Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-50/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1994-cü il Göygöl rayonu, Əlibayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nına yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 04 bükümdə kustar üsulla hazırlanmış 1.572 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında həmin narkotik vasitə olan heroindən 01 ədəd bükümdə, ümumi təmiz çəkisi 0.741 qram çəkidə olan hissəsini kirayə pulunun bir hissəsi müqabilində tanışı Şahid3 satmış, 02 sentyabr 2022-ci il tarixdə Şahid3 Vəziroviç Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı, Təqsirləndirilən şəxs həmin gün saat 16:05-də Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi ev 42 ünvanın yaxınlığında saxlanılıb, ünvan 4əşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy cins şortun sol yan cibindən 02 ədəd siqaretin gümüşü rəngli iç kağızına, 01 ədəd isə şəffaf sellofan kəsiyinə bükülmüş 03 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0.354 qram, 0.094 qram və 0.383 qram olmaqla, ümumi təmiz çəkisi 0.831 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, narkotik vasitələrin satışı ilə məşğul olmamasını, narkotik vasitəsini yalnız öz istifadəsi üçün əldə etdiyini, narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsini, narkotik vasitəni tanımadığı şəxslərdən Bakı şəhərinin müxtəlif yerlərdən pulla alaraq qəbul etməsini, narkotik vasitə asılılığında olmasını, buna görə də əziyyət çəkməsini və bədənində ağrılar olduğuna görə qarşısını almaq üçün narkotik vasitədən istifadə etməsini, ona görə də ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsini qeyd etmişdir. Əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamasını bildirmiş və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı rütbəsini daşıyır. Xətai rayonunun inzibati ərazisində, Zığ yolu küçəsində yaşayan Sultan adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsinə yollanıblar. Həmin gün saat 14 radələrində orada onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən şəxsiyyətini soruşublar. Həmin şəxs özünün Şahid3 Vəziroviç olmasını bildiriblər. Həmin şəxsə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək Sultanı şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 36-cı PB-nə dəvət ediblər. Şahid3 Vəziroviç onlarla birlikdə polis şöbəsinə getməyə razılıq verib və birlikdə polis bölməsinə yollanıblar. Polis bölməsinin inzibati binasında olan zaman Şahid3 hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkil dəvət olunub. Vəkil polis bölməsinə gəldikdən sonra xidməti otaqda Şahid3 Vəziroviçin üzərinə video çəkiliş ilə baxış keçirilib. Baxış zamanı Şahid3 təklif edilib ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Şahid3 Vəziroviç əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükülü masanın üzərinə qoyub. Həmin bükülünün içərisinə baxdıqda içərisindən qəhvəyi rəngli, spesifik iyili maddə aşkar olunub. Şahid3 Vəziroviç bildirib ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki narkotik vasitə olan heroindir və həmin heroini öz istifadəsi üçün tanışı Şəbnəm adlı şəxsdən alıb istifadə etmək üçün üzərində gəzdirib. Belə ki, Şəbnəm Sultanın yaşadığı mənzildə kirayə yaşayıb və kirayə pulu əvəzinə Sultana narkotik vasitə olan heroin verib. Əlavə olaraq Şahid3 Vəziroviçin üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmayıb. Bundan sonra Şahid3 Vəziroviçin üzərindən aşkar olunaraq götürülmüş heroin elektron tərəzi vasitəsilə çəkilib və heroinin miqdarının 1.50 qram olması müəyyən olunub. Şahid3 götürülmüş heroin qablaşdırılıb. Daha sonra bu barədə protokol tərtib olunub, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənib. Bundan sonra daxil olmuş əməliyyat tapşırığı əsasında Şəbnəm adlı qadının müəyyən olunması istiqamətində Şahid2lə birlikdə Xətai rayonu, Zığ yolu küçəsinə yollanıblar. Həmin gün saat 16:05 radələrində Zığ yolu küçəsi 42 ünvanının yaxınlığında şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən şəxsiyyətini soruşublar. Həmin şəxs özünün Təqsirləndirilən şəxs olmasını bildirib. Həmin şəxsə narkotik vasitə satmaqda şübhəli olduğunu deyərək şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 36-cı PB-nə dəvət ediblər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə getməyə razılıq verib və birlikdə polis bölməsinə yollanıblar. Polis bölməsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkil dəvət olunub. Vəkil polis bölməsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilib. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilib ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şortun sağ yan cibindən 03 ədəd bükülünü masanın üzərinə qoyub. Həmin bükülülərin içərisinə baxdıqda içərisindən qəhvəyi rəngli, spesifik iyili maddə aşkar olunub. Təqsirləndirilən şəxs bildirib ki, üzərindən aşkar edilmiş bükülülərin içərisindəki narkotik vasitə olan heroindir və həmin heroini öz istifadəsi üçün H.Aslanov metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 25 manata 1 qram alıb. 1 qram narkotik vasitə olan heroini 4 hissəyə bölüb və həmin hissələrdən bir bükümünü tanışı Şahid3 verib. Belə ki, Şəbnəm Şahid3a məxsus mənzildə kirayə qalıb və kirayə pulunu ödəməyə imkanı çatmayıb, Sultan da narkotik vasitə istifadəçisi olduğundan Sultana kirayə pulu əvəzinə narkotik vasitə olan heroin vermişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmayıb. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə olan heroin elektron tərəzi vasitəsilə çəkilib və heroinin miqdarının 1.26 qram olması müəyyən olunub. Təqsirləndirilən şəxs götürülmüş heroin qablaşdırılıb. Daha sonra bu barədə protokol tərtib olunaraq tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənib. 36-cı PB-də Təqsirləndirilən şəxs və Şahid3 qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Vəziroviç ifadəsində göstərmişdir ki, ünvan 11da qeydiyyatda olmaqla anası ilə birlikdə həmin ünvanda yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alaraq istifadə edib. Təqsirləndirilən şəxs bir neçə aydır ki, tanıyır, Şəbnəm də narkotik vasitə istifadəçisidir. Şəbnəmlə “red black” çay evində tanış olmuşdur. Şəbnəm həmin çay evində ofisiant işləyib. Təxminən 15 gün əvvəl, Şəbnəmlə görüşən zaman Şəbnəm ona bildirib ki, Həzi Aslanov metro stansiyasının yaxınlığında yaşadığı evin kirayə pulunu verə bilmir, ona görə də həmin evdən çıxır, özünə kirayə ev axtarır. O, Yaşadığı Xətai rayonu, Zığ yolu küçəsi ev 42, mənzil 62 ünvanı 3 otaqlıdır və həmin otaqlardan birini kirayə vermək fikri olub. Ona görə də Şəbnəmə təklif edib ki, yaşadığı mənzilin 1 otağını aylıq 100 manata Şəbnəmə kirayə verə bilər. Şəbnəm də onunla razılaşıb və əşyalarını da götürərək onun anası ilə birlikdə yaşadığı mənzilə köçüb. Şəbnəm mənzilə köçdükdən sonra aylıq 100 manat kirayə haqqının 20 manatını verərək 80 manat borclu qalıb. Sonradan Şəbnəm ona bildirib ki, pulu verməkdə çətinlik çəkir ona görə də ona kirayə pulu əvəzində istifadə etməyi üçün narkotik vasitə olan heroin verəcəkdir. O, da Şəbnəmlə razılaşıb. Şəbnəm iki dəfə hər biri 5 manat olmaqla ona 10 manatlıq narkotik vasitə olan heroin verib. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində evdə olan zaman Şəbnəm ona yenidən 5 manatlıq narkotik vasitə olan heroin verib və evin kirayə pulundan ona 65 manat borcu qalıb. O, narkotik vasitəni Şəbnəmdən götürərək üzərində saxlayıb ki, istifadə edər. xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində yaşadığı ünvan 6 ünvanın yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət ediblər. O, da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlib. Polis bölməsində narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilib. Ona hüquq və vəzifələri izah olunub, müdafiəçi təqdim olunub və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilib. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi bildiriblər. O, da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan şalvarının arxa sağ cibindən saxladığı 01 ədəd kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirib. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni şəxsi istifadəsi üçün evində kirayəçi olan Şəbnəmdən aldığını, Şəbnəmin kirayə pulu qarşılığında ona narkotik vasitə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid3 Vəziroviç və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olsa da faktiki olaraq ünvan 8yə yaşayıb. Rəsmi olaraq heç bir yerdə işləməyib. Təxminən 6 aya yaxındır ki, narkotik vasitə olan heroini burnuna çəkmək yolu ilə istifadə edib. Narkotik vasitəni müxtəlif tanımadığı şəxslərdən alaraq istifadə edib. Anası ilə mübahisə etdiyi üçün yaşadığı ünvanı tərk edib. Həzi Aslanov metro stansiyasının yaxınlığında kirayə yaşayıb. O, həm də “red black” çay evində ofisiant işləyib. Ofisiant işləyən vaxtdan narkotik vasitənin istifadəsinə başlayıb. Elə həmin vaxtdan da Şahid3 Vəziroviçi tanıyıb. Sultan tez-tez onun işlədiyi çay evinə gəlib, Sultanla dostluq münasibəti olub. O, kirayə pulunu verə bilmədiyi üçün məcbur olaraq Həzi Aslanov metro stansiyasının yaxınlığında qaldığı evdən çıxmalı olub. Çay evində bu barədə söhbət edən zaman Sultana onun kirayə qaldığı evdən çıxdığını bilib. Sultan ona bildirib ki, ünvan 6 ünvanında anası ilə birlikdə qalır və həmin ev 3 otaqlıdır. Evin bir otağını 100 manata kirayə verir. Əgər qalmaq istəsə həmin otaqda aylıq olaraq 100 manat pul ödəməklə orada qala bilər. O, da Sultanla razılaşıb və təxminən 15 gün əvvəl Sultanın qaldığı evin bir otağına köçüb və orada kirayə qalmağa başlayıb. O, həmin evə köçəndən sonra birinci gün Sultana 100 manatdan 20 manatını verib və Sultana 80 manat borcu qalıb. Sultan da onun kimi narkotik vasitə istifadəçisidir. O, Sultana təklif edib ki, kirayə haqqını pulu olan zaman nəğd şəkildə, pulu olmayanda isə əvəzində narkotik vasitə versin. Sultan da onunla razılaşıb. O, iki dəfə Sultana 5 manat olmaqla ümumilikdə 10 manatlıq narkotik vasitə olan heroin verib. O, Sultana heroin verdikcə Sultan da həmin heroin deyərində kirayə puluna olan borcundan çıxıb. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o, “Toma” adlı qadından 25 manat pul müqabilində 01 qram narkotik vasitə olan heroin alıb. Həmin aldığı heroini 4 bükümə bölərək bükümlər formasında üzərində saxlamağa başlayıb. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə həmin 4 büküm heroindən Sultana 5 manat dəyərində narkotik vasitə olan heroin verib və Sultana son olaraq kirayə pulundan 65 manat borcu qalıb. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində kirayə yaşadığı ünvan 9 ünvanın yaxınlığında olan zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşıblar və özlərini polis əməkdaşları olaraq təqdim ediblər. Polis əməkdaşları onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət ediblər. O, da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə gedib. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilib. Ona hüquq və vəzifələri izah olunub, müdafiəçi təqdim olunub və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilib. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildiriblər. O, da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli şortun sağ yan cibində 03 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu bildirib. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş vasitənin haradan aldığını soruşanda, o, həmin vasitəni həyəcanlı olduğundan Həzi Aslanov metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən aldığını bildirib. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmayıb. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılıb onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənib və imzalarımızla protokolun doğruluğunu təsdiq ediblər. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsinin təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şortun sağ yan cibindən üç ədəd, içərisində açıq qəhvəyi rəngli toz şəkilli narkotik maddəyə bənzər bükümlər aşkar edilmiş və həmin bükümlərin zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Məhkəmə ibtidai istintaq zamanı verdiyi öz ifadələri, şahidlərin ifadələri, iş üzrə toplanmış digər sübutlarla, o cümlədən onun üzərinə baxış keçirilməsinə dair protokol və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1 may 2022ci il tarixli, 6/2525 nömrəli ekspert rəylərini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri özünün qismən etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan 03 sentyabr 2022-ci il tarixli Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Şahid3 Vəziroviç və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan 07 noyabr 2022-ci il tarixli Cinayət işinin materiallarından baş cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 02 sentyabr 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şortun sağ yan cibindən üç ədəd, içərisində açıq qəhvəyi rəngli toz şəkilli narkotik maddəyə bənzər bükümlər aşkar edilmişdir. Həmin bükümlərdəki maddələr ümumi çəkisi 1,26 qram olması məlum olmuşdur. İş materiallarında olan video diskə baxış keçirilməsi barədə 04 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra onun üzərinə baxış keçirilmiş. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şortun sağ yan cibindən 03 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş, həmin bükülülərdən 02 ədədi siqaretin gümüşü rəngli iç kağızına, 01 ədədi isə şəffaf rəngli sellofan kəsiyinə bükülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, həmin bükümün içərisindəki narkotik vasitə olan heroindir və həmin heroini Həzi Aslanov metro stansiyasının yaxınlığında, tanımadığı şəxsdən almışdır. Bundan sonra qadın polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs cibləri yoxlanır, lakin onun üzərindən əlavə olaraq heç nə aşkar olunmur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükülü tərəziyə qoyularaq çəkilir və həmin kütlənin bükümlər ilə birlikdə çəkisinin 1.26 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, o, kirayə qaldığı evin sahibi Sultan adlı tanışına kirayə pulu əvəzinə narkotik vasitə olan heroin vermişdir. Bundan sonra büküm çəkildikdən sonra ağ rəngli zərfə qoyularaq zərflər üçün möhürlə möhürlənir və iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2022-ci il tarixli, 6/4730 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərflər üçün N151” möhür əksi, “...Şahid3 və s.” Yazılar, imzalar olan bi ədəd zərfdə təqdim olunmuşdur. Zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0.741 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2022-ci il tarixli, 6/4732 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində AR DİN “Zərflər üçün N151” möhür əksi, “...Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.354 qram (1 N-li oby.): 0.094 qram (2 N-li oby.): 0.383 qram (3 Nli oby.): ümumi təmiz çəkiləri 0.831 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 və 3 N-li obyektlərə aid heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 1 N-li obyektə aid heroin kütləsi 2 və 3 N-li obyektlərə aid heroin kütlələrindən fərqli olub 4 N-li obyektə aid heroin kütləsi ilə ( Şahid3 aşkar olunmuş maddə barədə xx.xx.2022-ci il tarxli 4730 saylı ekspert rəyi verilmişdir) kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Tədqiqatdan sonra qalıq – 0,731 qramdır. İş materiallarından görünür ki, 03 ədəd bükümdə ümumilikdə ilkin təmiz çəkisi 0.831 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0.731 qram narkotik vasitə olan heroin cinayət işinin istintaqı başa çatdıqdan sonra saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 05 oktyabr 2022-ci il tarixli, 5767 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-452/2022 saylı, 04 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, xx xxxx 1994-cü ildə Göygöl rayonu, Əlibayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 10 ünvanında qeydiyyatda olan, ünvan 11da kirayə yaşayan Təqsirləndirilən şəxs barəsində 03 (üç) aymüddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 20 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9cubəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi deyil, bununla yanaşı, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında bildirilir ki, şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində həmçinin göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 02 sentyabr 2022-ci il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,731 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə müsadirə yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,731 qram çəkidə kustar üsulla alınmış narkotik vasitə olan tiryək və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-50/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-50/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver