Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-51/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx"-nin nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Kürdəmir rayonu, Şuşun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli şəhəri, Koroğlu küçəsi, ev 14 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası ƏN PXnin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan vurulmuş maddi ziyana görə 4972,00 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməsinə dair İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-48/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il və xx.xx.2022-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 10 gün və 08 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədlərindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək icra sənədində qeyd olunan cəmi 5002,00 manat borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da "xxxx" MMC-yə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində qətnamə çıxarılmşdır, qətnamənin çıxarılmasına səbəb 2013-cü ildə 3 ay ərzində kirayəşin qismində yaşadığı mənzilin altında olan idman zalına su sızması olmuşdur. Həmçinin bildirmişdir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə dəymiş ziyanı ödəməməsinə səbəb xəstə olması və heç yerdə işləməməsidir. Yaşının çox olması ilə əlaqədar onu heç yerə işə qəbul etmirlər. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə olan borcu ilə əlaqədar olaraq Xətai rayon İcra Şöbəsinə 200 manat məbləğində ödənişlər etmişdir. İcra sənədi üzrə borcu tam olaraq birdəfəlik ödəyə bilməmişdir. Onun borcu birdəfəyə ödəməyə maddi imkanı yoxdur, fəhləlik etməklə məşğuldur, daimi iş yeri yoxdur, iş olanda qazancı hər ay üçün təxminən 300-500 manat olur. Həmçinin, yaşadığı binanın yanında ət kəsim yerini təmizləmiş, oranı işlədən Səbuhiyə kömək etmişdir, Səbuhi isə bunun qarşılığında ona kəsilmiş ətin baş və dırnaq hissələrini və ya arabir 5-10 manat çörək pulu vermişdir. Həmin yerdə rəsmi işləməmişdir. Daha sonra qeyd etmişdir ki, yaşadığı mənzildə kirayədə qalır və hər ay kirayə haqqı ödəmişdir. Beləliklə qeyd edilənləri nəzərə alaraq, bildirmişdir ki, əməlindən peşmandır və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə dəymiş ziyanı odəyəcəkdir. Əlavə suala cavab olaraq o qeyd etmişdir ki, istintaq dövründə verdiyi ifadəsini oxumamışdır, onun qabağına ifadəsi qoyulmuş o isə həmin sənədi imzalamışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx"-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2004-cü ildən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ilə hər hansı düşmənçiliyi yoxdur və onun tutulmasında da heç vaxt istəməmişdir. X2 tərəfindən cinayət əməlinin törədilməsi nəticəsində onun da dövlət qarşısında öhdəliyi yaranmışdır. Hadisə baş verən zaman "xxxx" MMC-nin dövlət büdcəsinə 890 manat artıq ödəməsi olmuşdur. Hal-hazırda isə "xxxx" MMC-nin dövlət büdcəsinə 6777 manat, faizlərlə birlikdə isə ümumi olaraq 8241 manat borcu yaranmışdır. O "xxxx" MMC-nin direktoru olduğundan həmin borcu ödəmək də onun öhdəliyidir. Təqsirləndirilən şəxs ilə yaxınlıqda yaşamışdır, onu heç vaxt təhqir etməmişdir. Sadəcə təqsirləndirilən şəxs bu illər ərzində ödəniş etməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Onunla görüşən zaman da, ona məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğunu və orada nəzərdə tutulan ödənişləri əvvəl-axır ödəməli olduğunu demişdir. Təqsirləndirilən şəxs ilk verdiyi izahatında iş qabiliyyətinin olduğunu, məşğulluq idarəsində qeydiyyatda olmadığını və ödənişləri etməkdən imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsində qeyd olunan borcu ödəməkdən yayınmaq məqsədilə maddi imkanının olmadığını və xəstə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsində qeyd olunan məbləğdə borcu 8 ilə yaxın müddətdə hər ay 50 manat ödəsəydi hazırki tarixədək həmin borc ödənmiş olardı. X3 rayonu ərazisində 93 saylı Mənzil Kommunal İstismar Sahəsinin yaxınlığında ət kəsimi yerində işləmişdir və buna görə pul qazamışdır. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə o, həmin ət kəsimi yerinə getmiş və Təqsirləndirilən şəxs orada işləyərkən fotoşəklini telefonuna çəkmişdir. Təqsirləndirlən şəxs ona qarşı dəfələrlə saymazlıq etmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə həm icra dövründə, həm də istintaq zamanı məcburi gətirmə verilmişdir. O Alıyev Məcidə pulun ödənilməli olduğunu dedikdə, o, “ödəmirəm” deyib keçmişdir. Həmin şəxs bu zalda əyləşənlərin hər birinə və mənə qarşı da hörmətsizlik etmişdir. Təqsirləndirilən şəxs hər ay 50 manat məbləğində ödəniş etsə idi, onun hal-hazırda borcu qalmazdı. Bu 09 il ərzində onun tərəfindən ona qarşı edilən hörmətsizlik nəzərə alınmalıdır. Düşünür ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirə biləcək hal mövcud deyildir. O Təqsirləndirilən şəxs oğlu Samirlə görüşdüyü zaman ona bankdan 4000 manat məbləğində kredit götürməsini və bu şəkildə ödənişlər etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs qızı ilə danışdıqda Mecidin onun dostlarının bağında işləyib hər ay 500 manat pul alaraq borcu ödəməsini də təklif etmişdir. Amma bütün bunların qarşılığında aldığı tək cavab Təqsirləndirilən şəxs “ödəməyəcəm” deməsi olmuşdur. Daha sonra təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayət və tələbinin olduğunu nəzərə alaraq, məhkəmədən Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Xətai rayon İcra Şöbəsinin icraatında olan xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 4972 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Xətai rayonu İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya göndərilmişdir. Borcu ödəmədiyi üçün Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsi tərəfindən iki dəfə inzibati həbs olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Bakı Regional Məşğulluq filialına göndərilən sorğuya cavab olaraq borclunun işaxtaran vətəndaş kimi qeydiyyatda olmaması qeyd olunmuşdur. Borcun yönələ biləcəyi hər hansl bir əmlakı yoxdur. İnteqrasiya olunmuş elektron portaldan əldə olunmuş çıxarışa əsasən borcluya məxsus və yönəldilə biləcək daşınmaz əmlak, nəqliyyat vasitələri, pul vəsaitləri, qiymətli kağızlar aşkar olunmamış, həmçinin işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir neçə dəfə xəbərdarlıq edilmişdir. İcra şöbəsinin tələbləri Təqsirləndirilən şəxs tərəfindən icra olunmamışdır. Rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcundan yalnız 200 manat məbləğində ödəniş etməklə məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid4 ifadəsində şahid qismində dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, onun Xətai rayonu, ünvan 2 ünvanında kiçik ət kəsimi yeri vardır. Təqsirləndirilən şəxs o, təxminən 2 ildir ki tanımışıdr. Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, maddi vəziyyəti yaxşı olmadığı üçün ona kəsilmiş heyvanın başını, qarnını və dırnaqlarından versin. O da onun ailə vəziyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs kəsilmiş heyvanların başını, qarnını və ara-bir ət də vermiş, hərdən bir 5-10 manat pul vermiş, Təqsirləndirilən şəxs isə bunun əvəzində ona təşəkkür etmək üçün onun dükanında kəsimdən sonra qalan qalıqları təmizləmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 İnqilab oğlu bildirmişdir ki, Xətai rayonu 93 saylı Mənzil Kommunal İstismar Sahəsində qeyd etdiyi vəzifədə təxminən 12 ildir işləyir. Onun əsas işi ərazidə olan kommunal problemlərin həlli ilə bağlıdır. Təqsirləndirilən şəxs o, ərazidə kirayədə yaşayan bir sakin kimi tanımış, dəqiq nə vaxtdan yadında deyil, bir neçə il olar. Onunla yaxın ünsiyyəti olmamış və hazırda da yoxdur. Təqsirləndirilən şəxs əvvəl onların idarəsinin yanında olan meyvə-tərəvəz pərakəndə satış mağazasını işlətmişdir. Sonra isə, bildiyinə görə, həmin mağazanın sahibi icarə haqqını qaldırdığı üçün oradan çıxmışdır. Bundan sonra isə o, Mecid Əliyevi ət kəsimi yerindən kəsilmiş heyvanın qalıqlarını zibilliyə atan yerdə 1-2 dəfə görmüş, yəni onun ət kəsimi yerində işləyib-işləməməsini bilməmişdir, yalnız onun zibil atdığını görmüşdür. Həmin ət kəsimi yeri onların MKİS-nin ərazisində yerləşir, yəni iş yerlərinin yaxınlığındadır. Həmçinin, Talib Məmmədovu o, əvvəllər tanımamışdır, aralarında heç bir münasibət olmamışdır. 05 oktyabr 2022-ci il tarixdə Talib Məmmədov onların MKİS-nə müraciət etmişdir ki, ona borclu olan Mecid Aliyevin ət kəsimi yerində işləyib-işləməməsi barədə məlumat versin. Talib Məmmədov ona həmçinin Mecid Aliyevin həmin ət kəsimi yerində çəkdiyi fotoşəklini göstərmişdir. Lakin o, əvvəl Təqsirləndirilən şəxs və Talib Məmmədov arasında olan dəymiş zərərlə bağlı məsələni bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 16 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 01); İmişli Rayon Məhkəməsinin 2(036)-48/2014 saylı 14 avqust 2014-cü il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 4972 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir (i.v. 8-10); icraata başlamaq haqqında 01 avqust 2017-ci il tarixli qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-48/2014 saylı 14 avqust 2014-cü il tarixli icra vərəqəsi üzrə həmin tarixdə icraata başlanmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir (i.v. 11-12); yaşayış yerinə baxış keçirilməsi haqqında 11 oktyabr 2017-ci il tarixli aktdan görünür ki, icra sənədində borclunun yaşadığı yer kimi qeyd olunmuş ünvan 3 ünvanına tərəflərindən baxış keçirilmiş, lakin borclu Təqsirləndirilən şəxs həmin ünvanda yaşamadığı müəyyən olunmuş və bu səbəblə icranı təmin etmək mümkün olmamışdır (i.v. 15); Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Şahid3 tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-48/2014 saylı 14 avqust 2014-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 4972 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Lakin borclu Təqsirləndirilən şəxs uzun müddət 5002 manat olan borcundan ödəniş etmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir (i.v. 17-18); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1370/2017 saylı xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir (i.v. 19-20); cinayət məsuliyyəti haqqında xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-48/2014 saylı 14 avqust 2014-cü il tarixli icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmiş və borclu tərəfindən bildiriş imza edilməklə qəbul olunmuşdur (i.v. 21); cinayət məsuliyyəti haqqında xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-48/2014 saylı 14 avqust 2014-cü il tarixli icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmiş və borclu tərəfindən bildiriş imza edilməklə qəbul olunmuşdur (i.v. 23); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai Rayon Məşğulluq Mərkəzinin 30 aprel 2018-ci il tarixli 2205 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs kompyuter bazasının məlumatına əsasən mərkəzdə işaxtaran vətəndaş kimi qeydiyyata alınmamışdır (i.v. 24); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-735/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, icra sənədi üzrə olan tələb icra edilənədək borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır (i.v. 26-27); Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Şahid3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-48/2014 saylı 14 avqust 2014-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 4972 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Lakin borclu Təqsirləndirilən şəxs uzun müddət borcundan ödəniş etmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir (i.v. 28-29); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1437/2022 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir (i.v. 30-32); cinayət məsuliyyəti haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-48/2014 saylı 14 avqust 2014-cü il tarixli icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmiş və borclu tərəfindən bildiriş imza edilməklə qəbul olunmuşdur (i.v. 33); cinayət məsuliyyəti haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-48/2014 saylı 14 avqust 2014-cü il tarixli icra vərəqəsi üzrə tələbin 05 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmiş və borclu tərəfindən bildiriş imza edilməklə qəbul olunmuşdur (i.v. 34); Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 93 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 37); cinayət məsuliyyəti haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-48/2014 saylı 14 avqust 2014-cü il tarixli icra vərəqəsi üzrə tələbin 05 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmiş və borclu tərəfindən bildiriş imza edilməklə qəbul olunmuşdur (i.v. 38); Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Şahid3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş və mənzildə tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir (i.v. 40); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, Nümayəndə zərərçəkmiş hüquqi şəxs "xxxx"-nin nümayəndəsi qismində tanınmışdır (i.v. 59); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 80); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 88-89); ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan olunması və tutularaq Yasamal RPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır (i.v. 90); icraata başlamaq haqqında 19 yanvar 2015-ci il tarixli qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-48/2014 saylı 14 avqust 2014-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmış və tələbin 10 gün müddətində könüllü icrası borcluya təklif olunmuşdur, əks təqdirdə borcludan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən tələbin 7%-i həcmində icra ödənişin, eləcə də 79-cu maddəyə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə ağlı xərclərin tutulacağı, həmçinin əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədilə əmlakının siyahıya alınacağı və əmlakın üzərinə həbs qoyulacağı Təqsirləndirilən şəxs bildirilmişdir (i.v. 108); axtarışda olan şəxsin tutulması haqqında 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:00 radələrində tutulmuşdur (i.v. 128); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 25 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar ifadəsi həmin tarixdə saat 14:10-da alınmışdır (i.v. 144-146); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 147); sübutların qiymətləndirilməsi haqqında 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri sübut növü kimi qiymətləndirilmişlər (i.v. 169-173); "xxxx" ASC-nin 2343 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin hesabına 50 manat məbləğində ödəniş edilmişdir; "xxxx" ASC-nin 31418 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin hesabına 50 manat məbləğində ödəniş edilmişdir; "xxxx" ASC-nin 31418 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin hesabına 50 manat məbləğində ödəniş edilmişdir; "xxxx" ASC-nin 31446 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin hesabına 50 manat məbləğində ödəniş edilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xx/xx- 2963/14 nömrəli arayışdan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-48/2014 saylı 14 avqust 2014-cü il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən cəmi 200 manat məbləğində pul Xətai rayon İcra Şöbəsinin 142330 nömrəli depozit hesabına köçürülmüşdür; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-51/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 24 sentyabr 2022-ci il tarixdən 25 sentyabr 2022-ci il tarixədək və 24 fevral 2023-cü il tarixdən 13 mart 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin 142330 nömrəli depozit hesabına köçürülmüş 200 (iki yüz) manat pul vəsaiti cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx"-nin xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdən 25 sentyabr 2022-ci il tarixədək və 24 fevral 2023-cü il tarixdən 13 mart 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 19 (on doqquz) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin 142330 nömrəli depozit hesabına köçürülmüş 200 (iki yüz) manat pul vəsaiti cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx"-nin xeyrinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-51/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-51/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver