Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-50/2021 16.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci ildə Ermənistan Respublikasının Sisian rayonunun Şəki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, hazırda heç yerdə işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə ona təyin edilmiş 2.000 (iki min) manat cərimə cəzası qazancından 15 % məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə onu “SOCAR” şirkətində sürücü vəzifəsinə işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 25 ünvanında yerləşən “Xətai” metro stansiyasının yaxınlığında sonuncudan tamah məqsədi ilə 1.500 (min beş yüz) manat pul alıb verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs 1.500 (min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 1(060)-94/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2-cü maddələri ilə təqsirli bilinərək, 5.000 (beş min) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 6.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 (dörd) ay 27 (iyirmi yeddi) gün tutulduğu və həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, ona təyin olunmuş 5.000 (beş min) manat miqdarında cərimə cəzası 1.000 (min) manat miqdarında yüngülləşdirilərək və onun üzərində qəti olaraq 4.000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2017 -ci il tarixli, 1(060)-94/2017 saylı hökmü dəyişdirilərək, ona təyin edilmiş 4.000 (dörd min) manat cərimə cəzası 2.000 (iki min) manat cərimə cəzasına endirilmişdir. Daha sonra o, cərimə cəzasını ödəyə bilmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə ona təyin edilmiş 2.000 (iki min) manat cərimə cəzası qazancından 15 % məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Hazırda da o, ona təyin edilmiş islah işləri cəzasını icra etməmişdir. Əvvəllər o, “SOCAR” şirkətinin nəzdində olan “NEFT QAZ ELMİ-Tədqiqat” Layihə istitutunda fəhlə kimi, sonradan Amerika səfirliyində mühəndis kimi, işləmişdir. Daha sonra isə o, Qazaxıstana köçüb orada kənd təsərrüfatı ilə məşğul olmuşdur. 2012-ci ildən etibarən yenidən vətəni Azərbaycana qayıtmış və fərdi əməklə məşğul olmağa başlamışdır. 2020-ci ilin yanvar ayının əvvəllərində köhnə tanışı olan və əvvəllər avtoyuma məntəqəsində işləyərkən tanıdığı Şahid1 ona zəng edərək bildirmişdir ki, İlkin adlı qohumu işsiz qaldığı üçün iş axtarır. Əgər iş tapa bilsə xəbər etməyi ondan xahiş etmişdir. O Nurlanla razılaşmışdır. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün gəlir əldə etməkdən ötrü dələduzluq etmək qərarına gəlmiş və bu məqsədlə bir neçə gün sonra yalandan Şahid1 zəng edərək iş yeri tapdığını və işə düzəlmək üçün isə 1.500 manat pul lazım olduğunu demişdir. Əgər istəyirsə qohumu İlkinə deməsini Nurlandan xahiş etmişdir. Bundan sonra Nurlan ona qohumu İlkinin nömrəsini vermişdir. xx xxxxxx 2020-ci il tarixdə o, İlkinlə zəngləşmiş və ona “ŞOCAR” şirkətində vakant sürücü yeri olduğunu bildirmişdir. İşə düzəlmək üçün isə 1.500 manat da pul lazım olduğunu İlkinə demişdir. İlkin onunla razılaşaraq sabah, yəni xx xxxxxx 2020-ci il tarixdə “Xətai” metrosu yaxınlığında görüşməyi təklif etmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində “Xətai” metrosu yaxınlığına gəlmişdir. Metronun yaxınlığına gələrkən İlkini və yanında olan tanımadığı bir nəfər yaşlı kişini görmüşdür. İlkinlə söhbət əsnasında həmin kişinin İlkinin qayınatası İlham olduğunu öyrənmişdir. İlkin 1.500 manat pulu ona vermişdir. O yalandan İlkinə bildirmişdir ki, 27 iş günü ərzində əmri çıxacaq. 27 iş günü tamam olduqdan sonra təxminən fevral ayının ortalarında İlkin ona zəng edərək məsələnin nə yerdə olduğunu soruşmuşdur. O, İlkinə Nargilə kafesinin yaxınlığındakı parkın içərisində kafe olduğunu, oraya gəlməsini, oturub söhbət edəcəklərini demişdir. İlkin Nurlanla birlikdə onun yanına gəlmişdir. Onlar çay içib söhbətləşməyə başlamışlar. O, söhbət əsnasında yalandan İlkinə içərisində adlar qeyd olunan siyahı göstərib siyahıda adları qeyd olunan şəxslərin növbə gözlədiyini, onun da növbəsinin mart ayında çatacağını demişdir. İlkin ona mart ayına qədər gözləyəcəyini demişdir. Təsadüfən mart ayında pandemiya ilə əlaqədar ölkə ərazisində karantin rejimi elan edilmiş və bu da onun işinə yaramışdır. Çünki o, karantinlə bağlı bir sıra müəssisələrin işləmədiyini görüb İlkinə karantinlə bağlı işinin yubanacağını və işinin aprel ayında alınacağını demişdir. Daha sonra mart ayında Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində Nurlan, İlkin və o yenidən görüşmüşlər. O, söhbət əsnasında İlkinə demişdir ki, mart ayını birtəhər yola versin. Aprel ayında işi düzələcək. Daha sonra onlar razılaşıb oradan ayrılmışlar. Aprel ayında İlkin ona zəng edib işinin nə yerdə olduğunu soruşanda o, İlkinə demişdir ki, əmri çıxıb, lakin karantinə görə aprel ayında yox, may ayının 8-də işə çıxacaq. May ayının 8-də onunla əlaqə saxlamasını xahiş etmişdir. May ayının 8-də İlkin ona zəng edən zaman ayın 11-də İlkini müəssiəsinin rəhbərliyinin qəbuluna aparacağını demişdir. May ayının 11-də onun Yevlax rayonunda təcili işi olduğu üçün oraya gedəsi olmuşdur. İlkin ona zəng edən zaman Yevlaxda olduğunu, işinin alınmadığını İlkinə demişdir. Bundan sonra İlkin ondan pulu qaytarmasını xahiş etmişdir. O, İlkinə pulunu yaxın zamanda qaytaracağını bildirsə də, İlkin onu telefonda acılayaraq pulunu faizi ilə qaytarmasını ondan tələb etmişdir. İlkin onu acıladığına görə o, əsəbləşərək İlkinin zəngini söndürmüşdür. Bundan sonra nə İlkin, nə də o bir birilərinə zəng etməmişlər. Dostu Nurlan ona zəng edərək İlkinin pulunu qaytarmasını ondan xahiş etmişdir. O, Nurlana İlkinin pulunu qaytaracağını demişdir. xx xxx 2020-ci il tarixdə İlkinin ondan polis bölməsinə şikayət ərizəsi yazdığını eşitmişdir. Əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə söz verdiyini, bir daha belə hallara yol verməyəcəyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, əvvəllər maşın alveri ilə məşğul olmuşdur. Lakin sonradan müəyyən səbəblərdən dolayı işini davam etdirə bilməmiş və dolanışığını təmin etmək məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə yollanmışdır. Moskvada bir müddət qohumunun işlətdiyi mağazada kassir kimi işlədikdən sonra evlənmək məqsədi ilə vətəninə qayıtmışdır. Daha sonra müxtəlif sahələrdə çalışsa da, təxminən 2020-ci ilin yanvar ayının 9-dan bəri işsizdir. 2020-ci ilinin yanvar ayının 10-da Nurlan adlı qohumu ona zəng edərək dostu Ayaz adlı şəxsin “SOCAR”-da işə düzəltməyə adam axtardığını və Nurlanın da onu Ayaza məsləhət bildiyini demişdir. Lakin işə düzəlmək üçün 1.500 manat pul lazım olduğunu və həmin pulu dostu Ayaza verməli olduğunu ona bildirmişdir. Lakin o, işsiz olduğu üçün pulu olmamışdır. Buna görə də qayınatası İlhama müraciət etmişdir. Qayınatası “SOCAR” şirkətində işləyirdi. Qayınatası dövlət işində işlədiyi üçün qayınatasına kredit verirdilər. Qayınatası səhəri gün xx xxxxxx 2020-ci il tarixdə “Bank of Baku”-dan 1.500 manat kredit götürmüş və gətirib pulu «Xətai» metrosunun yaxınlığında ona vermişdir. Saat təxminən 13:00 radələri olmuşdur. O, qayınatasına Ayazla danışdığını və Ayazın da bura gələcəyini demişdir. Bir qədər keçdikdən sonra Ayaz «Xətai» Metrostansiyasının qarşısına gəlmişdir. O, qayınatası İlhamın yanında 1.500 manat pulu Ayaza vermişdir. Ayaz pulu aldıqdan sonra ona bildirmişdir ki, sənədləri tam hazırdır. Bir neçə günə ona tam şəkildə işə düzəlməyi ilə bağlı cavab deyəcəkdir. Onlar oradan qayınatası ilə birlikdə ayrılmışlar. Təxminən 2-3 gündən sonra o, Ayaza zəng edərək işinin aqibəti ilə maraqlanmışdır. Ayaz telefonda ona demişdir ki, səbrli olsun, təxminən 27 iş günü ərzində onun əmri veriləcək. O, 27 iş günü ərzində əmrinin çıxmasını gözləmişdir. Lakin, 27 iş günü ərzində heçnə olmamışdır. O, bundan sonra yenə də Ayaza zəng etmişdir. Ayaz ona demişdir ki, Nargilə kafenin yaxınlığındakı parkın içərisində kafe var, orada görüşsünlər. Təxminən fevral ayının ortaları olmuşdur. O, Ayazın dediyi ünvana getmişdir. Oraya gedərkən yolüstü Nurlanı da götürmüşdür. Kafedə Nurlan, o və Ayaz çay içərək söhbətləşəməyə başlamışlar. Ayaz söhbət əsnasında ona içərisində 20 nəfərin adı və soyadı yazılmış siyahını təqdim edərək həmin siyahıda işə düzəldəcəyi adamların olduğunu demişdir. Bütün bu adamların hamısının növbə gözlədiyini və onun növbəsinin də aprel ayında olduğunu söyləmişdir. Belə olan halda o, Ayaza bildirmişdir ki, razı deyil. Belə ki, o, bankdan kredit götürdüyünü və işsiz olduğu üçün ödəyə bilmədiyini, aprel ayının da çox gec olduğunu demişdir. Alınmayacaqsa onun pulunu geri qaytarmasını Ayazdan tələb etmişdir. Lakin Ayaz bildirmişdir ki, müdiriyyətlə danışıb onun növbəsini mart ayına yazdıracaq. O çarəsiz Ayazın bu təklifi ilə razılaşmış və mart ayına qədər gözləyəcəyini Ayaza demişdir. Mart ayına qədər gözləsə də, yenə Ayazdan bir xəbər çıxmamışdır. Mart ayında Nurlan, Ayaz və o yenidən görüşmüşlər. Mart ayında artıq pandemiya ilə əlaqədar ölkədə karantin rejimi elan edilmişdi. Ayaz ona bildirmişdir ki, karantin rejimi ilə əlaqədar işinin düzəlməyi bir qədər yubanacaqdır. Lakin o, artıq krediti ödəyə bilmədiyini və pulunu geri qaytarmasını Ayaza demişdir. Ayaz ona mart ayını da birtəhər yola verməyi, borc tapıb krediti ödəməyini və aprel ayında işinin düzələcəyini bildirmişdir. Düzəlməyəcəyi təqdirdə pulunu faizi ilə birlikdə geri qaytaracağını ona söz vermişdir. Lakin aprel ayında onun işi yenə də düzəlməmişdir. O, yenə də Ayazla əlaqə saxlamışdır. Ayaz ona telefonda əmrinin olduğunu və may ayının 8-də Ayaza zəng etməyini və nə vaxt işə çıxacağını özündən öyrənəcəyini bildirmişdir. O, may ayının 8-də Ayaza zəng etmişdir. Lakin Ayaz ona bildirmişdir ki, may ayının 11-də səhər tezdən görüşsünlər və onu işə düzəldəcəyi müəssisənin rəhbərliyinin yanına aparacağını demişdir. May ayının 11-də o Ayaza zəng etmişdir. Ayaz ona işi ilə əlaqədar Yevlaxda olduğunu demişdir. O artıq işinin düzəlməyəcəyini anlamış və Ayaza onun pulunu qaytarmasını demişdir. Ayaz may ayının 13-də pulunu qayfarcağını ona demişdir. May ayının 13-də o, Ayaza zəng edərək pulunu istəmişdir. Lakin, Ayaz hələ də rayonda olduğunu və pulunun olmadığını ona demişdir. Daha sonra onun telefonlarına cavab verməmişdir. O, bundan sonra ona qarşı Ayaz tərəfindən dələduzluq edildiyini anlamışdır. Bundan sonra o, Nurlanla əlaqə saxlamışdır. Nurlan ona bildirmişdir ki, Ayazla danışıb 3 günə pulunu ondan geri qaytarcaq. Lakin 3 gündən sonra Nurlana zəng edib pulu haqqında soruşanda Nurlan da məsələnin alınmadığını ona demişdir. O, da Nurlana Ayazı polisə verəcəyini bildirmişdir. Nurlan etiraz etməmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs pulunu tələb edir. Ona dəymiş ziyanının ödənilməsini istəyir. O, Təqsirləndirilən şəxs bağışlamır və məhkəmədən ona cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, əvvəllər bir çox sahələrdə işləsə də, sonradan müəyyən səbəblərdən dolayı həmin işlərdən ayrılası olmuşdur. Təxminən 2001-ci il tarixdən etibarən “SOCAR” şirkətində sürücü vəzifəsində çalfşır. İlkin 2017-ci ildən bəri onun kürəkənidir. İlkin əvvəllər işləsə də müəyyən səbəblər üzündən işsiz qalmışdır. O və qohumları İlkinin iş tapmasına həmişə kömək etməyə çalışmışlar. xx xxxxxx 2020-ci il tarixdə kürəkəni İlkin axşam saatlarında ona zəng edərək işə düzəlmək üçün 1.500 manat pul lazım olduğunu və özündə olmadığı üçün ondan istədiyini bildirmişdir. O, İlkinə demişdir ki, səhər bankdan kredit götürüb lazım olan pulu ona verə bilər. Səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında o, evdən çıxıb kredit götürmək üçün banka yollanmışdır. O “Bank of Baku”-nun « AZNEFT» dairəsi yaxınlığındakı Səbail rayon filialına yaxınlaşmışdır. Banka daxil olub növbə götürmüş və gözləməyə başlamışdır. Növbəsi çatdıqda kredit şöbəsinə yaxınlaşmışdır. Kredit şöbəsində ona bildirmişlər ki, ümumilikdə 2.050 manat nağd kredit götürə bilər. O, kreditin şərtləri ilə razılaşmışdır. Lakin əvvəllər də öz adına nağd kredit götürüb kürəkəni İlkinə vermişdir. Həmin kredit 24 aylıq olmuşdur. 22 ayını İlkin ödəmişdir. Kreditin 2 ayı qalmışdır. Bankın kredit şöbəsindən ona təklif etmişlər ki, əvvəlki həmin borcun 2 aylıq ödənişini bağlasınlar. O, razılaşmışdır. 2.050 manat pulun 450 manatını avtomatik olaraq sistemdən çıxmışlar. O, sənədlərə qol çəkib kassadan nağd şəkildə 1.600 manat pul götürmüşdür. Daha sonra bankdan çıxıb kürəkəni İlkinlə əlaqə saxlayaraq birbaşa «Xətai» metrosu yaxınlığına gəlmişdir. Metronun yaxınlığına gələrkən İlkinin onu gözlədiyini görmüşdür. İlkinlə salamlaşıb görüşdükdən sonra İlkin ona demişdir ki, birazdan Ayaz adlı şəxs gələcək və ona 1.500 manat pul vermək lazımdır ki, İlkini işə düzəltsin. Bir neçə dəqiqə gözlədikdən sonra Ayaz adlı şəxs onların yanına gəlmişdir. Saat təxminən 13:00 radələri olmuşdur. Ayaz yanlarına gələrək onlarla görüşmüşdür. Onlar Ayazla iş barəsində ətraflı söhbət etməyə başlamışlar. Ayaz ona və İlkinə bildirmişdir ki, narahat olmasınlar, tez bir zamanda İlkini “SOCAR” şirkətində işə düzəldəcəkdir. Hətta Ayaz onlara demişdir ki, İlkin bu işdə nizam-intizamlı olmalı, işinə vaxtında gəlməli, məsuliyyətlə işini yerinə yetirməli və Ayazın üzünü qara etməməlidir. Hətta bu sadaladığı hallardan biri baş verərsə özünün buna cavabdeh olmadığını demişdir. Ayazın bu vədləri onları o, qədər inandırmışdır ki, onlar artıq işin 90 faiz həll olunduğunu düşünmüşlər. O, Ayaz gəlməmişdən əvvəl pulu kürəkəni İlkinə vermişdir. İlkin cibindən 1.500 manat pulu çıxarıb onun yanında Ayaza vermişdir. Ayaz onların gözünün qarşısında pulu sayıb cibinə qoymuşdur. Daha sonra ona və İlkinə bildirmişdir ki, rəhbərlikdən 2-3 günə əlaqə saxlayıb İlkini şirkətin ofisinə dəvət edəcəklər. Onlar Ayaza inanmışlar. Daha sonra sağollaşaraq oradan ayrılmışlar. Daha sonra o, mütəmadi olaraq İlkinlə əlaqə saxlayıb vəziyyətin nə yerdə olduğunu öyrənmişdir. O hər dəfə İlkinlə əlaqə saxlayan zaman İlkin ona işinin yubandığını, növbəsinin mart ayında çatacağını və mart ayına qədər gözləyəcəyini demişdir. Mart ayında o, İlkinlə bir daha əlaqə saxlayan zaman İlkin işinin karantin rejimi ilə əlaqədar alınmadığını və aprel ayında alınacağını demişdir. Daha sonra isə İlkinin işinin aprel ayında da alınmadığını eşitmişdir. May ayında isə İlkin Ayazın ona qarşı dələduzluq etdiyini anlayaraq Xətai RPİ-nin 37-ci polis Şöbəsinə müraciət etmişdir. Nağd krediti o öz adına götürsə də kreditin aylıq ödənişini kürəkəni İlkin edir. Hazırda da kreditin aylıq ödənişini hər ay kürəkəni İlkin ödəyir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, əvvəllər bir çox sahələrdə işləmişdir. Lakin müəyyən səbəblərdən dolayı həmin işlərdən ayrılası olmuşdur. Təxminən 1 il olar ki, “Pacific Group” şirkətində sürücü vəzifəsində işə düzəlmişdir. O, Təqsirləndirilən şəxs təxminən 6-7 il olar ki tanıyır. Ayazla onun tanışlığı “Hakim petrol” yanacaq doldurma məntəqəsinin içərisində yerləşən avtoyuma məntəqəsində işləyən zaman yaranmışdır. Belə ki, o, orada Ayazla 1 aya yaxın müddətdə işləmişdir. Beləcə aralarında tanışlıq münasibətləri yaranmışdır. O, avtoyuma məntəqəsindən ayrılıb Formula 1 yarışlarında “Staff” vəzifəsində çalışmağa başlamışdır. Ayazdan ayrılmağına baxmayaraq onların münasibətləri telefon və sosial şəbəklər vasitəsilə davam etmişdir. Belə ki, arada bir zəngləşib bir-birilərindən hal-əhval soruşmuşlar. Bir müddət belə davam etmişdir. İlkin isə onun uzaqdan qohumudur. İlkinlə də onun münasibəti yaxşı olmuşdur. İlkin işdən ayrıldığı üçün işsiz olduğunu bilmişdir və hər fürsətdə iş olacağı təqdirdə ona xəbər verməyi özünə borc bilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Ayaz ona zəng edərək “SOCAR” şirkətində sürücü işi üçün adam lazım olduğunu və işə düzəlmək üçün 1.500 manat pul lazım olduğunu demişdir. O, İlkinin işsiz olduğunu bildiyi üçün dərhal İlkinə zəng edib bu barədə məlumat vermişdir. İlkin onun bu xəbərindən sevinib dərhal razılaşmış və Ayazın nömrəsini ondan istəmişdir. O İlkinə Ayazın nömrəsini verərək özünün Ayazla söhbət edib məsələni aydınlaşdırmasını istəmişdir. Səhəri gün xx xxxxxx 2020-ci il tarixdə İlkin ona zəng edərək qayınatası İlhamla birlikdə «Xətai» metrosu yaxınlığında Ayazla görüşüb 1.500 manat pulu Ayaza verdiyini demişdir. Ayaz pulu aldıqdan sonra İlkinə bildirmişdir ki, sənədləri tam hazırdır. Bir neçə günə İlkinə tam şəkildə işə düzəlməyi ilə bağlı cavab deyəcəkdir. O, İlkinə demişdir ki, narahat olmasın, onun özü də nəzarət edəcəkdir ki, Ayaz işi tez düzəltsin. Bundan sonra o, Ayazla bir neçə dəfə əlaqə saxlayaraq işin nə yerdə olduğunu öyrənmək istəmişdir. Ayaz ona 27 iş günü ərzində əmrinin çıxacağını demişdir. Ayaz ona nə deyirdisə o da dərhal bu barədə ilkinə məlumat vermişdir. Ayazı İlkinlə o tanış etdiyi üçün İlkinin işinin tez bir zamanda düzəlməsini istəmişdir. Buna görə çox narahat olduğundan tez-tez Ayazla əlaqə saxlamışdır. Lakin 27 iş günü ərzində əmr çıxmamışdır. Fevral ayının ortalarında İlkin, o və Ayaz «Nargilə» kafesinin yanındakı parkın içərisində görüşüb məsələni müzakirə etmişlər. Ayaz söhbət əsnasında İlkinə içərisində 20 nəfərin adı və soyadı yazılmış siyahını təqdim edərək həmin siyahıda işə düzəldəcəyi adamların olduğunu demişdir. Bütün bu adamların hamısının növbə gözlədiyini və İlkinin növbəsinin də aprel ayında olduğunu söyləmişdir. Belə olan halda İlkin Ayaza bildirmişdir ki, razı deyil. Belə ki, İlkin bankdan kredit götürdüyünü və işsiz olduğu üçün ödəyə bilmədiyini, aprel ayının da çox gec olduğunu Ayaza demişdir. Alınmayacaqsa pulunu geri qaytarmasını Ayazdan tələb etmişdir. Lakin Ayaz bildirmişdir ki, müdiriyyətlə danışıb İlkinin növbəsini mart ayına yazdıracaqdır. İlkin onun bu təklifi ilə razılaşmış və mart ayına qədər gözləyəcəyini Ayaza demişdir. O, İlkinin yanında Ayaza bir daha xəbərdarlıq edərək işi tezləşdirməsini Ayazdan xahiş etmişdir. Ayaz ona və İlkinə söz vermişdir ki, dediyi müddətə qədər işi həll edəcəkdir. Daha sonra onlar oradan ayrılmışlar. Mart ayına qədər gözləsələr də yenə Ayazdan bir xəbər çıxmamışdır. Mart ayında yenə də üçü birlikdə Xətai rayonu ərazisində yerləşən Cavanşir küçəsində İlkinin maşınının içərisində görüşmüşlər. Mart ayında pandemiya ilə əlaqədar ölkədə karantin rejimi elan edilmişdir. Ayaz İlkinə bildirmişdir ki, karantin rejimi ilə əlaqədar işinin düzəlməyi bir qədər yubanacaqdır. Lakin İlkin artıq krediti ödəyə bilmədiyini və pulunu geri qaytarmasını Ayaza demişdir. Ayaz İlkinə mart ayını da birtəhər yola verməyi, borc tapıb krediti ödəməyini və aprel ayında işinin düzələcəyini bildirmişdir. Düzəlməyəcəyi təqdirdə pulunu faizi ilə birlikdə geri qaytaracağını İlkinə söz vermişdir. O bundan sonra aprel ayına qədər həm Ayazla, həm də İlkinlə əlaqə saxlayıb məsələnin nə yerdə olduğunu maraqlanmışdır. Aprel ayında İlkinlə əlaqə saxlayan zaman İlkin bu ay da işinin yubanacağını ona demiş və bildirmişdir ki, Ayaz əmrinin çıxdığını bildirmiş, may ayının 11də İlkini işə düzəltmək istədiyi müəssisənin rəhbərinin qəbuluna aparacağını demişdir. O, Ayaza zəng edərək bu barədə maraqlanmışdır. Ayaz ona and verərək İlkinin sözlərini təsdiqləmişdir. May ayının 11-də İlkin ona zəng edərək işinin alınmadığını və Ayazdan pulunu tələb etdiyini demişdir. Ayaz isə öz növbəsində İlkinə may ayının 13-də pulunu qaytaracağına söz vermişdir. O, Ayaza zəng edib bu barədə soruşanda Ayaz may ayının 13-də pulu qaytaracğını demişdir. Lakin may ayının 13-də İlkin ona zəng edərək Ayazın İlkini aldatdığını və pulunu vermək istəmədiyini demişdir. O ilkinə bildirmişdir ki, Ayazı İlkinlə o tanış etmişdir və bütün bu problemləri İlkin ona görə yaşayır. Buna görə də İlkinə demişdir ki, əgər pulu qayıtmasa o İlkinin bankdan götürdüyü krediti hər ay ödəyəcəkdir. Lakin İlkin onun krediti ödəməyinə razı olmamış və Ayazı polisə verib onu hüquqi məsuliyyətə cəlb edəcəyini demişdir. Cinayət işinin 51-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixində könüllü olaraq 37-ci Polis Şöbəsinə gəlmişdir. Cinayət işinin 75-76-cı vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin MSY-dən azad olunmuşdur və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, qətimkan tədbirinin dəyişdirilməsi və iş üzrə icraatın dayandırılması barədə məhkəmə iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə, məhkəmə iclasına gəlmədiyinə görə və məhkəmədən qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyə daxil olmuş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2021-ci il tarixdə tutulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi məqsədi ilə Bakı şəhəri Xətai RPİ-nin MST-nə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyə daxil olmuş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx/xx-1466 nömrəli xx xxxx 2021-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq xx xxxxxx 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin 85-87-ci vərəqələrində olan Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi «CD» diskə baxış protokolundan görünür ki, «CD» diskin faylında 03 ədəd “Whatsapp Audio 10.03.34”, “ Whatsapp Audio 10.03.30” və “ Whatsapp Audio 10.03.30(1)” saylı səs yazısı mövcuddur. “Whatsapp Audio 10.03.34” saylı səsyazısına baxış zamanı müəyyən edildi ki, səsyazısı 08 dəqiqə 11 saniyədən ibarətdir. Səsyazısının 1-ci saniyəsindən etibarən iki nəfər kişi cinsindən olan İlkin və Ayaz adlı şəxslərin telefonda danışığı əks olunur. İlkin Ayaza nə üçün telefonu açmadığını soruşur. Ayaz isə başının qarışıq olduğunu, bu səbəbdən də aça bilmədiyini deyir. Həmçinin İlkin adlı şəxs Ayaza ona maddi, mənəvi cəhətdən ziyan vurduğunu deyir. Ayaz isə İlkinə haqlı olduğunu diyərək işi əslində alındırdığını, lakin müəyyən səbəblərdən dolayı işin alınmadığını deyir. İlkin isə Ayazdan yalan danışmamasını xahiş edir. Ayaz isə İlkinə bildirir ki, o İlkin kimi bir işçini işə düzəldəcəyi rəhbər heyətin qəbuluna apardığından iş ləngimiş və işi alınmamışdır. Bundan başqa işi alınmadığına görə İlkinin pulunu qaytarmağa çalışsa da qaytara bilməmişdir. Bir nəfərin ona söz verib pul verəcəyini desə də həmin adamın da ona pul vermədiyini bu səbəbdən də İlkinin pulunu qaytara bilmədiyini deyir. İlkin isə ona bildirir ki, artıq utandığı üçün qaynatasıının üzünə baxa bilmir. İlkin Ayaza xatırladır ki, mart ayında kafedə görüşən zaman Ayaz söz vermişdir ki, işi alınmayacağı təqdirdə pulu qaytaracaqdır. Lakin işin alınmamasına baxmayaraq pulu hələ də qaytarmır. İlkin Ayazdan xahiş edir ki, borc pul tapıb onun pulunu versin ki o da bankın pulunu ödəsin. Bankda gecikmə olsa, adının qara siyahıya düşəcəyini deyir. Ayaz İlkinə 3 gün möhlət verməsini xahiş edir, İlkin isə 2 gündən artıq gözləyə bilməyəcəyini deyir. İlkin artıq səbrinin tükəndiyini deyir. Ayaz isə onu arxayın salaraq narahat olmamasını və pulunu tez bir zamanda qaytarcağını deyir. Daha sonra onlar sağollaşırlar. “Whatsapp Audio 10.03.30” saylı səsyazısına baxış zamanı müəyyən edildi ki, səsyazısı 02 dəqiqə 32 saniyədən ibarətdir. Səsyazısının 1-ci saniyəsindən etibarən İlkin Ayaza nə üçün pulunu qaytarmadığını irad bildirir. Ayaz isə İlkinə haqlı olduğunu deyərək həmin gün Yevlaxa gedəcəyini, oradan da İlkinə 800 manat pul göndərəcəyini qalan pulu isə tapıb üstünü düzəldəcəyini bildirir. X1 bildirir ki, artıq bankdan qaynatasına zəng gəlib və borcu gecikdirməyi barədə bankdan xəbərdarlıq edilib. Bu hadisənin onu çox üzdüyünü bildirir. X2 narahat olmamasını 800 manatı həmin gün, qalan pulu isə sonra verəcəyini bildirir. X1 pulu bötöv şəkildə çatdırmasını tələb edir. “Whatsapp Audio 10.03.30(1)” saylı səsyazısına baxış zamanı müəyyən edildi ki, səsyazısı 28 saniyədən ibarətdir. Səsyazısının 1-ci saniyəsindən etibarən İlkin Ayaz adlı şəxsdən pulu nə vaxt çatdıracağını xəbər alır. Ayaz isə rayonda olduğunu və həmin gün gəlib pulu çatdıracağını, İlkinə narahat olmamasını bildirir. Zərərçəkmiş şəxs həmin faktı təsdiqləyərək bildirmişdir ki, səsyazısında səsi qeyd olunan İlkin adlı şəxs özüdür. Təqsirləndirilən şəxs da həmin faktı təsdiqləyərək bildirmişdir ki, səsyazısında səsi qeyd olunan Ayaz adlı şəxs özüdür. Cinayət işinin 107-114-cü vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli sübütların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi və içərisində səsyazılarının olduğu “CD” formatlı disk maddi sübut növü kümi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 94-95-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Sumqayıt Şəhə Məhkəməsinin xx xxxx 2017-i il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 5.000 (beş min) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 6.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 (dörd) ay 27 (iyirmi yeddi) gün tutulduğu və həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, ona təyin olunmuş 5.000 (beş min) manat miqdarında cərimə cəzası 1.000 (min) manat miqdarında yüngülləşdirilərək və onun üzərində qəti olaraq 4.000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2017 -ci il tarixli hökmü dəyişdirilərək, ona təyin edilmiş 4.000 (dörd min) manat cərimə cəzası 2.000 (iki min) manat cərimə cəzasına endirilmişdir. Daha sonra o, cərimə cəzasını ödəyə bilmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə ona təyin edilmiş 2.000 (iki min) manat cərimə cəzası qazancından 15 % məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Cinayət işinin 98-106-cı vərəqələrində olan Sumqayıt Şəhə Məhkəməsinin xx xxxx 2017-i il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 5.000 (beş min) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 6.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 (dörd) ay 27 (iyirmi yeddi) gün tutulduğu və həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, ona təyin olunmuş 5.000 (beş min) manat miqdarında cərimə cəzası 1.000 (min) manat miqdarında yüngülləşdirilərək və onun üzərində qəti olaraq 4.000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Cinayət işinin 97-ci vərəqəsində olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, 3448 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə ona təyin edilmiş 2.000 (iki min) manat cərimə cəzası qazancından 15 % məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Məhkum Təqsirləndirilən şəxs hazırki müddətə kimi ona təyin edilmiş islah işləri cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs axtarışda olmuşdur və o, xx xxxxxxxx 2020-ci il tarixində könüllü olaraq 37-ci Polis Şöbəsinə gəlmiş və xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daha sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə, məhkəmə iclasına gəlmədiyinə görə və məhkəmədən qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs keçirilmiş-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2021-ci il tarixdə tutulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi məqsədi ilə Bakı şəhəri Xətai RPİ-nin MST-nə təhvil verilmişdir. Daha sonra cinayət işinin materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhə Məhkəməsinin xx xxxx 2017-i il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 5.000 (beş min) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 6.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 (dörd) ay 27 (iyirmi yeddi) gün tutulduğu və həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, ona təyin olunmuş 5.000 (beş min) manat miqdarında cərimə cəzası 1.000 (min) manat miqdarında yüngülləşdirilərək və onun üzərində qəti olaraq 4.000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2017 -ci il tarixli hökmü dəyişdirilərək, ona təyin edilmiş 4.000 (dörd min) manat cərimə cəzası 2.000 (iki min) manat cərimə cəzasına endirilmişdir. Daha sonra o, cərimə cəzasını ödəyə bilmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə ona təyin edilmiş 2.000 (iki min) manat cərimə cəzası qazancından 15 % məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Məhkum Təqsirləndirilən şəxs hazırki müddətə kimi ona təyin edilmiş islah işləri cəzasını çəkməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixinədək həbsdə olduğu 01 (bir) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Daha sonra, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəza ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə təyin edilmiş qazancından 15% məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının çəkilməmiş müddətinə islah işləri cəzası dörd günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək və ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 №-li qəranının 19-cu bəndinə əsasən məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmünün giriş hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.1-ci və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmuyu ilə cəza təyin edilərkən məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın cəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən cox olmalıdır. Həmin Məcəllnin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixindən hesablanmalıdır və onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixinədək həbsdə saxlandığı, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə təyin edilmiş qazancından 15% məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının çəkilməmiş müddətinə islah işləri cəzası dörd günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-50/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-50/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver