000 manatdan guya çoxdur. O, uzun müddət bu mövzuda Elşadgil ilə müzakirələr aparmaq istəsə də, onlar müzakirələrdən yayınaraq, oturub sənədlər əsasında hesablama aparıb onun borcunu çıxarmaq istəməmişlər. O, bir daha bildirmişdir ki, bu məsələlər şübhələrlə deyil, sənədlərlə həll olunur. Daha sonra Elşad ona bildirmişdir ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcəklər. O isə tamamilə onlarla razılaşmışdır. Çünki o, mübahisə və problemləri sevməyən insan olduğu üçün, məsələnin tam ədalətli həllinin tərəfində olduğunu demişdir. Həmçinin o bildirmişdir ki, əgər cinayətkar olsaydı heç ümumiyyətlə şirkətə borcunun olmadığını bildirərdi. O isə borcunu etiraf etdiyini və istənilən anda həmin borcu ödəməyə hazır olduğunu bildirmişdir. Elşadgil müraciət elməsəydi o, özü hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Bundan başqa o, bildirmişdir ki, onun öhdəliyində heç bir sənəd olmamışdır. Satış həyata keçirilərkən qaimələr tərtib olunmuşdur, hətta qaimələr üçün belə onun imzasına ehtiyac olmamışdır. Sifarişlər işçilər tərəfindən qeydə alınır, o isə öz növbəmdə sadəcə müqavilələri bağlayır və satş həyata keçirmək üçün alıcılar tapmışdır. Satış proseduru ilə bağlı o qeyd etmişdir ki, şirkətlərə təkiflər verilidi, müqavilə bağlandıqdan sonra isə sifarişlər “e-mail” vasitəsi ilə qəbul olunurdu və bunun əsasında da satışa dəstək qrupunun işçiləri sifarişi qeyd edirdilər. Daha sonra isə anbardan malların götürülməsi və ünvana çatdırılması ekspeditorlar tərəfindən həyata keçirilirdi. Onun isə bu prosesdə heç bir iştirakı olmamışdır. İttiham aktında böyük məbləğli satışların da mənim adımdan edildiyi qeyd edilir. Bu barədə bir neçə dəfə Elşad bəy və oranın təsisçisi olan Osman bəylə danışıqlarım olmuşdur və onların arasında olan bu mübahisə bir neçə ay ərzində davam etmişdir. Bu məsələ ilə bağlı onlarla 3-4 dəfə görüşləri də olmuşdur. O onlardan hansı şirkətlərin borclarından danışdıqlarını soruşduqda, onlar bir-bir şirkətlərin adlarını saymışlardır. O şirkətlərin arasında “Propan” şirkəti də olmuşdur, həmin şirkətlə məşğul olan şəxs satış meneceri Ləman Əsədli olmuşdur, o ümumiyyətlə həmin şirkətlə hər hansı bir əlaqə qurmamışdır. O bildirmişdir ki, məhz bu səbəbdən ifadəsində sifarişlərin qəbul edilmə prosesi barədə məlumat vermişdir. “E-mail” vasitəsi ilə göndərilən sifarişlər sistemdə yığılırdı və sonra həmin müştərilərə çatdırılırdı. O dəfələrlə rəhbərliyə sifarişləri çatdıran avtomobil vasitələrində çipin olduğunu və bu avadanlığın köməyi ilə verilən sifarişlərin müştərilərə çatdırıldığını izləmək imkanın olduğunu da qeyd etmişdir. Müştərilərin öz borclarını ödəmək istəmədiyi üçün və şirkətin daxilində çaxnaşma olmasına görə məsuliyyət daşımır. Bu borclar müəyyənləşəndən sonra Şahid2 ona şirkətdə oturub, müştəriləri tapıb, onlarla əlaqə saxlağı tapşırmışdır. Onlara kömək məqsədi ilə sistemdə olan “e-mail”-ləri göstərdim. Məsələn, “Baku Hospital” şirkəti ilə bir neçə dəfə “e-mail” vasitəsi ilə əlaqə saxlamış, onların mövcud olan elektron borclarını ödəmələrini xahiş etmişdir. Bütün bu yaranan problemin məğzi şirkətin təsisçilərinin direktordan bu çatışmazlıqların hansı səbəbdən yaranmasını soruşmaları və direktorun da hər şeyi onun üstünə atmasındadır. Şirkət öz çatışmazlıMəsələn, “Bank Respublika”-da qeyd olunan 15000 manat məbləğində borcun hesabata baxdıqdan sonra əslində olmadığı da aşkar edilmişdir. Onun problemlərən uzaq durmaq məqsədi ilə etiraflar etdiyini gördükdən sonra, onlar hər tərəfdən hücum etməyə başlamışlar. Bütün bunlar edilərkən o xəstə və işsiz idi, eləcə də himayəmdə iki övladı var idi. Bu olanlar onu depressiyaya salmışdı. Hər görüşlərində “sverka” əsasında onun üzərinə öhdəlik kimi qoymaq istədikləri məbləğ dəyişmiş, bir dəfə 45000 manatdan 30000 manata qədər, sonra 20000 manat, daha sonra isə 15000 manata qədər endirilmişdir. Həmçinin o qeyd etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri ilə razıdır. Göründüyü kimi rəylərdəki məbləğ də onun istiotaqda ilk gündən dediyi məbləğə yaxındır. Yəni o, bu araşdırmada heç nəyi yalan deməmişdir. Beləliklə, o, əməlindən peşmançılıq çəkdiyini, hüquqi şəxs "xxxx" MMC-yə ittiham üzrə dəymiş ziyanı tam olaraq ödədiyini və tərəflərindən irəli sürülmüş mülki iddiada qeyd olunan məbləğlə razılaşmadığını bildirərək barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində və izahatında göstərmişdir ki, mülki cavabdeh və Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində kommersiya fəaliyyəti ilə məşğul olan "xxxx" MMC şirkətinə xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, mülki cavabdeh və Təqsirləndirilən şəxs işlədiyi müddətdə etibarlarından sui-istifadə edib, şirkət əmlakını talamaqla və pullarını mənimsəməklə "xxxx" MMC şirkətinə xeyli miqdarda ziyan vurmuşdur. Ofis və dəftərxana ləvazimatlarının topdan satışı ilə məşğul olan "xxxx" MMC şirkəti əsasən korporativ müştərilərlə (şirkətlərlə) işləyir və onların sifarişlərini satış nümayəndələri qəbul edir. Belə ki, tərəflərindən aparılan yoxlamalar zamanı aşkar olunmuşdur ki, şirkətlərində satış nümayəndəsi işləmiş Təqsirləndirilən şəxs işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, şirkətin müştərilərinin adından saxta sifarişlər yazıb 1C proqramı vasitəsilə satış sisteminə daxil etmiş, bununla da şirkətin anbarından külli miqdarda malları çıxarmış, həmin malların öncədən təyin etdiyi ünvanlara çatdırılmasını təmin edərək başqa şəxslərə satmış və satışdan əldə etdiyi pul vəsaitini mənimsəməklə şirkət əmlakını talamışdır. Həmçinin, yoxlama zamanı məlum olmuşdur ki, törədilmiş qanunsuz əməllərin üstü açılmaması üçün qaimə fakturalarını saxtalaşdırmış, guya mal verdikləri müxtəlif şirkətləri borclu kimi göstərməklə, əslində isə malları özünün tanıdığı başqa-başqa şəxslərə satmış və bununla da, satışdan əldə etdiyi pul vəsaitini mənimsəməklə cinayət əməli törətmişdir. Bu cinayət əməlləri nəticəsində şirkətə ümumilikdə 42639,92 manat məbləğində xeyli miqdarda ziyan vurulmuşdur. cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri ilə tanış olmuş amma həmin rəylərdə göstərilən 3965.10 manat məbləği ilə qəti formada razı deyillər. Çünki onlar dəqiq hesablamışlar ki, Cahandarın onlara vurduğu maddi zərər 42639.92 (qırx iki min altı yüz otuz doqquz manat doxsan iki qəpik) manatdır. Həmçinin, mülki cavabdeh və Təqsirləndirilən şəxs təqsirli əməli nəticəsində kommersiya fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-yə ciddi ziyan dəymiş və nəticədə şirkət öz əmlakından və maddi təminatından məhrum olmuşdur. Eyni zamanda bu cinayət əməli şirkətin maliyyə durumuna mənfi təsir etmiş və maddi durumunu pisləşdirmişdir. Artıq 2 ilə yaxındır ki, faktiki olaraq şirkətə məxsus pul vəsaiti əldən çıxdığına görə şirkət həmin əmlakların satışından gələn gəlirlərdən faydalanmaq imkanından məhrum olmuşdur. Buna görə də, 2 il ərzində öz əmlakından istifadə etmək və faydalanmaq imkanından məhrum olduğu üçün şirkətin maddi durumu pisləşmiş, aylıq gəlirlərindən məhrum olmuşdur. Bundan başqa, Cahandarla MMC arasında tam maddi məsuliyyət haqqında müqavilə mövcud deyil. Çünki onlar həmin müqaviləni sadəcə şirkətin mühasibatlıq işçiləri və şirkətin adından malların müştərilərə təhvil verilməsi ilə məşğul olan əməkdaşları ilə bağlayırlar. Lakin Cahandarla şirkət arasında Cahandarın imzası olan vəzifə öhləliklərinə dair müqaviləyə əlavə vardır. Şirkətin hər hansı mal və ya əmlakını, həmçinin şirkətə məxsus hər hansı pul məbləğlərini rəsmi formada Cahandara təhvil verib həvalə etməmişdirlər. Cahandar şirkətdən qeyriqanuni yolla çıxardığı malları 1C proqramına saxta sifarişlər daxil elməklə çıxardığını və 1C proqramına giriş icazəsinin olduğunu demişdir. Çünki Cahandarın şirkətdə faktiki funksiyası sifarişləri qəbul edib, sonradan koordinasiya etmək olmuşdur. Bu səbəbdən onlar tam maddi-məsuliyyət haqqında müqaviləni Cahandarla bağlamamışlar. Beləliklə o, göstərilənlərə əsasən mülki cavabdeh və Təqsirləndirilən şəxs 42639,92 manat məbləğində maddi ziyanın, 2 il ərzində itirilmiş 4000 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 46639,92 manat məbləğində pul vəsaitinin və 250 manat məbləğində dövlət rüsumunun tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Bundan başqa o, bildirmişdir ki, zərərçəkmiş hüquqi şəxs ilə təqsirləndirilən şəxs arasında hər hansı bir barışıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, "xxxx" MMC şirkətinin direktorudur. Şirkətləri ofis ləvazimatlarının korporativ təchizatı ilə məşğuldur. “Office Lines" MMC şirkətində təxminən 80 işçi işləyir. Şirkət 2000-ci ildə təsis edilərək fəaliyyətə başlamışdır. 2019-cu ildən şirkətdə Təqsirləndirilən şəxs da çalışmağa başlamışdır. Cahandar şirkətdə satış meneceri vəzifəsində işləmişdir. 2021-ci ildə şirkətində kəsrlərin yaranmasına dair şübhələr yaranmışdır. Belə ki, bəzi müştəriləri olan hüquqi şəxslərin ödəniş cədvəlinə baxırmışlar ki, həmin hüquqi şəxslər onların şirkətindən mal alıb mütəmadi ödənişlər etsələr də, onların borcları qurtarmaq bilmir. Bununla əlaqədar Cahandarın dövriyyəsini yoxlamağa başlamışlar. Amma bu barədə Cahandarın özünə məlumat verməmişdirlər ki, o, sistemə daxil olub dövriyyədən kəsrləri silməsin. Bununla əlaqədar Cahandarın yaxşı işləməməsi bəhanəsi ilə şirkətdən işdən çıxarmışlar. Yoxlama zamanı Cahandarın müxtəlif vaxtlarda bu tipli saxta dövriyyələr yaradaraq pulları mənimsədiyini müəyyən etmişlər. Cahandara bu barədə məlumat vermişdirlər. Həmin vaxt onlar ilkin olaraq Cahandarın mənimsədiyi təxminən 2.500 (iki min beş yüz) manat müəyyən etmiş və bu barədə Cahandara məlumat vermişdirlər. Cahandar bunu etiraf etmiş və pulu gətirəcəyini bildirmişdir. Elə bundan bir neçə gün sonra da gətirib həmin pulu şirkətə geri ödəmişdir. Bundan sonra onlar Cahandarın dövriyyəsini araşdırarkən əlavə də mənimsədiyi pulları aşkar etmiş və müəyyənləşdirmişlər ki, Cahandar ümumilikdə 42.000 (qırx iki min) manat pulu mənimsəmişdir. Bundan əlavə o bildirmişdir ki, Cahandarla heç bir ədavəti yoxdur, lakin şirkətdən mənimsədiyi pulları geri verməlidir, çünki direktor olmasına baxmayaraq onun da təsisçilər qarşısında öhdəlikləri var. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, istintaqa təqdim etdikləri qaimələrdən başqa heç bir qaimə onlarda yoxdur. Təqdim edə biləcəyi ancaq onların komputerdə olan məlumatlarıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, əvvəllər "xxxx" MMC-də satışa dəstək üzrə operator vəzifəsində işləmişdir. Həmin şirkətdə xx.xx.2019-cu il tarixdən rəsmi qaydada işləmişdir. xx.xx.2021-ci il tarixdə həmin şirkətdən çıxmışdır. Həmin şirkətdə onların müdiri Şahid2 olmuşdur. Şirkətin fəaliyyəti ofis ləvazimatlarının korporativ satışından ibarət olmuşdur. Şirkətdə 5-10 satış meneceri olmuşdur, o, operator olaraq bütün satış menecerləri ilə işləmişdir. Cahandarla işlədiyi müddətdə o, Cahandarın iş prosesləri zamanı hər hansı saxtakarlıqlar etməsi barədə heç bir nüans hiss etməmişdir. Eyni zamanda o, özü də hər zaman maliyyə əməliyyatlarını düzgün və dəqiq işləmişdir. O, "xxxx" MMC şirkətindən işdən çıxana qədər hesabında hər hansı kəsr məbləğinin olması barədə ona heç vaxt heç bir söz deyilməmişdir. İşdən çıxma səbəbi isə şöbə müdirinin digər iş yoldaşı xanıma qarşı qeyri-etik ifadə işlətməsi olmuşdur. O da həmin iş yoldaşını işdən çıxdığı zaman müdafiə etdiyi üçün onu də işdən xaric etmişlər. İşdən çıxarıldıqdan sonra da hər hansı maliyyə kəsri barədə ona hər hansı söz deyilməmişdir. Onun işdən çıxmağından təxminən 2 həftə əvvəl Cahandarı da işdən xaric etmişdirlər. Onun işdən xaric edilmə səbəbini tam dəqiq xatırlamır, amma səhv etmirsə daxili intizam qaydaları və davamiyyət səbəbilə onu xaric etmişlər. Cahandarın işdən çıxarılması ilə onun işdən çıxarılmağı arasında heç bir əlaqə yoxdur. O, işdən çıxdıqdan təxminən 1 ay sonra əvvəlki iş yoldaşı Afaq ona zəng edərək bildirmişdir ki, Cahandar özünə "xxxx" MMC-yə bənzər şirkət yaratmışdır. O, bir gün Afaqla görüşmək üçün Cahandarın yeni yaratdığı "xxxx" MMC-yə getdikdə, Cahandarla da görüşmüş, Cahandar onun işsiz olduğunu bildikdə təklif etmişdir ki, orada işləməyə başlasın. O da işsiz olduğu üçün təbii ki, razılaşmış və həmin vaxtdan etibarən orada işləyir. Bu səbəblə düşünür ki, Elşad müəllim elə buna görə ondan da şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 28 May ərazisində yerləşən "Mobilnik" adlı çap məntəqəsini işlədir və çap işləri ilə əlaqədar olaraq mütəmadi qaydada A4 kağızları alırlar. Kağızları müxtəlif şirkətlərdən alırlar. Həmin şirkətlərdən biri də "xxxx" MMC şirkəti olmuşdur. Həmin şirkətlə Cahandar vasitəsilə əlaqə saxlamışdır. Kağızları həmin dövrdə kim nisbətən daha ucuz verirsə ondan almışlar, Cahandar da bəzən kağızları normal qiymətdən təxminən 20 qəpik ucuz verdiyi üçün ondan almışlar. Cahandarın oğurluq kağız satıb-satmadığı barədə onda hər hansı məlumat olmamış, ona bu barədə Cahandar heç bir söz deməmiş, o da şübhəli hər hansı məqam olmadığı üçün bu barədə heç nə soruşmamışdır. Cahandardan hansı məbləğdə mal aldığını xatırlamır. Cahandar kağızları şübhə yaradacaq qədər ucuz qiymətə satmamış, bəzi hallarda Cahandardan da ucuz satan şirkətlər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2018-ci ildən etibarən “Prokon" MMC-də mütəxəssis vəzifəsində işləyir. O, işlədiyi müddətdə şirkətin adından müxtəlif şirkətlərlə müqavilələr bağlayaraq şirkəti müxtəlif mal, material və xidmət sifarişi ilə təmin etmişlər. Həmin şirkətlərdən biri də “Office Lines“ MMC şirkəti olmuşdur. Həmin şirkətdən "A4" kağızı və digər ofis ləvazimatları almışdırlar. Həmin alqı-satqı danışıqlarını isə müxtəlif vaxtlarda həmin şirkətin müxtəlif əməkdaşları ilə etmişdirlər. Həmin əməkdaşlardan biri də Cahandar adlı şəxs olmuşdur. Onlar hər zaman alqı-satqı etdikdə ödənişləri köçürmə yolu ilə ödəmişlər. Yəni onların heç vaxt "xxxx" MMC də daxil olmaqla heç bir şirkətə uzunmüddətli borcu olmamışdır. Çünki heç bir alqı-satqını uzunmüddətli ödəniş şərtləri ilə etməmişlər. Təxminən 2022-ci ilin əvvəllərində "xxxx" MMC-dən şirkətə elektron məktub gəlmişdir ki, "xxxx" MMC-nin "xxxx" MMC-yə 19414.93 manat borcu vardır. O isə həmin məktuba cavab olaraq, şirkətin belə bir borcunun olmadığını və həmin borca dair təhvil-təslim aktlarının onlara təqdim edilmələrini xahiş etmişdir. Lakin bu məktubundan sonra onlara heç bir cavab verilməmişdir. O da başa düşmüşdür ki, "xxxx" MMC-də mühasibat hesablamalarında yəqin ki, hansısa yanlışlıq olmuş, sonradan özləri hesablayıb bunu müəyyən etmişlər. Həmin yazışmadan sonra da "xxxx" MMC ilə həmişəki kimi rəsmi alqı-satqı münasibətləri olmuş və heç bir problem olmamışdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 10 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 01); cinayət işinin icraata qəbul edilməsi haqqında 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi istintaqının aparılması üçün icraatına qəbul edilmişdir (cild 1, i.v. 02); əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-də əmək müqaviləsi üzrə satış təmsilçisi vəzifəsində işləmiş və əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir (cild 1, i.v. 18-19); "xxxx" MMC-nin təhvil-təslim aktlarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə OL-18931 nömrəli təhvil-təslim aktı ilə 480 (dörd yüz səksən) manatlıq, xx.xx.2021-ci il tarixdə 7140 nömrəli təhvil-təslim aktı ilə 183.40 (yüz səksən üç manat 40 qəpik) manatlıq, xx.xx.2021-ci il tarixdə OL-18174 nömrəli təhvil-təslim aktı ilə 1.600 (min altı yüz) manatlıq, xx.xx.2021-ci il tarixdə OL-18296 nömrəli təhvil-təslim aktı ilə 192 (yüz doxsan iki) manatlıq, xx.xx.2020-ci il tarixdə 9630 nömrəli təhvil-təslim aktı ilə 460 (dörd yüz altmış) manatlıq, xx.xx.2020-ci il tarixdə 13520 nömrəli təhvil-təslim aktı ilə 418 (dörd yüz on səkkiz) manatlıq, xx.xx.2020-ci il tarixdə 14074 nömrəli təhvil-təslim aktı ilə 11.70 (on bir manat yetmiş qəpik) manatlıq, xx.xx.2020-ci il tarixdə 30669 nömrəli təhvil-təslim aktı ilə 360 (üç yüz altmış) manatlıq, xx.xx.2020-ci il tarixdə 30661 nömrəli təhvil-təslim aktı ilə 180 (yüz səksən) manatlıq, xx.xx.2021-ci il tarixdə isə OL-12973 nömrəli təhvil-təslim aktı ilə 80 (səksən) manatlıq, ümumilikdə 3.965,10 (üç min doqquz yüz altmış beş manat 10 qəpik) manat məbləğində ofis ləvazimatları başqa şirkətlərə satılmışdır (cild 1, i.v. 36-57); “İqlim” Mənzil-Tikintisi Kooperativinin 23 may 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, i.v. 91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 23 may 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v. 92); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2022-ci il tarixli 9/2618 saylı məhkəmə-mühasibatlıq rəyindən görünür ki, cinayət işi materiallarına və əlavə olaraq təqdim edilmiş qaimə-faktura sənədlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin anbarından təhvil verilmiş malların imzalar ilə təsdiqlənmiş hissəsi 3.965,10 (üç min doqquz yüz altmış beş manat 10 qəpik) manat məbləğində müəyyən edilir. Şahid1 tərəfindən "xxxx" MMC-nin anbarından təhvil verilmiş malların hansı həcmdə olmasını isə müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli daxili yoxlama rəyindən və iş materiallarından göründüyü kimi "xxxx" MMC-nin satış meneceri Təqsirləndirilən şəxs və Şahid1 öhdəsində yaranan çatışmazlıq faktı ilə əlaqədar keçirilmiş daxili yoxlama zamanı gəlindiyi nəticə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na müvafiq tərtib edilmiş “ciddi mühasibat uçotu sənədlərinə, mal-material qiymətlərinin və pul vəsaitlərinin inventarizasiyası haqqında Qaydalarının” tələblərinə cavab verən sənədlər üzrə deyil, müəssisənin mühasibatlığında kompyuter vasitəsi ilə aparılan məlumatlara əsaslanmışdır ki, bu da qeyd edilən normativ hüquqi aktların tələblərinə cavab vermir. Qeyd olunur ki. aşkar edilmiş çatışmazlıqlara və qanun pozuntularına görə maddi məsuliyyət daşıyan şəxslərə görə məsuliyyət məsələsi hüquqi xarakterli olduğuna görə istintaq tərəfindən həll olunmalıdır (cild 1, i.v. 165-172); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli 9/3850 saylı təkrar məhkəmə-mühasibatlıq rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən “Offıce Lines" MMC-nin anbarından təhvil verilmiş malların imzalar ilə təsdiqlənmiş hissəsi 3.965,10 (üç min doqquz yüz altmış beş manat 10 qəpik) manat məbləğində müəyyən edilir, Şahid1 tərəfindən "xxxx" MMC-nin anbarından təhvil verilmiş malların hansı həcmdə olmasını isə müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli daxili yoxlama rəyindən və iş materiallarından göründüyü kimi “Office Lines" MMC-nin satış meneceri Təqsirləndirilən şəxs və Şahid1 öhdəsində yaranan çatışmazlıq faktı ilə əlaqədar keçirilmiş daxili yoxlama zamanı gəlindiyi nəticə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 №li Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na müvafiq tərtib edilmiş ciddi mühasibat uçotu sənədlərinə, malmaterial qiymətlərinin və pul vəsaitlərinin inventarizasiyası haqqında Qaydalarının” tələblərinə cavab verən sənədlər üzrə deyil, müəssisənin mühasibatlığında kompyuter vasitəsi ilə aparılan məlumatlara əsaslanmışdır ki, bu da qeyd edilən normativ hüquqi aktların tələblərinə cavab vermir. Qeyd olunur ki, aşkar edilmiş çatışmazlıqlara və qanun pozuntularına görə maddi məsuliyyət daşıyan şəxslərə görə məsuliyyət məsələsi hüquqi xarakterli olduğuna görə istintaq tərəfindən həll olunmalıdır (cild 1, i.v. 178-182); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrindən həmin Məcəllənin 179.2.3-cü maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ona etibar edilmiş özgə əmlakını sataraq əldə etdiyi 3.965,10 (üç min doqquz yüz altmış beş manat 10 qəpik) manat məbləğində pul vəsaitini MMC-nin ünvan 3 ünvanında yerləşən xəzinəsinə təhvil verməyərək, özünün şəxsi ehtiyaclarına sərf edərək əmlak sahibinə ziyan vurmaqla mənimsəmə yolu ilə talaması faktını təsdiq edən sənədlərin maddi sübut kimi tanınması, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinin, məhkəmə-mühasibatlıq ekspertizasının rəylərinin və digər istintaq materiallarının sübut növü kimi qəbul edilməsi qərara alınmışdır (cild 1, i.v. 187-197); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 198-199); qətimkan tədbirinin seçilməsi haqqında 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 217-218); 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 306474 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r (cild 1, i.v. 224); 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 655718 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r (cild 1, i.v. 225); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2022-ci il tarixli 9/5379 saylı təkrar məhkəmə-mühasibatlıq rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin anbarından təhvil verilmiş malların imzalar ilə təsdiqlənmiş hissəsi 3.965,10 (üç min doqquz yüz altmış beş manat 10 qəpik) manat məbləğində müəyyən edilir. Şahid1 tərəfindən "xxxx" MMC-nin anbarından təhvil verilmiş malların hansı həcmdə olmasını isə müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli daxili yoxlama rəyindən və iş materiallarından göründüyü kimi "xxxx" MMC-nin satış meneceri Təqsirləndirilən şəxs və Şahid1 öhdəsində yaranan çatışmazlıq faktı ilə əlaqədar keçirilmiş daxili yoxlama zamanı gəlindiyi nəticə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 118 №li Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarına müvafiq tərtib edilmiş ciddi mühasibat uçotu sənədlərinə, malmaterial qiymətlərinin və pul vəsaitlərinin inventarizasiyası haqqında Qaydalarının” tələblərinə cavab verən sənədlər üzrə deyil, müəssisənin mühasibatlığında kompyuter vasitəsi ilə aparılan məlumatlara əsaslanmışdır ki, bu da qeyd edilən normativ hüquqi aktların tələblərinə cavab vermir. Qeyd olunur ki, aşkar edilmiş çatışmazlıqlara və qanun pozuntularına görə maddi məsuliyyət daşıyan şəxslərə görə məsuliyyət məsələsi hüquqi xarakterli olduğuna görə istintaq tərəfindən həll olunmalıdır (cild 2, i.v. 111-118); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 24 avqust 2022ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ********* saylı cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (cild 2, i.v. 129); "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli BPM**********38 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq depozit hesabına 3969.97 (üç min doqquz yüz altmış doqquz manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür (cild 2, i.v. 159-160). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir; 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM- 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona əsas cəza kimi təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək ona müəyyən müddətə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut hesab edilən "xxxx" MMC-nin təsdiqlənmiş qaimə-fakturaları cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 450 (dörd yüz əlli) manat məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:30-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs 42639,92 manat məbləğində maddi ziyanın, 2 il ərzində itirilmiş 4000 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 46639,92 manat məbləğində pul vəsaitinin və 250 manat məbləğində dövlət rüsumunun tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talamaqla mənimsəməsi və bunun nəticəsində zərərçəkmiş hüquqi şəxsə 3965.10 (üç min doqquz yüz altmış beş manat on qəpik) manat məbləğində ziyan vurulması məhkəməmühasibatlıq ekspertizasının rəyləri ilə təsdiq edilsə də, zərərçəkmiş hüquqi şəxs qalıq qalmış 38674.82 (otuz səkkiz min altı yüz yetmiş dörd manat səksən iki qəpik) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsi faktını qanunvericiliyin tələblərinə cavab verməyən müəssisənin mühasibatlığında kompyuter vasitəsi ilə aparılan məlumatlarla əsaslandırdığından və "xxxx" MMC-nin 2 il müddətində 4000 manat məbləğində gəlirdən məhrum olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etmədiyindən, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 3965.10 (üç min doqquz yüz altmış beş manat on qəpik) manat pul vəsaiti tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçının iddia tələbinin qismən təmin olunması nəzərə alınaraq 250 (iki yüz əlli) manat məbləğində dövlət rüsumu tərəflər arasında müştərək qaydada bölünərək 21.25 (iyirmi bir manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin xeyrinə ödənilməli, qalan hissəsi isə mülki iddiaçının hesabına aid edilməlidir. Həmçinin, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq depozit hesabına (AZ31CTRE********************) köçürülmüş 3969.97 (üç min doqquz yüz altmış doqquz manat doxsan yeddi qəpik) manat pul vəsaitinin 3965.10 (üç min doqquz yüz altmış beş manat on qəpik) manat hissəsi cinayət nəticəsində vurulmuş maddi ziyanın, qalıq qalmış 4.87 (dörd manat səksən yeddi qəpik) manat pul vəsaiti isə 21.25 (iyirmi bir manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsinə yönəldilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 3965.10 (üç min doqquz yüz altmış beş manat on qəpik) manat və dövlət rüsumuna görə 21.25 (iyirmi bir manat iyirmi beş qəpik) manat, ümumilikdə 4024.8 (dörd min iyirmi dörd manat səksən qəpik) manat pul vəsaiti tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin xeyrinə ödənilsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq depozit hesabına (AZ31CTRE********************) köçürülmüş 3969.97 (üç min doqquz yüz altmış doqquz manat doxsan yeddi qəpik) manat pul vəsaitinin 3965.10 (üç min doqquz yüz altmış beş manat on qəpik) manat hissəsi cinayət nəticəsində vurulmuş maddi ziyanın, qalıq qalmış 4.87 (dörd manat səksən yeddi qəpik) manat pul vəsaiti isə 21.25 (iyirmi bir manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsinə yönəldilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. İş üzrə maddi sübut hesab edilən "xxxx" MMC-nin təsdiqlənmiş qaimə-fakturaları cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 450 (dörd yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-489/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-489/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver