Məhkəmə qərarları › İş №1(011)-50/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-50/2025

17.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-50/2025 17.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh –Təqsirləndirilən şəxs, müdafiəçiləri– “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2arəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun mülkiyyətindəki “Chevrolet” markalı, “Cruze” modelli, 90-S1.-08İ dövlət qeydiyyat nişanlı avtomobili sataraq əldə ediləcək pulun müqabilində guya xarici ölkədən yeni gətirilmiş “Chevrolet” markalı, “Malibu” modelli avtomobilin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 06 aprel 2023-cü il tarixdə ünvan 3 ünvanda “Bravo” supermarketin qarşısında Zərərçəkmiş şəxs 15.000 manat nağd pul vəsatini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 15.000 manat (on beş min) xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmədiyi müəyyən edilmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hər hansı psixi pozuntusu və psixi xəstəliyi yoxdur. Bakı şəhəri Xətai rayonu 63 saylı tam orla məktəbin məzunudur. Zərərçəkmiş şəxs uzun müddəidir tanıyır. 2023-cü ilin mart ayının 8-də rəhbəri işlədiyi “Ailə" TV-nin Bakı şəhəri, Nərimanov rayon filialından işdən azad olunmuş və buna görə maddi çətinlikləri yaranmışdır. Belə olduqda mobil telefonunda “Tik-tok” sosial şəbəkəsində vaxt keçirib hansısa bir məşğuliyyət axtarmağa başlamışdır. Mart ayının ortalarında yenə “Tik-Tok” sosial şəbəkəsində olarkən “Amazon.com” adlı saytı barədə məlumat əldə etmişdir. Saytda olan oyun platformasına daxil olmuş, orada qeydiyyatdan keçdikdən sonra pul yatırım edib həmin oyunu oynamaqla gəlir əldə edəcəyini bilmişdir. Lakin linki göndərən tanımadığı şəxsə yazaraq pulu olmadığını demişdir. Həmin şəxs onun oyundakı hesabına 20 ABŞ dolları pul köçürmüşdür. Həmin gün oyunda pulu 40 ABŞ dolları edib sonradan həmin pulu oyundakı hesabdan öz kart hesabıma köçürmüşdür. Pul hesabına köçdükdən sonra müləmadi olaraq oyunu oynayıb bu yolla gündəlik xərclərini qarşılamışdır. Mart ayının ortalarında Samir və Anarla birlikdə Xətai rayonunda yerləşən parkın yaxınlığında çay evində olarkən həmin oyundan 500 manat pul çıxarmış və bu zaman Samir bunu görmüşdür. Samir həmin oyun barədə soruşmağa başlamış, Samirə izah etmişdir ki “bu oyuna pul yatırım edirsən və sonra çarxı fırladıb düşən xananın verdiyi dəyərdə pul uduşu olur”. Çay evindən çıxdıqdan sonra Samir demişdir ki. “gəl səni evinə düşürüm”. Həmin vaxt Samir “Chevrolet" markalı, “Cruze” modelli, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə olmuşdur. Samirlə birlikdə Xətai rayonunda yerləşən “Bravo” supermarketin qarşısındakı geniş avtodayanacağa getmişdir. Samir təklif edib demişdir ki, “ Məndə də 500 manat pul var gəl həmin oyuna yatırım edək, sən də qazandığın 500 manatı qoy mənim pulumun üzərinə nə qazansaq yarı bölərik”. Samirə bugünlük oyundakı limitini doldurduğunu demişdir. Belə ki, həmin oyunda bir gün ərzində çarxı 20 dəfə fırlatmaq imkanı olmuşdur. Belə olduqda Samir təklif etmişdir ki, “mənim nömrəmlə qeydiyyatdan keçək pulu bu yolla yatırım edək”. Biz bu yolla yatırım etmiş lakin pul qazana bilməmişlər. Həmin pul balansda qalmış və yenidən oyunu davam etmək uçun balansı artırmaq lazım olmuşdur. Belə olduqda növbəti gün tanışı Zülfüqar onunla əlaqə saxlamışdır. Bu oyundan Zülfüqarın məlumatı olmuşdur, çünki yanında həmin oyundan pul çıxarmışdır. O, məsələ barədə Zülfüqara danışmış və Zülfüqar bu danışıqdan bir neçə dəqiqə sonra yanına gəlmişdir. Zülfüqara demişdir ki, “həmin oyuna davam elmək və yatırım etdiyimiz pulu həmin hesabdan çıxarmaq üçün əlavə pul qoymaq lazımdır". Zülfüqar həmin ərəfədə avtomobilini satdığından pulu olmuşdur. Zülfüqar demişdir ki. “mən pul yatırımı edirəm oyunu davam edək nə qazansaq bölərik”. Həmin gün Zülfüqar oyundakı hesaba 7.000 manat pul yatırım etmiş və oyuna davam elmiş, lakin, yenidən 20 dəfə cəhd eldikdən sonra uduş əldə edə bilməmiş və yenidən balans donub pul hesabda qalmışdır. Çarxı 20 dəfə fırlatmamış məbləği götürmək olmur. Bundan sonra Samir əl çəkməyib demişdir ki, “hansı yolla olur olsun balansda olan pulları çıxarmaq lazımdır”. O, Samirə əlavə pul qoymağa imkanının olmadığını demiş, Samir idarə etdiyi “Chevrolet” markalı. “Cruze” modelli **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoyub bu yolla pul əldə edib oyuna yatırım elmək qərarına gəldiyini demişdir. Bundan sonra Anar və Samirlə birlikdə Bakı şəhəri Babək prospektində yerləşən Anarın tanıdığı avtosalona getmiş və Samirin avtomobilini 14.000 manata danışıb avtosalona girov kimi qoyub danışıq üzrə avtomobili geri götürəndə 15.000 manat qaytarmağa razılaşmışlar. Pulu salondan götürdükdən sonra ünvan 4 ünvanda “Bravo” supermarketin qarşısına avlodayanacağa gəlmiş və supermarketdəki onlayn ödəmə terminalı vasitəsi ilə pulun bir qismini təxminən 5.000 və ya 6.000 civarında olan hissəsini hesab nömrəsini dəqiq xatırlamadığı Samirin "xxxx" ASC-yə məxsus “Leo-Bank" kartına köçürüb oyundakı hesaba yatırım elməklə yenidən uduş əldə elmək üçün cəhd elmiş, lakin, yenidən uğursuz nəticə əldə edib sonradan Neapol dairəsi yaxınlığındakı çay evinə gedib oradakı marketdən Samirin həmin kartı hesabına qalan pulu da köçürüb oyuna davam etmişlər. Onlar pulu kart hesabından “Binans” vasitəsilə oyun saytına yerləşdirmək üçün kriptodollara çevirdikdən sonra hesaba yerləşdirirlərmi. Pulu çevirən şəxs ölkəmizdə yaşayır. Həmin gün Samirin 14.000 manat məbləğdə pulunu oyunun hesabına köçürüb uğursuz nəticə əldə etmişlər. Bundan sonra aralarında mübahisə baş vemişdir. Növbəti gün Samir əlavə 3 nəfər tanışları ilə yaşadığı evin qarşısına gəlib uşağının yanında onu hədələmiş və aralarında mübahisə baş vermişdir. Samir hədələyib pulunu geri tələb elməyə başladıqda ailəsi olduğu üçün çıxılmaz vəziyyətdə qalıb Samirlə birlikdə Gəncə şəhərinə gedib oradakı mənzilini satmaq istəmişdir. Evdə anasının da qeydiyyatı olduğundan ev razılıq olmadan satıla bilmədiyindən Bakı şəhərinə qayıtmışlar. Samir mənzilin çıxarışını özündə saxlamaq istədikdə narazılıq yaranmaması üçün razılaşmışdır. Bir müddət sonra pulu qaytara bilməməsi, Samirin onu sıxışdırmasına tab gəlirə bilmədiyi üçün may ayında ölkə xaricinə getmişdir. Göstərilənlərə əsasən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddəidir tanıyır. Ruslanla ortaq tanışları olduğundan arabir görüşüb birlikdə vaxt keçirmişlər. 2023-cü ilin mart ayının ortalarında mülkiyyətində olan **-SL-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze'’ markalı avtomobilini satmaq və yeni model avtomobil almaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə dostu Şahid2 və Təqsirləndirilən şəxslə görüşmüşdür. Birlikdə Xətai rayonu Neapol dairəsi yaxınlığında yerləşən “Shisa” adlı çay evində bir neçə saat olurub söhbətləşmişlər. Söhbət əsnasında avtomobilini satmaq qərarında olduğunu demişdir. Bu zaman Təqsirləndirilən şəxs demişdir ki, “hazırda tanışları “Chevrolet Malibu” markalı avtomobili xaricdən gətirmək olar, Bakıya gətirilmə ilə birlikdə tam xərci 15 min manata edəcək, pul düzəldə bilsən həmin maşını sənin üçün ala bilərəm” Ruslanın təkilifi ilə razılaşmışdır. Ruslan mobil telefonunda təklif etdiyi avtomobilin şəkillərini göstərdiyi üçün səmimiyyətinə tam olaraq inanmışdır. Bundan sonra öz avtomobilini satıb həmin avtomobili alacağını bunun üçün gözləməsini demişdir. 2023-cü ilin aprel ayının 6-da Əhmədli metrosu yaxınlığında dostu Şahid2la birlikdə Ruslanla görüşmüşdür. Birlikdə Xətai rayonunda maşın bazarı adlanan yerin yaxınlığındakı “Socar” YDM-nin içərisində yerləşən avtosalona getmişlər. Həmin gün saat 16 radələrində salonla yəni Zamin adlı şəxslə razılaşıb 15.000 manata idarə eldiyi avtomobili avtosalona salmışdır. Bundan sonra Ruslan demişdir ki, “həmin pulu avtomaşını salan şəxsə göndərməlidir ki, avtomobili sənədləşdirib təxminən bir həftə ərzində ünvan 5 ünvanında yerləşən “Bravo” supermarketin qarşısına getmişlər. Orada üzərindəki 15.000 manat pulu hissə-hissə sayaraq hesabı qarışdırmamaq üçün daha dəqiq sayması üçün dostu Anara vermiş Anar da öz növbəsində həmin pulu sayaraq Təqsirləndirilən şəxs vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 15.000 manat pul vermişdir. Bundan sonra Ruslan “Bravo"-ya daxil olmuş və ödəmə terminalının qarşısına getmişdir. Bu zaman tanışı Anarla birlikdə marketin qarşısında dayanıb Ruslanı gözləmişlər. Bir neçə dəqiqə sonra Ruslan gəlib bir həftəyə avtomobilin gələcəyini demişdir. Onlar həmin gün axşam saatlarına kimi birlikdə vaxt keçirib Ruslanla sağollaşmışlar. Növbəti 2 gün ərzində Ruslanla əlaqə saxlamış və məsələnin nə yerdə olmasını soruşmuşdur. Həmin vaxt Ruslanın ötəri sözlərlə danışmasını hiss etmişdir. Pulu verdiyi gündən təxminən 3-cü gündən sonra Ruslan onun zənglərinə cavab verməməyə başlamışdır. Məcbur olmuşdur ki, Ruslanla görüşə gəlsin. Ruslan demişdir ki. “İşimiz alınmadı. Gəncə şəhərində özünə məxsus evi var, həmin evi satıb mənim pulumu geriyə qaytaracaqdır”. Həmin gün Ruslan, Gəncə şəhərində yerləşən evinin çıxarışını götürüb yanına gəlmiş, çıxarışı verib narahat olmamağını demişdir. Onlar birlikdə Gəncə şəhərinə getmişlər. Təxminən üç gün müddətində Gəncə şəhərində yerləşən evin satılması üçün ofislərə müraciət elmişlər. Orada Ruslana hamıya “bu adam mənə görə maşınını satıb, onun pulunu verməliyəm” deyirmiş. Evi 47.000 manata satılması üçün razılaşmış, bunun üçün Gəncə şəhərindəki “Asan Xidmətə” getmişlər. Asan xidmətdə Ruslana bildirmişlər ki, evin satılması üçün anası Naidanın razılığı lazımdır. Ruslan ona demişdir ki, “beş dəqiqə anamla danışım məsələni həll edək". Lakin Ruslan anası ilə danışıb telefonda mübahisə etmiş və anası mobil telefonu söndürmüşdür. Buna görə də alqı-satqını həyata keçirə bilməmiş və Bakı şəhərinə qayıtmışlar. Ruslan demişdir ki, ”anam hazırda rayondadır, səbrli ol anam gəlsin biz danışıb evi satıb sənin pulunu ödəyəcəyik”. Bu danışıqdan sonra Ruslan telefonlara cavab verməmiş və ona anasının mobil nömrəsini göndərib məsələnin həlli üçün anasının nə lazımdırsa edəcəyini demişdir. 19 aprel 2023-cü il tarixdə saat 18 radələrində Ruslanın anası ilə Xətai rayonunda yerləşən Heydər Əliyev adına parkda görüşmüşdür. Naida adlı qadın narahat olmamağı Ruslanın əvəzinə pulu qısa zamanda verəcəyini demişdir. Naida ona demişdir ki. “mən evi tez ucuz qiymətə satmaq istəmirəm, səbrli olun evi baha qiymələ salıb sənin pulunu qayalarcağam”. Bu danışıqdan sonra 3 ay müddətində Naida müxtəlif bəhanələrlə onu yayındırmışdır. Sonda Naida demişdir ki, “sən mənə pul verməmisən ki, məndən də pul istəyəsən, get nə bilirsən et”. Bundan sonra avqust ayında polisə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 15.000 manat maddi ziyan dəymişdir. Hadisə aprel ayında baş verdikdən sonra Ruslanın, eyni zamanda, anasının pulu qaytarmaq barədə verdikləri vədlər səbəbi ilə rəsmi qurumlara şikayət etməmək üçün 4 ay səbr edib gözləmişdir. Bu səbəbdən avtomobilin satılması gününü bir gün fərqlə xatırlaya bilər. Etibarnamə tarixi ilə hadisənin baş vermə tarixi eynidir. Bildirmişdir ki, onun "xxxx" ASC-yə məxsus kart hesabı olmayıbdır. Ruslan yalan danışır. Şahid3 adlı şəxsin kart hesabına pul köçürməmişdir. (bankdan kartın mövcudluğu ilə bağlı məlumat daxil olduqdan sonra bildirmişdir ki, ola bilsin kart onlayn şəkildə verilmişdir, lakin onun xəbəri olmamışdır və istifadə etməmişdir). Zülfüqarı çox az müddətdə tanımışdır, Zülfüqar, Ruslanın dostu kimi tanımışdır. Zülfüqarın onun məsələsi barədə heç bir məlumatı yoxdur. Avtomobilini satmağından Ruslanın yalan vədindən Anarın məlumatı olmuşdur. Avtomobili avtosalona girov kimi qoymaq söhbəti olmamışdır. Hazırda ona dəyən zərər ödənilməyib, şikayətçidir ədalətli cəza verilməsini və mülki iddianın təmin olunmasını xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Təqsirləndirilən şəxs ortaq tanışlarıdır. Samir ona zəng vurub “Chevrolet” markalı “Cruze” modelli avtomobilini satmaq yeni model avtomobil almaq istədiyini demişdir. Həmin vaxt Ruslan Samirə bu işdə kömək edə biləcəyini demişdir. Belə ki, Ruslan tanışlarının hazırda “Chevrolet Malibu" markalı avtomobil gətirməsini həmin avtomobili almaqda Samirə kömək edə biləcəyini demişdir. Bundan sonra aprel ayının 6da Samir və Ruslanla yenidən görüşmüş, birlikdə Xətai rayonunda yerləşən maşın bazarına yaxın “Socar” YDM-nin içərisində yerləşən avtosalona getmişlər. Samir avtomobilini həmin avtosalona 15.000 manat satmışdırlar. O Zaminə demişdir ki, bir neçə günə gəlib avtomobili geri almaq olarmı. Avtomobili özü üçün almağı nəzərdə tutmuşdur. Sonra onlar birlikdə Xətai rayonu, X.Məmmədov küçəsi 35 ünvanında yerləşən “Bravo” supermarketin qarşısına getmişlər. Çünki onun avtomobili orada idi. “Bravo" supermarketin qarşısında Samir 15.000 manat pulu saymağa başlamış və dəqiq saydan əmin olmaq üçün pulu onun da saymağını istəmişdir. Samirin xahişi ilə pulu bir daha sayıb 15.000 manat olmasından əmin olduqdan sonra Samir, həmin pulu Ruslana vermişdir. Bundan sonra onlar sağollaşmışlar. Pulun onlayn olaraq kiməsə göndərilməsini görməmişdir. Sonradan Samir onunla görüşdükdə Ruslanın pulu geriyə qaytarmadığını, heç bir avtomobil gətirmədiyini demişdir. Ruslan hər ikisinin əvvəlcədən tanıdığı şəxs olduğu üçün Samir Ruslana etibar etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Socar” YDM- nin daxilindəki “Auto Shop” avtosalonda satıcı işləyir. 2023-cü ilin aprel ayının 06-da işlədiyi salonda olarkən “Anar" adlı maşın alverçisi kimi tanıdığı şəxs yanında iki nəfər tanışı ilə birlikdə işlədiyi avtosalona gəlmişdir. Onlar “Chevrolet" markalı “Cruze" modelli **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirmiş və satmaq istədiklərini bildirmişlər. Əslində avtomobili almaq marağı olmamışdır, lakin ona təcili pul lazım olduğunu demişlər. O, da kömək məqsədilə Anarın təkidindən sonra maşını almışdır. O girova maşın götürmür, lakin satışa qoyduğu avtomobili sahibi də gəlib ala bilər. Belə bir təklifi Anar da etmişdir. Belə ki, ona demişdirlər ki, pulumuz düzəlsə gəlib maşını geri alarıq. Demişdir ki, bəli bir neçə günə gəlsəniz xeyrimi də verib avtomobili ala bilərsiniz. Ancaq münasib müştəri gəlsə satacaq. Anarın yanında gələn digər iki nəfər şəxsdən biri avtomobilin sahibi digəri isə onların tanışı olmuşdur. Əvvəllər də Anardan bir neçə avtomobil aldığı üçün gətirdiyi avtomobilin normal olmasını düşünüb avtomobilə baxış keçirib razılaşaraq avtomobili heç bir yerdə texniki cəhətdən yoxlatdırmadan 15.000 manata almışdır. Həmin vaxt avtomobilin sahibi əvvəllər tanımadığı “Samir" adlı şəxs ona baş etibarnamə vermişdir. Avtomobili aldıqdan bir neçə gün sonra tanımadığı digər bir alverçiyə aldığından bir qədər yuxarı məbləğə satmış və üzərindəki dövlət qeydiyyat nişanını polis qurumuna saxlamaq üçün vermişdir. Hazırda uzun müddət keçdiyindən həmin avtomobilin alqı-satqısına dair hər hansı bir sənəd qalmamışdır. Girovla bağlı heç bir danışıq olmamışdır. Təqsirləndirilən şəxs tanımır. Müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ruslanla birlikdə Gəncədə birlikdə işləmişdir. Bu minvalla Samiri və Anarı da tanımışdır. Ruslan demişdir ki, “Amazon.com” adlı sayt var, pul qoyub pul çıxarmaq olur. Ruslanla görüşmüşlər və mahiyyətini başa salmışdır. Həmin ərəfədə “Mersedes” markalı maşını var idi, onu satmışdı. Düşünmüşdür ki, qoyulan pulu həqiqətən çıxarmaq mümkündürmü, yoxlamış və görmüşdür ki, həqiqətən olur. Amma məbləğ az olurdu. Sonra Samir, Ruslan və o üçü birlikdə danışıb bu işə başlamışlar. Samirin də onlayn profili var idi. Hansı kart təklif olunurdusa, həmin kartın balansına pul vururdular. “Bravo" supermarketin həyətində gecə saat 01 radələrində evdən maşının pulu ilə 7000 manata yaxın pul düzəldib qoymuşdular. Samir də üstünü düzəltmək üçün 100 dollar xırdaladaraq pul qoymuşdur. Ruslan da pulu düzəltmək üçün qarşı tərəflə danışırdı. 7000 pul getdikdən sonra bilmişdir ki, fırıldaqdır. Demişdir ki, 7 min zərər üç yerə bölünər və onun zərəri ödənilər. Ruslan demişdir ki, ən pis halda evi satıb evin pulunu verər. Üstündən 2-3 gün keçdikdən sonra Ruslanla danışmış və görüşmüşlər. Ruslan demişdir ki, həm onun 7 minini qaytarmaq həm də əlavə pul əldə etmək üçün Samirin maşınını 14000 manat qarşılığında bir alverçiyə girov qoymuşdurlar. 1 həftəyə qaytarmalıdır. Samirgilin avtomobili salona qoymasında iştirak etməmişdir. Lakin lap əvvəldən Samir və Ruslanın avtomobili satmaq və pulunu oyuna qoymaq barədə danışmalarını eşitmişdir. Ruslan xaricdə olanda Samirlə də görüşmüşdür. Samir ona “Ruslan pulu yedi qaçdı” demişdir. Özünün xərclədiyi 7 min manat pulu hazırda tələb etmir. Tərəflərin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, “Binans” üzərindən kripto valyuta satmışdır. Bunu oradakı hesabına girib qəbzlərlə sübut edə bilər. Həmin saytda elan yerləşdirilir kripto valyuta satışı barədə. Kim istəsə satıcının hesabına pul ödəyib kripto valyuta ala bilir. Hazırkı işlə bağlı bildirmişdir ki, kartına ödəniş olduğu 01 aprel 2023-cü il və 06 aprel 2023-cü il tarixlərdə kriptodollar satmışdır. Bunu sübut edə bilər. Sonradan kripto valyuta almış şəxs həmin kriptodollarla digər saytlarda nə işlə məşğul olduğunu o izləyə bilmir. Hazırda bu işlə məşğul olmur, çünki çoxsayda belə şikayətlər yəni oğurluq və s. hallarla bağlı şikayətlər olurdu. Hazırda bu işlə məşğul olmasa da proqramda əməliyyatlarla bağlı məlumatlar qalır. “Binance” kripto saytında elan qoyurdu və qarşı tərəf girib həmin məbləği vurduqda kripto birbaşa onun hesabına köçürdü. Müştərinin hesabından ona adi valyuta ödənilir və müştərinin hesabına kripto valyuta hesablanır. Bunun üçün hər iki tərəfin hesabı olmalıdır. Təsdiq vurmalıdır ki, ödəniş keçsin. Pulu sonradan öz hesabı ilə köçürür. Bir növ ondan alıb başqasına köçürür. Hesabdan qeydiyyatdan keçəndə üz tanıma və vəsiqə məlumatları istəyir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 03 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; (i.v.1) -18 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. (i.v.13-14) - 25 sentyabr 2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsinə dair qərarın ləğv olunub materialın əlavə yoxlamaya qaytarılması barədə qərardan görünür ki, X6 müraciəti əsasında RPİ-nin 36-cı PB-də toplanmış 1300/23 rədd materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə şöbənin təhqiqatçısı Rəşad Babayevin 18 avqust 2023-cü il tarixli qərarı ləğv edilmişdir. (i.v.18) - 07 oktyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (i.v.25) -08 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.27) - 08 oktyabr 2023-cü il tarixli götürülmə aparılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi Ruslan Şıxayevin ona vurduğu ziyanla bağlı sonuncunun anası Naida Manafova ilə telefon danışığna eyni zamanda Ruslan Şıxayevin ölkə xaricində olarkən Şahid2 səsli sms göndərib Samirin maşınının pulunu qaytaracam deməsinə dair səslərin köçürüldüyü 02 ədəd DVD disk bundan başqa hadisənin baş verdiyi vaxtdan sonra X13 şəhərində yerləşən öz mülkiyyətində olan mənzili satacağına və vurduğu maddi ziyanı qaytaracağına dair Zərərçəkmiş şəxs təqdim etdiyi həmin mənzilin çıxarışlarının notarial qaydada təsdiq edilmiş sürəti iş üçün əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs götürülmüşdür. (i.v.36) - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi mənzil texniki pasportundan və № ******* çıxarışdan görünür ki, ünvan 1 ünvanının hüquqi sahibi Təqsirləndirilən şəxsdur. (i.v.38-41) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 20 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2014-cü ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 70.2.4-cü maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsini çəkmək üçün MTCM 12-yə keçilirmişdir. AR Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. (i.v.56-57) - 06 noyabr 2023-cü il tarixli şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v.59) - 06 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.60) - 20 fevral 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi icraata qəbul edilmişdir. (i.v.69) - 20 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. (i.v.78) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, evli, əvvəllər məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs X7 barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmiş və həbsdə saxlama müddəti 01 (bir) ay həddində müəyyən edilmişdir. (i.v.85-89) - 21 fevral 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi dayandırılmışdır. (i.v.90-91) - Moskva şəhər Troitskiy Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 40 gün müddətinə, yəni 6 iyun 2024-cü il tarixə qədər olmaqla həbs qətimkan tədbiri seçilmişdir. (i.v.103-107) - Moskva şəhər Babuşinski Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbirinin müddəti 06 ay, yəni 27 oktyabr 2024-cü ilə qədər uzadılmışdır. (i.v.110-112) - 05 avqust 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi icraata qəbul edilmişdir. (i.v.113-114) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-257/2012 saylı, xx.xx.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X7 Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün şübhəli şəxs qismində saxlanıldığı müddət təyin olunmuş 04 (dörd) il azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2012-ci il tarixdən hesablanmışdır. (i.v. 118-129) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-554/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 24 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. (i.v.183-187) - Bakı Apellyasiya Məhkəməsinin 4(103)-883/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunması barədə Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş vəsatətin təmin olunmasından imtina edilməsinə dair 07 avqust 2024-cü il tarixli, 4(011)-542/2024 saylı qərarı ləğv edilmişdir. Təqsirləndirilən şəxs - xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, evli, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, 1- ci mikrorayon, ev 1, mənzil 15-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 5, ev 11 ünvanında yaşayan barəsində seçilmiş həbs qətimkan tədbirinin sonuna - yəni 24 sentybar 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (i.v.201-212) - "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs "xxxx" KB ASC-də bank hesabları mövcud deyil. (i.v. 219) - 05 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X9 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmaqla barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınması, Zərərçəkmiş şəxs götürülmüş 02 ədəd disk və Gəncə şəhərində yerləşən Təqsirləndirilən şəxs məxsus mənzilin çıxarışının surəti maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. (i.v.220-227) - İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı var: xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X11. Məhkəmə iclasında iş materiallarında olan telefon danışığı barədə səs yazısı olan 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, səs yazısı Zərərçəkmiş şəxslə, Təqsirləndirilən şəxs anası Naida arasında aparılmış telefon danışığından ibarətdir. Naida Manafova danışıq zamanı Samirə deyirki tanışları ona söz verib, xurma sezonunda ona pul verəcəkdir. Samir ona Ruslanın harada olmasını sual verdikdə Naida Ruslanın evdə olmadığını Ruslanın ailəsindən boşandığını deyir. Zərərçəkmiş şəxs Ruslanın hansı vaxtadək belə gizlənəcəyini sual verir. Naida bildirir ki, evə müştəri tapdıqda Ruslanı tapacaq, Ruslan onu pis vəziyyətdə qoyubdur. Naida Samirə biraz səbirli olmasını bildirir. Samir pulu Ruslana 3 günlük verməsini lakin Ruslanın onu aldatmasını deyir. Naida cavabında deyir ki, evin onsuzda ona bir xeyiri yoxdur, satacaq və pulu verəcək. Samir Naidaya evi hansı qiymətə satışa çıxarmasını sual verir. Naida deyir ki, evi 63.000 manata satacaqdır, evə baxan müştəri evə baxıb razılaşacaqdır. Naida özünün Gəncə şəhərinə gedəcəyinə evi danışıb satacağını deyir. Həmin evin Gəncə şəhərinin mərkəzi küçəsində yerləşdiyini normal qiymətə sata biləcəyini deyir. Naida Samirə deyir ki, “evə müştəri tapsam gəl sən də mənlə gedək evi sataq məsələ həllini tapsın. Mən sənə söz vermişəmsə sözümü tutacağam." Samir deyir ki, "mən nə lazımdı kömək edib sizə evi satmaqda kömək edəcəyəm təki mənim maddi ziyanımı qaytarın". Bununla telefon danışığı bitir. Məhkəmə iclasında iş materiallarında olan digər 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskin içərisində 01 ədəd səsli sms mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs Anar adlı tanışına səsli sms göndərib deyir ki, "danışıq alınmır səs göndərəcəm, mənim 33 yaşım var, yaşadığımı yerə vurmuşam, işdən çıxdım, banklar, məhkəmələr, boşanmam məni yerə vurdum, mənim oraya qayıtmaq fikrim yoxdur, mənim sizinlə olan problemin pul məsələsidir, sənin pulun, Samirin maşınının pulu çatacaq, məsələ həllini tapacaq narahat olma, normal pulum olar geriyə qayıdaram. Yəginki məni başa düşürsən, mənim pis niyyətim yoxdur, sadəcə vəziyyət belə gətirdi, mənim sizin pulunuzun arxasına keçmək fikrim yoxdur, mənim hazırda 24.500 manat verəcəyim var, işim yoxdur, bir dənə Gəncədə evim var onu da satdırıram, ailəm boşanır, anam üzümə baxmır, yaxın olduqlarım siz idiz, sizidə atmışam, qaçmışam, daha niyə qayıdım, narahat olmayın evi satdırıb sizin pulunuzu qaytaracam". İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" KB ASC-nin göndərdiyi xx.xx.2025-ci il tarixli diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 409858******4957 nömrəli kart Zərərçəkmiş şəxs məxsusdur. Əməliyyatlar siyahısından görünür ki, kartda mobil tətbiq, internet və bank posterminalları vasitəsilə çoxsaylı əməliyyatlar həyata keçirilmiş o cümələdən Şahid3 hesabına bir neçə dəfə pul köçürmələri olmuşdur. Ödəniş qəbzlərinin fotoşəkillərindən görünür ki, 01 aprel 2023-cü il- 06 aprel 2023-cü il tarixlərdə həm Zərərçəkmiş şəxs, həm də X1 hesablarından köçürmələr olmuşdur. “Binance” kripto saytındakı hesab Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin sorğuya cavab olaraq göndərdiyi müştəri zənglərinin detallaşması ilə bağlı diskə və əlavə edilmiş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin istifadəçisi xx.xx.2023-cü il tarixdən saat 21:04-dən xx.xx.2023-cü il saat 23:51-dək tarix aralığında Gəncə şəhərində olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin sorğuya cavab olaraq göndərdiyi müştəri zənglərinin detallaşması ilə bağlı diskə və əlavə edilmiş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin istifadəçisi xx.xx.2023-cü il tarixdən saat 21:56-dan xx.xx.2023-cü il saat 23:57-dək tarix aralığında Gəncə şəhərində olmuşdur. Beləliklə məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməməsi qənaətinə gəlir və hesab edir ki, ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi sübutlar üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Məhkəmə ilk olaraq təqsirləndirilən şəxsin ifadəsinə qiymət vermək qərarına gəlir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, təqsirləndirilən şəxs səmimidir, ifadəsi inandırıcıdır və hərəkətlərində dələduzluq niyyətinin olması inandırıcı görsənmir. Belə ki, onun tərəfindən vəsaitlərin internet vasitəsilə kriptovalyutaya çevrilməkdlə digər oyun internet saytına köçürülməsi təsdiqini tapır. Onun zərərçəkmiş şəxsə avtomobil gətirilməsi ilə bağlı vəd verməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmir. Ümumiyyətlə təqsirləndirilən şəxsin əvvəllər avtomobil alqı-satqısına dair hər hansı məlumat mövcud deyil. Bundan əlavə ödəniş edildiyi günün səhəri günü onun dediyi kimi pulun geri qaytarılması məqsədilə Gəncə şəhərinə evin satılması ilə bağlı getməkləri onun və zərərçəkmiş şəxsin telefonlarının anten dairə məlumatları ilə təsdiqini tapır və pulun avtomobil alışı üçün verilmədiyini sübut edir. Şahid qismində dindirilmiş internet oyununa vəsait qoymuş üçüncü şəxs X3 ifadəsi təqsirləndirilən şəxsin ifadəsinin həqiqət olmasına dəlalət edir. Məhkəmə zərərçəkmiş şəxsin ifadəsinə qiymət verərək hesab edir ki, bir çox hallarda o, qeyri səmimi olaraq düzgün olmayan məlumatlar vermişdir. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq və eləcə də məhkəmə baxışı zamanı "xxxx" bank kartının olmadığını bildirsə də məhkəmə sorğusuna cavab olaraq bankın təqdim etdiyi məlumata əsasən belə kartın mövcudluğu və həmin kartdan ödənişlərin edildiyi məlum olmuşdur. Bundan başqa Gəncə şəhərinə evin satılması üçün o, əvvəlcə pul verdikdən 10 gün, daha sonra 3 gün keçdikdən sonra getdiklərini bildirmişdir. Lakin onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin anten məlumatlarından məlum olur ki, onlar Gəncə şəhərinə pul verildiyi günün səhəri gün getmişlər. Verilmiş pulun dərhal geri istənilməsi həmin pulun hara və nə üçün xərclənməsindən Musayevin məlumatlı olmasını bildirir. Zərərçəkmiş şəxsə aid avtomobilin satılması məsələsində Şahid1 dediklərinən aydın olur ki, o avtomobilin alınmasında əvvəllcə maraqlı olmamışdır, daha sonra Anarın təkidlərindən və sahibinə təcili pul lazım olduğu üçün avtomobilin satılmasını bildirdikdən sonra kömək məqsədilə avtomobili almışdır. Həmçinin ona bildirmişlər ki, yaxın zamanda vəsait əldə edilsə avtomobili gəlib geri alınacaq. Qeyd olunananlar avtomobilin yenilənməsi üçün satıldığını şübhə altına alır. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin evin satılması məqsədilə Gəncə şəhərinə getməkləri ilə bağlı məsələyə dair məhkəmə hesab edir zərərçəkən şəxsin dediklərindən fərqli olaraq təqsirləndirilən şəxsin bildirdiyi kimi onlar Gəncə şəhərinə aprel ayının 7-si getmişlər. Bu fakt onların hər ikisinin istifadəsində olan telefonların anten məlumatları ilə təsdiq olunur. Belə ki, 6 aprel tarixində pul verilməsinin növbəti günü həmin pulun geri tələb edilməsi və bunun üçün Gəncə şəhərindəki evin satılması üçün ora gedilməsi həmin pulun avtomobil sifarişi üçün verildiyinin inandırıcı olmadığına digər məqsədlə verildiyini güman etməyə əsas verir. Həmçinin iş materiallarında olan məhkəmə iclas zalında səsləndirilmiş səs yazısından məlum olur ki, iş üzrə zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin anası ilə danışıq zamanı pulun onun tərəfindən 3 günlüyə verildiyini bildirir. Bu hal da pulun avtomobil sifarişi üçün verildiyini şübhə altına alır. Məhkəmə hesab edir ki, etibarından sui-istifadə edərək zərərçəkmiş şəxsin avtomobilini sataraq əldə ediləcək pulun müqabilində guya xarici ölkədən yeni gətirilmiş avtomobilin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq xeyli miqdarda maddi ziyan vurması məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır. Belə ki, həmin vəsait digər məqsədlərlə internet oyun saytına yerləşdirilmiş və tərəflər bu barədə məlumatlı olmuşlar. Onların pul vəsaitinin internet vasitəsilə hara və nə üçün köçürülməsindən məlumatlı olduqları üçün həmin internet hesablarının kimin adına qeydiyyatda olması iş üçün əhəmiyyət kəsb etmir. Məhkəmə hesab edir ki, tərəflər məsələni mülki icraat qaydasında məhkəmədə mübahisələndirə bilərdilər. Belə ki, Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Həmin qərara əsasən qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Göründüyü kimi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən onun tərəfindən törədilməsi qeyd edilən əməldə cinayət tərkibi olması qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, törədilən əməlin cinayət olmasını təsdiq edən sübutlar kifayət etmir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən onun tərəfindən törədilməsi qeyd edilən əməldə cinayət tərkibi olması qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, törədilən əməlin cinayət olmasını təsdiq edən sübutlar kifayət etmir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. CPM-nin 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə bir daha vurğulayır ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməməsi qənaətinə gəlir və hesab edir ki, ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində 16 avqust 2024-cü il tarixdə seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına görə təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Qeyd olunanlartı nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dərhal ləğv edilsin. İş üzrə mülki iddia baxılmamış saxlanılsın və Zərərçəkmiş şəxs izah edilsin ki, mülki mühakimə icraatı qaydasında da iddia vermək hüququ vardır. İş üzrə maddi sübut kimi tanınan – dörd ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar