Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-508/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X10, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası "Alyans " Vəkil Bürosunun vəkili X3, Tərcüməçi – X5 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, on dörd yaşma çatmış, lakin on altı yaşına çatmayan şəxslə seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu “Həzi Aslanov” metrostansiyasının yaxınlığında tanış olduğu xx xxxxxxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs öz razılığı ilə müvəqqəti qalmaq üçün yaşadığı ünvan 1 ünvanına dəvət edib birlikdə iki gün keçirdikdən sonra 09 iyun 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Pivəzavod küçəsində yerləşən keçmiş "Narkoloji Dispanser"in həyətindəki iki mərtəbəli yarım tikilinin ikinci mərtəbəsində on altı yaşma çatmayan şəxs olduğunu bilə-bilə Zərərçəkmiş şəxs cinsi orqanına əl barmağını sürtməklə seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Həzi Aslanov metrostansiyası yaxınlığında qarajlar olan yerdə bir qızın tək oturduğunu və telefonla danışıb kimdənsə yemək istədiyini eşitmiş, həmin vaxt ona yaxınlaşıb nə kömək etmək lazım olduğunu soruşduqda həmin qız yemək istədiyini bildirmişdir. Bundan sonra qıza mağazadan bir az yemək üçün şirniyyat alıb vermişdir. Daha sonra qıza birlikdə gedib qalmağı təklif etmiş, həmçinin həmin qıza öz evlərinə qayıtmağın lazım olduğunu demişdir. Aliyə isə bildirmişdir ki, evdə atası hər gün spirtli içki içir və anası ilə dalaşırlar. Anası isə öz növbəsində hər zaman onu döyür. Bundan sonra Aliyəni də götürüb yaşadığı Xətai rayonu, Oksigen küçəsi ev 13 ünvana aparmış, evdəkilərə həmin qızın küçədə qaldığını, yazığı gəldiyi üçün evə gətirdiyini, sabaha qədər evdə qaldıqdan sonra bir yer tapıb ora yerləşdirəcəyini demişdir. Həmin gün Aliyə onun yaşadığı evdə qalmış, səhəri gün bir sənəd aparmaq üçün Şüvəlana gedərkən Aliyəni də özü ilə aparmışdır. Daha sonra Xətai rayonunda yerləşən Gənclər Parkına gedib orada bir qədər gəzmişlər. Sonradan Aliyə bildirmişdir ki, Kənan adlı sevgilisi var və onunla görüşmək istəyir. Bu səbəbdən Aliyəni 35-ci PB-nin yanına aparmış və Aliyə Kənanla orada görüşmüşdür. Daha sonra isə özü qayıdıb evə gəlmiş, axşam Kənana zəng edib əgər işləri qurtarıbsa Aliyəni gəlib götürməyi bildirdikdə Kənan işlərinin qurtardığını və artıq gəlib Aliyəni götürə biləcəyini demişdir. Həmin günü Aliyə ilə avtomobildə yatmış, səhəri gün yuxudan durub bir qədər gəzdikdən sonra yenidən Aliyəni aparıb Kənanla görüşməsi üçün yola salmış, axşam isə yenidən Kənanla danışmış və gedib Aliyəni yenidən həmin yerdən götürmüşdür. Sonra “Vegas” adlı playstationda gecə saat təxminən 03 radələrinədək qalmışlar. Lakin, Aliyə ilə aralarında heç nə olmamışdır. Gecə saat 03 radələrində oradan çıxıb evə gedib gecəni öz yaşadığı evdə qalmışlar. xx.xx.2023-cü ildə yuxudan durduqda dayısı oğlu ona bildirmişdir ki, artıq Aliyəni bu evə gətirmə, harada qalır gedib qalsın. Bundan sonra evdən yorğanlar götürmüş və Aliyəyə izah etmişdir ki, evdə qalmağa qoymurlar, köhnə “Narkoloji Dispanser”in içərisində qalacaqlar. Aliyə ilə gedib həmin gün gecə də daxil olmaqla orada yatmışlar. Lakin, aralarında heç bir münasibət olmamışdır. Aliyə spirtli kokteylləri sevdiyi üçün hər gün bir neçə “GO”, “Yaquar” və “Rio” kokteyllərindən alıb içirdi. xx.xx.2023-cü il tarixdə hər günkü qaydada yenə durub bir az gəzişdikdən sonra yenidən Narkoloji Dispanserə gəlib orada bir qədər yeyib-içmək alıb yemək yemişlər. Eyni qaydada Aliyə yenə alkoqollu kokteyllər içmişdir. Həmin gecəni də orada qaldıqda aralarında heç bir əlaqə olmamışdır. Həmin gün yatan zaman bir dəfə Aliyə ona tərəf gəlib onu qucaqlamış və öpmək istədikdə ona uzaq durmasını demişdir. Çünki Aliyə ona 14 yaşı olduğunu və məktəbdə oxuduğunu demişdir. Bu səbəbdən ona toxunmamışdır. xx.xx.2023-cü il tarixdə yuxudan durduqda Aliyə ona Kənanla görüşməyəcəyini və bütün günü onunla qalacağını demiş, sonra özü üçün 2 ədəd 0,25 litr olan “Yakor” arağı almışdır. Bundan əlavə 2 ədəd də “Bizon” və əlavə yemək almışdır. Narkolji Dispanserin həyətində qaldıqları yerdə Aliyə araqlardan birini götürüb öz enerji içkisinin içərisinə təxminən 2 rumka miqdarında qatmış və içməyə başlamışdır. Aliyə içib sərxoş olduqca çoxlu gülməyə başlamış və hətta demişdir ki, indi atamı başa düşürəm ki, nə üçün çox içirmiş. Günorta saat təxminən 15 radələri olardı, Aliyə yatdığı yerdə özünü taxtanın üstündən yerə atmış, həmin zaman onun sərxoş olduğunu görüb özünü bir daha yıxmaması üçün yanında oturmuş və yatmasını demişdir. Daha sonra Aliyə yenidən ona tərəf gəlib onu öpməyə çalışmış, yenidən özündən kənara itələmişdir. Bundan sonra Aliyə öz cinsi orqanını barmaqlamağa başlamışdır. Daha sonra Aliyə soyunmuş və özünə barmaq etməyə başlamışdır. Daha sonra isə onun özü də barmağı ilə Aliyənin cinsi orqanına şortikin üstündən toxunmağa başlamışdır. Aliyənin cinsi orqanından qan gəldiyini görüb, deyəsən aybaşı olduğunu demişdir. Həmçinin Aliyə əvvəlcədən söhbətlərində ona demişdir ki, hər zaman cinsi orqanını barmaqla oynadır. Daha sonra Aliyə yatmış, özü isə məhlə tərəfə çıxmışdır. Lakin içində bir narahatlıq qalmışdır ki, birdən Aliyə aybaşı olmuş olmaz, barmağı ilə onun bakirəliyini pozmuş olar. 2-3 saatdan sonra geri qayıtmış, Aliyənin hələ də yatmış olduğunu görüb onu oyatmış, Aliyə durub onunla tam normal danışırarkən cinsi orqanından qan gəlməyinin səbəbini soruşduqda Aliyə zarafatla bildirmişdir ki, "aybaşı olsam heç, amma bakirəliyim pozulmuş olsa səndən Galenvvagen markalı avtomobil tələb edəcəm". Daha sonra axşam radələrində Aliyə çimmək istədiyini demiş, buna görə gedib yaşadığı evdən böyük qabda su və şampun gətirmiş, Aliyə çimib yenidən yatmışdır. xx.xx.2023-cü il tarixdə yuxudan durub Həzi Aslanov metrostansiyası tərəfə getmiş, daha sonra mağazadan çölə çıxdıqda görmüşdür ki, Kənan gəlir. Kənan həmin zaman ona demişdir ki, valideynləri Aliyəni götürməyə gəlirlər. Buna görə də, Aliyəni Kənana təhvil verib getmiş, 1-2 saat sonra Kənana zəng edib vəziyyəti soruşduqda Aliyə telefona cavab verib bildirmişdir ki, "nə üçün məni zorlamısan". Həmin vaxt Aliyənin zarafat etdiyini zənn etmiş, daha sonra nə qədər zəng etsə də Aliyə zənginə cavab verməmişdir. Həmin bütün günü parklarda gəzib içki içmişdir. Eyni zamanda Aliyənin onu şərləyəcəyi halda tutulacağından qorxub xx.xx.2023-cü il tarixdə 35-ci PB-nə yaxınlaşmış və qeyd olunan hadisə barədə məlumat vermişdir. Aliyə ilə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamış, yalnız bir dəfə Aliyə onun üstündə oturub cinsi əlaqədə olmaq istəyən zaman qan görüb iyrəndiyi üçün kənara itələmişdir. Sadəcə barmağı ilə Aliyənin cinsi orqanına toxunmuşdur. Aliyənin cinsiyyət orqanına toxunarkən sonuncu sərxoş olsa da, huşsuz vəziyyətdə deyildi, həm danışırdı, həm də hərəkətlər edirdi və o, öz hərəkətlərini həmin zaman tam dərk edirdi. Məhkəmə-tibbi ekspertizasının 12 iyun 2023-cü il tarixli 661 saylı rəyində göstərilmiş xəsarətləri təxminən 3-4 gün əvvəl axşam radələrində yol gedərkən öz ehtiyyatsızlığı nəticəsində yerə yıxılarkən almışdır. Zərərçəkmiş şəxs görüşdüyü Kənan adlı şəxsin anket məlumatlarını, yaşadığı ünvanı və mobil nömrəsini bilmir. Əvvəllər bir neçə dəfə tanımadığı şəxslərdən narkotik vasitə olan tiryək əldə edib istifadə etmişdir. Lakin, xeyli müddətdir ki, istifadə etmir və hazırda onda heç bir yerdə narkotik vasitə yoxdur. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndə qismində Şahid1 iştirakı ilə dindirilmiş xx xxxxxxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs göstərmişdir ki, anası Cəmilə, atası Orxan, qardaşı və iki bacısı ilə birlikdə yaşayır. 90 saylı tam orta məktəbin 9-cu sinfində rus bölməsində oxuyur. Anası işləmir, atası isə “X14”də aşpaz işləyir. Anası ona dostları ilə gəzmək üçün şəhərə çıxmağa çox vaxt icazə vermədiyindən, bəzən evdən icazəsiz getmişdir. 2022-ci ilin sentyabr ayında evdən qaçıb dostugilə getmiş və orada 2 gün qalmışdır ki, özünü azad şəxs kimi hiss etsin. Lakin daha sonra anasıgil onu tapıb evə geri qaytarmışlar. Son dövrlər yenidən evdən qaçmaq barədə düşünmüş və xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində evdən çıxmışdır ki, guya məktəbə gedir. Lakin məktəbə getməmiş və yenidən evdən qaçmağa qərar vermişdir. Bu səbəblə Xətai rayonu, Həzi Aslanov qəsəbəsinə getmiş və orada bütün günü gəzmişdir. Axşam olduqda isə tanımadığı təsadüfi bir binanın dəhlizində pilləkanın üzərində gecələmək qərarına gəlmişdir. Həmin vaxt binada yaşayan şəxslər onun kim olduğunu soruşduqda onlara demişdir ki, evdən küsüb çıxmışdır. Onlar isə polis çağıracaqlarını dedikdə onlara gecəni qalıb səhər açılan kimi evə gedəcəyini demişdir. Həmin şəxslər ona bir az yemək də vermişlər. Səhəri gün yenə evə getməmiş, növbəti gün isə Həzi Aslanov tərəfdə skamyada oturan zaman bir oğlan ona yaxınlaşmış və nəyəsə ehtiyacı olubolmadığını soruşduqda heç nə lazım olmadığını demiş, həmin şəxs ikinci dəfə ondan nə lazım olduğunu soruşduqda siqaret istəmiş, həmin oğlan isə bildirmişdir ki, siqareti yoxdur. Bundan sonra onunla söhbət etməyə başlamış, daha sonra özünü ona "Saşa" kimi təqdim edən, sonradan adının Aleksandr olduğunu bildiyi həmin oğlan ona demişdir ki, "gedək bizim evdə qal, küçədə qalma". Əvvəl razı olmasa da, sonradan başqa yolu olmadığı üçün razılaşmışdır. Saşagilin Zığ yolunda yerləşən köhnə “Respublika Narkoloji Dispanser”in yaxınlığındakı evlərinə getmiş, evə daxil olduqda çoxlu adamlar görmüş, Saşa ona demişdir ki, bu qadınlar və kişilər onun qohumlarıdır. Onu isə qohumlarına elə təqdim etmişdir ki, guya 19 yaşı var və onun dostudur, qalmağa yeri olmadığı üçün bir neçə gün onlarla birlikdə qalacaqdır. xx.xx.2023-cü il tarixdə “Xəzər yolu” adlanan ərazidə “X11” adlanan oyun zalına getmiş və Saşa gecəyə qədər oyun oynasa da özü yatmışdır. Gecə təxminən saat 03 radələrində oradan çıxıb yenidən Saşanın evinə getmişlər. Saşanın evində yatmış, saat təxminən 10 radələrində yuxudan durub gəzməyə getmişlər. Daha sonra Saşa ona demişdir ki, evdən yerdə uzanmaq üçün nazik yorğan götürmüşdür ki, gecələr keçmiş “Narkoloji Dispanser”in həyətində uzansınlar və orada içki içsinlər. Bir neçə gün Saşa ilə Narkoloji Dispanserin həyətində yerdə yatmışlar. Elə gün oldu ki, Saşa araq və yemək gətirirdi və yeyib içirdilər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Saşa iki ədəd 0,5 miqdarlı “Yakor” arağı, “Full Energy” içkisi və bir qədər də yemək alıb onun olduğu Narkoloji Dispanserin həyətinə gəlmiş, orada yavaş-yavaş arağı içmişlər. Bundan sonra Aleksandr yəni, Saşa barmağı ilə onun cinsi orqanına toxunub “əlləməklə” seksual xaraterli digər hərəkətlər etməyə başlamışdır. Bu vaxt əynində Aleksandra məxsus “şortik” var idi. Lakin həmin şortikin altında alt paltarı yox idi. Daha sonra həmin şortiki əynindən çıxarmış, bu vaxt Saşa hətta öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etmək istəmiş, lakin tam edib etmədiyini bilməmişdir. Amma daha sonra ondan qan gəlmişdir. Hətta üzərində uzandıqları üzlüyün üzəri də qan olmuşdur. Bundan sonra həmin şortiki əyninə geyinmiş, daha sonra Saşaya özünü çirkli hiss etdiyi üçün çimmək istədiyini demiş, Saşa isə balonda su gətirmişdir. Dispanserdə həmin su ilə çimmiş, daha sonra Saşaya onu Həzi Aslanov tərəfə aparmasını bildirmiş və birlikdə Həzi Aslanov tərəfə getmişlər. Sonradan öyrənmişdir ki, anası onu axtarır və anası gəlib onu götürmüşdür. Lakin həmin zaman Saşa artıq getmişdi və orada yox idi. Aleksandr onunla tam cinsi əlaqədə olmamışdır, sonuncu yalnız barmaqları ilə onun cinsiyyət orqanına toxunmaqla seksual xarrakterli digər hərəkətlər etmişdir. Hətta öz cinsiyyət orqanını onun cinsiyət orqanına daxil etmək də istəmişdir. Həmin vaxt Aleksandr ona hər hansı bir zor tətbiq etməmiş, eyni zamanda hədə-qorxu gəlməmişdir. Həmçinin Aleksandr onunla qeyri-təbi yolla cinsi əlaqədə olmamışdır. Ümumiyyətlə heç vaxt kiminləsə təbii və qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Bundan başqa xx.xx.2023-cü il tarixədək və həmin tarixdən sonra Aleksandr onunla seksual xarakterli və ya əxlaqsız hərəkət etməmişdir. Hadisə zamanı əynində olmuş şortik və üzəri qan olan ədyal hadisə yerində qalmışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi əvvəllər cinsiyyət orqanına banan, xiyar və s. daxil edərək zövq almamışdır. xx.xx.2023-cü il tarixdə Narkoloji Dispanserin həyətindəki yarımtikili otaqda yatan zaman Aleksandra tərəf gəlib onu qucaqlayıb öpmək istəməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə günorta saat 15 radələrində spirtli içki qəbul etdikdən sonra Aleksandr barmağı ilə onun cinsi orqanına toxunub “əlləməklə” seksual xaraterli digər hərəkətlər etməyə başlamışdır. Bu vaxt əynində Aleksandra məxsus “şortik” olmuşdur. Lakin həmin şortikin altında alt paltarı olmamışdır. Daha sonra həmin şortiki əynindən çıxarmış, bu vaxt Aleksandr öz cinsiyyət orqanım onun cinsiyyət orqanına daxil etmək istəmiş, lakin tam edib etmədiyini bilməmişdir. Cinsiyyət orqanından qan gəldikdən sonra şortikini əyninə geyinmişdir. Aleksandr ona zorla spirtli içki verməmişdir, öz xoşu ilə orada olan spirtli içkidən qəbul etmişdir. Həmçinin Aleksandr ona qarşı seksual xarakterli hərəkətlər edən zaman az miqdarda spirtli içki qəbul etdiyi üçün huşu aydın olmuşdur, öz hərəkətlərini və Aleksandırın ona qarşı etdiyi hərəkətləri tam dərk etmişdir. Hadisə zamanı cinsiyyət orqanından nə səbəbə qan gəlməsini bilmir. Kənan onun tanışı olmuşdur. Lakin, Kənanın anket məlumatlarım və əlaqə nömrəsini bilmir. Həmin şəxslə də aralarında heç bir münasibət olmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 məhkəməyə müraciət edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Qızı Aliyə xx.xx.2008-ci il təvəllüdlü olmaqla, yetkinlik yaşma çatmayan şəxsdir. Aliyə 90 nömrəli məktəbdə 9-cu sinif şagirdidir. Əvvəllər Aliyə sözə qulaq asan övlad olsa da, 2022-ci ilin sonlarından etibarən mütəmadi olaraq müxtəlif yalanlar danışmağa, tez-tez küçələrə çıxmağa və evə gec gəlməyə başlamışdır. Bir valideyn kimi ona evə vaxtında gəlməyi, dərslərdən qaçmamağı tapşırıb bununla bağlı öz iradlarını bildirsə də, buna tam nail ola bilməmişdir. Hətta Aliyə əvvəllər evdən qaçıb iki gün dostunun evində qalmış, sonradan onun yerini tapıb evə gətirmişdir. Sonuncu dəfə Aliyə xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrindən məktəbə getmək adı ilə evdən çıxmış və evə qayıtmamışdır. Aliyəyə zəng vurub onu evə dəvət etsə də, Aliyə evə gələcəyini bildirmiş, lakin gəlməmişdir. Daha sonra isə Aliyə zənglərinə cavab verməmişdir. Həmin günü atası evə gəldikdə ona bu barədə bildirmiş və həyat yoldaşı Orxan demişdir ki, əgər Aliyə evdən qaçıb gedibsə onun adda qızı yoxdur. Bundan sonra Aliyənin tanışları ilə əlaqə saxlayıb onun yerini öyrənməyə çalışmış, xx.xx.2023-cü il tarixdə Aliyənin tanışı Kənan adlı şəxs onunla əlaqə saxlayıb Aliyəni gördüyünü bildirmişdir. Bundan sonra gedib Aliyəni olduğu yerdən götürmüş və onunla söhbət zamanı sonuncu bildirmişdir ki, "Saşa" ləqəbli Aleksandr adlı oğlanla tanış olub onunla köhnə Narkoloji Dispanserin həyətində qalmışdır. Həmçinin Aliyə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Aleksandr ilə həmin yerdə spirtli içki qəbul etdikdən sonra sonuncu barmağı ilə onun cinsiyyət orqanına toxunmuş, həmçinin cinsiyyət orqanını çıxarıb Aliyənin cinsiyyət orqanına daxil etmək istəmiş, bu zaman Aliyənin cinsiyyət orqanından qan gəlmişdir. Bundan sonra qeyd olunan xüsusatlar barədə rəsmi olaraq ərizə ilə müraciət etmişdir. Aliyə Kənanın onun sevgilisi olması barədə ona heç nə deməmişdir. Bildiyi qədər Kənan Aliyənin tanışı olmuşdur. Lakin, Kənanın anket məlumatlarını, yaşadığı ünvanı və əlaqə nömrəsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, Şahid3 onun həyat yoldaşıdır, Təqsirləndirilən şəxs Alekseyeviç həyat yoldaşı Viktorun bibisi oğludur. Aleksandra "Saşa" deyə müraciət edirlər. Birlikdə ünvan 2 ünvan keçmiş Narkoloji Dispanserin yaxınlığında yerləşir. 2023-cü ilin iyun ayının 7-8 tarixlərində Aleksandr evə tanımadıqları bir qız ilə gəlmiş, həmin vaxt ondan həmin qızın kim olmasını soruşduqda Aleksandr həmin qızın evdən qaçdığını, qalmağa yeri olmadığını bildirmiş və ona evdə qalmağa köməklik etməyi xahiş etmişdir. Həmin gecə sonradan adını öyrəndiyi Aliyə adlı qızın boğazında qançır (öpüş yeri) var idi, Aliyə həmin qançırın zarafatla rəfiqəsi tərəfindən edildiyini dedi. Daha sonra Aliyə qonaq otağında, Aleksandr isə başqa otaqda qalmışdır. Onlar evdə olduqları müddət ərzində Aleksandr ilə Aliyənin arasında hər hansı bir münasibət olmamışdır. Növbəti gün isə Aleksandr ilə Aliyə evdən getmişlər. Daha sonra isə onların aralarında nə baş verməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 Şahid2 qızının göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanması haqqında 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan zərər çəkmiş şəxs kimi tanınma haqqında 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs kimi tanınmaqla, qanuni nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri elan və izah olunmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində dindirilməsi üçün anası Şahid1 qanuni nümayəndəsi təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 12 iyun 2023-cü il tarixli, 661 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sağ dirsək oynağı, sol baldır nahiyələrinin sıyrıqları, sol qalça və qarın nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti şəxsin müayinəsindən 2-4 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsinə xarakterik deyildir. İş materiallarında olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan vəsatətə baxılması haqqında 13 iyun və 15 avqust 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsilə bağlı gətirdiyi dəlil istintaq zamanı zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, şahid ifadəsi, özünün şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri və digər istintaq sənədlərilə təkzib edildiyindən, həmin xüsusat onun özünü müdafiə kimi qiymətləndirilmiş və vəsatət kimi qəbul edilərək rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 4(011)-387/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 4(011)-445/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay müddətinə, yəni 12 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 13 iyun 2023-cü il tarixli, 3726 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarıın birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 25 iyun 2023-cü il tarixli, 4084 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda Zərərçəkmiş şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 16 iyun 2023-cü il tarixli, 266 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində zorlamaya xarakterik hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa, müddət haqqında fikir söyləmək mümkün deyildir. İş materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının 28 iyul 2023-cü il tarixli 412/2023-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta(İ); ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd şortik və 01 ədəd çarpayı örtüyünün üzərində olan ləkələrdə insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız "H" antigeni alındı. Bu ləkələr ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 29 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 avqust 2023-cü il tarixli 281 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 10 iyul 2023-cü il tarixli 1864 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs halhazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Zərərçəkmiş şəxs cinayət işində təsvir olunan əməl baş verən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Yoxlanılan şəxsin dediklərinə və istintaqa verdiyi izahatına əsasən onun həmin dövrdə alkoqol sərxoşluğu vəziyyətində olmasını güman etmək olar. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməl dövründə alkoqol sərxoşluğu vəziyyətində olub-olmadığını təsdiq edən hər hansı obyektiv məlumatlar olmadığından spirtli içkinin onun psixi vəziyyətinə təsirini qiymətləndirmək, həmçinin ona qarşı seksual xarakterli hərəkətlər olunarkən həmin hərəkətləri düzgün qavrayıb-qavramamasını, xatırlaya bilib-bilməməsini müəyyən etmək mümkün deyil. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs əqli inkişafına görə ona qarşı edilən qanunazidd hərəkətlər zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs sərbəst həyat tərzinə meyillilik, inadkarlıq, qıcığa qarşı həssaslıq, laqeydlik, emosionallıq, məsuliyyətsizlik, ola biləcək nəticələri proqnozlaşdırmadan davranmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına görə hadisə zamanı öz hərəkətlərinin mahiyyətini qavramaq, dərk etmək, baş verənləri düzgün təsvir edərək bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs müəyyən edilən fərdi-psixi xüsusiyyətlər (inadkarlıq, sərbəst həyat tərzinə meyillilik, məsuliyyətsizlik, ola biləcək nəticələri proqnozlaşdırmadan davranmaq və s.) onun davranışlarına təsir göstərə bilər. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Elektron hökumət sistemindən çıxarışdan görünür ki, 18 mart 2017-ci il təvəllüdlü X8 Təqsirləndirilən şəxs himayəsindədir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsilə bağlı gətirdiyi dəlil istintaq zamanı özünün şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələr, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, şahid ifadələri, ekspert rəyləri və digər istintaq sənədlərilə təkzib edilir Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı özladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şəxsin bilavasitə tutulduğu tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - 01 ədəd şortik və 01 ədəd çarpayı örtüyü qanuni sahibinə qaytarılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə "Alyans" Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunası əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 12 iyun 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – 01 ədəd şortik və 01 ədəd çarpayı örtüyü qanuni sahibinə qaytarılsın. "Alyans" Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-508/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-508/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver