Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-506/2021 21.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1977-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İbtidai istintaq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, əmək müqaviləsi bağlamadan haqqı ödənilməklə 2016-cı ildən 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs15 “təndirçi” vəzifəsinə, 2016-cı ildən 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs1 “kündəçi” vəzifəsinə, 2016-cı ildən 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs15 “təndirçi” vəzifəsinə, 01.09.2016-cı il tarixdən 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs3 “çörək qablaşdırıcısı” vəzifəsinə, 2018-ci ildən 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs4 “çörək bişirən” vəzifəsinə, 01.01.2019-cu il tarixdən 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs14 “çörək bişirən” vəzifəsinə, 2020-ci ildən 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs6 “xəmir formalayan” vəzifəsinə, 2020-ci ilin noyabr ayından 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs13 “şirniyyatçı” vəzifəsinə, 01.01.2021-ci il tarixdən 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs2 “sürücü” vəzifəsinə, 15.01.2021-ci il tarixdən 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs5 “xəmir yoğuran” vəzifəsinə, 09.04.2021-ci il tarixdən 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs8 “satıcı” vəzifəsinə, 10.04.2021-ci il tarixdən 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs10 “çörək daşıyan” vəzifəsinə, 2021-ci ilin aprel ayından 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs7 “xəmir yoğuran” vəzifəsinə, 01.05.2021-ci il tarixdən 07.05.2021-ci il tarixədək X1 “təndirçi” vəzifəsinə, 03.05.2021-ci il tarixdən 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs11 “satıcı” vəzifəsinə, 05.05.2021-ci il tarixdən 07.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs9 “kündəçi” vəzifəsində işlətməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni – 15 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bu səbəbdən ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan etmiş və cinayət işi baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsinə dair cinayət işi aidiyyəti üzrə məhz Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulması, o cümlədən kobud pozuntulara yol verilməsi məhkəmənin hazırlıq iclası zamanı aşkar edilməmişdir. Məhkəməyədək icraat hüquqi pozuntulara yol verilmədən aparılmışdır. İş üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən olunmamışdır. İttiham aktından məlum olur ki, cinayət işi üzrə maddi sübut, mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarını tətbiq edərək onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərizəsi Qanunvericiliyin müddəalarına əsasən təmin edilməli və cinayət təqibinə hazırlıq mərhələsində xitam verilməlidir. Cinayət işindən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 162-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası CM-in 162-1.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ilədəkdir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 9.1-ci hissəsində göstərilmişdir ki, “məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarın 14-cu hissəsinə əsasən bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 23.5-ci bəndinə əsasən bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri ləğv olunur. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs oğlu böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirləndirilir. Cinayət Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğlu 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinin təsiri altına düşür. Bu Qərarın 10-cu və 11-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər iş üzrə mövcud deyil. Amnistiyanı tətbiq edərək Təqsirləndirilən şəxs oğlu barəsində cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı mövcuddur. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 9.1-ci hissəsi tətbiq edilməli və iş üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, maddi ziyan, məhkəmə məsrəfləri və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.12, 305.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-506/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-506/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver