Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-497/2023 16.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs Ədil qızının, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Yevlax rayonu, Aran qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, Yevlax rayonu, Aran Ərazi Dairəsi, Aran qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını elektron məlumat daşıyıcısından istifadə edib talama məqsədilə 10 may 2022-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus olan ATM terminalından Zərərçəkmiş şəxs Ədil qızının 4169-7377-0448-0835 nömrəli kartından 2000 manat nağd pulunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 2000 (iki min) manat miqdarında maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 may 2022-ci il tarixdə maddi cəhətdən vəziyyəti pis olduğundan öz maddi ehtiyaclarını ödəmək yollarını tapmaq üçün Əhmədli qəsəbəsinə getmişdir. Orada müxtəlif banklara məxsus bankomatların olduğunu əvvəlcədən bilmişdir. O, bankomatlarda nağdlaşdırma əməliyyatı keçirmək istəyən şəxslərin maddi vəsaitinin olduğunu düşünərək, saat 15 radələrində Xətai rayonu, Sarayevo küçəsi 7 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısında dayanmışdır. Bankomatın yanında olduğu vaxt tanımadığı bir qadın ona yaxınlaşaraq onun yerinə hesabında olan pulu nağdlaşdırmasını xahiş etmişdir. O da həmin qadınla razılaşmışdır. Həmin plastik kartı qadın bankomata daxil etmiş, həmin tanımadığı qadın bankomatda plastik kartın məxfi şifrəsini yazmış və o, həmin qadının bankomata baxmadığını görüb ona hesabda pul olmadığını bildirmişdir. Plastik kart bankomatdan çıxan kimi kartı həmin xanıma vermişdir. Həmin xanım oradan uzaqlaşan zaman o da hesabda olan 2000 manatı bankomatdan götürüb tez oradan uzaqlaşmışdır. Oranı tərk edərək bir başa Beynəlxalq avtovağzal kompleksinə gedib oradan Gəncə şəhərinə yola düşmüşdür. Həmin pulu qadın bankomata baxmayanda gizlin olaraq götürmüşdür. 2000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Ədil qızı ifadəsində bildirmişdir ki, əri X3 xx.xx.1994-cü il tarixdə l-ci Qarabağ müharibəsində şəhid olmuşdur. O, onun şəhidlik stastusu ilə bağlı aylıq 600 manat təqaüd almışdır. Çox zaman aldığı təqaüdün bir qismini qızı Nuranəyə saxlamaq üçün vermişdir. Qızı da həmin pulları öz adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 4169-7377-0448-0835 saylı plastik kart hesabında saxlamışdır. Ona pul lazım olduqca ondan xahiş etmişdir ki, hesabda saxladığı pulu nağdlaşdırıb ona versin, yaxud da özü aparıb nağdlaşdırmışdır. 10 may 2022-ci il tarixdə saat 15 radələrində qızı Nuranə ilə birlikdə pul çıxarmaq üçün Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 7 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus olan bankomatdan qızının hesabında olan pulu nağdlaşdırmaq istəmişlər. O, qızı ilə birlikdə orada olan bankomata yaxınlaşmışdır. Bankomatın qarşısında növbə çox olduğu üçün qızına bildirmişdir ki, onlardan qabaq növbədə olan şəxsdən xahiş etsin ki, bankomatdan onların yerinə pulu nağdlaşdırsın. Qızı onun dediklərinə əməl edərək həmin şəxsdən xahiş etmişdir. Həmin şəxs razılaşmışdır. Qızı 4169-7377-0448-0835 saylı plastik kartı ona vermiş, daha sonra həmin şəxs plastik kartı bankomata daxil etmiş və məxfi şifrəni bankomata qızı yazmışdır. Bir neçə saniyə keçdikdən sonra həmin şəxs kartı qaytarmış və bankomatda pul olmadığını digər bankomatlara yaxınlaşmağı məsləhət görmüşdür. O və qızı kartı götürüb oradan uzaqlaşmışlar. Bir qədər sonra yaşadıqları ünvana, yəni ünvan 3rkən qızı Nuranənin istifadəsində olan mobil telefona "xxxx" ASC-yə məxsus 4169-7377-0448-0835 saylı plastik kartdan 2000 manat pulun çıxarılması barədə bildiriş gəlmişdir. Daha sonra hadisə ilə bağlı onlar Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə müraciət etmişlər. Baş vermiş hadisə nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. Kart qızının adına olsa da, pul ona məxsus olmuşdur. Təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Ədil qızı onun anasıdır. X1 xx.xx.1994-cü il tarixdə İ Qarabağ Müharibəsi zamanı şəhid olmuşdur. Onun şəhidlik statusu ilə bağlı anası Zərərçəkmiş şəxs Ədil qızı 600 manat məbləğində təqaüd almış və həmin pulu tam xəcləməmək üçün ona məxsus "xxxx" ASC-yə aid 4169-7377-0448-0835 nömrəli bank kartının hesabına köçürməklə saxlamışdır. Ona pul lazım olduqda isə ondan xahiş etmişdir ki, kartdan pulu nağdlaşdırsın, o da kartdan pul çıxarıb ona təqdim etmişdir. 10 may 2022-ci il tarixdə saat 15 radələrində o, anası ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 7 ünvanında yerləşən "xxxx" ASC-yə aid bankomatdan ona məxsus kartdan pul çıxarmaq üçün bankomata yaxınlaşmış, bankomatın qabağında növbə çox olduğu üçün anası bildirmişdir ki, növbədə olan şəxs onların kartından pulu çıxarıb versin. O, anasının dediklərini edib qabağında duran şəxsdən xahiş etmişdir ki, kartdan pul çıxarıb ona versin. Bu zaman kartı bankomata daxil edib məxfi kodu o, yığmışdır. Ondan sonra həmin şəxs bildirmişdir ki, bankomatda pul yoxdur və kartı geri qaytarmışdır. Bundan sonra onlar da kartı götürüb yaşadıqları ünvana getmişlər. Yaşadıqları evə çatdıqda mobil telefon nömrəsinə gələn SMS-dən ona məlum olmuşdur ki, ona məxsus "xxxx" ASC-yə aid 4169-7377-0448-0835 nömrəli bank kartından 2000 manat məbləğində pul çıxarılmışdır. Bank kartı ona məxsus olmasına baxmayaraq hesabda olan pul anasına məxsusdur, odur ki, baş vermiş hadisə nəticəsində anası Zərərçəkmiş şəxs Ədil qızına 2000 manat maddi ziyan dəymişdir. Kart ona məxsus olsa da. İçindəki pul anasının olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi barədə 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə toplanmış material üzrə qəbul edilmiş 20 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmiş və fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi haqqında 11 may 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatın olduğu yerə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 5-7); cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 may 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmiş və ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir (i.v. 11-12) cinayət işinin icraata qəbul edilməsi haqqında 30 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 16); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs Ədil qızı zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 19-20); Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Ədil qızına qarşı xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Sarayevo küçəsi 7Q ünvanında yerləşən "xxxx"a məxsus 4169-7377-0448-0835 nömrəli kartından 2000 manat pul çıxarılması faktı ilə bağlı baxılmış video müşahidə kameraları və keçirilmiş ƏAT-nin nəticəsində həmin hadisəni törədən şəxsin xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (i.v. 39); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən 01 il 08 ay 23 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq olunmaqla 04 il 11 ay 03 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş; Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 01 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, Yevlax RPİ-nin PŞdə xx.xx.2019-cu il tarixli 1033/6 saylı arayışına əsasən cəzasını çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq olunmaqla 02 il 09 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 05 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş; Ağstafa RPŞ-də CM-nin 178.1 və 178.2.2-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işinin icraatına xx.xx.2022-ci il tarixdə CMnin 72.2 və CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir; Goranboy RPŞ-də CM-nin 177.2.2.3-1-ci maddəsi ilə istintaq olunan 230650013, 230650012, 220466012, 230650014, 220800118, 220800166, 220820080, 220820047, 220590045, 90740103, 220740061, 220060304, 220070725, ********* saylı cinayət işləri icraatdadır; CM-nin 177.2.3-1 və 177.2.2ci maddələri ilə istintaq olunan 220800207, 220470060, ********* saylı cinayət işləri Şəmkir Rayon Məhkəməsinin icraatındadır (i.v. 52-55); Bakı Apellyasiya Məhkəməsinin 7(103)-1/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə 7(002)-606/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, onun cəzasının çəkilməmiş qalan 05 ay 24 gün hissəsini çəkməsi üçün Azərbaycan Respublikası ƏN PX-nin 12 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 11 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının qalan hissəsi 05 ay 24 gününü çəzaçəkmə müəssisəsində çəkməsi təyin edilmiş məhkum Təqsirləndirilən şəxs cəzası xx.xx.2023-cü il tarixdə bitmişdir; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə təsdiq edilmiş 10 iyun 2023-cü il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən əvvəli 03 dekabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 mart 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək uzadılmış, həmçinin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 12 aprel 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək uzadılmışdır (i.v. 74-132); şəxsin tanınması haqqında 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Ədil qızı tanınmaya təqdim edilmiş şəxslər sırasında Təqsirləndirilən şəxs xarici əlamətlərinə və üz cizgilərinə görə tanımış, istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 141-143); 20 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Ədil qızı və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 145- 147); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 154-155); ifadənin yerində yoxlanılması haqqında 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 166-167); sübutların qiymətləndirilməsi haqqında 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində Gəncə Şəhər Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, zərərçəkmiş şəxsin və şahidin adı, soyadı, atasının adının müvafiq olaraq X4 və Şahid kimi oxunması, hadisənin baş verdiyi tarixin xx.xx.2023-cü il kimi qəbul edilməsi qərara alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları sübut növü kimi qiymətləndirilmişlər (i.v. 125-131). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli və Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmləri üzrə olan məhkumluqları Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiyindən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, CMnin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənilmədən yenidən cinayət əməli törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş 02 ay 01 günü hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, lakin şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətdiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CMnin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il 09 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən isə cəzasının çəkilməmiş qalan 05 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə 7(002)-606/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, onun cəzasının çəkilməmiş qalan 05 ay 24 gün hissəsini çəkməsi üçün Azərbaycan Respublikası ƏN PX-nin 12 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilməsi qərara alınmış və o, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 05 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad olunduğu dövrdə törətsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həmin qərar ləğv edildiyindən və xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığından hazırda çəkilməmiş cəzasının qalmadığı nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənilmədən, xx.xx.2022-ci il tarixdə hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmləri ilə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin təhlükəli residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın üçdə ikisindən az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin üçdə ikisindən az olmamalı (CM-65.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzasının əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-497/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-497/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver