Məhkəmə qərarları › İş №1(011)-51/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-51/2021

29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-51/2021 29.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il də Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, FHN-nin X2 Xidmətinin hərbi hissəsinin maddi texniki təminat bölüyünün təsərrüfat bölməsinin qazanxana operatoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 B ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu FHN-nin yaşayış məntəqəsi, mənzil 7 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan “xxxx” ASC-dən müxtəlif vaxtlarda, ayrı-ayrı şəxslər tərəfindən kredit kimi götürülərək ona verilmiş pul vəsaitlərinin yəni, 8000,00 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs5, 10682,00 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs1, 5000,00 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs2, 2600,00 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs3, 5500,00 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs4, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,00 manat pul vəsaitinin alınaraq həmin şəxslərə verilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)- 51/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 27 noyabr 2019-cu il tarixli, 3(011)-2482/2019 saylı inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək on gün müddətində inzibati həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2020ci il tarixə kimi borcunu ödəməyərək zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, FHN-nin Nizami Rayon şöbəsinin Yanğından Mühafisə hissəsinin yanğınsöndürəni vəzifəsində işləyərkən pul lazım olduğundan iş yoldaşları Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 adlarına ayrı-ayrı vaxtlarda “xxxx” ASC-dən kredit götürərək ona vermişlər. Bir müddət ödənişlər etsə də, sonradan ödənişləri edə bilmədiyi üçün bank qeyd edilən borcları həmin şəxslərin əmək haqqlarından tutmağa başlamış, daha sonra tələbkarlar pul tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-51/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən ondan 8000,00 manat məbləğində pul vəsaitinin alınaraq tələbkarlar Zərərçəkmiş şəxs5, 10682,00 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar Zərərçəkmiş şəxs1, 5000,00 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar Zərərçəkmiş şəxs2, 2600,00 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar Zərərçəkmiş şəxs3, 5500,00 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar Zərərçəkmiş şəxs4, həmçinin ondan ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,00 manat pul vəsaitinin alınaraq yuxarıda qeyd edilən şəxslərə verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qeydiyyatda olduğu yer üzrə Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, uzun müddət keçməsinə, dəfələrlə borcu ödəməsi barədə xəbərdarlıqlar edilməsinə, Xətai Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 3(011)-2482/2019 inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə həbs edilməsinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə xəbərdarlıq edilməsinə baxmayaraq, imkanı kifayət qədər olmadığından qeyd edilən qətnaməni icra edə bilməmişdir. Hazırda borcunu tam şəkildə ödədiyini nəzərə alaraq cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə iş yoldaşı olmuş, Təqsirləndirilən şəxs pul lazım olduğundan “xxxx” ASC-dən kredit götürərək ona versə də sonuncu krediti ödəmədiyindən bank borcu onun əmək haqqına yönəltmiş, daha sonra məhkəmədə Təqsirləndirilən şəxs qarşı iddia qaldırmış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-51/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 2600,00 manat məbləğində pul vəsaitinin alınaraq ona, həmçinin Təqsirləndirilən şəxs ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,00 manat pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, X1 və ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, uzun müddət keçməsinə, dəfələrlə borcu ödəməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icrasından yayınaraq keçən müddət ərzində borcundan heç bir ödəniş etməmişdir. Hazırda Təqsirləndirilən şəxs borcunu tam şəkildə ödədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə iş yoldaşı olmuş, Təqsirləndirilən şəxs pul lazım olduğundan “xxxx” ASC-dən kredit götürərək ona versə də sonuncu krediti ödəmədiyindən bank borcu onun əmək haqqına yönəltmiş, daha sonra Təqsirləndirilən şəxs qarşı məhkəmədə iddia qaldırmış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-51/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 10682,00 manat məbləğində pul vəsaitinin alınaraq ona, həmçinin Təqsirləndirilən şəxs ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,00 manat pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, X1, Zərərçəkmiş şəxs3 və ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, uzun müddət keçməsinə, dəfələrlə borcu ödəməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icrasından yayınaraq keçən müddət ərzində borcundan heç bir ödəniş etməmişdir. Hazırda Təqsirləndirilən şəxs borcunu tam şəkildə ödədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə iş yoldaşı olmuş, Təqsirləndirilən şəxs pul lazım olduğundan “xxxx” ASC-dən kredit götürərək ona versə də sonuncu krediti ödəmədiyindən bank borcu onun əmək haqqına yönəltmiş, daha sonra məhkəmədə Təqsirləndirilən şəxs qarşı iddia qaldırmış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-51/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 5000,00 manat məbləğində pul vəsaitinin alınaraq ona, həmçinin Təqsirləndirilən şəxs ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,00 manat pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, X1, Zərərçəkmiş şəxs3 və ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, uzun müddət keçməsinə, dəfələrlə borcu ödəməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icrasından yayınaraq keçən müddət ərzində borcundan heç bir ödəniş etməmişdir. Hazırda Təqsirləndirilən şəxs borcunu tam şəkildə ödədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə iş yoldaşı olmuş, Təqsirləndirilən şəxs pul lazım olduğundan “xxxx” ASC-dən kredit götürərək ona versə də sonuncu pulu ödəmədiyindən bank borcu onun əmək haqqına yönəltmiş, daha sonra Təqsirləndirilən şəxs qarşı məhkəmədə iddia qaldırmış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-51/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 5500,00 manat məbləğində pul vəsaitinin alınaraq ona, həmçinin Təqsirləndirilən şəxs ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,00 manat pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X1, Zərərçəkmiş şəxs3 və ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, uzun müddət keçməsinə, dəfələrlə borcu ödəməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icrasından yayınaraq keçən müddət ərzində borcundan heç bir ödəniş etməmişdir. Hazırda Təqsirləndirilən şəxs borcunu tam şəkildə ödədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə iş yoldaşı olmuş, Təqsirləndirilən şəxs pul lazım olduğundan “xxxx” ASC-dən pul götürərək ona versə də sonuncu pulu ödəmədiyindən bank kretit borcunu onun əmək haqqına yönəltmiş, daha sonra məhkəmədə Təqsirləndirilən şəxs qarşı iddia qaldırmış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-51/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 8000,00 manat məbləğində pul vəsaitinin alınaraq ona, həmçinin Təqsirləndirilən şəxs ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,00 manat pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, X1, Zərərçəkmiş şəxs3 və ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, uzun müddət keçməsinə, dəfələrlə borcu ödəməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icrasından yayınaraq keçən müddət ərzində borcundan heç bir ödəniş etməmişdir. Hazırda Təqsirləndirilən şəxs borcunu tam şəkildə ödədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 51/16 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 xeyrinə 8000,00 manat, Zərərçəkmiş şəxs1 xeyrinə 10682,00 manat, Zərərçəkmiş şəxs2 xeyrinə 5000,00 manat, Zərərçəkmiş şəxs3 xeyrinə 2600,00 manat və Zərərçəkmiş şəxs4 xeyrinə 5500 manat tutulmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs 30,00 manat dövlət rüsumu yuxarıda adları qeyd edilən şəxslərin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2016cı il tarixdə Xətai Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün tələbkar və müvafiq məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs Xətai Rayon İcra və Probasiya şöbəsinə gəlmiş, icra sənədinin tələbi ona izah olunaraq yazılı izahatı alınmış, onun ölkədən getmək hüququ Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(011)-1482/2016 saylı qərardadı ilə müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2019cu il tarixdə Təqsirləndirilən şəxs icra sənədini qərəzli olaraq icra etmədiyinə görə onun barəsində xx.xx.2019-cu il tarixdə AR İXM-nin 528.1.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə təqdim edilmiş, həmin məhkəmənin 3(011)-2482/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində son dəfə on gün müddətində inzibati həbs tətbiq edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq borcu ödəməkdən qərəzli olaraq imtina etmiş və nəticədə icra sənədi icra olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 1); Xətai Rayon İcra Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması haqqında təqdimatdan görünür ki, təqdimat verilən günə qədər Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilməmiş, bu səbəbdən onun barəsində cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması xahiş edilmişdir (i.v. 5-7); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-51/16 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 8000,00 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs5, 10682,00 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs1, 5000,00 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs2, 2600,00 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs3, 5500,00 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs4, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,00 manat pul vəsaitinin alınaraq həmin şəxslərə verilməsi qət edilmiş, icra vərəqəsi xx.xx.2016-cı il tarixdə verilmişdir (i.v. 10-12); icra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2015-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-51/16 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir (i.v. 13-14); xx xxxxxx 2016-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-51/16 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir (i.v. 55-56); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 3(011)-691/2016 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş gün) müddətində həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir (i.v. 33-36); xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-51/16 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir (i.v. 101-102); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(011)-2482/2016 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on gün) müddətində həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir (i.v. 103-106); doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü Natəvan adlı övladı vardır (i.v. 134); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışlar (i.v. 135, 144, 153, 164, 173); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 208-209); arayışdan görünür ki, Təqsirləndirilən şəxs FHN-nin X2 Xidmətinin N saylı hərbi hissəsində işləyir (i.v. 216); xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə edilmişdir (i.v. 217); qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 218-219); zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etməsini nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsində göstərilir ki, Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin: 39.1.11-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin məhkəmə qətnaməsini icra etməsi ilə əlaqədar olaraq cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsindəki cinayət işi üzrə icraata xitam verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 40.2, 156.4, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsini vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar