Məhkəmə qərarları › İş №1(011)-501/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-501/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-501/2025 17.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bərdə rayonunda anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən o, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 10 mart 2025-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 38 ünvanında maşın bazarı adlanan yerdə dönərxanada dönər sifariş verən zaman satış və sifariş qəbulu üçün nəzərdə tutulmuş hissədə olan piştaxtanın üzərindən Zərərçəkmiş şəxs məxsus içərində 4.800 manat pul olan 30 manat dəyərində pul qabı ilə birlikdə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 4.830 (dörd min səkkiz yüz otuz) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, diskə baxış keçirilməsi barədə protokol, hadisə yerinə baxış keçirilməsi, təqdim etmə və götürmə və ifadənin yerində yoxlanılması protokolları habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 mart 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən maşın bazarı deyilən yerdə bir qədər gəzişdikdən sonra özünə dönər almaq istəmişdir. Lakin pulu olmadığı üçün bir qədər gözləmiş, sonradan tanışı Qəhrəmanın bazarda olduğunu görüb dönər almaq üçün pul istəmişdir. Qəhrəman da ona pulunun kartda olduğunu demiş və kartı alıb dönərxanaya yaxınlaşaraq özünə bir ədəd dönər, bir ədəd ayran sifariş etmişdir. Həmin vaxt Qəhrəman kənarda dayanmışdır. Qəhrəmanı çağırıb dönər istəyib-istəmədiyini soruşmuş və sonuncu dönər istəmədiyini demişdir. O, ödəniş edib Qəhrəmanın kartını qaytarmışdır. Həmin vaxt dönər satanın yanında pul qabı olduğunu görmüşdür. Dönər satan şəxs də hesab etmişdir ki, pul qabı onundur. Sakitcə dönəri götürən kimi pul qabını da götürüb oradan uzaqlaşmışdır. Pul qabı və dönəri götürüb bazarın içərisinə tərəf getmiş, bazarın çıxışına yaxınlaşanda yanında avtomobil dayanmış və Qəhrəman arxa tərəfdə pəncərəni açıb hara getdiyini soruşmuşdur. Bazardan bir qədər kənara getmək istədiyini demişdir. Qəhrəman ondan avtomobilə əyləşməyini istədiyi üçün avtomobilə əyləşmişdir. Avtomobildə olan zaman pul qabının içərisində olan pula baxmış və orada 3250 manat olduğunu görmüşdür. Həmin puldan 100 manat Qəhrəmana vermiş, bir qədər getdikdən sonra isə avtomobildən düşüb Neftçilər metrostansiyasına tərəf getmişdir. Pul qabında olan pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Avtomobildə olan zaman Qəhrəmanın yanında tanımadığı iki nəfər də olmuşdur, lakin həmin şəxslərin pul götürməyi barədə məlumatları olmamış, sonunculara həmin puldan heç nə verməmişdir. Pul qabını götürən zaman içərisində müəyyən sənədlər, şəxsiyyət vəsiqəsi və kartlar olmuş, lakin ona lazım olmadığına görə dönərxanadan bir qədər kənarda xatırlamadığı yerdə həmin sənədləri atmışdır. Pul qabında isə 3250 manat pul olduğunu görmüşdür. Həmin pulu xərclədikdən sonra pul qabının xatırlamadığı yerdə tullamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hal-hazırda zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu maşın bazarı adlanan yerə getmişdir. Orada nahar vaxtı "Dönərxana" adlanan dönər evində dönər sifariş edib bir qədər gözləmişdir. Sifarişi gəldikdən sonra isə pul qabını dönər satılan yerin qarşısında qoymuş, sonra isə içəri daxil olub dönəri yemişdir. Dönəraxanadan çıxıb özünə məxsus avtomobilə əyləşib bir qədər oradan uzaqlaşmış və pul qabının dönərxanada unutduğunu xatırlayıb dərhal avtomobili ilə dönərxanaya getmişdir. Oradan pul qabını soruşan zaman isə dönərxanada olan ofisiant ona pul qabının bir neçə dəqiq öncə başqa bir şəxs tərəfindən götürüldüyünü demişdir. Sonra onlar dönərxananın kamerasına baxanda bir nəfər şəxsin pul qabını götürüb oradan uzaqlaşdığını görmüşlər. Ona məlum olmuşdur ki, ona məxsus pul qabını Elçin adlı şəxs oğurlamışdır. Lakin həmin şəxsi tanımamışdır. Pul qabında özünə aid sənədlər, şəxsiyyət vəsiqəsi, bir neçə sənədləri, 4800 manat pul olmuşdur. Pul qabını isə 30 manata almışdır. Həmin hadisə nəticəsində ona 4830 manat maddi ziyan dəymişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hal-hazırda təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilənə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 17 radələrində dostu Pərvizlə sonuncuya məxsus "Hyundai Sonata" markalı avtomobildə Əhmədli metrostansiyasının yanında söhbət etmişdir. Həmin vaxt tanışı Şahid2 onun yanına gəlmişdir. Onlarla salamlaşdıqdan sonra görüntülü telefonla danışmışdır. Sonra Qəhrəman onlara demişdir ki, maşın bazarı deyilən yerdə dostunun avtomobil aksesuarı mağazası vardır, oraya gedib avtomobilə bir neçə əşya ala bilərlər. Ona görə də onlar Pərviz və Qəhrəmanla birlikdə maşın bazarı deyilən yerə getmişlər. Orada Qəhrəmanın dediyi mağaza getmişlər, Qəhrəman onlardan əvvəl avtomobildən düdüyü üçün sonuncunu mağazada tapa bilməmişlər. Sonra qayıdıb avtomobilə əyləşmişlər, bir neçə dəqiqədən sonra Qəhrəman avtomobilə əyləşmiş və maşın bazarının çıxışında bir nəfər tanışını götürmələrini xahiş etmişdir. Pərviz də avtomobili sürüb maşın bazarının çıxışında Qəhrəmanın dediyi şəxsi sonradan adı ona məlum olan Elçinini avtomobilə götürmüşdür. Elçin avtomobilə əyləşən zaman özünü həyəcanlı aparmış, nə olduğunu soruşduqda isə isə Elçin maşın bazarı deyilən yerdə dönərxanada pul qabı oğurladığını, içərisində 2300 manat pul olduğunu demişdir. Sonra pulu pul qabına qoymuş və avtomobildən düşmək istədiyini bildirmişdir.O da Babək prospektinin Əhmədli tərəfə olan hissəsində Rahat marketin qarşısında Qəhrəman və Elçini avtomobildən düşürüb oradan çıxıb getmişlər. Həmin günün səhəri isə Xətai RPİnin 34-cü PŞ-dən zəng gəlmiş və izahatını alınmaq üçün polis şöbəsinə dəvət olunmuşdur. Oradan Qəhrəmanın anket məlumatlarını demiş, sonra isə Elçinin şəxsiyyəti müəyyənləşdirilmişdir. Elçinin oğurluq etməsindən sonradan məlumatı olmuşdur. Elçin pul qabını ona göstərsə də, ona həmin puldan verməyi təklif etməmiş, eyni zamanda oğurluq pul olduğu üçün təklif etsəymiş belə qəbul etməzmiş. Sonradan Qəhrəman və Elçinin həmin pulu öz aralarında hansı formada böldükləri barədə məlumatı olmamışdır. Polis şöbəsinə dəvət edən zaman orada Qəhrəmanla danışmış və sonuncu Elçini gətirməmiş polisə gəlməyəcəyini demişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasına gəlməmiş, onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, 03 mart 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən Şahid3 və Şahid1 ilə birlikdə Pərvizə məxsus “Hyundai Sonata" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili maşın bazarına getmişdir. Orada əvvəllər tanıdığı Təqsirləndirilən şəxs görüşdür. Elçin özünə dönər alan zaman ona da dönər almağı təklif etmişdir. Lakin Elçindən dönər istəməmiş, bir qədər Elçinin yanında dayanmışdır. Sonra Elçin dönəri götürüb bir qədər kənarlaşmışdır. Həmin vaxt o da bazarda avtomobil ehtiyat hissələri satılan mağazaya getmişdir. Orada işlərini qurtarıb maşın bazarından çıxmaq istəyərkən Elçini yenə də maşın bazarından çıxan görmüşdür. Elçindən hara getdiyini soruşmuş və sonuncu ona yaxınlıqda yerləşən "Mala Praqa" restoranı tərəf getdiyini bildirmişdir. Elçini avtomobilə mindirmiş, Elçin avtomobildə olan zaman dönər alarkən pul qabı gördüyünü və həmin pul qabını oğurladığını bildirmişdir. O, avtomobildə olan Pərviz və Elməddin Elçinə bu barədə iradə bildirmişlər. Lakin Elçin artıq oğurluq etdiyini pul qabını isə qaytarmayacağını demişdir. Bundan sonra Elçin ona əvvəllər borcu olduğu 300 manat puldan 100 manatını qaytara biləcəyini demiş və ona oğurladığı pulun üstündən 100 manat pul verib avtomobildən düşüb getmişdir. O, həmin gündən sonra Elçinlə bir daha əlaqə saxlamamış və sonuncunu görməmişdir. Elçinin oğurluq etdiyini o, sonradan bilmiş, Elçinlə birlikdə oğurluq etməmiş, eyni zamanda oğurladığı pulu bölməmişdir. Elçin həmin puldan ona yalnız borcunu qaytarmışdır. Nə Pərvizə nə də Elməddinə Elçin həmin puldan heç nə verməmişdir. Sonradan onu polis əməkdaşları axtardığını bilsə də, məsələnin ciddiyyətini anlamamış, hesab etmişdir ki, əgər həmin pul qabını oğurlamamışsa heç bir əməli də yoxdur və polisə getməməlidir (i.v.155-157); İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 17 radələrində dostu Elməddinlə ona məxsus “Hyundai Sonata" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə Əhmədli metrostansiyasının yanında söhbət etmişdir. Həmin vaxt Elməddinin tanışı Şahid2 onun yanına gələrək onlarla salamlaşdıqdan sonra görüntülü telefonla danışmışdır. Sonra onlara demişdir ki, maşın bazarı deyilən yerdə dostunun avtomobil aksesuarı mağazası vardır, oraya gedib avtomobilə bir neçə əşya ala bilərlər. Ona görə də, Elməddin və Qəhrəman birlikdə maşın bazarı deyilən yerə getmişlər. Orada Qəhrəmanın dediyi mağaza getmişlər. Qəhrəman onlardan əvvəl avtomobildən düşdüyü üçün sonuncunu mağazada tapa bilməmişlər. Sonra qayıdıb avtomobilə əyləşmişlər. Bir neçə dəqiqədən sonra Qəhrəman avtomobilə əyləşmiş və maşın bazarının çıxışında bir nəfər tanışını götürmələrini xahiş etmişdir. O da avtomobili sürüb maşın bazarının çıxışında Qəhrəmanın dediyi şəxsi sonradan adı ona məlum olan Elçinini avtomobilə götürmüşdür. Elçin avtomobilə əyləşən zaman özünü həyəcanlı aparmışdır. Elçindən nə olduğunu soruşduqda isə sonuncu maşın bazarı deyilən yerdə dönərxanada pul qabı oğurladığını, içərisində 2300 manat pul olduğunu demişdir. Sonra pulu pul qabına qoymuş və avtomobildən düşmək istədiyini bildirmişdir. O da Babək prospektinin Əhmədli tərəfə olan hissəsində Rahat marketin qarşısında Qəhrəman və Elçini avtomobildən düşürüb oradan çıxıb getmişlər. Həmin günün səhəri isə Xətai RPİ-nin 34-cü PŞ-dən zəng gəlmiş və izahatını alınmaq üçün polis şöbəsinə dəvət olunmuşlar. O, oradan Qəhrəmanın anket məlumatlarını demişdir. Sonra isə Elçinin şəxsiyyəti müəyyənləşdirilmişdir. O, Elçinin oğurluq etməyindən sonradan məlumatı olmuşdur. Elçin pul qabını ona göstərsə də, ona həmin puldan verməyi təklif etməmişdir. Oğurluq pul olduğu üçün ona təklif etsəydi belə qəbul etməzmiş. Sonradan Qəhrəman və Elçinin həmin pulu öz aralarında hansı formada böldükləri barədə məlumatı olmamışdır. Onu polis şöbəsinə dəvət edən zaman orada Qəhrəmanla danışmış və sonuncu Elçini gətirməmiş polisə gəlməyəcəyini demişdir (i.v.166-168); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v.01); xx.xx.2025-ci il tarixli "baxış keçirilməsi haqqında" protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 38 ünvanında maşın bazarı adlanan yerdə yerləşən dönərxanaya baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v 9-14); xx.xx.2025-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:32 dəqiqədə Xətai rayonu, Maşın bazarınnın içərisində, dönərxanaların birində dönər yeyən zaman, içərisində 4800 manata yaxın pul, şəxsiyyət, sürücülük, və bir neçə sənədləri olan pul kisəsini dönərxananın qarşısında olan taxta vitrinə qoyub, yemək yeyib, özünə məxsus avtomobilə oturub getdikdən sonra 2 nəfər şəxslərin ona məxsus pul qabını oradan götürməsini əks etdirən videomüşahidə cihazı vasitəsilə ilə qeydə alınmış videogörüntülər diskə yazılmışdır. Diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, 1 ədəd videogörüntü vardır 1 dəqiqə, 44 saniyə müddətində davam edir. Videogörüntünün 1 dəqiqə 08 saniyələrində 2 nəfər naməlum şəxsin piştaxtanın üzərində olan pul qabını götürərək oradan uzaqlaşıb getmələri faktı qeydə alınmışdır (i.v 15, 24); xx.xx.2025-ci il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, toplanmış material araşdırılmanın davam etdirilməsi üçün Xətai RPİnin İŞ-nə göndərilmişdir (i.v 25); xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v 33); xx.xx.2025-ci il tarixli məcburi gətirilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Xətai RPİ-yə gətirilməsi qərara alınmışdır (i.v 47); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin 29 may 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 53); xx.xx.2025-ci il tarixli “şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 55); xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib istintaqa təqdim edilənədək icraat dayandırılmışdır (i.v. 61); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə RPŞ-da AR CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işi xx.xx.2016-cı ildə AR CPM-nin 40.2.2-ci maddəsi ilə rədd edilmişdir. Həsənli X2 Rayon Məhkəməsinin 1(010)-234/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 7(010)-873/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ərizə təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu xx.xx.2023-cü il tarixə düşən məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 04 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v 64-69); xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xətai rayonu 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur (i.v. 76); xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 77); xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu, Babək prospekti 38 ünvanında yerləşən avtomobil bazarındakı hadisə yerini əli ilə göstərib bildirdi ki, 03 mart 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən maşın bazarı deyilən yerdə bir qədər gəzişdikdən sonra özünə dönər alma istəmişdir. Lakin pulu olmadığı üçün bir qədər gözləmiş, sonradan tanışı Qəhrəmanın bazarda olduğunu görüb dönər almaq üçün pul istəmişdir. Qəhrəman da ona pulunun kartda olduğunu demiş və kartı alıb dönərxanaya yaxınlaşaraq özünə bir ədəd dönər, bir ədəd ayran sifariş etmişdir. Həmin vaxt Qəhrəman kənarda dayanmışdır. Qəhrəmanı çağırıb dönər istəyibistəmədiyini soruşmuş və sonuncu dönər istəmədiyini demişdir. O, ödəniş edib Qəhrəmanın kartını qaytarmışdır. Həmin vaxt dönər satanın yanında pul qabı olduğunu görmüşdür. Dönər satan şəxs də hesab etmişdir ki, pul qabı onundur. Sakitcə dönəri götürən kimi pul qabını da götürüb oradan uzaqlaşmışdır. Pul qabı və dönəri götürüb bazarın içərisinə tərəf getmiş, bazarın çıxışına yaxınlaşanda yanında avtomobil dayanmış və Qəhrəman arxa tərəfdə pəncərəni açıb hara getdiyini soruşmuşdur. Bazardan bir qədər kənara getmək istədiyini demişdir. Qəhrəman ondan avtomobilə əyləşməyini istədiyi üçün avtomobilə əyləşmişdir. Avtomobildə olan zaman pul qabının içərisində olan pula baxmış və orada 3250 manat olduğunu görmüşdür. Həmin puldan 100 manat Qəhrəmana vermiş, bir qədər getdikdən sonra isə avtomobildən düşüb Neftçilər metrostansiyasına tərəf getmişdir. Pul qabında olan pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Avtomobildə olan zaman Qəhrəmanın yanında tanımadığı iki nəfər də olmuşdur, lakin həmin şəxslərin pul götürməyi barədə məlumatları olmamış, sonunculara həmin puldan heç nə verməmişdir. Pul qabını götürən zaman içərisində müəyyən sənədlər, şəxsiyyət vəsiqəsi və kartlar olmuş, lakin ona lazım olmadığına görə dönərxanadan bir qədər kənarda xatırlamadığı yerdə həmin sənədləri atmışdır. Pul qabında isə 3250 manat pul olduğunu görmüşdür. Həmin pulu xərclədikdən sonra pul qabının xatırlamadığı yerdə tullamışdır (i.v 96-97); xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v 101-102); xx.xx.2025-ci il tarixli vəsatətin müdafiəsindən imtina edilməsi haqqında qərardan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi Taleh Şamilovun 20 avqust 2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir (i.v. 119-120); xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 122-123); xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib istintaqa təqdim edilənədək icraat dayandırılmışdır (i.v. 129-130); xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xətai rayonu 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur (i.v. 136); xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 137-138); xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 180.1, 326.2-ci maddələri, Şahid2 barəsində Azərbaycan Respublikasının CMnin 177.2.1 və 307.1-ci maddələri, Şahid3, Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikasının CM-nin 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilmiş, iş üzrə Şahid2 şübhəli şəxs kimi statusu ləğv edildiyindən onun ifadəsi şahid ifadəsi kimi nəzərə alınmış, iş üzrə 10 mart 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 38 ünvanında yerləşən maşın bazarı adlanan bazarda yerləşən dönərxananın qarşı hissəsində baş vermiş oğurluq hadisəsinin görüntüsü olan 01 ədəd "DVD" formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 4.830 manat hesab edilmişdir (i.v. 170-178); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli 1(011)-501/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2026-cı il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə cinayət işi materiallarında olan protokollarda göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (Köhnə redaksiyada). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının 13 iyun 2025-ci il tarixli 211-VİİQD nömrəli Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasına dəyişiklik edilərək “iki” sözü “üç” sözü ilə əvəz edilmiş və Qanun 25 iyun 2025-ci il tarixdə dərc edilmişdir. Lakin Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini xx.xx.2025-ci il tarixdə törətdiyindən və Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasına edilmiş dəyişiklik onun cəzasını və vəziyyətini ağırlaşdırdığından CM-nin 10.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla həmin cinayət qanununun geriyə qüvvəsi yoxdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə və təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması (CM-59.1.13.), səmimi peşman olmasını (59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, tutulduğu və həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edimiş cəzadan çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan vaxtdan hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut - 01 ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. X1 məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 avqust 2025-ci il tarixdən 20 avqust 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, 05 yanvar 2026-cı il tarixdən 17 fevral 2026-cı il tarixədək həbsdə olduğu 01 (bir) ay 12 (on iki) gün müddət, ümumilikdə 01(bir)ay 14(on dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla 02(iki) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 01 ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 25 (iyirmi beş) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 275 (iki yüz yetmiş beş) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar