Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-49/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.2000-ci il tarixdə Ağcabədi rayonunun Şənlik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, “Milla” şirkətində sürücü işləyən, Ağcabədi rayonu, Şənlik kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs ********** nömrəli VÖEN ilə fiziki şəxs kimi fəaliyyət göstərərək "xxxx" Mənzil Tikinti Kooperativi ilə arasında bağlanmış qəlib-beton işlərinin görülməsinə dair xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, "xxxx" layihəsi çərçivəsində "xxxx" MTK tərəfindən aparılan tikinti işlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə və 49-cu maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi, beləliklə işəgötürən tərəfindən əmək münasibətlərinə daxil olan hər bir şəxslə əmək müqaviləsi bağlanılmalı olduğu halda on nəfərdən çox sayda olmaqla - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər X10, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər X23, xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixə qədər və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər X13, xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixə qədər və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər X31, xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixə qədər və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər X41, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər X51, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər və xx.xx.2022-ci il tarixdən 05 07.2022-ci il tarixə qədər X24, 01.06 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər və xx.xx.2022-ci il tarixdən 2022-ci ilin iyul ayının sonuna qədər X32, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər X7, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər X1, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər X33 və 2022-ci ilin iyun ayının sonundan xx.xx.2022-ci il tarixinə qədər X4 - ümumilikdə 12 nəfəri, yəni xeyli sayda işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən vahid niyyətlə qeyd edilən müddət ərzində qəlib-dəmir-beton işlərin (xidmətin) yerinə yetirilməsinə cəlb etmiş, həmin hərəkətləri ilə qeyd edilən müddətdə ümumilikdə 976 manat 25 qəpik məbləğində vergiləri, işsizlikdən sığorta və pensiya fonduna ödənilməli olan pul vəsaitlərini ödəməkdən yayınmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağcabədi şəhərində anadan olub böyümüş, orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirməmiş, 2021-ci ildə X42 ilə toy edərək evlənib ailə qurmuş, amma rəsmi nikaha xx.xx.2022-ci il tarixdə daxil olmuş və həmin birgə nikahdan xx.xx.2022-ci il tarixdə Ömər və Raul adlı əkiz oğlanları anadan olmuşdur. O, ailəsini dolandırmaq üçün əsasən fəhləliklə məşğul olmuşdur. Atası Şahid1 uzun müddətdir ki, tikinti sektorunda işləyir, fəhləliklə məşğul olur, son vaxtlar fəhlələrdən ibarət briqada yaradaraq tikinti şirkətlərindən sifariş qəbul edib icra edir, bir neçə halda o da atasına bu işlərdə köməklik etmişdir, bəzi hallarda işlərin görülməsi üçün müqavilə tələb olunduğundan atası İlham onun adına VÖEN açdırmışdır və həmin VÖEN əsasında o və atası fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğul olurlar. "xxxx" MTK ilə bağlı bildirmişdir ki, onun adına olan ********** nömrəli VÖEN-ə əsasən onunla Prestij-V MTK arasında xx.xx.2021-ci il tarixdə 24/08-21 nömrəli Xidmət Müqaviləsi imzalanmış, həmin müqaviləni o imzalamışdır, lakin müqavilənin məzmununu və mahiyyətini dərindən bilmir, amma müqavilədə göstərilən bütün şərtlərə riayət olunması və işlərin görülməsi atası İlhama həvalə olunmuşdur. Müqavilədə göstərilən işləri konkret olaraq mahiyyəti üzrə atası danışmış, razılaşmış və həmin işləri görmüşdür. Həmin müqavilə əsasında atası fəhlə briqadası ilə MTK-nın Bakı Ağ Şəhərdə apardığı tikintidə qəlib-beton işlərini görməyə başlamış, o, bu barədə məlumatlı olmuş, həmin işlərin görülməsi üçün atasının işə cəlb etdiyi fəhlə və ustaları o işə qəbul etmiş və işdən azad etmişdir. Belə ki, qəlib-beton-dəmir işləri müddətli yerinə yetirilir, yəni dəmir-qəlib işləri görülür, beton tökülür və beton quruyana qədər tikintidə hər hansı bir iş görülmür. Ona görə də, həmin işlər görülməyən günlər üçün işçilər işdən azad edilir, sonradan isə işlər yenidən başlayanda işçilər işə qəbul edilir. ASAN Xidmət tərəfindən "xxxx" MTK-da aparılan yoxlama zamanı o, Ağcabədi rayonunda olmuş, belində olan yırtıqla bağlı müalicə olunmuş, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə atası ***-***-**- ** nömrəsindən ona zəng edərək tikinti sahəsində yoxlama aparıldığı, işə dəvət etdiyi şəxslərin işə başlamaqlarını gözləyərkən yoxlama gəldiyi və həmin şəxslərin əmək müqaviləsi olmadan işləmələrinə dair sənədləşdirmə aparıldığı barədə məlumat vermişdir. O, həmin şəxslərdən hansı birinin doğurdan da əmək müqaviləsinin olub-olmamasını bilməmişdir, işçilərin adlarını əzbərdən bilmir, bu məsələ ilə bağlı Baş prokurorluqda aparılan araşdırma zamanı o, araşdırmaya cəlb olunmamış, izahatı alınmamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, baş vermiş hadisədə özünü təqsirli bilir, işə götürülənlərə və işdən azad olunanlara lazımi qaydada nəzarət etməməsindən bu sahədə nöqsanlara yol verilmişdir, nəzarət etməməyini bu sahədə təcrübəsizliyi ilə izah edir. Əmək müqaviləsi olmadan işə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanmışdır və onlar həmin şəxslərlə bağlı vergi və sığorta pullarını ödəməyə hazırdırlar. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirməmiş, fəhləliklə məşğul olmuş, heç bir kurs və əlavə tədris keçməmişdir. 1997-ci ildən başlayaraq tikinti sahəsində qəlibçi kimi işləməyə başlamışdır. Oğlu Təqsirləndirilən şəxs VÖEN-nə və xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən "xxxx" MTK-nın sifarişi əsasında hazırda "xxxx" MTK tərəfindən tikilən 10 mərtəbəli binalarda qəlib işlərinə, beton tökmə işlərinə rəhbərlik edir, oğlu Royalı həmin tikintidə təmsil edir və həmçinin özü də eyni işlərin həyata keçirilməsində işləyir. Onun gördüyü işlərdən və işə cəlb etdiyi şəxslər barəsində oğlu Royalın məlumatı olmuşdur. Binanın 7 mərtəbəsi yaşayış üçün. 1 mərtəbə mağaza, 2 mərtəbə isə yeraltı avtomobil dayanacağı olaraq nəzərdə tutulmuşdur. Onlar işə başladıqları müddət ərzində onun briqadası 1 bloklu, 10 mərtəbəli binanın birini tam inşa etmişdir, hazırda isə onlar 3 bloklu 10 mərtəbəli binanın 5-ci mərtəbəsini inşa edirlər. Briqadir kimi onun işi fəhlələri müxtəlif şirkətlər tərəfindən tikintisi aparılan sahələrə yönəltməkdən və qəlib işlərinin icrasının təmin edilməsinə nəzarət etməkdən ibarətdir. Onun VÖEN-i olmadığı üçün fəhlələrlə bağlanılan müqavilələr oğlu Təqsirləndirilən şəxs adından bağlanılır, amma fəhlələri işə o cəlb etmişdir və hazırda da edir. xx.xx.2022-ci il tarixdə ASAN xidmət əməkdaşları monitorinqə gələrkən işçilər tikinti sahəsində olsa da, bildirişləri sistemə vurulmadığı üçün sifarişçi şirkətin əməkdaşı onları hansısa işləri görməyə tikintiyə buraxmamış, həmin vaxt ASAN xidmətin işçiləri yoxlama aktında qeyd etdikləri şəxsləri müqaviləsiz işçi kimi qələmə verərək avtomobilin arxasında videoçəkiliş apararaq akt tərtib elmiş və o da bu zaman tikinti sahəsində olmuşdur. Həmin işçilər Baş Prokurorluğa ünvanladıqları izahatlarında da onun göstərdiyi faktı bir daha təsdiq elmişlər, belə ki, həmin işçilər özləri Baş Prokurorluqda araşdırma aparan Zamir Paşayevin adına izahat yazmışlar, habelə onlar vergi və sığorta ödənişlərinə dair qəbzləri həmin izahatlara əlavə edərək Baş prokurorluğa göndərmişlər. Bu məsələ ilə bağlı Baş Prokurorluqda aparılan araşdırma zamanı o, araşdırmaya cəlb olunmamış və izahatı alınmamışdır. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, qeyd olunan işləri görmək üçün onun əmək müqaviləsi yoxdur, belə ki, o oğlu Təqsirləndirilən şəxs təmsil edərək işlərə nəzarət edir. ASAN xidmət monitorinq apararkən vidcoçokilişdən istifadə etmiş, həmin videoçəkilişdə görünən fəhlələrin geyindiyi geyimlər şirkətə məxsus olmuş, ASAN xidmət monitorinq apardığı zaman ASAN xidmətin işçiləri tikintiyə gələn və əmək müqavilələrinin bağlanmasını gözləyən şəxslərə videoçəkiliş aparıldığından kameranın qarşısına həmin geyimdə çıxmalı olduqlarını demiş, odur ki, həmin şəxslər də, şirkət tərəfindən onlara verilən geyimləri geyinib kameranın qarşısına çıxmış və onlar həmin geyimi işləmək məqsədi ilə geyinməmişlər. Gördükləri işlərə görə ödənişi özü şəxsən MTK-nın ofisində imza etməklə kassadan nağd şəkildə götürür, həmin pulu işçilərin arasında paylaşdırır. Onların işləri ayda təxminən 25-27 gün olur, onlar 25-27 gün ərzində bir mərtəbənin dəmir-qəlib işlərini görürlər, MTK sifariş verdiyi beton maşınları gəlib həmin qəlibləri beton ilə doldurur, onlar mərtəbənin betonunu tökürlər, daha sonra 4- 5 gün betonun qurumağını gözləyirlər, daha sonra növbəti mərtəbənin dəmir-qəlib işlərini görürlər və eyni qaydada davam edir. Onlar gündə saat 8-dən 18-ə qədər işləyirlər, amma hava şəraiti münasib olmayanda, külək olanda və sair hallarda iş günləri qısa olur və ya ümumiyyətlə həmin gün işləmirlər. Bir mərtəbənin dəmir-qəlib işlərinin görülməsində eyni vaxtda təxminən ən azı on nəfər, ən çoxu isə iyirimi beş nəfər iştirak edir. Şahid1 həmçinin göstərmişdir ki, X59, X67, X14, X52, X5, X11, X53, X15, X43, X25, X54, X34, X60, X26, X16, X77 gu. oğlu dəmir-beton-qəlib işlərinin görülməsi üçün müxtəlif vaxtlarda işlərə cəlb olunmuşlar. Belə ki, onların işləri daimi deyil, hava şəraiti pis olanda, həmçinin tökülən betonun qurumasını gözləyəndə işçilərə artıq yerə əmək haqqı yazılıb verilməsindən ötrü işçilər işdən azad edilirlər, sonradan isə başlayanda yenidən işə götürülürlər. Onlar həmin 16 nəfər şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilmələri barədə ASAN xidmətin gəldiyi nəticəni qəbul etmişlər. İşlərdə fasilə yarandığından həmin işçilər sonuncu dəfə xx.xx.2022-ci il tarixdə işdən azad edilmişlər. 02 və 03 iyul 2022-ci il tarixləri şənbə və bazar günləri olduğundan iş olmamış, xx.xx.2022-ci il tarixdə o, işçilərə xx.xx.2022- ci il tarixdə tikinti sahəsinə gəlmələri barədə xəbər göndərmiş və xx.xx.2022-ci il tarixdə ASAN xidmətin işçiləri tikinti aparılan əraziyə gələrək sənədləşmə aparmışlar. Onların hüquqşünasları həmin 16 nəfərin sonuncu dəfə 01 iyul 2022-ci ildə işdən azad olunmaları tarixindən xx.xx.2022-ci il tarixə qədər olan dövrü sənədsiz işləmələri kimi qəbul edərək məsuliyyət yaranmaması üçün dövlət büdcəsinə ödəniş etmələrini msələhət görmüş, onlar həmin ödənişi elmiş və qəbzlərin surətini Baş Prokurorluğa təqdim etmişlər. Həmin işçilərin əvvəlki dövrdə işə cəlb olunmalarına dair özündə apardığı qeydlərə əsasən bildirmişdir ki, əmək müqaviləsi olmayan tarixlərdə X59 gününə 30 manat ödənilməklə 2022-ci ilin iyun ayında 5 gün və 2022-ci ilin iyul ayında 1 gün işə cəlb olunmuş, X55 gününə 35 manat ödənilməklə 2022-ci ilin aprel ayında 5 gün, 2022-ci ilin may ayında 6 gün, 2022-ci ilin iyun ayında 5 gün, 2022-ci ilin iyul ayında 1 gün işə cəlb olunmuş, X27.una gününə 30 manat ödənilməklə 2022-ci ilin yanvar ayında 5 gün, 2022-ci ilin fevral ayında 5 gün, 2022-ci ilin mart ayında 6 gün, 2022-ci ilin aprel ayında 5 gün, 2022-ci ilin may ayında 6 gün, 2022-ci ilin iyun ayında 5 gün, 2022-ci ilin iyul ayında 1 gün işə cəlb olunmuş. X35 gününə 30 manat ödənilməklə 2022-ci ilin yanvar ayında 5 gün, 2022-ci ilin aprel ayında 5 gün, 2022ci ilin may ayında 6 gün, 2022-ci ilin iyun ayında 5 gün, 2022-ci ilin iyul ayında 1 gün işə cəlb olunmuş, X2 gününə 25 manat ödənilməklə 2022-ci ilin yanvar ayında 5 gün, 2022-ci ilin fevral ayında 5 gün, 2022-ci ilin mart ayında 3 gün, 2022-ci ilin aprel ayında 6 gün, 2022-ci ilin may ayında 7 gün, 2022-ci ilin iyun ayında 6 gün, 2022-ci ilin iyul ayında 1 gün işə cəlb olunmuş, X8 gününə 25 manat ödənilməklə 2022-ci ilin iyun ayında 6 gün və 2022-ci ilin iyul ayında 1 gün işə cəlb olunmuş, X36 gününə 20 manat ödənilməklə 2022-ci ilin iyun ayında 10 gün və 2022-ci ilin iyul ayında 5 gün işə cəlb olunmuş, X9 gününə 35 manat ödənilməklə 2022-ci ilin iyun ayında 2 gün, 2022-ci ilin iyul ayında 1 gün işə cəlb olunmuş, X28 gününə 30 manat ödənilməklə 2022-ci ilin iyun ayında 5 gün, 2022-ci ilin iyul ayında 1 gün işə cəlb olunmuş, X17 gününə 30 manat ödənilməklə 2022-ci ilin iyun ayında 6 gün. 2022-ci ilin iyul ayında 1 gün işə cəlb olunmuş, X37 gününə 30 manat ödənilməklə 2022-ci ilin iyun ayında 5 gün, 2022-ci ilin iyul ayında 1 gün işə cəlb olunmuş vo X29 gününə 30 manat ödənilməklə 2022-ci ilin iyun ayında 5 gün, 2022-ci ilin iyul ayında 1 gün işə cəlb olunmuş və bunlardan başqa heç bir vaxt heç kim işə cəlb olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ali təhsilli inşaat mühəndisidir, təxminən 2020-ci ildən "xxxx" MTK-da baş mühəndis vəzifəsində işləyir və tikintidə ümumi işə o rəhbərlik edir. Təlimata əsasən onun vəzifəsi aşağıdakılardan ibarət olmuşdur: əməyin mühafizəsi qaydalarına, texniki təhlükəsizliyə, istehsalat sanitariyasma, yanğın təhlükəsizliyinə, əmək intizamına nəzarət etmək, sahədə işləyən bütün işçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarından təlimatlar keçmək, sahədə bütün işçilərin xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin edilməsinə nəzarət etmək, yeni işə götürülənlərin hər biri ilə bilavasitə iş yerində avadanlığın texniki istismarı, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi haqda faktiki təlimat aparmaq və xüsusi jurnalda qcvd etmək, xüsusi hazırlıq keçməmiş və tarif kvalifikasiya tələblərinə cavab verməyən işçilərə avadanlıqlardan inventarda sərbəst işləməsinə yol verməmək, avadanlığın texniki istismarı xəbərdarlıq işarələri və texniki təhlükəsizlik plakatları, yanğına qarşı təlimatların iş yerlərində açılmasını təmin elmək, yanğın təhlükəsizliyi inventarların daim hazır vəziyyətdə saxlamaq, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi istehsalat sanitariyasından verilmiş göstərişləri vaxtında yerinə yetirmək, əmək və istehsalat intizamının möhkəmləndirilməsi, daxili nizamintizam qaydalarının yerinə yetirilməsi istehsalat mədəniyyətinin yüksəldilməsi məqsədi ilə sahənin işçiləri ilə tərbiyəvi işlərin keçirilməsini təmin etmək, hər tikinti (sahəsinin) personalın texniki istismar, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrini təmin etmək və işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görməkdən ibarətdir. O, Şahid1 briqadir kimi tanıyır, belə ki, İlham və İlhamın briqadasında olan işçilər tikinti sahəsində "xxxx" MTK tərəfindən inşa etdirilən yaşayış binalarının qəlib-dəmir-beton işlərini görürlər. Şahid1 və briqadası 2021-ci ilin avqust ayından "xxxx" MTK tərəfindən aparılan tikintidə xidmət müqaviləsi əsasında işləyir, həmçinin, İlhamın oğlu Royalın adına VOEN olduğu üçün MTK həmin müqaviləni Röyal ilə bağlamışdır. İlham qəlib-beton-dəmir işlərinin görülməsinə cəlb etdiyi şəxslərə görə özü məsuliyyət daşıyır və özü cavabdehdir. İlhamın briqadasında olan işçilərin sayı dəyişmişdir, o, İlhamın işçilərini şəxsən tanımır, həmin işçilərin əmək müqaviləsinin olub-olmaması və əmək haqlarını hansı formada almaları barədə məlumatı yoxdur. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində o, "xxxx"in (ADEC MMC) əməkdaşı Elşən Sultanovla birgə tikinti aparılan ərazidə gəzən vaxt ASAN xidmətin əməkdaşları "xxxx" MTK-nın tikinti apardığı sahəyə gəlib yoxlama aparmağa başlamış, ərazidə olan bütün şəxslərin bir-bir ASAN xidmətə məxsus avtomobilin arxa hissəsində olan kameranın qarşısına yaxınlaşmalarını və özlərini təqdim etmələrini tələb etmiş, İlhamın briqadasına daxil olan şəxslər və həmçinin MTK-nın bir neçə nəfər işçisi ASAN Xidmətin kamerasının qarşısına keçərək özlərini təqdim etmiş, o da digər şəxslər kimi özünü təqdim elmiş, "xxxx" MTK-nın əməkdaşı olduğunu və əmək müqaviləsinin olduğunu bildirmiş, yoxlama təxminən 1 saat davam etmiş və daha sonra ASAN xidmətin əməkdaşları ərazini tərk etmişlər. O, Şahid1 tərəfindən 10 nəfərdən artıq işçinin əmək müqaviləsi olmadan işə cəlb edildiyini və bununla bağlı ASAN xidmət tərəfindən toplanmış sənədlərin Baş Prokurorluğa göndərildiyini sonradan bilmişdir. Onun Şahid1 tərəfindən hansı işçilərlə əmək müqaviləsi bağlanması, hansı işçilərin isə müqaviləsiz işləməsi barədə məlumatı yoxdur. İlhamın briqadasında olan işçilər işləmədiyi vaxtlarda həmin işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verilmiş, yoxlama aparılan gün də həmin işçilərin bəziləri könüllü olaraq əraziyə gəlmiş, buna görə də, onlar ASAN xidmətin əməkdaşları tərəfindən müqavilə olmadan işləyən şəxslər kimi rəsmiləşdirilmiş və həmin şəxslərlə həmin gün əmək müqavilələri bağlanaraq sistemə daxil edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması haqqında” 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1 və 308.1-ci maddələri ilə cinayət işi başlanmışdır; (i.v. 1-3) - KY221750578 saylı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə "xxxx" Mənzil Tikinti Kooperativində insanların həyat və ya sağlamlığa, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması əsası ilə plandankənar (növbədənkənar) monitorinq keçirilmişdir; (i.v.10-13) - "xxxx" MTK tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışdan görünür ki, yoxlama zamanı tikinti ərazisində 1 nəfərin monitorinq həyata keçirilən şirkətlə (və ya fiziki şəxslə) heç bir bağlılığının olmadığı aşkar olunaraq kənar şəxs kimi qeydə alınmışdır; (i.v.21) - xx.xx.2022-ci il tarixli 24/08-21 nömrəli Xidmət müqaviləsindən görünür ki, "İcraçı" qismində Təqsirləndirilən şəxs qəlib-beton işlərini görməyi, "Sifarişçi" kimi "xxxx" MTK- nin sədri X12 həmin işlərin görülməsi müqabilində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşlər; (i.v.26-28) - “Cinayət işini icraata qəbul etmək haqqında” 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişvə ibtidai araşdırma aparılmışdır; (i.v. 100) - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi 23 iyul 2018-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyata alınmışdır; (i.v. 151) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 01 aprel 2019-cu il tarixli EL- 210/2019 nömrəli lisenziyadan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə verilmişdir; (i.v. 152) - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 18 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1 və 308.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v. 184) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X65 üzrə Baş İdarəsinin 22 dekabr 2022-ci il tarixli müraciətə baxılması barədə məktubdan görünür ki, fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN: **********) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təqdim etdiyi elektron qaimə fakturalar, bank hesabları və əmək müqaviləsi üzrə işçilərə ödənilmiş əmək haqqı məbləği barədə məlumatların təqdim edilməsi haqqında məktuba (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********718800 nömrəli) Bakı şəhəri X65 üzrə Baş İdarəsində baxılmışdır. Bildirmişlər ki, xx.xx.2023-cü il tarixə vergi orqanında olan uçot baza məlumatlarına əsasən, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə elektron qaimə-fakturaların təqdim edilmədiyi, "xxxx" ASC- nin "Bravo 3" Filialında aktiv bank hesabının olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə (hesabatlarına) əsasən İşçilərə ödənilmiş əmək haqqı fondu məbləğinin 8453,62 manat olduğu müəyyən edilmiş, xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vergi orqanına muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) təqdim edilmədiyindən, müvafiq dövr üzrə əmək haqqı fondu məbləği barədə məlumat müəyyən edilməmişdir; (i.v. 186) - Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X49 Xidmətindən təqdim edilmiş sənədlərdən görünür ki, 12 nəfər şəxs ilə aşağıda qeyd olunun kimi əmək müqavilələri bağlanmışdır: X20 xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, X43 xx.xx.2022xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, X25 -xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, X54 - xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, X59 - xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, X67 - xx.xx.2022xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, X44 - xx.xx.2022xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, X53 xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, X14 - xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, X5 - xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022- xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, X52 - xx.xx.2022.-xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, X18 - xx.xx.2022xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə; (i.v. 188-196) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X65 üzrə Baş İdarəsinin 13 yanvar 2023-cü il tarixli müraciətə baxılması barədə məktubdan görünür ki, fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN: **********) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təqdim etdiyi muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə (hesabatlarına) əsasən hər işçi üzrə (adlı siyahısı, FİN, SSN qeyd olunmaqla) ödənilmiş aylər üzrə əmək haqqı, işə cəlb olunmuş iş günlərinin sayı, vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları barədə məlumatların təqdim edilməsi haqqında məktuba (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********773300 nömrəli) Bakı şəhəri X65 üzrə Baş İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə (hesabatlarına) əsasən hər işçi üzrə ödənilmiş aylar üzrə əmək haqqı, işə cəlb olunmuş iş günlərinin sayı, vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları barədə məbləği barədə məlumatlar təqdim edilir; (i.v. 198) - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir; (i.v. 208) - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1 və 308.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v. 242) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 08 avqust 2023-cü il tarixli məlumatın təqdim edilməsi haqqında məktubdan görünür ki, "xxxx" MTK-da (VÖEN:**********) qeyri-formal məşğulluq hallarının monitorinqi zamanı subpodratçı kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs (VÖEN: **********) xeyli sayda işçiləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyi və əldə edilmiş faktlarla bağlı vergidən yayınma hallarının olub-olmamasının araşdırılıb məlumat verilməsi ilə bağlı Xətai rayon prokurorluğunun məktubuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. - Xətai rayon prokurorluğundan daxil olmuş materiallar əsasında Təqsirləndirilən şəxs (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə məlumatı təqdim edilmişdir. Məlumata görə həmin məbləğ 976,25 manat təşkil edir; (i.v. 243-244) - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir; (i.v. 246) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; (i.v. 247) - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X30 arasında 27 mart 2022-ci ildə nikah bağlanmışdır; (i.v. 248) - Şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X61 və xx.xx.2022-ci il təvəllüdlü X6 Röyal İlham oğlunun himayəsindədirlər; (i.v. 248-249) - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; (i.v. 274-275) - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2000-ci il tarixdə Ağcabədi rayonunun Şənlik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, “Milla” şirkətində sürücü işləyən, Ağcabədi rayonu, Şənlik kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Cinayət işinin materiallarında olan 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əməlləri olmadığından cinayət işinin həmin hissədə olan icraatına xitam verilmişdir. - Əmək müqavilələrinin bağlanmasına dair məlumatın əldə edilməsi haqqında məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X49 Xidmətinin 23 fevral 2024-cü il tarixli məktuba qoşma şəklində əlavə edilmiş məlumatlardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:53-də X20, xx.xx.2022-ci il tarixdə saat 10:35-də X43, xx.xx.2022-ci il tarixdə saat 11:12-də X25, xx.xx.2022-ci il tarixdə saat 10:46 X54, xx.xx.2022-ci il tarixdə saat 11:56-da X59, xx.xx.2022-ci il tarixdə saat 12:36-da X51, 05 07.2022-ci il tarixdə saat 10:30-da X44, xx.xx.2022-ci il tarixində saat 12:16-da X14, xx.xx.2022-ci il tarixində saat 12:22-də X5, xx.xx.2022-ci il tarixində saat 11:49-da X52, xx.xx.2022-ci il tarixində saat 12:32-də X19 adlarına fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN: **********) tərəfindən əmək müqaviləsi bağlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və məşğulluq" altsisteminə daxil edilmiş dir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X49 Xidmətinin 09 avqust 2022-ci il tarixli məktuba qoşma şəklində əlavə edilmiş məlumatlardan görünür ki, X53 ilə "xxxx" MTK (VÖEN: **********) arasında xx.xx.2022-ci il tarixdən qüvvədə olan əmək müqaviləsi olmuşdur. - 28 dekabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Dövlət Vergi Xidmətinin hesabına 950 manat və 17 yanvar 2024-ci il tarixli eManat ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs Dövlət Vergi Xidmətinin hesabına 29,60 manat və 1,60 manat olmaqla ümumilikdə 981,20 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə görə bu Məcəllənin 162-1.1-ci maddəsində “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli say təşkil edən on bir nəfər işçinin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulmuş əmək hüquqlarının etibarlı təminatını müəyyən edən, əmək müqaviləsi rəsmi qeydiyyata alınmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini qadağan edən qaydalardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsi ilə müəyyən edilmiş qaydada işəgötürənlə işçi arasında əmək münasibətləri əmək müqaviləsi (kontraktı) bağlanıldıqdan sonra yaranır. Əmək Məcəlləsinin şamil edildiyi hallarda əmək münasibətlərinin yeganə hüquqi əsası əmək müqaviləsidir (kontraktıdır). Siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Digər hallarda əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2 və 2-1-ci hissələri). Əmək müqaviləsi bildirişi, siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsi istisna olmaqla, digər hallarda əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi). Məhz sonuncu hərəkət (əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması barədə məlumatın elektron qaydada işəgötürənə göndərilməsi) edildiyi andan əmək müqaviləsi hüquqi qüvvəyə minir. Bu ana qədər xeyli sayda işçinin hər hansı işin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi şərh olunan maddə ilə cinayət məsuliyyəti yaradır. Əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınması barədə məlumat elektron qaydada işəgötürənə göndərilmədikdə, yaxud göndərilsə də, müəyyən texniki səbəblərdən müqavilənin elektron qeydiyyata alınmasına dair məlumat işəgötürənə çatmadıqda, əmək müqaviləsi hüquqi qüvvəyə minmir. Ona görə ki, qanunverici əmək müqaviləsinin hüquqi qüvvəyə minməsini elektron qeydiyyat barədə məlumatın elektron qaydada işəgötürənə göndərilməsindən də asılı edir. Yəni işəgötürən əmək müqaviləsinin elektron qeydiyyata alınmasına dair məlumatla tanış olduqda ona məlum olacaqdır ki, əmək müqaviləsi qüvvəyə minmişdir və bundan sonra işçiləri işə cəlb etməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu normanın təhlilindən belə aydın olur ki, işəgötürən tərəfindən işçi ilə qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsinin bağlanılmamasına digər əsas səbəblərdən biri də onun tərəfindən vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmaqdır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs ona elan olunmuş itiham üzrə yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları olan 976,25 manat məbləğində pulu tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamaq hüququ hazırkı cinayət işi üzrə fiziki şəxs kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs məxsusdur. Deməli, bu cinayətin subyekti də məhz odur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin obyekti Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan və ya əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı yaranan münasibətlərdir. Yəni, törədilmiş əməl şəxslərlə əmək müqaviləsinin bağlanmamasına yönəlmiş hərəkətlərdə ifadə olunur. Cinayət işindən aydın olur ki, Təqsirləndirilən şəxs fiziki şəxs kimi fəaliyyət göstərərək "xxxx" Mənzil Tikinti Kooperativi ilə arasında bağlanmış qəlib-beton işlərinin görülməsinə dair xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, "xxxx" layihəsi çərçivəsində "xxxx" MTK tərəfindən aparılan tikinti işlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə və 49-cu maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi, beləliklə işəgötürən tərəfindən əmək münasibətlərinə daxil olan hər bir şəxslə əmək müqaviləsi bağlanılmalı olduğu halda on nəfərdən çox sayda olmaqla ümumilikdə o bir nəfəri, yəni xeyli sayda işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən vahid niyyətlə qeyd edilən müddət ərzində qəlib-dəmir-beton işlərin (xidmətin) yerinə yetirilməsinə cəlb etməsində və nəticə etibarilə həm də dövlətə ödənilməli olan vergiləri, işsizlikdən sığorta və pensiya fonduna ödənilməli olan haqlarını ödəməkdən yayınmaqda ifadə olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə görə işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əmək Məcəlləsinin qeyd olunan normasından göründüyü kimi cinayət işi üzrə on bir nəfər fiziki şəxslər faktiki olaraq işçi hesab olunmur və məhz buna görə də həmin şəxslərlə əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb olunduğuna görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir. O da nəzərə alınmalıdır ki, bu norma xüsusi norma kimi Cinayət Məcəlləsinə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli, 878 saylı Qanunla daxil edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilər ilə əmək müqaviləsi bağladığından, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədiyindən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələblərinə görə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə məhkəmə xərci, xüsusi müsadirəyə məruz qalınmalı əmlak və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 42 (qırx iki) saat üçün nəzərdə tutulan 252 (iki yüz əlli iki) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-49/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-49/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver