Məhkəmə qərarları › İş №1(011)-51/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-51/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-51/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Mirzəyev və Partnyorları vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-44/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-543/23 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda siqaretin qızılı kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,399 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 03 iyun 2023-cü il tarixdə saat 01:00-da ünvan 3 ünvanının yaxınlığında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək inzibati binada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd Winston markalı siqaret qutusunun içərisindəki siqaretin qızılı kağız bükümündə təmiz çəkisi 0,399 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Lakin, məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 02 iyun 2023-cü il tarixdə, saat təxminən 22:45 radələrində ünvan 7 ünvanının yaxınlığında yerləşən “Leyla Şıxlinskaya” xəstəxanasının arxa tərəfində yaşadığı ünvan 1 ünvanı istiqamətində gedərkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq siqaret istəmiş, həmin vaxt digər iki nəfər şəxs isə onu tutmuşdur. Onlar özlərini təqdim etmədiyindən həmin şəxslərin kim olmasını bilməmişdir. Həmin şəxslər onu dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “Xəzər” markalı avtomobilə mindirmişlər, avtomobilə əyləşdikdən sonra onun yanında əyləşən iki nəfər üzərinə tərəfindən üzərinə baxış keçirilmiş, lakin heç bir narkotik vasitə tapmamışdırlar. Bundan sonra onlardan biri onun narkotik vasitəni saxlanıldığı zaman tulladığını, həmin yerə baxış keçirtməli olduqlarını demiş, bundan sonra onlar avtomobildən enərək tutulduğu yerə doğru getmişlər, bu zaman o, əllərindən çıxaraq yaşadığı ünvana doğru qaçmışdır. Onun saxlanıldığı yerdən yaşadığı mənzilə beş yüz metr məsafə olduğundan o on dəqiqə sonra yaşadığı binanın qarşısına çatmış və həmin binanın zirzəmisinə düşmüşdür. Bundan beşon dəqiqə sonra həmin şəxslər oraya gələrək onu yenidən tutub avtomobilə mindirmişlər, səs-küyü eşidərək həyətə çıxan qonuşları və anası Rima Məmmədova da bu hadisəyə şahid olmuşlar. Daha sonra o Xətai Rayon Polis İdarəsinə aparılaraq təxminən bir saat ərzində orada saxlanılmış, həmin vaxt ərzində polis əməkdaşları onun biləklərində iz qalmaması üçün ilk olaraq kağız qoyaraq üzərindən “qandal” taxmışlar, bundan sonra əynindəki şalvarı soyunduraraq onu tavandan asmışlar. Həmin vaxt ona qarşı psixi təziq göstərib qorxudaraq bir ədəd balaca, bir ədəd isə böyük bir büküm göstərərək ikisindən birini götürməli olduğunu deyib, cibinə bir ədəd bükümdə olan narkotik vasitə qoyaraq həmin narkotik vasitənin ona məxsus olması ilə bağlı sənədlərə imza etmədiyi təqdirdə daha ağır cinayətdə ittiham olunacağını bildirmişlər. Bir müddət sonra növbətçi hissənin əməkdaşı gələrək onun adını soruşmuş, Təqsirləndirilən şəxs olduğunu dedikdə həmin şəxs digər polis əməkdaşlarına onun “102” xidmətindən axtarıldığını bildirmişlər. Bundan sonra polis əməkdaşları onu tələsik vəziyyətdə geyindirərək 37-ci polis şöbəsinə aparmışlar, ona qarşı təziq olduğundan məhkəmənin ədalətinə güvənib məcburiyyət qarşısında qalaraq tutulduğu vaxt üzərində heç bir narkotik maddə olmasına baxmayaraq onların təklifi ilə razılaşmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmiş, çəkiliş zamanı 37-ci polis şöbəsinə aparılmamışdan əvvəl, Xətai Rayon Polis İdarəsində polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuş bir ədəd narkotik vasitə olan bükümü çıxararaq təqdim etmişdir. Qeyd etdiyi hadisələr saat 23:00-dan 02:00-dək olan müddət ərzində baş vermişdir. Məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edildiyindən saxlanılarkən ayağında elektron nəzarət vasitəsi olmuşdur. Cinayət işinin materiallarında onun gecə saat 01:00-da tutulduğu qeyd edilsə də, o hazırda cəza çəkdiyindən altı aydır ki, hər gün saat 23:00-dan 07:00-a dək evdə olmuş, heç vaxt pozuntu etməmiş, polis əməkdaşları tərəfindən saat 01:00-da deyil, saat 22:45 radələrində saxlanılmışdır, bununla bağlı Bakı şəhər Probasiya Xidmətinə müraciət edilsə qeyd etdikləri həmin orqanın cavabına əsasən öz təsdiqini tapar. Əlavə olaraq özünü qismən təqsirli bilməsinə səbəb narkotik vasitələrdən istifadə etməsinin olduğunu, saxlanıldığı zaman isə üzərində narkotik vasitə olmadığından hazırki ittiham üzrə özünü təqsirli bilmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Sonuncu məhkəmə hökmü üzrə təyin edilmiş cəzanı çəkdiyindən ağayında elektron nəzarət vasitəsi olmuş, qaydalara əsasən 23:00-da evdə olmalı olduğundan 02 iyun 2023-cü il tarixdə Ruslan gəlmədiyindən narahat olaraq həyətdə olub-olmamasına baxmaq üçün çıxmış, həmin vaxt üzərində taksi işarəsi olan dövlət qeydiyyat nişanını görmədiyi ağ rəngli bir avtomobilin keçdiyini və Ruslanında həmin avtomobildə olduğunu, ona ana deyə qışqırmasını görmüşdür. Həmin avtomobilə dayanmasını qışqırsa da, avtomobil hərəkətə davam edərək çıxıb getmişdir. O, 37-ci polis şöbəsinə getmiş, saar 23:00 radələrində artıq orada olmuşdur, polis şöbəsində ona Ruslanın tutulmadığını dediklərindən o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və 102 xidmətindən ona ilk öncə Ruslanın tutulmadığını bildirmişlər. Daha sonra 102 xidmətinə dəfələrlə zəng etdikdən sonra ona Ruslanın 37-ci polis şöbəsinə aparıldığını bildirmişlər. Dəqiq xatırlamasa da, təxminən üç saat sonra Ruslan avtomobildə gördüyü şəxslər tərəfindən 37-ci polis şöbəsinə gətirilmişdir. O, həmin şəxslərin anket məlumatlarını bilmir. Ruslan tutularkən elektron nəzarət vasitəsi onun ayağında olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs və Rima xanım onun qonşularıdır. 02 iyun 2023-cü il tarixdə 22:30 radələrində həyətdə gəzərkən Rima Məmmədovanın qaçdığını görüb nəyinsə baş verdiyini düşünərək onun dalınca qaçmış, həmin vaxt binalarının altındakı zirzəmidən Ruslnanın tanımadığı şəxslər tərəfindən çıxarılaraq dövlət qeydiyyat nişanını görmədiyi ağ rəngli avtomobilə otuzdurulduğunu görmüş, sonuncu ana deyə qışqırmış, həmin avtomobil isə hərəkət edərək oradan uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, hadisənin üzərindən uzun müddət keçdiyindən dəqiq xatırlamasa da, təxminən iyul ayında saat 00:00-03:00 aralığında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsində yerləşən Neftçilər Xəstəxanasının arxa tərəfində onlar tərəfindən saxlanılaraq 37-ci polis şöbəsinə aparılmış, orada müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Ruslanın üzərinə baxış keçirilərkən üzərindən qızılı siqaret kağızına bükülmüş narkotik vasitə aşkar edilmişdir. Saxlanlarkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Sonuncu saxlanıldığı gün bir neçə nəfərdə başqa şübhəli şəxslər onun tərəfindən saxlanılmış, həmçinin hadisənin üzərindən çox vaxt keçmişdir, bu səbəbdən hadisəni tam dəqiq xatırlamır və ifadəsində səhvlər ola bilər. Təqsirləndirilən şəxs üzərində elektron nəzarət vasitəsinin olmasını xatırlayır, Ruslan saxlanıldıqdan sonra 37-ci polis şöbəsinə aparılıb, lakin Probasiya Xidmətindən Ruslanın Xətai Rayon Polis İdarəsində olmasına dair verilmiş məlumata həmin günü tam xatırlamadığı üçün izah verə bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, 03 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi və satışı barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı rəhbərliyə məruzə etdikdən sonra digər əməliyyat müvəkkili Şahid2la birlikdə Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsinə getmişlər. Həmin yerdə bir qədər gözlədikdən sonra saat 01:00 radələrində xarici görünüşünə görə əməliyyat məlumatında adı çəkilən Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsin gəldiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Ruslanı üzərində narkotik vasitə daşıması ilə bağlı şübhə olduğuna görə 37-ci polis şöbəsinə dəvət etmişlər. Bu təklifdən sonra Ruslan onlarla könüllü olaraq 37-ci polis şöbəsinə getmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, həmin vaxt Ruslanın əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Winston” markalı siqaretin kağızına bükülmüş bir ədəd narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə saat 01:00-da Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsinə onlar tərəfindən saxlanıldıqdan sonra 37-ci polis şöbəsinə aparılmış, həmin vaxt onun ayağında elektron nəzarət vasitəsi olmuşdur, Probasiya Xidmətindən Ruslanın saat 23:48-də Xətai Rayon Polis İdarəsində olmasına dair verilmiş məlumata izah verə bilmir, Təqsirləndirilən şəxs onlar tərəfindən Xətai Rayon Polis İdarəsinə aparılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i.v. 26); şəxsi axtarış və götürmə aparılması haqqında 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Kamran Əhmədov tərəfindən, Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Xətai RPİnin KTQ-nun inspektoru kriminalist, polis baş leytenantı X2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakları ilə Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında “Panasonic” markalı videokamera vasitəsilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən üzərində “attenti” yazılmış qara rəngli nəzarət cihazı, sağ yan cibindən 01 ədəd “Winston” markalı siqaret qutusunun içərisindəki siqaretin qızılı kağızına bükülmüş bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükülünün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan “heroin” olmasını bildirmişdir. Həmin qızılı rəngli kağız açıldıqda, içərisində qəhvəyi rəngli toz halında spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkiləri çəklmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,57 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və harada alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin gün Yasamal rayonu, Sovetski deyilən ərazidən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 (on) manata almış və özü istifadə etmək üçün 01 büküm edərək üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi qeyd edilmişdir (İ cild i.v. 36-37); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 may 2023-cü il tarixli 6/3144 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində üzərində AR DİN “Zərflər üçün № 153” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,399 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir (İ cild i.v. 48-51); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilmiş barədə 04 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə RPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild i.v. 79-80); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild i.v. 94-95); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəzasının olmamasını, daimi yaşayış ünvanının olmasını nəzərə almaqla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild i.v. 125-126); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5490 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild i.v. 130-131); sübutların qiymətləndirilməsi haqqında 03 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,399 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,349 qram olan narkotik vasitə heroin məhkəmənin hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Xətai RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair video görüntü əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (İ cild i.v. 133-138); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, məhkəmənin icraatında olan cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qərimkan tədbiri ilə əvəz edilmiş və tutularaq dərhal həbs edilməsi, həbs etmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır (İ cild i.v. 174-175); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 26 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İ cild i.v. 178); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Xətai Rayon Məhkəməsinin 1(011)- 44/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə icraata götürülərək xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduğundan ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının həmin günədək 06 (altı) ay 04 (dörd) gününü çəkmiş, çəkilməmiş hissəsi 02 (iki) il 26 (iyirmi altı) gün təşkil edir. diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı diskdəki görüntüdə 03 iyun 2023-cü il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında təhqiqatçı polis kapitanı Kamran Əhmədov xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X10, Xətai RPİ-nin 37-ci PŞ-nin CA baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Winston” markalı siqaret qutusunun içərisindəki siqaretin qızılı kağızına bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Sorğusual zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni həmin gün Bakı şəhəri, Yasamal rayonu, Sovetski deyilən ərazidən üzdən tanıdığı lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 (on) manata aldığını öz istifadəsi üçün üzərində saxladığını bildirir, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılır, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanır (İ cild i.v. 77); məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 1(011)-44/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu, F.Bayramov küçəsi, ev 18, mənzil 23 ünvanını xx.xx.2023-cü il tarixdə, saat 23:04-də tərk edərək Xocalı prospekti ilə hərəkət etmiş, saat 23:11-də Xətai rayonu, Həsən Salmani küçəsinə daxil olmuşdur. Daha sonra Xocalı və 8 Noyabr prospekti ilə hərəkət edərək saat 23:48-də Xətai Rayon Polis İdarəsinin ərazisinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs saat 00:52-də oranı tərk edərək yenidən 8 noyabr prospekti ilə hərəkət edərək saat 01:01-də Xətai rayonu 37-ci Polis Şöbəsinin ərazisinə daxil olaraq günün sonunadək həmin ünvanda olmuşdur. Məhkum Təqsirləndirilən şəxs hərəkət trayektoriyasına dair elektron monitorinq sistemindən çıxarışlar məktuba əlavə edilərək məhkəməyə göndərilmişdir (İİ cild i.v. 4); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 Xidmətinə 01 dekabr 2023-cü il tarixdə ünvanlanmış Təqsirləndirilən şəxs anası Şahid4 02 iyun 2023-cü il tarixdən 03 iyun 2023-cü il tarixədək olan müddət ərzində “102” xidməti-zəng mərkəzinə müraciət edibetməməsi, etdiyi halda müraciətinin mahiyyəti, həmçinin müraciətinin sayı və saatı barədə ətraflı məlumat verilməsi barədə sorğuya verilmiş cavabdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş Şahid4 Muxamedqarayevnnın “102” Xidmətinə müraciəti daxil olmamışdır (İİ cild i.v. 26); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-51/2024 saylı qərarından görünür ki, xx.xx.2023-cü il, saat 22:00-dan xx.xx.2023-cü il saat 03:00-dək tarixədək Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrin anten dairələri barədə məlumatların məhkəməyə təqdim edilməsi "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır; 15 fevral 2024-cü il tarixli qərarda göstərilmiş məlumatlara dair "xxxx" MMC tərəfindən verilmiş cavabdan görünür ki, ***-***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** saylı mobil nömrələr sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-51/2024 saylı qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:00-dan xx.xx.2023-cü il saat 02:00dək Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərin siyahısı (aparılmış giriş və çıxış danışıqları) barədə məlumatların məhkəməyə təqdim edilməsi "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır (İİ cild i.v. 44-45); 15 fevral 2024-cü il tarixli qərarda göstərilmiş məlumatlara dair "xxxx" MMC tərəfindən verilmiş müştəri zənglərinin detallaşması çıxarışından görünür ki, Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə, saat 00:00-da 242 saniyə və həmin tarixdə saat 00:53-də 50 saniyə müddətində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 Xidmətinə 15 aprel 2024-cü il tarixdə və təkrarən 15 fevral 2024-cü il tarixdə ünvanlanmış məhkəmənin 01 dekabr 2023-cü il tarixli sorğusuna 23 dekabr 2023-cü il tarixli məktubla verilmiş cavabdakı qeyd edilən məlumatlarla "xxxx" MMC-ə ünvanlanmış sorğuya gələn cavabdakı məlumatlar arasındakı ziddiyyətin aradan qaldırılmsı üçün "xxxx" MMC-dən məhkəməyə göndərilmiş məlumatlar kağız daşıyıcı üzərində göndərilməklə göstərilən məsələnin yenidən araşdırılması və məhkəməyə məlumat verilməsi barədə sorğuya verilmiş cavabdan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən 2023cü ilin iyun ayı üzrə məlumatların araşdırılması mümkün olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham şəxsi axtarış və götürmə aparılması haqqında protokola, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə saat 01:00-da Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 7 ünvanında saxlanılaraq Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin, əlavə şahid qismində dindirilmiş Şahid3 və Təqsirləndirilən şəxs anası Şahid4 ifadələri ilə yanaşı Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsi və "xxxx" MMC tərəfindən məhkəməyə göndərilmiş məlumatlarla həmin xüsusat öz təsdiqini tapmamışdır. Həmçinin cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai RPİ-nin 37ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Kamran Əhmədovun tərəfindən tərtib olunmuş şübhəli şəxsin tutulması haqqında 03 iyun 2023-cü il tarixli protokolda isə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 01:00-da tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa saat 01:45-də başlanmış və şəxsi axtarış saat 01:53-də qurtarmışdır. Halbuki, "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktublarından aydın olur ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs anası Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsində xx.xx.2023-cü il tarixdə, saat 00:00-da 242 saniyə və həmin tarixdə saat 00:53-də 50 saniyə müddətində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs anası Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində 02 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində yaşadığı ünvanın həyətində tanımadığı şəxslər tərəfindən oğlu Təqsirləndirilən şəxs avtomobillə aparıldığını gördüyündən 37-ci polis şöbəsinə getdiyini, saat 23:00 radələrində artıq orada olduğunu, polis şöbəsində ona Ruslanın tutulmadığını dediklərindən o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini və 102 xidmətindən ona ilk öncə Ruslanın tutulmadığını, daha sonra isə 102 xidmətinə dəfələrlə zəng etdikdən sonra ona Ruslanın 37-ci polis şöbəsinə aparıldığını bildirdiklərini qeyd etmişdir. Qeyd edilən hal məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs tərəfindən təsdiqlənmişdir. Bundan əlavə, şübhəli şəxsin tutulması haqqında protokolda şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:00-da Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin inzibati binasında tutulması göstərilsə də, əldə edilmiş hərəkət trayektoriyasına dair elektron monitorinq sistemindən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu, F.Bayramov küçəsi, ev 18, mənzil 23 ünvanını xx.xx.2023-cü il tarixdə, saat 23:04-də tərk edərək Xocalı prospekti ilə hərəkət etmiş, saat 23:11-də Xətai rayonu, Həsən Salmani küçəsinə daxil olmuşdur. Daha sonra Xocalı və 8 Noyabr prospekti ilə hərəkət edərək saat 23:48-də Xətai Rayon Polis İdarəsinin ərazisinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs saat 00:52-də oranı tərk edərək yenidən 8 noyabr prospekti ilə hərəkət edərək saat 01:01-də Xətai rayonu 37-ci Polis Şöbəsinin ərazisinə daxil olaraq günün sonunadək həmin ünvanda olmuşdur. Qeyd edilən xüsusatlara şahid qismində dindirilmiş polis əməkdaşlarının aydınlıq gətirə bilməmələri və Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsi və "xxxx" MMC tərəfindən məhkəməyə göndərilmiş məlumatlar Təqsirləndirilən şəxs və şahidlər Şahid4, Şahid3 ifadələrində göstərilən xüsusatların doğruluğunu təsdiq edir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 11-12 aralığında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmasına və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə aparılmasına baxmayaraq, onun üzərində şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkəti Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsində saat 01:45-də, yəni şübhəli şəxsin tutulmasından xeyli müddət keçdikdən sonra başlanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs anası Şahid4 istifadəsində olan ***-***- **-** saylı nömrədən oğlu Təqsirləndirilən şəxs tutulmadığı təqdirdə xx.xx.2023-cü il tarixdə, saat 00:00-da və həmin tarixdə 00:53-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edilməsi heç bir məntiqə sığmır və həmçinin Daxili İşlər Nazirliyinin X3 xidmətinin məhkəmənin təqsirləndirilən şəxsin anasının həmin xidmətə zəng edibetməməsi ilə bağlı sorğusuna fərqli cavablar verməsi məhkəməni həmin hissədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsinin doğruluğuna əmin edir. İş materialları ilə sübuta yetirilir ki, Təqsirləndirilən şəxs faktiki olaraq xx.xx.2023-cü il tarixdə tutlmuşdur, lakin iş materiallarında olan raportdan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən bölmə rəhbərliyinə Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupunun yaradılması barədə xx.xx.2023-cü il tarixdə müraciət edilmiş və bunda sonra müvafiq əmr, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar, əməliyyat qrupunun yaradılması haqqında protokol həmin tarixdə tərtib edilmişdir. (İ cild i.v. 6-10); Odur ki, sözügedən faktlarla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında bir neçə saatdan çox vaxtın keçməsi və şübhəli şəxs qismində tutulan zaman üzərində dərhal narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyanın olub-olmaması halının yoxlanılmaması həmin sübutun onun cibində olması ilə bağlı əsaslı şübhələr yaradır, çünki həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Lahıcovun işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından biri olan “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 saylı Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə deyil, bir neçə saat sonra polis şöbəsində xidməti otaqda keçirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamışdır və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirini etiraf etməsi ilə bağlı verdiyi ifadə onun təqsirini boynuna alması ilə bağlı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinin və CPMin 90.9 və 91.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, şübhəli və ya təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə ifadə verməmək, yaxud digər şəxslərin hüquqlarını pozmadan qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir. Məhkəmə, ibtidai araşdırma orqanının digər sübutlarını, yəni Şahid2 və Şahid1 ifadələrini mötəbər sübut kimi qəbul etməyərək qeyd edir ki, həmin ifadələr ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə verilmişdir. Həmçinin, adı çəkilən şahidlərin ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq edilmiş və iş materiallarında olan digər sübutlarla tam təkzib olunur. Yəni, həmin ifadələr işə aid digər sübutlara uyğun gəlmədiyindən mötəbər hesab oluna bilməz və bu səbəbdən də ittihamın əsasını da təşkil edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi qeyd edilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini qeyd etməklə yanaşı, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni məruz qaldığı təzyiq altında verdiyini bildirmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X9 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməllərinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı sübuta yetmədiyindən, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman narkotik vasitə olan heroinin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.349 qram narkotik vasitə - heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut – narkotik vasitənin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0.349 qram narkotik vasitə - heroin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Xətai RPİ-nin saxlanc otağında saxlanılmalıdır. İş üzrə maddi sübut - 01 ədəd “DVD” və 01 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalından azad edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, lakin qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallardan narkotik vasitəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Xətai Rayon Prokurorluğuna göndərilsin və cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq 0.349 qram çəkisi olan “heroin” araşdırma sona çatanadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına saxlanılsın. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut 01 ədəd “DVD” və 01 ədəd “CD” formatlı disklər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar