Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-500/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X7, zərərçəkmiş şəxslər X2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə X5 Almaniya Respublikasında 23000 manata 2013-cü il buraxılışlı “Mercedes E220” markalı avtomobil gətirəcəyini vəd verib inandıraraq, 10 noyabr 2022-ci il tarixdə Laçın Həsənovun atası Zərərçəkmiş şəxs4 Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində 2000 manat pulu alıb ələ keçirərək, vədinə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs4 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 etibarından sui-istifadə etməklə, ona məxsus 2008-ci il buraxılışlı “İnfiniti FX35” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomaşını, dəyərindən baha qiymətə, yəni 24500 manata satıb 4 gün ərzində pulunu verməyi vəd verərək aldadıb, bu məqsədlə 28 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən N.Nərimanov adına kinoteatrın qarşısında N.Sadıqovanın oğlu Şahid1 avtomaşını alaraq ələ keçirməklə Nişanə Sadıqovaya 20000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə, sonuncunun oğlu Şahid7 vasitəsi ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Avtosalon 777” adlı avtomobil alqı-satqısı salonuna satmış olduqları 2012-ci il buraxılışlı “Toyota-Prius” markalı, **-UX-*** dövət qeydiyyat nişanlı avtomaşını salondan 17500 manat müqabilində geri alıb daha sonra 24000 manata satacağını vəd verərək aldadıb, bu məqsədlə 30 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən kafedə Zərərçəkmiş şəxs3 oğlu Şahid7 17500 (on yeddi min beş yüz) manat məbləğində pulu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə, ona Şahid4 mülkiyyətində olan və 01 dekabr 2022-ci il tarixdə sonuncudan bir neçə gün ərzində 39000 manata satıb pulunu ona verməyi söz verərək baş etibarnamə əsasında götürdüyü, 2013-cü il buraxılışlı “Toyota RAV-4” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşını özününkü kimi təqdim edərək 27350 manata satmaq istədiyini bildirib həmin pulun ona veriləcəyi təqdirdə mülkiyyətinə keçirilməsində heç bir problem olmayacağını vəd verərək aldadıb, bu məqsədlə 03 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 qardaşı Şahid3 ilə Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində görüşüb sonuncudan 27350 manat pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə, ona məxsus 2011-ci il buraxılışlı “Nissan Tiida” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomaşını, dəyərindən baha qiymətə, yəni 16000 manata satıb 4 gün ərzində pulunu verməyi vəd verərək aldadıb, bu məqsədlə 04 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhər avtovağzalı ərazisində Zərərçəkmiş şəxs3 oğlu Şahid7 avtomaşını alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 14500 (on dörd min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından su-istifadə etməklə, sonuncuya təhsil aldığı Bakı Avrasiya Universitetində imtahan kəsirlərinin 3300 manat pul müqabilində silinməsində köməklik göstərəcəyinə vəd verərək aldadıb, Zərərçəkmiş şəxs5 bu məqsədlə 14 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr parkı” ərazisində yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə özünə məxsus son səkkiz rəqəmi 58202403 olan “Leobank” bankına məxsus debet kartına 2500 manat pul köçürtmüş, daha sonra 16 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5la Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının qarşısında görüşərək 400 manat nağd pul almış, 18 fevral 2023-cü il tarixdə isə ünvan 2 ünvanında yerləşən “Oba market” mağazasında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə özünə məxsus son səkkiz rəqəmi 58202403 olan “Leobank” bankına məxsus debet kartına 400 manat pul köçürtməklə, ümumilikdə vahid niyyətlə 3300 manat məbləğində pulu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, avqust ayının sonları olardı ki o, Mehman adlı şəxslə maşın alveri edirdi, yəni ucuz maşınların alqı-satqısı ilə məşğul olurdular. Həmçinin instaqramda lizing şirkəti adı ilə fəaliyyət göstərən şirkət də var idi. İlk olaraq Mehman da gəlib etiraf etmişdir ki, onlar maşın alveri edirlər, heç bir problemləri olmayıb. Bu maşın söhbətləri hamısı Rüstəmin tanışlarınındı. Şəxsən Rüstəmin maşınını da o, özü satmışdır. Əmisinin maşınını da o, satmışdır. Pulları da hamısı ödənilmişdir. O, Laçını tanımırdı. Laçını onun dostu onun yanına gətirmişdir ki, bir dənə “Toyota Serika” markalı maşını var, maşın pis vəziyyətdədir, bunu sata bilmirlər, necə etmək olar. O da lizing şirkəti ilə bir neçə dəfə iş gördüyündən maşını onlara təklif etmişdir. “Toyota” markalı maşın Laçına məxsusdur. Həmin bu maşın verilmişdir ki, “Mercedes” markalı maşın xaricdən gəlsin. Aralarında artıq bir güvən yaranmışdır. İqbal ona maşını vermiş, bir də 2000 manat pul vermişdir ki, “Mercedes” gəlsin. O da İqbala maşının sənədlərini göstərmiş, maşının özünü göstərmiş, maşının hansı problemlərinin olduğunu izah etmiş, hətta maşının GPSnə qədər onlara göstərmişdir. Sadəcə onda yazışmalar qalmamışdır. Son danışıqları ayın 24 olmuş, o bildirmişdir ki, maşın dekabrın sonu gəlməlidir. 24 dekabr tarixində o, xaricdən maşını gətirənlərlə əlaqə saxlamış, onlar isə demişlər ki, maşın bir neçə günə burda olacaq, o, Rüstəmlə əlaqə saxlamış, demişdir ki, maşının texniki baxışdan keçirilməsi üçün xaricdən gələrsə, hansı sənədlər lazım olacaq ki, qeydiyyatdan keçə bilsin. O da nə lazım idi gedib alıb gətirmişdir. Sonra dekabrın 26-sı o, onlara zəng etmiş və ona demişlər ki, narahat olmasın. Sonra həmin lizing şirkəti zənglərinə cavab verməməyə başlamışdır. Onun fəaliyyəti ondan ibarət olmuşdur ki, o, sadəcə orada vasitəçi olmuş və buna görə pul götürmüşdür. Yenə də qeyd etmişdir ki, pulu da, maşını da təhvil vermişdir lizing şirkətinə. Lizinq şirkətində Tural, Kəramət və Fərid adlı şəxslər onu aldatmışlar. Daha sonra o, bildirmişdir ki, “İnfiniti FX 35” Rüstəmin tanışının idi, o, Rüstəmlə dəfələrlə alver etmişdi, Rüstəmin dostlarının da maşınlarını satmışdır. Rüstəm tanışının avtomobili barədə ona məlumat vermiş və demişdir ki, tanış adam maşını satmaq istəyir. Maşının şəkillərini göndərmişdir ona, o da göndərmişdir lizinq şirkətinə. Daha sonra şirkətdən ona bildirilmişdir ki, maşını hansısa avtosalona qoysun, onlar müştəriyə maşını avtosalonda görsətsinlər. Sumqayıtda 2 dənə avtosalon var, 777 və 039. Müstəntiq yazmışdır ki, güya maşını o, aparmışdır, o, qoymuşdur, lakin o, onu görməmiş və oraya getməmişdir. Şəriki olan Mehman maşını istəmiş, o da demişdir ki, belə bir maşın var, istədiyini maraqlansın ondan, Mehman razılaşmış və maşını istədiyini bildirmişdir. O da maşının pulunu danışmış və Mehmana vermişdir. Mehman maşını aparıb satmışdır. O, ümumiyyətlə, salona getməmişdir, üstəlik maşının onun adına etibarnaməsi olmamışdır. Sadəcə Xanışla onun aralarında pul məsələsi var idi. Xanışla o, özü danışmışdır. O, maşını nisyə kimi vermişdir, o da Mehmanın adına keçirtmişdir. Mehman ona pul verməmişdir. Məhman ödənişi Turala, Kərimətə və Fəridə etmişdir, çünki maşın lizing şirkətinə satılır. Həmin maşını Mehmana satmaq üçün almamışdır. Mehman gəlib onun davasını edirdi ki, o, maşını ona baha satmışdır, o isə ucuz, buna görə ondan 2500 manat pul istəyirdi. Mehman maşını ondan alanda ona pul ödəməmişdir, demişdir ki, o, maşını aparıb satsın, sonra ona pulu verəcək. Mehmanla aralarında bu pul söhbəti olmuş, ondan sonra qaytarılan pul 13000 manat, hansı ki, Xanış burda pul istəyirdi, həmin pulu Mehman ona sonra ödəmişdir. Xanış avtomobili 15500 manata satırdı, 24500 manata isə maşını lizinqə satmaq istəyirdi. Sonra maşının problemi çıxmış, özü ilə danışmışlar, demişdir ki, ona aidiyyatı yoxdur, maşını ona vermişdir. Xanış maşını ona vermiş, o, demişdir ki, maşın lizingə getməyəcək, qaytarmaq istəmişdir özünə, Xanış razılaşmamışdır. O da Mehmana bunu 17500 manata təklif etmişdir, Mehman özü də bunu etiraf etmişdir ki, maşını, o, alıb. Mehman gəlmiş, o da Xanışa 1500 manat ilkin ödəniş etmişdir. 1500 manatı ona şirkət vermişdir ki, Xanşa ilkin ödəniş etsin, maşın onların olsun. Mehman sonra gəlib maşını ondan almış, pulu da vermişdir Kərimətgilə. O, Mehmandan pul almamışdır, Daha sonra o, bildirmişdir ki, İbrahim onun qrup yoldaşı idi. İbrahim ona bildirmişdir ki, maşınını satır. “Toyota Prius” markalı maşını ona gətirmiş, vaxt təyin etmişlər və maşını ona vermişdir. O da səhv etmirsə 3000-4000 manat ilkin ödəniş vermişdir. Ondan sonra da maşın satılmış, İbrahimin iş yerinə gəlmiş, orada onun dostu Orxan da olmuşdur, pulu sayıb ona vermişdir. Hətta onun dostu Tural da olmuşdur. Bunun hamısı kameranın altında baş vermişdir. Bundan sonra İbrahimlə aralarında heç bir haqq-hesab qalmamışdır. Həmin maşın 777 avtosalonunda idi. İbrahimin maşınının orada satıldığını görmüşdür. Maşının elanı hələ də onda vardır, orada şərtlər qeyd olunmuşdur. İbrahim demişdir ki, bu maşını nağd qiymətə neçəyə almaq olar, onu da həmin salon tanıyır, birlikdə iş görmüşdürlər. Salona yəqin həmin maşın 30000 manata satılmışdır. İbrahimə isə o, 24500 manat pul vermişdir. Salonun özü ilə o, iş görməmişdir. Şirkət maşını alıb qoymuşdur salona. Salon pul verməyib heç, maşın daha sərfəli görsənsin deyə ora qoyulmuşdur. O, bildirmişdir ki, həmin maşını 17500 manata ala bilər. O, bildirmişdir ki, həmin maşını yenə sürmək istəyir, xeyirini tutmuşdur. O da maşını götürməyə gedəndə, maşını sənədləşdirəndə, İbrahim ona zəng vurmuş, həmin zaman dostu Tural yanında idi. Ona demişdir ki, maşını götürmək istəmir, keçir maşını öz adına ya kiminsə fərqi yoxdur, onu yenə salaq lizinqə sataq. O da soruşmuşdur ki, dəqiq helə istəyirsən, o isə, razılaşmışdır. Səhəri günü yenə zəng vurub demişdir ki, onların “Nissan Tiida” markalı maşını var onuda vermək istəyir. O isə bildirmişdir ki, problem deyil. 17500 manata maşını almışlar və maşın onlarda qalmışdır. Ondan sonra “Nissan Tiida” markalı maşında gəlmişdir. Həmin maşını İbrahimin iş yerindən götürüb dal-qabaq sürüb getmişlər, bunun videogörüntüsü də var. Həmin məsələdən o, 1500 manat xeyir götürmüşdür. Onlar getmişlər 777 avtosalona “Prius” ora verilməmişdir, başqa yerə verilmişdir. “Nissan Tiida” markalı maşını ora satmışlar. Həmin maşını 14500 manata götürmüşdür. Maşınların ikisi də onda idi. Həmin vaxt zəng etmişdir Turala, o da gəlmişdir. Maşınların ikisini də qoymuşlar salona və sənədləşdirmişlər. Tural ikisini də öz adına sənədləşdirmişdir. Maşınları götürüb çıxıb getmişlər. İbrahim hələ ona başqa bir dənə də “Chevrolet Cruze” markalı maşın da gətirmişdir, o da demişdir İbrahim gözlə sənin pulunu verək sonra Cruzu satarıq. İbrahimin verdiyi 17500 manat pulu aparıb vermişdir salona. Maşını da sonra lizinq şirkəti keçirtmişdir adına, etibarnaməni o, vermişdir. Sonrada həmin lizing şirkəti itmiş, pulları qaytarmamışdır. Həmçinin o, bildirmişdir ki, “Rav 4” markalı avtomobili birinci onun yanına gətirmişlər və qiyməti barədə razılaşmışlar. Həmin bu “Rav 4” gələn vaxt İbrahimgilə ödəniş etməyinin vaxtı idi. İbrahimdən başqa Qadir adlı şəxs də var idi, hansına ki pul ödənilməmişdi. O, şirkətə zəng vurub demişdir ki, təzə maşınlar da var, əvvəl verilmiş maşınların pulunu verin, sonra bunları da verək. “Rav 4” markalı avtomobili ona Rəsul vermişdir. Onu Rüstəmin vasitəsilə tanımışdır. Tural ona demişdir ki, “Rav 4” markalı avtomobili apar harasa sat, pulu al, yerində qalan borcu bağla, onların yalnız “Rav 4” markalı avtomobilin borcu qalsın. O da ona demişdir ki, həmin məbləğ borcu bağlamır. Turalın hardasa ona 50000 manata yaxın borcu var idi. “Rav 4”-ün ən son qiyməti isə 30000 manatdır. Tural ona bildirmişdir ki, ilin axırıdır, pulları ala bilmirlər ki onun pulun qaytarsınlar. O da Zaurgilin yanına getmiş, maşını satmış və 27500 manat pulu götürmüşdür. Qadirin qalan borcunu vermiş, birdə Rüstəmin əmisinin maşınından 3000-5000 manat borc pul qalmışdır, yəni kimə ki borc pulları qalmışdır, əvvəldən, həmin o borcları bağlamışdır. O da onlara bildirmişdir ki, həmin o borcları bağlamış, lakin İbrahimin pulu qalmışdır. Ona Tural bildirmişdir ki, narahat olma, bu barədə iş görəcəklər. Tural sonra gətirib ona 4000 manat bir, 2000 manat bir, 6000 manat bir vermiş, həmin pullar ilə o, yenə də müxtəlif şəxslərə olan borcları bağlamışdır. Onun bir dənə İbrahimə borcu qalmışdır. Əfqanın borcu və İbrahimin borcu Turalgilin üstündə idi. Əlavə olaraq o, kəsr məsələsi ilə bağlı bildirmişdir ki, o, Zərərçəkmiş şəxs5 ifadəsində qeyd etdiklərinin böyük qismi ilə razıdır, belə ki, əvvəllər Ravili tanımasa da, tanışı Alidə vasitəsilə Ravil ona zəng edərək kəsirlərinin silinməsində ona köməklik etməyi xahiş etmiş, Ravilə Təhsil Nazirliyində çalışan tanışı Azər adlı şəxs vasitəsilə köməklik edəcəyini bildirmişdir. Həqiqətən də, Ravil adına olan bank hesabına ümumilikdə 2900 manat, şəxsən özünə 400 pul verərək kəsirlərinin silinməsini xahiş etmiş, Ravilə 2023-cü ilin fevral ayının 18-dək yox, fevral ayının sonuna və ya mart ayının əvvəllərinədək kəsirlərinin silinəcəyini demişdir. Belə ki, Azər adlı şəxs qeyd olunan tarixədək Zərərçəkmiş şəxs5 kəsirlərinin silinəcəyinə söz vermişdir və Ravilin vermiş olduğu 3300 manat pulun hamısını Azərə göndərmişdir. Lakin, hansısa səbəbdən bu iş alınmamış və Ravil verdiyi 3300 manat pulu geri tələb edərkən, özü də Azərdən həmin məbləği tələb etmiş, Azər mart ayının ortalarınadək pulu qaytaracağına söz versə də,pulu qaytarmamışdır. Azər adlı şəxsi təxminən 2021-ci ilin sonlarında təsadüfən tanımış, lakin soyadı, adı, atasının adı, yaşadığı ünvan və ya iş yeri barədə dəqiq məlumatı yoxdur, sadəcə Azər özünü təqdim edərkən təhsildə keyfiyyətə nəzarət etdiyini və Təhsil Nazirliyində işlədiyini bildirmişdir. Bundan əlavə o qeyd etmişdir ki, ev dustaqlığında olduğu dövrdə ayağına elektron nəzarət vasitəsi bağlanmışdır, həmin qolbaq ayağından 20 iyun 2023-cü il tarixdə açılmışdır. İstintaq dövründə etiraf məsələsi belə olmuşdur ki, əvvəlki vəkili Salman, yəni Sumqayıtdakı müstəntiqlə, o özü olmadan, yəni müstəntiq onun əvəzinə yazıb qoymuş, sonra onu yanına çağırıb imza çəkməsini bildirmişdir. O, həmin zaman həbs olunmuşdur və müstəntiq qabağına qoyub demişdir ki, bunu imzalamalıdır. Yəni oxumağa belə imkan verməmiş, onun heçnədən xəbəri olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı özünü təqsirli bilmiş və vermiş olduğu ifadəsində bildirmişdir ki, özü Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı fakültəsində təhsil alır, 4-cü kurs tələbəsidir. Həmçinin, boş vaxtlarında nisbətən ucuz qiymətə satdıq maşın tapanda satanla maşını almaq istəyən alverçiləri bir- biri ilə tanış edib calaq pulu almaqla özünü dolandırır. Təxminən 2022-ci ilin noyabr ayının axırlarında Rafiq adlı tanışından 29 min manata 2012-ci il buraxılışlı “Mersedes" markalı avtomaşın almışdır. Həmin avtomaşına görə Rafiqə 5 min manat pul versə də 24 min manat borclu qalmışdır. Müəyyən problemlərə görə həmin pulu ona verə bilməmiş, Rafiq isə pulunu tələb etmişdir. Bu səbəbdən Rafiqin pulunu ödəmək üçün yollar axtarmışdır. Məlumat çatmışdır ki, Rəsul kimi tanıdığı oğlan ailəsinə məxsus ‘Toyota Rav 4" markalı 2019-cu il buraxılışlı avtomaşını 32-33 min manata satır. Rəsulnan xx.xx.2022-ci il tarixdə görüşüb maşına baxmış və maşının yaxşı vəziyyətdə olduğunu görüb Rəsul ilə atasını şirnikləşdirib sonra həmin maşın satmaqla nağd pul əldə etmək qərarına gəlmişdir. Çünki Rafiqin pulunu verməli idi. Bu səbəbdən Rəsula təklif etmişdir ki, onun maşınını bir neçə günə 39 min manata satıb pulunu ödəsin, sadəcə 3 gün müddətinə baş etibarnamə lazımdır. Rəsul inanmış və maşının atası Əfqana məxsus olduğunu bildirib atasını da razı salmağı lazım olduğunu qeyd etmişdir. Bundan sonra Rəsulgilin evlərinə gedib atası Əfqanla da görüşmüş və Əfqanı da inandırmışdır. Həmin gün Əfqan baş etibarnamə verə bilməmiş, növbəti gün verəcəyini bildirmişdir. Eyni vaxtda maşın alveri ilə məşğul olan Mehmanla görüşüb 32-33 min manat dəyərində “Toyota Rav 4" markalı maşın 29 minə satan adam tanıdığını, nağd pul verib maşım almaq lazım olduğunu bildirmişdir. Mehman maşına baxmaq istədiyini bildirdiyindən Rəsulla danışıb Sumqayıt şəhər poçtunun qarşısında onunla görüşmüş və Mehman ora gəlib maşına baxıb maşını bəyənmişdir. X12 aralarında olan qiymət söhbətini bilməmişdir. Mehman həmin avtomaşını almaq üçün 27900 manat nağd pul vermiş və həmçinin başqa maşın alverindən olan söhbətlərindən ona verməli olduğu 1300 manat pulu da özündə saxlamağa razılıq vermiş və həmin günün sabahısı Əfqan Mehmanın adına baş etibarnamə verdikdən sonra Mehman maşını götürmüşdür. Əfqan və oğlu Rəsul onun Mehmandan nağd pul almağından xəbərsiz olmuşlar. Onlara şəriki Mehmanla avtomaşına bir neçə gün ərzində müştəri tapıb 39 min manat pul verəcəyini bildirmişdir. Mehmandan aldığı 27.900 manat nağd puldan Əfqanı sakitləşdirmək üçün dərhal 6 min manatı Əfqanın oğlu Rəsula vermişdir. Qalan 21.900 manatın üstünə 2100 manat öz vəsaiti hesabına qoyaraq Rafiqə olan 24.000 manat borcunu ödəmişdir. Lakin, Əfqana və Mehmana pulları necə qaytaracağını bilmirdi. Bu səbəbdən 3-cü şəxsi aldatmaq qərarına gəlmişdir. Buna görə Bakı-Sumqayıt yolunun sağ kənarında yerləşən "ZZ 007" avtosalona gedib oranı işlədən ilk dəfə gördüyü Zaur adlı şəxslə görüşmüş və Zaura avtomaşını 27.350 manata satrraq niyyətində olduğunu demişdir. Zaur maşına baxdıqdan sonra sahibinin bildiyi Mehman və həmçinin mülkiyyətçi Əfqanla telefonla danışdıqdan sonra maşının hər hansı bir hüquqi probleminin olmadığından arxayın olub avtomaşını almağa razılıq vermiş və maşına görə baş etibarnamə istəmişdir. Həmin vaxt Mehman Şirvan şəhərində olmuş və zəng vurub yalandan demişdir ki, maşına 32 min manata müştəri var. Mehman 2 gün ərzində 3000 manat xeyr götürəcəyindən şirniklənib maşını satmağa razılıq vermiş və Zaurun qardaşı Zöhrabın adına elektron baş etibarnamə vermişdir. Zaurun qardaşı Zöhrab isə həmin axşam Sumqayıt şəhərində onunla görüşüb 27350 manat pulu vermiş və maşını götürmüşlər. Həmin pulun da üstünə 3650 manat özü pul qoyaraq cəmi 31000 manat Mehmana vermişdir. Lakin, hansısa səbəbdən Mehman həmin maşına görə ona əlavə 4 min manat da verməli olduğunu bildirmişdir. Mehmandan nə üçün artıq pul veməli olduğunu soruşduqda, Mehman ona verdiyi 31 min manatdan guya əvvəl borclu olduğu 4 min manatı çıxdığı maşına görə isə ona cəmi 27 min manat verdiyini bildirmişdir. Onunla razılaşmadığına görə Mehman maşının sahibi Əfqanla görüşüb onun tərəfindən aldadıldığını bildirərək Zöhraba verilmiş baş etibarnaməni ləğv etdirməyi təklif etmiş. Əfqan həmin etibarnaməni ləğv etdirdikdən sonra Zaur və Zöhrab onları aldatdığını anlayıb verdikləri 27.350 manat pulu geri tələb etməyə başladılar. Pulu olmadığından onların pulunu qaytara bilməmişdir. Törətdiyi əməldən peşmandır, belə ki, Əfqan və Zauru aldadıb onların maşın və pulunu ələ keçirmişdir. Zauru və Əfqanı aldatmağından Mehmanın xəbəri olmamışdır. Lakin, Mehmana avtomaşına görə sonuncunun verdiyi cəmi 29 min manat pulu artıqlaması ilə yəni 31 min manat şəklində qaytarmışdır. Şahid2 2022-ci ilin oktyabr ayından tanıyır. 2022-ci ilin noyabr ayında Qadir tanışı Xanış adlı şəxsin etibarnamə ilə idarə etdiyi “İnfiniti FX35" markalı, **-VC-*** nömrə nişanlı avtomaşını satmaq üçün onunla əlaqə saxlamışdır. “İnfiniti FX35" markalı, **-VC-*** nömrə nişanlı avtomaşın Xanışın anası Nişanə Sadıqovaya məxsus idi. Özü, Qadir və Xanışla birlikdə Sumqayıt şəhərində görüşmüşlər və avtomaşına baxaraq həmin avtomaşını Sumqayıt şəhərində yerləşən avtosalonların birinə satıb salonun işçiləri həmin maşını lizinq şirkətində girov qoymaqla kredit etdikdən sonra müştəriyə satacağını, Xanışa xərcləri çıxdıqdan sonra 24.500 manat pul verəcəyini bildirmiş və Xanış məsləhətləşib razılıq vermişdir. 28 noyabr 2022- ci il tarixdə, axşam saatlarında Xanış Sumqayıt şəhərində onunla görüşüb avtomaşını təhvil vermiş, eyni zamanda Nişanə Sadıqova elektron formada dediyi Mehman adlı şəxsin adına baş etibarnamə vermişdir. Belə ki, Şahid5 təxminən 4 aydır ki, tanıyır, Pərviz adlı şəxsin vasitəsilə tanış olmuşdur. Müxtəlif vaxtlarda Mehmanın adına bəzi şəxslərə etibarnamələr verdirmişdir. Sonradan isə Mehman onun istəyi ilə digər şəxsin adına baş etibarnamə verirdi. Bəzən Mehmanın onun satdığı maşınların qiymətindən xəbəri olmurdu və satışdan ona pul da vermirdi. Avtomaşını Xanışdan alarkən 4 gün ərzində 24.500 manat pul verəcəyini bildirmişdir. Lakin, Xanışı aldadaraq vəd etdiyi müddətdə pulu verməmişdir. Bundan sonra Xanış zənglər vurmağa başlamış, müxtəlif bəhanələr gətirərək yalandan avtomaşının təmir olunmalı xırda işlərinin olduğunu, bu səbəbdən də satışının yubandığını bildirmişdir. Təxminən 1 həftə sonra Xanışla Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində görüşərək 1500 manat pul verib avtomaşına müştəri olduğunu və həmin müştərinin beh kimi 1500 manat verdiyini, iki gün ərzində avtomaşını həmin müştəriyə satıb pulunu tam şəkildə verəcəyini bildirmişdir. Sonra Xanışa müraciət edərək yalandan avtomaşını satmasını rahatlaşdırmaq və pulunu bank vasitəsi ilə almaq üçün adına etbarnamə verməsini xahiş etmişdir. Xanışın adına baş etibarnamə olduğundan, xx.xx.2022-ci il tarixdə onun adına baş etibarnamə vermişdir. Lakin, bundan sonra Xanışla hər dəfə telefonla danışarkən ona müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. İnfiniti «FX 35» markalı, **-VC-*** qeydiyyat nişanlı avtomaşını 2022-ci ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhəri ərazisində yerləşən “039 CARS” adlı avtosalonun işçisinə 14.300 manata satıb, pulunu müxtəlif şəxslərə olan borclarını ödəmək üçün vermişdir. Həmin vaxtdan sonra Xanış onunla bir neçə dəfə görüşərək avtomaşına görə pulu tələb edəndə bəhanələr gətirərək aldadıb pulunu qaytarmırdı. Özünə qarşı inam yaratmaq üçün Xanışa cəmi 1500 manat pul vermiş, qalan pulları isə ələ keçirmişdir. İbrahim adlı tələbə yoldaşının atası Zərərçəkmiş şəxs3 etibarnamə ilə idarə etdiyi 2012-ci il buraxılışlı “Toyota Prius" markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəldiyini demişdir. İbrahimə həmin maşım 25000 manata satacağını və həmin puldan 1000 manatını özünə götürməklə İbrahimə 24000 manat pul verəcəyini demişdir. İbrahim razılaşmışdır. Bundan sonra Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində fəaliyyət göstərən “Avtosalon 777" adlı avtomobil alqı-satqısı salonuna İbrahimlə birlikdə getmişlər. Orada avtomobil alqısatqı olunmuş və mülkiyyət salonda işləyən adım bilmədiyi bir nəfər şəxsin adına keçirilmişdir. Alqı-satqı müqaviləsinə əsasən avtomobili salona 13500 manata satmışlar. Daha sonra İbrahimə bildirmişdir ki, həmin pulu borc müqaviləsinə əsasən öz adından ona versin və 3-4 gün sonra vəd etdiyi 24000 manat pul verəcək. Bundan sonra İbrahimlə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən notariat kontoruna getmiş və 13500 manat pulu İbrahim öz adından ona borc müqaviləsinə əsasən vermişdir. Təxminən 10-12 gün keçdikdən sonra İbrahimə zəng edərək pulun hazır olduğunu bildirmişdir. Daha sonra Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Musabəyov" parkının yaxınlığında görüşmüş və qeyd etdiyi 24000 manat pulu ibrahimə vermişdir. 2022-ci ilin noyabr ayının sonlarında İbrahimə zəng edərək satmış olduqları Toyota Prius markalı avtomobili yenidən ucuz qiymətə avtosalondan ala biləcəklərini və 24000 manata sata biləcəklərini, həmin puldan ona 500 manat şirinlik veriləcəyini bildirmişdir. Daha sonra İbrahim qiymət barədə maraqlanmış və bildirmişdir ki, avtomobili 17500 manata ala bilərlər. Daha sonra 30 noyabr 2022-ci il tarixdə axşam saatlarında İbrahimlə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən kafelərdən birində görüşmüş və 17.500 manat pulu İbrahim öz tanışı Vüqar adlı şəxsin iştirakı ilə ona vermişdir. Sonra notariat kontorunda təsdiqlənmiş etibarnaməni İbrahimə göstərmiş və həmin Toyota Prius markalı avtomobilin onun mülkiyyətində olduğunu və hazırda avtomobilin İbrahimin adına etibarnamə ilə verildiyini qeyd etmişdir. Daha sonra isə bildirmişdir ki, ertəsi gün avtomobili gedib götürə bilərlər. Növbəti gün İbrahim məsələnin nə yerdə olduğunu maraqlandıqda avtomobilin lizinqə qoyulacağını və yaxın zamanda 24000 manat pul veriləcəyini bildirmişdir. Həmin günün axşamı İbrahimə zəng edərək başqa avtomobil varsa onu da lizinqə salmağı və əlavə gəlir əldə etməyin mümkün olduğunu bildirmişdir. Bu zaman İbrahim atasının idarə etdiyi 2011ci il buraxılışlı, 34.000 kilometr yürüşlü “Nissan Tiida” markalı **-FO-*** nömrə nişanlı avtomobilin olduğunu bildirmişdir, İbrahimdən həmin avtomaşının qiyməti barədə maraqlandıqda İbrahim avtomobili 15000 manata satmaq niyyətində olduğunu bildirmişdir. İbrahimə yalandan avtomobili 16000 manata sata biləcəyini bildirmişdir, İbrahim atası ilə məsləhət etdikdən sonra razılaşmışdır, İibrahim atasının idarə etdiyi avtomobilə dair baş etibarnaməsi olduğundan adına xx.xx.2022-ci il tarixdə telefonda «online» qaydada baş etibarnamə vermişdir. Daha sonra İbrahimlə Yasamal rayonu ərazisində görüşmüş və həmin vaxt yenında tanışı Tural adlı şəxs də olmuşdur. Görüş zamanı razılığa uyğun olaraq İbrahim «online» qaydada həmin Nissan Tida markalı avtomobilə etibarnaməni ona vermişdir. Avtomaşın özü isə Sumqayıt şəhərində avtovağzal ərazisində dayandığındarı 04 dekabr 2022-ci il tarixdə, səhər saatlarında İbrahimlə birlikdə Sumqayıt şəhərinə gedib avtovağzalın qarşısında dayanmış avtomaşını açarları ilə birlikdə İbrahim ona təhvil vermişdir. Bundan sonra yalandan ibrahimə bir həftə ərzində 16000 manat, həmçinin digər verilməli olan 24000 manatdan 23500 manatını verməklə ümumilikdə verilməli olan 39.500 manat pulu ona verəcəyini bildirmişdir. 2022-ci ilin dekabr ayının sonlarında İbrahim məsələnin nə yerdə qaldığını maraqlandıqda İbrahimə yalandan ilin sonu olduğu üçün banklarda müəyyən qədər problemlər yarandığını bu səbəbdən müəyyən qədər gecikmə olacağını, uzağı 2023-cü ilin yanvar ayının 7-də bütün pulu verəcəyini bildirmişdir. Daha sonra ibrahimin atası Qəmbər zəng edərək yeni bir avtomobil almaq istədiyini və dəqiq qeyd etdiyi tarixdə pulu verəcəksə əgər avtomobili almaq istədiyi şəxsə 1000 dollar beh vermək istədiyini bildirmişdir. Bu zaman Qəmbəri yalandan əmin etmişdir ki, 2023-cü ilin yanvar ayının 7- də onların pulunu verəcək, ibrahim yanvar ayının 7-də zəng etmiş və bu zaman ona yalandan məhkəməsinin olduğunu və pulu ala bilmədiyini, guya onlara gecikən günlər də daxil olmaqla 45000 manat pulu yanvar ayının 11-də verəcəyini bildirmişdir. Lakin, yanvar ayının 11-dən artıq ibrahimin telefonlara cavab verməməyə başlamışdır. Lakin, ibrahimi yalandan sakitləşdirmək üçün yanvar ayının 12-nə keçən gecə saat 03 radələrində İbrahimə zəng edərək onu Bakı şəhəri, Nizami rayonu ərazisinə görüşə dəvət etmişdir. Görüş zamanı İbrahimə müxtəlif bəhanələr gətirərək hələ də pulu verə bilmədiyini, onu yalandan şirnikləndirmək üçün hər gecikən aya görə əlavə olaraq 5000 manat da ödəniş edəcəyini bildirmişdir. Daha sonra yanvar ayının 14-dən başlayaraq hazıradək olan müddət ərzində İbrahim onunla dəfələrlə əlaqə saxlamağına baxmayaraq telefonlara cavab verməmiş və İbrahimi aldadaraq verilməli olan pulu ona geri qaytarmamışdır. Beləliklə, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək aldadıb onun 17.500 manat pulunu və 15.000 manat dəyərində “Nissan Tiida" markalı avtomaşınını ələ keçirməklə ona cəmi 32.500 manat məbləğində maddi ziyan vurmuşdur. «Tural» adlı şəxsi çoxdan tanıdığını, onunla əvvəllər qonşuluqda yaşadıqlarını, hazırda həmin şəxsin yaşadığı ünvan barədə məlumatının olmadığnı, həmçinin mobil nömrəsini də bilmədiyini, İbrahimlə görüşməyə gedən zaman Turalla təsadüfən rastlaşdığını və söhbət edərək birlikdə getdiklərini bildirmişdir. 2022-ci ilin sentyabr- oktyabr aylarında Şahid10 ilə dostu Rüstəmin vasitəsi ilə tanış olmuşdur. 2022-ci ilin sentyabr ayının sonları və yaxud da oktyabr ayının ilk günləri olardı ki, Rüstəm onu Laçınla tanış edən zaman Laçının «Toyota Celica» markalı avtomobilinin olduğunu və həmin avtomobili satmaq istədiyini bildirmişdir. Rüstəm onun avtomobil alqısatqısı ilə məşğul olan dostlarının olduğunu bilirdi. Laçının idarə etdiyi avtomobilə baxmışdır. Laçın həmin avtomobili 15000-16000 manat civarında satmaq istədiyini bildirmişdir. Avtomobilə baxdıqdan sonra onun avtomobilində problemlər olduğunun və avtomobilinin 10000-12000 manat civarında satıla biləcəyini bildirmişdir. Laçın bildirmişdir ki, o, avtomobilini təzələmək istəyir. Laçına bildirmişdir ki, «tanışlarıma deyərəm sənin avtomobilini satmaqda köməklik edərik» Bundan sonra Laçın Rüstəmlə birlikdə getdilər. Təxminən 3 gün keçdikdən sonra Rüstəmin istifadəsində olan 055 *** ** ** saylı mobil telefonun “vvatsapp"-na Mercedes E markalı avtomobilin fotoşəkillərini göndərmiş və bildirmişdir ki, həmin avtomobil 23000 manata Polşa Respublikasından Azərbaycan Respublikasına gətiriləcək və bunun müqabilində Laçının avtomobili, əlavə olaraq 2000 manat pul veriləcəkdir. Avtomobil Azərbaycana gəldikdən sonra isə 8000 manat ödəniləcəkdir. Rüstəm də Laçının atasının görüşmək istədiyini bildirmişdir. Etiraz etməmişdir. Həmin gün axşam saatlarında Laçın Rüstəmlə birlikdə yaşadığı evə gəlmiş və onu götürüb birlikdə Sumqayıt şəhərində yerləşən Corat məsçidi yanına getmişlər. Orada Laçının atası iqballa görüşmüşlər, iqbal orada 2000 manat pul vermiş və Laçına avtomobili sürməməsini bildirmişdir. 200C manat pulu aldıqdan sonra səhəri gün avtomobili satmağa gedəcəklərini bildirmişdir. Səhəri gün 11 noyabr 2022-ci il tarixdə saat 11 radələrində dostu Tural, Rüstəm və Laçınla görüşmüşdür. Görüşdükdə Bəhruz ona zəng vurub Sumqayıt şəhərinə gəlmişdir. Bəhruz avtomobilə baxdıqdan sonra birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 28 saylı notariat kontoruna getmişlər. Notariat kontorunda Laçının Bəhruza baş etibarnamə verməsi məsələsi ortaya çıxmışdır. Bu zaman Laçın atası İqbala zəng vurmuş, özü Laçının mobil telefonu ilə İqballa danışmış və ona bildirmişdir ki, Laçın Bəhruza baş etibarnamə verməlidir ki, həmin şəxs pulu ödəsin, İqbal da etiraz etməmişdir. Bundan sonra Laçın orada Bəhruza baş etibarnamə vermişdir. Bəhruz da 10000 manat pulu sayıb Laçına vermişdir. Laçın həmin 10000 manatı ona vermişdir. Orada həmin 10000 manat puldan 500 manatı Rüstəmə vermişdir. Daha sonra dostu Turalla, Laçın isə Rüstəmlə birlikdə getmişdir. 1 həftə keçdikdən sonra İqbala avtomobilin gələcəyini demiş, İqbal da gözləyəcəyini bildirmişdir. Bundan sonra İqbal dəfələrlə yığsa da, onun zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Şahid1 oğludur, Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsidir. Təxminən 2021-ci ilin noyabr ayında Xanışa 20.000 manat müqabilində 2008-ci il buraxılışlı “İnfiniti FX35” markalı, **-VC-*** nömrə nişanlı avtomaşın almış və həmin avtomaşın öz adına olmuşdur, Xanış isə avtomaşını ona vermiş olduğu etibarnamə əsasında idarə etmişdir. 2022-ci ilin noyabr ayında Xanış ona müraciət edərək avtomaşını satıb, əvəzinə daha az benzin işlədən maşın almaq istədiyini bildirəndə etiraz etməmişdir. Xanış bu barədə tələbə yodaşı Şahid2 ilə söhbət edərək maşını 20.000 manata satmaq istədiyini bildirdikdə Qadir Xanışa Sumqayıt şəhərində Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, həmin şəxsin avtomaşını lizinq şirkətinə girov qoyaraq dəyərindən də daha baha qiymətə satdığını, özünə məxsus “Mercedes” markalı avtomaşını da Fuad vasitəsi ilə lizinqə qoyub dəyərindən bir neçə min artıq qiymətə satdığını bildirib Xanışa təklif etmişdir ki, Təqsirləndirilən şəxs ilə onu tanış etsin. Xanış Sumqayıt şəhərində ilk dəfə Fuadla görüşmüş və o, avtomaşınına baxaraq həmin avtomaşını Sumqayıt şəhərində yerləşən avtosalonların birinə satıb salonun işçiləri həmin maşını lizinq şirkətində girov qoymaqla kredit etdikdən sonra müştəriyə satacaqlarını və pulu ona verəcəklərini, əvəzində Xanışa xərcləri çıxdıqdan sonra 24.500 manat pul verəcəyini bildirmiş, Xanış bu barədə məlumat verdikdə Fuadın təklifi ona çox sərfəli görünmüş və buna razılıq vermişdir. 28 noyabr 2022-ci il tarixdə, axşam saatlarında Xanış Sumqayıt şəhərində Fuadla görüşüb avtomaşını ona təhvil vermiş, eyni zamanda yaşadığı evdən elektron formada Fuadın dediyi Mehman adlı şəxsin adına baş etibarnamə vermişdir. Fuad avtomaşını Xanışdan alarkən 4 gün ərzində 24.500 manat pul verəcəyini bildirmiş və Xanış onun dediklərini telefon vasitəsi ilə videogörüntülərini çəkərək ona da göndərmişdir. Bu səbəbdən Fuada inanmışlar. Lakin Fuad dediyi müddətdə pulunu vermədikdə Xanış ona zəng vurmuş, Fuad isə avtomaşının təmir olunmalı xırda işlərinin olduğunu, bu səbəbdən də satışının yubandığını bildirmişdir. Nəhayət təxminən 1 həftə sonra Fuad Xanışla Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində görüşərək ona 1500 manat pul verib avtomaşına müştəri olduğunu və həmin müştərinin beh kimi ona 1500 manat verdiyini, iki gün ərzində avtomaşını həmin müştəriyə satıb pulu tam şəkildə verəcəyini bildirdikdə yenə ona inanmışlar. Lakin bundan sonra Fuad hər dəfə onunla telefonla danışarkən Xanışa müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. Yalnız təxminən 1 ay sonra, yəni 2022-ci ilin dekabr ayının sonlarında öyrənmişlər ki, sən demə Fuad hələ 01 dekabr 2022-ci il tarixdə ona məxsus avtomaşını Sumqayıt şəhəri ərazisində yerləşən “J039 CARS” adlı avtosalonun işçilərinə 16.000 manata satmış, sonradan isə həmin avtosalonun əməkdaşları avtomaşını öz adlarına keçirib başqa bir müştəriyə satmışlar. Həmin vaxtdan sonra Xanış Fuadla bir neçə dəfə görüşərək avtomaşına görə pulu tələb edəndə Fuad bəhanələr gətirərək şirkətdən pulunu ala bilmədiyini, aldığı təqdirdə pulunu verəcəyini bildirsə də avtomaşının pulunu qaytarmamış, “İnfiniti FX35” markalı, **-VC-*** nömrə nişanlı avtomaşının ələ keçirilməsi nəticəsində ona 20.000 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ödəmişdir, o, onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, özü qardaşı Zöhrabla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Quba-Bakı magistral yolunun kənarında yerləşən “ZZ Avto” avtosalonunu icarə qaydasında işlədir. Əsas işi vətəndaşlar tərəfindən onlara təklif edilən ikinci əl avtomaşınları əldə edib daha sonra salonda satışını təşkil etməkdən ibarətdir. 03 dekabr 2022-ci il tarixdə işlətdiyi salonda olarkən ora ilk dəfə gördüyü özünü Fuad kimi təqdim edən şəxs gələrək təcili pul lazım olduğundan özünə və şərikinə məxsus 2013-cü il buraxılışlı "Toyota-Rav 4" markalı, **-EF-*** nömrə nişanlı avtomaşını satmaq istədiyini bildirmişdir. Avtomobilə baxıb bəyənmiş və almaq qərarına gəlmişdir. Fuaddan avtomaşının sahibi barədə soruşduqda, avtomaşının özünə məxsus olsa da texniki pasporta görə mülkiyyətçisinin Əfqan adlı şəxs olduğunu, Əfqanın isə şəriki Mehmanın adına baş etibarnamə verdiyini, avtomaşını alacağı təqdirdə Mehmanın adından ona baş etibarnamə veriləcəyini, bundan sonra nə vaxt istəsə avtomaşını mülkiyyətinə keçirə biləcəyini bildirmişdir. Buna baxmayaraq hər bir halda avtomaşının real mülkiyyətçisi Əfqan adlı şəxsə zəng vurmaq qərarına gəlmiş və elə Fuadın yanında Əfqan adlı şəxsə zəng vurub həmin avtomaşını Fuad adlı şəxsin satmaq istədiyini bildirib onun etirazının olub-olmadığını soruşduqda Əfqan adlı şəxs avtomaşını Fuad və Mehman adlı şəxslərə satdığını və Mehmanın adına baş etibarnamə verdiyini, bu səbəbdən də avtomaşını almaqda hər hansı bir problemin olmadığını bildirdikdə, tam arxayın olmuş və həmin vaxt üstündə pul olmadığından Sumqayıt şəhərində olan qardaşı Zöhraba zəng vuraraq Fuad adlı şəxsdən avtomaşını aldığını, Fuadı onun yanına göndərəcəyini bildirib görüşüb 27.350 manat pul verməsini xahiş etmişdir. Bundan sonra Fuad salondan çıxaraq Mehman adlı şəriki ilə danışıb avtomaşını satdığını bildirmiş və Mehmanın kimin adına baş etibarnamə verməli olduğunu soruşanda Fuada qardaşının şəxsiyyət vəsiqəsini verərək avtomobilə görə baş etibarnaməni qardaşı Zöhrabın adına verməsini xahiş etmişdir. Bundan sonra Fuad Sumqayıt şəhərinə gedərək qardaşı Zöhrabla görüşüb 27.350 manat pulu almış, Mehman isə elektron formada Zöhrabın adına baş etibarnamə vermişdir. Avtomaşını dərhal adlarına keçirməyib satmaq üçün salona qoymuşlar ki, əgər tezliklə müştəri taparlarsa elə əlavə xərc çəkməyib birbaşa həmin şəxsin adına sənədləşdirərlər. Bundan bir neçə gün sonra Mehman adlı şəxs zəng vuraraq Fuadın avtomaşına görə ondan almış olduğu pulu avtomaşının mülkiyyətçisi olan Əfqan adlı şəxsə çatdırmadığını, bu səbəbdən də etibarnamənin ləğv ediləcəyini bildirmişdir. Ona etiraz edərək avtomaşını almağa görə onlara pulu tam olaraq ödədiyini, bu səbəbdən pulun Əfqan adlı şəxsə verilib-verilmədiyinin onların problemi olduğunu bildirmişdir. Bundan təşvişə düşüb avtomaşını onlarda olan baş etibarnamə əsasında başqa bir şəxsin adına sənədləşdirmək istəyərkən müəyyən etmişdir ki, artıq qardaşının adına verilmiş baş etibarnamə ləğv olunub. Bu səbəbdən Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində Fuad, Mehman və Əfqanla birlikdə görüşmüş və onlardan nəyə görə avtomaşına görə pulu tam şəkildə alsalar da qardaşının adına verilmiş baş etibarnaməni ləğv etdirdiklərini soruşanda, həmin vaxt Fuad avtomaşına görə ondan almış olduğu pulun bir hissəsini Mehmana, 6000 manatını isə Əfqana verdiyini bildirmişdir. Əfqan Fuadın həmin avtomaşına görə ona 6000 manat verdiyini, qalan pulu isə ələ keçirdiklərini, bu səbəbdən də pulu qayıtmayana kimi avtomaşına görə baş etibarnamə verməyəcəyini bildirmişdir. Mehman isə Fuadın ona borcu olduğunu və ona borcunu verdiyini bildirib Fuadın konkret olaraq hansı məbləğdə pul verməsini deməmişdir. Daha sonra Fuad ona müraciət edərək bir neçə günə ondan alaraq ələ keçirmiş olduğu 27.350 manat pulu qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan sonra Fuad onunla görüşməkdən imtina etmiş, Əfqan isə Fuadın ona çatacaq pulu qaytarmayana kimi baş etibarnamə verməyəcəyini bildirmişdir. Bu səbəbdən də Fuad, Mehman və ya Əfqan tərəfindən aldadıldığını başa düşüb ərizə ilə Sumqayıt ŞPİ-nə müraciət etmişdir. "Toyota-Rav 4” markalı, **-EF-*** nömrə nişanlı avtomaşın hal-hazıra kimi özündə olsa da baş etibarnamə ləğv olunduğundan avtomaşın üzərində hər hansı bir sərəncam vermək hüququna malik deyil. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ödəmişdir, o, onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, oğlu Şahid7 hazırda BDU-nun 4-cü kurs tələbəsidir. 2022-ci ilin oktyabr ayının əvvəllərində etibarnamə ilə idarə etdiyi 2012-ci il buraxılışlı “Toyota Prius'’ markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmişdir. Bu zaman oğlu İbrahim onun Fuad adlı tələbə yoldaşının olduğunu və avtomobili almaq istəyən bir nəfər şəxs olduğunu bildirmişdir. Daha sonra oğlu bildirmişdir ki, Fuad həmin avtomobili 25000 manata satacaq və həmin puldan 1000 manatını özü götürməklə onlara 24000 manat pul verəcək. Bu təkliflə razılaşmışdır. 2022-ci ilin noyabr ayında danışıq üzrə Fuad adlı şəxs oğluna 24000 manat pulu vermişdir. Daha sonra bir müddət keçmiş və oğlu bildirmişdir ki, Fuad ona zəng edərək satmış olduqları “Toyota Prius” markalı avtomobili yenidən ucuz qiymətə avtosalondan ala biləcəyini və 24000 manata sata biləcəyini, həmin puldan ona 500 manat verilməsini bildirmişdir. Bu təklifdən bir qədər tərəddüd etmiş, lakin oğlu heç bir problem olmayacağını bildirdiyindən razılıq vermişdir. Bundan sonra Fuadla İbrahimin danışığına əsasən avtomobilin alınması üçün oğlu İbrahimə 17500 manat pul vermiş, hansı ki, həmin gün İbrahim Fuadla Sumqayıt şəhəri ərazisində görüşüb həmin məbləği Fuada vermişdir. Bir neçə gün sonra isə İbrahim bildirmişdir ki, idarə etdiyi digər 2011-ci il buraxılışlı “Nissan Tiida” markalı avtomobili də Fuad satdığı qiymətdən bir qədər baha sata bilər. Avtomobili 15000 manata satmaq istəmiş, Fuad isə avtomobili 16.000 manata sata biləcəyini bildirmişdir. Bundan sonra telefonda «online» qaydada oğlunun adına öz adından çıxış etməsi üçün baş etibarnamə vermişdir. Daha sonra oğlu İbrahim Fuadla görüşərək həmin «Nissan Tiida» markalı avtomobili etibarnamə ilə Fuada vermişdir. Fuad avtomaşını götürərkən bir həftə ərzində həm “Nissan-Tiida”nın satışına görə əldə olunacaq 16000 manatı, həm də onlardan götürdüyü 17.500 manat müqabilində alıb 24.000 manata satacağı “Toyota Prius” markalı avtomaşının satışından əldə olunacaq 23.500 manat pulu, ümumilikdə 39.500 manat pulu verəcəyini bildirmişdir. 2022-ci ilin dekabr ayının sonlarında oğlu İbrahim Fuaddan məsələ ilə maraqlandıqda o, İbrahimə ilin sonu olduğundan banklarda müəyyən qədər problemlər yarandığını, bu səbəbdən müəyyən qədər gecikmə olacağını, uzağı 2023-cü ilin yanvar ayının 7-də bütün pulu verəcəyini bildirmişdir. Daha sonra özü də Fuada zəng edərək yeni “Ford Fusion” markalı avtomobil almaq istədiyini və dəqiq qeyd etdiyi tarixdə pulu verəcəksə avtomobili almaq istədiyi şəxsə 1000 dollar beh vermək istədiyini bildirmişdir. Bu zaman Fuad onu əmin etmişdir ki, 2023-cü ilin yanvar ayının 7-də pulu tam olaraq verəcək. Bundan sonra almaq istədiyi avtomobilin sahibinə 1000 dollar beh vermişdir. Fuadın qeyd etdiyi tarixdə, yəni yanvar ayının 7-də oğlu İbrahim ona zəng etmiş və bu zaman Fuad məhkəməsi olduğunu və pulu ala bilmədiyini, guya onlara gecikən günlər də daxil olmaqla cəmi 45000 manat pul verəcəyini, həmin pulu yanvar ayının 11-də verəcəyini bildirmişdir. Yanvar ayının 11-də artıq Fuad telefonlara cavab verməməyə başlamışdır. Yanvar ayının 12-də isə oğlu bildirmişdir ki, Fuadla Bakı şəhəri, Nizami rayonu ərazisində görüşmüşlər və Fuad bildirmişdir ki, hələ də pulu verə bilmir, artıq hər gecikən ay üçün əlavə olaraq 5000 manat da ödəniş olunacaq. Daha sonra yanvar ayının 14-dən başlayaraq hazıradək olan müddət ərzində Fuadla dəfələrlə əlaqə saxlamaqlarına baxmayaraq o, zənglərə cavab verməmiş və verilməli olan pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs onların etibarından suiistifadə edərək aldadıb 17.500 manat pullarını və 15.000 manat dəyərində “Nissan Tida” markalı avtomaşını ələ keçirməklə onlara cəmi 32.500 manat məbləğində maddi ziyan vurmuşdur. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onlara vurulmuş zərəri tam olaraq ödəmişdir, o, onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Şahid10 doğma oğludur. 2021-ci ildə oğlu Şahid10 2002-ci il buraxılışlı qara rəngli «Toyota Celica» markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. 2022-ci ilin noyabr ayında Şahid10 həmin avtomobili satmaq qərarına gəlmişdir. Bu məqsədlə o, özünü avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs Laçının satmaq istədiyi avtomobilə baxmış və həmin avtomobilin əvəzinə ona 2013-cü il buraxılışlı «Mercedes E» markalı avtomobili 23000 manata Polşa Respublikasından gətirəcəyini və bunun müqabilində 13000 manat dəyərində avtomobili qiymətləndirmiş və 2000 manat pulu əlbəəl verməsini, qalan 8000 manat pulun hissə-hissə olmaqla 2 ay müddətinə verilməsini təklif etmiş və onunla razılaşmışdır. Bu məqsədlə 10 noyabr 2022-ci il tarixdə axşam saatlarında oğlu Şahid10 və onun dostu Rüstəmlə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanına getmiş və orada Fuad Cəfərovla görüşmüşlər. Orada Laçın ona verdiyi 2000 manat pulu Fuada vermişdir. Söhbət əsnasında Fuad avtomobilə müştəri tapacağını və avtomobili 13000 manata satacağını bildirmişdir. Laçın da razılaşmışdır. Fuad pulu aldıqdan sonra 2 günə avtomobilin gələcəyini bildirmişdir. 2 gündən sonra Fuad müddətin uzandığını və həftənin sonuna avtomobilin gələcəyini bildirmişdir. Həmin görüşdən 2 gün sonra noyabr ayının 12-i Təqsirləndirilən şəxs avtomobil üçün müştəri tapdığını bildirmiş və oğlu Təqsirləndirilən şəxs ilə birlikdə avtomobili alan şəxslə görüşmüşdür. Həmin şəxs X4 avtomobili alacağanı bildirmişdir. 13 noyabr 2022-ci il tarixdə oğlu Şahid10 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 28 saylı notariat kontoruna Təqsirləndirilən şəxs və dostu Rüstəmlə birlikdə getmişlər və orada X1 etibarnamə və həmin avtomobilin qeydiyyat şəhadətnaməsini vermişdir. 28 saylı notariat kontorunun həyətində X4 avtomobilə görə 11000 manat pulu Fuada verəndən sonra avtomobilə oturub getmişdir. Təqsirləndirilən şəxs isə pulu aldıqdan sonra Laçına həftə ərzində Polşa Respublikasından avtomobili gətirəcəyini bildirmişdir. Fuadın dediyi müddət gəlib başa çatdıqda Laçından avtomobilin gəlib-gəlmədiyini soruşmuş, Laçın Fuadla maraqlanmış Fuad da yalan bəhanələr gətirməyə başlamışdır. Bundan sonra Fuadın onları aldatdığını bilib polisə şikayət etmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ödəmişdir, o, onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirmişdir ki, özü Bakı Avrasiya Universitetinin 4-cü kurs tələbəsidir. Universitetdə təhsil aldığı müddət ərzində 18 fənn üzrə imtahanlardan kəsiri yaranmışdır və universitetdən xaric olunmaq təhlükəsi olmuşdur. Bunun üçün çalışmışdır ki, hansısa yolla kəsrlərini bağlasın. Bu səbəbdən, 2023-cü ilin fevral ayında qrupda “sinifqom” olan Şahid13 yaxınlaşıb kəsrlərinin həll edilməsində köməklik etməsini xahiş etmişdir. Şahid13 ona hal-hazırda BDU-da təhsil alan Təqsirləndirilən şəxs adlı tanışının Təhsil Nazirliyində güclü əlaqələrinin olduğunu və onun kəsrlərin düzəldilməsində köməklik edə biləcəyini deyib Fuadın telefon nömrəsini vermişdir. Təxminən xx.xx.2023-cü il tarixdə istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs zəng edərək tanışlıq verib kəsrləri barədə bildirmişdir. Fuad ona Təhsil Nazirliyində tanışı vasitəsi ilə kəsrlərini düzəldə biləcəyini, bunun üçün ümumilikdə 3300 manat pul lazım olduğunu bildirmişdir. Fuadla razılaşmış və bir neçə gün ərzində ona qeyd olunan məbləği çatdıracağını bildirmişdir. Qardaşı Şahid11 da problemlərindən xəbərdar olmuş və ona Təqsirləndirilən şəxs ilə aralarında olan söhbət barədə danışmışdır. Emil ona kömək etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə adını unutduğu bankdan 2500 manat kredit götürərək Bakı şəhəri, Səbail rayonu, “Torqovaya” deyilən ərazidə “Milliön” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan və Fuadın ona vatsap tətbiqi vasitəsi ilə nömrəsini göndərdiyi son səkkiz rəqəmi 58202403 olan “Leobank” kartına 2500 manat pul köçürtmüşdür. Həmçinin, Fuada həmin tətbiq vasitəsi ilə özünə məxsus şəxsiyyət vəsiqəsinin və tələbə biletinin şəkillərini göndərmiş və onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq qalan 800 manatı da bir-iki gün ərzində həll edəcəyini bildirmişdir. Fuad ona təcili pulun qalan hissəsini də düzəltməyi, gecikərsə bu işin alınmayacağını bildirmişdir. Bundan sonra borc-xərc edib xx.xx.2023-cü il tarixdə daha 400 manat pul düzəltmiş və Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlayıb onun özü ilə şəxsən görüşmək istədiyini bildirmişdir. Həmin gün tələbə yoldaşları Murad Nuriyev, Azər Məmmədov və Rauf Əliyevlə birlikdə saat 14 radələrində Bakı şəhəri, “Neftçilər” metrosunun yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Fuad oraya ağ rəngli “BMW” markalı avtomaşınla gəlmişdir. Görüşərkən elə tələbə yoldaşlarının yanında 400 manat pulu Fuada vermiş və qalan 400 manat pulu da bir-iki gün ərzində ona çatdıracağını demişdir. Fuad 400 manatı aldıqdan sonra ayın 18-nə kimi pulun qalan hissəsini də ona çatdırılmasının vacib olduğunu, həmin gün sistemin yenilənəcəyini və pul çatarsa kəsrlərinin sistemdən silinəcəyini bildirmişdir. Fuada həmin vaxta kimi qalan 400 manatı da düzəldəcəyinə söz vermişdir. xx.xx.2023-cü il tarixdə 400 manatı da düzəldib ünvan 2 ünvanında yerləşən “Oba” marketin içərisində olan "Milliön" aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan son səkkiz rəqəmi 58202403 olan “Leobank” kartına köçürtmüş və Fuadla telefon vasitəsi ilə əlaqə saxlayarkən o, sonuncu 400 manatın da ona çatdığını, sabaha kimi kəsrlərinin silinəcəyini bildirmişdir. Lakin, qeyd olunan vaxtdan bir neçə gün keçməsinə baxmayaraq kəsrlərinin sistemdən silinmədiyini görüb Fuadın onu aldadaraq 3300 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Bu səbəbdən ona zəng vurub verdiyi pulu geri tələb edərkən o, ilk günlər telefonuna cavab verərək bir neçə günə pulu qaytaracağını bildirsə də, lakin sonradan ümumiyyətlə telefonuna cavab verməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsidir. Təxminən 2021-ci ilin noyabr ayında anası ona 20.000 manat müqabilində 2008-ci il buraxılışlı “İnfiniti FX35” markalı, **-VC-*** nömrə nişanlı avtomaşın almış və həmin avtomaşın anasının adına olmuşdur, o isə avtomaşını ona verilmiş etibarnamə əsasında idarə etmişdir. 2022-ci ilin noyabr ayında o, anasına müraciət edərək avtomaşını satıb, əvəzinə daha az benzin işlədən maşın almaq istədiyini bildirəndə sonuncu etiraz etməmişdir. O, bu barədə tələbə yodaşı Şahid2 ilə söhbət edərək maşını 20.000 manata satmaq istədiyini bildirdikdə Qadir ona Sumqayıt şəhərində Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, həmin şəxsin avtomaşını lizinq şirkətinə girov qoyaraq dəyərindən də daha baha qiymətə satdığını, özünə məxsus “Mercedes” markalı avtomaşını da Fuad vasitəsi ilə lizinqə qoyub dəyərindən bir neçə min artıq qiymətə satdığını bildirib ona təklif etmişdir ki, Təqsirləndirilən şəxs ilə onu tanış etsin. O, Sumqayıt şəhərində ilk dəfə Fuadla görüşmüş və o, avtomaşınına baxaraq həmin avtomaşını Sumqayıt şəhərində yerləşən avtosalonların birinə satıb salonun işçiləri həmin maşını lizinq şirkətində girov qoymaqla kredit etdikdən sonra müştəriyə satacaqlarını və pulu ona verəcəklərini, əvəzində ona xərcləri çıxdıqdan sonra 24.500 manat pul verəcəyini bildirmiş, o isə bu barədə anasına məlumat verdikdə Fuadın təklifi ona çox sərfəli görünmüş və buna razılıq vermişdir. 28 noyabr 2022-ci il tarixdə, axşam saatlarında anası Sumqayıt şəhərində Fuadla görüşüb avtomaşını ona təhvil vermiş, eyni zamanda yaşadığı evdən elektron formada Fuadın dediyi Mehman adlı şəxsin adına baş etibarnamə vermişdir. Fuad avtomaşını ondan alarkən 4 gün ərzində 24.500 manat pul verəcəyini bildirmiş və o, onun dediklərini telefon vasitəsi ilə videogörüntülərini çəkərək anasına göndərmişdir. Bu səbəbdən Fuada inanmışlar. Lakin Fuad dediyi müddətdə pulunu vermədikdə o, ona zəng vurmuş, Fuad isə avtomaşının təmir olunmalı xırda işlərinin olduğunu, bu səbəbdən də satışının yubandığını bildirmişdir. Nəhayət təxminən 1 həftə sonra Fuad onunla Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində görüşərək ona 1500 manat pul verib avtomaşına müştəri olduğunu və həmin müştərinin beh kimi ona 1500 manat verdiyini, iki gün ərzində avtomaşını həmin müştəriyə satıb pulu tam şəkildə verəcəyini bildirdikdə yenə ona inanmışlar. Lakin bundan sonra Fuad hər dəfə onunla telefonla danışarkən ona müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. Yalnız təxminən 1 ay sonra, yəni 2022-ci ilin dekabr ayının sonlarında öyrənmişlər ki, sən demə Fuad hələ 01 dekabr 2022-ci il tarixdə ona məxsus avtomaşını Sumqayıt şəhəri ərazisində yerləşən “J039 CARS” adlı avtosalonun işçilərinə 16.000 manata satmış, sonradan isə həmin avtosalonun əməkdaşları avtomaşını öz adlarına keçirib başqa bir müştəriyə satmışlar. Həmin vaxtdan sonra o, Fuadla bir neçə dəfə görüşərək avtomaşına görə pulu tələb edəndə Fuad bəhanələr gətirərək şirkətdən pulunu ala bilmədiyini, aldığı təqdirdə pulunu verəcəyini bildirsə də avtomaşının pulunu qaytarmamış, “İnfiniti FX35” markalı, **-VC-*** nömrə nişanlı avtomaşının ələ keçirilməsi nəticəsində ona 20.000 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadələrində şahid qismində dindirilmiş Şahid2 və Şahid8 zərərçəkmiş şəxs X2 və Şahid1 ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2013-cü il istehsalı olan “Toyota Rav 4” markalı, **-EF-*** dövlət nömrə nişanlı avtomobili vardır və Şahid6 yeganə oğlu olduğundan həmin avtomaşını adi etibarnamə ilə sürmək məqsədi ilə Rəsula vermişdir. Təxminən 2022-ci ilin oktyabr ayında pula ehtiyacı olduğundan həmin avtomaşını satmaq qərarına gəlmiş və həmin vaxtlar Rəsul avtomaşının “Turbo.az” saytında 33.000 manata satılması barədə elan yerləşdirmişdir. Həmçinin yaxın tanışları və dostlarına da avtomaşını satmaq niyyətində olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında oğlu Rəsul ona zəng vuraraq avtomaşına 39.000 manata müştəri tapdığını, həmin müştəriyə baş etibarnamə vermək lazım olduğunu və bir neçə gün ərzində onun pulu verəcəyini bildirdikdə həmin Fuad adlı şəxslə görüşmək istədiyini bildirmişdir. Bir qədər sonra Rəsul ilk dəfə gördüyü Fuad adlı şəxslə birlikdə yaşadıqları mənzilə gəlmiş və söhbət zamanı Fuad ona "Massivi" lizinq şirkətində işlədiyini, həmin maşını 39.000 manata almaq istədiyini bildirmiş, Fuada avtomaşına görə pulun hansı formada veriləcəyini soruşanda Fuad ilk əvvəl avtomaşının yarı pulunun veriləcəyini, 5 gün ərzində lizinqə müştəri tapdıqdan sonra isə həmin müştərinin lizinqə görə ilkin ödəməli olduğu pulun yarısını alıb verməklə onlara olan borclarını tam bağlayacaqlarını, beləliklə də avtomaşına görə real qiyməti 32-33.000 manat deyil, 39.000 manat pul qazanacağını bildirmişdir. Fuadın bu təklifi sərfəli göründüyündən razılaşmış və avtomaşının mülkiyyətçisi olduğundan mobil notariat tətbiqi vasitəsi ilə Fuadın şəriki Mehman adlı şəxsin adına baş etibarnamə vermək üçün cəhd etmiş, lakin həmin vaxt alınmamışdır. Bu səbəbdən onun razılığı ilə Fuad maşını həmin gün özündə saxlamış və Sumqayıt şəhərində yerləşən "Sevgilim" şadlıq sarayının yanında saxlayacağını demişdir. xx.xx.2022-ci il tarixdə özü, Rəsul və Fuadla Bakı şəhəri, Nərimanov rayonu metrosunun yanında görüşmüşlər. Həmin vaxt mobil notariat tətbiqi vasitəsi ilə Fuadın istəyi ilə həmin avtomobilə görə şəriki Şahid5 baş etibarnamə, eləcə də texniki pasportu Mehmana çatdırılması üçün Fuada vermişdir. Həmin gün Fuad 4 gün müddətinə 39.000 manat verəcəyini bildirmiş və oğlu Rəsul maşınsız qalmasın deyə xərclərini qarşılamaqla “rent a car”-dan ona Fərrux adlı şəxs vasitəsi ilə “Kia Rio” markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomaşını 4 gün müddətinə icarəyə vermişdir. xx.xx.2022ci il tarixdə özünü Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “ZZ-007" avto salonun rəhbəri kimi təqdim edən Zaur adlı şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə zəng etmiş, telefona oğlu Rəsul cavab vermişdir. Həmin vaxt Zaur adlı şəxs sözügedən avtomobilin hazırda 150 manat cəriməsi olduğunu və cəriməni bağlayıb avtomobili 27350 manata almaq istədiyini bildirmişdir. Eləcə də, 27350 manatı ona çatdırmaq üçün Fuada vermək istədiyini bildirmişdir. Zaur adlı şəxslə razılaşmışdır. X15 zəng etdikdə Fuad 27.350 manatın özündə olduğunu və bu gün gətirib ona verəcəyini demişdir. Rəsul telefon danışığı zamanı Fuada həmin avtomobilin 39000 manata olduğu təqdirdə 27350 manata satılmasının səbəbini soruşmuş, Fuad isə Rəsula 27.350 manatın ilkin ödəniş olduğunu yerdə qalan məbləğin isə kreditə salınacağını, eləcə də, 150 manat cərimənin də ümumi məbləğdən çıxıldığını demişdir. Sözügedən “rent a car”-dan icarəyə alınmış həmin maşını Rəsul xx.xx.2022-ci il tarixdə Fərruxun özünə qaytarmışdır. Eləcə də, həmin gün Fuad yaşadıqları ünvanın yanında əlbəəl Rəsula 6000 manat pul vermiş və 2 gün sonra yerdə qalan 32850 manat pulu verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Mehmanın təşəbbüsü ilə onunla Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən "Asan xidmətin" qarşısında görüşən zaman o, Fuadın onları aldadaraq pullarını ələ keçirdiyini, Fuada inanıb öz adından “ZZ-007” avto salonun rəhbəri olan Zaurun qardaşı Zöhrab adlı şəxsə baş etibarnamə verdiyini və avtomobilin texniki pasportunu verərək tərəfindən ona verilmiş baş etibarnamənin ləğv edilməsini xahiş etmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə “Asan xidmət” vasitəsi ilə Mehman tərəfindən Zöhrab adlı şəxsin adına verilmiş baş etibarnaməni ləğv etdirmişdir. Həmin gün Zaur ona zəng edərək həmin avtomobil üçün pul ödədiyini və nə səbəbə baş etibarnamənin ləğv edildiyini soruşmuşdur. Zaura həmin maşını lizinqə salmaq adı ilə etibarnamə verdiyini və maşını 39000 manata satmaq istədiyini, lakin ona cəmi 6.000 manatın ilkin ödəniş kimi verildiyini, yerdə qalan pulun isə sonra veriləcəyini, lakin qalan pul verilmədiyi üçün həmin baş etibarnamənin ləğv edildiyini demişdir. Sonra həmin gün Rəsul Zaurla Sumqayıt şəhərində yerləşən “Dədə Qorqud” şadlıq sarayının yanında görüşmüş və Zaur ona həmin avtomobilin onda olduğunu, hazırda gizlətdiyini və ödədiyi 27.350 manat qayıdacağı halda avtomobili onlara qaytaracağını, həmin gün üçün Rusiya Federasiyasının Moskva şəhərinə təxmini bir həftəlik gedəcəyini, qayıdandan sonra 27.350 manat verdiyi pul qayıtmayacağı halda həmin maşını yandıracağını Rəsula bildirmişdir. Bundan sonra dəfələrlə özü və Rəsul Fuaddan 27.350 manat pulun Zaura qaytarılmasını və onlara da avtomobilin geri verilməsini tələb etsələr də Fuad ona lizinq şirkəti tərəfindən 47000 manat pul atıldığını, gələn kimi Zaura 27.350 manat pulu verib avtomobili onlara qaytaracağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid4 ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiqləmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, özü qardaşı Zaurla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Quba-Bakı magistral yolunun kənarında yerləşən “ZZ Avto” avtosalonunu icarə qaydasında işlədir. Əsas işi vətəndaşlar tərəfindən onlara təklif edilən ikinci əl avtomaşınları əldə edib daha sonra salonda satışını təşkil etməkdən ibarətdir. 03 dekabr 2022-ci il tarixdə qardaşı Zaur işlətdiyi salonda olarkən ora ilk dəfə gördüyü özünü Fuad kimi təqdim edən şəxs gələrək təcili pul lazım olduğundan özünə və şərikinə məxsus 2013-cü il buraxılışlı "Toyota-Rav 4" markalı, **-EF-*** nömrə nişanlı avtomaşını satmaq istədiyini bildirmişdir. Qardaşı avtomobilə baxıb bəyənmiş və almaq qərarına gəlmişdir. Fuaddan avtomaşının sahibi barədə soruşduqda, avtomaşının özünə məxsus olsa da texniki pasporta görə mülkiyyətçisinin Əfqan adlı şəxs olduğunu, Əfqanın isə şəriki Mehmanın adına baş etibarnamə verdiyini, avtomaşını alacağı təqdirdə Mehmanın adından ona baş etibarnamə veriləcəyini, bundan sonra nə vaxt istəsə avtomaşını mülkiyyətinə keçirə biləcəyini bildirmişdir. Buna baxmayaraq Zaur hər bir halda avtomaşının real mülkiyyətçisi Əfqan adlı şəxsə zəng vurmaq qərarına gəlmiş və elə Fuadın yanında Əfqan adlı şəxsə zəng vurub həmin avtomaşını Fuad adlı şəxsin satmaq istədiyini bildirib onun etirazının olub-olmadığını soruşduqda Əfqan adlı şəxs avtomaşını Fuad və Mehman adlı şəxslərə satdığını və Mehmanın adına baş etibarnamə verdiyini, bu səbəbdən də avtomaşını almaqda hər hansı bir problemin olmadığını bildirdikdə, tam arxayın olmuş və həmin vaxt üstündə pul olmadığından ona zəng vuraraq Fuad adlı şəxsdən avtomaşını aldığını, Fuadı onun yanına göndərəcəyini bildirib görüşüb 27.350 manat pul verməsini xahiş etmişdir. Bundan sonra Fuad salondan çıxaraq Mehman adlı şəriki ilə danışıb avtomaşını satdığını bildirmiş və Mehmanın kimin adına baş etibarnamə verməli olduğunu soruşanda Fuada onun şəxsiyyət vəsiqəsini verərək avtomobilə görə baş etibarnaməni onun adına verməsini xahiş etmişdir. Bundan sonra Fuad Sumqayıt şəhərinə gələrək onunla görüşüb 27.350 manat pulu almış, Mehman isə elektron formada onun adına baş etibarnamə vermişdir. Avtomaşını dərhal adlarına keçirməyib satmaq üçün salona qoymuşlar ki, əgər tezliklə müştəri taparlarsa elə əlavə xərc çəkməyib birbaşa həmin şəxsin adına sənədləşdirərlər. Bundan bir neçə gün sonra Mehman adlı şəxs Zaura zəng vuraraq Fuadın avtomaşına görə ondan almış olduğu pulu avtomaşının mülkiyyətçisi olan Əfqan adlı şəxsə çatdırmadığını, bu səbəbdən də etibarnamənin ləğv ediləcəyini bildirmişdir. Zaur isə ona etiraz edərək avtomaşını almağa görə onlara pulu tam olaraq ödədiyini, bu səbəbdən pulun Əfqan adlı şəxsə verilib-verilmədiyinin onların problemi olduğunu bildirmişdir. Bundan təşvişə düşüb avtomaşını onlarda olan baş etibarnamə əsasında başqa bir şəxsin adına sənədləşdirmək istəyərkən qardaşı müəyyən etmişdir ki, artıq onn adına verilmiş baş etibarnamə ləğv olunub. Bu səbəbdən Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində Fuad, Mehman və Əfqanla birlikdə görüşmüş və onlardan nəyə görə avtomaşına görə pulu tam şəkildə alsalar da qardaşının adına verilmiş baş etibarnaməni ləğv etdirdiklərini soruşanda, həmin vaxt Fuad avtomaşına görə ondan almış olduğu pulun bir hissəsini Mehmana, 6000 manatını isə Əfqana verdiyini bildirmişdir. Əfqan Fuadın həmin avtomaşına görə ona 6000 manat verdiyini, qalan pulu isə ələ keçirdiklərini, bu səbəbdən də pulu qayıtmayana kimi avtomaşına görə baş etibarnamə verməyəcəyini bildirmişdir. Mehman isə Fuadın ona borcu olduğunu və ona borcunu verdiyini bildirib Fuadın konkret olaraq hansı məbləğdə pul verməsini deməmişdir. Daha sonra Fuad qardaşına müraciət edərək bir neçə günə ondan alaraq ələ keçirmiş olduğu 27.350 manat pulu qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan sonra Fuad onunla görüşməkdən imtina etmiş, Əfqan isə Fuadın ona çatacaq pulu qaytarmayana kimi baş etibarnamə verməyəcəyini bildirmişdir. Bu səbəbdən də qardaşı Fuad, Mehman və ya Əfqan tərəfindən aldadıldığını başa düşüb ərizə ilə Sumqayıt ŞPİ-nə müraciət etmişdir. "Toyota-Rav 4” markalı, **-EF-*** nömrə nişanlı avtomaşın hal-hazıra kimi özündə olsa da baş etibarnamə ləğv olunduğundan avtomaşın üzərində hər hansı bir sərəncam vermək hüququna malik deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, boş vaxtlarında maşın alveri ilə məşğul olur, belə ki, nisbətən münasib ucuz qiymətə avtomaşın satılması barədə eşitdikdə şəriki ilə birlikdə həmin avtomaşını alıb, üstünə bir qədər pul qoyduqdan sonra satırlar. Təqsirləndirilən şəxs təxminən 4 aydır ki, onunla şəriki Pərvizin vasitəsilə tanış olmuşdur. Pərviz Fuadı təqdim edərkən onun atasının Almaniyadan avtomaşın gətirdiyini, Fuaddan münasib qiymətə avtomaşın alıb sonra sata biləcəklərini demişdir. Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq adına «İnfiniti FX35» markalı avtomaşın üçün baş etibarnamə veriləcəyini və dediyi vaxtda ayrı adamın adına etibarnamə verməli olduğunu demişdir. Bundan sonra, 28 noyabr 2022-ci il tarixdə Nişanə Sadıqova adlı şəxs adına elektron formada «İnfiniti FX35» markalı, **-VC-*** nömrə nişanlı avtomaşına görə baş etibarnamə vermişdir. Lakin həmin avtomaşının kimə satılmasından, nə qədər pul əldə edilməsindən heç bir məlumatı yoxdur. Bundan başqa, Sumqayıt şəhərində yaşayan Fuad adlı şəxslə xx.xx.2022-ci tarixdə Sumqayıt şəhərində görüşmüşdür. Həmin vaxt Fuad 29.200 manata 2013-cü il istehsalı olan “Toyota Rav 4” markalı avtomobilin satıldığını demiş və həmin maşını almağı təklif etmişdir. Həmin gün axşam Fuadla Sumqayıt şəhəri, Mərkəzi poçtun yanında görüşmüşlər. Həmin vaxt Fuad “Toyota Rav 4” markalı avtomobillə gəlmişdir və yanlarında adını bilmədiyi Fuadın dostu və sonradan adının Rəsul olduğunu bildiyi həmin maşının sahibinin oğlu da olmuşdur. Həmin vaxt maşına baxıb bəyənmiş və avtomobili 29.200 manata almağa razılaşmışdır. Həmin vaxt Fuad onu kənara çəkib təklikdə söhbət etmişdir. Lakin həmin gün adına baş etibarnamə verilməmiş və bu söhbət növbəti günə qalmışdır. Bundan başqa, həmin gün Fuad şəxsiyyət vəsiqəsinin əslini götürmüş və səhəri gün baş etibarnaməni verib 29.200 manatı götürəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə mobil notariat tətbiqi vasitəsi ilə Şahid4 tərəfindən adına “Toyota Rav 4” markalı, **-EF-*** dövlət nömrə nişanlı avtomobil üçün baş etibarnamə verilmişdir. Həmin gün Sumqayıt şəhəri, “Esmira” şadlıq sarayının yanında Fuad adlı şəxslə görüşmüş və Fuadın ona olan 1300 manat borcunu çıxandan sonra 27.900 manatı ona verib “Toyota Rav 4” markalı avtomobili götürmüşdür. xx.xx.2022-ci il tarixdə Fuad ona zəng edərək sözügedən maşını 32.000 manata istəyən şəxsin olduğunu və «ZZ 007 Cars» adlı avtosalonda işləyən Zöhrab adlı şəxsin adına baş etibarnamə verməyini istəmişdir. Həmin vaxt Şirvan şəhərində olduğundan mobil notariat tətbiqi vasitəsi ilə Zöhrab adlı şəxsin adına baş etibarnamə vermiş və həmin maşını Fuad Sumqayıt şəhərində dostu Pərvizdən götürmüşdür. Fuad ona hissə-hissə olmaqla ümumilikdə 31.000 manat pul vermişdir. Lakin qalan 1000 manatı verməmişdir. Sonradan Fuad qalan pulu vermədiyi üçün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «ZZ 007 Cars» adlı avtosalona getmiş və Zöhrab orada olmadığı üçün onun nömrəsini götürmüşdür. Zöhrabla telefon vasitəsi ilə danışan zaman Zöhraba “Toyota Rav 4” markalı avtomobil üçün ona baş etibarnamə verdiyi şəxs olduğunu, Fuadın ona 5000 manat verəcəyi olduğunu və bundan sonra həmin maşının texniki pasportunu Zöhraba verəcəyini demişdir. Zöhrab isə həmin maşını 27.350 manata Fuaddan aldığını, həmin maşının texniki pasport üzrə sahibi ilə razılaşdığını və onu tanımadığı üçün pul verməyəcəyini demişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, sözügedən maşının sahibinin oğlu Rəsul adlı şəxsin nömrəsini taparaq ona zəng etmiş və həmin günü Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində görüşmüşlər. Rəsula Fuad tərəfindən aldadıldığını bildirmiş və baş etibarnamənin ləğv edilməsində köməklik etməsini xahiş etmişdir, eləcə də maşının texniki paspotunun özündə olduğunu demişdir. Həmin vaxt Rəsul ona Fuadın ona da 31000 manat borcu olduğunu demiş və Fuadın ona ilkin ödəniş kimi 6000 manat pul verdiyini demişdir. Həmçinin Rəsul ona atası ilə danışıb xəbər edəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Rəsul və Rəsulun atası ilə Sumqayıt şəhərində yerləşən 1 saylı ASAN xidmətə getmişlər. Orada Rəsulun atası həmin maşın üzrə verilmiş bütün etibarnamələri ləğv etmişdir. Həmin gün axşam Fuadın pulu ödəməməsi səbəbindən Fuadın atası ilə görüşmüşdür. Atası isə ona Fuadın işləri ilə bağlı onu narahat etməməyini demişdir. Verilmiş suallara cavab olaraq Şahid5 ifadəsində göstərmişdir ki, “Toyota Rav 4" markalı avtomobilə görə Zöhrab adlı şəxsə verdiyi etibarnaməni Fuad adlı şəxsin ona 30300 manat verməli olduğu halda 25000 manat verib qalan pulu müxtəlif bəhanələr gətirərək vermədiyi üçün ləğv etdirdiyini, Fuaddan aldığı 25000 manat pul ilə öz borclarını bağladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Zərərçəkmiş şəxs3 ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiqləmişdir İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş X8 Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «Cars 039» adlı avtosalonun sahibidir. İşi ikinci əl avtomobillərin alqı-satqısıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təxminən 2022-ci ilin noyabr ayında və ya dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona müraciət edərək adını unutduğu bir qadının mülkiyyətçisi olduğu və adına baş etibarnamə ilə olan özünə məxsus «İnfiniti FX35» markalı, **-VC-*** nömrə nişanlı avtomaşını satmaq istədiyini bildirdikdə avtomaşına baxmış, avtomaşında bəzi kosmetik işlərin olacağını nəzərə alıb Fuaddan avtomaşını 14300 manata almış və dərhal avtomaşını qohumu Məhərrəmin adına sənədləşdirmişdir. Fuad adlı şəxs pulu aldıqdan sonra çıxıb getmişdir. Həmin avtomaşının rənginin parıldadılmasına və həmçinin digər xırda işlərinə 1000 manat xərc çəkdikdən sonra həmin avtomaşını bir neçə gündən sonra Kamran adlı şəxsə 16400 manata satmışdır. Kamran adlı şəxs qeyd olunan avtomaşını öz həyat yoldaşı üçün almaq istəmiş və Kamran avtomaşını aldıqdan sonra Məhərrəmin adından Kamranın arvadının adına baş etibarnamə verilmişdir. Fuad adlı şəxsin ona satmış olduğu avtomaşının özünün olmasına inanmış, belə ki, adına baş etibarnamə olmuş və həmin avtomaşını kimdənsə ələ keçirməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, atası Zərərçəkmiş şəxs4 ona aldığı 2002-ci il buraxılışlı qara rəngli “Toyota Celica” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili 2022-ci ilin noyabr ayında satmaq qərarına gəlmiş və bunun üçün dostu Rüstəmlə birlikdə avtomobili turbo.az və instagram sosial şəbəkəsində “maşınbazarı” səhifəsində 16.000 (on altı min) manata yerləşdirmişdir, maşın satılmadığı üçün maşının qiymətini 14.000 (on dörd min) manata endirmişdir. Bu məqsədlə 1 ilə yaxındır ki, yaxın əlaqəsi olduğu Rüstəm adlı şəxs onu X9 ilə tanış etmişdir. O, Təqsirləndirilən şəxs BDU-da təhsil aldığını, maşın alqı-satqısı ilə məşğul olduğunu və bunun üçün ondan kömək istəməyi bildirmişdir. Razılığa gəlmiş və onunla birgə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına getmişlər. Təqsirləndirilən şəxs avtomobilə baxış keçirdikdən sonra maşını lizinq şirkətinin köməyi ilə icarəyə verəcəyini, maşın üçün 16.000 (on altı min) manatın baha olduğunu, idman avtomobili olduğu üçün alıcıların sayının az olduğunu, 10 (on min) manata sata biləcəyini bildirmişdir. Bir qədər söhbətləşdikdən sonra maşının qiymətini 13.000 (on üç min) manata qaldırmış və maşının digər sənədləşdirmə xərclərini öhdəliyinə götürmüşdür. Həmin günün axşamı Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrədən zəng vuraraq görüş təyin etmiş və avtomobilin əvəzinə ona 2013-cü il buraxılışı olan “Mercedes E-Class” markalı avtomobili 23.000 (iyirmi üç min) manata gətirəcəyini və bunun müqabilində satmaq istədiyi avtomobili 13.000 (on üç min) manat dəyərində qiymətləndirmiş və 2.000 (iki min) manat pulun əlbəəl verilməsini, qalan 8.000 (səkkiz min) manat pulun hissə-hissə olmaqla 2 ay müddətinə verilməsini təklif etmişdir. Fuadın təklifi ilə razılaşmışdır. 10 noyabr 2022-ci il tarixdə axşam saatlarında atası Zərərçəkmiş şəxs4 və dostu Rüstəmlə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında Fuad Cəfərovla görüşmüşdür. Orada atası Zərərçəkmiş şəxs4 2.000 (iki min) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Hadisədən 2 gün sonra 12 noyabr 2022-ci il tarixdə Fuad Cəfərov avtomobil üçün müştəri tapdığını bildirmiş və Fuadla birlikdə maşının alıcıları ilə avtomobilə baxış keçirmişlər və baxış zamanı maşının alıcısı X4 onun satmaq istədiyi avtomobili bəyənərək alacağını bildirmişdir. Bu məqsədlə səhəri gün, yəni 13 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və dostu Rüstəmlə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 28 saylı notariat kontoruna getmişlər və orada X3 baş etibarnamə və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini vermişdir. Oradan çıxdıqdan sonra X17 Cəfərzadəyə avtomobildə 11 (on bir min) manat pul vermişdir. Sonra avtomobilin alıcısı Bəhruz Qocayev avtomobilə əyləşib ərazidən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs “Mercedes E class” markalı avtomobilin lizinq şirkəti vasitəsilə Polşadan gətirdiyini, 15 noyabr 2022-ci il tarixdə onlara təhvil verəcəyini, bu məqsədlə ona verdiyi avtomobilin üzərində 8.000 (səkkiz min) manat pul verilməli olduğunu bildirsə də hər dəfə müxtəlif bəhanələr gətirərək, gömrükdə problemlərin olduğunu, bunun əlavə olaraq 1 həftə vaxt istədiyini bildirsə də verdiyi vədə əməl etməmişdir. Təxminən 22 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda sonuncu lizinq şirkətinin probleminin yarandığını və maşının gecikəcəyini bildirmişdir. Bu zaman ona təhvil verdiyi avtomobili geri qaytarmasını və ya 15.000 (on beş min) manat pulunu geri istədikdə Fuad avtomobili satdığını, əlində özünə məxsus “Kia Optima” markalı avtomobilin olduğunu, onu 22.000 (iyirmi iki min) manata satışa qoyduğunu demişdir. Fuada həmin maşını ona verməsini, qalıq 7.000 (yeddi min) manat pulu verəcəyini bildirmiş və onunla razılaşmışdır. Həftənin birinci günü yenidən onunla telefon vasitəsilə əlaqə saxlamış və maşını ondan almaq üçün görüş təyin etdikdə ona “Kia Optima” markalı avtomobili satdığını, əlində əlavə “Mercedes E 220” markalı avtomobilin olduğunu dedikdə onunla razılaşmamış və həmin pulun müqabilində, yəni 15.000 (on beş min) manatın qarşılığında istənilən avtomobilin təhvil verilməsini tələb etmişdir. Fuad isə müxtəlif bəhanələr gətirərək probleminin olduğunu bildirmiş və əlavə vaxt istəmişdir. Həmin gündən bu günədək Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək, telefonun zənglərinə cavab verməməyə başlamışdır. Avtomobil özünə məxsusdur və DYP-nə müraciət edərək 27 noyabr 2022-ci il tarixdə etibarnaməni ləğv etdirmiş və DYP tərəfindən etibarnamənin ləğv olunması barədə təsdiq cavabı gəlmişdir. Həmin avtomobil özünə məxsus olsa da həmin avtomobili atası Zərərçəkmiş şəxs4 öz pulu ilə ona almışdır. Həmin avtomobilin alınmasında hər hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, 2019-2023-cü illərdə Bakı Avrasiya Universitetinin Regionşünaslıq və İqtisadiyyat fakültəsini «Biznesin idarə edilməsi» ixtisası üzrə bitirmişdir. Sinif nümayəndəsi olmuşdur. Zərərçəkmiş şəxs5 qrup yoldaşı olmuşdur. Təxminən 2023-cü ilin fevral ayının əvvəlində Zərərçəkmiş şəxs5 ona müraciət edərək universitetdə təhsil aldığı müddətdə verə bilmədiyi imtahanlara görə kəsrlərin yığıldığını bildirmiş və bu kəsr probleminin həll olunmasında ona köməklik göstərməyi xahiş etmişdir. Ravilə Təqsirləndirilən şəxs mobil nömrəsini verərək həmin şəxsin ona köməklik edə biləcəyini demişdir. Belə ki, həmin şəxslə digər qrup yoldaşı olan Leylinin vasitəsilə tanış olmuşdur. Leyli ona Fuadın universitetin rəhbərliyini yaxşı tanıdığını, eyni zamanda Təhsil Nazirliyində işləyən qohumunun olduğunu və qrup yoldaşlarından kəsr problemini həll etmək istəyən olsa həmin şəxsi Fuada yönəldə biləcəyini demişdir. Özü də Fuadla danışdıqda sonuncu təhsil aldıqları universitetin rəhbərliyi ilə yaxın olduğunu, eyni zamanda yüksək vəzifədə işləyən Azər adlı qohumunun olduğunu və həmin şəxsin vasitəsilə təhsil sahəsində istənilən məsələni həll edə biləcəyini demişdir. Ravilin kəsr məsələsini həll edib diplom ala bilməsi üçün onu Fuada yönəltmişdir. Sonradan məlum olmuşdur ki, Fuad Ravildən onun kəsr məsələsini həll etmək üçün 3300 manat pulunu alsa da, verdiyi vədə əməl etməyib və Ravili aldadaraq onun pulunu ələ keçirib. Fuadın Ravili aldatmaq niyyətində olduğunu bilməmişdir. Sonradan eşitmişdir ki, Fuad təhsil aldıqları universitetdə tanımadığı digər tələbələrdən də onların kəsr məsələsini həll etmək üçün pul alsa da, onların da kəsr məsələsini həll etməyərək pullarını ələ keçirib, sadəcə həmin tələbələr polisə getməmək üçün Fuaddan şikayət etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 Şahid13 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (cild 1, i.v. 1); Təqsirləndirilən şəxs ilə Şahid7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Şahid7 13500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs borc müqabilində vermişdir (cild 1, i.v. 43-45); cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilməklə bir icraatda istintaqı davam etdirilmiş, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələriə tövsif edilmişdir (cild 1, i.v. 67-68); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (cild 1, i.v. 69); axtarışda olan şəxsin tutulması barədə 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:50-də Bakı şəhəri, Neftçilər prospekti, Bəşir Səfəroğlu 155 ünvanında tutulmuşdur (cild 1, i.v. 123); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 142-143); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (cild 1, i.v. 157-158); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 159-161); zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 166); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2023-cü il tarixli 9/2360 saylı ekspert rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza təyini haqqında qərarda göstərilən avtomobillərin normal vəziyyətdə, 2022-ci ilin dekabr ayına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur. 1) 2011-ci il buraxılışlı, «Nissan Tida» markalı, mühərrikinin iş həcmi 109 at gücü olan avtomobil - 14500 manat; 2) 2008-ci il buraxılışlı, mühərrikinin iş həcmi 280 at gücü olan «İnfiniti FX35» markalı avtomobil - 20000 manat; 3) 2013-cü il buraxılışlı, mühərrikinin iş həcmi 182 at gücü olan «Toyota Rav 4» markalı avtomobil - 34500 manatdır (cild 1, i.v. 190-192); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, i.v. 219-220); axtarışda olan şəxsin tutulması barədə 22 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:35-də Sumqayıt şəhəri, 10-cu mkr ərazisində tutulmuşdur (cild 1, i.v. 226); Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-163/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 22 aprel 2023-cü il tarixdən hesablanmaqla 01 ay 28 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 1-2); zərərçəkmiş şəxs Şahid3 Sumqayıt şəhər 4 saylı notariat ofisində verdiyi **********857 saylı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, hal-hazırda onunla barışdığını və onun ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir (cild 2, i.v. 6); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi vardır (cild 2, i.v. 12-13); zərərçəkmiş şəxs X2 Bakı şəhəri 53 saylı notariat ofisində verdiyi **********850 saylı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, bu səbəbdən onunla barışdığını, ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmadığını, barəsində olan cinayət işinə xitam verilməsinə və onun azadlığa çıxmasına etiraz etmədiyini qeyd etmişdir (cild 2, i.v. 14); 16 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 568 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, i.v. 49); materialın cinayət işinə birləşdirilməsi haqqında 30 may 2023-cü il tarixli qərardan görünür ki, HK-1/1066 saylı material ********* saylı cinayət işinə birləşdirilmiş və bir icraatda istintaqı davam etdirilmişdir (cild 2, i.v. 50-51); Zərərçəkmiş şəxs3 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin notariat ofisində verdiyi **********391 saylı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, hal-hazırda onunla barışdığını və onun ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir (cild 2, i.v. 83); Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-227/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən azad edilmişdir (cild 2, i.v. 86-90); cinayət işlərinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmiş və Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işinə birləşdirilməklə istintaqı davam etdirilmişdir (cild 2, i.v. 91-93); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (cild 2, i.v. 102); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 125); zərərçəkmiş şəxs Şahid3 Sumqayıt şəhər 4 saylı notariat ofisində verdiyi **********500 saylı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, hal-hazırda onunla barışdığını və onun ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir (cild 2, i.v. 135); zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 188-191); cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay – 05 aya kimi, yəni 20 iyun 2023-cü il tarixdən 20 avqust 2023-cü il tarixədək uzadılmışdır (cild 2, i.v. 208- 209); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 2, i.v. 212-214); təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması barədə vəsatətin verilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması barədə vəsatətin verilməsindən imtina edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin başa çatdığı vaxtdan, yəni 20 iyun 2023-cü il tarixdən qüvvəyə minməsi qərara alınmışdır (cild 2, i.v. 224-228); sübutların qiymətləndirilməsi haqqında 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-də elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.1, 32.4, 312.1-ci maddələri cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2023-cü il tarixli 9/2360 saylı rəyi, Zərərçəkmiş şəxs5 tərəfindən 18 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına olan “Leobank”a aid bank hesabına “MilliÖn” ödəmə terminalı vasitəsilə 400 manat pul vəsaitinin köçürülməsini təsdiq edən bir ədəd qəbz maddi sübut kimi tanınmışdır (cild 3, i.v. 37-57); Zərərçəkmiş şəxs5oviçin 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində verdiyi **********511 saylı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və maddi tələbi yoxdur; Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ödəmişdir, o, onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur; zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ödəmişdir, o, onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur; Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ödəmişdir, o, onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur; Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ödəmişdir, o, onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus nəqliyyat vasitələrini dəyərindən baha qiymətə satacağına dair vəd verərək onları aldadıb maddi ziyan vurması ilə əlaqədar elan edilmiş ittihamla razılaşmamasına tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun biləbilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Belə ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən aldığı nəqliyyat vasitələrini lizinq şirkətinə təhvil verdiyini, həmin avtomobillərin lizinq şirkəti tərəfindən satışının həyata keçirildiyini, həmin şirkət tərəfindən onun etibarından sui-istifadə edildiyini və nəticədə zərərçəkmiş şəxslərə maddi ziyan vurulduğunu bildirmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxslərin ifadələri şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid3, Şahid4 Rəsul oğlu, Şahid5, Şahid7, X8, Şahid8, Şahid9, Şahid10, Şahid11, Şahid13 və Şahid12 ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. İş üzrə ifadələri alınmış zərərçəkmiş şəxslər və şahidlər öz ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini dəyərindən baha qiymətə satacağı barədə onlara yalan vəd verərək avtomobilləri ələ keçirmiş, daha sonra isə həmin nəqliyyat vasitələrin satışında əldə olunmuş pulu onlara geri qaytarmayaraq onlara maddi ziyan vurmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində törətdiyi cinayət əməllərinin bir qismini etiraf etmiş, həmin ifadələr özü və müdafiəçisi tərəfindən imzalanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: - tutulduğu və həbsdə saxlanıldığı müddət; - ev dustaqlığında saxlanıldığı müddət; - məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; - Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə törədilmiş cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini və onlarla barışıq əldə etməsini (CM-59.1.12, 59.1.13), törətdiyi əməli qismən etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, 22 aprel 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddət olmaqla, ümumilikdə 02 (iki) ay 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ümumilikdə 04 (dörd) ay 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut Zərərçəkmiş şəxs5 tərəfindən 18 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına olan “Leobank”a aid bank hesabına “MilliÖn” ödəmə terminalı vasitəsilə 400 manat pul vəsaitinin köçürülməsini təsdiq edən bir ədəd qəbzin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, 22 aprel 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddət olmaqla, ümumilikdə 02 (iki) ay 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs5 tərəfindən 18 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına olan “Leobank”a aid bank hesabına “MilliÖn” ödəmə terminalı vasitəsilə 400 manat pul vəsaitinin köçürülməsini təsdiq edən bir ədəd qəbzin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-500/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-500/2023
22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver