Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-512/2024 24.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 yanvar 2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Nobel” hotelə müştəri qismində gəlib orada gecələdikdən sonra 22 yanvar 2024-cü il tarixdə saat 07:53-də hotelin qeydiyyat şöbəsində işləyən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə hotelin qaydalarına əsasən 12 saatlıq müddətin keçməsi ilə bağlı otağı boşaltma vaxtının bitməsini bildirib oranı tərk etməsini tələb etdikdə hotelin qeydiyyat şöbəsinə düşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruqla vurub zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin Zərərçəkmiş şəxs burun sümüyünün açıq yerdəyişmiş sınığı, hər iki burun dəliyi vasitəsilə tənəffüs pozulması, hər iki gözaltı nahiyənin dərialtı hematomaları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 08-də tanışı “Tamilla” adlı qızla ünvan 2 ünvanda yerləşən “Nobel” hotelə getmiş və hotelin qeydiyyat şöbəsinə 45 manat pul ödəyərək iki nəfərlik otaq götürmüşdür. Həmin gün hoteldə gecələmiş və növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə saat 07:50 radələrində otaqdakı telefona zəng gəlmişdir. O, telefona cavab verdikdə qeydiyyat şöbəsində işləyən şəxs Elvin otaq üçün ayrılmış 12 saatlıq müddətin bitdiyini və otağı tərk etməli olduğunu ona bildirmişdir. O, Elvinə demişdir ki, “hazırda saat çox erkəndir və o, otağı tərk edə bilməyəcək”. Həmçinin Elvinə demişdir ki, “lazım olarsa əlavə olaraq ödəniş edə bilər, amma otağı hazırda tərk edə bilməyəcək”. Bu zaman Elvin ona kobud şəkildə otağı tərk etməyini bildirmiş və aralarında mübahisə yaranmışdır, Elvin ona nalayiq söz demişdir. O, Elvinə bir qədər səbrli olmasını özünün aşağı düşüb yaxınlaşacığını deyib telefon danışığını bitirmişdir. Bundan sonra otaqdan çıxıb hotelin qeydiyyat şöbəsinə getmiş və Elvinə yaxınlaşıb bir qədər əvvəl telefonda ona nə dediyini soruşmuşdur. Həmin vaxt Elvin kobud şəkildə demişdir ki, “mən düz deyirəm, hotelin qaydası budur”. Elvin üzərinə gəldikdə o, birinci dəfə Elvini əli ilə itələmişdir. Həmin vaxt Elvin yenidən ona doğru gəldikdə o, Elvini çiyin nahiyəsindən yenidən itələmişdir. Həmin vaxt oteldə olan şəxslər onları aralamışlar. Həmin vaxt Elvin onun üzərinə davamlı olaraq gəlmiş və onlar hotelin “foye” adlanan giriş hissəsinə doğru keçmişlər və o, Elvini özündən uzaq tutmaq üçün geriyə çəkildikdə, Elvin yıxılmış və xəsarət almışdır. Sonra mübahisə sona çatmışdır. Polis əməkdaşları hotelə gəlib onu polis şöbəsinə dəvət etmişlər və şöbədə izahat verib hadisəni polislərə bildirmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisə baş vermiş otel yaşadığı evin yaxınlığında yerləşdiyi üçün istirahət məqsədilə tez-tez oraya getmişdir. Elvin də orada qeydiyyatçı kimi çalışdığından ou orada görmüşdür. O, dəfələrlə həmin otelə axşam saat 20:00 radələrində getmiş və səhər saat 10 radələrində də çıxıb getmişdir, lakin bu vaxta qədər heç kim ona zəng vurub vaxt dolduğu üçün otağı tərk etməsini tələb etməmişdir. Onu yığsalar belə o, demişdir ki, əlavə ödəniş edəcəkdir. Elvin ona yığıb söyüş söydüyü üçün o, aşağı enmişdir. Aralarında yaranmış mübahisə zamanı Elvin onun üzərinə gəldiyindən iki dəfə onu itələmişdir. Daha sonra aralarında yaranmış mübahisə davadalaşa çevrildiyindən onlar qarşılıqlı bir-birilərinə vurmuşlar. Lakin o, onun burnunu sındırmamışdır və həmin vaxt onun niyyəti xuliqanlıq etmək olmamışdır, belə ki, hadisə vaxtı Elvin ayağı ilişib yıxılmış və nəticədə burnu kafelə dəyərək qırılmışdır. Mübahisə baş verən zaman ətrafda həmin hotelin işçiləri də olmuş və onları aralamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən “Nobel” hoteldə qeydiyyat şöbəsində hotelə gələn müştərilərin qeydiyyata alınması, şifarişlərin qəbulu, eyni zamanda hoteldə olan müşlərilərin giriş-çıxış vaxtına dair məlumatlandırılmasını həyata keçirir. xx.xx.2024cü il tarixdə işdə olduğu zaman hoteldə müştəri qismində gecələyən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08-də giriş etməsini və bu səbəbdən də 12 saatlıq hotelin otağında qalma müddətinin başa çatmasını müəyyən etmişdir. Səidin qaldığı otağa hotelin daxili xidmət telefonu vasitəsi ilə zəng etmiş və Səidə otaqda qalma müddətinin başa çatdığını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs telefonda kobud şəkildə danışıb otağı tərk etməyəcəyini demişdir. O, təkrar Təqsirləndirilən şəxs otağı tərk etməli olduğunu, hotelin qaydalarının bu cür olduğunu dedikdə Səid yenidən kobud cavab verib qeydiyyat şöbəsinə yaxınlaşacağını deyərək telefon danışığını bitirmişdir. Telefon danışığı bitdikdən bir neçə dəqiqə sonra Səid qeydiyyat şöbəsinə yaxınlaşmışdır. Səid hotelin qeydiyyat şöbəsinə yaxınlaşıb ona “sən idin bayaq mənimlə telefonda danışan?” deyərək üzərinə gəlib onu bir neçə dəfə yumruqla vurmuşdur. Bu zaman orada olan digər işçilər və müştərilər onları aralamış və hadisə bitmişdir. Hadisə təxminən 10 dəqiqə ərzində davam etmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım gəlmiş və onu xəstəxanaya aparmışlar. Əvvəllər Təqsirləndirilən şəxsla heç bir tanışlığı, düşmənçiliyi və ədavəti olmamışdır. Sadəcə olaraq Səid bir neçə dəfə müştəri qismində o işlədiyi otelə gəlmişdir. Bundan əlavə o qeyd etmişdir ki, Vətən Müharibəsi iştirakçısıdır. Həmçinin o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayətinin olmadığını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Nobel” hoteldə satış menecerinin köməkçisi olaraq işləyir. Zərərçəkmiş şəxs iş yoldaşı olaraq tanıyır. Elvin hotelin qeydiyyat şöbəsinə gələn müştərilərin şəxsiyyətinə dair sənədləri yoxlayır və onlara otaq nömrələri verir. İş saatı saat 20-dən növbəti gün səhər saat 08-ə qədərdir. Elvinin iş saatı da onunla eyni vaxtda olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saat 07:53 radələrində hoteldə iş saatının bitməsi ilə bağlı üzərini dəyişən zaman hotelin girişində səs-küy olmasını eşitmişdir. Həmin vaxt hotelin giriş hissəsinə çıxmış və müştəri qismində hoteldə gecələyən “Səid” adlı şəxsin Elvinlə mübahisə etməsini görmüşdür. Həmin vaxt oraya toplanmış digər işçilərlə birlikdə onları ayırmışlar. Həmin vaxt görmüşdür ki, Elvinin burnu əzilmiş şəkildə sınıb. Dərhal təcili tibbi yardıma müraciət etmiş və Elvini xəstəxanaya yola salmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün Xətai RPİnin İŞ-nə göndərilmişdir (i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 24 yanvar 2024-cü il tarixli, 87 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün açıq yerdəyişmiş sınığı, hər iki burun dəliyi vasitəsilə tənəffüs pozulması, hər iki gözaltı nahiyənin dərialtı hematomaları müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pouzlmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 17-18); cinayət işinin icraata qəbul edilməsi haqqında 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 25); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 27-28); “CD-R” diskə baxış keçirilməsi haqqında 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən diskə baxış keçirdikdə içərisində 01 ədəd videofayl olması aşkar edilmişdir. Həmin fayl açıldıqda müəyyən edilmişdir ki, 22 yanvar 2024-cü il tarixdə saat 07:53-də ünvan 2 ünvanda yerləşən “Nobel” hotelin qeydiyyat şöbəsinin ümumi görüntüsü vardır. Həmin vaxt bir nəfər şəxs qeydiyyat şöbəsində olan şəxsə yaxınlaşıb narazı formada əli ilə hərəkətlər edərək mübahisə yaradır. Onlar bir-birinə yaxınlaşanda qeydiyyat şöbəsinə gələn şəxs əli ilə yumruq zərbəsi atır, lakin onları aralayırlar. Bu zaman həmin şəxs anidən ikinci dəfə qeydiyyat şöbəsində dayanmış şəxsə yaxınlaşıb onun üz nahiyəsinə bir dəfə yumruqla sərt şəkildə zərbə vurur. Bundan sonra mübahisə davam edir və onlar hotelin giriş hissəsinə doğru çıxırlar. Hoteldə olan digər şəxslər mübahisə edən hər iki şəxsi aralayırlar. Baxışda iştirak edən Zərərçəkmiş şəxs video görüntüdəki qeydiyyat şöbəsində dayanan şəxsin özü olduğunu, sonradan oraya yaxınlaşıb mübahisə yaradan və yumruq zərbəsi ilə üz nahiyəsinə vuran şəxsin isə Təqsirləndirilən şəxs olduğunu, üz nahiyəsinə bir dəfə yumruqla vurması nəticəsində burun nahiyəsində sınıq xəsarəti olmasını bildirmişdir (i.v. 47); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq gəlirindən 15% məbləğində dövlət büdcəsinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur (i.v. 51-52); axtarışda olan şəxsin tutulması haqqında 18 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00 radələrində CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 66); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 18 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir (i.v. 71); şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 20 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 74-75); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 89-90); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.104-106); “CD-R” diskə baxış keçirilməsi haqqında 20 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən diskə baxış keçirdikdə içərisində 01 ədəd videofayl olması aşkar edilmişdir. Həmin fayl açıldıqda müəyyən edilmişdir ki, 22 yanvar 2024-cü il tarixdə saat 07:53-də ünvan 2 ünvanda yerləşən “Nobel” hotelin qeydiyyat şöbəsinin ümumi görüntüsü vardır. Həmin vaxt bir nəfər şəxs qeydiyyat şöbəsində olan şəxsə yaxınlaşıb narazı formada əli ilə hərəkətlər edərək mübahisə yaradır. Onlar bir birinə yaxınlaşanda qeydiyyat şöbəsinə gələn şəxs əli ilə yumruq zərbəsi atır, lakin onları aralayırlar. Bu zaman həmin şəxs anidən ikinci dəfə qeydiyyat şöbəsində dayanmış şəxsə yaxınlaşıb onun üz nahiyəsinə bir dəfə yumruqla sərt şəkildə zərbə vurur. Bundan sonra mübahisə davam edir və onlar hotelin giriş hissəsinə doğru çıxırlar. Hoteldə olan digər şəxslər mübahisə edən hər iki şəxsi aralayırlar. Baxışda iştirak edən təqsirləndirilən şəxs videogörüntüdəki qeydiyyat şöbəsinə sonradan yaxınlaşıb narazılığını bildirənin özü, qeydiyyat şöbəsində olan şəxsin Zərərçəkmiş şəxs olmasını, ilk öncə onu itələməsini, sonradan sifət nahiyəsinə yumruqla vurmasını, daha sonra hotelin foyesində əlbəyaxa olmalarını, ətrafda olan şəxslərin onları aralamasını və bununlada mübahisənin sona çatmasını bildirmişdir (i.v. 109-110); cinayət işinin icraata qəbul edilməsi haqqında 31 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 202); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alımışdır (i.v. 222-223); sübutların qiymətləndirilməsi haqqında 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxsin və şahidin ifadələri, diskə baxışa dair protokollar, məhkəmə-tibbi ekspert rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 235-240). İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bir-birilərinə qarşılıqlı vursalar da, o, Zərərçəkmiş şəxs burnunu sındırmamış və həmin vaxt onun niyyəti xuliqanlıq etmək olmamışdır. Lakin məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl institutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş 01 ədəd “CD-R” formatlı diskə baxış zamanı müəyyən olmuşdur ki, 22 yanvar 2024-cü il tarixdə saat 07:53-də ünvan 2 ünvanda yerləşən “Nobel” hoteldə bir nəfər şəxs qeydiyyat şöbəsində olan şəxsə yaxınlaşıb narazı formada əli ilə hərəkətlər edərək mübahisə yaradır. Onlar bir-birinə yaxınlaşanda qeydiyyat şöbəsinə gələn şəxs əli ilə yumruq zərbəsi atır, lakin onları aralayırlar. Bu zaman həmin şəxs anidən ikinci dəfə qeydiyyat şöbəsində dayanmış şəxsə yaxınlaşıb onun üz nahiyəsinə ikinci dəfə yumruqla sərt şəkildə zərbə vurur. Bundan sonra mübahisə davam edir və onlar hotelin giriş hissəsinə doğru çıxırlar. Hoteldə olan digər şəxslər mübahisə edən hər iki şəxsi aralayırlar. Bundan əlavə, ibtidai istintaq zamanı 01 ədəd maddi sübut hesab edilən diskə baxış zamanı iştirak etmiş Təqsirləndirilən şəxs videogörüntüdəki qeydiyyat şöbəsinə sonradan yaxınlaşıb narazılığını bildirənin özü, qeydiyyat şöbəsində olan şəxsin Zərərçəkmiş şəxs olmasını, ilk öncə onu itələməsini, sonradan sifət nahiyəsinə yumruqla vurmasını, daha sonra hotelin foyesində əlbəyaxa olmalarını, ətrafda olan şəxslərin onları aralamasını və bununlada mübahisənin sona çatmasını bildirmişdir. Bundan başqa, məhkəmə, Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti kimi qiymətləndirilməsinin düzgün olmaması ilə bağlı dəlillərini aşağıda qeyd olunan normalarla təkzib edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarda göstərilmişdir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Göründüyü kimi, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən ifadələri ilə bir daha təsdiq olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən “Nobel” hoteldə baş vermiş hadisə heç bir səbəb olmadan, cüzi bəhanə ilə, yəni, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə telefonda sərt şəkildə otağı tərk etməsini bildirməsi ilə aralarında yaranmış narazılıq səbəbindən baş vermişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 18 may 2024-cü il tarixdən 20 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 may 2024-cü il tarixdən 20 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-512/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-512/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver