Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-499/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və nümayəndəsi – Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi5 və X7, Təqsirləndirilən şəxs5 və müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Pro Bono” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs4 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, 17 avqust 1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə xx xxxxxx 1984-cü il tarixdə Ağstafa rayonu, Poylu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Şaurma №1” restoranlar şəbəkəsində anbardar işləyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Poylu Ərazi Dairəsi, Poylu kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai Rayonu, Sadıqcan küçəsi 52, inzibati binada qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, 15 avqust 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 03 may 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəsində qardaşı Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və başqaları ilə birlikdə “Ramazan” bayramı ilə əlaqədar manqal yandıraraq bayram süfrəsi təşkil edib orada yemək yedikdən sonra, həmin tarixdə saat 22 radələrində qeyd olunan yaşayış binasının sakini olan tanışları Zərərçəkmiş şəxs onların təşkil etdiyi süfrənin yanından keçib yaşayış binasının girişinə doğru hərəkət etdiyi zaman qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs arxadan çağıraraq ona yaxınlaşdıqdan sonra, sonuncunun əvvəllər Təqsirləndirilən şəxs1 və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edərək qardaşı Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşib həmin vaxt yaşayış binasında və həyətyanı sahədə olan sakinlərin və digər şəxslərin istirahətinə mane olmaqla onların gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1 əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən sillə, bədən nahiyəsindən isə təpik zərbəsi ilə qəsdən vurmasından sonra bunun qarşılığında sonuncunun Təqsirləndirilən şəxs1 ayağından tutaraq itələməsi nəticəsində yerə yıxdığını görən Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan silah qismində istifadə olunan dəyənəyə oxşar bərk küt əşya ilə, cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə çoxsaylı əl zərbələri ilə Zərərçəkmiş şəxs baş və bədəninin digər nahiyələrindən qəsdən vurub sonuncunun müqavimətini qırdıqdan sonra, Təqsirləndirilən şəxs1 yerdən ayağa qalxaraq Zərərçəkmiş şəxs əlləri ilə üz nahiyəsinə qəsdən zərbələr vurub onu qrupun digər üzvlərindən bir qədər kənara çəkərək xuliqanlıq hərəkətlərini davam etdirib sol əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə sillə vurmuş, bunun qarşılığında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 yumruq zərbəsi ilə vurub yerə yıxdığını görən qrupun digər üzvlərindən Təqsirləndirilən şəxs4 əl və ayaq zərbələri, Təqsirləndirilən şəxs5 isə ayaq zərbəsi ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurub onu divara sıxaraq müqavimətini qırdıqdan sonra Təqsirləndirilən şəxs1 bükülü vəziyyətdə olan Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir neçə dəfə yumruq zərbələri ilə qəsdən vurmuş, bununla da cinayətkar qrupun digər üzvləri ilə birlikdə qəsdən vurduğu zərbələrlə Zərərçəkmiş şəxs alt dodağın əzilmiş yarası, döş qəfəsinin, qarının ön divarının, sağ sağrı nahiyəsinin dərialtı hematomaları, sağ gözaltı nahiyəsinin, hər iki bazunun, sağ çiyin oynağı nahiyəsinin qançırları, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş, nəticədə o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 03 may 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəsində qardaşı Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və başqaları ilə birlikdə “Ramazan” bayramı ilə əlaqədar manqal yandıraraq bayram süfrəsi təşkil edib orada yemək yedikdən sonra, həmin tarixdə saat 22 radələrində qeyd olunan yaşayış binasının sakini olan tanışları Zərərçəkmiş şəxs onların təşkil etdiyi süfrənin yanından keçib yaşayış binasının girişinə doğru hərəkət etdiyi zaman o, Zərərçəkmiş şəxs arxadan çağıraraq özü də yaxınlaşdıqdan sonra, sonuncunun əvvəllər onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edərək qardaşı Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşib həmin vaxt yaşayış binasında və həyətyanı sahədə olan sakinlərin və digər şəxslərin istirahətinə mane olmaqla onların gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən sillə, bədən nahiyəsindən isə təpik zərbəsi ilə qəsdən vurmasından sonra bunun qarşılığında sonuncunun Təqsirləndirilən şəxs1 ayağından tutaraq itələməsi ilə yerə yıxdığını görən Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan silah qismində istifadə olunan dəyənəyə oxşar bərk küt əşya ilə, cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə çoxsaylı əl zərbələri ilə Zərərçəkmiş şəxs baş və bədəninin digər nahiyələrindən qəsdən vurub sonuncunun müqavimətini qırdıqdan sonra, Təqsirləndirilən şəxs1 yerdən ayağa qalxaraq Zərərçəkmiş şəxs əlləri ilə üz nahiyəsinə qəsdən zərbələr vurub sonuncunu qrupun digər üzvlərindən bir qədər kənara çəkərək xuliqanlıq hərəkətlərini davam etdirib sol əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə sillə vurmuş, bunun qarşılığında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 yumruq zərbəsi ilə vurub yerə yıxdığını görən qrupun digər üzvlərindən Təqsirləndirilən şəxs4 əl və ayaq zərbələri, Təqsirləndirilən şəxs5 isə ayaq zərbəsi ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurub divara sıxaraq müqavimətini qırdıqdan sonra Təqsirləndirilən şəxs1 bükülü vəziyyətdə olan Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir neçə dəfə yumruq zərbələri ilə qəsdən vurmuş, bununla da cinayətkar qrupun digər üzvləri ilə birlikdə qəsdən vurduğu zərbələrlə Zərərçəkmiş şəxs alt dodağın əzilmiş yarası, döş qəfəsinin, qarının ön divarının, sağ sağrı nahiyəsinin dərialtı hematomaları, sağ gözaltı nahiyəsinin, hər iki bazunun, sağ çiyin oynağı nahiyəsinin qançırları, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş, nəticədə o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs5 ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs5 03 may 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və başqaları ilə birlikdə “Ramazan” bayramı ilə əlaqədar manqal yandıraraq bayram süfrəsi təşkil edib orada yemək yedikdən sonra, həmin tarixdə saat 22 radələrində qeyd olunan yaşayış binasının sakini olan tanışları Zərərçəkmiş şəxs onların təşkil etdiyi süfrənin yanından keçib yaşayış binasının girişinə doğru hərəkət etdiyi zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs arxadan çağıraraq yaxınlaşmasından sonra, sonuncunun əvvəllər Təqsirləndirilən şəxs1 və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edərək o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşib həmin vaxt yaşayış binasında və həyətyanı sahədə olan sakinlərin və digər şəxslərin istirahətinə mane olmaqla onların gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1 əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən sillə, bədən nahiyəsindən isə təpik zərbəsi ilə qəsdən vurmasından sonra bunun qarşılığında sonuncunun Təqsirləndirilən şəxs1 ayağından tutaraq itələməsi nəticəsində yerə yıxıldığını görən Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan silah qismində istifadə olunan dəyənəyə oxşar bərk küt əşya ilə, cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə çoxsaylı əl zərbələri ilə Zərərçəkmiş şəxs baş və bədənin digər nahiyələrindən qəsdən vurub sonuncunun müqavimətini qırdıqdan sonra, Təqsirləndirilən şəxs1 yerdən ayağa qalxaraq əlləri ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdən zərbələr vurub sonuncunu qrupun digər üzvlərindən bir qədər kənara çəkərək xuliqanlıq hərəkətlərini davam etdirib sol əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə sillə vurmuş, bunun qarşılığında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 yumruq zərbəsi ilə vurub yerə yıxdığını görən Təqsirləndirilən şəxs4 əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurub divara sıxaraq müqavimətini qırarkən Təqsirləndirilən şəxs5 ayaq zərbəsi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən vurmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 bükülü vəziyyətdə olan Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir neçə dəfə yumruq zərbələri ilə qəsdən vurmuş, bununla da o, cinayətkar qrupun digər üzvləri ilə birlikdə qəsdən vurduğu zərbələrlə Zərərçəkmiş şəxs alt dodağın əzilmiş yarası, döş qəfəsinin, qarının ön divarının, sağ sağrı nahiyəsinin dərialtı hematomaları, sağ gözaltı nahiyəsinin, hər iki bazunun, sağ çiyin oynağı nahiyəsinin qançırları, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş, nəticədə o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs4 ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 03 may 2022 ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və başqaları ilə birlikdə “Ramazan” bayramı ilə əlaqədar manqal yandıraraq bayram süfrəsi təşkil edib orada yemək yedikdən sonra, həmin tarixdə saat 22 radələrində qeyd olunan yaşayış binasının sakini olan tanışları Zərərçəkmiş şəxs onların təşkil etdiyi süfrənin yanından keçib yaşayış birasının girişinə doğru hərəkət etdiyi zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs arxadan çağıraraq yaxınlaşmasından sonra, sonuncunun əvvəllər Təqsirləndirilən şəxs1 və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşib həmin vaxt yaşayış binasında və həyətyanı sahədə olan sakinlərin və digər şəxslərin istirahətinə mane olmamaqla onların gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1 əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən sillə, bədən nahiyəsindən isə təpik zərbəsi ilə qəsdən vurmasından sonra bunun qarşılığında sonuncunun Təqsirləndirilən şəxs1 ayağından tutaraq itələməsi nəticəsində yerə yıxıldığını görən Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan silah qismində istifadə olunan dəyənəyə oxşar bərk küt əşya ilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 çoxsaylı əl zərbələri ilə Zərərçəkmiş şəxs baş və bədəninin digər nahiyələrindən qəsdən vurub sonuncunun müqavimətini qırmış, Təqsirləndirilən şəxs1 yerdən ayağa qalxaraq əlləri ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdən zərbələr vurub sonuncunu qrupun digər üzvlərindən bir qədər kənara çəkərək xuliqanlıq hərəkətlərini davam etdirib sol əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə sillə vurmuş, bunun qarşılığında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 yumruq zərbəsi ilə vurub yerə yıxdığını görən Təqsirləndirilən şəxs4 əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurub divara sıxaraq müqavimətini qırmış, Təqsirləndirilən şəxs5 ayaq zərbəsi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən və Təqsirləndirilən şəxs1 bükülü vəziyyətdə olan Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir neçə dəfə yumruq zərbələri ilə qəsdən vurmuş, bununla da o, cinayətkar qrupun digər üzvləri ilə birlikdə qəsdən vurduğu zərbələrlə Zərərçəkmiş şəxs alt dodağın əzilmiş yarası, döş qəfəsinin, qarının ön divarının, sağ sağrı nahiyəsinin dərialtı hematomaları, sağ gözaltı nahiyəsinin, hər iki bazunun, sağ çiyin oynağı nahiyəsinin qançırları, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş, nəticədə o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs3 ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 03 may 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və başqaları ilə birlikdə “Ramazan” bayramı ilə əlaqədar manqal yandıraraq bayram süfrəsi təşkil edib orada yemək yedikdən sonra, həmin tarixdə saat 22 radələrində qeyd olunan yaşayış binasının sakini olan tanışları Zərərçəkmiş şəxs onların təşkil etdiyi süfrənin yanından keçib yaşayış binasının girişinə doğru hərəkət etdiyi zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs arxadan çağıraraq yaxınlaşmasından sonra, sonuncunun əvvəllər Təqsirləndirilən şəxs1 və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında birləşib həmin vaxt yaşayış binasında və həyətyanı sahədə olan sakinlərin və digər şəxslərin istirahətinə mane olmaqla onların gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1 əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən sillə, bədən nahiyəsindən isə təpik zərbəsi ilə qəsdən vurmasından sonra bunun qarşılığında sonuncunun Təqsirləndirilən şəxs1 ayağından tutaraq itələməsi nəticəsində yerə yıxıldığını görən Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan silah qismində istifadə olunan dəyənəyə oxşar bərk küt əşya ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 çoxsaylı əl zərbələri ilə Zərərçəkmiş şəxs baş və bədəninin digər nahiyələrindən qəsdən vurub sonuncunun müqavimətini qırmış, Təqsirləndirilən şəxs1 yerdən ayağa qalxaraq əlləri ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdən zərbələr vurub sonuncunu qrupun digər üzvlərindən bir qədər kənara çəkərək xuliqanlıq hərəkətlərini davam etdirib sol əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə sillə vurmuş, bunun qarşılığında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 yumruq zərbəsi ilə vurub yerə yıxdığını görən Təqsirləndirilən şəxs4 əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurub divara sıxaraq müqavimətini qırmış, Təqsirləndirilən şəxs5 ayaq zərbəsi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən və Təqsirləndirilən şəxs1 bükülü vəziyyətdə olan Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir neçə dəfə yumruq zərbələri ilə qəsdən vurmuş, bununla da o, cinayətkar qrupun digər üzvləri ilə birlikdə qəsdən vurduğu zərbələrlə Zərərçəkmiş şəxs alt dodağın əzilmiş yarası, döş qəfəsinin, qarının ön divarının, sağ sağrı nahiyəsinin dərialtı hematomaları, sağ gözaltı nahiyəsinin, hər iki bazunun, sağ çiyin oynağı nahiyəsinin qançırları, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş, nəticədə o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 may 2022-ci il tarixdə Ramazan bayramı münasibəti ilə dost-tanışlarını həyətdə təşkil edilən qonaqlığa dəvət etmişdir. Həmin gün qonaqlıqda yemək yeyib, çay içdikdən sonra qonaqlıq bitmiş və təxminən saat 22:30 radələrində evə getməyə hazırlaşmışlar. O, həyətin künc tərəfində, yəni manqalın yanında dayanıb telefonla yazışma aparmışdır. Elə bu vaxt söyüşlərin söyüldüyünü eşitmişdir. Faiq əlləri cibində dayanıb Ceyhuna evə getməyini və qanlarını qaraltmamasını demiş, sonra söhbət edəcəklərini demişdir. Ceyhun isə Faiqi vurmuş və Faiq yerdə olarkən Ceyhun əyilib onu boğmaq istəmişdir. Həmin vaxt Ceyhun ətrafdakılara nalayiq söyüşlər söymüşdür. Bunu görüb orada olan baş hissəsi preslənmiş yanmış karton parçasını götürüb sağ-sol hərəkətləri ilə onun qarşısını almaq istəmişdir. Ceyhun onuin tərəfindən başına xəsarət yetirdiyini desə də, onun başında heç bir zərbə izi olmamışdır, ekspert rəyində də yoxdur, o, Ceyhunu başından vurmamışdır. Daha sonra həmin karton parçasını əlindən atmış və Ceyhunu qucaqlayaraq kənarlaşdırmaq istəmişdir. Bundan sonra aranın qarışdığını görərək blokun qapısı tərəfə çəkilmişdir. Faiq həmin vaxt Ceyhunu həyətlərində olan basseyn tərəfə aparmışdır ki, dava davam eləməsin. Orada olarkən Ceyhun əynindəki gödəkçəni çıxartmaq istəmiş, Faiq isə onu geyindirərək ondan evinə getməyini istəmişdir. Ceyhun Faiqi bir dəfə də vurmuş və yenə ətrafdakılara söyüş söymüşdür. Araz bunu görüb Ceyhunun üstünə getmiş və onlar süpürləşməyə başlamışlar. Daha sonra digərləri onları bir-birlərindən ayırmışlar və Daşqın Ceyhunu evinə yola salmışdır. Ceyhun bloka daxil olarkən “gözləyin, gəlirəm” demiş və söyüş söyəsöyə mənzilinə qalxmışdır. Onlar isə bu vaxt çölə çıxmışlar və bir az sonra blokun daxilində olan Ceyhunun əlində iki bıçaqla aşağıya düşmək istədiyini görmüşlər. Ceyhunun heç kimə xəsarət yetirməməsi üçün Daşqın onun çölə çıxmağının qarşını almışdır. Sonra Ceyhun öz mənzilinin eyvanına çıxıb “mənə elə bu lazım idi” deyərək qışqırmış və söyüş söyməyə davam etmişdir. Onlar isə öz evlərinə yollanmışlar. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Zərərçəkmiş şəxsla 2004-cü ildə tanış olmuşdur. 2021-ci ildə Aqil Babayevlə bağlı olan hadisələrə qədər münasibətləri yaxşı olmuşdur. X13rı 15-16 il ərzində özünü “imam” olaraq təqdim etdiyini və onları aldatdığını anladıqdan sonra ondan kənarlaşmışlar. Zərərçəkmiş şəxsla birlikdə çəkdirdiyi fotoşəkillərdən də əvvəllər münasibətlərinin yaxşı olduğunu ailəvi gediş-gəlişlərinin olduğunu görmək mümkündür. O, ilk olaraq Ceyhunun Faiqin ünvanına söyüş söydüyünü eşitmişdir. Ceyhun Faiqə zərbə endirdikdən sonra Faiq təpiklə Ceyhunu vurmaq istəyəndə Ceyhun onu ayağından tutmuş və yerə yıxmışdır. O, Ceyhunun yerdə yıxılı vəziyyətdə olan Faiqin üstünə çökdüyünü görəndə karton parçasını götürərək onlar tərəfə getmiş və münaqişəni bitirməyə çalışmışdır. O, özü Ceyhuna heç bir xəsarət yetirməmişdir. Belə bir niyyəti olmamışdır. Əgər belə olsaydı Ceyhun divara sıxılan zaman xəsarət yetirmək fürsətindən istifadə edərdi, onu qucaqlayıb aralamazdı. Əgər Ceyhunun qarşısı alınmasaydı onlara bıçaqla xəsarət yetirə bilərdi. Onun əlində olan karton hadisə yerində qalmışdır, ona elə gəlir ki, Ceyhun özü hadisə yerini dağıdan zaman əlindəki əşyanın xəsarət yetirə bilməyən əşya olmasını gizlətmək məqsədi ilə məhv etmişdir. Çünki, o, həmin əşyanı istintaqa təqdim etmək üçün axtarsa da tapa bilməmişdi. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsla əlaqələri həmişə yaxşı və yaxın olmuşdur, ailəvi gediş gəlişləri olmuşdur. Aqil Babayev həbs edildikdən sonra münasibətləri soyuqlaşmışdır. Dəqiq tarixi yadında olmayan vaxt Ceyhunun sosial şəbəkələr üzərindən Aqil Babayevin işi ilə əlaqədar həmin işdə zərərçəkmiş qismində çıxış edənlərin ünvanına nalayiq ifadələrdən istifadə etdiyini gördükdən sonra, ona zəng vurub danışmaq istəmişdir. O, yaşça onlardan böyük olduğundan bu vəzifəni öz boynuna götürmüşdür. Ceyhuna zəng etdiyi vaxt, ondan belə şeylər etməməsini istəmiş, lakin Ceyhun onun da ünvanına söyüş söyərək söhbəti bu cür davam etdirmişdir. Zəng vaxtı oturduğu məkanda ətrafında qadınların olduğunu görərək, ona cavab verməmiş və bu məsələni daha sonra həll edəcəyini düşünmüşdür. O hadisədən sonra Ceyhunla əlaqə saxlamamış, onu görməmişdir. May ayının əvvəllərində Zaur Ramazan bayramı münasibəti ilə qonaqlıq təşkil etmiş və onları da ora çağırmışdır. Təxminən axşam 22:00-22:30 radələrində qonaqlıq bitmiş və onlar stolu yığışdırmağa başlamışlar. Bu zaman Ceyhunun gəldiyini görmüşlər. Ceyhunun onun ünvanına telefon zəngi zamanı söydüyü “var-yox” söyüşünü xatırlayıb onunla bu barədə danışmaq istəmişdir. Ceyhuna bir dəqiqə gözləməyini demiş, Ceyhun da üzünü çevirmiş və ona tərəf gəlməyə başlamışdır. O, ondan hansı səbəbdən onu “var-yox” söyüşü ilə söydüyünü soruşmuş, Ceyhun isə öz növbəsində yaxşı etdiyini demiş və onun ünvanına yenə söyüş söymüşdür. O, bunların hamısının əvvəlcədən hazırlanmış təxribat olduğunu düşünmüşdür. Ceyhunun sol çiyninə əlini qoyub, daha sonra söhbət edəcəklərini demiş və elə həmin vaxt Ceyhun onu vurmuş, o isə ona təpik zərbəsi ilə cavab vermək istədiyi zaman, o, bunu etməyə imkan verməmiş və o, müqavimətini itirərək yerə yıxılmışdır. Ayağa qalxdığında digərlərinin də dalaşdıqlarını görüb onları ayırmağa başlamışdır. Ceyhunu bacardığı qədər kənara çəkib davanın sonlanmasını istəmişdir. Bunun təxribatın nəticəsi olduğunu anlayaraq baş verənlərə görə pis olmuşdur. Həmin gün bina sakinlərinin və həyətdə olan şəxslərin ona yaxın olduqlarından, söyüş söyməyin də kişiyə yaraşmayan hərəkət olduğunu düşündüyündən, orada kiminsə ünvanına söyüş söyməmişdir. Orada söyüş söyən şəxs məhz Ceyhunun özü olmuşdur. Ceyhun orada olan şəxslərin hamsınıa çox ağır söyüşlər söymüşdür. O Ceyhunu aralayıb aparan zaman Ceyhun gödəkçəsini çıxarıb davanı davam etdirmək istəmiş, o isə Ceyhunun gödəkçəsini geyindirib sakitləşməsini xahiş etmişdir. Onun niyyəti xuliqanlıq olsaydı davanı dayandırıb Ceyhunu aralamazdı. Bundan sonra Ceyhun ona bir zərbə daha endirmiş və bunun nəticəsində onun dodağından qan gəlməyə başlamışdır. Onun etdiklərinin qarşısında özünü saxlaya bilməmiş və Ceyhuna yan tərəfdən iki dəfə zərbə endirmişdir. Ceyhun onu vuran zaman Araz Ceyhunun uzərinə qaçmışdır. Ceyhun ona da zərbə endirmişdir. Bundan sonra Daşqın Ceyhunu evinə yola salmış və onlara blokun qarşısında gözləməklərini demişdir. Onlar davanın davam etməməsi üçün çölə çıxmışlar. Blokun pəncərəsi aşağıda olduğundan, havanın qaranlıq və blokun daxilində işıq yandığından, Ceyhunun əlində bıçaqla aşağı düşdüyünü görmüşlər. Ceyhun çölə çıxmaq istədikdə Daşqın onu içəridə saxlamaq məqsədi ilə qapını bağlamışdır. Ceyhunun məqsədi onunla dalaşmaq olmuşdur. O, onun ünvanına “səni yortacam” və s. bu kimi ifadələrdən istifadə etmişdir. O, Daşqın və Araz həyətə daxil olanda Ceyhunun əlində iki ədəd bıçaqla dayandığını görmüşlər. Sonunda onu mənzilinə qalxması üçün yola gətirmişlər. Ceyhun yuxarı qalxarkən blokun pəncərəsini sındırmış və şüşə qırıqları Arazın üzərinə tökülmüşdür. Onlar çölə çıxdıqları zaman Ceyhun öz mənzilinin eyvanından “mənə elə bu lazım idi” deyə qışqıraraq onlara səslənmişdir. İstintaq zamanı Ceyhunla barışığın mümkün olub-olmamasını öyrənmək üçün vəkili Əli bəydən onunla danışmasını istəmişdir. Ceyhun isə ondan Aqil Babayevə qarşı verdiyi şikayət ərizəsini götürməyini, ancaq bundan sonra ona qarşı verdiyi şikayəti geri götürəcəyini bildirmişdir. O isə öz növbəsində bunun mümkün olmadığını demişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 may 2022-ci il tarixdə Ramazan bayramını qeyd etmək məqsədi ilə Zaurun təşkil etdiyi məclisdə iştirak etmişdir. Axşam saat 22:00 radələrində isə qonaqlığı bitirib evlərinə yollanmağa hazırlaşmışlar. O, orada digərləri ilə köməkləşib təmizlik işlərini görmüşdür. Həmin vaxt da arxasını giriş qapısına çevirdiyindən Ceyhunun içəri daxil olduğunu görməmişdir. Daha sonra zərərçəkmiş şəxsin söyüş söydüyünü, arxasında səs küy olduğunu eşitmiş və Faiqin yerdə olduğunu və qalxmağa çalışdığını görmüşdür. Həmin vaxt Xəyal və Araz da Ceyhunla mübahisə edərək, onu sağa-sola dartırdılar. Həmin vaxt Zaur əlindəki preslənmiş karton parçası ilə Ceyhunu Faiqdən aralamaq üçün vurmuşdur və həmən sonra Ceyhunu qucaqlayaraq ayırmışdır. O, onlara yaxınlaşana qədər Faiq onları ayırmaq üçün araya girdiyini görmüşdür. Ceyhun həmin vaxt söyüş söydüyünə və dostu Faiqi vurduğuna görə Xəyal Ceyhunun üzünə sillə ilə vurmuş və ona söyüşlərinə son qoymasını demişdir. Faiq isə onların müdaxilə etməklərini, arada dava-dalaşın olmasını istəmədiyindən Ceyhunu kənara çəkməyə çalışmışdır. Ceyhun isə sakitləşməmiş, söyüş söyməyə davam etmiş və müxtəlif əl-qol hərəkətləri etmişdir. Ceyhun bu hərəkətləri ilə onları təhrik etməyə çalışmışdır. Faiq Ceyhunu kənara çəkib kurtkasını əyninə geyindirdikdən sonra, Ceyhun sağ əli ilə Faiqə zərbə endirmiş və onu yerə yıxmışdır və orada olan hər kəsi yenidən söymüşdür. Araz bundan sonra Ceyhunun üstünə getmişdir. Ceyhun və Araz bir-birlərinə yumruq zərbəsi vurmuşlar, bundan sonra onlar yerdə süpürləşməyə başlamışlar. Ceyhun onları söyməkdə davam etmişdir. O, onları ayırmaq üçün münaqişəyə müdaxilə etmiş və Ceyhunun sol əlində nəyinsə parıldadığını görmüş və düşünmüşdür ki, onun əlində kəsici əşya var, buna görə və Ceyhunun onları söydüyünə görə ona təpik vurmuşdur. Daha sonra digərlərinin köməyi ilə onları ayırmışlar. Bundan sonra Daşqın da ora yaxınlaşıb Ceyhunu sakitləşdirməyə çalışmışdır. Ceyhun isə sakit dayanmamış, aqressiv formada Daşqına çəkilməyini demişdir. Ceyhun bloka daxil olarkən “gözləyin, gəlirəm” demiş və mənzilinə yollanmışdır. Onlar binanın həyətindən çölə çıxan zaman Ceyhunun hər iki əlində bıçaqla aşağı düşdüyünü görmüşlər. Daşqın Ceyhunun kiməsə xəsarət yetirməsinin qarşısını almaq məqsədi ilə onu içəri itələyərək qapını bağlamışdır. Həmin binada o, öz ailə üzvləri ilə yaşayır və bu səbəbdən də onlara görə narahatçılıq keçirtmişdir. Ceyhun söyüş söymüş və onları təhdid etməyə davam etmişdir. Beləliklə onlar Ceyhunun bir az sakitləşdiyini düşünərək içəri girmişlər, Ceyhun isə mənzilinin eyvanından “mənə elə bu lazım idi”, “sizə göstərəcəm” və s. kimi ifadələri onların arxalarından qışqırmışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, onun Aqil Babayevin işi ilə əlaqəsi olmasa da Aqilin barəsində cinayət işi başlayandan sonra Ceyhunla olan münasibətləri pisləşmişdir. Həmin hadisəyə qədər bütün təqsirləndirilən şəxslər kimi onun da Ceyhunla yaxın münasibətləri olmuşdur. Ceyhunla 2005-ci ildən dostluq edir, ailəvi gediş-gəlişləri olub, həmçinin Ceyhunla qonşudur. Hal-hazırda da aralarında olan qonşuluq münasibətlərini saxlamağa çalışır və indi də onunla düşmənçiliyi yoxdur. O eşitmişdir ki, bir müddət əvvəl Ceyhun sosisal şəbəkələrdə Faiqi söymüşdür. Ceyhunun və ailə üzvlərinin ona qarşı kin bəslədiklərini düşünür. Belə ki, bir gün qonşusu Emingildə olarkən blokda səsküy olduğunu eşitmiş, çıxıb baxdığında Ceyhunun yoldaşının onun yoldaşı ilə atışdığını görmüşdür. Ceyhunun həyat yoldaşı aqressiv şəkildə qapıdan içəri daxil olarkən onun həyat yolaşını çiynindən itələmişdir. Daha sonra nə baş verdiyini soruşduqda Ceyhunun yoldaşı söyüş söyə-söyə öz mənzilinə yollanmışdır. O da bu məsələni ayınlaşdırmaq və belə hallara son vermək üçün Ceyhunla danışmaq qərarına gəlmiş və onunla bu barədə söhbət etmişdir. Ceyhunun onun ona təzyiq etməsi haqqında dedikləri yalandır. O, onunla ailəvi məsələlərlə bağlı görüşüb, iradlarını bildirmişdir. Hadisə zamanı Ceyhun söyüşləri ümumi olaraq hamıya demişdir. O isə dalaşanları ayırmaq istədiyindən münaqişəyə daxil olmuşdur, Ceyhunu döymək və ya ona xəsarət yetirmək kimi bir niyyəti olmamışdır. O, özü uzun illər boksla məşğul olmuşdur, əgər Ceyhunu döymək niyyətində olsa idi ona təpiklə vurduğu zərbəni əli ilə endirərdi. O, hadisənin ilk hissəsini görmədiyindən, müdaxiləyə başlayan zaman tərəflərin bir-biriləri ilə süpürləşdiklərini görmüşdür. O da onları ayırmaq üçün münaqişəyə müdaxilə etmişdir və Ceyhunun əlində bıçaq və ya hər hansı başqa əşyanın olduğunu düşünərək Ceyhunun əlindən yerə salmaq üçün sol təpiyi ilə bir dəfə zərbə endirmiş, , həmin vaxt təpik zərərçəkmiş şəxsin sinə nahiyyəsinə dəymişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Ceyhunla barışmağa cəhd etsə də bu mümkün olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs çox uzun müddətdir ki, “Şaurma №1” restoranlar şəbəkəsində işçi kimi işlədiyi vaxtdan tanımışdır. Ceyhunla hər zaman yaxşı münasibətləri olmuşdur. 2008-ci ildən ortaq tanışları Aqil Babayevi tanımışdır. Aqil özünü onlara dini rəhbər və özünü Allaha ibadətə həsr etmiş şəxs kimi təqdim etmiş, onlar da Aqilə inanmış və ətrafına toplaşmışlar. Həmin ərəfədə o, digər təqsirləndirilən şəxslər Faiq və Zauru tanımışdır. Bir müddət sonra Aqil ona və tanışlarına qarşı külli miqdarda dələduzluq cinayəti törətdiyi üçün o və başqaları BMCMİnə şikayət etmişlər və Aqil Babayev 2021-ci ilin avqust ayında həbs edilmiş, o və digər təqsirləndirilən şəxslər həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. Aqildən o, Təqsirləndirilən şəxs1, sonuncunun qardaşı Təqsirləndirilən şəxs2 və Xəyal şikayətçi olduqları üçün onun yaşadığı ünvan 6 binada yaşayan Aqilin tərəfdarlarından olan Zərərçəkmiş şəxsla münasibətləri soyuqlaşmış, amma yenə də aralarında salam-kalamları qalmışdır. Ona ortaq tanışları vasitəsilə məlum olmuşdur ki, Ceyhun müxtəlif sosial şəbəkələrdə xüsusilə Faiq və sonuncunun ailə üzvlərinin əleyhinə nalayiq ifadələr işlətmişdir. Həmçinin ona məlum olmuşdur ki, bir neçə müddət əvvəl Ceyhun Faiqin ünvanına nalayiq formada söyüş söymüşdür. 03 may 2022-ci il tarixdə Zaur tərəfindən təşkil olunan qonaqlığa dəvət olunmuşdur. Qonaqlığa təxminən saat 20:00 radələrində getmişdir. Saat 22:30 radələrində məclisi bitirib evə getməyə hazırlaşan zaman, üzü digər tərəfə dayandığından Ceyhunun içəri keçməsini görməmişdir. Ceyhunun söyüş səsini eşidib çöndükdə Faiqin əlini onun çiyninə qoyduğunu, Ceyhunun isə Faiqi vurduğunu görmüşdür. Faiq Ceyhuna cavab vermək üçün təpik vurmaq istədikdə, Ceyhun Faiqin ayağından tutaraq yerə yıxmışdır. Bunu gördükdə digərləri də münaqişəyə daxil olmuşlar. Faiq ayağa qalxaraq ortaya girmiş və dava-dalaş olmasın deyə Ceyhunu yaxınlıqda yerləşən “motorxana” adlı yerə tərəf çəkməyə çalışmışdır. Faiq bayram günü qanqaraçılığının qarşısını almaq üçün onlara “lazım deyil, söhbəti bağlayın” deyə səslənmişdir. Həmin vaxt Faiq Ceyhunun gödəkçəsini də geyindirmişdir ki dava düşməsin. X34 bir zərbə daha endirmiş, onlara söyüş söyməyə davam etmiş və sakitləşməmişdir. O, gözünün qabağında Faiqin döyüldüyünü görüb Ceyhunu saxlamaq məqsədi ilə onun üstünə cummuşdur. O qeyd etmişdir ki, Faiq ondan yaşca böyükdür, Faiqə böyük hörməti var, həmin vaxt onun yaxın dostu olan Faiqin təkrarən Ceyhun tərəfindən döyülməsini kənardan seyr edə bilməzdi. O Ceyhuna tərəf qaçdıqda Ceyhun ona yumruq zərbəsi endirmiş və o da ona zərbə ilə cavab vermişdir. Daha sonra Daşqın onlara tərəf gəlmiş və Ceyhunu sakitləşdirməyə başlamışdır. Ceyhun bloka daxil olarkən “gözləyin, görərsiz nə olacaq” demiş və mənzilinə yollanmışdır. Ceyhunun içəridən əlində iki bıçaqla aşağı düşməyə çalışdığını gördükdə Daşqın onun qarşısını almaq üçün qapını bağlamışdır. Bir müddət keçdikdən sonra binanın daxilində ailə üzvlərinin olduqlarını düşünmüş və içəri daxil olmaq istəmişlər. Ceyhuna yaxınlaşıb ondan söhbəti bağlamağını və sakitləşməyini istəmişdir. Ceyhun da onunla razılaşıb bloka girmiş və içəridə olarkən pəncərəni təpiklə vurub sındırmışdır. O, Faiqlə bərabər aşağıda dayandığından şüşə qırıntıları üstünə tökülmüşdür. Ceyhun isə öz eyvanına çıxıb söyüş söyməyə davam etmişdir. Elnur Ceyhuna söyüş söydüyünə görə irad bildirdiyində, o, “yaxşı edirəm, mənə də elə bu lazım idi, bunu da əldə elədim” demişdir. Suallara cavab olaraq o bildirmişdir ki, Zaurun əlində həmin vaxt preslənmiş taxta parçası olmuşdur. Zaur ümumiyyətlə hadisəyə Ceyhun Faiqi döyərkən müdaxilə etmiş və sonra Ceyhunu qucaqlayaraq ayırmağa çalışmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 may 2022-ci il tarixdə dostu Zaur ona zəng edərək Ramazan bayramı münasibəti ilə təşkil etdiyi qonaqlığa dəvət etmişdir. O da ona həmin qonaqlıqda iştirak edəcəyini demişdir. Qonaqlığa gəldiyi zaman orada olan şəxslərin hamısının ona tanış olan və birlikdə ibadət etdiyi şəxslər olduğunu görmüşdür. Təxminən saat 22-23 radələrində qonaqlığı yekunlaşdırıb evə getmək üçün hazırlıqlar etməyə başlamışlar. Stola tərəf dayandığından Ceyhunun içəri daxil olduğunu görməmişdir. Ceyhunun “əcəb eləmişəm” qışqırdığını eşitdikdən sonra çönüb baxdığında, Faiqin əlini Ceyhunun çiyninə qoyaraq çxıb getməsini və ona “sonra söhbət edərik” dediyini eşitmişdir. Ceyhun isə bundan sonra Faiqə zərbə endirmiş və Faiq ona təpik ataraq cavab vermək istədikdə Ceyhun onun ayağından tutub yerə yıxmışdır. Faiq yerə yıxıldıqdan sonra Ceyhun onun üzərinə cummaq istədikdə, Zaurla birlikdə münaqişəyə müdaxilə etmişlər. Faiq yaşça ondan böyük olduğundan və ona olan hörmətindən onun Ceyhun tərəfindən döyülməyini kənarda dayanıb izləyə bilməz idi, bu səbəblə Ceyhunu saxlamaq üçün onun qarşısına keçmişdir. Ceyhun isə həmin məqamda “sizi görüm beləbelə olasız” deyə təhqirlər ünvanlamışdır. O isə Ceyhuna sillə vurub etdiklərinə son verməsini istəmişdir. Zaur Ceyhunu kənara çəkərək Faiqdən uzaqlaşdırmağa çalışmış, Faiq ayağa qalxıb onlara tərəf gəlmiş və bu məsələyə qarışmamaqlarını demişdir. Faiq onların münaqişəyə daxil olmaqlarını istəməmişdir. Faiq Ceyhunu basseyn tərəfə çəkərək Ceyhunun əynində olan gödəkçəni ona geyindirməyə çalışmışdır. Ceyhun isə Faiqə zərbələr endirməyə davam etmiş və onu yerə yıxmışdır. Araz Faiqin yerə yıxıldığını gördükdə Ceyhun tərəfə qaçmış, Ceyhun Araza da bir yumruq zərbəsi endirmək istəmişdir, lakin yumruq Araza dəyməmişdir. Bundan sonra Arazla Ceyhun öz aralarında süpürləşməyə başlamışlar. Faiq ayağa qalxmış, dodağının partladığını görmüş və Ceyhuna yaxınlaşaraq ona sağ tərəfindən bir-iki zərbə endirmişdir. Daşqın Ceyhuna yaxınlaşaraq onu sakitləşdirməyə çalışmış, Ceyhun isə “gözləyin gəlirəm” deyərək içəri daxil olmuşdur. Onlar isə həmin vaxt çölə çıxmışlar. Hadisədən öncə də Ceyhunun bir neçə dəfə aqressiv davranışlarının şahidi olmuşdur. Ceyhun içəridən bıçaqla çıxmağa çalışdığı zaman Daşqın həyətin qapısını bağlayaraq onun qarşısını almışdır. Ceyhun isə içəri tərəfdə dayanıb Faiqin və ümumi olaraq hamının ünvanına nalayiq ifadələr istifadə edərək içəridən çıxmağa çalışmışdır. Həmin binada ailə üzvləri olduqlarından, Ceyhunu elə vəziyyətdə qoyub gedə bilməz idilər. Ceyhun blokun pəncərəsini sındırdıqda, şüşə qırıntıları Arazın üstünə tökülmüşdür. Daha sonra Ceyhun öz mənzilinin eyvanına çıxaraq “siz görərsiniz”, “mənə də elə bu lazım idi” deyərək qışqırmağa başlamışdır. Faiqin dodağından axan qanın artdığını gördükdə, bayram günü daha çox qanqaraçılığın olmaması üçün öz evlərinə yollanmışlar. 2021-ildə baş vermiş Aqil Babayevlə əlaqədar olan hadisələrə qədər Ceyhunla münasibətləri çox yaxşı olmuşdur. Hətta onunla ailəvi gediş-gəlişləri də var idi. Həm Ceyhun, həm Arazla yaxın olduğundan münaqişəyə daxil olmaqda məqsədi onları ayırmaqdan ibarət olmuşdur. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2006-cı ildən tanımışdır. Ceyhunla hər zaman münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Onlar ailəvi dostluq etmişlər. 2003-cü ildən Aqil Babayevi tanımışdır. Aqillə münasibətləri yaxşı olmuşdur və birlikdə ibadət etməyə başlamışlar. Aqil özünü onlara dini rəhbər və Allaha ibadətə həsr etmiş şəxs kimi təqdim etmiş, onlar da Aqilə inanmış və ətrafına toplaşmışlar. Həmin ərəfədə o, 2004-2005-ci illərdən Ceyhunla yanaşı, Faiq, qardaşı Zauru və digərlərini tanımışdır. Daha sonra Aqil ona və tanışlarına qarşı külli miqdarda dələduzluq cinayəti törətdiyi üçün o və başqaları BMCMİ-nə şikayət etmişlər və Aqil Babayev 2021-ci ilin avqust ayında həbs edilmiş, onlar da həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. Aqildən o, Təqsirləndirilən şəxs1, qardaşı Təqsirləndirilən şəxs2, Araz və bəzi başqa dostları şikayətçi olduqdan sonra da Ceyhun Aqili dəstəkləmiş deyə münasibətləri bir qədər soyumuşdur. Lakin aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır O, eşitmişdir ki, Ceyhun sosial şəbəkələrdə Faiqin ünvanına nalayiq ifadələr işlətmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Ceyhun ümumi olaraq onların ünvanlarına söyüş söydükdən sonra onun üzünə sillə vurmuşdur. Araz Faiqin ikinci dəfə yerə yıxıldığını gördükdən sonra onlar tərəfə keçmişdir və Ceyhunla birbirlərinə zərbələr endirməyə başlamışlardır. Zaurun isə ondan qabaq münaqişəyə müdaxilə etməyə çalışdığını görmüşdür. Zaurun əlində olan preslənmiş karton parçasını yaxınlaqda yerləşən tikindidən özü ilə həmin gün oraya manqalı qalamaq üçün aparmışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri 2005-ci ildən bəri tanıyır. 2005-ci ildə Şaurma №1-də ofisiant kimi işə düzəlmiş, orada Sadıxov Natiq vasitəsi ilə təqsirləndirilən şəxslərlə tanış olmuşdur və münasibətləri yaxın olmuşdur, ailəvi gediş =-gəlişləri olmuşdur. Teyyub və Zaurla qonşu olmuşlar, digərləri ilə isə Şaurmada işdə tanış olmuşlar, bütün şəxslər Şaurmada işləmişlər. Hadisədən bir müddət qabaq münasibətləri soyumağa başlamışdır. Münasibətlərinin soyuma səbəbi isə Aqil Babayevlə bağlı olan məsələ idi. Aqil Babayev tutulandan sonra ona deyirdilər ki, Aqil Babayevin yanından çəkilsin, Aqilə qarşı yalan ifadə versin. O da ona qarşı yalan ifadə vermədiyi üçün ona qarşı düşmənçilik etməyə başlamışlar. Hadisə olan günü saat 22:35 radələrində həyətə girmiş, Faiq onu nalayiq sözlə arxadan çağırmışdır. Həmin hadisədən bir müddət əvvəl də Faiq ona zəng vurmuşdur ki, Aqilin yanından çəkilsin, düzgün ifadə verməsin, onsuzda nə etsələr də onlar qalib gələcəklər, hər yeri almışlar, yəni onların pulu vardır. O bildirmişdir ki, Aqil ilə Natiqin şərikliyi var idi və o da bunun şahidi olmuşdur. X20 şərikliyi var idi, onlar istəyirdilər ki, o, heç nə deməsin. Hadisədən öncə Teyyub, Faiq və Zaurla söhbətləri olmuşdur. Onlar tərəfindən ona basqılar olmuşdur. Aqil Babayevin işində Teyyubdan başqa digər təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərdir. Xəyal və Arazdan başqa digər şəxslər ona dəfələrlə zəng vurmuşlar. Faiqlə telefon danışıqları olmuşdur, sosial şəbəkədə onların danışdığı yalan və böhtana görə, o da cavab vermişdir ki, dinlərində belə bir şey var ki, yalan ifadəyə görə adamın dərisini soyurlar. Bu ifadədən sonra ona qarşı onlar tərəfindən təhqir, böhtan və söyüşlər başlamışdır. Hadisə günü onlar kameranı bağlamışdırlar. Bəhruz və Elnur qapının yanında idilər. Onlara salam verib içəri keçmişdir. Faiq onu arxadan çağırmış və nalayiq söz demişdir. Daha sonra Faiq ona yumruq vurmuşdur, o isə qarşılığını vermişdir. Faiq daha sonra ona təpik atmış, o da ayağından tutub onu itələmişdir. Faiqi itələməyinin səbəbi özünü müdafiə etmək istəməsi olmuşdur. O, sonradan kamerada görmüşdür ki, təqsirləndirilən şəxslər başına taxta, dəmir, daş və yumruq da vurmuşlar. Onun zərbələrdən sonra gözü qaralmış və çənəsi də sınmışdır, buna görə də özünü qorumaq üçün başını tutmuşdur ki, daha çox xəsarət almasın. Teyyub təpik vurmuş, Zaur taxta ilə onun başından vurmuşdur. Həmin taxtanın üstündə mismar olmuşdur. Birinci epizodda onu Faiq, Zaur və Xəyal vurmuşlar, daha sonra Faiq guya onu sakitləşdirmək üçün qırağa çəkib üstünü düzəltmiş, daha sonra yenə üzünə yumruq atmışdır. O da sözsüz ki, cavabını vermiş və Faiqi yumruqla vurmuşdur. Teyyubu ikinci epizodda görmüşdür. Teyyub onu təpiklə vurmuşdur. Daha sonra aralanmışlar. O, bloka girəndə onlar yenə hücum etmişlər. Yenə arada münaqişə yaranmışdır. Həmçinin o qeyd etmişdir ki, təqsirləndirilən şəxslərlə barışmamışdır, onlara ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Fizuli oğlu ifadəsində bildirmişdir ki, o Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsləri uzun müddətdir ki tanıyır. Onların hamsı ilə çox yaxın münasibətləri olmuşdur. Aqil Babayev adlı şəxs həbs edildikdən sonra, inanclarına uyğun olaraq Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslər arasında soyuqlaşma baş vermiş, münaqişə yaranmışdır. 03 may 2022-ci il tarixdə Zaur tərəfindən təşkil edilən ehsan məclisinə dəvət edilmişdir. Müxtəlif vaxtlarda hadisə baş verən həyətdə ad günlərini, bayramlara həsr edilmiş yığıncaqları və digər məclisləri qeyd etmişlər. Ceyhunun gəldiyini gördüklərində, dostları ilə qonaqlığı yekunlaşdırıb, öz evlərinə getməyə hazırlaşmışlar. Təxminən 5-10 saniyə keçdikdən sonra içəridən Ceyhunun qışqıraraq söyüşlər söydüyünü eşitmişlər. Elnur və o, içəri daxil olmaq qərarına gəlmişlər, içəridə Faiqin yerdə olduğunu və ayağa qalxmağa çalışdığını görmüşlər. Digərləri isə Ceyhunu Faiqdən uzaqlaşdırmağa və sakitləşdirməyə çalışmışdırlar. Ceyhun isə həyətdə olan şəxslərə söyüş söyməyə, hədə-qorxu gəlməyə və təhdid etməyə davam etmişdir. Həyətdə olan şəxslər Ceyhuna etdiklərinin ayıb olduğunu izah etməyə çalışırdılar. Kiminsə üstünə hücum çəkmək üçün Ceyhun əynində olan gödəkçəsini çıxarmağa çalışan zaman, Faiq ona yaxınlaşıb gödəkçəsini geyindirmiş və Ceyhundan sakitləşməsini istəmişdir. Bu zaman Ceyhun Faiqə bir zərbə endirmiş və Faiq aşıb yerə yıxılmışdır. Ceyhun Faiqin üstünə hücum çəkmək istədikdə isə Araz onun qarşısını almağa çalışmışdır. Ceyhun Araza bir neçə zərbə endirmiş, amma vurulan yumruq zərbələrinin Araza dəyibdəymədiyini dəqiq görə bilməmişdir. Ətrafdakılar Ceyhunu sakitləşdirmək üçün əllərindən gələni etməyə çalışmışlar. Hadisə baş verən yer dar olduğundan hamısı oraya yerləşməmişlər. O, arxa tərəfdə dayanıb onları ayırmağa çalışmışdır. Bir az keçdikdən sonra Ceyhunun sakitləşdiyini düşünərək həyətdən çıxıb öz avtomobillərini park etdikləri yerə yollanmışlar. Çöldə olduqları vaxt Ceyhunun blokdan əlində bıçaqla çıxmaq istədiyini gördükdə Daşqın cəld şəkildə qapını bağlamaq üçün qapıya tərəf qaçmışdır. Ceyhunun çıxmasının qarşısını almaq üçün Daşqın dəmir qapını çöl tərəfdən bağlamışdır. Ceyhun içəridə olarkən söyüş söyməyə davam etmişdir. Sonra isə blokun şüşə pəncərəsini də təpiklə vuraraq sındırmışdır. Bunun nəticəsində şüşə qırıqları Arazın və digərlərinin üzərinə tökülmüş, amma xəsarət alan olmamışdır. Ceyhun mənzilinə qalxmış, eyvanına çıxmış və nalayiq ifadələrdən istifadə edərək qışqırmağa davam etmişdir. Bunun təxribat olduğunu düşünmüş və xəta-bəladan uzaq durmaq üçün avtomobilə əyləşib evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 03 may 2022-ci il tarixdə Ramazan bayramı münasibəti ilə qonşuları Zaurun təklifi ilə, onların öncədən də qonaqlıqlar təşkil etdikləri həyətdə toplamışlar. Həmişəki kimi toplaşıb, süfrə açıb və kabab bişirmişlər. Axşam təxminən saat 22:00 radələrində həyəti yığışdırıb, evlərinə getmək üçün hazırlaşmağa başlamışlar. Çöl qapının qarşısında dayandığı zaman, Ceyhunun yanından keçib içəriyə daxil olduğunu görmüşdür. Qısa müddət sonra isə içəridən qışqırıq səsi gəldiyini eşidib, oraya yollanmış və içəri daxil olduğu zaman, Faiqin yerdə yıxılı vəziyyətdə olduğunu görmüş, sonra isə müdaxilə etməyərək baş verənləri kənardan müşahidə etməyə başlamışdır. Daha sonra isə Faiq yerdən qalxaraq Ceyhuna belə şeylərə ehtiyac olmadığını deyib, onu sakitləşdirməyə başlamışdır. Bununla belə Ceyhun ətrafdakıları söyməyə davam etmiş və bir müddət sonra Faiq onu dava-dalaş düşməsin deyə ayırarkən yenidən Faiqə yumruq zərbəsi endirmişdir və o, zərbədən yerə yıxılmışdır. Baş verənlərdən sonra arada qarışıqlıq yarandığından, o, arxa tərəfdə qalıb olanlara baxmağa davam etmişdir. Ara sakitləşdikdən sonra Ceyhuna yaxınlaşaraq, ona etdiyi hərəkətlərin düzgün olmadığını, aralarında olan “böyük-kiçik” münasibətinin xətrinə söyüş söyməməsini istəmişdir. Ceyhunun evinə yollandığını gördükdən sonra, onun artıq sakitləşdiyini düşünərək hamısı çölə çıxmışlar. Bir müddət sonra Ceyhunun əlində iki ədəd bıçaqla gəldiyini görmüşlər. Ceyhunun kiməsə xəsarət yetirməsini istəmədiyindən, qapıya yaxınlaşmış və onun həyətdən çıxmasının qarşısını almaq məqsədi ilə onu içəri salmışdır və qapını çöldən bağlamışdır. Ceyhun isə öz növbəsinə blokun arxa qapısı tərəfdə dayanaraq, qışqırmağa davam etmişdir. Həmin blokun birinci mərtəbəsində qohumları olan uşaqlar yaşadığından, onlara görə narahatçılıq keçirdib, Ceyhunu sakitləşdirmək üçün içəri girmişdir. Daha sonra Ceyhun blokun pilləkəni ilə qalxarkən ikinci mərtəbənin blok pəncərəsini sındırıb, öz mənzilinə yollanmışdır. Mənzilinin eyvanından nalayiq ifadələrdən istifadə edərək, onların başına oyun açacağını demişdir. Bir müddət keçdikdən sonra, qonşularla birlikdə aranın sakitləşdiyini düşünərək, öz evinə yollanmışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, onlar Ceyhunu sözlə sakitləşdirməyə çalışmışlar. Bu zaman Faiq Ceyhunu qırağa çəkərək, onlara məsələnin onların arasında olduğunu və onların qarışmamaqlarını demişdir. X29 zərbə endirib, onun dodağını partlatdığını gördüklərində isə Araz və Teyyub davaya müdaxilə edərək, onları ayırmağa çalışmışlar. Araz Ceyhuna yumruq zərbəsi endirmişdir, ÇÜNKİ Ceyhun da Arazı vurmuşdur. Zaurla bağlı o bildirmişdir ki, Faiq Ceyhun tərəfindən döyülərkən yerdə olan onların kabab hazırlayarkən manqal üçün istifadə etdikləri başı üçbucaq formasında olan preslənmiş karton parçası vasitəsi ilə Ceyhuna zərbə endirmişdir. Qarışıqlıq olduğundan Zaurun bu hərəkətlər nəticəsində Ceyhuna hər hansı bədən xəsarətləri yetirib-yetirmədiyini dəqiq görməmişdir. Zaur daha sonra Ceyhunu qucaqlayıb sakitləşdirmək istəmişdir. Teyyub, Xəyalın və digərlərinin isə hansı hərəkətlər etdiklərini görməmişdir. Bildiyi qədəri ilə Ceyhunla Faiqin arasındakı problem Aqil Babayevlə bağlı yaranmışdır. Ceyhun Faiqi sosial şəbəkələr və aralarında baş tutan telefon zəngləri zamanı təhqir etmişdir. Həmin gün Faiq Ceyhuna yaxınlaşaraq, bu mübahisəyə son qoymaq istəmişdir. Ceyhun üstünə bıçaqla gəldiyi zaman, onu kiməsə xəsarət yetirməməsi üçün saxlamışdır. 2021-ci ildə Aqil Babayevin dələduzluğu ifşa edildikdən sonra Ceyhunun onun tərəfini saxlaması və bu məsələdə öz mövqeyini açıq şəkildə bildirməsi, aralarındakı münasibətlərin soyuqlaşmasına səbəb olmuşdur. Aqil Babayevin təqsirləndirilən şəxs qismində çıxış etdiyi məhkəmə prosesləri haqqında məlumatlar sürətli şəkildə sosial şəbəkələrdə yayılmış və Ceyhun da həmin məlumatları əks etdirən xəbərlərin altından şərhlər yazaraq həmin iş üzrə zərərçəkmiş şəxslər olan Zaur, Faiq, Xəyal və Arazı təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 03 may 2022-ci il tarixdə Ramazan bayramının bitməsi münasibəti ilə qonşusu Zaur qurban kəsərək onu qonaqlıqa dəvət etmişdir. Sözügedən qonaqlıqda onunla bərabər digər qonşular da iştirak etmişlər. Axşam saat 22:00 radələrində artıq qonaqlığı yekunlaşdırıb, evlərinə yollanmağa hazırlaşmışlar. O, çöldə dayanıb Bəhruzla söhbət etmişdir. Elə bu zaman Ceyhun gəlib onların yanlarından keçərək içəri daxil olmuşdur. Üstündən az müddət keçdikdən sonra içəridən Ceyhunun qışqıraraq söyüş söydüyünü eşitmişdir. İçəri daxil olduqda Faiqin yıxılmış vəziyyətdə olduğunu görmüşdür. Orada olan şəxslər mübahisənin bitməsi üçün söyüş söyməyə davam edən Ceyhunu sakitləşdirməyə çalışmışlar. Faiq dava düşməsin deyə Ceyhunu kənara çəkmişdir. Bundan sonra Ceyhun ikinci dəfə Faiqə yumruq zərbəsi endirmiş və bunun nəticəsində Faiq yenə yıxılmışdır. Bunu görən zaman Araz onun üstünə cummuş və Ceyhunla Araz bir birilərini vurmuşlar. Arazın və yerdən qalxdıqdan sonra Faiqin Ceyhuna zərbə endirdiklərini görmüşdür, lakin bu Ceyhunun onları vurmasından sonra olmuşdur. Sonradan Ceyhunun iki ədəd bıçaqla çölə çıxmaq istədiyini görmüşlər. Bunu görən Daşqın, Ceyhunun kiməsə xəsarət yetirməsinin qarşısını almaq üçün həyətin dəmir qapısını çöl tərəfdən bağlamışdır. Ceyhun isə içəridən çıxmaq üçün qapını təpikləməyə başlamışdır. Daha sonra içəri daxil olub Ceyhunu sakitləşdirmək qərarına gəlmişlər. Yoldaşlarla bərabər içəri daxil olub, Ceyhunu mənzilinə qalxması üçün yola gətirmişlər və o, yuxarı qalxarkən təpiklə ikinci mərtəbədə yerləşdirilmiş blok pəncərəsini qırmış, bir müddət sonra eyvana çıxaraq söyüş söyməyə davam etmişdir. Bu münaqişənin başında Aqil Babayevin tutulması olmuşdur, o və digər təqsirləndirilən şəxslər Aqil Babayev barəsində şikayət etmişlər. Ceyhun isə hələ də Aqilin tərəfdarıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Ceyhunu uşaq yaşlarından tanımış, birlikdə 14 il “Şaurma № 1” restoranında birlikdə işləmişlər, Ceyhunla münasibətləri hər zaman yaxşı olmuşdur, 2012-ci ildən də Ceyhun ailəsi ilə birlikdə onun hazırda yaşadığı binada onlarla eyni mərtəbədə üzbəüz yerləşən mənzildə yaşamağa başlamışlar, ailəsi ilə də çox yaxşı münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs1 də qardaşı Təqsirləndirilən şəxs2 2004-cü ildən tanımış, həmin şəxslərlə də münasibətləri yaxşı olmuşdur. Zaurgil onların yaşadığı binada qaldığı üçün həmin şəxslərlə də qonşu kimi münasibətləri hər zaman yaxşı olmuşdur. Aqil Babayevi də çoxdandan qonşuluqda yaşadıqları üçün tanımış, Aqillə də münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Faiq qardaşı Zaur və həmin şəxslərin yaxınları 2021-ci ilin avqust ayında Aqil Babayevdən şikayət edib sonuncunu şərləyərək həbs etdirmişlər, bundan sonra onunla da qarşı tərəf yəni, Aqildən şikayət edən şəxslər arasında soyuq münasibətlər yaranmış, bu şəxslərin arasında hər hansı bir münaqişə baş verməmişdir. 03 may 2022-ci il tarixdə Faiq, qardaşı Zaur, dostları Araz, Teyyub, Daşqın, Elnur, Bəhruz, Xəyal, Fuad, Aslan və Rövşən adlı şəxslər yığışıb onların yaşadıqları binanın həyətində süfrə açmışlar. Həmin gün saat 18:30 radələrində o, yaşadığı mənzilindən çıxıb Neftçilər metrosunun yaxınlığında olan futbol meydançasında futbol oynamaq üçün getmişdir. Hadisə baş verib qurtardıqdan sonra həyat yoldaşı Nübar ona saat 23 radələrində zəng vurub həyətdə məclis qurmuş şəxslərin Ceyhunu təkləyib döydüyünü bildirmişdir. O, dərhal hadisə yerinə gəlmiş, bu zaman hadisə yerində polis və təcili tibbi yardım avtomobili olmasını görmüşdür. Faktiki olaraq hadisənin şahidi olmasa da o, kamera görüntülərindən və həyat yoldaşının deməsindən bilmişdir ki, Faiq, Zaur, Araz və digərləri təkləyib Ceyhunu döyərək bədən xəsarətləri yetirmişlər, sonuncunun ünvanına uca səslə nalayiq söyüşlər səsləndirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Ələsgər qızı ifadəsində bildirmişdir ki, hadisə günü evdə idi, uşaqlar isə dərslərini yazırdılar. Aşağıdan səslər gəldiyini eşidəndə eyvana nə baş verdiyinə baxmaq üçün çıxmışdır. Oradaki şəxslərin mübahisə etdiklərinin şahidi olmuşdur. Hadisənin əvvəlini görə bilməmişdir, o, eyvana çıxdığı vaxt Ceyhunun yerdə əyilmiş vəziyyədə olduğunu görmüşdür. Mənzili üçüncü mərtəbədə yerləşdiyindən həyətdə baş verənləri aydın şəkildə müşahidə etmək çətin idi. Sadəcə Ceyhun və Faiqin arasında dava-dalaşın olduğunu görə bilmişdir. Bütün bu olanlar ona pis təsir etmiş, çünki həmin şəxslərlə qonşuluq münasibətləri olmuşdur və bir-birilərinə həmişə hörmət etmişlər. Onlara “illərdir birlikdə çörək yemisiz, belə şeylər etməyin” deyə irad da bildirmişdir. Lakin onun sözlərimə diqqət yetirən olmamışdır. Uşaqlar çox qorxduqları üçün eyvanda təxminən 1-2 dəqiqə qədər dayandıqdan sonra onlarla bərabər içəri keçmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, o, Ceyhunun yerə əyilmiş vəziyyətdə olduğunu və onun ətrafından digərlərinin toplu şəkildə dayandıqlarını görmüşdür. Lakin o, Zaurun Ceyhunu taxta parçası ilə vurmasını görməmişdir. İstintaq zamanı belə bir ifadə verməmişdir. Daha sonra kamera görüntülərini izlədiyi zaman belə bir şeyin olduğunu bilmişdir. Aşağıda olanlar söyüşlərdən istifadə etdiklərindən və övladlarının bunları eşitməmələri üçün onlarla bərabər qısa müddətdən sonra içəri keçmişdir. Davada iştirak edənlər nalayiq ifadələrdən istifadə etmişlər, lakin kimin söyüşü söydüyünü dəqiqliklə deyə bilməz. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid6 Ələsgər qızı məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, 2005-ci ildən həyat yoldaşıyla ailə həyatı qurduğu vaxtdan yoldaşının dostu kimi Zərərçəkmiş şəxs tanımış, 2012-ci ildən də Ceyhun ailəsi ilə birlikdə hazırda yaşadığı binada onlarla eyni mərtəbədə üzbəüzdə yerləşən mənzildə yaşamağa başlamışlar, Leyla xanım və digərləri ilə çox yaxşı münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs1 də qardaşı Təqsirləndirilən şəxs2 və sonuncunun həyat yoldaşı Lyudmila adlı şəxs həmin binanın 4-cü mərtəbəsində yaşadıqları üçün bu şəxslərlə də qonşu kimi münasibətləri hər zaman yaxşı olmuşdur. Aqil Babayevi 2005-ci ildən həyat yodaşıyla qonşu olduğu üçün tanımış, bu şəxs və ailəsi ilə də hər zaman yaxşı münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Faiq, qardaşı Zaur və həmin şəxslərin yaxınları 2021-ci ilin avqust ayında Aqil Babayevdən şikayət edib sonuncunu həbs etdirmişlər, bundan sonra onunla heç bir tərəf arasında hər hansı bir soyuq münasibət yaranmamış, hər iki tərəflə normal qonşu kimi dolanmışlar. Onların aralarında hər hansı bir münaqişə olmamışdır. 03 may 2022-ci il tarixdə Zaur, qardaşı Faiq, dostları Araz, Teyyub, Daşqın, Elnur, Bəhruz, Xəyal, Fuad, Aslan və Rövşən adlı şəxslər yığışıb onların yaşadıqları binanın həyətində süfrə açmışlar. Fuad, Aslan və Rövşən adlı şəxslər isə sözügedən dava zamanı artıq orada olmamış, çıxıb getmişlər. Həmin tarixdə saat 22 radələrində o, qızları ilə birlikdə mənzillərinin yataq otağında olduqları zaman həmin vaxtı ali məktəb imtahanına hazırlaşan qızı Şəbnəm aşağıda olan şəxslərdən böyük səs küy gəldiyini ona bildirmiş və onların həyətə baxan balkonlarına çıxıb burada Faiq, Zaur və Arazın Ceyhunu birlikdə yığışıb döymələrini görmüş, bu zaman həmin şəxslər Ceyhunun ünvanına çox ağır nalayiq uca səslə təhqiramiz ifadələr işlədərək, Ceyhunu ağır söyüşlərlə söymüşlər. Aralarında münaqişə başlayana qədər birlikdə ibadət edib yaxın dostluq edən şəxslərin bir-birinin ünvanına belə ağır söyüşlər söyməyi onu məyus etmişdir. Ceyhunun ətrafında şəxslər olsa da Ceyhunun döyülməsində xüsusilə Faiqin və Arazın fəallıq göstərməsini görmüşdür. Bu zaman Arazın əlində nəsə parlaq bir şey olmasını görmüşdür, həmin vaxt ona elə gəlmişdir ki, Arazın əlində nəsə kəsici alət və ya bıçaq vardır, sonradan o, dəqiq baxıb görmüşdür ki, onun əlindəki bıçaq yox, parlaq böyük qaşlı üzükdür. Bundan başqa Zaur əlində olan taxta parçası ilə də Ceyhunu bir neçə dəfə vurmuşdur. Həmin vaxt Ceyhun da öz növbəsində özünü müdafiə edib həmin şəxsləri vurmuş, Ceyhunun söyüş söyməsini eşitməmişdir. Faiqgil Ceyhunu döyən zaman həyətdə adlarını qeyd etdiyi şəxslərdən heç kim olmasa da səs küyə binalarında olan adlarını bilmədəyi sadəcə görəndə salamlaşdığı qonşular balkonlara çıxıb bu hadisəyə baxmışlar. Həmin vaxt binalarının ikinci mərtəbəsində olan Teyyubgilin balkonuna Faiq və onun yaxınlarının həyat yoldaşları yığışmışlar. O, Faiqgilə Ceyhunu təkləyib döyməmələri və nalayiq ifadələr işlətməmələrini bildirən zaman Teyyubgilin balkonunda olan Zaurun həyat yoldaşı Lyudmila ona qarşı nalayiq ifadə işlədib özünü yaxşı aparmasa onun da bu hala düşəcəyini bildirmişdir. O da həmin münaqişə zamanı övladları həyəcanlandığı və nalayiq ifadələri eşitməmələri üçün övladlarını digər otağa keçirib hadisəni görməmələrinə çalışmışdır. Buna görə də hadisəni tam dəqiqliyi ilə görüb nə baş verməsini dəqiq bilə bilməmişdir. Təxminən həmin dava dalaş 15 dəqiqə çəkmiş, bu zaman Faiqgil bir neçə dəfə həyətə girib çıxmışlar. Bundan sonra həmin şəxslər çıxıb getmişlər, daha sonra həyətə qonşuları Xəyalə gəlmiş, bu zaman Faiqgilin həyat yoldaşları Xəyaləni təhqir etmişlər. Daha sonra hadisə yerinə polis gəlmiş və araşdırmaya başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs onun yoldaşıdır. Təqsirləndirilən şəxslərdən bəziləri qonşuları və bəziləri də qonşularının qohumlarıdır. 2011-ci ildən orada yaşayırlar. 2021-ci ilə qədər təqsirləndirilən şəxslərlə yaxın münasibətləri olmuşdur. Təqsirləndirilən şəxslər və onların yaxın qohumları onun və onun ailəsini öz cinayət əməllərinə sövq edirdilər. Onlara deyirdilər ki, Aqil Babayevə böhtan atsınlar, onlar da qəbul etməmişlər, ona görə də münasibətləri korlanmışdır. Münasibətləri korlandıqdan sonra onlara salam verməmişlər və evlərinə gediş-gəlişləri kəsilmişdir. Lakin o vaxta qədər çox yaxın münasibətləri olmuşdur. Faiq və onun yoldaşı onu təhdid etmişlər. Təhdid etdikləri üçün o da onlardan 36 Polis Bölməsinə və müxtəlif orqanlara şikayət etmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə axşam radələrində baş vermişdir. O, həmin günü evə saat 6 radələrində uşaqları ilə gəlmişdir. Həyətdə təqsirləndirilən şəxsləri və başqa 1-2 nəfəri öz evinə keçəndə görmüşdür. O, yoldaşına bəzi şeylər almasını bildirmiş və onu gözləmişdir. Buna görə də tez-tez eyvana çıxmış və onun üçün narahat olmuşdur. O, Ceyhundan özü xahiş etmişdir ki, evə gec gəlsin. Çünki düşünmüşdür ki, Ceyhun təqsirləndirilən şəxslər həyətdə olarkən gəlsə dava düşə bilər, yoldaşını təqsirləndirilən şəxslər hansısa formada təxribata çəkərlər. Yoldaşı həyətə girəndə Faiq onu arxadan çağırmışdır. Yoldaşı dayanmış və ona cavab vermişdir. Faiq həmin vaxt ona yumruqla vurmuş yoldaşı isə onu itələmiş və özündən uzaqlaşdırmışdır. Həmin vaxt digərləri də Ceyuna hücum etmişlər. Hadisəni eyvandan görmüşdür, həmin vax Zaur arxadan taxta ilə vurmuş, digərləri isə yumruq və sillə ilə vurmuşlar. Vura-vura gətirib onların eyvanının altındakı divara sıxışdırmışlar. Dava bir qədər dayandıqdan sonra yenə Faiqin Ceyhunu təhqir etməsinə və ona yumruq atmasına görə Ceyhun onu itələmiş və o, yıxılmışdır. Ceyhun özünü müdafiə etmək üçün Faiqi vurmuşdur. Ceyhun bir qədər sonra evə qalxmış və onlar baxmışlar ki, onu vurmaları nəticəsində protezi ağzından çıxmışdır. Dərhal Ceyhun aşağı düşmüşdür ki, onu tapsın. Yoldaşının arxasıyca həyətə düşdükdə əlində bıçaq olduğunu görmüşdür. Təqsirləndirilən şəxslər isə aşağıdan təhqir və təhdidlər etmişlər. Arazın əlində bita var idi və yoldaşının üzərinə gəlirdi. Həmin vaxtı o, həyətdə idi. Faiqin də əlində limonad dolu butulkalar var idi və onları yoldaşı və ona tərəf atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Faiq Zaur və Teyyub qonşularıdır. Arazın qardaşı qonşusu olmuşdur, Xəyalı da tanımışdır. Hər biri ilə ailəvi yaxın münasibətləri olmuşdur. Zərərçəkmiş şəxslə də qonşudur və ailəvi yaxın münasibətləri vardır. Təqsirləndirilən şəxslərlə hadisədən sonra münasibətləri korlanmışdır, çünki hadisədən sonra onu təhqir və təhdid etmişdirlər. Əvəllər də münasibətləri soyuqlaşmışdır. Təqsirləndirilən şəxslər Aqil Babayevin evindən oğurluq edib və özünə də şər ataraq həbs etdirmişlər. Ona da demişlər ki, gəlib Aqilə qarşı ifadə versin ki, adam sayı çox olsun. Şahidlik etmədiyinə görə də həmin gündən ona qarşı təhdidlər başlamışdır. Təqsirləndirilən şəxslər hamısı onu təhdid etmişlər. Hadisə günü səhər saatlarında anası və oğlu ilə işləri olduğuna görə şəhərə getmişlər. Həyətdə təhlükəsizlikləri üçün kameralar yerləşdirmişlər ki nəsə olsa əllərində videogörüntü olsun. Şəhərdə olarkən görmüşdür ki, təqsirləndirilən şəxslər həyətə yığışıblar. Onlar onun balkonunun altında manqal qalamışlar. Hadisənin saat neçədə olmağı dəqiq yadında deyil. Daha sonra bir də baxanda görmüşdür ki, əllərində bita və bıçaqla Ceyhuna hücum çəkib onu döymüşlər. Hadisənin canlı şahidi olmamışdır, hadisənin axarını kamera vasitəsi ilə görmüşdür. O həyətə gələndə təqsirləndirilən şəxslər artıq getmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 20 may 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanda yerləşən 4 mərtəbəli yaşayış binasının qarşısına baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 7-8); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanda yerləşən 4 mərtəbəli yaşayış binasının qarşısına baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 03 may 2022-ci il tarixdə saat 22:35 radələrində tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əli ilə onun sifət nahiyəsindən vuraraq döyməsini bildirmişdir (cild 1, i.v. 26-28); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X22 10 may 2022-ci il tarixli 483 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 baş-beyin silkələnməsi, başın sol-təpə gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, üst dodağın əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Təqsirləndirilən şəxs1 müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur (cild 1, i.v. 53-54); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X22 4 may 2022-ci il tarixli 458 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın əzilmiş yarası, döş qəfəsinin, qarının ön divarının, sağ sağrı nahiyəsinin dərialtı hematomaları, sağ gözaltı nahiyəsinin, hər iki bazunun, sağ çiyin oynağı nahiyəsinin qançırları, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur (cild 1, i.v. 55-56); zərərçəkmiş şəxs qismində tanınma haqqında 31 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 91); diskə baxış keçirilməsi haqqında 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş diskə baxış keçirdikdə müəyyən olmuşdur ki, həmin diskdə şərti olaraq nömrələnmiş 1) “Shahidin döyülməsi” və 2) “Shahidi doyenler 2” adlı video görüntü mövcuddur. Hər iki video görüntü montaj olunub kəsilməklə sözügedən hadisənin müəyyən fraqmentlərindən ibarətdir. Həmin video görüntülərdən birincisi “Shahidin doyulmesi” adlı video görüntü 1 dəqiqə 19 saniyədən ibarətdir, iş materiallarına əsasən müəyyən olunduğu kimi görüntünün əvvəlində 03 may 2022-ci il tarixdə saat 18:46 radələrində Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, ev 16A ünvanında yerləşən yaşayış binasının həyətinə daxil olması əks olunur. Daha sonra sözügedən hadisənin ikinci hissəsində baş vermiş Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 əl və ayaqları ilə Zərərçəkmiş şəxs döyməsi əks olunur. Video görüntünün davamında Şahid2 və digər şəxslərin manqalın ətrafında dayanması, həmin vaxt Təqsirləndirilən şəxs1 tərəfindən oranı qeydə alan kameranın önünün görüntünü qeydə almasının qarşısını almaq məqsədi ilə naməlum maddə ilə rənglənməsi görünür. Görüntünün davamında hadisənin birinci hissəsində baş vermiş Təqsirləndirilən şəxs1 binanın giriş hissəsinə tərəf gedən Zərərçəkmiş şəxs çağırması ilə sonuncunun geri qayıtması, daha sonra Təqsirləndirilən şəxs2 əlində olan istintaqa məlum olmayan dəyənək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əl zərbələri ilə Zərərçəkmiş şəxs vurması, ardınca Zərərçəkmiş şəxs adına olan VÖEN və digər sənəddən fotoşəkillər görünür. Daha sonra hadisənin sonunda baş vermiş Təqsirləndirilən şəxs4 əlində dəyənəklə, həmçinin Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 hadisənin baş verdiyi həyətə daxil olması əks olunur, ardınca yuxarıda qeyd edilmiş hadisənin birinci hissəsində baş verənlər təkrarən görünür və hadisə yerini çəkən kameranın istiqamətinin Təqsirləndirilən şəxs3 tərəfindən yuxarı doğru qaldırılması müəyyən olunur. Görüntünün davamında yuxarıda qeyd edilən hadisənin yenidən ikinci hissəsində baş verənlər əks olunur. Görüntünün sonunda hadisənin baş verdiyi binanın həyətinin giriş hissəsində təcili tibbi yardım və polis xidməti avtomobillərinin gəlməsi, daha sonra Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin məlumat lövhəsinin fotoşəkili əks olunur. “Shahidi doyenler 2” adlı ikinci video görüntü 44 saniyədən ibarətdir. Həmin görüntünün əvvəlində sözügedən hadisədən öncə 03 may 2022-ci il tarixdə saat 18:39 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Şahid2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və digərlərinin manqalın ətrafında dayanması, daha sonra birinci video görüntünün təkrarı olaraq yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs1 kameranın önünün naməlum maddə ilə rəngləməsi, Zaur və Təqsirləndirilən şəxs1 qardaşlarının, Təqsirləndirilən şəxs5 hadisə yerinə gəlməsi, hadisənin sonunda iş materiallarında məlum olduğu kimi Təqsirləndirilən şəxs3 kameranın istiqamətini dəyişdirməsi, Xətai rayon Polis İdarəsinin inzibati binasının qarşısının fotoşəkili, qərarın nəticə hissəsininin fotoşəkili, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs olduğu Aqil Babayevin təqsirləndirildiyi iş üzrə müsahibə verməsi əks olunur (cild 1, i.v. 250); məlumatların könüllü təqdim edilməsi haqqında 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən hadisənin görüntülərini özündə əks etdirən 16 ədəd video görüntü və hadisədən sonra bədənində olan xəsarətlərin mobil telefonla çəkilmiş fotoşəkilləri olan 01 ədəd yaddaş kartı istintaqa təqdim edilmişdir (cild 2, i.v. 80); yaddaş kartına baxış keçirilməsi haqqında 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş yaddaş kartına baxış keçirdikdə 16 ədəd video görüntü və 11 ədəd fotoşəkil olması müəyyən olmuşdur ki, 1) “ch01_**********0000” adlı video görüntü 01 saat 04 dəqiqə 46 saniyədən ibarətdir. Həmin video görüntüdə olan məlumata və cinayət işi materiallarına əsasən bu görüntü 03 may 2022-ci il tarixdən saat 17:00-dan 18:04-ə kimi davam edir və sözü gedən hadisənin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının qarşısındakı həyatyanı sahəni qeydə alır. Video görüntünün 23-cü dəqiqə 23-cü saniyəsindən etibarən saat 17:23-dən sonra iş materiallarından məlum olduğu kimi Təqsirləndirilən şəxs3, bir neçə saniyə sonra Təqsirləndirilən şəxs2 bir nəfər azyaşlı uşaqla birlikdə həyətyanı sahədən çıxıb gedirlər. Görüntünün 32-ci dəqiqə 10-cu saniyəsindən sonra saat 17:32-də Şahid2 başqa bir nəfər kişi ilə birlikdə müxtəlif ərzaqları və ləvazimatları həmin ünvanda olan həyətin girişinədək üstü bağlı vəziyyətdə olan oturacağa gətirir, görüntünün 32-dəqiqə 58-ci saniyəsindən etibarən Təqsirləndirilən şəxs3 də həmin şəxslərə kömək edir və birlikdə yemək hazırlayırlar. Daha sonra həmin şəxslər masanı kameranın altına binanın giriş hissəsinin qarşısına qoyurlar. Görüntünün 42-ci dəqiqə 19 saniyəsindən etibarən Şahid1 həmin yerə gəlir, görüntünün 47-ci dəqiqə 34-cü saniyəsindən etibarən həmin yerə uzun boylu, kök bədən quruluşlu, saçı olmayan bir nəfər kişi gəlir, 51-ci dəqiqə 38-ci saniyədən etibarən Təqsirləndirilən şəxs5 həmin yerə gəlir, 57ci dəqiqə 02-ci saniyədən etibarən Təqsirləndirilən şəxs3 manqalın yanına içərisində taxtalar olması görünən ağ rəngli kisəni gətirərək yerə qoyur. 58-ci dəqiqə 32-ci saniyədən etibarən Təqsirləndirilən şəxs3 həmin torbanın içərisindəki taxtaları manqalın yanına boşaldır və manqalı yandırmağa başlayır. Görüntünün 01-ci saat 03-cü dəqiqə 57-ci saniyəsindən etibarən göy rəngli şalvar və gödəkçə geyinmiş bir nəfər kişi həmin yerə gəlir, saat 18:04-da video görüntü bitir. 2) “ch01_**********0447” adlı ikinci video görüntü 01 saat 07 dəqiqə 14 saniyə davam etməklə əvvəlki görüntünün qeydə aldığı sahəni əhatə edir. Həmin video görüntüdə olan məlumata əsasən görüntü 03 may 2022-ci il tarixdə saat 18:05-dən 19:11-ə kimi davam edir. Görüntünün əvvəlindən Təqsirləndirilən şəxs3, Şahid2, bundan başqa birinci görüntüdə təsvir edilmiş əlavə 02 nəfər şəxs və 01 nəfər sarı gödəkçəli azyaşlı uşaq binanın həyətində olur. Burada olan şəxslər manqalı yandırıb süfrə hazırlamaq üçün hazırlıq görür. Saat 18:16 radələrində həmin yerə Təqsirləndirilən şəxs2 və əynində qara köynək, boz gödəkçə, qara şalvar, ağ və qara rənglərdən ibarət idman ayaqqabısı olan şəxs gəlir. Saat 18:16 radələrindən etibarən Təqsirləndirilən şəxs3 əvvəlcədən ağ rəngli kisədə həmin yerə gətirdiyi biri qalın digəri bir qədər nazik olan taxta parçalarını əlinə götürüb onları manqalda olan közləri yaymaq üçün istifadə etdiyindən hər iki taxta parçasının ucu yanaraq tüstüləyib bir qədər közərir. Saat 18:22 radələrində iş materiallarına əsasən məlum olduğu kimi Zərərçəkmiş şəxs həyat yoldaşı hicab geyimində olan Şahid5 yanında biri hicab geyimində olmaqla iki nəfər azyaşlı qız uşağı ilə birlikdə həyətə daxil olub binanın girişinə gedir və binaya daxil olur. Saat 18:25 radələrində həmin yerə hərbi səhra geyiminə bənzər geyimdə oğlan bir nəfər uşaq gəlir. Saat 18:38 radələrində qara rəngli şalvar, göy rəngli köynək və qara gödəkçədə olan Təqsirləndirilən şəxs1 həmin yerə gəlir. Saat 18:42 radələrində iş materiallarından məlum olduğu kimi Təqsirləndirilən şəxs1 tərəfindən həmin yeri qeydə alan kameranın üzünə naməlum maddə yaxılır və kameranın görüntü qeydə alması demək olar ki, tamamilə məhdudlaşır. Bundan sonra yalnız Təqsirləndirilən şəxs1 ağ gödəkçədə olması görünür. 3) “ch01_**********1202” adlı video görüntü 01 saat 07 dəqiqə 16 saniyə davam etməklə əvvəlki görüntünün qeydə aldığı sahəni əks etdirir. Həmin video görüntüdə olan məlumata əsasən bu görüntü 03 may 2022-ci il tarixdə saat 19:12-dən 20:18 radələrinə kimi davam edir. Lakin əvvəlki görüntüdən də məlum olduğu kimi kameranın önünə naməlum maddə yaxıldığı üçün kamera işləsə də hər hansı bir görüntünün qeydə alınması mümkün olmur. 4) “ch02_**********0000” adlı video görüntü əvvəlki görüntülərdən fərqli olaraq sözü gedən hadisənin baş verdiyi binanın həyətinin giriş hissəsini küçə tərəfdən qeydə alır, 01 dəqiqə 34 saniyə davam edir, video görüntüdə olan məlumata əsasən bu görüntü 03 may 2022-ci il tarixdə saat 17:00-dan 17:01 radələrinə kimi davam edir. Həyətin giriş hissəsində yalnız qara rəngli “Audi" markalı avtomobilin olması görünür. 5) “ch02_**********0134” adlı video görüntü əvvəlki görüntüdə olduğu kimi binanın həyətinin giriş hissəsini küçə tərəfdən qeydə alır, 01 saat 17 dəqiqə 18 saniyədən ibarət olmaqla, həmin video görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 17:01 radələrindən 18:08 radələrinə kimi davam edir, baxış keçirilmiş birinci video görüntüdə qeydə alındığı kimi həmin ünvana ardıcıllıqla qeyd edilmiş şəxslərin gəlməsi müəyyən olunur. Həmin tarixdə saat 17:31 radələrində qara rəngli Mercedes markalı avtomobillə Şahid2, saat 18:46 radələrində qara rəngli **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobildə əvvəlcədən təsvir edilmiş uzun boylu kök bədən quruluşlu saçı olmayan bir nəfər kişi, saat 18:03 radələrində növbəti qara rəngli avtomobillə göy gödəkçəli orta boylu arıq bədən quruluşlu şəxs həmin yerə gəlir. Saat 17:56 radələrində Təqsirləndirilən şəxs3 boş karton qutu və içərisində taxta parçaları olan ağ kisə torbanı həmin həyətyanı sahəyə gətirir. 6) “ch02_**********0853” adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 18 saniyədən ibarət olmaqla görüntüdə olan məlumata əsasən bu görüntü 03 may 2022-ci il tarixdə saat 18:08 radələrindən 19:16 radələrinə kimi davam edir. Məlum olur ki, saat 18:18 radələrində Təqsirləndirilən şəxs2 və əvvəlcədən təsvir edilmiş boz rəngli gödəkçəsi olan şəxs gəlir, 18:41 radələrində ağ rəngli avtomobildə Təqsirləndirilən şəxs1 həmin yerə gəlir və saat 18:45 radələrində gəldiyi avtomobilin arxa yük yerindən ağ rəngli gödəkçəsini götürüb əyninə geyinir və həyətə daxil olur, saat 19:08 radələrində bir kişi hicab geyimində olan bir qadınla birlikdə, 19:10 radələrində növbəti bir kişi, 19:12 radələrində başqa bir kişi həyətə daxil olur. 7) “ch02_**********1612” adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 19 saniyədən ibarət olmaqla görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 19:16 radələrindən 20:23 radələrinə kimi davam edir. Görüntüdən məlum olur ki, həmin tarixdə saat 19:23 radələrində ağ qara rəngli idman ayaqqabısı, boz rəngli şalvar, qara köynək və qara qısaqol gödəkcə geyinmiş Təqsirləndirilən şəxs4 həyətə daxil olur, saat 19:43 radələrində əlavə bir nəfər kişi və 20:12 radələrində hicab geyimində bir qadın həyətə daxil olur. 8) “ch02_**********2333” adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 20 saniyə ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 20:23 radələrindən 21:30 radələrinə kimi davam edir. Həmin tarixdə saat 20:24 radələrində iş materiallarından məlum olduğu kimi Şahid4 əvvəlcə özü həmin həyətyanı sahəni tərk edir, daha sonra bir nəfər hicablı qadını küçədən həyətə ötürüb yenidən özü çıxıb gedir. Saat 20:28, 20:40 və 20:55 radələrində hər birində bir nəfər olmaqla 03 nəfər kişi həyətə gəlir, saat 21:29 radələrində iki nəfər yeniyetmə uşaq həyətə daxil olur. 9) “ch02_**********3052” adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 19 saniyədən ibarət olmaqla görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 21:30 radələrindən 22:37 radələrinə kimi davam edir. Həmin görüntüdən iş materiallarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Şahid3, Şahid2, Şahid1 başqa bütün şəxslər həyətdən çıxıb gedir. Saat 22:34 radələrində Zərərçəkmiş şəxs əlində sellofan paket olmaqla həyətin qapısına doğru gəlməyə başlayır, bu vaxt həyətə giriş qapısının önündə Şahid1 və Şahid3 dayanıb söhbət edir. Şahid2 isə öz avtombilinə əyləşib getməyə hazırlaşır. Saat 22:35 radələrində həyətdə səs-küy olduğu üçün əvvəlcə Şahid3, ardınca Şahid1, daha sonra Şahid2 cəld formada həyətə daxil olur. Saat 22:36 radələrində əvvəlcə Təqsirləndirilən şəxs4, ardınca Təqsirləndirilən şəxs2, Şahid1, Şahid3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 həyətdən çıxır. Saat 22:37 radələrində isə Təqsirləndirilən şəxs1 əlində olan salfetlə üz nahiyəsini silərək həyətdən çıxıb bir qədər kənarda dayanmış digərlərinin yanına yaxınlaşır, ən sonda Şahid2 həyətdən çıxır. Daha sonra saat 22:37 radələrində Şahid2 səs gəldiyi üçün yenidən qapıya tərəf yönəlir, həyətə giriş qapısını əli ilə saxlayıb iş materiallarından məlum olduğu kimi Zərərçəkmiş şəxs içəridən çıxmasına mane olur. 10) “ch02_**********3813” adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 52 dəqiqə 47 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 21:30 radələrindən 22:37 radələrinə kimi davam edir. Saat 22:38 radələrində Şahid2 həyətə giriş qapısını saxlayır, Təqsirləndirilən şəxs2 özünün idarə etdiyi avtomobilin arxa saxlanc yerindən bir ədəd taxta dəyənək (bita) götürüb Təqsirləndirilən şəxs4 verir, əvvəlcə Təqsirləndirilən şəxs1 daha sonra Təqsirləndirilən şəxs4 olmaqla orada olan şəxslə hadisənin baş verdiyi həyətə daxil olur. Həmin vaxt saat 22:39 radələrində həyətin giriş hissəsinin qarşısında olan yolda piyada gedən üç nəfər qadın səs küyə dayanıb həyətə doğru baxırlar. Saat 22:39 radələrində Şahid1, Təqsirləndirilən şəxs2, Şahid3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və Şahid2 adları qeyd edilmiş ardıcıllıqla həyətdən çıxırlar, Şahid2 öz avtomobilinə əyləşib həmin yerdən gedir. Təqsirləndirilən şəxs4 götürdüyü taxta dəyənəyi Təqsirləndirilən şəxs2 verir, sonuncu da həmin dəyənəyi avtomobilinin arxa yük yerinə qoyur. Həmin şəxslər bir qədər kənarda dayanıb öz aralarında danışırlar. Sonra yenidən Təqsirləndirilən şəxs5 həyətə geri qayıdır. Daha sonra Şahid2 həmin yerə qayıdır, sonuncu və Təqsirləndirilən şəxs1 binaya tərəf baxıb əl işarələri ilə danışaraq nəsə deyirlər. 11) “ch04_**********0000” adlı video görüntü əvvəlki görüntülərdən fərqli olaraq hadisənin baş verdiyi həyətyanı sahənin binanın giriş hissəsinin yaxınlığında quraşdırılmış kamera vasitəsilə qeydə alınır və 1-3-cü video görüntülərdə olan sahəni digər əks tərəfdən qeydə alır, 13 dəqiqə 04 saniyədən ibarət oimaqla görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 17:00 radələrindən 17:13 radələrinə kimi davam edir. Həmin görüntü birinci video görüntüdə olan qeyd edilmiş şəxslərin hərəkətlərini əks tərəfdən bir qədər uzaq formada qeydə alınmış təsviridir. 12) “ch04_**********1305” adlı video görüntü əvvəlki görüntüdə olan sahəni və 1 3-cü video görüntüdə olan sahəni digər əks tərəfdən qeydə alır, 01 saat 07 dəqiqə 18 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 17:00 radələrindən 17:13 radələrinə kimi davam edir. Bu görüntü ikinci video görüntüdə olan qeyd edilmiş şəxslərin hərəkətlərini əks tərəfdən bir qədər uzaq formada qeydə alınmış təsviridir. 13) “ch04_**********2024” adlı video görüntü əvvəlki görüntüdə olan sahəni və 1-3-cü video görüntüdə olan sahəni digər əks tərəfdən qeydə alır, 01 saat 07 dəqiqə 18 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 18:20 radələrindən 19:27 radələrinə kimi davam edir. Üçüncü video görüntüdə qeyd edildiyi kimi saat 18:42-də Təqsirləndirilən şəxs1 kameranın üzünü rəngli maddə ilə rəngləməsi, daha sonra ağ gödəkçə geyimində olması əks olunur. Burada olan şəxslər yemək hazırlanması ilə məşğul olurlar. Saat 19:02 radələrində binanın girişində olan bir ədəd stol və iki ədəd skamya həyətə giriş qapısının önündə qoyulur. 14) “ch04_**********2744” adlı video görüntü əvvəlki görüntüdə olan sahəni və 1-3-cü video görüntüdə olan sahəni digər əks tərəfdən qeydə alır, 01 saat 07 dəqiqə 19 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 19:27 radələrindən 20:34 radələrinə kimi davam edir. Həmin video görüntüdə qeyd edilmiş saatlarda şəxslərin həyətə gəlməsi əks olunur, orada olan şəxslər süfrənin hazırlanması ilə məşğul olurlar. Saat 20:12 radələrində əvvəlcə Təqsirləndirilən şəxs5 daha sonra Şahid2 həyətyanı sahədə namaz qılması görünür. Saat 20:24 radələrində əvvəlcədən qeyd edildiyi kimi Şahid4 həyətdən çıxır, bir müddət sonra sonuncu həyətin qapısına kimi gətirdiyi bir nəfər hicablı qadın həyətyanı sahəyə, sonra binaya daxil olur. 15) “ch04_**********3503” adlı video görüntü əvvəlki görüntüdə olan sahəni və 1-3-cü video görüntüdə olan sahəni digər əks tərəfdən qeydə alır, 01 saat 07 dəqiqə 19 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 20:35 radələrindən 21:42 radələrinə kimi davam edir. Səkkizinci video görüntüdə təsvir edilmiş şəxslərin həyətyanı sahəyə daxil olması müşahidə edilir. Həyətdə olan şəxslər yeməklərin və süfrənin hazırlanması ilə məşğul olurlar. 16) “ch04_**********4223” adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 20 saniyədən ibarət olmaqla görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 21:42 radələrindən 22:49 radələrinə kimi davam edir. Lakin 22:39 radələrində kameranın istiqaməti dəyişildiyi üçün iş üçün əhəmiyyət kəsb edən görüntünün qeydə alınması mümkün olmur. Saat 22:30 radələrinə kimi olan müddətdə həyətyanı sahədə olan şəxslər yemək yedikdən sonra məclislərini yekunlaşdırır Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Şahid3, Şahid2, Şahid1 başqa bütün şəxslər digərləri ilə sağollaşıb həmin yerdən çıxıb gedirlər. Ancaq qeyd olunan şəxslər həmin yerdə qalıb yır-yığışla məşğul olurlar. Saat 22:34-da yaşayış binasının sakini olan Zərərçəkmiş şəxs həmin şəxslərin təşkil etdiyi süfrənin yanından keçib yaşayış binasının girişinə doğru hərəkət etdiyi zaman Təqsirləndirilən şəxs1 məlum olduğu kimi Zərərçəkmiş şəxs arxadan çağıraraq özü də ona yaxınlaşıb əvvəllər onun ünvanına nalayiq ifadələr işlətməsini bildirib Zərərçəkmiş şəxsla mübahisə edərək onun üz nahiyəsi sillə, bədən nahiyəsindən isə təpik zərbəsi ilə qəsdən vurur, sonra bunun qarşılığında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ayağından tutaraq itələyib onu yerə yıxır, bunu görən Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan silah qismində istifadə olunan dəyənəyə oxşar əşya ilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə çoxsaylı əl zərbələri ilə Zərərçəkmiş şəxs qəsdən vurub sonuncunun müqavimətini qırır, Təqsirləndirilən şəxs1 yerdən ayağa qalxaraq Zərərçəkmiş şəxs əlləri ilə bir neçə dəfə üz nahiyəsinə qəsdən zərbə vurub daha sonra onu qrupun digər üzvlərindən bir qədər kənara çəkir, Təqsirləndirilən şəxs1 bu dəfə sol əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə şillə vurur, bunun qarşılığında Zərərçəkmiş şəxs onu yumruq zərbəsi ilə vurub yerə yıxır, həmin anda Təqsirləndirilən şəxs2 bir anlıq Zərərçəkmiş şəxs itələyib onu tutsa da daha sonra buraxıb ondan uzaqlaşır, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs üstünə hücum edib əl və ayaq zərbələri, Təqsirləndirilən şəxs5 isə ayaq zərbəsi ilə Zərərçəkmiş şəxs vurub onu divara sıxaraq müqavimətini qırdıqdan sonra Təqsirləndirilən şəxs1 bükülü vəziyyətdə olan Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir neçə dəfə yumruq zərbələri ilə qəsdən vurur, daha sonra Zərərçəkmiş şəxs ayağa durub Şahid2 sakitləşdirməsi ilə onlardan aralanaraq yaşadığı mənzilə qalxır. Saat 22:38 radələrində Zərərçəkmiş şəxs əlində bıçaqla binanın həyətinə düşdükdən sonra həmin vaxt həyətyanı sahədən bayırda olan digər şəxslərə tərəf tələsik getmək istəsə də qapı bayır tərəfdən tutub saxlanıldığı üçün çölə çıxa bilmir, daha sonra Zərərçəkmiş şəxs binanın girişinə təfə gəlir, iş materiallarından məlum olduğu kimi onun həya yoldaşı Şahid5 binanın giriş hissəsinə düşüb həyətyanı sahənin girişinə doğru nə isə deyib əl hərəkətləri etdikdən sonra yenidən binaya daxil olur, daha sonra Zərərçəkmiş şəxs binanın giriş hissəsində dayandığı zaman Təqsirləndirilən şəxs1 həyat yanı sahəyə daxil olub oturduqları süfrənin yanında olan bir ədəd şüşə butulkanı götürüb binanın giriş hissəsində dayanmış Zərərçəkmiş şəxs istiqamətində atır, həmin şüşə butulka yerə düşüb sındıqdan sonra başqa bir şüşə butulkanı götürüb bu dəfə Zərərçəkmiş şəxs doğru gedərək ona yaxınlaşdıqdan sonra həmin əşyanı əlində yuxarı qaldırıb zərbə endirmə vəziyyətini alıb gözləyir, həmin vaxt əvvəlki video görüntüdəndə göründüyü kimi Təqsirləndirilən şəxs4 əlində taxta dəyənək yəni, bita ilə Zərərçəkmiş şəxs tərəf gəlsə də bunu heç kimə qarşı tətbiq etmir. Zərərçəkmiş şəxs və digərləri üz-üzə dayanıb söhbət edir, həmin vaxt sözlə mübahisə olsa da heç bir münaqişə baş vermir. Saat 22:39 radələrində iş materiallarından məlum olduğu kimi Təqsirləndirilən şəxs3 kameranın istiqamətini dəyişdiyi üçün bundan sonra görüntü qeydə alınması mümkün olmur (cild 2, i.v. 81-90); 19 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 2, i.v. 105-111); cinayət əməlinin tövsif edilməsi haqqında 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir (cild 2, i.v. 112-113); şübhəli şəxsin tutulması haqqında 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək həmin tarixdə saat 13:20-də tutulmuşdur (cild 2, i.v. 118); təqsirləndirilən şəxs qismində cəlb etmə və ona ittiham elan etmək haqqında 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 2, i.v. 135-137); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-390/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 1 ay 1 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.158-166); ibtidai istintaq müddətinin uzadılması haqqında 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, 5 ayadək, yəni 20 oktyabr 2022-ci il tarixədək uzadılmışdır (cild 2, i.v. 233-235); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-431/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 1 ay 29 gün olmaqla, cəmi 3 ayadək, yəni 19 oktyabr 2022-ci il tarixədək uzadılmışdır (cild 2, i.v. 239-243); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X22 03 avqust 2022-ci il tarixli T 375/2022 saylı canlı şəxsin təkrar ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın əzilmiş yarası, döş qəfəsinin, qarının ön divarının, sağ sağrı nahiyələrin dərialtı hematomaları, sağ gözətrafı nahiyənin, hər iki bazunun, sağ çiyin oynağı nahiyəsinin qançırları, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşya (əşyaların) təsirindən törənmiş, kənar şəxs tərəfindən yumruq və təpiklə həmin nahiyələrə yetirilən zərb nəticəsində qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər (cild 3, i.v. 62-65); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X22 03 avqust 2022-ci il tarixli T 374/2022 saylı canlı şəxsin təkrar ekspertizası haqqında ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 oğlunda baş-beyin silkələnməsi, başın sol-təpə gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, üst dodağın əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşya (əşyaların) təsirindən törənmiş, kənar şəxs tərəfindən yumruqla həmin nahiyələrə yetirilən zərb nəticəsində qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə istər ümumilikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər (cild 3, i.v. 66-68); 08 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 3, i.v. 74-79); 08 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 3, i.v. 80-85); 08 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 3, i.v. 86-91); 13 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 3, i.v. 92-97); məlumatların könüllü təqdim edilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən hadisə zamanı Zərərçəkmiş şəxs əlində iki bıçaqla qaçaraq onlara xəsarət yetirməyə cəhd etməsini, hadisə yerində olan əşyaları dağıtmasını əks etdirən 5 ədəd video görüntü olan və Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs4 mehriban formada dayanmasını əks etdirən 2011-ci ilə aid fotoşəkil olan 01 ədəd disk istintaqa təqdim edilmişdir (cild 3, i.v. 98); diskə baxış keçirilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən təqdim olunmuş diskə baxış keçirdikdə müəyyən olmuşdur ki, həmin diskdə şərti olaraq nömrələnmiş 1) “VİD-20220927-WA0007”, 2) “VİD- 20220927-WA0008”, 3) “VİD-20220927-WA0009", 4) “VİD-20220927- WA0010” və 5) “VİD-20220927-WA0011” adlı video görüntülər, həmçinin “WhatsApp İmage 2022-09-27 at 10.22.17” adlı fotoşəkil olması müəyyən edilmişdir. Həmin video görüntülərdən birincisi 25 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 22:43 radələrində qeydə alınmışdır. Həmin görüntüdə iş materiallarına əsasən Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının qarşısındakı həyatyanı sahədə bir nəfər kişi cinsindən olan şəxsin hadisə yerində olan əşyaları götürüb həyətyanı sahənin giriş qapısına tərəf tullaması, daha sonra binaya daxil olması əks olunur. İkinci video görüntü 4 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 22:31 radələrində qeydə alınmışdır. Bu görüntüdə iş materiallarına əsasən Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının pilləkənlərindən Zərərçəkmiş şəxs əlində olan bıçağa bənzər iki ədəd əşya ilə sürətli şəkildə aşağı düşməsi öz əksini tapmışdır. Üçüncü video görüntü 01 dəqiqə 08 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 04 may 2022-ci il tarixdə saat 02:10 radələrində qeydə alınmışdır. Həmin video görüntüdə biri yuxarında qeyd edilmiş birinci video görüntüdə olan şəxs olmaqla əlavə bir nəfər kişi cinsindən olan şəxslə birlikdə sözü gedən hadisənin baş verdiyi yerdə əllərində olan işıqla nə isə axtarması, daha sonra həmin şəxslər tərəfindən görüntünü qeydə alan video kameranın istiqamətinin yuxarı doğru dəyişməsi əks olunur. Kameranın istiqaməti dəyişsə də görüntü qeydə alınması davam edir, daha sonra görünür ki, həmin şəxslərlə yanaşı əlavə bir nəfər kişi cinsindən olan şəxslə birlikdə əllərində olan işıqlarla nə isə axtarmağa davam edirlər. Dördüncü video görüntü 09 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 04 may 2022-ci il tarixdə saat 02:10 radələrində qeydə alınmışdır. Bu görüntüdən görünür ki, birinci və üçüncü, dördüncü video görüntüdə olan şəxsin sözü gedən hadisə yerinə yəni, həyətyanı sahəyə daxil olması əks olunur. Beşinci video görüntü də 52 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 22:49 radələrində qeydə alınmışdır. Bu video görüntüdə iki nəfər hicab geyimli qadının sözü gedən hadisə yerində olan əşyaları dağıtması, daha sonra polis əməkdaşlarının həyətyanı sahəyə daxil olaraq həmin şəxslərlə danışaraq sakitləşdirməsi əks olunur. Bunlardan başqa diskdə olan 01 ədəd fotoşəkildə 15 nəfər şəxsin süfrə arxasında dayanıb fotoşəkil çəkdirməsi, iş materiallarına əsasən həmin fotoşəkildə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs4 və Şahid4 mehriban formada dayanması əks olunur. Həmin fotoşəkil çap olunaraq protokola əlavə edilmişdir (cild 3, i.v. 111-112); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə başlanmış cinayət işinə xx.xx.2018-ci il tarixdə CPM-nin 39.1.11-ci maddəsi ilə xitam verilmişdir (cild 3, i.v. 120- 121); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (cild 3, i.v. 122); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (cild 3, i.v. 123); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (cild 3, i.v. 124); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (cild 3, i.v. 125); təqsirləndirilən şəxs qismində cəlb etmə və ona ittiham elan etmək haqqında 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs5 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 3, i.v. 133-135); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs5 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 3, i.v. 154-156); təqsirləndirilən şəxs qismində cəlb etmə və ona ittiham elan etmək haqqında 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 3, i.v. 164-166); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 3, i.v. 186-188); təqsirləndirilən şəxs qismində cəlb etmə və ona ittiham elan etmək haqqında 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 3, i.v. 196-198); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 3, i.v. 217-219); cinayət əməlinin tövsif edilməsi haqqında 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir (cild 3, i.v. 233-235); təqsirləndirilən şəxs qismində cəlb etmə və ona ittiham elan etmək haqqında 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 3, i.v. 240-242); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 4, i.v. 10-12); təqsirləndirilən şəxs qismində cəlb etmə və ona ittiham elan etmək haqqında 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 4, i.v. 17-19); sübutların qiymətləndirilməsi haqqında 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3cü, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 barəsində CM-nin 221.3 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs2 barəsində CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilmiş, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdikləri içərisində videogörüntülər və fotoşəkillər olan 3 ədəd disk və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 18093 saylı müşayiət məktubu ilə göndərilmiş 1 ədəd diskə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-tibbi ekspertizasının 3 avqust 2022-ci il tarixli T374/2022 saylı, 3 avqust 2022-ci il tarixli T375/2022 saylı, 4 may 2022-ci il tarixli 458 saylı və 10 may 2022-ci il tarixli 483 saylı rəyləri sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdikləri içərisində videogörüntülər və fotoşəkillər olan 3 ədəd disk və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 18093 saylı müşayiət məktubu ilə göndərilmiş 1 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılması nəzərə alınmış, ********* nömrəli cinayət işindən Zərərçəkmiş şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 4, i.v. 60-97); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-544/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin 20 gün olmaqla, ümumi 3 ay 20 gün müddətinə, yəni 8 noyabr 2022-ci il tarixədək uzadılmışdır (cild 4, i.v. 214-217); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-499/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin yekun məhkəmə aktı çıxarılanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır; təqsirləndirilən şəxs qismində cəlb etmə və ona ittiham elan etmək haqqında 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 1(011)-523/2022 saylı cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 06 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər yəni, xuliqanlıq etmişdir. Belə ki, Zərərçəkmiş şəxs 03 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəsində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və başqalarının “Ramazan” bayramı ilə əlaqədar təşkil etdikləri bayram süfrəsinin yanından keçib yaşayış binasının girişinə doğru hərəkət edərkən Təqsirləndirilən şəxs1 arxadan onu çağırmasına görə geri qayıdıb sonuncuya yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs1 özü və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı ona irad tutmasını cüzi səbəb kimi bəhanə edərək həmin vaxt yaşayış binasında və həyətyanı sahədə olan sakinlərin və digər şəxslərin istirahətinə mane olmaqla onların gözü qarşısında kobud şəkildə Təqsirləndirilən şəxs1 və digərlərinin ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək, onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan əli ilə qəsdən Təqsirləndirilən şəxs1 üz nahiyəsindən vurub sonuncunu itələyərək yerə yıxmış, Təqsirləndirilən şəxs1, qardaşı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı xuliqanlıq hərəkətləri etdikdən sonra Təqsirləndirilən şəxs1 sonuncunu digər şəxslərdən kənara çəkib əynindəki gödəkçəni düzəldərək sakitləşdirməyə çalışarkən Zərərçəkmiş şəxs yenidən Təqsirləndirilən şəxs1 və digərlərinin ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətlərini davam etdirib qəfildən Təqsirləndirilən şəxs1 üz nahiyəsindən qəsdən yumruq zərbəsi vuraraq sonuncunu yenidən yerə yıxmış, bununla da qəsdən vurduğu zərbələrlə Təqsirləndirilən şəxs1 baş beyin silkələnməsi, başın sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, üst dodağının əzilmiş yarası kimi ayrı-ayrılıqda və ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş, nəticədə Zərərçəkmiş şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər yəni, xuliqanlıq etmişdir; Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 11367815 nömrə şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.2011-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs5, anası isə Günay Vəliyevadır; Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrə şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2017-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs5, anası isə Günay Vəliyevadır; Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal İstismar Birliyinin 85 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 524350 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs4, anası isə X15r; Bakı şəhəri Xətai rayon VVADQ tərəfindən verilmiş AZ-İ seriyalı 786495 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs4, anası isə X15r; Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal İstismar Birliyinin 87 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X6 vardır; Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal İstismar Birliyinin 66 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur; 2 saylı Bakı “ASAN Xidmət” X17 tərəfindən verilmiş AZ-İİİ seriyalı 168811 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə X4; 2 saylı Bakı “ASAN Xidmət” X17 tərəfindən verilmiş AZ-İİİ seriyalı 336652 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə X4; Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal İstismar Birliyinin 85 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Bakı şəhəri Xətai RİHB-nın 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 tərəflərindən təşkil edilmiş bir neçə tədbirdə fəal iştirak etmiş, həmçinin aztəminatlı şəhid və qazi ailələrinə qayğısı ilə seçilmişdir; 2 saylı Bakı “ASAN Xidmət” X17 tərəfindən verilmiş AZ-İV seriyalı 800698 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası isə X1r; Bakı şəhəri Xətai rayon Mənzil-Kommunal İstismar Birliyinin 66 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur; məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 arasında dostluq münasibətləri olmuşdur. məhkəməyə təqdim olunmuş Təqsirləndirilən şəxs2 ərizəsindən görünür ki, o, heç bir xuliqanlıq hərəkəti etmədiyini, zərərçəkmiş şəxsin qardaşı Faiqi yenidən vurub xəsarət yetirməməsi üçün sağ çiyninə və qarın nahiyyəsinə vurduğunu, əməlindən səmimi peşman olduğunu göstərmişdir. məhkəməyə təqdim olunmuş Təqsirləndirilən şəxs1 ərizəsindən görünür ki, o, heç bir xuliqanlıq hərəkəti etmədiyini, zərərçəkmiş şəxsin onu söyüb və vurub xəsarət yetirdikdən sonra hirsini soyutmaq üçün Ceyhunun qarnının sol böyür hissəsinə yumruğu ilə iki dəfə zərbə vurduğunu, əməlindən səmimi peşman olduğunu göstərmişdir. məhkəməyə təqdim olunmuş Təqsirləndirilən şəxs5 ərizəsindən görünür ki, o, heç bir xuliqanlıq hərəkəti etmədiyini, hadisə zamanı zərərçəkmiş şəxsin sol əlində bıçaq yaxud hər hansı küt əşya olmasını güman edərək sol təpiyi ilə bir dəfə zərbə endirdiyini, həmin vaxt təpik zərərçəkmiş şəxsin sinə nahiyyəsinə dəydiyini, əməlindən səmimi peşman olduğunu göstərmişdir. məhkəməyə təqdim olunmuş Təqsirləndirilən şəxs3 ərizəsindən görünür ki, o, heç bir xuliqanlıq hərəkəti etmədiyini, hadisə zamanı zərərçəkmiş şəxs söyüş söydüyünə və dostu Təqsirləndirilən şəxs1 vurmasına görə həmin vaxt onun üz nahiyyəsindən sağ əli ilə sillə ilə üzündən bir dəfə vurmasını, əməlindən səmimi peşman olduğunu göstərmişdir. məhkəməyə təqdim olunmuş Təqsirləndirilən şəxs4 Füzuli oğlunun ərizəsindən görünür ki, o, heç bir xuliqanlıq hərəkəti etmədiyini, hadisə zamanı zərərçəkmiş şəxsi aralaşdırmaq istəyərkən Ceyhunun ona da yumruq zərbələri atdığından, ona müqavimət göstərmiş, iki-üç dəfə ceyhunun baş və sinə nahiyyəsinə yumruqla vurduğunu, əməlindən səmimi peşman olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı videogörüntülərə baxış keçirilmiş, baxış zamanı 16 iyul 2022-ci il tarixli baxış protokolundan fərqli olaraq 03 may 2022-ci il tarixdə saat 22:34-dən başlayaraq hadisəni əks etdirən video görüntüdən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəyə daxil olduqda Təqsirləndirilən şəxs1 onu arxadan səsləmiş, sonra isə ona yaxınlaşaraq əlini çiynini qoyub danışan zaman Zərərçəkmiş şəxs ona qəflətən yumruqla vurmuşdur, Təqsirləndirilən şəxs1 isə ona qarşılıq vermək istəyən zaman sonuncunun ayağından tutaraq onu yerə yıxmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs1 ətrafdakıları uzaqlaşdıraraq Zərərçəkmiş şəxs kənara çəkmiş, o, isə gödəkçəsini endirərək münaqişəyə davam etməyə hazırlaşan zaman Təqsirləndirilən şəxs1 onun gödəkçəsini qaldırıb onu sakitləşdirməyə çalışsa da, Zərərçəkmiş şəxs ona yenidən yumruq zərbəsi ilə vurub yerə yıxmış və bundan sonra Təqsirləndirilən şəxs1 ayağa qalxaraq zərərçəkmiş şəxsin onları ayıranlarla mübahisə edərək dalaşdığını görərək ona qarşılıq verib yumruqla vurmuşdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, təqsirləndirilən şəxslərin törətmiş olduqları əmələ düzgün hüquqi qiymət verilməmiş, onların əməlləri düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 03 may 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxslərin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Məhkəmə həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi apararaq qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməsi ilə bağlı ittiham elan olunsa da, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 əməlində xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim olunmuş videogörüntülərə baxış keçirdikdə müəyyən olunur ki, 03 may 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 yumruq zərbəsi ilə vuraraq sonuncunu yerə yıxdığından və ona xəsarət yetirməyə davam etdiyindən, Təqsirləndirilən şəxs2 qardaşını müdafiə etmək məqsədilə zərərçəkmiş şəxsə əlində olan preslənmiş karton parçası ilə vurmuş, sonra isə onu qucaqlayaraq mübahisəni sonlandırmaq üçün kənara çəkmişdir. Həmçinin, zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs1 təkrarən yumruq zərbəsi endirilsə də bu dəfə Təqsirləndirilən şəxs2 kənara çəkilmiş və münaqişəyə heç bir müdaxilə etməmişdir, buradan da aydın görünür ki, Təqsirləndirilən şəxs2 ictimai qaydanı kobud surətdə pozma, cəmiyyətə açıq hörmətsizlik etmə niyyəti olsa idi, həmin vaxt kənara çəkilmədən, hadisələrin axarına yenidən müdaxilə edərək qərəzli hərəkətlər nümayiş etdirmiş olardı. Həmçinin, hadisə zamanı istifadə edildiyi güman edilən taxta parçası da istintaq orqanı tərəfindən hadisə yerində müəyyən edilməmişdir, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmişə xəsarət yetirməsi əsas gətirilərək ona məhz Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə qeyd etməlidir ki, Zərərçəkmiş şəxs hadisəyə qonşusu Şahid6 Ələskər qızının şahid olmasını və onun ibtidai istintaq zamanı verdiyi ifadəsində Faiq, Zaur və Arazın onu birlikdə yığışıb döymələrini gördüyünü, bu zaman həmin şəxslərin onun ünvanına çox ağır nalayiq uca səslə təhqiramiz ifadələr işlətmələrini, onu ağır söyüşlərlə söymələrini, Zaurun taxta parçası ilə onu vurmasını təsdiqlədiyini bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Ələskər qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlarla razı olmadığını, hadisə baş verən zaman aşağıdan söyüş səsləri eşitsə də, konkret kim tərəfindən söyüldüyünü bilmədiyini və Zaurun taxta parçası ilə Ceyhunu vurmasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında hadisənin bilavasitə şahidi olmuş şəxslər də öz ifadələrində Təqsirləndirilən şəxs2 əlində hər hansı bir silah qismində istifadə oluna biləcək əşyanın olmadığını, sadəcə yaxınlıqda yerləşən tikilidən tapdıqları və manqal qalamaq üçün gətirdikləri preslənmiş kartonun olduğunu bildirmişlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni zamanda yuxarıda adı çəkilən qərardadda göstərilir ki, təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs2 hərəkətlərində xuliqanlıq motivinin olması, yəni onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması toplanmış sübutlarla təsdiq edilmir. Bundan başqa, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməsi ilə bağlı ittiham elan olunsa da, məhkəmə istintaqı zamanı qeyd olunan şəxslərin əməllərində xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə yol verilməsi sübuta yetirilməmişdir. Məhkəməyə təqdim olunmuş videogörüntülərə baxış keçirdikdə müəyyən olunur ki, 03 may 2022-ci il tarixdə saat 22:34-də Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəyə daxil olduqda Təqsirləndirilən şəxs1 onu arxadan səsləmiş, sonra isə ona yaxınlaşaraq əlini çiynini qoyub danışan zaman Zərərçəkmiş şəxs ona qəflətən yumruqla vurmuşdur, Təqsirləndirilən şəxs1 isə ona qarşılıq vermək istəyən zaman sonuncunun ayağından tutaraq onu yerə yıxmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs1 ətrafdakıları uzaqlaşdıraraq Zərərçəkmiş şəxs kənara çəkmişdir. Zərərçəkmiş şəxs isə gödəkçəsini endirərək münaqişəyə davam etməyə hazırlaşan zaman Təqsirləndirilən şəxs1 onun gödəkçəsini qaldırıb yenidən onu sakitləşdirməyə çalışsa da, Zərərçəkmiş şəxs ona yumruq zərbəsi vurub yerə yıxmış və bundan sonra Təqsirləndirilən şəxs1 ayağa qalxaraq zərərçəkmiş şəxsin onları ayıranlarla mübahisə edərək dalaşdığını görərək ona qarşılıq verib yumruqla vurmuşdur ki, qeyd olunan bu hallar Təqsirləndirilən şəxs1 tərəfindən xuliqanlıq cinayətinin törədilməsi kimi qiymətləndirilə bilməz. Videogörüntüyə baxış zamanı aşkar edilmiş bu hallar, ibtidai istintaq orqanının sübut qismində təqdim etdiyi 16 iyul 2022-ci il tarixli baxış protokolu ilə uyğunsuzluq təşkil edir. Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs sosial şəbəkələrdə onun və ailəsinin barəsində təhqiramiz sözlər yazdığından o, sonuncunun istifadəsində olan mobil nömrəyə zəng vurmuş və Zərərçəkmiş şəxs həmin danışıq zamanı ona “var-yox” söyüşü söymüşdür, 03 may 2022-ci il tarixdə o, bu söyüşləri xatırlayıb onunla bu barədə danışmaq istədiyi üçün onu həmin vaxt arxadan səsləmişdir, lakin gözləmədiyi bir anda Zərərçəkmiş şəxs yumruq zərbəsinə məruz qalmışdır. Əlavə olaraq nəzərə çatdırılmalıdır ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamda onun 03 may 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəsində Zərərçəkmiş şəxs arxadan çağıraraq özü də yaxınlaşdıqdan sonra, sonuncunun əvvəllər onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edərək qardaşı Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşib həmin vaxt yaşayış binasında və həyətyanı sahədə olan sakinlərin və digər şəxslərin istirahətinə mane olmaqla onların gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən sillə, bədən nahiyəsindən isə təpik zərbəsi vurması, bunun qarşılığında sonuncunun Təqsirləndirilən şəxs1 ayağından tutaraq itələməsi qeyd edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 ifadəsində hadisə günü Zərərçəkmiş şəxs yaxınlaşan zaman ona sillə vurmadığını, əlini onun çiyninə qoyduğunu bildirmiş, Zərərçəkmiş şəxs və Şahid5 ifadələrində verilmiş ittihamdan fərqli olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs çağırdığını, Ceyhunun Faiqə yaxınlaşdığı zaman Faiqin ona sillə yox, yumruq vurduğunu, bundan sonra Ceyhunun ona güc tətbiq etdiyini göstərmişlər. Hadisəni əks etdirən video görüntülərə keçirilmiş baxış zamanı isə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə yumruq vurması müşahidə olunmamışdır. Göstərilən bu hallar Təqsirləndirilən şəxs1 ifadəsinin daha mötəbər və inandırıcı olmasına dəlalət edir. Bundan başqa məhkəmə, ittiham tərəfinin sübut kimi istinad etdiyi şahid ifadələri ilə bağlı qeyd edir ki, Şahid6 Ələsgər qızı məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməyərək Zaurun Ceyhunu taxta parçası ilə vurmasını görmədiyini, bu məzmunda ifadə vermədiyini bildirmişdir. Digər Şahid4 isə hadisəni görmədiyini, həyat yoldaşı Şahid6 eşitdiyini bildirmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Şahid5 zərərçəkmiş şəxsin həyat yoldaşı olmaqla təqsirləndirilən şəxslərlə hadisədən əvvəl qərəzli münasibətdə olmuşdur. İş üzrə Şahid7 Aqil Babayevin barəsində olan cinayət işi ilə əlaqədar təqsirləndirilən şəxslərlə qərəzli olması məhkəmə istintaqı zamanı verilmiş ifadələrlə, iş materialları ilə təsdiq olunmuşdur. Eyni zamanda, videogörüntüyə baxış zamanı Şahid7 hadisədən sonra polis əməkdaşları gəlməmişdən əvvəl hadisə yerində stolu vurub dağıtması təqsirləndirilən şəxslərlə qərəzli münasibətdə olmasını bir daha sübut etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları həmin şahid ifadələrinin doğruluğunu şübhə altına alır. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 1(011)-523/2022 saylı digər cinayət işinə əlavə olunmuş və müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Zərərçəkmiş şəxs barəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə və sübutların qiymətləndirilməsi barədə qərarlarda göstərilmişdir ki, Zərərçəkmiş şəxs 03 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəsində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və başqalarının “Ramazan” bayramı ilə əlaqədar təşkil etdikləri bayram süfrəsinin yanından keçib yaşayış binasının girişinə doğru hərəkət edərkən Təqsirləndirilən şəxs1 arxadan onu çağırmasına görə geri qayıdıb sonuncuya yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs1 özü və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı ona irad tutmasını cüzi səbəb kimi bəhanə edərək həmin vaxt yaşayış binasında və həyətyanı sahədə olan sakinlərin və digər şəxslərin istirahətinə mane olmaqla onların gözü qarşısında kobud şəkildə Təqsirləndirilən şəxs1 və digərlərinin ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək, onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan əli ilə qəsdən Təqsirləndirilən şəxs1 vuraraq xəsarət yetirmişdir. Qeyd olunan fakt belə nəticəyə gəlməyə əsas verir ki, eyni istintaq orqanı və müstəntiq tərəfindən eyni hadisə üzrə iki cinayət işi barədə tərtib olunmuş sənədlərdə əsaslı ziddiyyətlərin mövcudluğu təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif olunmamasına gətirib çıxartmışdır. Məhkəmə Təqsirləndirilən şəxs5 törətdiyi əməllə bağlı qeyd edir ki, hadisəyə şahid olmuş şəxslərin ifadələrindən və videogörüntülərdən göründüyü kimi, ilk epizodda Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs1 xəsarət yetirilən zaman Təqsirləndirilən şəxs5 ona heç bir müdaxilə etməmişdir, lakin ikinci epizodda zərərçəkmiş şəxs tərəfindən Faiqə yenidən yumruq zərbəsi yetirildiyindən onlar Ceyhungilə yaxınlaşıb aralaşdırmağa başlamışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs5 ifadəsində qeyd etmişdir ki, həmin vaxt Ceyhun həyətdə olan təqsirləndirilən şəxslər və digərlərini uca səslə təhqir edib söydüyündən, eyni zamanda hadisə zamanı Ceyhunun sol əlində bıçaq yaxud hər hansı küt əşya olmasını güman edərək sol təpiyi ilə bir dəfə zərbə endirmiş, həmin vaxt təpik zərərçəkmiş şəxsin sinə nahiyyəsinə dəymişdir. Bundan başqa, məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ifadəsində bildirmişdir ki, Ceyhun Faiqə zərbələr endirmiş, söyüş söyməyə davam etmiş və sakitləşməmişdir. O da onu saxlamaq məqsədi ilə onun üstünə cummuşdur. Həmin vaxt Ceyhun ona yumruq zərbəsi endirmiş və o da ona zərbə ilə cavab vermişdir. Daha sonra Ceyhun bloka daxil olarkən “gözləyin, görərsiz nə olacaq” demiş və mənzilinə yollanmışdır. Ceyhunun daha sonra əlində iki bıçaqla aşağı düşmüşdür. Ceyhun daha sonra evə qalxdıqda binanın pəncərəsinə vurmuş və nəticədə şüşə qalıntıları onun üzərinə tökülmüşdür. Bundan başqa, məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ifadəsində bildirmişdir ki, Faiq yaşça ondan böyük olduğundan və ona olan hörmətindən onun Ceyhun tərəfindən döyülməyini kənarda dayanıb izləyə bilməmiş, bu səbəblə Ceyhunu saxlamaq üçün onun qarşısına keçmişdir. Ceyhun isə həmin məqamda “sizi görüm ......... olasız” deyə təhqirlər ünvanlamışdır. O isə Ceyhuna sillə vurub etdiklərinə son verməsini istəmişdir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlardan məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs onların ünvanlarına nalayiq ifadələr işlətməsindən, onların şərəf və ləyaqətlərini alçaltmasından, onların gözləri qarşısında yaxın dostları olan, onlardan yaşca böyük olan və zərərçəkmiş şəxsdən zəif olan Faiqi vurduğu üçün ona xəsarət yetirmişlər. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 arasında uzun illərdir ki, dostluq münasibətləri olmuşdur. Sözügedən hal həm zərərçəkmiş şəxs, həm təqsirləndirilən şəxslər, həm də məhkəməyə təqdim olunmuş fotoşəkillərlə öz təsdiqini tapmışdır. Onların arasında olan münasibətlərin pozulmasına səbəb isə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxslərin ortaq dostları olan Aqil Babayevin barəsində dələduzluq cinayəti törətməsi ilə bağlı BMCMİ-nə təqsirləndirilən şəxslərin şikayət etmələri və bundan sonra Aqil Babayevin həbs edilməsi olmuşdur. Həm təqsirləndirilən şəxslərin, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, münaqişə və təqsirləndirilən şəxslərin sonrakı qanunsuz hərəkətləri zərərçəkmiş şəxsin təşəbbüsü ilə, yəni Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 yumruq zərbəsi ilə vuraraq yerə yıxmasından və ətrafdakıları söyməyindən sonra baş vermişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 03 may 2022-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış, nəticədə zərərçəkmiş şəxsə və Təqsirləndirilən şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Belə olan halda hadisənin təşəbbüskarının kimliyi hadisəyə hüquqi qiymətin verilməsi və əməlin tövsifi üçün əhəmiyyət kəsb etməsə də, bilavasitə mübahisənin ilk olaraq Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlaması cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətinin təsiri altında törədildiyinə dəlalət edir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin əməlləri, hətta onların hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, təqsirləndirilən şəxslərin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranışı kimi qiymətləndirildiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları təqsirləndirilən şəxslərin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisəni əks etdirən video görüntülər və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Təqsirləndirilən şəxslərin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətlərinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, onların hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, qanunsuz hərəkətinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində qabaqcadan əlbir olmayan bir qrup şəxs tərəfindən sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında 20 aprel 1999-cu il tarixli qərarında göstərilir ki, “İctimai təhlükəlilik baximından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. O, cinayətin törədilməsində iştirakçılığın sadə forması kimi qəbul edilir. Vaxtından və yerindən asılı olmayaraq, cinayətin birlikdə törədilməsi gedişində iki və ya daha çox şəxsin arasında hər hansı bir sadə razılığın mövcudluğu bir qrup şəxsin yeganə əlamətidir. Belə qrup tərkibində cinayət törədilməsindəki iştirakçılıq təsadüfi birləşmə, birdən-birə ortaya çıxan hər hansı bir vəziyyət, habelə yanlış anlaşılan həmrəylik hissi kimi hallarda da mümkündür.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməllərini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 əməlini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdləri Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduqlarından onların əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: - tutulduğu və həbsdə saxlanıldığı müddət; - ev dustaqlığında saxlanıldığı müddət; - məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; - Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs5 himayəsində 2 azyaşlı övladının olmasını (CM- 59.1.4), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs5 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs4 əməlindən səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində 2 azyaşlı övladının olmasını (CM- 59.1.4), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı övladının olmasını (CM- 59.1.4), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, aztəminatlı şəhid və qazi ailələrinə köməklik göstərməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı övladının olmasını (CM- 59.1.4), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin islah olunmaları onları cəmiyyətdən təcrid etmədən mümkün olduğuna görə onlara müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2ında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs5 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs5 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs5 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs4 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut – hadisənin videogörüntülərini özündə əks etdirən 3 ədəd disk və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 18093 saylı müşayiət məktubu ilə göndərilmiş 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 CM-nin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2ını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və o, cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs5 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs5 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs4 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – hadisənin videogörüntülərini özündə əks etdirən 3 ədəd disk və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 18093 saylı müşayiət məktubu ilə göndərilmiş 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-499/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-499/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver