Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-495/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1985-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonu, Həsənli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədilə, 10 avqust 2022-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs “Porsche” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanın qarşısında saxlayaraq, avtomobilin qapılarını açıq qoyub getməsini görüb, avtomobilin qabaq sağ qapısını açaraq, oturacağın üzərindəki əl çantasının içərisindən sonuncuya məxsus 2.200 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.740 manat pul vəsaitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2.200 (iki min iki yüz) ABŞ dolları, dövrün məzənnəsi ilə 3.740 (üç min yeddi yüz qırx) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Tovuz rayonunda qeydiyyatda olsa da, Bakı şəhərində, Əhmədli qəsəbəsində kirayədə yaşayır. Xətai rayonunda, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında olan dayanacaqlardakı avtomobillərin parklanmasına qeyri-rəsmi nəzarətçi kimi işləmişdir. 10 avqust 2022-ci il tarixdə, saat 09 radələrində işlədiyi “Həzi Aslanov” metrostansiyasının yaxınlığına getmişdir. Həmin gün, saat 11-12 radələrində tanıdığı Aqil adlı şəxs “Porsche” markalı avtomobillə gəlmiş və o, sonuncuya avtomobili M.Hadi küçəsi 70 ünvanının qarşısında saxlamasını göstərmişdir. Həmin şəxsin dəfələrə qeyd olunan ünvana gəldiyini görmüşdür. Aqil adlı şəxsin həmin ünvanda obyekt aldığını və təmir-tikinti işləri elətdirdiyini bilmişdir. Aqillə münasibəti normal olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Aqil obyektinə daxil olduqdan bir neçə saat sonra, yenidən avtomobilinə tərəf qayıdaraq, avtomobilin sağ qabaq qapısını açıb, oradan siqaret götürdüyünü görmüşdür. O, diqqətlə baxdığı zaman görmüşdür ki, Aqil avtomobilin qabaq sağ qapısını bağlamayıb getmişdir. O, avtomobildə pul olmasını fikirləşib, oğurluq etmək qərarına gəlmişdir. Avtomobilin qabaq sağ qapısını açmış və qabaq oturacağının üzərində olan əl çantasını götürüb içərisinə baxdıqda, orada ABŞ dollarının olmasını aşkar edib götürmüşdür. O, avtomobilin qapısını bağlamış və dərhal oradan uzaqlaşıb, yaşadığı evə getmişdir. Avtomobildən götürdüyü pulu saymış və 22 ədəd 100 ABŞ dollarının olmasını müəyyən etmişdir. Bundan sonra, evdən çıxaraq, küçədə gördüyü taksiyə minib, Tovuz rayonuna getmiş və oğurladığı pulu bir neçə gün ərzində Tovuz rayonunda xərcləmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 10 avqust 2022-ci il tarixdə, saat 11 radələrində özünə məxsus “Porsche” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili Xətai rayonu, M.Hadi küçəsində, yolun kənarındakı dayanacaqda saxlamışdır. Həmin ünvanın yanında yerləşən obyekti icarəyə götürmüş və orada təmir-tikinti işləri aparırmış. Həmin zaman özünü dayanacaqda avtomobillərə nəzarət edən şəxs kimi təqdim edən bir nəfər yaxınlaşaraq, avtomobilini bir qədər irəli çəkməsini xahiş etmişdir. O, avtomobili bir qədər irəlidə saxlamış və həmin şəxsə bir manat pul vermişdir. Saat təxminən 14 radələrində avtomobilinə yaxınlaşıb, ön sağ oturacağın üzərində saxladığı əl çantasının içərisində 1.000 ABŞ dolları pulu sayaraq götürmüşdür. Əl çantasında qalan 2.200 ABŞ dollarını isə saxlamışdır. Bundan sonra, avtomobilinin qapılarını bağlamağı unutmuş və oradan uzaqlaşmışdır. Həmin gün, saat 23 radələrində avtomobilinə əyləşib, çantasına nəzər yetirdikdə, əl çantasının içərisində 2.200 ABŞ dollarının oğurlandığını aşkar etmişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng edib, hadisə barədə məlumat vermişdir. Sonradan araşdırma nəticəsində məlum olmuşdur ki, avtomobilinin qapısının açıq olmasından istifadə edən, özünü dayanacaqda avtomobillərə nəzarət edən şəxs kimi təqdim etmiş Təqsirləndirilən şəxs adlı şəxs onun avtomobilində olan əl çantasından 2.200 ABŞ dollarını götürmüşdür. Hal-hazıradək ona dəymiş ziyandan hər hansı bir məbləğdə pul geri qaytarılmamışdır. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə hadisə yerində olan müşahidə kameralarında qeydə alınmış və götürülmüş görüntüləri əks etdirən diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan videogörüntü 10 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanının yaxınlığında olan binadakı müşahidə kameralarında qeydə alınmışdır. Görüntüdən müəyyən olunur ki, ətrafda avtomobillər saxlanılmış, bir nəfər qara geyimli şəxs ətrafa baxaraq, “Porsche” markalı avtomobilin qabaq sağ qapısına yaxınlaşır və dayanır, ətrafa boylanaraq qapını açır, avtomobilə daxil olur və bir neçə saniyə sonra, avtomobilin qapısını bağlayaraq, əlində olan əşyanı cibinə qoyaraq, oradan uzaqlaşır. Baxış zamanı, Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarından görünür ki, 10 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında baş vermiş hadisənin görüntüsü əks olunmuş bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 26 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 06 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 23 iyun 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 fevral 2007-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 yanvar 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 aprel 2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Eyni zamanda, Əhmədov X2 Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işinin məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsi qərara alınmışdır. Əhmədov X2 Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətinə, Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar tam toplanaraq, ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli 27 noyabr 2016-cı il tarixdən hesablanmış, 27 may 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, həmçinin Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 25 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə zalında həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - 10 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında baş vermiş hadisənin görüntüsü əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 1 (bir) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - 10 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında baş vermiş hadisənin görüntüsü əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-495/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-495/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver