Məhkəmə qərarları › İş №1(011)-499/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-499/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-499/2025 16.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonunu, Köhnə Alvadı Ə/D, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, 01 iyul 2025-ci il tarixdə saat 18:10da Bakı şəhəri, Xətai rayonu 8 Noyabr prospekti 25 ünvanında "xxxx" MMC-nin inzibati binasının qarşısında keçmiş həyat yoldaşı Şahid iş yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında sevgi münasibəti olmasını ehtimal etməsi səbəbindən yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyəsindən bir neçə dəfə yumuruqla və bədənin müxtəlif nahiyələrindən təpiklə vuraraq ona sol çənə nahiyəsinin dərialtı hematoması, çeynəmə aktının pozulması, sağ bud nahiyəsinin dərialtı hematoması və boyun nahiyəsinin sıyrıqları ilə nəticələnən xəsarətlər yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 fevral 2020-ci il də Şahid ilə ailə həyatı qurmuş və bu evlilikdən 2021-ci ildə Məryəm adlı qız övladı doğulmuş, hazırda qızı Nərgizlə yaşayır və aliment ödəyir. Son zamanlar Nərgizlə ər-arvad kimi aralarında yaranan narazılıq səbəbindən 05 iyun 2025-ci il tarixdə rəsmi olaraq boşanmış, Nərgizdən boşanmamışdan əvvəl onunla bir yerdə işləyən Zərərçəkmiş şəxs ilə eşq münasibətlərinin olduğunu öyrənmiş və bu səbəbdən də Şahid boşanmışdır. 01 iyul 2025-ci il tarixdə saat 18:10-da keçmiş həyat yoldaşı Nərgizin işlədiyi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 25 ünvanında yerləşən "xxxx" MMCnin inzibati binasının qarşısına uşağın paltarlarını vermək məqsədilə getmiş, orada Zərərçəkmiş şəxs ilə keçmiş həyat yoldaşı Şahid görmüş və aralarında mübahisə yaranmışdır. Aralarında itələşmə olmuş, Domrulu özünü müdafiə etmək məqsədilə uzaqlaşdırmağa çalışmış, onu döyməmişdir. Həmin vaxt ona bilmədən xəsarət yetirmiş ola bilər. Həmin vaxt tanımadığı şəxslər onları ayırmış, mübahisə zamanı xəsarət almamış və Nərgizə əl qaldırmamışdır, yalnız Domrulun ayağından təpiklə vurmuş ola bilər. Həmin mübahisə və dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin kadrlar şöbəsində inspektor işləyir. 01 iyul 2025-ci il tarixdə saat 18:10-da işdən çıxan zaman bir qədər getdikdən sonra arxadan tanımadığı şəxsin onu səsləyərək dayanmasını və danışmaq istədiyini bildirməsini eşitmiş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, sonra Şahid tanıyıb-tanımadığımı soruşmuş, cavab verərək Nərgizi tanıdığını və iş yoldaşı olmasını bildirmiş, sonra Ramin nə üçün evli qadının maşınına minirsən və gəzirsən deyə soruşmuş, Raminə Nərgiz xanımla aralarında heç nə olmadığını, sadəcə iş yoldaşı olduğunu bildirmiş, bu zaman Ramin gözləmədiyi halda üz nahiyəsinə iki dəfə yumruqla vurmuş, sonra Raminə Nərgizlə aralarında olan yazışmaları göstərmiş, həmin vaxt Ramin Nərgizin işdən çıxdığını gördükdə onun üstünə gədib vurmaq istəmiş, lakin araya girib Nərgizi vurmağa qoymamış, bu zaman Ramin yenidən onu vurmuş, sonra yoldan keçən şəxslər onları ayırmış və xəsarət aldığı üçün AR DİN-nin 102-xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra Ramin ona ikinci dəfə zərbələr endirmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Şahid ilə arasında heç bir münasibət olmamış, onunla sadəcə iş yoldaşı kimi münasibət saxlamış, hadisə zamanı Raminə əl qaldırmamış, yalnız Ramin Nərgizi vurmaq istədikdə qolundan tutmuş, baş vermiş mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Hazırda aralarında barışıq olmamışdır və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında dindirilmiş şahid Xəlilova (Cəfərova) Nərgiz Fuad qızı ifadəsində bildirmişdir ki, 14 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və bu evlilikdən 2021-ci ildə Məryəm adlı qız övladı doğulmuş, hazırda qızı ilə birlikdə yaşayır, ər-arvad kimi aralarında yaranan narazılıq səbəbindən 05 iyun 2025-ci il tarixdə rəsmi olaraq Ramindən boşanmışdır. Əvvəllər Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 25 ünvanında yerləşən "xxxx" MMC-nin kadrlar şöbəsində işləmiş, Raminlə arasında olan söz-söhbətlərə görə işdən çıxmışdır. 01 iyul 2025-ci il tarixdə saat 18:10-da işdən çıxan zaman işlədiyi "xxxx" MMC-nin İnzibati binasının qarşısında keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs və iş yoldaşı Zərərçəkmiş şəxs yüksək səslə mübahisə etdiyini görmüşdür. Ramin ona əvvəlcədən həmin gün onun iş yerinə gələcəyi ilə bağlı məlumat verməmişdir. Onlardan heç biri digərinə hücum çəkməmişdir, sadəcə aralarında mübahisə olmuş, xəsarət yetirəcək qədər hücum olmamışdır. Hadisənin üzərindən uzun müddət keçdiyindən dəqiq xatırlamır. Ramin Domrulun telefonunda onunla olan yazışmalarına baxmaq istəmiş, onun nömrəsinin və niyə Domrulu telefonunda olması və aralarında zəng tarixçələrini olması ilə bağlı irad bildirmişdir. Bu zaman Domrul Raminin ona qısqanclıq zəminində hücum edəcəyindən ehtiyat edərək araya girmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında 28 iyul 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; (i.v.1) - Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-1386/2025 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Şahid ilə Təqsirləndirilən şəxs arasında 14 fevral 2020-ci il tarixdə 5 saylı Bakı "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsində bağlanmış 506 saylı nikahın pozulması, 18 oktyabr 2021-ci il təvəllüdlü X4 anası Şahid yanında saxlanılması, 01 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 18 oktyabr 2021-ci il təvəllüdlü X1 üçün Təqsirləndirilən şəxs Şahid xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir; (i.v.13-17) - hadisə yerinə baxış keçirilməsi barədə 01 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, “8 Noyabr” prospekti 25 ünvanında yerləşən "xxxx" MMC-də baş vermişdir. Protokola fotoşəkillər əlavə edilmişdir; (i.v.18-20) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 verdiyi xx.xx.2025-ci il tarixli 638 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol çənə nahiyəsinin dərialtı hematoması, çeynəmə aktının pozulması, sağ bud nahiyəsinin dərialtı hematoması, boyun nahiyəsinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur; (i.v.24-25) - "xxxx" MMC tərəfindən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 18:10 radələrində əməkdaşların işdən çıxışı zamanı İnsan resursları departamentində, insan resursları əməliyyatları üzrə mütəxəsis vəzifəsində çalışan Şahid keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ofisin önündə öncədən gözləyərək digər əməkdaş İnsan resursları departamentində, İşə qəbul üzrə mütəxəsis X3 yaxınlaşaraq özünü Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşı kimi təqdim edərək, keçmiş həyat yoldaşının idarəetdiyi nəqliyyat vasitəsində sərnişin kimi getdiyinə etiraz etdiyini bildirərək təhqiredici sözlər işlədib və fiziki güc tətbiq edərək müxtəlif bədən xəsarətləri yetirmişdir. Bütün bunlar təhlükəsizilik kamerası vasitəsi ilə qeydə alınmışdır. Dərhal 102 xidmətinə müaraciət olunmuş hadisə 37-ci Polis Şöbəsində qeydə alınmışdır. Bildiririk ki, Təqsirləndirilən şəxs dəfələrlə şirkətə gələrək İnsan Resursları Departamentinin müdiri X2 həyalt yoldaşı Şahid işdən çıxarılmasını tələb etmişdir. Həmçinin 2020-ci ilin iyul ayında anasının şikayətinə əsasən Təqsirləndirilən şəxs 10 (sutka) inzibati məsuliyyətə cəlb olunub. Qoşmaya hadisəni qeydə alan təhlükəsizlik kamerası görüntüsündən çıxarış, 1 (bir) ədəd CD əlavə olunmuşdur; (i.v.27-29) - CD diskə baxış keçirilməsi haqqında 07 iyul 2025-ci il tarixli protokoldan və məhkəmə iclası zamanı həmin diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, araşdırma zamanı xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd CD diskdə videogörüntüyə baxış zamanı xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu 8 Noyabr prospekti 25 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edərək əl zərbələri ilə Domrulun üz nahiyəsinə və ayaq zərbələri ilə bədənin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirməsi açıq aşkar müəyyən edilmişdir; Diskə baxış keçirilərkən xəsarətin dərəcəsini müəyyən etmək olmamışdır. (i.v.30) - cinayət işinin icraata qəbul edilməsi haqqında 31 iyul 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır; (i.v.35) - zərərçəkmiş şəxs qismində tanımaq haqqında 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək qərar ona elan edilmişdir; (i.v.39-40) - şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var: xx.xx.2021-ci il təvəllüdlü X7; (i.v.54) - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 avqust 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.63-64) - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır; (i.v.77A) - başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 12 avqust 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; (i.v. 78-80) - cinayət işi üzrə icraatın dayandırılması haqqında 15 avqust 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v.86-87) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X10 09 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır; (i.v.90) - cinayət işi üzrə icraatın təzələnməsi haqqında 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir; (i.v.91-92) - toplanmış sübutların qiymətləndirilməsi haqqında 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut olan baş vermiş mübahisənin videogörüntüsünü əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir; (i.v.95-99) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxsnın törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə islah etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (bir yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (bir yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən, elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar