Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-489/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Nümayəndə və müdafiəçisi – "Kiçikbəyov və Partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2007-ci ildə Naxçıvan MR anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında müvəqqəti yaşayan, hazırda barəsində "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" növündə qətimkan tədbiri seçilmişdir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, müvəqqəti yaşadığı bibisi Şahid1 məxsus Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsi, ev 9, mənzil 72 saylı mənzildə sonuncunun qeyri-rəsmi ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs ona yarıçılpaq vəziyyətdə olduğundan bədənindəki qeyri-etik ləkənin görsənməsi ilə bağlı irad bildirməsi səbəbindən aralarında yaranmış narazlılıqla bağlı həmin mənzili tərk edib digər bibisi X1 yaşadığı, ünvan 2 ünvanına gedib orada olarkən 27 mart 2024-cü il tarixdə saat 22 radələrində mənzilə gəlmiş Zərərçəkmiş şəxs ilə bir neçə gün əvvəl aralarında yaranmış xoşagəlməz münasibətlərə aydınlıq gətirərkən yaranmış mübahisə zamanı üzərində olmuş istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs sağ əl nahiyəsindən iki dəfə vuraraq ona sağ əlin kəsilmiş və səthi yaraları kimi xəsarətlər yetirməklə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə dindirilərək cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun heç bir psixi pozuntusu və xəstəliyi yoxdur. Hadisə baş verməzdən əvvələ qədər Bakı şəhərinə işləməmk üçün gəldiyindən bibisi Sitarənin yaşadığı ünvan 3 ünvanda yerləşən mənzildə yaşamışdır. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında heç bir mübahisə olmayıb. Məhəbbət bibisi Sitarənin qeyri-rəsmi yaşadığı şəxsdir. Məhəbbət, Sitarəyə məxsus evdə arabir gecələmişdir. xx.xx.2024-cü ildə saat 10 radələrində evdə divanda köynəksiz vəziyyətdə uzandığı zaman Məhəbbət yaxınlaşıb demişdir ki, “bu nə haldır, bu vəziyyətdə nə üçün ortalıqda uzanmısan”. Məhəbbətə demişdir ki, “bibimin evidir, uzanmışam nə etmişəm özüm bilərəm”. Bu zaman Məhəbbət nalayiq sözlər dediyindən o əsəbləşib yüksək səslə cavab qaytarmışdır. Məhəbbətə demişdir ki, “evdə tək deyilik, bibim, digər bibimin qızı Gülay və Sitarənin qızı Nurgülün evdədir”. Sonra Məhəbbəti evdən bayıra çıxıb söhbət etməyə dəvət etmişdir. Sonradan Məhəbbət bayıra çıxmadığından mübahisə sona çatmışdır. Təxminən bir neçə gün sonra yəni xx.xx.2024-cü il tarixdə Məhəbbətə zəng edib demişdir ki, “gəl səninlə söhbət edək, keçən dəfəfki mübahisəmizə aydınlıq gətirək”. Həmin vaxt Məhəbbət söyüşlə cavab verdikdə o, cavab olaraq yenidən Məhəbbəti söymüş və mübahisə edib danışığı bitimişdir. Həmin gün axşam saatlarında digər bibisi Gülarənin yaşadığı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 21A saylı evdə olan zaman bibisi demişdir ki, “Sitarə ilə Məhəbbət bizə gəlirlər, mübahisə yaratmaq lazım deyil, danışaq nə məsələdirsə yoluna qoyaq”. O, ehtiyat edib mənzilin mətbəxindəki dolabın üzərində meyvə dilimləmək üçün istifadə edilən kiçik ölçülü bıçağı götürmüş və yatdığı otağa daxil olub yastığın altında gizlətmişdir. Məqsədi Məhəbbəti bıçaqla qorxutmaq olmuşdur. Evdə olan zaman saat 22 radələrində Məhəbbət və bibisi Sitarə Cavanşir küçəsi 21 A saylı evə gəlmişlər. Qapı döyülən zaman o, bıçağı götürüb şalvarının sağ cibində gizlədib qapını açmış və bir qədər kənara çəkilmişdir. Məhəbbət onun yanına gəlib yaxasından tutaraq demişdir ki, “sən kimə söyürdün o söyüşləri”. Bu zaman Məhəbbətə yaxasını buraxmasının bildirmişdir. Məhəbbət yaxasını buraxmayıb söyməyə başladıqda o əvvəlcədən üzərində olan bıçağı çıxarıb Məhəbbətə doğru bir neçə dəfə uzatmış və bıçaq Məhəbbətin sağ əlinə dəyib xəsarət yetirmişdir. Bunu gördükdə hərəkətini dayandırmışdır. Məhəbbəti bıçaqla vurmaq niyyətində olmamışdır. Bir qədər özünü itirmiş və dərhal otağına daxil olmuşdur. Sonradan Məhəbbət getdikdə atasının yanına getmək üçün evdən çıxmış və bu zaman həmin bıçağı da özü ilə götürüb yolda yaşadığı psixi gərgin vəziyyətin təsirində xatrılamadığı əraziyə tullamışdır. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Məqsədi Məhəbbəti baş vermiş mübahisə zamanı qorxutmaq olmuşdur. Bıçağı Məhəbbətə doğru sallayarkən xəsarət alacağını düşünməmiş sadəcə əlinin yaxasından çəksin deyə qorxması üçün etmişdir. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Masallı rayon Qədirli kənd məktəbinin məzunudur. Təqsirləndirilən şəxs qeyri-rəsmi ailə münasibətində yaşadığı Şahid1 qardaşı oğludur. Yusif təxminən 9 ay Sitarəyə məxsus ünvan 4 ünvanında yaşamışdır. xx.xx.2024-cü ildə saat 10 radələrində işə getməyə hazırlaşarkən Yusifin əynində köynək olmadan və əxlaqsız xanım tərəfindən boğazına qoyulmuş ləkənin görsəndiyi tərzdə mənzilin qonaq otağında uzanmasının şahidi olmuşdur. Bu zaman Yusifə demişdir ki, “Yusif bu nə haldır, nə üçün üzərinə köynək geyinmirsən və eyni zamanda boğazında olan qeyri-etik ləkəni nümayiş etdirirsən. “Bu evdə iki gənc qız uşağı qalır, sənə bu hərəkəti yaraşdırmıram”. Yusif nalayiq ifadə ilə cavab qaytarıb demişdir ki, “gəl evdən bayıra çıxaq səninlə işim var”. Yusifə demişdir ki, “ayıbdır sənin yaşın azdır, mənə ayıb olar səninlə artıq söhbət etmək”. Təxminən 10 dəqiqə sonra sözlə mübahisələri sona çatmış və o, evdən çıxıb işə getmişdir. Bu söhbətdən bir neçə gün sonra, yəni xx.xx.2024-cü il tarixdə işdə olarkən Yusif mobil telefonuna nalayiq ifadələr yazaraq onu mübahisəyə dəvət etməyə başlamışdır. Bu sözlərə əhəməyyət verməmiş və işdən sonra Sitarənin yanına gedərək Yusifin yazdığı qeyri-etik smslər barədə məlumat verib, Yusifin valideynləri ilə danışıb bu mübahisəyə son qoymasını bildirmişdir. Bundan sonra Sitarə Yusifin anası ilə mobil telefonda danışıb məsələ barədə məlumat vermişdir. Yusif dayanmayıb yenidən nalayiq sms mətnləri göndərməyə davam etdiyindən Sitarə demişdir ki, “gəl gedək bacımgilə Yusiflə özümüz danışaq”. Həmin vaxt Yusif Sitarənin bacısı Gülarənin yaşadığı ünvan 2 ünvanında yerləşən evdə yaşamışdır. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Sitarə ilə birlikdə Gülarənin evinə getmiş və evə daxil olduqda Yusif otaqdan çıxıb nalayiq ifadələr işlədərək əlindəki bıçaqla onların üzərinə gələn zaman o, dərhal Yusifin qarşısını kəsmiş və Yusif sağ əlinə bıçaqla iki dəfə zərbə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt evdə olan şəxslər onları aralamış və mübahisə sona çatmışdır. Bundan sonra Sitarə ilə birlikdə evə qayıtmış və yolda olan zaman Yusifin atası zəng edib telefonda nalayiq ifadələr işlədib yaşadığı mənzilə gələcəyini demişdir. Belə olan halda Sitarə həmin gün saat 23-də 102 xidmətinə zəng edib məlumat vermişdir. Eyni zamanda 103 xidmətinə zəng etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşı oğludur. Yusif təxminən 9 ay ona məxsus evdə qalmışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində evdə olarkən qeyri-rəsmi ailə münasibətində yaşadığı Məhəbbətlə, Yusif arasında mübahisə yaranmasının şahidi olmuşdur. Yusif bir qədər qeyri-etik vəziyyətdə otaqda uzandığından Məhəbbət ona irad bildirmiş, Yusif isə cavabında nalayiq ifadə işlətdiyi üçün mübahisə baş vermişdir. Həmin vaxt Yusif Məhəbbəti evdən bayıra söhbət etməyə dəvət etsə də, Məhəbbətə Yusifə fikir verməməsini demişdir. Bundan sonra mübahisə sona çatmış və Məhəbbət işə getmişdir. Təxminən iki gün sonra xx.xx.2024-cü il tarixdə Məhəbbət işdən evə gəlib Yusifin gün boyu onu narahat edən nalayiq ifadələr qeyd edilmiş smslər atmasını, zəng edib görüşə dəvət etməsini dedikdə bu barədə Yusifin anası ilə əlaqə saxlayıb bildirmişdir. Buna baxmayaraq Yusif yenidən bu əməllərini davam etdirdiyindən Məhəbbətə demişdir ki, “gəl gedək bacımgilə Yusiflə danışaq məsələyə son qoyaq”. Həmin vaxt Yusif digər bacısı Gülarənin yaşadığı ünvan 5 ünvanında yaşamışdır. Onlar həmin gün saat 22 radələrində qeyd edilən ünvana çatmış və evə daxil olduqda Yusif anidən otaqdan çıxıb nalayiq söyüşlər işlədərək əlindəki bıçaqla Məhəbbətin üzərinə gəlmiş və hərəkətinə son verməyərək qəsdən Məhəbbəti əlindəki bıçaqla iki dəfə ardıcıl olaraq vurmuşdur. Hadisə nəticəsində Məhəbbətin sağ əli xəsarət almış və bu zaman onlar Yuisfi sakitləşdirmiş, mübahisə sona çatmışdır. Bundan sonra Yusif dərhal otağa qaçmış və o, Məhəbbətlə birlikdə oranı tərk edib yaşadığı evə qayıtmışdır. Yolda olan zaman Yusifin atası, yəni qardaşı Bağır Zərərçəkmiş şəxs zəng edib təhqiredici ifadələr işlədib yaşadığı evə gələcəyini dedikdə qorxmuş və evə çatan kimi hadisə barədə 102 xidmətinə məlumat vermişdir. Sonra isə Məhəbbətin əlindən qan dayanmadığı üçün 103 xidsmətinə zəng etmişdir. Məhkəmə iclasına gəlməmiş və ifadəsi elan edilmiş Şahid2 bildirmişdir ki, Yusif onun dayısı oğludur. Yusif təxminən 9 ay digər xalası Sitarənin yaşadığı evdə qalmışdır. xx.xx.2024-cü il tarixdə xalasaı Sitarənin yaşadığı evə gedib orda qalmışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində evdə xalasının tanışı Məhəbbətlə, yusifin arasında mübahisə yaranmasının şahidi olmuşdur. Yusif bir qədər qeyri-etik vəziyyətdə otaqda uzandığından Məhəbbət ona irad bildirmiş Yusif isə cavabında nalayiq ifadə işlətdiyi üçün mübahisə baş vermişdir. Həmin vaxt Yusif Məhəbbəti evdən bayıra söhbət etməyə dəvət etsə də, xalası X5 fikir verməməsini demişdir. Bundan sonra mübahisə sona çatmış və Məhəbbət işə getmişdir. Həmin gün öz yaşadığı evə getmişdir. Mübahisədən sonra Yusif onlarla qalmışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 5 ünvanında olarkən saat 22 radələrində xalası Sitarə və tanışı Məhəbbətlə gəlmişlər və onlar evə daxil olduqda Yusif anidən otaqdan çıxıb nalayiq söyüşlər işlədərək əlindəki bıçaqla Məhəbbətin üzərinə doğru getdikdə Məhəbbət Yusifi tutaraq sakitləşdirmək istəsə də, Yusif hərəkətinə son qomayaraq qəsdən Məhəbbəti əlində olan bıçaqla iki dəfə ardıcıl olaraq vurmuşdur. Hadisə nəticəsində Məhəbbətin sağ əli xəsarət almış və onlar Yusifi sakitləşdirmiş, mübahisə sona çatmışdır. Yusif dərhal otağa qaçmış və xalasaı Sitarə, Məhəbbətlə birlikdə evi tərk edib getmişlər. Xalası getdikdən bir neçə dəqiqə sonra Yusif evdən çıxıb təxminən 2-3 gün evə qayıtmamışdır. Hazırda Yusif yenə də onlarla yaşayır. Eyni zamanda, iş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs Şahid2 məhkəməyə göndərdiyi teleqramda qeyd olunmuşdur ki, işi ilə bağlı məhkəməyə gəlib ifadə verə bilmir, istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.(i.v.1) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 xx.xx.2024-cü il tarixli, 330 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sağ əlin kəsilmiş və səthi kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər iti kənarı əşya(alət) tərəfindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarətlərin onun özü-özünə yetirməsi az inandırıcı olsa da, istisna edilmir.(i.v. 14-15) - Cinayət işinin icraata qəbul edilməsi barədə 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 icraatına qəbul edilmiş və istintaqı aparılmışdır.(i.v.15) - Zərərçəkən şəxs qismində tanımaq haqqında 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək qərar ona elan edilmişdir. (i.v.17-18) - Şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs atası Nümayəndə qanuni nümayəndəsi qismində təyin edilərək ona hüquq və vəzifələri elan edilmişdir. (i.v.40) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 31 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v.53) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü, Naxçıvan MR, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olanvə ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır.(i.v.59) - Təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs atası Nümayəndə qanuni nümayəndəsi qismində təyin edilərək ona hüquq və vəzifələri izah edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v.74-75) - Qətimkan tədbirinin seçilməsi haqqında 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2007-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmişdir.(i.v. 90-91) - Zərərçəkmiş şəxs Şahid2 məhkəməyə göndərdiyi 09 oktyabr 2024-cü il tarixli teleqramdan görünür ki, işi ilə bağlı məhkəməyə gəlib ifadə verə bilmir, istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Təqsirləndirilən şəxs əməlində yüngülləşdirici hallar kimi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayəti törətmiş şəxsiyyətini, eləcə də, onun özünü təqsirli bilməsini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində – Naxçıvan Muxtar Respublikası, ünvan 8 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Culfa rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Culfa rayon İcra və Probasiya bölməsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, xüsusi müsadirəyə məruz qalmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini – Naxçıvan Muxtar Respublikası, ünvan 8 axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Culfa rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Culfa Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-489/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-489/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver