Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-503/2024 26.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 36, mənzil 88 ünvanında qeydiyyatda olan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,822 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 35-ci PBnin əməkdaşları tərəfindən 07 iyun 2024-cü il tarixdə saat 17:00-da keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2tai RPİ-nin 35-ci PB-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi-axtarış və götürmə zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızı bükümündə təmiz çəkisi bükümdə 0,822 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2011-ci ildən narkotik vasitələrdən istifadə edir. İki ildir narkotok vasitələri inyeksiya yolu ilə qəbul edir. 07 iyun 2024-cü ildə saat 11 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 30 manat nağd pul müqabilində "kakos" kimi tanıdığı narkotik vasitə alaraq əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən apteklərin birindən yaşadığı evə gəldikdən sonra narkotik vasitədən istifadə edə bilməsi üçün 50 qəpiyə insulin şprisi almışdır. 07 iyun 2024-cü il tarixdə saat 17:00-da onunla eyni məhəllədə yaşayan Şahid5 ilə görüşüb yaşadığı ünvana gələrkən ünvan 4 yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxslər onların narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu deyib Xətai RPİ-nin 35-ci PB-nə dəvət edərək gətirmişlər. Polis bölməsində olan zaman hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilşlə üzərinə şəxsi axtarış keçirildikdə əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən ‘'kakos” kimi tanıdğı narkotik vasitəni, şalvarın sol yan cibindən 15 manat pulu, 01 ədəd “PALL MALL" siqaret qutusunu, 01 ədəd alışqanı, 01 ədəd insulin şprisini “Redmi" markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi “kakos” kimi tanıdğı narkotik vasitə elektron tərəzidə çəkildikdə büküm ilə birlikdə 0,91 qram olması müəyyən edilib zərfə qoyularaq möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin istifadəsində olan mobil telefonunda nasazlıq səbəbindən təmir olunması üçün ustaya təhvil vermiş və telefon bir neçə gün işləməmişdir. Ona görə də istintaqa gəlməsi üçün çağırışlara cavab verə bilməmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid4 ifadəsində göstərmişdir ki, 07 iyun 2024-cü il tarixdə saat 17:00-da Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli şəxs kimi saxlanılıb bölməyə gətirildikdən sonra tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin qızılı rəngli kağız bükümündə 0,91 qram "kakos" kimi tanıdığı narkotik vasitə heroinə oxşar maddəni şəxsi istifadəsi üçün almışdır. Məhkəmə kimyəvi ekspertizasının 08 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3173 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təmiz çəkisi 0,822 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 15 manat pul, 01 ədəd "PALL MALL" siqaret qutusu, 01 ədəd alışqan, 01 ədəd şpris, şalvarın sol arxa cibindən 01 ədəd "Redmi" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş 01 ədəd şprisin yeni olduğuna, daxilində, səthində hər hansı mayenin və maddənin qalığı olmadığından ekspertizaya təqdim etməmişdir. Axtarış protokoluna səhvən şprisin qaytarılmasını qeyd etmiş, lakin şprisi kənara qoymuş və əhəmiyyət kəsb etmədiyi üçün atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq 07 iyun 2024-cü il tarixdə saat 17:00-da Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu, Pivzavod küçəsi 1 saylı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs və Şahid5 saxlayıb özlərini təqdim etməklə saxlama səbəbini izah edib Xətai RPİ-nin 35-ci PB-nə dəvət edərək gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkilin, onun, baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızı bükümünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi büküm içərisində "kakos" kimi tanıdğı narkotik vasitə olmasını və həmin bükümü 07 iyul 2024-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat nağd pul müqabilində almasını bildirmişdir. Bundan başqa əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 15 manat nağd pul, 01 ədəd "PALL MALL" siqaret qutusu, 01 ədəd alışqan, 01 ədəd insulin şprisi və şalvarın sol arxa cibindən 01 ədəd "Redmi" markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdə qeyd olunanlardan başqa heç bir əşya aşkar edilməmişdir. Təqdim olunan 01 ədəd siqaretin qızılı rəngli kağız bükümü elektron tərəzidə çəkildikdə 0,91 qram olması müəyyən edilərək hamının iştirakı ilə kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdikləri ifadələri elan olunmuş şahidlər Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3 ifadələri Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid5 ifadəsində bildirmişdir ki, 07 iyun 2024-cü il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli adlanan ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən narkotik vasitə heroin alaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 07 iyun 2024-cü il tarixdə saat 17 radələrində Xətai rayonu, Pivzavod küçəsi 1 ünvanında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə olduğu zaman mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib Ruslanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olmasını bildirib onları saxlayıb Xətai RPİ-nin 35-ci PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması və onun narkotik vasixtəni haradan kimdən əldə etməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - şübhəli şəxsin tutulması haqqında 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdə saat 17:40 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.20) - şəxsi axtarış və götürmə aparılması haqqında 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla İstifadəsi və satışı qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan bükümü çıxarıb təqdim edərək, həmin maddənin heroin olduğunu, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Sabunçu rayonu Ramana qəsəbəsində olan zaman heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün ümumilikdə 30 (otuz) manat pul müqabilində almasını, xx.xx.2024-cü il tarixdə Xətai rayonu Pivzavod küçəsində yaşayan tanışının yanına gedən zaman polis əməkdaşları tərəfindən saxlanılmasını, təqdim olunan bükümdən başqa narkotik vasitəsinin olub-olmadığı və saxlanılan zaman ona qarşı fiziki güc tətbiq olunubolunmadığı, üzərində axtarış aparılıb-aparılmaması barədə sual edildikdə, o təqdim etdiyi narkotik vasitədədən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, saxlanılan zaman ona qarşı hər hansı bir formada təzyiq olunmadığını və orada onun üzərində heçbir axtarış aparılmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin ümumi çəkisini müəyyən etmək məqsədilə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş heroinə bənzər maddənin kağızla birlikdə çəkisinin 0.91 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparan zaman əynindəki boz rəngli cins şalvarın arxa sol cibində Redmi markalı mobil telefon, cinsin qabaq sol cibindən 15 manat pul, 1 ədəd alışqan, 1 qutu siqaret, ev açarı və 1 ədəd iynədən başqa heç bir əşya və sənəd aşkar olunmamışdır. İş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır; (i.v.31-33) - İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v.34) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16/16/2-6/3173 nömrəli 08 iyun 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N154”-li dairəvi möhür əksi “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə Təqsirləndirilən şəxs(imza)” yazısı və imzalar olan zərfədki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,822 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi - 0,822 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,772 qram; (i.v.40-44) - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir; (i.v.53-54) - 08 iyun 2024-cü il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 07 iyun 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis mayoru Şahid4 əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Şahid4 qarşısında oturmuş şəxs, Bakı şəhəri 13 saylı hüquq bürosunun vəkili X2r. Xidməti otaqda təhqiqatçı Şahid4 qarşısında ayaq üstə dayanmış əynində boz rəngli cins şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sağ və sol yanında dayanmış şəxslər adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis mayoru X1, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3dur. Video çəkilişin davamında təhqiqatçı Şahid4, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd Palmali siqaret qutusunu, 01 ədəd alışqanı, 01 ədəd 5 manatlıq, 10 ədəd 1 manatlıq əskinas olmaqla ümumilikdə 15 manat pulu, şalvarın sol arxa cibindən 01 ədəd Redmi markalı mobil telefonu, şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızı bükümünü çıxarıb masanın üzərinə qoyur. Daha sonra təhqiqatçı Şahid4 həmin bükümdə nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi 01 ədəd siqaretin qızılı rəngli kağızı bükümünün içərisində ki, "kakos" kimi tanıdığı narkotik vasitə olmasını və həmin bükümü köhnə Sabunçu rayonu Ramana qəsəbəsində anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən və geyim əşyalarında hər hansı bir əşya və ya maddə aşkar edilmir. Həmin bükümün çəkisini müəyyən etmək üçün şöbənin təhqiqatçı Şahid4 elektron tərəziyə qoyur və bükümdə olan Təqsirləndirilən şəxs "kakos" adı ilə tanıdığı narkotik vasitə heroinin 0,91 qram olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd içərisində narkotik vasitə heroin olan bükümü görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün" 154 saylı möhürü ilə möhürlənir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır; (i.v.70-71) - 08 iyun 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində üzərində bir ədəd Azərfon MMC-yə məxsus ***-***-**-** mobil nömrə olan “Redmi” markalı mobil telefonda iş üçün sübut əhəmiyyətinə malik heç bir məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən yazılmış qəbzdən görünür ki, ona məxsus “Redmi” markalı mobil telefonu saz vəziyyətdə Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Əhmədov Malikdən təhvil almışdır; (i.v.72-77) - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 08 iyun 2024-cü il tarixli prokurorun qərarından görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞnin müstəntiqi Malik Əhmədovun 08 iyun 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən saat 18:40-da dərhal azad edilmişdir; (i.v.83-84) - polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 08 iyun 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs xx.xx.1977-ci ildə Bakı şəhərində anada olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir; (i.v.86-87) - 08 iyun 2024-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, Şahid5 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata götürülmüş və istintaqı aparılmışdır; (i.v.90) - 27 saylı MKİS tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu 27 saylı MKİS-nin ərazisində yerləşən 8 noyabr küçəsi, ev 36, mənzil 88-də qeydiyyatdadır. Yaşadığı müddət ərzində onun barəsində MKİS-nə qonşular və inzibati orqanlar tərəfindən heç bir şikayət daxil olmamışdır; (i.v.97) - Bakı şəhəri Xətai rayon 27 saylı MKİS tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli 336 №-li arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri Xətai rayonu 27 saylı MKİS-nin ərazisində yerləşən 8 noyabr küçəsi, ev 36, mənzil 88-də qeydiyyatdadır. Ailə üzvlərindən bacısı X4 da həmin üvnanda yaşayır; (i.v.98) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli, 7352 №-li məktubdan görünür ki, xx.xx.1977ci il təvəllüdlü, Xətai rayonu, Zığ yolu, ev 36, mənzil 88 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.99) - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 ”Bakı Baş Səhiyyə Mərkəzi” X7 28 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli, 18-1-1-37/3-3/2024 №-li məktubdan görünür ki, xx.xx.1977-ci il ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 28 №-li Şəhər Poliklinikasının həkimpsixiatr kabinetində qeydiyyatda yoxdur; (i.v.112-113) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 24 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2014-cü il tarixli Surxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234 1, 234.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla 05 il müddətinə azadlıqdan məhrum edilmişdir. 03 may 2018-ci il tarixli Qaradağ rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir, 17 sentyabr 2018-ci ildə cəza müddəti başa çatmışdır; (i.v.114-115) - Bakı şəhəri Surxanı rayon məhkəməsinin 14 yanvar 2014-cü il tarixli, 1(010)- 29/2014 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinmiş və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinmiş və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 5 (bes) il müdadtinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 17 sentyabr 2013-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir; (i.v.116-122) - Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 03 may 2018-ci il tarixli, 7(002)-973/2018 saylı qərarından görünür ki, ərizə təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; (i.v.123-124) - 14 avqust 2024-cü il tarixdə "xxxx" MMC tərəfindən daxil olmuş 01 ədəd CD formatlı disk iş materiallarına əlavə edilmişdir; (i.v.140-141) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2024-cü il tarixli 4484 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.142-143) - 28 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, tutularaq Xətai RPİ-nin İstintaq şöbəsinə təhvil verilməsi qərara alınmışdır; (i.v.147) - 28 avqust 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v.148) - 31 avqust 2024-cü il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-da könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin inzibati binasına gəlmişdir; (i.v.150) - 31 avqust 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı aparılmışdır; (i.v.152) - 31 avqust 2024-cü il tarixli qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır; (i.v.154) - 31 avqust 2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD disk açıldıqda "Mushteri zenglerinin detallashmasi_MSİSDN_773992989" və "Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_773992989" adlarda olan fayıllarda iş üçün sübut əhəmiyyətinə malik heç bir məlumat aşkar edilməmişdir; (i.v.171-186) - 31 avqust 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ila elan olunmuş İttiham və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3173 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 29 iyun 2024-cü il tarixli 4484 nömrəli rəyi üzrə sübut ahəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi məhkəmə kimyəvi ekspertizasının rəyində göstərildiyi 0,822 qram hesab edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi 0,822 qram maddi sübut kimi tanınmış və qalıq qalmış 0,772 qram narkotik vasitə heroin saxlanması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" MMC-nin ***-***-**-** nömrəsinə daxil olan, çıxan zənglərdə, sms-lərin siyahısı olmuş 01 ədəd "CD" diskdə və Təqsirləndirilən şəxs istifadəsində olan "Redmi" markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilmədiyi nəzərə alınmış və sahibinə qaytarılmışdır. İş üzrə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sol yan cibindən 01 ədəd işlənməmiş şpris aşkar edilməsi xususatı üzrə cinayət təqibinə xitam verilmişdir. İş üzrə Şahid5 üzərindən axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 0,711 qram olan narkotik vasitə heroinlə bağlı 08 iyun 2024-cü il tarixdə Xətai RPİnin İstintaq şöbəsində Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılaraq istintaq aparılması nəzərə alınmışdır. (i.v.187-192) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,822 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 07 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,822 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,772 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 36, mənzil 88 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 02 (iki) gün həbsdə saxlama müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin və Abşeron rayonun ərazilərini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,772 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-503/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-503/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver