Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-505/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi X3, Təqsirləndirilən şəxs Tapdıq oğlunun və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orla təhsilli, evli, fərdi biznes fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa verə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Tapdıq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Tapdıq oğlu 29 aprel 2024-cü il tarixdə saat 19:00 radələrində ünvan 3 ünvanında metronun «Həzi Aslanov» stansiyasının qarşısında Zərərçəkmiş şəxs ona baxmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qərəzli hərəkətlər elməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət elməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub sonuncunun çənə nahiyəsindən yumruqla və təpiklə vuraraq ona alt çənədə soldan Vİ, Vİİ dişlərin travmatik sınıqları, sağ gözaltı nahiyənin qançırı və əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, dərəcəsinə görə alt çənə sümüyünün sol tərəfli yerdəyişmiş sınığı ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə cinayət işi üzrə sübutları cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cinayət əməli düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Tapdıq oğlu zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər yetirməkdə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən altı aydır metronun «Həzi Aslanov» stansiyasının çıxışında yerləşən mağazanı icarəyə götürüb işlədir və həmin mağazada qramla ətirlərin satışını edir. 26-28 aprel 2024-cü il tarixlərdə mağazada işlədiyi vaxt əvvəllər tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs mağazanın yanına gələrək diqqətlə ona baxmış, lakin ona heç nə deməyib gözünü başqa yerə çevirmiş, sonuncu dəfə 29 aprel 2024-cü il tarixdə saat 19:30-da yenə mağazada olarkən Zərərçəkmiş şəxs gəlib mağazanın yanında dayanmış və ona baxmış, sonra çölə çıxıb siqaret çəkən zaman Zərərçəkmiş şəxs əli ilə işarə edib «bir dənə bura gəl» deyərək onu yanına çağırmışdır, yaxınlaşdıqda Zərərçəkmiş şəxs ona « nə baxırsan» demiş, cavab olaraq «insanıq da baxırıq göz-gözə gəlmişik, burda nə var ki?» demiş, Zərərçəkmiş şəxs isə əlini onun çiyninə vurub «başını aşağı sal, get işinlə məşğul ol» diyərək onu təhqir etmişdir. Onun bu sözlərinə və hərəkətinə əsəbiləşərək sağ əli ilə Muradın çənə nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib hər ikisini 36-cı Polis Bölməsinə aparmışdır. Zərərçəkmiş şəxsla arasında baş vermiş söz mübahisəsi və onu yumruqla vurması təxminən 1-2 dəqiqə ərzində olmuşdur. Hadisə Muradın ucbatından başlamışdır. Muradın xəsarət almasını nəzərə alaraq ona yardım etmək istəmiş, lakin Murad ona məhkəmədə görüşərik deyərək ayrılmışdır. Əməlindən peşman olduğunu, məhkəmə zalında 1500 manat verə biləcəyini, sonra hər ay 300 manat olmaqla bu məbləği 3500 manata çatdıra biləcəyini, ailənin yeganə gəlir gətirən nümayəndəsi olduğunu bildirmiş, cəza təyinində bu xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 28 aprel 2024-cü il tarixdə saat 22:00-da Məhəmməd Hadi küçəsi 80 ünvanında, yəni «Həzi Aslanov» metro stansiyasının çıxışında avtobus duracağının yaxınlığında dayanıb adam gözləyərkən bir nəfər əvvəllər tanımadığı şəxs, adını sonradan bildiyi Təqsirləndirilən şəxs küçədə dayanıb ona tərəf baxmış, həmin vaxt ona heç bir reaksiya verməyərək çıxıb getmiş, sonrakı gün, yəni 29 aprel 2024-cü il tarixdə saat 19:30-da dostu Cəmil Ağalarovla gəzərək həmin ünvandan keçərkən Təqsirləndirilən şəxs yenə də ona baxdığını görmüşdür, bu zaman onu çağıraraq «bir dəqiqə olar səni» demiş, sonra Hacıarifə yaxınlaşaraq «dünən də mənə baxırdın, biz tanışıq?” diyə sual vermişdir. Hacıarif isə ona «Xeyr tanış deyilik, sadəcə baxıram, olmaz?» deyə soruşmuşdur. Həmin vaxt əli ilə onun çiyninə vuraraq «başını sal aşağı, get işinlə məşğul ol» demişdir. Bu sözdən sonra Hacıarif sağ əlinin yumruğu ilə bir dəfə çənəsindən, bir dəfə gözünün altından vurmuşdur. Zərbədən yerə yıxılmışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları Xətai RPİ-nin 36-cı Polis şöbəsinə aparmış, orada ərizə və izahat yazmışdır. Baş vermiş hadisəni dostu Cəmil Ağalarov görmüş, lakin başqa tanıdığı adam hadisə verində olmamış, Təqsirləndirilən şəxs bu hərəkətləri təxminən 4 dəqiqə davam etmiş, mübahisə zamanı dostu Cəmil müdaxilə etməmiş, həmin vaxt Hacıarifə heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxsin ödəyə bildiyi məbləğin onu qane etmədiyini, onunla barışmadığını, şikayətçi olduğunu bildirərək onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanımış və onunla münasibətləri yaxşı olmuşdur. 29 aprel 2024-cü il tarixdə saat 19:30-da Zərərçəkmiş şəxsla birlikdə özünə məxsus «Kia Optima» markalı avtomobillə şəhərdə gəlib «Həzi Aslanov» metrostansiyasının yanına gəlmiş və orada avtomobilini park edərək təxminən 100-200 metr piyada gəzmiş, metronun çıxışında olan parfumeriya mağazasının yanından keçərkən Zərərçəkmiş şəxs əvvəllər tanımadığı, sonradan adını bildiyi və həmin mağazada olan bir nəfərə müraciət edərək «bir dəqiqə olar səni» deyərək onu yanına çağırmışdır. Həmin şəxsə «nə olub, tanışıq ki baxırsan mənə?» demiş, sonradan adını bildiyi Təqsirləndirilən şəxs Tapdıq oğlu isə «sənin baxış tərzin belədir» deyə cavab vermiş, bundan sonra Murad əlini Hacıarifin çiyninə vuraraq «get işinlə məşğul ol» demişdir. Həmin an adını sonradan öyrəndiyi Hacıarif əlinin yumruğu ilə Muradın çənəsindən, sol əlinin yumruğu ilə gözünün altından vurmuşdur. Murad özünü saxlaya bilməyib yerə yıxılmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib onları Xəlai RPİ-nin 36-cı polis şöbəsinə aparmışdır. Baş vermiş mübahisə və dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X9 X5” X10 Xətai rayon şöbəsinin 07 may 2024-cü il tarixli, 466 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs alt çənə sümüyünün sol tərəfli yerdəyişmiş sınığı, alt çənədə soldan Vİ, Vİİ dişlərin travmatik sınıqları, sağ göz altı nahiyənin qançırı və əzilmiş yarası kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə özü-özünə yetirilməsi inkar olunur. Əlavə məhkəmə-tibbi ekspertizasının 05 iyul 2024-cü il tarixli, 22/466 saylı rəyindən görünür ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs alt çənə sümüyünün soltərəfli yerdəyişmiş sınığı, alt çənədə soldan Vİ, Vİİ dişlərin travmatik sınıqları, sağ göz altı nahiyənin qançırı və əzilmiş yarası kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə alt çənə sümüyünün soltərəfli yerdəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, alt çənədə soldan Vİ, Vİİ dişlərin travmatik sınıqları, sağ göz altı nahiyənin qançırı və əzilmiş уarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Ambulator məhkəmə kompleks psixiatrik və psixoloji ekspertizasının 08 iyul 2024cü il tarixli, 1985 saylı rəyi alınaraq müəyyən edilmişdir ki. yoxlanılan şəxs Təqsirləndirilən şəxs Tapdıq oğlunda hal-hazııda “ÜZVİ DİSSOSİATİV POZUNTU” (F 06.5) qeyd olunur. Bunu cinayət işi materialları, anamnesiik məlumatlar (kəllə-beyin travması alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli "X1 müayinədə olması və onda "Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntusu, anamnezində baş beyin travması" diaqnozunun müəyyən edilməsi və hal-hazırki psixiatrik müayinənin nəticələri (zahirən bir qədər gərgin olması, davranşında numayişkarlıq elementlərinin müşahidə edilməsi və s.) sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs intellektual imkanlarının tədqiqi zamanı ixtiyari yadda saxlamasının bir qədər aşağı olması, emosional və assosiativ yaddaşın kifayət qədər aktiv olduğu, diqqətində dayanıqsızlıq (tez yayınıb gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərli etməsi, təfəkkürünün ardıcıl olması, tənqidi münasibətinin tam həcmdə olması aşkar olunmaqla əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, nümayişkaranəlik, etiraz reaksiyalarına meyilli olması müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Tapdıq oğlunda qeyd olunan cinayət törədilən anda üzvi dissosiativ pozuntu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Tapdıq oğlunda müəyyən edilən pozuntu o dərəcədə ifadə olunmayıb ki, o qeyd olunan cinayət əməlini törədilən anda onda hərəkətlərinin taktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs hərəkətlərinin taktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də. Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Tapdıq oğlunda hal-hazırda üzvi dissosiativ pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs Tapdıq oğlu hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Tapdıq oğlu hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs Tapdıq oğlunun fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, emosional qeyrisabitlik, nümayişkaranəlik, etiraz reaksiyalarına meyilli olması müəyyən edilir. Özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmadı. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Tapdıq oğlu baş verənləri düzgün qavrayıb təsvir elmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs Tapdıq oğlu cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət törədildiyi zaman X4 şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Tapdıq oğlu məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs Tapdıq oğlu 27 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan 27 avqust 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Tapdıq oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Tapdıq oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxs Tapdıq oğluna elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq niyyəti törədilməsi ilə hadisəni xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, Təqsirləndirilən şəxs Tapdıq oğlunun əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq niyyəti ilə törədilməsi hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını ittihamda göstərməməklə təqsirləndirilən şəxsə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. «Xuliqanlıq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də, əməlin xuliqanlıq niyyəti kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda təqsirləndirilən şəxsin əməlini tövsif edərkən hadisənin törədildiyi şəraiti nəzərə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs Tapdıq oğluna elan olunan ittihamdan, onun özünün ifadəsindən göründüyü kimi zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi yanına çağırmış və sorğu sual edərək baxmağının səbəbini soruşmuş, daha sonra onun çiyninə vuraraq "get başını aşağı sal, işinlə məşğul ol" demişdir. Burada hadisənin kim tərəfindən başladılması açıq aşkar görünür və bu işin mübahisə doğurmayan tərəfidir. Hadisə zərərçəkmiş şəxsin bu cür davranışı və hərəkətləri ucbatından başlanmışdır. "Niyə baxırsan? Gəl bura, sonra da çiynindən vuraraq başını sal aşağı get işinlə məşğul ol" kimi ifadələr qarşıdakı insanı kiçiltmək və alçatmaqdan başqa bir məqsəd güdə bilməz. Təqsirləndirilən şəxsin bu cür ifadələrə qarşı hisslərini cilovlayamaraq zərərçəkmiş şəxsi vurması xuliqanlıq kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs Tapdıq oğlunun barəsində CM-nin 127.1-ci maddəsi ilə başlansa da, iş materiallarında olan xx.xx.2024-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərarda cinayət əməlinin hansı əsasla CM-nin 127.2.3-cü maddəsinə tövsif edilməsi göstərilməmişdir. Bununla da, cinayət işinin materiallarından təqsirləndirilən şəxsin cinayət əməlini xuliqanlıq niyyəti ilə törətmək niyyətinin olması müəyyən edilmir. Bu xüsusatları təsdiq edən sübutlar iş materiallarında mövcüd deyil. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Tapdıq oğlunun zərərçəkmiş şəxsə qəsdən az ağır xəsarəti xuliqanlıq niyyəti ilə yetirməsi barədə ibtidai istintaq orqanı tərəfindən gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Təqsirləndirilən şəxs Tapdıq oğlunun zərərçəkmiş şəxsə az ağır zərər yetirməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Bu səbəbdən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, dəymiş ziyan ödənilmədiyindən, tərəflər arasında barışıq olmadığından, zərərçəkmiş şəxsin şikayətçi olması səbəbindən iş üzrə icraata xitam verilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Tapdıq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs Tapdıq oğlunun əməlindən peşman olmasını, əməli törətdiyi zaman ekspert rəyində göstərildiyi kimi üzvi dissosiativ pozuntunun olmasını, ailəli olmasını ,ailənin yeganə qazanc gətirən olmasını,barışığa cəhd etməsi kimi halları yüngülləşdirici hal hesab edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Tapdıq oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin şəxsiyyəti, özünə tənqidi yanaşması, əməlindən peşman olması, ağırlaşdıran halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Tapdıq oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Tapdıq oğlunun üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Tapdıq oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Tapdıq oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Tapdıq oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Tapdıq oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən, həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Tapdıq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Tapdıq oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Tapdıq oğlunun üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Tapdıq oğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Tapdıq oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-505/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-505/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver