Məhkəmə qərarları › İş №1(011)-498/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-498/2021

24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-498/2021 24.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Ağdərə rayonu, Çıldıran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Qaradağ rayonu, ünvan 2sində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 0,687 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 28 sentyabr 2021-ci il tarixdə saat 19:55 radələrində Xətai RPİ-nin 37ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,687 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 sentyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq öz itini NZS qəsəbəsində gəzdirərkən yerdən bir büküm sellofan paketin içərisində ağ rəngli kristalik maddə görmüşdür. Əvvəllər bir-iki dəfə metamfetamin istifadə etdiyindən həmin bükümün içərisindəki maddənin metamfetamin olduğunu bilmişdir. Həmin bükülünü cibinə qoymuş və yaşadığı evə getmişdir. Həmin gün, yəni 28 sentyabr 2021-ci il tarixdə təxminən axşam saat 19:55 radələrində yaşadığı Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi ilə dişlərini müalicə etmək məqsədi ilə həkimə gedərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qəbulunda şübhəli olduğundan onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Bundan sonra polis şöbəsində polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyini ona bildirmişlər. O da buna etiraz etməmiş, bir qədər sonra polis əməkdaşları hüquqlarının müdafiəsi məqsədi ilə təqdim olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Bu zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə olan metamfetamini əməkdaşlara təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin maddə psixotrop maddə metamfetamindir və həmin maddəni həmin gün səhər saatlarında itini gəzdirdiyi zaman yaşadığı evin yaxınlığıda yerdən tapmışdır. Göstərilən psixotrop maddə polis əməkdaşları tərəfindən onun iştirakı ilə zərfə qoyularaq qablaşdırıb götürülmüşdür. Bu barədə polis əməkdaşı protokol tərtib etmiş və iştirakçılar imzaları ilə baş verənləri bir daha təsdiq etmişlər. Axtarış zamanı ona heç kim fiziki və ya psixi güc tətbiq etməmişdir. Daha sonra əməlindən peşman olduğunu, ilk məhkumluğunu, səmimi etirafını, evli olduğunu, himayəsində 2 azyaşlı uşağının olduğunu qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi ərazisində «Amin» adlı şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olur. Polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə 28 sentyabr 2021-ci il tarixdə Xətai rayonu NZS qəsəbəsinə getmişlər. Orada müşahidələr aparmağa başlamışlar və saat 16:55 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban 19 küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nə dəvət etmişlər. Daha sonra təhqiqatçı Rauf Məmmədov Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçinin və onların iştirakları ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə maddəni təqdim edərək həmin maddənin psixotrop maddə metamfetamin olduğunu və itini gəzdirərkən yerdən tapdığını demişdir. Həmin bükümün içərisindən ağ rəngli kristallik formada psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsi təqsirləndirilən şəxsin və Şahid1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 28 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd büküm ağ rəngli kristalik formada maddəni təqdim edərək, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Aşkar edilmiş maddə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Axtarış Panasonic markalı videokamera vasitəsi ilə çəkilmiş və bir ədəd “DVD-R” diskə köçürülərək iş materiallarına sübut kimi əlavə edilmişdir. 28 sentyabr 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə keçirilmiş 16 oktyabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhər 13 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə Xətai RPİ-nin 37-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Rauf Məmmədov tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində 4 ədəd siqaret olan dəmir siqaret qabını, arxa sağ cibindən bir ədəd cib dəsmalını əynindəki tünd göy rəngli qısaqol köynəyin sol döş cibindən 14 manat pul, əynindəki pencəyin sol iç cibindən bir ədəd “Redmi A8” markalı mobil telefon, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli sellofan bükümdə içərisində ağ rəngli kristalşəkilli maddəni təqdim edərək, həmin maddənin narkotik vasitə metamfetamin olduğunu və həmin narkotik vasitəni 28 sentyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq evinin yaxınlığında ev itini gəzdirərkən yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Rauf Məmmədov tərəfindən kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Video görüntü 08 dəqiqə 40 saniyə davam etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməkimyəvi ekspertizasının 29 sentyabr 2021-ci il tarixli, 6/4295 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün № 153” möhür əksi, “Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,687 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (Tədqiqata sərf edilmişdir 0.05 qalıq 0.637.qram). Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsinin 12 oktyabr 2021-ci il tarixli, 3915 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0.687 qram çəkidə psixotrop maddə metafetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,637 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 28 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. 30.09.2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04.10.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ rayon İcra Hakimiyyətinin Qobustan Qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21.12.2021-ci il tarixli 1644 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61 nömrəli bağ evində qeydiyyatsız yaşayır. İş materiallarında olan elektron çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağı var, 01.02.2002-ci təvəllüdlü X4 və 01.08.2010-cu il təvəllüdlü X3. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında və istintaqda verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk məhkumluğunu və əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağın olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, himayəsində azyaşlı uşağın olması və ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmadığını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutlar anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,637 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı zaman psixotrop maddənin üzərindən aşkar edilərək götürülməsini əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,637 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman çəkilişi əks etdirən 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 109.90 manat (yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar