Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-493/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə xx xxxx 1974-cü ildə Laçın rayon, Qarıqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2 azyaşlı uşağı olan, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Laçın rayonu 23 saylı tam orta məktəbində ibtidai sinif müəllimi işləyən, Laçın rayonu, Qarıqışlaq kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu, N.Nərimanov küçəsi 75 nömrəli evdə faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə, 25 avqust 1976-cı ildə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Biçənək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Biçənək kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, bina 2B, mənzil 92-də faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə xx xxxxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Vaqif Mirzəyev küçəsi, 57 nömrəli evdə faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs3 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib övladı Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Laçın rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin may ayında özünə Ağcabədi şəhərində görüşləri zamanı müracət etmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la aralarında olan razılaşmaya əsasən guya özlərinin müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını aralarındakı cinayətkar niyyətə uyğun olaraq şəxsən yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla Təqsirləndirilən şəxs1, özü və Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan 14.000 (on dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə sonuncudan 2021-ci ilin may ayının ortalarında yaşadığı Ağcabədi şəhəri, N.Nərimanov küçəsi 75 nömrəli evdə şəxsən 1.000 (bir min) manat və 2021-ci ilin iyul ayının əvvəllərində həmin ünvanda şəxsən 6.000 (altı min) manat, 2021-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən “Cafe Park” adlı kafedə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə 1.000 (bir min) manat pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə, 2021-ci ilin avqust ayının ortalarında Bakı şəhəri Xətai rayonu, X20 küçəsi 76 ünvanında yerləşən "Araz" adlı kafedə Zərərçəkmiş şəxs məxsus 500 (beş yüz) manat pul vəsaitini sonuncunun oğlu Şahid1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə alıb, əldə etdikləri həmin pul vəsaitlərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus cəmi 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, sonuncu oğlu Şahid1 işə düzəlmədiyini görüb aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini ondan almağa nail olmayaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib övladı Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Laçın rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs3 Ağcabədi şəhərində görüşləri zamanı müraciət etmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la aralarında olan razılaşmaya əsasən guya özlərinin müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edio formalaşdırdıqları inam və etibardan sui- istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını aralarındakı cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 vasitəsi lə yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla Təqsirləndirilən şəxs1, özü və Təqsirləndirilən şəxs3 vasitəsilə maddi nemət olan 14.000 (on dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə sonuncudan 2021-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs3 vasitəsilə sonuncunun yaşadığı Ağcabədi şəhəri, N.Nərimanov küçəsi 75 nömrəli evdə 1.0 00 (bir min) manat və 2021-ci ilin iyul ayının əvvəllərində həmin ünvanda 6.000 (altı min) manat, 2021-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən "Cafe Park" adlı kafedə şəxsən 1.000 (bir min) manat pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə, 2021-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, X20 küçəsi 76 ünvanında yerləşən “Araz" adlı kafedə Zərərçəkmiş şəxs məxsus 500 (beş yüz) manat pul vəsaitini sonuncunun oğlu Şahid1 şəxsən alıb, əldə etdikləri həmin pul vəsaitlərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus cəmi 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, sonuncu oğlu Şahid1 işə düzəlmədiyini görüb aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini ondan almağa nail olmayaraq, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib övladı Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Laçın rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs3 Ağcabədi şəhərində görüşləri zamanı müraciət etmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la aralarında olan razılaşmaya əsasən guya özlərinin müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını aralarındakı cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 vasitəsi ilə yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla Təqsirləndirilən şəxs2, özü və Təqsirləndirilən şəxs3 vasitəsilə maddi nemət olan 14.000 (on dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə sonuncudan 2021-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs3 vasitəsilə sonuncunun yaşadığı Ağcabədi şəhəri, N.Nərimanov küçəsi 75 nömrəli evdə 1.000 (bir min) manat və 2021-ci ilin iyul ayının əvvəllərində həmin ünvanda 6.000 (altı min) manat, 2021-ci ilin iyul ayının ortalarında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən “Cafe Park” adlı kafedə 1.000 (bir min) manat pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə, 2021-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs2 vasitəsilə Bakı şəhəri, Xətai rayonu, X20 küçəsi 76 ünvanında yerləşən “Araz" adlı kafedə Zərərçəkmiş şəxs məxsus 500 (beş yüz) manat pul vəsaitini sonuncunun oğlu Şahid1 alıb, əldə etdikləri həmin pul vəsaitlərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus cəmi 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, sonuncu oğlu Şahid1 işə düzəlmədiyini görüb aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini ondan almağa nail olmayaraq, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımışdır. Təxminən 1 il əvvəl Zərərçəkmiş şəxs onun yaşadığı evə gələrək hər ikisinin əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 ilə video görüntü vasitəsilə danışmağa köməklik göstərməyini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ilə “whatsapp” proqramı ilə görüntülü danışdırmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ilə danışarkən ona 6.000 manat pul verəcəyini və həmin pulu Təqsirləndirilən şəxs2 çatdıracağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 6000 manat pulu sayaraq ona vermişdir. O, pulu aldıqdan sonra Təqsirləndirilən şəxs2 ona taksi göndərəcəyini və həmin pulu taksi vasitəsilə ona göndərməyini xahiş etmişdir. O həmin pulu səhəri gün Təqsirləndirilən şəxs2 göndərdiyi taksi sürücüsü vasitəsilə göndərmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs ona zəng edərək 6.000 manat pulu Təqsirləndirilən şəxs2 oğlu Şahid1 işə düzəltməsi üçün verdiyini, lakin Təqsirləndirilən şəxs2 övladı Şahid1 işə düzəltmə məsələsinin niyə uzandığını ondan soruşmuşdur. O da bu barədə Təqsirləndirilən şəxs2 ilə danışaraq məsələ barədə maraqlandıqda sonuncu ona Zərərçəkmiş şəxs övladını münasib işə düzəldəcəyini və bu barədə Zərərçəkmiş şəxs məlumat verdiyini bildirmişdir. O da işlə bağlı Təqsirləndirilən şəxs2 ona dediklərini Zərərçəkmiş şəxs və Şahid1 bildirmişdir. O, Təqsirləndirilən şəxs2 ilə ticarət əsasında, yəni uşaq və qadın geyimləri alıb satan zaman tanış olmuş, sonuncu ilə yalnız ticari münasibətləri vardır. Görüntülü danışıq zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs oğlu Şahid1 Laçın rayon Yanğından mühafizə xidmətinə işə düzəldəcəyinə dair heç nə deməmiş, Zərərçəkmiş şəxs 6000 manatdan başqa ona pul verməmişdir. Bir dəfə də Təqsirləndirilən şəxs2 vermək üçün Zərərçəkmiş şəxs oğlu Şahid1 şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərini ona vermiş, lakin həmin sənədləri sonradan Təqsirləndirilən şəxs2 özləri göndərdiklərindən həmin sənədləri ondan geri götürmüşdürlər. Diskdəki səs yazılarında olan danışıqlar ona Təqsirləndirilən şəxs2 tərəfindən verilən məlumatlar olmuşdur ki, o da öz növbəsində sonuncunun ona dediklərini Fəridə Musayevə və oğlu Şahid1 demişdir. Şahid1 whatsapp proqramı ilə yazdığı “Ceyhun 27 inşallah gedəysən, ola bilər mənlə ola bilər tək, orda Rahim qarşılayacaq, Nazirliyə apara, İdmanla bağlı olacaq sonra kəmsiyə sonra əmrin veriləcək, saçını yaxşı vurdur, cins geyin, sport geyim, turnik zad da çəkinəcəysən, birdə mamana dedim, o pulun içində sayılır 500 m götür lazım olacaq, idmanla bağlı çatışmamazlıq olsa yerində qaydaya qoymaq üçün, yəni bir çətinliyi olsa yerində həll etmək üçün, orda nə soruşsalar Rahim deyəcəy sənə, olar da elə qəliz biri olar ki, sən tam qane etməzsən böyütməsin sussun, yaxşı yazsın hə çünki oda hesab istəyir ona görə deyib müəllim hazır gəlsin yerində həll edəy ele olar əmrin birbaşa verilər sən getmərsən heç bir idmanla bağlı bir kəmsiyyə gedərsən ancaq arxayın ola düzəlir bunlardan keçəndən sonra” yazıları Təqsirləndirilən şəxs2 tərəfindən ona deyilmiş sözlərdi ki, o da öz növbəsində həmin sözləri Şahid1 whatsapp proqramı ilə yazmışdır. Təqsirləndirilən şəxs1la isə 1 dəfə telefon danışığı olmuş, həmin danışıq zamanı Şahid1 işə düzəldəcəyinə dair verdiyi vədi yerinə yetirməyini, onun Zərərçəkmiş şəxs və Şahid1 tərəfindən narahat edildiyini bildirmişdir. Son sözündə peşman olmasını, 2 azyaşlı uşağının olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Laçın Obalarında olan zaman orada Zərərçəkmiş şəxs müştəri kimi tanımışdır. 2021-ci ilin yay ayının sonlarında Zərərçəkmiş şəxs onunla görüşərək oğlu Şahid1 işsiz olduğu üçün sonuncuya paltar alıb-satmaqda köməklik göstərməyini xahiş edərək 6.000 manat pulunun olduğunu bildirmişdir. Aralarında razılığa gəlmişdirlər. Bir müddət sonra Zərərçəkmiş şəxs zəng edərək pulu hazırladığını bildirmişdir. O da həmin vaxt Naxçıvan MR-də olduğundan həmin pulu onunla mütəmadi alış-veriş edən tanışı Təqsirləndirilən şəxs3 verməsini xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 ilə Ağcabədi rayonunda sonuncunun yaşadığı evdə 2021-ci ilin yay aylarında görüşərək 6.000 manat pulu Təqsirləndirilən şəxs3 vermişdir. Təqsirləndirilən şəxs3 pulu aldıqdan sonra video görüntülü ona zəng edərək pulu aldığını bildirmişdir. Həmin vaxt sonuncunun yanında Zərərçəkmiş şəxs da olmuşdur. Təqsirləndirilən şəxs3 6.000 manat pulu ona göndərmişdir. Zərərçəkmiş şəxs ilə danışaraq paltar işinin alınmadığını, həmin 6.000 manat pulun onda qalaraq digər işlərlə məşğul olmağını, həmin pulun üstündə qazanc kimi əlavə ona 2.000 manat pul verəcəyi ilə bağlı razılaşmışdırlar. Bir müddət sonra Zərərçəkmiş şəxs ona zəng edərək oğlu Şahid1 işsz olduğunu və münasib iş olsa ona xəbər verməyini, alındıra biləcəyi təqdirdə onda olan 6.000 manat və qazanc kimi söz verdiyi 2.000 manat olmaqla, ümumilikdə 8.000 manat pulu oğlunun işə qəbul məsələsi ilə əvəzləşdirməyini ondan xahiş etmişdir. O, Zərərçəkmiş şəxs tanışları ilə bu barədə danışaraq sonuncuya cavab verəcəyini bildirmişdir. Bundan sonra o, internet üzərində axtarış aparmış, Zərərçəkmiş şəxs yaxın günlərdə Fövqəladə Hallar Nazirliyinə və Daxili Qoşunlara işçi axtarılacağı barədə də məlumat vermişdir. Zərərçəkmiş şəxs oğlunu Fövqəladə Hallar Nazirliyinin Laçın rayon Yanğından Mühafizə xidmətinə düzəltməyini xahiş etmişdir. O da bu barədə tanışı Təqsirləndirilən şəxs1 ilə danışmışdır. Təqsirləndirilən şəxs1 onunla razılaşaraq Zərərçəkmiş şəxs oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinin Laçın rayon Yanğından Mühafizə xidmətinə yanğın söndürən vəzifəsinə yuxarı vəzifəli şəxslərin köməyi ilə 14.000 manata düzəldəcəyinə və ilkin olaraq 5.000 manat verməli olduqlarını bildirmişdir. O da Zərərçəkmiş şəxs zəng edərək bu barədə məlumat vermişdir. Fəridə də bu barədə onunla razılaşmışdır. Təxminən 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs onda olan 6.000 manat pulundan 5.000 manatını paketdə dəqiq xatırlamadığı yerə qoymuş, Təqsirləndirilən şəxs1 isə həmin pulu oradan gəlib götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 Şahid1 şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və yadında olmayan digər sənədlərini istəmişdir. O da həmin sənədləri Zərərçəkmiş şəxs alıb Təqsirləndirilən şəxs1 vermişdir. Pulu Təqsirləndirilən şəxs1 verdiyindən təxminən 2 ay keçdiyindən, lakin Şahid1 işə düzəlmə məsələsi həll olunmadığından Zərərçəkmiş şəxs və oğlu Şahid1 narazılıq etməyə başlamışdırlar. Bu səbəbdən Şahid1 Bakı şəhərinə dəvət edərək Bakıxanov qəsəbəsində yerləşən "Lovella" restoranında Təqsirləndirilən şəxs1la görüşdürmüşdür. Orada Təqsirləndirilən şəxs1 Şahid1 narahat olmamağını, onun işə qəbul məsələni həll edəcəyini demişdir. Bundan bir müddət sonra yenə Şahid1 işə qəbul məsələsi uzandığından, həmçinin Zərərçəkmiş şəxs və Şahid1 də onu yığaraq narazılıq elədiklərindən yenidən Təqsirləndirilən şəxs1la əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs1 ona Şahid1 normativ vermək üçün Yasamal rayonu, İTV-nin yanında yerləşən Yanğından Mühafizə Xidmətinə aparmağını, həmin bölmənin əməkdaşı Bəhrəm adlı şəxs ilə danışmağını və Şahid1 orada normativ verəcəyini bildirmişdir. O da Şahid1 ilə birlikdə Bəhrəm adlı şəxsin yanına getmişdirlər. Şahid1 həmin bölmənin həyətində qaçış, inzibati binasının içərisində turnikdə çəkinmiş və oradan çıxıb getmişdirlər. Oradan çıxdıqdan sonra o, Təqsirləndirilən şəxs1la əlaqə saxlayanda sonuncu narahat olmamağını, Şahid1 normativləri verdiyindən barəsində işə qəbulla bağlı həmin bölmədən təqdimat veriləcəyini demişdir. Amma buna baxmayaraq Təqsirləndirilən şəxs1 verdiyi vədə əməl etməmişdir ki, nəticədə Şahid1 işə qəbul məsələsi uzanmışdır. Soz sözündə əməlindən peşman olduğunu, 1 azyaşlı uşağının, 2 oğlunun əsgərlikdə olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qayınatasının dostudur. Təqsirləndirilən şəxs2 ona zəng edərək kafel-metlaxın satışı üçün verdiyi 5.000 manat pulun müqabilində tanışı Ceyhun adlı şəxsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinə işə düzəltməyinə kömək etməyini xahiş etmişdir. O isə Təqsirləndirilən şəxs2 onun iş düzəltməklə məşğul olmadığını, həmin Nazirliyin saytı vasitəsi ilə işə qəbul vaxtını izləməyini bildirmişdir. Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən "Lovella" restoranında Təqsirləndirilən şəxs2la oturan zaman sonuncu Şahid1 onunla tanış etmişdir. Təqsirləndirilən şəxs2 Şahid1 idman normativini verə bilib-bilməyəcəyini yoxlamağa kömək edəcəyini demişdir. Bu məqsəd ilə həmkəndlisi Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Yasamal rayon 30-cu bölməsinin növbə rəisinin köməkçisi işləyən Şahid2 ilə əlaqə saxlayaraq Şahid1 Fövqəladə Hallar Nazirliyinə işə qəbul üçün normativ verə bilib-bilməyəcəyini yoxlamağını xahiş etmişdir. Şahid2 da onun sözünü yerə salmayaraq Şahid1 idman normativini götürərək normativi verə biləcəyini ona demişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs2 Şahid1 idman normativini verə biləcəyini, Fövqəladə Hallar Nazirliyinə işə qəbulla bağlı sənədləri toplayıb rəsmi qaydada müraciət etməklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona verdiyi 5.000 manat pulu istintaqa təqdim etmişdir. Onun səs yazılarında Şahid1 işə qəbulu ilə bağlı Təqsirləndirilən şəxs2la razılaşması və Şahid1 işə qəbulu ilə bağlı işlər getdiyini deməklə sonuncunun işə qəbulu ilə bağlı verdiyi vədlər Təqsirləndirilən şəxs2 Şahid1 işə düzəltməyə kömək edəcəyi ilə bağlı olmuşdur. Lakin Şahid1 işə düzəltməyə görə Təqsirləndirilən şəxs2 pul almamışdır. Soz sözündə əməlindən peşman olduğunu, ziyanın onun tərəfindən ödənildiyini, 2 azyaşlı uşağının olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən may ayında təsadüfən Ağcabədi şəhərində Təqsirləndirilən şəxs3m görüb ondan oğlu Şahid1 işsiz olduğunu, sonuncunu işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. O isə cavabında oğlu Şahid1 Rasim müəllim kimi təqdim etdiyi şəxsin vəzifədə olan yüksək vəzifəli tanışlarının vasitəsi ilə işə düzəldə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la danışmağını, oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinin Laçın rayon Yanğından Mühafizə xidmətinə yanğınsöndürən vəzifəsinə düzəltməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la danışıb ona xəbər edəcəyini deyib onun mobil telefon nömrəsini götürmüşdür. Səhəri gün Təqsirləndirilən şəxs3 ona zəng edərək Təqsirləndirilən şəxs2la danışdığını və sonununun onun oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinin Laçın rayon Yanğından Mühafizə xidmətinə yanğınsöndürən vəzifəsinə düzəlməsinə köməklik göstərəcəyini və Təqsirləndirilən şəxs2 bu işin müqabilində vəzifəli şəxslərə verəcəyi adı ilə ondan 14000 manat olmaqla, ilkin olaraq güvən üçün 1000 manat və qalan məbləği isə oğlu Şahid1 işə düzəldikdən sonra verməli olduğunu demişdir. O da Təqsirləndirilən şəxs3 ilə razılaşmış və 2021-ci ilin may ayının təxminən ortalarında sonuncunun Ağcabədi rayonunun mərkəzində yerləşən evinə gedərək özünə məxsus 1.000 manat pulu Təqsirləndirilən şəxs3 vermişdir. Təqsirləndirilən şəxs3 onun yanında Təqsirləndirilən şəxs2 video zəng edərək sonuncu ilə görüntülü onu danışdırmış və Təqsirləndirilən şəxs2 ona oğlu Şahid1 tanışı və Fövqəladə Hallar Nazirliyində işləyən yuxarı vəzifəli şəxsin köməyi ilə Laçın rayon Yanğından Mühafizə xidmətinə 14000 manata işə düzəldəcəyinə vəd vermişdir. Təxminən 2 ay sonra Təqsirləndirilən şəxs3 zərg edərək Təqsirləndirilən şəxs2 oğlu Şahid1 müvafiq sənədlərini və 6.000 manat pul tələb etdiyini ona bildirmişdir. O isə onlarla bu cür danışmadığını, qalan məbləği oğlu Şahid1 işə düzəldikdən sonra verməli olduğunu söyləsə də, Təqsirləndirilən şəxs3 ona əgər oğlunun işinin düzəlməsini istəyirsə 6.000 manat pulu verməli olduğunu demişdir. O da məcbur qalıb 2021-ci ilin təxminən iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs3 Ağcabədi rayonu mərkəzində yerləşən evinə yenidən gedərək oğlu Şahid1 şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və digər sənədlərin surətlərini, həmçinin 6.000 manat pulu Təqsirləndirilən şəxs3 vermişdir. Təqsirləndirilən şəxs3 pulu və sənədləri ondan aldıqdan sonra Təqsirləndirilən şəxs2 göndərəcəyini bildirmişdir. O, sənədləri verdikdən təxminən 10-15 gün sonra oğlu Şahid1 işə düzəldilmədiyini görüb Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlayaraq narazılıq etmişdir. Təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs2 istifadəsində olan zəng edərək artıq oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Mingəçevir şəhər şöbəsinə yaxın günlərdə işə qəbul olunacağını bildirərək onu oğlu ilə birlikdə Bakı şəhərinə çağırmış və eyni zamanda əlavə olaraq 1.000 manat da pul gətirməyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 oğlunun Laçın rayon Yanğından mühafizə xidmətinə düzəldəcəklərinə söz verdiklərini desə də, sonuncu bu cür alındığını, oğlu Şahid1 Mingəçevir şəhər Yanğından Mühafizə Xidmətinə düzəltmək mümkün olduğunu, sonradan Laçına köçürələcəyini demişdir. O da oğlu Şahid1 ilə birlikdə təxminən 2021-ci ilin iyul ayının ortalarında Bakı şəhərinə gedərək 20 Yanvar metrostansiyasının yaxınlığında olan kafedə Təqsirləndirilən şəxs2 ilə görüşmüşdürlər. Görüş zamanı Təqsirləndirilən şəxs2 ondan özünə məxsus 1.000 manat pulu almış və onun rayona geri qayıtmağını, lakin oğlunun Bakı şəhərində qalmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 oğlunun Bakı şəhərində qalmasının səbəbini soruşduqda sonuncu oğlunun işə düzəlməsinə köməklik göstərən yüksək vəzifədə işləyən Qasım adlı şəxsi oğlu Şahid1 ilə görüşdürəcəyini ona bildirmişdir. Həmin gün Şahid1 də rayona qayıdaraq Təqsirləndirilən şəxs2 onu Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən, "Lovella" restoranında Qasım müəllimlə görüşdürdüyünü, sonuncunun ona işinin düzələcəyini dediyini bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs3 ona zəng edərək oğlunun Mingəçevir şəhərində deyil, Laçın rayon Yanğından Mühafizə Xidmətinə işə düzəldəcəklərini, idmandan və komissiyadan keçməsi üçün əlavə olaraq 500 manat verməli olduğunu və oğlu Ceyhunun yenidən Bakı şəhərinə gedərək Təqsirləndirilən şəxs2la görüşməsini ona bildirmişdir. Şahid1 2021-ci ilin avqust ayının ortalarında Bakı şəhərində Təqsirləndirilən şəxs2 ilə görüşərək sonuncuya 500 manat pulu verdikdən sonra Təqsirləndirilən şəxs2 oğlunu Bakı şəhərində dəqiq yerini bilmədikləri İctimai Televiziyanın yaxınlığında yerləşən Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin hansısa şöbəsinin qarşısına apararaq orada qaçırtmış və artıq müsabiqədən keçdiyini bildirmişdir. Bir müddət sonra o, oğlu Şahid1 işə qəbul olunma prosesinin gecikdiyini gördüyü üçün mütəmadi olaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 zənglər etməyə başlamış və verdiyi pulu geri tələb etmişdir. Buna baxmayaraq, sonuncular müxtəlif bəhanələr gətirərək işin yaxın günlərdə düzələcəyinə dair ona yalan vədlər vermiş, lakin verdikləri vədə əməl etməyərək ondan aldıqları 8.500 manat pulu dələduzluq yolu ilə ələ keçirtmişdirlər. Dəymiş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənilməsini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmiş, digər təqsirləndirilən şəxslərlə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxmış və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən may aylarında anası X4 ona həmkəndliləri və Ağcabədi rayonun mərkəzində yaşayan Təqsirləndirilən şəxs3 ilə görüşərək onu işə düzəltməyini xahiş edəcəyini demişdir. Səhəri gün Təqsirləndirilən şəxs3 anası Zərərçəkmiş şəxs zəng edərək Təqsirləndirilən şəxs2 ilə danışdığını və qeyd olunan məsələyə köməklik göstərəcəyini və sonuncunun bu işin müqabilində 14.000 manat olmaqla, ilkin olaraq 1000 manat və qalan məbləği isə o, işə düzəldikdən sonra verməli olduqlarını bildirmişdir. 2021ci ilin may ayının təxminən ortalarında anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 evinə gedərək özünə məxsus 1.000 manat pulu, daha sonra onun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və sürücülük vəsiqəsinin surətlərini, həmçinin 6.000 manat pulu Təqsirləndirilən şəxs3 vermişdir. Təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs2 anası Zərərçəkmiş şəxs zəng edərək artıq onun FHN-nin X7 Xidmətinin Mingəçevir şəhər şöbəsinə yaxın günlərdə işə qəbul olunacağını bildirərək, onu Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərinə çağırmış və eyni zamanda əlavə olaraq 1.000 manat da pul gətirmələrini bildirmişdir. Anası ilə birlikdə Bakı şəhərinə gedərək 20 yanvar metrostansiyasının yaxınlığındakı kafedə təxminən Təqsirləndirilən şəxs2 ilə görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs2 onun yanında anası Zərərçəkmiş şəxs 1.000 manat pulu almışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs3 anasına zəng edərək Təqsirləndirilən şəxs2 onu Mingəçevir şəhərinə deyil, Laçın rayon Yanğından Mühafizə Xidmətinə işə düzələcəyini və idman normativlərindən və həkim komissiyasından keçməyi üçün əlavə olaraq 500 manat verməli olduqlarını və onun yenidən Bakı şəhərinə gedərək Rahimlə görüşməyini bildirmişdir. 2021-ci ilin avqust ayının təxminən ortalarında Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında kafedə görüşüb həmin kafedə 500 manat pulu Təqsirləndirilən şəxs2 verdikdən sonra səhəri gün Təqsirləndirilən şəxs2 onu İctimai Televiziyanın yanında yerləşən Yanğından mühafizə xidmətinin inzibati binasına apararaq turnikdə çəkindirmiş və qaçırtmışdır. Bir müddət sonra o və anası Zərərçəkmiş şəxs onun işə qəbul olunma prosesinin gecikdiyini gördükləri üçün mütəmadi olaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 zənglər etməyə başlamış və verdikləri pulu geri tələb etmişdirlər. Buna baxmayaraq onlar müxtəlif bəhanələr gətirərək işin yaxın günlərdə düzələcəyinə dair ona və anası Zərərçəkmiş şəxs yalan vədlər vermiş, onun işə düzəlməsi üçün anası Zərərçəkmiş şəxs aldıqları sonuncuya məxsus 8500 manat pulu ələ keçirmişdirlər. Daha sonra istintaq zamanı dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Fövqəladə Hallar Nazirliyininin X7 Xidmətinin Yasamal rayon 30-cu bölməsində növbə rəisinin köməkçisi vəzifəsində işləyir. Təxminən 2021-ci ilin oktyabr ayında əvvəldən tanıdığı həmkəndlisi Təqsirləndirilən şəxs1 zəng edərək iş yerinə Rahim adlı şəxsin bacısı oğlu ilə gələcəyini, həmin oğlanın qaçmasını və turnik etməyini, onun həmin şəxsin normativ verə bilib-bilməyəcəyini yoxlamağını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 səbəbini soruşduqda həmin oğlanın FHN-nə işə düzəldəcəyini, sadəcə normativ verə bilibbilməyəcəyini yoxladığını demişdir. O da Təqsirləndirilən şəxs1 xahişini yerinə yetirərək həmin oğlanın 100 metrəyə qaçışını və turnik etməyini təşkil etmiş və Qasıma zəng edərək həmin oğlanın idman normativini verə biləcəyini demişdir.Bu xüsusatdan başqa onun heçnədən xəbəri olmamışdır. Müstəntiq onu çağırdıqda xəbər tutmuşdur ki, Qasım və qeyriləri həmin Rahim adlı şəxsə qarşı dələduzluq etmişlər. İş materiallarında olan diskə baxış keçirilməsinə dair 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd CD “Verbatim” markalı olmaqla həmin diskə daxil olduqda içərisində 45 ədəd fayl vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs səs yazılarındakı səslərin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 məxsus olmaaını bildirmişdir. Baxış zamanı səs yazılarının və yazışmaların Şahid1 işə qəbulu ilə bağlı olması müəyyən edilir. Protokola əlavə edilmiş Şahid1 istifadə etdiyi mobil telefonundakı whatsapp proqramına sonuncunun işə qəbulu ilə Təqsirləndirilən şəxs3 yazıdığı mesajların mobil telefonun ekran çəkilişindən görünür ki, "Ceyhun 27 inşallah gedəysən; ola bilər mənlə ola bilər tək; orada Rahim qarşılayacag; Nazirliyə apara, İdmanla bağlı olacaq sonra kəmsiyə sonra əmrin veriləcək, saçını yaxşı vurdur, cins geyin, sport geyim, turnik zad da çəkinəcəysən, birdə mamana dedim, o pulun içində sayılır 500 m götür lazım olacaq, idmanla bağlı çatışmamazlıq olsa yerində qaydaya qoymaq üçün, yəni bir çətinliyi olsa yerində həll etmək üçün, orda nə soruşsalar Rahim deyəcəy sənə, olar da elə qəliz biri olar ki, sən tam qane etməzsən böyütməsin sussun, yaxşı yazsın hə çünki oda hesab istəyir ona görə deyib müəllim hazır gəlsin yerində həll edəy ele olar əmrin birbaşa verilər sən getmərsən heç bir idmanla bağlı bir kəmsiyyə gedərsən ancaq arxayın ola düzəlir bunlardan keçəndən sonra” məzmunlu mesajlar vardır (cild İ, i.v.85-89). Diskə baxış keçirilməsinə dair 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair izahlı diskə baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində çoxlu sayda danışıqların olması müəyyən olunmuşdur (cild İ, i.v.144). Diskə baxış keçirilməsinə dair 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair izahlı diskdə Zənglərin_Detallaşması__**********1818__703028700 faylına baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan olan müddət ərzində çoxlu sayda danışıqların olması aşkar olunmuşdur (cild İ, i.v.175). Diskə baxış keçirilməsinə dair 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair izahlı diskdə **********88.txt faylına baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdə 14:39:26-da 42 saniyə, 14:44:59-da 35 saniyə, 14:47:58-də 12 saniyə danışıq olduğu, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində çoxlu sayda danışıqların olması müəyyən olunmuşdur. **********88.txt faylına baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində çoxlu sayda danışıqların olması müəyyən olunmuşdur (cild İ, i.v.191). Diskə baxış keçirilməsinə dair 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair izahlı diskdə Zənglərin_Detallaşması__**********4902__706573711 faylına baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə 15:06:51-də 54 saniyə, xx.xx.2022-ci il tarixdə 09:13:23-də 24 saniyə danışığın olduğu müəyyən olunur (cild İ, i.v.236). Diskə baxış keçirilməsinə dair 11 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair izahlı diskdə Zənglərin_Detallaşması__**********2718__553028700 faylına baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə X3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində çoxlu sayda danışıqların olması müəyyən olunmuşdur (cild İ, i.v.240). Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 30 avqust 2022-ci il tarixli 4/1207 nömrəli rəyindən görünür ki,e kspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir, mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnlərində K1 kimi işarələnmiş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2, K2 kimi işarələnmiş diktorun səsi və nitqi Şahid1, Q1 kimi işarələnmiş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs3, Q2 kimi işarələnmiş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur. Rəyin tədqiqi hissəsində aşağıdakılar göstərilmişdir: "WhatsApp Audio 2022-08-09 at 12.27.29 (1)” K1 - Gəl gedək, yanında 8500 manat da sayıb alıb verəcəm sənin pulunu. Onda görəssən, tüpürəcəm də sənin üzuaa. Mən ağsaqqal vaxtımı saa yalan danışıram? “WhatsApp Audio 2022-08-09 at 12.27.29" K1 - Bax, gör saa nə deyirəm, eşidirsən? Birincisi, səni mən düzəltdim, sən gəlmədin. 50 dəfə saa dedim ki, gəl, birinci günnən burda bir dənə orda dedim bacımgildə qeydiyyata düşürəm. Gə düş burda, işdə. Dedim mını saa, gəlmədin. İkinci tərəfdən də dedim ki, düzəldirəm. Üçüncü tərəfdən də di poxuu qoy alım verim. Mənim cibimdə bir həylə pul yoxdu saa çıxardam verəm. Mənim dəyqədə başımı xarab eləmə. Dedin? O işin də içinə itin poxu olsun, o pulun da içinə itin poxu olsun. Başım, abrım getdi mənim. Alıb puluu verəcəm. Davay yazma, vsyo, dasvidniya. Alıb puluu göndərəcəm. "WhatsApp Audio 2022-08-09 at 12.27.30 (2)” K1 - Mən indi görürəm ki, sənin bu işin niyə bir belə uzanır. Ona görə ki, sən o qədər zarıyırsan ki, bu işin üstünə, o qədər zarıyırsan, ölüm, asım, nə bilim neynim. Eliyirsən, elə ona görə də bu iş düzəlmir. Ə, adam bir kişi kimi bir hərəkət eliyər. Bu nə zarıyırsan ə sən, yekə oğlansan. Ə sən nətər gedib orda işdiyəssən, ə? Ölüm, itim. Ə yekə kişisən, mərfətin-qanacağın olsun, ə. “WhatsApp Audio 2022-08-09 at 12.27.31 (1)" Q1 - Elə bir işdi ki, səhərisi gün qərar verildi ki, həə, lap Laçında olannar, başqa yerdə olannar gəlsin getsin Ukraynaya, gəlsin getsin Türkiyəyə, gəlsin getsin başqa bir dövlətə. Onda qarşı çıxarsan dövlətə ki, yox? Yox, bu başqa yerə getməsin? Bu qıraq dövlət döyül, bura Bakıdı, millət hamı bura axnaşır. Millət hamı deyir getsin uşağım orda bir dünyagörüşü olsun. 4 ay gəlsin işdəsin, 4 aydan sora da qayıtsın getsin perevodnan qayıtsın Laçına, getsin orda işdəsin daa. Yəni imkan oneydi, vaxt oneyci. İndi Laçına hələ verilmir, biz neyniyək ki? Biz naziriymi, əmr veririymi? Səni kimi biz də ona tabeyik daa. “WhatsApp Audio 2022-08-09 at 12.27.31 (2)” Q1 - Sənin pulunu nə yuxarıda kimsə yemir, nə kimsə aşağıda yemir. Sən pulunu vermisən uşağını işə düzəltməyə. Laçın demişdin, Laçın da hələ alınmır da. Laçın alınmır, Laçınnan da qabaq bu birsi bu tərəfdə şans oldu, imkan oldu, bu tərəfə təklif olundu ki, gəl bu tərəfdə. O uşaq qalmasın da, gözdəməsin. 4 ay işdəsin, 4 aydan sonra da perevod olsun. Demək bunu 4 dəfə, 5 dəfə bu şans deyildi sizə, atkaz elədiniz. İndi dünən üçün Ceyhun gəlsə bu gün üçün yenə işə çıxırdı. İndi pulu da kiməsə pay verməmisən, hədiyyə eləməmisən. Vermisən Ceyhun işə düzələ. Oğluna görə vermisən da, başqasına görə o xarcı çəkməmisən a. Bütün valideynnər də səni kimi. Hamı övladı üçün çəkir də o xarcı. İndi atkaz eliyirsiniz? Eləmirsiniz, gəlsin yenə getsin işdəsin, 4 aydan sora perevod olsun. Atkaz eliyirsizsə də, gözdüyün o yuxarı verilən pul alınsın geri qayıtsın özünüzə. "WhatsApp Audio 2022-08-09 at 12.27.31 (3)” Q1 - Ceyhun. Ceyhun, dəqiq söz odu ki, bu yoxlama başa çatan kimi onnar işinə başdıyasıdı e. İşi yoxlamaya görə dayandırıblar. Axı başqa söz demillər. Elə deyillər yoxlama başa çatsın, onnan sonra çağırasıyıq. “WhatsApp Audio 2022-08-09 at 12.27.31 (4)” Q1 - Tamam, Ceyhun. Ceyhun, işirız düzəlir e. Sadəcə heç biz də bilmirdik ki, bu nədi, niyə ləngiyir. Elə orda deyirdilər. Amma indi məlum oldu ki, 15 ilin yoxlaması gedir. Ona görə bu işdəri ləngidiblər. İndi iş başa çatsın, çatan kimi çağırajaxlar da. Yəni sən tək döyülsən a, səni kimi neçə-neçə sənin yaşıddarın gözdüyür. “WhatsApp Audio 2022-08-09 at 12.27.31" Q1 - Ceyhun, sənin pulunu kimsə yemiyib, nə də yeyə bilməz. Prosto verilibdi. O pul indi ordan geri qayıtmalıdı ki, o da 1 günün, 2 günün işi döyül. Geri qayıtmalıdı ki, bu adama verilməlidi ki, bu da gətirə sizə verə. Yəni 1 saatın, 1 günün, 2 günün işi döyül. Əyər istəmirsənsə, ta qəti qərarındısa, indi yəqin ki, demisən, deməmisən, bilmirəm, mən bilmirəm. Elə bil, mən də yazdıqlarını ataram, mən də deyərəm. İndi o gün də demişdim. İndi deyər, onnar alıb verər ona, o da gətirib verər sizə. Amma yəni sənə deyim ki, 1 saatın, 1 günün işi döyül ki, deyəsən, 1 günə, 2 günə bu hə, belə geri qayıdır, 1 saata, indi yəni seyfdə döyül ki, açıb verəsən, cibdə döyül ki, çıxardıb verəsən da. Bu uje geri qayıtmalıdı ki, o da gətirə verə sizə. “WhatsApp Audio 2022-08-09 at 12.27.32" K1 - Mən hardan alım saa pul verim? Pulu vermişəm, işdən ötrü verdim. ... Hardan alım bu qədər pulu mən indi? 'WhatsApp Audio 2022-08-09 at 12.27.33 (1)" Q1 - Vallah Ceyhun, özü dedi. Dədi ki, yəni Laçın, Ağcabədi hansı qabağa düşsə, indi, indi də bu aydı. Bu ay düzəlir. Elə belə də dedi ki, day iş-güjünü elə bil ki, elə kənara qoyub 2 gün, 3 gündə bu işin arxasında olajam. Ba belə də danışdı. “WhatsApp Audio 2022-08-09 at 12 27.33 (2)" K1 - Vallah, çox adam çox söz deyir e, a .... o səə dəyən adam polisə heç 26 yaşınnan yuxarı götümüllər bu dəyqə. Day vallah, qoy olmasa deyəcəm puluu verəcək, burda nə var ki? Amma bu düzələcək. Sənin pulunun kim dalına keçir ki? Kim nə deyir ki? Bu iş belədi də. Bir dənə qərardı, verəcəklər, yığın. Yer boşdu, doludu. Özü də ürəyin istədiyin yerə. Laçına istiyirsən Laçına, nə bilim, ora istiyirsən, ora. Hamısına. Prosto bir dənə başda demək lazımdı. İndi böyün gələcək bura, özüynən də səni danışdıracam. "WhatsApp Audio 2022-08-09 at 12.27.33 (3)" Q1 - Hə, indi yəni gözləyə bilmirsən, onda elə bil, mən də deyərəm. Sən özün də de. Onda pulunu alıb qaytarar. Amma yanı o bir günə həll olunan iş döyül da. Pul əldənələ keçmiş puldu. Gör hara gedib çıxıb. İndi verdiyi adam da o pulu verdiyi yer var da. İndi ordan o qaytarıb verər buna, bu da ki, verər sizə. Yəni səbrin də çatır gözdə, indi ümumi çağırış olasıdı. Çağırasıdılar, nə qədər adamlar gözdüyür. “WhatsApp Audio 2022-08-09 at 12.27.33 (4)" K1 - Dünən məlliməyə dünən demişdim ki, saa desin. Ayrı adam da var, ona da demişəm. Yanı bı mart ayı, aprel ayı, inşallah yığım çoxdu. Ora da olacax. “WhatsApp Audio 2022-08-09 at 12.27.33” Q1 - Salam, nətərsən, nə var, nə yox? Yoo, əlimdə gəzdirmirdim e, qoydum yerə, səki götürmüşdüm özümnən ki, kaşlokdan pul çıxardam verəm. Yadımnan çıxıb elə helə stolda, orda qoyub durmuşam. Qalıb orda. Vallah, neçə gün idi, helə əlaqəm yoxuydu. Telfun yoxuydu deyin elə qalmışdım ki şey, kor kimi. İndi əlaqə saxlıyım. Onnan qabaq amma deyirdi danışmışıq da, çağırajaxlar. İndi inşallah bu ay düzəlir. İndi büyün yenə əlaqə saxlıyaram. “WhatsApp Audio 2022-08-09 at 12.27.34 (1)” K1 - ... nətərsən, nə var nə yox? Gəlib çıxmısan Allaha şükür, sağ-salamat? Sən canı, bu işnən, bu Ceyhungilin işiynən zadıynan maraxlan, bu ay uje yığıllar da. Onu yanı salax qabağa, getsin. Əlavə də adam zad var. Düzəy-qoşağ. Yanı ciddi dur bu işin üstdə, uje gör neçə ay olub? Da demişəm ki, bu ay düzələcək, yüz faiz. “WhatsApp Audio 2022-08-09 at 12.27.34 (2)" Q1 - İndi sənə yazdıqlarını da mən ataram. Bu sonrası da ki, indi özün də danışarsan. Yəni mən o gün də demişəm ki, belə deyir. Pulundu qayıdar, amma yəni sən büyün pulumu qaytar deməknən büyün qayıtmır da pul. İndi onun o da elə bil ki, kimnənsə alıb qaytarmalıdı ki, helə qayıda. Yəni sənin pulunu kimsə yeyəsi döyül. Sadəcə elə bil məsəlçün, bu həmin adama deyir, o adam da verdiyi yerdən qaytarıb almalıdı ki, o sonra bu adama verə, bu da sizə verə. Yəni bir az da gözdüyə bilərsənsə, gözdə. Nə bilim, yəni fikir sənindi, mən ne deyə bilərəm. “WhatsApp Audio 2022-08-09 at 12.27.34 (3)" K1 - Sənin işin elədi ki, o məni isti saxlamır. Mən də istiyirəm, tez düzəlsin. Gərək düzələ. Bir sən dəyilsən, nə qədər adamdı. Düzələcək də, bunun vaxtı var. Bir də gördün çağırdılar ki, hə, gə bura. Buranı istəmədin, bura hazırıdı. İndi ora gözdə də, gözdə, bura hazır olduğu kimi ora da olacax, deyəcəm saa. "WhatsApp Audio 2022-08-09 at 12.27.34” “WhatsApp Audio 2022-08-09 at 12.27.52 (1)" K - Demişəm. Həə, demişəm, həll eləməlidilər. Onnar çoxsu rəhbərrik zad da şey Türkiyədədilər orda, yanğınsöndürənnər K1 - Həə, həə, həə K - İndi mənə deməlidilər, göndərmişəm sənəddəri zadı ordadı K1 - Hımm. Heç nə, Allah köməyin olsun. Hə, onu olan kimi maa de. Görək nətər eliyiriy K - ... narahat olma, yerləşdirəciyik, problem yoxdu K1 - Oldu. O işdərnən zadnan maraqlan. Maraqlan, görək o indi olsa, bir nəfər də var e başqa, ona görə. O düzəlsə, düzələcək o K - Yaxşı, danışım deyim “WhatsApp Audio 2022-08-09 at 12.27.52 (2)” K - Salamatçılıq///Ceyhunun da işinnən deyəcəklər da. Sənəddəri zadı şey eliyiblər. Qoy maa desin görək, deyəcəklər nə vaxt şey eləsin, neynəsin. Sən ona denən səbr elə, gözdə də. Darıxma, uje şey eliyəcəklər bura həll eləməlidilər inşallah/// K1 - Yaxşı da inşallah, deyəcəm. Ayrı yaxşısan? K - Sağ ol, sağ ol. Səndə nə var, nə yox? K1 - O bəyax dediyimi danış, o bir nəfər var, eşidirsən? K - Bəli, məllim K1 - Ora istiyir, deyir maşınım var, onu satım.Yəni real adamdı K - Ağcabədinin özünə? K1 - Hə, özünə K - Şey, boyu zadı, yaşı neçədi? K1 - Mən onnarı tezdən saa deyəcəm. 29-dan aşağıdı. Amma boyun zadın tezdən deyəcəm. İndi gedirəm rayona. Görüşüb deyəcəm/// K - Həə, ... həə, onnarı denən mana, şeylə K1 - Yaxşı K - Yaşı, boyu, gör məhkumluq zad, problemi zadı olmuyub? K1 - Yaxşı, yaxşı K - Turnik-murnik eliyə bilir? Bax, gcrək K1 - Tezdən hamısın örgənib saa deyəcəm K - Həə, normativlərə cavab verir? Rayona gedirsən? K1 - Oldu. Həə, rayona gedirəm K - Nə vaxt çatassan? K1 - Elə bir iki saata zada çataram/// K - Sağ-salamat get. Mənim o ...həll eliyərdin də K1 - Eliyəcəm, ... bir azİİİ K - Neujenni o rayonda bir dənə xaraba qaldı bir dənə yer yoxdu/// K1 - Vallah var e, mən inan, Allah haqqı, Bakıya gəlirəm gedirəm. Qoy görüm də, eliyəcəm onu, narahat olma. Allah haqqı, eliyəcəm K - Yaxşı, yaxşı "WhatsApp Audio 2022-08-09 at 12.27.52 (3)” K1 - O şeydən, ee laçınnıdan bir xəbər-ətər yoxdu? K - Onnan yox hələ ki, çünki bu şeyə görə başdamıyıblar. Sənəddəri yığıblar, hələ çağırış hələ ki, yoxdu da. İndi olan kimi birinci şey eliyəcəm K1 - Həə. Yaxşı, oldu K - Qoy görək, haranı şeyliyirik inşallah K1 - Oldu, yaxşı K - Yaxşı. Sən onu bir dənə danış/// K1 - Yaxşı, yaxşı, deyəcəm K - Oldu, oldu ‘WhatsApp Audio 2022-08-09 at 12.27.52(1)" K1 - Bax, dünən bir nəfər də zəng vurub. Bir nəfərin də sənəddəri var orda, eşidirsən? Mən bildiyim daa. Başqa adamların heç çerez mən bir nəfərin də sənədi var. Dünən zəng vurub, düz getmişik o yuxarı, orda danışmışıq. Votavotdu: bu həftə, gələn həftə çağıracaxlar. Da uje tam vaxtıdı. Çağırmalıdılar. Ayın beşinə qədər yüz faiz çağıracaxlar. Dünənnəri ... saatdarnan söhbət eləmişəm. İndi vaxt var. Burda yoxlamadı, bu yoxlamanın bitməyini gözdüyüllər. Nə qədər adam çıxardıblar. Yer doludu. Hər yerdə yer var. Bir həftiyə, iki həftiyə belə, çağıracaxlar ki, hə, filan rayona bir belə, belə, belə. Gözdüyürəm mən də. Narahat olma, düzələcək. “WhatsApp Audio 2022-08-09 at 12.27.52" K1 - Məllim, yoxdu buu laçınnılardan, o ali təhsilli, Ceyhun, onnarın işinnən bir xəbər? K - Yox, şey Rasim, gözdüyürük e, qardaşımsan K1 - Nə deyillər bə, bir xəbər-ətər yoxdu hələ? K - Olma/// olmalıdı da, elə bu həfdə, gələn, sabah, belə ... K1 - Bə bu niyə belə yubanır e belə, bir məlumat yoxdu? K - Vallah, deyir həll olunacax. Keçən dəfə danışdım daa K1 -Helə? K - Tezdiknən həll olunmalıdı, həə, tezdiknən K1 - Yer zad var da yanı? K - Yüz faiz e, ... elə şey olar? K1 - Həə, sən canın, o diqqətində olsun. Onu qoy görək nətər eliyirik “WhatsApp Audio 2022-08-09 at 12.27.53" Q2 - Xeyir K1 - Xeyir Q2 - Başına dönüm, bu, bizim bu haqq-hesabı qaytarın. Bu iş düzəlmədi. Vallah budeha bax, Alxasdıdan iki nəfər ode gedib dünən, sırağagünnən fövqəladədə işdiyir K1 - Harda işdiyir? Q2 - Laçında K1 - Laçında nə işdiyir? Q2 - Ode fövqəladədə, pojarnıda K1 - A heç kəs gedib orda işdəmir Q2 - Vallah işdiyir, Quran haqqı K1 - Mənim başıma oyun aşmayın/// Q2 - Vallah, sə/// K1 - Bu ay düzələcək/// Q2 - Yox e, sən, gör sən bizim başımıza oyun açırsan, yoxsa biz sənin başına oyun açırıq? Nətər məni nərahat eləmə? Sən mənim 8 minimi almısan səni işə düzəldirəm, 5 aydı bu işi uzatmısan, incə deyirsən məni nərahat eləmə. O nə deməkdi? K1 - Həə, deyirəm ki, gözdə, ... demişəm düzəldəcəm Q2 - Elə 5 aydı sən maa deyirsən gözdə, gözdə K1 - ... işinnən məşğul ol, başımı xarab eləmə. Nə cür adamsan sən? Q2 - Mən nətə/// nə cür adam olajam e? Elə sən də mənim başımı xarab eləmə. O nə demaxdı? Sənin danışığın nə danışıxdı, məni başa sal görüm? K1 - ... dolamısan məni, əlaa da baxmamışam, mən iş görmüşəm “WhatsApp Audio 2022-08-09 at 12.27.54 (3)” Q1 - Ceyhun, sənin adına hara nə demişiksə, onun hamısın demək biz arxasında durub demişik. Yəni boş yerə söz deməmişik. Dediyimiz yerrərin hamısına da düzəltməyi də dedik ki, hə, düzəldirik. Sadəcə, Bakı ərazisinə dediniz ki, imkan yoxdu gəlib qalmağa, evdi, təkik, atam xəstədi. Buna görə Bakı ərazisi alınmadı. Rayonu dedin polisdik, ona dediniz imkan yoxdu. Da indi qalanı da başqa zonalarda gedib Şəkiyə, nə bilim, Lənkərana istəmirdin axı. Ancaq sən o ərazini istiyirdin. Onu da indi yığım vaxtı olur da, çatıb vaxtı. İndi ümumi çağırışda çağırasıdılar gələsən. “WhatsApp Audio 2022-08-09 at 12.27.54 (4)” Q1 - Axşamın xeyir. Nətərsiz, nə var, nə yox? Şükür, bizdə salamatçılıxdı. Telfunum uşaqlardadı, İntiqamın uşaxları yanımdadılar, ona görə danışa bimirəm. Bu vatsapımda nömrə yoxdu. Nömrə başqa telfundadı. Bunun nömrə yeri qırıxdı, o da uşaxlardadı. Vallah o günü dedi danışdım, mən zəng elədim dedim. O da dedi danışdım özüm Ceyhunnan. Dedi Fəridəynən də danışdım. Yəni narahat olmasınnar dana düzəlir. Amma ta dünən büyün danışmamışam. “WhatsApp Audio 2022-08-09 at 12.27.54” Q1 - Həə, çox sadə, çox səmi///. Bilirsən, hər adam helə olmur ha. Eləsi olur it olur, qaşı bu///Ağcabədinin varidiye biri elə ... Bu indi Ağcabədidə mavin biri var e. Nədi onun adı, o dana. Onnar hara, bu hara. O boyda respublikanın prokurorudu, amma nə qədər sadə bir insandı. ‘WhatsApp Audio 2022-08-09 at 12.27.55 (1)” Q1 - Sabahın xeyir. Fəridə, oxumuş adamı dedik ki, başqa yerə götürülür, demədik. Biz bilirdik ki, Ceyhun oxumuyubdu, ali təhsili yoxdu. Onu biz bilirdik və sənə də demişdik ki, bu bunu oxumuyub, amma əsgərliyə gedib. Ceyhunun o hesabı yuxarı verilməmişdisə, Ceyhun niyə sorğu göndərilirdi? Ceyhun niyə çağırılır indi ki, gəlsin? O günü demədik? Dünən üçün Ceyhun işə çıxmalıydı. Niyə çağırılır? Adam helə danışmaz. Yəni hesabın verilib yuxarı. Ona görə də o sorğu da verildi, o çağırıldı da. İndi hələ o Laçına yoxdu. Ona alınmır. Mən nazir döyüləm ki, durub öz yanımnan deyim ki, hə, Ceyhun Laçına getməlidi. Laçınnılar hamısı bu dəyqə erməniynən üzüzədi. Guya ora yaxşıdı? Camaat hamı deyir getsin müasir yerlərə, getsin uşağım düşsün cəmiyyət arasına çıxsın, uşağımın gələcəyi var. Pulun da özün bilirsən ki, vermisən uşağının işi üçün. Pulun da gedib yuxarı dediyim kimi. İndi neçə dəfəynən də təkrar-təkrar çağırdıq ki, ora alınmır, amma bura alınır da. Gəl, 4 aydan sora get. İndi 4 min dəfə işdəmişdi də, mayışın da almışdı da. İndi sən də dirənmisən ki, yox, oranı istəmirik, indi Laçına da yoxdu. Özümüzü vuraq öldürək? İndi gözdə, yuxarı verilən pul da ordan geri qayıtmalıdı ki, sənə verilə. Orıa da zaman lazımdı. O 1 saata, 1 günə həll olunan iş döyül. "WhatsApp Audio 2022-08-09 at 12.27.55(1)” Q1 - Fəridə, sizə heç kəs bu gün də, o gün də demiyib ki, iş düzəlmir. İş niyə düzəlmir? Düzəlir, amma qayda-qanun budu da. Yəni əvvəl düzələnnər də hamısı ümumi yığımda olubdu, indi da siz də çox narahat olursuz, çox deyirsiz ki, nə oldu, nə oldu. İndi ora da bir dəfə əlaqə saxlanılır, deyir ki, yığım vaxtı çağırılasıdı. Yəni mən də ona görə dedim ki, yəni bu qədər tıncıxırsızsa, yəni mən demədim e, bunu siz dediniz ki, əyər düzəlmirsə, pulumuzu qaytarın verin. Sizə heç kəs demiyib iş düzəlmir. Siz tıncıxırsızsa, elə bil ki, gözdüyə bilmirsizsə, ümumi yığımı, ona görə mən də dedim ki, gəlsin getsinnər, alsın versin. Ümumi yığımda çağırasıdılar. Sizə heç kəs nə o gün, nə bu gün düzəlmiyib söhbətin demiyibdi. Qaldı ki, telfuna telfun Nihatda olur, məndə olmur. Nihat da evdə yoxdu (cild İ, i.v.176-186). 13 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan “Azerfon" MMC-dən götürülmüş 02 ədəd, "xxxx" MMC-dən götürülmüş 02 ədəd və “Bakcell" MMC-dən götürülmüş 01 ədəd telefon danışıqlarına dair məlumatların olduğu ümumilikdə 05 ədəd disk, X1 araşdırma zamanı təqdim etdiyi içərisində səs yazıları olan 01 ədəd "Verbatim" markalı disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (cild İİ, i.v. 3-36). 22 avqust 2022-ci il tarixli qəbz və ziyanın ödənilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 iş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödəniməsi üçün 5.000 manat pul vəsaitini təqdim etmiş, həmin pul vəsaiti Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir (cild İ, i.v.151-152). 03 sentyabr 2022-ci il tarixli qəbzdən və 06 sentyabr 2022-ci il tarixli ziyanın ödənilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi üçün 900 manat pul vəsaitini təqdim etmiş, həmin pul vəsaiti Zərərçəkmiş şəxs qızı tərəfindən qəbul edilmişdir (cild İ, i.v.193, 217). Zərərçəkmiş şəxs 21 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş 8.500 manat maddi ziyandan qalıq qalmış 2.600 manat pul vəsaitinin Təqsirləndirilən şəxs1 tərəfindən ona ödənildiyini bildirmişdir (cild İİ, i.v.169). İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmayan şəxslərdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən məlum olur ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyindən onunla barışmış və qarşı heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində isə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 ərizəsindən məlum olur ki, zərərçəkmiş şəxsə dəymiş ziyan onun tərəfindən tam ödənilmiş, təmir-tikinti işləri ilə məşğul olmasını, işi ilə əlaqədar tez-tez rayonlarda olmasını, hazırda Şuşada iş götürməsini nəzərə alaraq ən cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 18 noyabr 2008-ci il təvəllüdlü X8, 04 iyun 2010-cu il təvəllüldlü X10 olmaqla 2 azyaşlı uşağı var. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 21 mart 2009-cu il təvəllüdlü X9 və 11 yanvar 2013-cü il təvəllüdlü X6 olmaqla 2 azyaşlı uşağı var. İş materiallarında olan AZE 10773803 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 10 iyun 2009-cu il təvəllüdlü X5 adlı 1 azyaşlı uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 36-cı bəndində göstərilmişdir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərər çəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi yalnız dələduzluq kimi qiymətləndirilir. Belə halda təqsirkar rüşvətxorluqda vasitəçi kimi iştirak etmədiyindən əmlakı ələ keçirilmiş şəxs zərər çəkmiş, cinayət təqibi zamanı mülki iddia verdikdə isə həm də mülki iddiaçı kimi tanınmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələri, məhkəmə-fonoskopik ekspertizasının və telefon danışıqları və digər iş materialları ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda 8500 manat ziyan vurmaqla ələ keçirərək dələduzluq etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda, 14000 manat ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və qeyriləri vasitəsilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrisini təhrik etməsi cinayət əməllərini törətmələri tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinəəsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən ilk məhkumluğunu, ziyanın ödənilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən onun Azərbaycan Respublikası CM-in 32.4,312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Göstərilənləri, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzaları təyin olunduğu təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzaları təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Ağcabədi rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ilk məhkumluğunu, ziyanın ödənilməsini, himayəsində azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.4,312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Göstərilənləri, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzaları təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışmasını, ziyanın ödənilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.4,312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Göstərilənləri, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, tikinti işi ilə məşğul olmasını, işi ilə əlaqədar tez-tez rayonlarda olmasını, hazırda Şuşada işləməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzaları təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış 06 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 100 (yüz) manat olmaqla tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Ağcabədi rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5500 (beş min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 06 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 100 (yüz) manat olmaqla tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-493/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-493/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver