Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-495/2024 21.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 09 avqust 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,378 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 24 may 2024-cü il tarixdə, saat 16:00 radələrində ünvan 2 ünvanının qarşısında olarkən hərəkətləri şübhə doğurduğu üçün Bakı şəhəri Nizami RPİ-in 23-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən 23cü Polis Bölməsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,378 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını talama məqsədilə istintaqa məlum olmayan tanışı «Kənan» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında onun təklifi ilə xx.xx.2024-cü il tarixdə, saat 04:00-da Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 5 ünvanında köşkün pəncərəsini daşla sındırmış, “Kənan” adlı şəxs isə təhlükə yaranarsa xəbər verməsi üçün ətrafa nəzarət etməklə birlikdə qanunsuz köşkə daxil olub oradan Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 4 manat 20 qəpik, cəmi dəyəri 210 manat olan 50 qutu «Vinston» markalı siqareti, hər birinin dəyəri 4 manat 70 qəpik, cəmi dəyəri 84 manat 60 qəpik olan 18 qutu «Sobranie» markalı, hər birinin dəyəri 3 manat 20 qəpik, cəmi dəyəri 96 manat olan 30 qutu «Rothmans» markalı, hər birinin dəyəri 4 manat 70 qəpik, cəmi dəyəri 70 manat 50 qəpik olan 15 qutu «Dunhill» markalı, hər birinin dəyəri 2 manat 70 qəpik, cəmi dəyəri 50 manat olan 20 qutu «Kenu» markalı, hər birinin dəyəri 3 manat 20 qəpik, cəmi dəyəri 48 manat olan 15 qutu «Pal Mall» markalı, hər birinin dəyəri 3 manat 20 qəpik, cəmi dəyəri 64 manat olan 20 qutu «Vinchestr» markalı, hər birinin dəyəri 2 manat 70 qəpik, cəmi dəyəri 81 manat olan 30 qutu «Maqna» markalı, hər birinin dəyəri 3 manat, cəmi dəyəri 30 manat olan 10 qutu «Vest» markalı, hər birinin dəyəri 2 manat 80 qəpik, cəmi dəyəri 28 manat olan 10 qutu «Vegas» markalı, hər birinin dəyəri 3 manat 20 qəpik, cəmi dəyəri 32 manat olan 10 qutu «X-Line» markalı, hər birinin dəyəri 2 manat 70 qəpik, cəmi dəyəri 27 manat olan 10 qutu «Arqo» markalı, hər birinin 2 manat 80 qəpik, cəmi dəyəri 28 manat olan 10 qutu «Prima» markalı, hər birinin dəyəri 4 manat 30 qəpik, cəmi dəyəri 107 manat 50 qəpik olan 25 ədəd «Kent» markalı, hər birinin dəyəri 3 manat 20 qəpik, cəmi dəyəri 64 manat olan 20 qutu «X7»markalı, hər birinin dəyəri 3 manat 70 qəpik, cəmi dəyəri 74 manat olan 20 qutu «LD» markalı, hər birinin dəyəri 3 manat 60 qəpik, cəmi dəyəri 72 manat olan 20 qutu «Davidoff» markalı siqareti, hər bir qutusunun dəyəri 30 manat olan, cəmi dəyəri 90 manat olan 03 qutu «Dirol» markalı saqqızı və saxlanc yeri hesab edilən siyirmədən 40 manat nağd pul vəsaitini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1.296 manat 60 qəpik (min iki yüz doxsan altı) maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitələrdən istifadə edir, əvvəllər oğurluq etdiyinə və narkotik vasitədən istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında öz istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu ərazisində tanımadığı şəxsdən 10 manata 01 ədəd bükümdə narkotik vasitə olan heroin alaraq əynində olan qara rəngli cins şalvarının sağ cibində saxlamış, saat 16 radələrində ünvan 6 ünvanın qarşısında olan zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib onu 23-cü PB-nə dəvət etmişlər, onlara etiraz etmədən 23-cü PB-nə getmiş, orada olan zaman otaqların birində hüquq və vəzifələri izah olunaraq müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilən zaman üzərində hər hansı bir qanunsuz əşyaların olub-olmaması soruşulduqda əynində olan qara rəngli cins şalvarının qabaq sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bir ədəd bükümdə narkotik maddə olan heroini təqdim etmiş, həmin narkotik vasitə olan heroini Xətai rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) manata alıb üzərində saxladığını bildirmiş, bundan sonra üzərinə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmet aşkar olunmamış, sonra üzərindən aşkar edilmiş 01 ədəd bükümdə içərisində heroin olan maddə zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalarla təsdiq olunmuş, bu barədə protokol tərtib edilərək imzalanmış, sorğu zamanı üzərindən aşkar edilmiş heroini şəxsi istifadəsi üçün əldə etməsini və üstündə saxlamasını bildirmiş, həmin heroini satmaq niyyəti və məqsədi olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə keçirilən şəxsi axtarış zamanı ona heç bir fiziki zor tətbiq edilməmişdir. Bundan başqa o, təxminən 3-4 ilə yaxındır ki, son beş aydır 15 saylı CÇM-dən azad olunmuş və azadlığa buraxıldıqdan sonra müxtəlif yerlərdə özünə iş axtarmasına baxmayaraq iş tapa bilməmiş, Kənan adlı şəxsi 4-5 ilə yaxındır ki, tanısa da heç bir anket məlumatlarını bilməmişdir. Kənanla tanışlığına səbəb onunla birlikdə narkotik vasitələrdən istifadə etməsi olmuş, 05 iyun 2024-cü il tarixdən 06 iyun 2024-cü il tarixə keçən gecə saat 02 radələrində yaşadığı evdə olan zaman təsadüfən Kənan yanına gəlmiş və bir qədər oturduqdan sonra söhbət əsnasında pul lazım olduğunu demiş və cavabında ona da pul lazımdır, amma tapa bilmir demişdir. Bu kimi danışıqlardan sonra Kənana «yaxınlıqda köşk var gedək həmin köşkdən oğurluq edək» deyə təklif etmiş, bu niyyətlə Kənanla birlikdə kirayə qaldığı evdən çıxaraq yaşadığı evin yaxınlığında olan köşk istiqamətində getmiş, əvvəlcədən Kənanla olan danışığına görə köşkün pəncərəsini sındırıb içəri girməli, Kənan isə kənardan müşahidə etməli, kimsə gəldiyi halda məlumat verməli olmuşdur. Sonra danışdıqları kimi edərək köşkün pəncərəsinə yaxınlaşmış və əlləri ilə köşkün plastikdən olan pəncərəsini itələmiş, lakin aça bilməmiş, buna görə yerdə olan daş parçasını götürərək köşkün pəncərə şüşəsini qırmış və əli ilə pəncərəni açaraq içəri daxil olmuş, sonra Kənanı səsləyərək yanına çağırmışdır. Kənan gəldikdən sonra köşkün içərisinə daxil olaraq köşkdən müxtəlif növlü siqaretlər və bir neçə qutu saqqızları oğurlayaraq köşkdən götürdüyü paketə yığmış və Kənanla birlikdə köşkdən çıxmış, oğurladıqları əşyaları 28 may metrosu yaxınlığında satmaq üçün taksi gəldiyini görüb həmin taksiyə əyləşərək 28 may metrosu yaxınlığına getmiş, taksiyə 3 manat pul verib yola salmış və metronun yaxınlığında tanımadığı şəxsə oğurladıqları əşyaları ümumilikdə 220 manata satmış və əldə etdiyi pulu iki yerə bölmüşdür. Belə ki, hərəsinə 110 manat pul düşmüş, pulu aralarında böldükdən sonra Kənan ondan ayrılıb getmiş, özü isə işinin dalınca getmişdir. Kənanla uzun müddətdir münasibəti olmasına baxmayaraq dəqiq anket məlumatlarını, ünvanını və istifadəsində olan mobil nömrəsini bilməmiş, Kənanla birlikdə oğurladığı əşyaları təsadüfən 28 may metrosu yaxınlığında onlara yaxınlaşan heç bir anket məlumatlarını bilmədiyi şəxsə satmışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır,. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxminən 11 aya yaxındır ki, ünvan 7 ünvanında yerləşən köşkü icarəyə götürərək işlətmiş, həmin köşkdə müxtəlif növ siqaretlər, sular və saqqızlar satmış, köşkü hər gün səhər saat 07:00-da açmış və gecə saat 02:00-da bağlamışdır. xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 02:30-da köşkü bağlayaraq evinə getmiş və səhər saat 07:00-da iş yerinə gəldikdə köşkün pəncərəsinin sındırılmasını görmüş və köşkdən oğurluq olmasını başa düşmüşdür. İçəri daxil olduqda köşkün içərisinin dağınıq vəziyyətdə olmasını və köşkdən hər birinin dəyəri 4.20 qəpik olmaqla 50 qutu «Vinston» markalı, hər birinin dəyəri 4.70 qəpik olan 18 qutu «Sobranie» markalı, hər birinin dəyəri 3.20 qəpik olan 30 qutu «Rothmans» markalı, hər birinin dəyəri 4.70 qəpik olan 15 qutu «Dunhill» markalı, hər birinin dəyəri 2.70 qəpik olan 20 qutu «Kenu» markalı, hər birinin dəyəri 3.20 qəpik olan 15 qutu «Pal Mail» markalı, hər birinin dəyəri 3.20 qəpik olan 20 qutu «Vinchestr» markalı, hər birinin dəyəri 2.70 qəpik olan 30 qutu «Maqna» markalı, hər birinin dəyəri 3 manat olan 10 qutu «Vest» markalı, hər birinin dəyəri 2.80 qəpik olan 10 qutu «Vegas» markalı, hər birinin dəyəri 3.20 qəpik olan 10 qutu «X-Line» markalı, hər birinin dəyəri 2.70 qəpik olan 10 qutu «Arqo» markalı, hər birinin dəyəri 2.80 qəpik olan 10 qutu «Prima» markalı, hər birinin dəyəri 4.30 qəpik olan 25 ədəd «Kent» markalı, hər birinin dəyəri 3.20 qəpik olan 20 qutu «X7» markalı, hər birinin dəyəri 3.70 qəpik olan 20 qutu «LD» markalı, hər birinin dəyəri 3.60 qəpik olan 20 qutu «Davidoff» markalı, hər bir qutusu 30 manat olan 03 qutu «Dirol» markalı saqqız və sürmədə qoyduğu 02 ədəd 20 manatlıq əskinazın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra işlərinin çox olmasından xx.xx.2024-cü il tarixdə aidiyyatı üzrə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət etmiş, oğurluq nəticəsində ona ümumilikdə 1.296 manat 60 qəpik, 50 manat isə köşkün pəncərəsi sındırmaqla əlavə maddi ziyan dəymiş, hadisə baş verdikdən sonra köşkdə quraşdırılmış təhlükəsizlik kamerasına baxış keçirən zaman hadisənin iki nəfər tanımadığı şəxs tərəfindən törədildiyini görmüş, lakin həmin şəxsləri tanımamışdır. Həmçinin o, ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 24 may 2024-cü il tarixdə, saat 16 radələrində Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2lə birlikdə xidməti ərazidə olarkən ünvan 8 ünvanının qarşısında bir nəfər şəxsin, adını sonradan bildiyi Təqsirləndirilən şəxs özünü şübhəli apardığını, şübhəli hərəkətlər etdiyini görmüş, həmin şəxs zahiri əlamətlərinə görə narkotik maddə istifadəçisinə bənzədiyi üçün və üzərində narkotik maddə olması ehtimalı olduğuna görə ona yaxınlaşıb özlərini təqdim etmişlər və xx.xx.2024-cü il tarixdə, saat 16:25-də həmin şəxsi saxlayaraq 23-cü PB-nə gətirmişlər. Bölmədə həmin şəxsin xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuş, daha sonra saat 18:10-da vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilmiş, sonra ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan, narkotik vasitə olan heroinə bənzər kütləni masanın üzərinə qoymaqla təqdim etmiş və həmin kütlənin heroin olmasını bildirmiş, daha sonra ondan üzərində başqa nə kimi qanunsuz əşyalar olduğu soruşulduqda üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütləni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonunda tanımadığı və adını bilmədiyi şəxsdən 10 manata almasını, istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyni bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin qeyri-qanuni əşya və ya predmet aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan heroinə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğundan götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənmiş, daha sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiq edilmiş, şəxsi axtarış və götürmə aparılan zamanı «Xiaomi Note 8 Pro» markalı mobil telefon vasitəsilə çəkiliş aparılmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 24 may 2024-cü il tarixdə, saat 16:00 radələrində iş yoldaşı, yəni Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1la birlikdə xidməti ərazidə olarkən ünvan 8 ünvanının qarşısında bir nəfər şəxsin, adını sonradan bildiyi Təqsirləndirilən şəxs özünü şübhəli apardığını, şübhəli hərəkətlər etdiyini görmüş, həmin şəxs zahiri əlamətlərinə görə narkotik maddə istifadəçisinə bənzədiyi üçün və üzərində narkotik maddə olması ehtimalı olduğuna görə ona yaxınlaşıb özlərini təqdim etmişlər və xx.xx.2024-cü il tarixdə, saat 16:25-də həmin şəxsi saxlayaraq 23-cü PB-nə gətirmişlər. Bölmədə həmin şəxsin xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuş, daha sonra saat 18:10-da vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilmiş, sonra ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan, narkotik vasitə olan heroinə bənzər kütləni masanın üzərinə qoymaqla təqdim etmiş və həmin kütlənin heroin olmasını bildirmiş, daha sonra ondan üzərində başqa nə kimi qanunsuz əşyalar olduğu soruşulduqda üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütləni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonunda tanımadığı və adını bilmədiyi şəxsdən 10 manata almasını, istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyni bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin qeyri-qanuni əşya və ya predmet aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan heroinə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğundan götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənmiş, daha sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiq edilmiş, şəxsi axtarış və götürmə aparılan zamanı «Xiaomi Note 8 Pro» markalı mobil telefon vasitəsilə çəkiliş aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və “Kənan” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “CD-R” diskə baxış keçirilməsi haqqında 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində bir nəfər şəxs ünvan 5 ünvanında yerləşən mağazanın pəncərəsini əli ilə itələyir, qapını aça bilmədikdə mağazanın qarşısında olan daş parçasını götürüb pəncərəyə vuraraq pəncərəni qırıb içəri daxil olur, daha sonra isə daha bir nəfər şəxs ona köməyə gələrək mağazaya daxil olub içərini dağınıq vəziyyətə salır, mağazada vitrində olan siqaretləri, saqqızları və dolabda olan pulları oğurlayır (i.v. 8-9); hadisə yerinə baxış keçirilməsi haqqında 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən köşkə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 10-13); zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 29); şübhəli şəxsin tutulması haqqında 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:50 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 46-47); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 57-58); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-452/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 75-80); ifadənin yerində yoxlanılması haqqında 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin təfərruatlarını yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 81-85); cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi icraata qəbul edilmiş və CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* nömrə altında bir icraatda istintaqı davam etdirilmişdir (i.v. 89-91); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 96); şübhəli şəxsin tutulması haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 117-118); şəxsi axtarış və götürmə aparılması haqqında 24 may 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ cibindən gümüşü rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə olan 01 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Xətai rayonunda tanımadığı şəxsdən bükümü 10 manata almışdır. Həmin narkotik vasitəni əynindəki qara rəngli cins şalvarının sağ cibində öz istifadəsi üçün saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində ünvan 6 ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmaqla 163 nömrəli möhürlə möhürlənmişdir (i.v. 120-121); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2024-cü il tarixli, 3-16-16/2-6/2956 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №163” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş....” və s. yazılar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,378 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 128-131); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsi tərəfindən verilmiş 032724 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs əlildir (i.v. 147); təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında 26 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 154- 155); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi haqqında 26 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş, onun barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi qərara alınmış və o, saxlanıldığı Nizami RPİ-nin MSY-dən dərhal azad edilmişdir (i.v. 166-168); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 26 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 169-170); “CD-R” diskə baxış keçirilməsi haqqında 27 may 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 24 may 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 173); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir; Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5 və 69.3-cü maddələri tətbiq olunmaqla 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq olunmaqla 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 02 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 180-182); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsinin xx.xx.2024-cü il tarixli, 5285 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 212-213); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsi barədə ********* saylı cinayət işindən “Kənan” adlı şəxs barəsində CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,378 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.328 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması prosesini əks etdirən 01 ədəd “CD-R” formatlı disk və oğurluq hadisəsinin qeydə alındığı 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması, həmin prosesi əks etdirən diskə baxış protokolları, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, hadisə yerinə baxış protokolu və fotocədvəl, ifadənin yerində yoxlanılması protokolu, baş vermiş oğurluğun qeydə alındığı 01 ədəd disk və diskə baxış protokolu iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 214-223); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (i.v. 239-241); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirlədirilməsi barədə ********* nömrəli cinayət işindən “Kənan” adlı şəxs barəsində CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır (i.v. 254-256); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 vardır. Məhkəmə istintaqı zamanı birinci diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ cibindən gümüşü rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan 01 ədəd bükümü könüllü olaraq təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Xətai rayonunda tanımadığı şəxsdən 10 manata aldığını və həmin narkotik vasitəni əynindəki qara rəngli cins şalvarının sağ cibində öz istifadəsi üçün saxladığını bildirir. Məhkəmə istintaqı zamanı ikinci diskə baxış keçirilmiş və diskdə olan görüntü diskə baxış keçirilməsi haqqında 12 iyun 2024-cü il tarixli protokolun məzmununa uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, habelə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.378 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13), əlil olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Belə ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Abbasov X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq olunmaqla 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və o, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 02 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Lakin göründüyü kimi, Abbasov X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmləri üzrə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluqları götürülmədən və ödənilmədən 24 may 2024-cü il tarixdə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama cinayət əməlini törətmişdir ki, onun qəsdən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Bundan əlavə, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökm üzrə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədən və ödənilmədən 06 iyun 2024-cü il tarixdə oğurluq cinayət əməlini törətmişdir ki, onun qəsdən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, cinayətin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının üçdə ikisindən, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının isə yarısından az olmamalıdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin hazırki vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi, yəni cəzanı ağırlaşdıran hal müəyyən edildiyindən yuxarıda qeyd olunan normanın oğurluq cinayətinə münasibətdə tətbiq edilməsi istisna edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi və təhlükəli residivi nəzərə alınmalı (CM-65.2.), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,378 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.328 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD-R” formatlı disklər iş materiallarında saxlanılmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdən 26 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai RPİ-nin saxlancına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,378 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.328 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən 02 ədəd “CD-R” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-495/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-495/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver