Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-502/2023 04.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ № 1(011)-502/2023 Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X13, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs texniki vəziyyəti saz vəziyyətdə olan, X5 məxsus olmaqla idarə etdiyi “Toyota Prius” markalı, **-EC-*** dövlət qeydiyyat nömrəli avtomobillə 04 avqust 2023-cü il tarixdə saat 23:07 radələrində Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi ilə Ukrayna dairəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə saatda 60 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanun normasına əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə vurmuş və nəticədə sonuncu baş beyin silkələnməsi, alının, dodağın, çənənin çoxsaylı əzilmiş yaraları, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib, yol hərəkəti qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. 04 avqust 2023-cü il tarixdə saat təxminən 23:09 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-EC-*** dövlət qeydiyyat nömrəli avtomobillə R.Quliyev küçəsi ilə Ukrayna dairəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə saatda 50-60 km surətlə hərəkətdə olan zaman yolu soldan sağa keçən qadın piyada qəflətən qaranlıqdan avtomobilinin qarşısına çıxdı, o tormozlama edərək avtomobilini saxlamağa çalışıb və sol istiqamətdə yönəltmişdir, buna baxmayaraq piyada qadını avtomobilinin qabaq sağ hissəsi ilə vurmuşdur. Dərhal avtomobildən düşərək qadın piyadanı yerdən qaldırıb və təcili yardım çağırmışdır. Təcili yardım piyadanı xəstəxanaya apardı. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, yük yeri boş olmuş, avtomobilin sahibi İlham Süleymanov olmuşdur. Həmçinin ziyanın ödənilməsi üçün bəzi tibbi xərcləri zərərçəkmiş şəxsə kömək məqsədi ilə ödəmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 04 avqust 2023-cü il tarixdə saat təxminən 23 radələrində yaşadığı evdən çıxaraq Xətai rayonu, R. Quliyev küçəsi ilə düzünə “Bravo” supermarketi istiqamətində yolun kənarında olan piyada səkisi ilə piyada hərəkət edərək Heydər parkının qarşısında yolu əks istiqamətə keçmək qərarına gəlmişdir. Yolun Nargilə dairəsi istiqamətində olan hissəsini piyada keçidi ilə adi addımlarla soldan sağa keçməyə başlamışdır. Daha sonra yolun Ukrayna dairəsi istiqamətində olan hissəsini keçməyə davam edərkən qəflətən sağında Ukrayna dairəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə hərəkətdə olan Toyota Prius markalı **- EC-*** dövlət qeydiyyat nömrəli avtomobil onu sağ hissəsindən vurdu və o o yola yıxıldı. Daha sonra sürücü avtomobili saxlayaraq ona yaxınlaşmış, onu yoldan qaldırmağa köməklik etmiş və təcili yardım çağırılaraq xəstəxanaya aparılmışdır. Xəstəxanada ilk dövrdə bəzi xərcləri çəksə də hazırda Təqsirləndirilən şəxs onun müalicəsi ilə bağlı xərcləri ödəmir. Göstərilənləri nəzərə alaraq, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 12 avqust 2023-cü il tarixli, 55/2023 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, alının, dodağın, çənənin çoxsaylı əzilmiş yaraları, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, əməliyyatdan sonrakı vəziyyət müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarla göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş YHN zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2023-cü il tarixli, 8/2385 nömrəli ekspert rəyində qeyd olunur ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Toyota Prius” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. İş materiallarında olan 05 oktyabr 2023-cü il tarixli, 2/25697 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, onda alkoqolun qəbulu əlamətləri yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs BA seriyalı 040193 nömrəli, “B1,B,C1,C” dərəcəli sürücülük vəsiqəsi verilmiş və onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi ilə bağlı məlumat yoxdur. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli etibarnamədən görünür ki, X8 “Toyota Prius” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs istifadə edilməsinə dair etibarnamə vermişdir. İş materiallarında olan DİN-in X6 Xidmətindən daxil olmuş CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, kameraya tərəf hərəkətdə olan avtomobillərin işıqları görüntünü məhdudlaşdırdığından bilavasitə piyadanın vurulma anını görmək mümkün olmur. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 2 ünvanında yaşayır. Ailə tərkibi 19 aprel 1969-cü il təvəllüdlü atası X4, 01 dekabr 1971-ci il təvəllüdlü anası X3 və 18 may 1991-ci il təvəllüdlü qardaşı X1 ibarətdir. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır, subaydır, ailədə valideynləri və bir qardaşı vardır. Onun barəsində qəsəbə sakinləri və ailə üzvləri tərəfindən Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan 21 avqust 2023-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilmiş, Azərbaycan Respublikası CM-nin 143, 263-1.1 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 09 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə ödəniş etməklə qismən kömək etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X7, kod 210005, VÖEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-502/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-502/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver