Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-504/2022 16.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs hüquqi varisi X5, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 21 iyul 2022-ci il tarixdə, X3 10 manat pul müqabilində, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,332 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 21 iyul 2022-ci il tarixdə, saat 12:30-da Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsinin yaxınlığında saxlanılıb, ünvan 1 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək, orada videoçəkilişdən istifadə edilməklə, polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, əynində olan qara rəngli şalvarının sağ yan cibindən, bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,332 qram ağ rəngli kristallardan ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə baxışında cinayət işi üzrə icraata xitam verilməsi əsasları müəyyən edildiyindən, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Belə ki, məhkəmə iclasında X5 izahat verərək bildirdi ki, o, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs arvadıdır və əri 07 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Bununla əlaqədar, onun Təqsirləndirilən şəxs hüquqi varisi qismində cəlb edilməsini və Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ölümü ilə əlaqədar, barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli, AZ-İİ 313651 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, hazırki iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 dekabr 2022-ci il tarixdə 409 nömrəli qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17 iyun 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq və CPM-in 43.3-cü maddəsində nəzərdə tutulmuş müdafiə tərəfinin məhkəmə baxışına aid hüququnu analogiya üzrə ibtidai araşdırma mərhələsinə tətbiq edərək, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs öldükdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan, o cümlədən həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilərkən onun CPM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş hüququnun həyata keçirilməsi üçün ölmüş şəxsin CPM-in 7.0.32-ci maddəsində göstərilmiş yaxın qohumları və həmin Məcəllənin 7.0.28-ci maddəsində nəzərdə tutulmuş müdafiəçisi etiraz etmək hüququna malik olmalıdırlar. Ölmüş şəxsin yaxın qohumlarının qanuni maraqlarını nəzərə almadan cinayət təqibinə CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi cinayətprosessual qanunvericiliyinin vəzifələrinə xələl gətirmiş olar. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən və cinayət işi üzrə icraata xitam verilməsi barədə ölmüş şəxsin hüquqi varisinin və təqsirləndirilən şəxsin müdafiəçisinin razılığı olduğundan, cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.5, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-504/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-504/2022
16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver