Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-491/2021 20.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Samir oğlunun iştirakları ilə, xx.xx.1991-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu Yuxarı Salahlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Samir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Samir oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamin və narkotik vasitə heroin əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 02 sentyabr 2021-ci il tarixdə saat 16:50 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, S.B.Mehmandarov küçəsi 72 ünvanın qarşısında saxlanılıb ünvan 2 35-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılan zaman sol əlində tutduğu göy rəngli pul kisəsinin içərisindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,864 qram, 0,294 qram, 0,211 qram, 0,133 qram, 0,163 qram, ümumi təmiz çəkiləri 1,665 qram kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,321 qram, 0,404 qram, 0,218 qram, ümumi təmiz çəkiləri 0,943 qram kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd gümüşü rəngli üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə olan günü onu polis əməkdaşları saxlamışlar, üzərində 3 büküm narkotik vasitə var imiş, həmin narkotik vasitəni özü istifadə edəcəkmiş. Bir neçə müddətdir ki narkotik vasitə qəbul edir və onda asılılıq yaranmışdır. Polislər onu saxladıqdan sonra evinə gedərək tərəzini oradan tapmışlar, tərəzi polislər onu saxlayarkən üzərində olmamışdır. Narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Onun sadəcə olaraq xarici görünüşü barədə məlumatı var, başqa heç bir məlumatı yoxdur. Videoçəkiliş aparılarkən polis əməkdaşları ona təzyiq göstərdiyindən yalandan 8 büküm narkotik vasitənin ona mənsub olduğunu bildirmiş, tərəzinin də əlindəki çantada olduğunu qeyd etmişdir. Videoçəkiliş aparılarkən müdafiəçi ilə təmin edilmişdir. İlkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarında imzalar özünə məxsusdur. Tutulduqdan sonra ona təzyiq və təsir edilmiş, bu səbəbdən ilkin izahat və ifadələrində narkotik vasitəni satış üçün əldə etdiyini bildirmişdir. Beləliklə o, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, bir neçə ay narkotik vasitələrdən və psixotrop maddədən istifadə etmişdir. Narkotik vasitəni və psixotrop maddəni tanımadığı şəxslərdən müxtəlif yollarla almışdır. Narkotik vasitəni və psixotrop maddəni inyeksiya yolu ilə qəbul etmişdir. Belə ki, narkotik vasitə aludəçisi olduğu üçün bədənində ağrılar olmuş və ağrılara dözə bilmədiyi üçün narkotik vasitədən istifadə etmişdir. 4 ay bundan əvvəl özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən “Əli” adlı şəxslə tanış olmuşdur. “Əli” adlı şəxs bildirmişdir ki, narkotik vasitə satmaqla məşğul olur. Əlidən lazım olduqda narkotik vasitə necə ala biləcəyini soruşmuş, o da bildirmişdir ki, onunla sosial şəbəkə vasitəsilə danışaraq narkotik vasitəni qoyulacaq yeri özü təyin edib xəbər edəcək. 01 sentyabr 2021-ci il tarixdə “Əli” adl şəxs ilə internet sosial şəbəkəsində danışaraq narkotik vasitə istəmiş, sonuncu da xəbər edəcəyini bildirmişdir. Həmin günü “Əli” adlı şəxs ilə sosial şəbəkədə yenidən əlaqə yaratmış və sonuncu Nərimanov rayonu ərazisinə gedərək oradan xəbər etməyini demişdir. Həmin günü Nərimanov rayonu ərazisinə gedərək “Əli” adlı şəxs ilə yenidən sosial şəbəkədə danışmış və onunla danışaraq bilmədiyi ünvana gəlmişdir. Əlinin dediyi istiqamətlərdə hərəkət edib yerə qoyulmuş bir ədəd torbanı götürmüşdür. Torbanın içərisinə baxdıqda 08 ədəd bükümlər və bir ədəd elektron tərəzi olmasını görmüşdür. Həmin bükümlərin içərisinə baxmış, 05 ədəd bükümdə narkotik vasitə “kakos”, 03 ədəd bükümdə isə “şüşə” kimi tanıdığı maddələr olmasını görmüşdür. Əlidən “kakosun” bir qramını 20 manatdan, “şüşənin” bir qramını isə 14 manatdan almışdır. “Kakosun” bir qramını 25 manatdan, “şüşənin” bir qramını isə 20 manatdan satacaqdı. Həmçinin özü də istifadə edəcəkdi. Əli ilə razılaşmaya əsasən narkotik maddələri satdıqdan sonra pulunu ödəyəcəkdi. Bükümləri və bir ədəd elektron tərəzini torbanın içərisindən çıxarıb əlində olan göy rəngli pul kisəsinin içərisinə qoymuşdur. Bundan sonra oradan uzaqlaşmış və yaşadığı evə gəlmişdir. Həmin günü narkotik vasitənin bir qismini istifadə etmiş, qalan qismini isə pul kisəsində saxlamışdır. 02 sentyabr 2021-ci il tarixdə saat 16:50 dədiqədə pul kisəsini götürüb evdən küçəyə çıxmış və gəzişməyə başlamışdır. Yaşadığı evin yaxınlığında gəzişən zaman bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşmış və DİN-nin BNMİ-nin əməkdaşları olmasını bildirib xidməti vəqisələrini göstərmişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib, özünü təqdim etməyini xahiş etmişlər. Polis əməkdaşlarına özünü təqdim etmiş və onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. O, razılaşmış və birlikdə polis bölməsinə gəlmişlər. Polis Bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olnumuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif edilmişdir. Bundan sonra əlində saxladığı pul kisəsinin içərisində saxladığı üç ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamini, 05 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyi olan narkotik vasitə heroini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Sonra üzərində şəxsi axtarış aparılmış və əynində olan şalvarının sağ yan cibindən bir ədəd “Samsung” bir ədəd “LG” markalı telefonlar, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, bir ədəd plastik kart, iki ədəd pul kisəsi və 17 manat pul aşkar olunmuşdur. Aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkilmiş, çəkiləri 1,26 və 2,35 qram olmuşdur. Üzərindən aşkar edilmiş maddələr və elektron tərəzi polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Mobil telefonları, sənədləri, 17 manat pulu, pul kisələri və plastik kartları özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş maddələri haradan və hansı yolla əldə etməyi barədə sual verilmiş, bildirmişdir ki, üzərindən aşkar edilmiş metamfetamin, heroin və bir ədəd tərəzi özünə məxsusdur, narkotik maddələri və tərəzini 4 ay əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsdən bir gün əvvəl təyin olunmuş Nərimanov rayonu ərazisində öz şəxsi istifadəsi və satış məqsədi ilə əldə etmiş, metamfetaminin qramını 14 manatdan alaraq 20 manatdan, heroini bir qramını 20 manatdan alıb 25 manatdan satışını həyata keçirmiş, narkotik vasitə aludəçisidir və başqa yerdə narkotik vasitə saxlamır. Bundan sonra protokol, tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi və satışını həyata keçirmək üçün əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamır. Narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilibbecərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik vasitə olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini aldığı şəxs haqqında heç bir məlumata sahib deyil. Belə ki, həmin şəxs ilə sosial şəbəkədə tanış olmuş, onun İran İslam Respublikası vətəndaşı olmasını və adının Əli olmasını bilmişdir. Başqa heç bir məlumata sahib deyil. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 08 ədəd bükümlərə ayırmamış, belə ki, narkotik maddələri 08 ədəd bükümdə əldə etmişdir. Əli ilə tanış olduğu sosial şəbəkəni xatırlamır, Əliyə dair bütün məlumatları telefonundan silmiş, belə ki, Əli ilə sosial şəbəkədə danışdıqdan sonra bütün məlumatları silərək izi itirmişdir. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satdıqdan sonra pulunu Əliyə hansı formada ödəyəcəyi barədə sonuncu özü məlumat verdikdən sonra pulu ödəyəcəkdi. Üzərindən aşkar edilmiş narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən sata bilməmiş, belə ki, buna imkanı olmamış, narkotik vasitəni əldə etdikdən sonra ancaq istifadə edə bilmiş, satmağa çıxan zaman isə saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 02 sentyabr 2021-ci il tarixdə baş idarəyə xx.xx.1991-ci ildə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olan, lakin ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə baş idarə rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar baş idarə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Azərbaycan Respublikası Baş prokurorluğuna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə baş idarənin əməliyyat müvəkkili Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün əməliyyat müvəkkili Şahid2 ilə məlumat əsasən ünvan 4 ünvanın qarşısına gəlmişlər. Saat 16:50 dəqiqədə həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmiş, sonuncu da heç bir etiraz etmərək razılaşmışdır. Bundan sonra onlar birlikdə polis bölməsinə gəlmişlər. Bölmədə Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə raport yazıb baş idarə rəsinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarışda vəkil, o və baş idarənin əməliyyat müvəkkili Şahid2 iştirak etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs sol əlində tutduğu göy rəngli pul kisəsinin içərisindən 3 ədəd bükümdə ağ rəngli, kristall şəkilli maddəni, 5 ədəd bükümdə aıq qəhvəyi rəngli maddəni və bir ədəd elektron tərəzi çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı, 1 ədəd “LG” marklı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri, plastik bank kartı, 17 manat pul və 2 ədəd pul kisəsi aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hası bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş ağ rəəngli kiristal şəkilli maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 1, 26 qram, açıq qəhvəyi rəngli maddə də elektron tərəzidə çəkilmiş və çəkisi 2,35 qram olmuşdur. Sonra həmin maddələr və bir ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrin kimə məxsus olması, nə və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin maddələrin və elektron tərəzinin özünə məxsus olmasını, həmin maddələri 4 ay əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsilə bir gün əvvəl əvvəlcədən təyin edilmiş yerdən, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində öz şəxsi istifadəsi və satışı məqsədi ilə əldə etməsini, həmin maddələrin metamfetamin və heroin olmasını, metamfetaminin qramını 14 manatdan almasını, 20 manatdan satışını həyata keçirməsini, heroinin qramını 20 manatdan almasını, satışını isə 25 manatdan etməsini bildirmişdir. İşlədiyi idarəyə əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslər barədə hər hansı bir formada məlumatı yoxdur. Ancaq Təqsirləndirilən şəxs özü də narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Babayev X2 Vasif Sabir oğlu ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 03 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, X1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir (i.v.1); şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdə, saat 17:36-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.22); şəxsi axtarış və götürmə aparılması haqqında 02.09.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 16:50 dəqiqədə ünvan 5 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü könüllü olaraq sol əlində tutduğu göy rəngli pul kisəsinin içərisindən 3 ədəd bükümdə ağ r4əngli, kristall şəkilli maddəni, 5 ədəd bükümdə aıq qəhvəyi rəngli maddəni və bir ədəd elektron tərəzi çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı, 1 ədəd “LG” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri, plastik bank kartı, 17 manat pul və 2 ədəd pul kisəsi aşkar olunmuş, bundan başqa Təqsirləndirilən şəxs üzərindənhər hası bir əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş ağ rəəngli kiristal şəkilli maddə elektron tərəzi ilə çəkilmiş, çəkisi 1, 26 qram, açıq qəhvəti rəngli maddə də elektron tərəzidə çəkilmiş və çəkisi 2,35 qram olmuş, Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrin kimə məxsus olması, nə və haradan əldə etməsi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddələr və elektron tərəzi özünə məxsusdur, həmin maddələri 4 ay əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsilə bir gün əvvəl əvvəlcədən təyin edilmiş yerdən, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində öz şəxsi istifadəsi və satışı məqsədi ilə əldə etmiş, həmin maddələr metamfetamin və heroindir, metamfetaminin qramını 14 manatdan almış, 20 manatdan satışını həyata keçirmiş, heroinin qramını 20 manatdan almış, satışını isaə 25 manatdan etmişdir. Aşkar edilmiş maddələr və bir ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 7 saylı möhürü ilə möhürlənərək götürülmüş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, ərizə və şikayət daxil olmamışdır (i.v. 30-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 03 sentyabr 2021-ci il tarixli 6/3836 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №7” möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi...” və s. yazılar, imzalar olan kağız paketdəki 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,864 qram; 0,294 qram; 0,211 qram; 0,133 qram; 0,163 qram; ümumi təmiz çəkiləri 1,665 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 05 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,321 qram; 0,404 qram; 0,218 qram; ümumi təmiz çəkiləriu 0,943 qram ağ rəngli kristallşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd gümüşü rəngli elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəkilində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqat aparılması müəyyən olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir (i.v. 40- 45); şübhəli şəxsin dindirilməsi haqqında 03 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, o, narkotik vasitə aludəçisi olduğunu, üzərindən aşkar olunmuş 1,26 qram psixotrop maddə metamfetaminin, 2,35 qram heroinin və elektron tərəzinin ona məxsus olduğunu, narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini ucuz qiymətə İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsdən alaraq baha qiymətə satdığını etiraf etmiş və “ifadəmi oxudum, sözlərimlə doğru yazılıb, əlavəm yoxdur, öz imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 48-51); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 52-53); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 04 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, o, narkotik vasitə aludəçisi olduğunu, üzərindən aşkar olunmuş 1,26 qram psixotrop maddə metamfetaminin, 2,35 qram heroinin və elektron tərəzinin ona məxsus olduğunu, narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini ucuz qiymətə İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsdən alaraq baha qiymətə satdığını etiraf etmiş və “ifadəmi oxudum, sözlərimlə doğru yazılıb, əlavəm yoxdur, öz imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 61-64); Bakı şəhəri Xətai rayon məhkəməsinin 04.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 02.09.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 72-77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07.09.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X3 X4 Komissiyasının 17 sentyabr 2021-ci il tarixli 3502 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.139-140); Sübutların qiymətləndirilməsi haqqında 11.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 05 ədəd bükülümdə təmiz çəkisi 1,665 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üç ədəd bükümdə təmiz çəkisi 0,943 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 1,565 qram narkotik vasitə heroin, qalıq 0,853 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir(i.v.141-152); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bir ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, həmin videogörüntü 02 sentyabr 2021-ci il tarixdə çəkilmiş, Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olması barədə sual verilir, sonuncu heç bir etiraz etməyərək özü sol əlində tutduğu göy rəngli pul kisəsinin içərisindən 3 ədəd bükümdə ağ rəngli, kristal şəkilli maddəni, 5 ədəd bükümdə açıq qəhvəyi rəngli maddəni və bir ədəd elektron tərəzini çıxarıb təqdim edərək masanın üzərinə qoyur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı, 1 ədəd “LG” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri, plastik bank kartı, 17 manat pul və 2 ədəd pul kisəsi aşkar olunur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs aşkar edilmiş ağ rəngli kristal şəkilli maddə elektron tərəzi ilə çəkilir və çəkisi 1,26 qram, açıq qəhvəyi rəngli maddədə elektron tərəzidə çəkilir və çəkisinin 2,35 qram olduğu müəyyən edilir. Sonra həmin maddələr və bir ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrin kimə məxsus olması, nə və haradan əldə etməsi barədə sual verilir, o da bildirir ki, həmin maddələr və elektron tərəzi özünə məxsusdur, həmin maddələri 4 ay əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsilə bir gün əvvəl əvvəlcədən təyin edilmiş yerdən, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində öz şəxsi istifadəsi və satışı məqsədi ilə əldə etmiş, həmin maddələr metamfetamin və heroindir. Metamfetaminin qramını 14 manatdan almış, 20 manatdan satışını həyata keçirmiş, heroinin qramını 20 manatdan almış, satışını isə 25 manatdan etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələri satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş ağ rəngli kiristal şəkilli maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 1,26 qram, açıq qəhvəyi rəngli maddə də elektron tərəzidə çəkilmiş və çəkisi 2,35 qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrin kimə məxsus olması, nə və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin maddələrin və elektron tərəzinin özünə məxsus olmasını, həmin maddələri İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsilə bir gün əvvəl əvvəlcədən təyin edilmiş yerdən, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində öz şəxsi istifadəsi və satışı məqsədi ilə əldə etməsini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs özü könüllü olaraq narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq etmiş və ona heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2 sentyabr 2021-ci il tarixdə Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən, sonuncu sol əlində tutduğu göy rəngli pul kisəsinin içərisindən 3 ədəd bükümdə ağ rəngli, kristal şəkilli maddəni, 5 ədəd bükümdə açıq qəhvəyi rəngli maddəni və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, həmin maddələrin heroin və metamfetamin olduğunu bildirmiş, həmçinin psixotrop maddə metamfetaminin, narkotik vasitə heroinin və elektron tərəzinin ona məxsus olduğunu və həmin maddələrin satışı ilə məşğul olduğunu könüllü olaraq etiraf etmiş, ona heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə, ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 02 sentyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut- Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 05 ədəd bükülüdə təmiz çəkisi 1,665 qram, ekspertiza tədqiqatından sonra qalıq 1,565 qram narkotik vasitə heroin və üç ədəd bükümdə təmiz çəkisi 0,943 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,853 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-491/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-491/2021
20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver