Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-499/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkuluğu ödənilmiş, Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 230110294 saylı cinayət işi istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə saat 12:42-də "xxxx" MMC şirkətinə məxsus olmaqla 51 nömrəli marşrut xətti üzrə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Daevoo BS090» markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsindən Ç.Kərimov küçəsinə doğru saatda 20-25 km sürətlə sağ istiqamətdə dönmə əməliyyatı apararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtobusun sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadalara yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməklə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bu yol hərəkəti qaydalarına riayət etməyərək Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yolun hərəkət hissəsindəki nizamlanmayan piyada keçidini soldan sağa doğru adi yerişlə keçməkdə olan azyaşlı piyada X2 idarə etdiyi avtobusun qabaq tərəfi ilə nizamlanmayan piyada keçidinin üzərində vuraraq ehtiyatsızlıqdan ona sol yuxarı və sol aşağı ətraf, döş qəfəsinin ön, arxa, qarın, bel, çanaq, hər iki sarğı, qasıq və oma nahiyələrinin küt travmaları nəticəsində daxili üzvlərin azqanlığı və ürəkdə saylı Minakov ləkələri ilə qeyd olunan kəskin və çoxlu qanitirmə ilə nəticələnən döş qəfəsinin sağ və sol yarısında qabırğaların çoxsaylı qapalı sınıqları və sınıqlar ətrafı yumşaq toxumalarda dərialtı qansızmalar, ağciyərin hər iki payında, qaraciyərdə və dalaqda əzilmiş-cırılmış yaralar, sol dirsək oynağı daxili sümüklərin, sağ və sol qasıq sümüklərinin çox qəlpəli açıq sınıqları ilə qeyd olunan əzilmiş-cırılmış yaralar, çanaq, qalça və oma sümüklərinin çox qəlpəli qapalı sınıqları, sınıqlar ətrafı dərialtı yumşaq toxumalarda qansızmalar, sol çiyinüstü, sol çiyin qurşağı, bel, sol sarğı və qarın nahiyələrində qançırlar və sol bazu nahiyəsində nəm sıyrıq kimi həyati olub, ölümlə birbaşa səbəbli əlaqəli olan, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Saleh Quliyevin aldığı çoxsaylı ağır küt travma fonunda artan hemorragik və travmatik şokdan hadisə yerində ölümünə səbəb olması ilə nəticələnən yol-nəqliyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 25 may 2023-cü il tarixdə «Daevoo BS090» markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobusla saat 12:30 radədərində Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ilə saatda təxminən 20-25 km/saat sürətlə hərəkət edib Ç.Kərimov küçəsinə doğru sağ istiqamətdə dönmə əməliyyatı aparmağa başlamışdır. Bu zaman qabaq sağ güzgüdən avtobusun arxa tərəfinə diqqət yetirmişdir. Avtobusla Ç.Kərimov küçəsinə doğru dönmə əməliyyatını yekunlaşdırmışdır ki, ani bir anda qarşıda yerləşən piyada keçidi ilə küçənin sol tərəfindən sağ tərəfinə doğru bir nəfər qadın və bir nəfər azyaşlı uşağın keçməsini görmüşdür. Artıq həmin anda idarə etdiyi avtobusla piyada qadın və azyaşlı uşaq arasında məsafə olmadığından avtobusun qabaq tərəfi ilə qadın və azyaşlı uşağı vurmuşdur. Zərbənin təsirindən azyaşlı uşaq avtobusun qabaq tərəfdən alt hissəsinə yıxılmışdır. Dərhal tormoz əyləcindən istifadə edib avtobusun hərəkətini dayandırmışdır. Piyada qadın özü azyaşlı uşağı avtobusun qabaq tərəfdən alt hissəsindən çıxarıb yolun sol kənarına çəkmişdir. Sükan arxasından düşərək qadın və azyaşlı uşağa yaxınlaşmışdır. Onların ətrafına yoldan keçən çoxsaylı tanımadığı şəxslər toplaşmışdırlar. Həmin şəxslər azyaşlı uşağa ilkin tibbi yardım göstərilməsi üçün hadisə yerinə TTY avtomobili çağırmışdırlar. Təxminən 10-15 dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlmişdir. TTY avtomobilinin həkim personalı azyaşlı uşağa ilkin tibbi yardım göstərib müayinə olunması üçün xəstəxanaya aparmışdır. O isə hadisə yerində qalmışdır. Bir neçə dəqiqədən sonra isə hadisə yerinə polis əməkdaşları yaxınlaşmışdır. O özünə və avtobusa aid sənədləri polis əməkdaşlarına təqdim edib hadisə ilə bağlı ilkin sənədləşdirmədə iştirak etmişdir. Hadisənin baş verməsinə səbəb piyada qadın və piyada azyaşlı uşağın piyada keçidi üfüqi nişanlanma xəttinin üzəri ilə hərəkətlərini nəzərə almamağı və ani diqqətsizlik etməyi olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisindən üzrxahlıq etmiş, onu bağışlayıb-bağışlamamasından asılı olmayaraq 5000 manat ödəniş edəcəyini bildirmişdir.Bundan başqa təqsirləndirilən şəxs ifadəsində hadisədən altı ay öncə "xxxx" MMC şirkətinin avtobuslarını idarə etməyə başladığını etiraf etmişdir. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişmiş X4 doğma oğludur. Saleh onların yeganə övladları olmuşdur. 25 may 2023-cü il tarixdə təxminən saat 13 radələrində həyat yoldaşı Şahid istifadəsində olan mobil nömrəyə zəng vuraraq Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində oğlu Salehlə yolun hərəkət hissəsini piyada olaraq keçərkən avtobusun onu və oğlunu vurması və Neyrocərrahiyyə Xəstəxanasında olmaları barədə məlumat vermişdir. O da həyəcanlı halda dərhal Neyrocərrahiyyə xəstəxanasına gəlmişdir. Həmin an xəstəxananın həyətində həyat yoldaşının X6 Stansiyasına məxsus avtomobilin arxa tərəfində ağlayaraq dayanmasını görmüşdür. Həmin yerə yaxınlaşdıqda həyat yoldaşının deməsindən avtobusun qabaq tərəfi ilə onları vurması nəticəsində Saleh avtobusun alt hissəsinə yıxılması və hadisə nəticəsində almış olduğu xəsarətlərdən orada dünyasını dəyişməsini öyrənmişdir. Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsin əvvəllər də yol nəqliyyat hadisəsi törətdiyinə görə məhkum olunmasını, nəqliyyat vasitəsi idarə etməsinin təhlükəli olmasını, barışığın olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsə yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edilmişdir. Cinayət işi üzrə Şahid məhkəməyə ərizə ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında onun istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, X4 doğma oğludur. 25 may 2023-cü il tarixdə saat 12:30 radələrində azyaşlı oğlu X2 oxuduğu və yaxınlıqda yerləşən 245 № tam orta məktəbə aparmaq üçün yaşadıqları evdən çıxmışlar. Evdən çıxdıqdan sonra X.Məmmədov küçəsinə doğru piyada hərəkətlərini davam etmişlər. X.Məmmədov küçəsi ilə Ç.Kərimov küçəsinin kəsişməsində yerləşən yolayırıcına çatdıqda oğlu S.Quliyev sağ tərəfində olmaqla əlindən tutaraq piyada keçidi üfuqi nişanlanma xəttinə daxil olmuşlar. Piyada keçidi üfuqi nişanlanma xəttinin üzəri ilə oğlu S.Quliyevin əlindən tutmaqla asta yerişlə hərəkət edib bir hərəkət istiqamətini keçmişlər. Oğlu ilə birlikdə digər hərəkət istiqamətinə daxil olmuşlar ki, X.Məmmədov küçəsindən Ç.Kərimov küçəsinə doğru sağ istiqamətdə dönmə əməliyyatı aparan avtobus hərəkətini dayandırmadan üzərlərinə doğru gələrək oğlunu və onu vurmuşdur. Zərbənin təsirindən oğlu avtobusun qabaq alt hissəsinə yıxılmışdır. Oğlunu avtobusun altından çıxarıb yolun kənarına çəkmişdir. Həmin vaxt ətrafa yoldan keçən tanımadığı çoxsaylı şəxslər toplaşmışdır. Oğlunun vəziyyətini görüb özünü itirmiş və nə edəcəyini bilməmişdir. Buna görə də bundan sonra baş verənləri dəqiq xatırlamır. Hadisə nəticəsində hər iki əl və sifət nahiyələrindən xəsarətlər almışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 25 may 2023-cü il tarixli 50 saylı rəyindən görünür ki, 1. S.Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər - sol yuxarı və sol aşağı ətraf, döş qəfəsinin ön, arxa, qarın, bel, çanaq, hər iki sarğı, qasıq və oma nahiyələrinin küt travmaları nəticəsində daxili üzvlərin azqanlığı və ürəkdə saylı Minakov ləkələri ilə qeyd olunan kəskin və çoxlu qanitirmə ilə nəticələnən döş qəfəsinin sağ və sol yarısında qabırğaların çoxsaylı qapalı sınıqları və sınıqlar ətrafı yumşaq toxumalarda dərialtı qansızmalar, ağciyərin hər iki payında, qaraciyərdə və dalaqda əzilmiş-cırılmış yaralar, sol dirsək oynağı daxili sümüklərin, sağ və sol qasıq sümüklərinin çox qəlpəli açıq sınıqları ilə qeyd olunan əzilmiş-cırılmış yaralar, çanaq, qalça və oma sümüklərinin çox qəlpəli qapalı sınıqları, sınıqlar ətrafı dərialtı yumşaq toxumalarda qansızmalar, sol çiyinüstü, sol çiyin qurşağı, bel, sol sarğı və qarın nahiyələrində qançırlar və sol bazu nahiyəsində nəm sıyrıq həyati olub bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtobusun qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər və ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. 2. S.Zərərçəkmiş şəxs ölümünə səbəb olduğu çoxsaylı ağır küt travma fonunda artan hemorragik və travmatik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvələ uyğun gəlir. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 iyul 2023-cü il tarixli 8/1867 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən «Daewoo BS090» markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yolun hərəkət hissəsində yerləşən nizamlanmayan piyada keçidində baş vermişdir. Hadisə yerinə baxış zamanı sxem və fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, «Daewoo BS090» markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobusun hər hansı bir hissə və ya detalında zədə və ya deformasiya izləri aşkar edilməmişdir. Nəqliyyat vasitəsinə baxış zamanı fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, DİN-nin X1 Xidmətinin TŞ 5-098 nömrəli müşahidə kamerasının 25 may 2023-cü il tarixdə saat 12:38-dən 13:00-dək müddət ərzində qeydə aldığı 1 ədəd diskə baxış keçirilmiş, saat 12:42:32 dəqiqədə “Daeevoo BS090” markalı **- SO-*** dövlət qeydiyyat nişanlı avtobusun Ç.Kərimov küçəsinə doğru dönmə əməliyyatı apararkən piyada keçidi üfuqi nişanlanma xəttinin üzərində avtobusun qabaq tərəfi ilə piyadalar Şahid və Saleh Quliyevi vurması, avtobusun dərhal hərəkətini dayandırması, Şahid Saleh Quliyevi avtobusun alt hissəsindən çıxararaq kənar çəkməsi aşkar edilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisə anında avtobusun onun tərəfindən idarə olunmasını və hadisənin onun tərəfindən törədilməsini təsdiq etmişdir. İş materiallarında olan 10 iyul 2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, DİN-nin X1 Xidmətinin TŞ 5-098 nömrəli müşahidə kamerasının 25 may 2023-cü il tarixdə saat 12:38-dən 13:00-dək müddət ərzində qeydə aldığı videogörüntünün əks olunduğu 1 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 25 may 2023-cü il tarixli 2/16311 saylı protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-ə məxsus «Daewoo BS090» markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobus maddi sübut kimi tanınmış və sahibində saxlanılması nəzərə alınmışdır. Cinayət işinə əlavə edilmiş DİN BDYPİ Qİİ tərəfindən 16 may 2023-cü il tarixində verilmiş BB 514552 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BCD” dərəcəli sürücülük hüququ vardır. Sürücülük vəsiqəsindən görünür ki, 16 may 2033cü il tarixədək etibarlılıq müddəti var. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BB 514552 nömrəli lkBCD" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququn məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş 14 saylı yol vərəqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı «Daevoo BS090» markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmək üçün BB 514552 seriyalı “BCD” kateroriyalı sürücülük vəsiqəsi və "xxxx" MMC tərəfindən 17-31 may 2023-cü il tarixlər üçün yol vərəqəsi mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 iyun 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 29 mart 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 38 № şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qısa epikrizdən görünür ki, Təqsirləndirilən şəxs şəkərli diabet xəstəsidir. 2018-ci ildə sol ayağın V barmağı diabetik qanqrenaya görə amputasiya edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması cinayətini törətməsi özünün səmimi etirafı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin hüquqi varisi, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını, əvvəllər yol-nəqliyyat hadisəsi törətdiyinə görə məhkum olunmasını, yenidən yolnəqliyyat hadisəsi törətməsini və bunun zərərçəkmişin ölümünə səbəb olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yuxarı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Ona təyin edilmiş cəza qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi məsələsini müzakirə edib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri və maddi sübutla bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməli, maddi sübut kimi tanınmış "xxxx" MMC-ə məxsus “Daevoo BS090” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilməli, DİN-nin X1 Xidmətinin TŞ 5-098 nömrəli müşahidə kamerasının 25 may 2023-cü il tarixdə saat 12:38-dən 13:00-dək müddət ərzində qeydə aldığı videogörüntünün əks olunduğu 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179, 346, 347- 349, 351-353, 354, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və sahibi "xxxx" MMC-ə qaytarılmış “Daevoo BS090” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş DİN-nin X1 Xidmətinin TŞ 5-098 nömrəli müşahidə kamerasının 25 may 2023-cü il tarixdə saat 12:38-dən 13:00dək müddət ərzində qeydə aldığı videogörüntünün əks olunduğu 1 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-499/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-499/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver